Перейти к содержимому

The Insurance Times

  • записей
    8
  • комментариев
    0
  • просмотра
    16063

Qeyri adi sığorta növləri


Elnara-100

1643 просмотра

blog-0264309001440342675.pngBugün müştəirlərin etibarını qazanmaq üçün və öz dürütlüklərini nümayış etdirmək üçün, sığorta şirkətləri qaydalarda xoş istisnalar edirlər.

Həm Amerikada, həm Avropada sığortaçılar 3000-ə qədər sığorta məhsulu təklif edirlər, onların arasında həqiqətən fantastik olanları var.

Beləliklə Londonda "Goodfellow Rebecca Ingrams Pearson" (GRIP) şirkəti 4000 inanclı xanım müştərisinə bakirəliyi itirmədən hamilə qalmaqdan sığortalayıb. İllik sığorta haqqı bu növ üzrə 150 dollar təşkil edir. Sığorta hadisəsi baş verdikdə şirkət “zərərçəkmişə” 1,5 milyon dollar ödəniş etməli olacaq.

La-Manşın növbəti dəfə üzərək qətt edilməsidə maraqlı sığortadır. Bir “ağıllı” körfəzi vannanın içində üzərək keçmək qərarına gəlib və öncədən özünü 100 min funt sterlinq sığortalayıb. “Lloyd”un anderrayteri bu riski sözsüz qəbul etdi lakin bir şərt qoydu ki vannanın su axıdılan yeri tixac ilə bağlı olacaq.

İsveçin sığorta şirkəti “Bisso” öz müştərilkərinə tamamı ilə yeni xidmət təklif etdi. Öz avtomobilllərinin sadə sığortasından əlavə sürücülər taamı ilə yeni imkan əldə edirdilər: cəmi 850 kron (112 dollar) qarşılığında sürücü sürəti aşmaya görə cərimədən sığortalanırdılar (aşma 30 km/s-dan artıq olmamalıdır). Həmçinin əlavə ödəniş qarşılığında, yanlış parkinqdən də sığortalanmaq mümkündür. Təəssüf ki sığorta yalnlz cəriməni qarşılayır, yüksək sürət həvəskarları sürücülük vərəqəsinin ləğv edilməsi riskindən sığortalı deyillər.

Hollandiyanın Hullberry Insurance Company – bəlkə də dünyanın ən qeyri adi sığorta şirkətidir. Onun sığorta məhsullarının arasında yadplanetlilər tərəfindən qaçırtma, ölkədə “quru qanunun” tətbiqi və lotereyada uğursuzluq kimi ekzotik növ sığortalar mövcuddur. Benzin qiymətlərinin artirilmasından sığortalananda, şirkətin müştərisi növbəti 1000 litr üçün 15% qədər əlavə xərclər üçün kompensasiya əldə edəcək. Özünü əsassız həbs edilməyə görə sığortladıqda 500 avro kompensasiya almaq mümkündür. Gizli kameranın çəkilişinə düşməkdən sığortalandıqda isə sığorta təminatı 1000 avroya qədərdir. Şirkətin məhsulları Hollandiyanın hüdudlarından kənarda da uğur qazanmışdır, bu sığorta xidmətlərinin göstərilməsi üçün bir sıra ölkə icazə verib, hətta Almaniya. Burada 12 avro ödəməklə bir il ərzində əsassız həbsə düşməyə görə və liftdə qalmağa görə sığortalanmaq mümkündür.

http://theinsurancetimes.az/?q=node/316

0 комментариев


Recommended Comments

Нет комментариев для отображения

Гость
Добавить комментарий...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...