Перейти к содержимому

Elvin Ali - блог

  • запись
    21
  • комментария
    33
  • просмотров
    45606

Dəmir defisitli hamiləlik


Elvin Ali

928 просмотров

1374933957_vse_beremmennost_5.jpg

Hamiləlik zamanı oksigenə olan təlabat 15-33% artdığından, dəmir defisitli anemiya fonunda inkişaf edən hamiləlik zamanı, toxuma hipoksiyasının yaranma ehtimalı da artır.Nəticədə metabolik pozğunluqlar xüsusi ilə zülal mübadiləsi pozulur. Zülal yetərsizliyi orqanizimdə ödemin əmələ gəlməsinə səbəb olur. Ciftdə və uşaqlığın divarında isə distrofik pozğunluq baş verir. Nəticədə ciftdə əvvəlcə funksional sonra isə orqanik çatışmamzlıq yaranır. Öz funksiyalarını yerinə yetirə bilməyən ciftdən yetərincə oksigen və qida maddələri ala bilməyən döl inkişafdan geri qalır, az çəkili, az həyat qabiliyyətli doğulur. Postnatal həyata adaptasiyası

normal getmir. Dəmir defsitli anemiya zamanı hamiləliyin pozulma təhlükəsi 20-42%, hestoz 40%, ciftin vaxtından əvvəl hissəvi ayrılması 25-35%, dölün inkişafdan geri qalması 25% və vaxtından əvvəl doğuş 11-42% rast gəlinir. Dəmir defsiti zamanı ciftin formalaşmasında anemik angiopatiya baş verir.Elə inkişafının ilk mərhələsindən damarlanmasında patalogiya baş verən cift inkişafının sonrakı mərhələsində funksiyalarının öhtəsindən gələ bilmir. Nəticədə hipoksik sindrom əmələ gəlir. Bətndaxilindəki döl çəkidə və boyda geri qalır, oksigen aclığından əziyyət çəkir.İkinci üçaylıqda qoyulan diaqnoz müalicənin gec başlanmasına və effektsiz olmasına səbəb olur. Bəzən hemoqlobin göstəricilərinin aşağı olmasına baxmayaraq qan zərdabında dəmir və transferin miqdarı normal olur. Belə hamilə qadınların qida rasionunda zülal çatmamazlığını aydınlaşdırmaq lazımdır.

1374934001_vse_beremmennost_25.jpg

Çünki, bu zaman ciftin zülal sintezinin molekulyar mexanizması pozulmuş olur, əmələ gələn cift yetərsizliyi dölün hipoksiya və hipotrofiyasına səbəb olur.Uşaqlıq-cift çatmamazlığına yol açan ananın diabet və preeklampsiya kimi xəstəlikləri də dölün ferritin səviyyəsini aşağı sala bilir.Beləliklə dəmir defisitli anemiya dölün bətndaxili inkişafında ləngiməyə, xroniki fetoplasentar yetərsizlik, dölün xroniki hipoksiyası, perinatal ölümə, yenidoğulma dövründə adaptasiyanın pozulmasına (çəkinin çox itməsi, göbək güdülünün gec düşməsi, göbək yarasının gec sağalması, fizioloji sarılığın uzun müddət davam etməsi kimi) səbəb olur. Belə uşaqlarda irinli septiki xəstəliklər digər uşaqlara nisbətən 2-3 dəfə çox rast gəlinir.

1374934143_vse_beremmennost_20.jpg

Dəmir defisitli anemiyanın proqnozu

Dəmir defisitli anemiya müalicə olunduqda proqnozu yaxşı olan xəstəlikdir.Lakin xəstəlik müalicə olunmadıqda fiziki inkişafdan geri qalma və kardiyovaskuliyar ağırlaşmalar başda olmaqla bir çox ağırlaşmaların inkişafına səbəb olur.Xəstəliyin proqnozu ilkin diaqnostika və etiotrop müalicənin aparılmasından aslıdır.Dəmir defisiti olan xəstələrdə oral dəmir preparatlarının təyini yetərli olur. Anormal qan itirilmə və malobsorbsiyası olan xəstələrdə etioloji səbəbin araşdırılması istiqamətində diaqnostik testlər və etioloji müalicə aparılmalıdır. Dəmir defisitli anemiyanın etiolji faktorunu müəyyən etdikdən və dəmir preparatları ilə yanaşı səbəb də müalicə olunduqda çox tez və yaxşı klinik effekt alınır. Müalicədə müvəffəqiyyətsizlik səbəbləri anemiyanın səbəbinin dəqiq məlum olmaması, qeyri düzgün və ya dəqiq aparılmayan diaqnostika, dəmir malobsorbsiyası, dəmir preparatlarının sorulmasını azaldan dərman

qəbulu və ya içkilərin qəbulu və ya orqanizimdə ikinci xəstəliyin olmasıdır.

0 комментариев


Recommended Comments

Нет комментариев для отображения

Гость
Добавить комментарий...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...