Перейти к содержимому

Эда F

Members
  • Публикации

    10105
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    27

Все публикации пользователя Эда F

  1. Эда F

    8 марта)

    как приятно.. спасиб, мальчики
  2. несомненно. пс. 1-й пост. крайняя справа (с длинными черными волосами) - ягодка.. как устоять перед соблазном..?
  3. если б не было тебя, тебя пришлось бы придумать
  4. Всех форумчанок с праздником 8 Марта!
  5. женщине полезно если рядом мужчина, который молчит все время. и желательно чтоб не кушал. агзыны тикиб отурсун.
  6. если форуму это ничем не грозит, то продолжай нарушать, солнц )
  7. // ünvansız // Sən yoxdun, ikinci sənin yanımdaydı, yuxumdu Ürəyimi nişan alan kamandaydı, oxumdu Acı-şirin, pəltək-sərrast sözlərindi, yadımda Gözlərimin hədəfini birdəfəlik itirdim. O gün sənin yoxluğundan xəbərsizlər gəlmişdi Taleyimi topal görüb odlara bələmişdi Arzularmın kül nəşini üstümə ələmişdi Xəyallarmın açarını birdəfəlik itirdim. Boyununda apardığın qollarımdı, biləsən Sevincinlə tutuşmayan kədərimdi, siləsən Içdiyimiz birgə şərab – möhüründü damaqda Sən gedəli damaq dadın birdəfəlik itirdim. Ruhum qoyub qaçdı məni, gileyimə tuş gəlir Arxasınca göndərdiyim üstümə bihuş gəlir Indi puç bir sərsəriyəm, görənə naxoş gəlir Həndəvərin çəpərini birdəfəlik itirdim. Üst dünyanın qarışığı alt dünyayla kəc düşər Vay o gündən behiştimiz cəhənnəmlə tərs düşər Gözləntini qısır saxla, çiyinlərə borc düşər Pərvazlanıb sıyrılmağı birdəfəlik itirdim. Bulud gəlib tapdı məni, göz yaşıma nəbadə Başımdakı küləklərdi, sükutuma nəbadə Günəşimdi ovcumdakı, ovucuma nəbadə Yadırğama qadağasın birdəfəlik itirdim. Sənə demək istədiyim ayrılığın sözüdür Mən əvəzdən gözləyənin asimanın gözüdür O dolaşıq kəlmələrin yalanların özüdür Yadımdaydın, yaddaşımı birdəfəlik itirdim. Çəkdiklərmiz, duyduqlarmız dillərdəki qoşmadı O dünyanın bal vədləri şirnikdi, boş-boşnadı Bu dünyada gəzintimiz təsadüf, özbaşnadı Dünyaların cazibəsin birdəfəlik itirdim, Səni məndə, məni səndə son dəfəlik itirdim.
  8. Elza İlhamə Quliyevanın ölümünə şeir həsr etdi “ÖLÜN…” Sevin ki, yaşayasız Elə sevin ki, öləsiz Öləndə elə ölün ki, Qəbriniz üstə gələn olsun, Üstünüzə su səpən olsun, Qəbrinizdə çiçək olsun, Çiçəkləri bitən gəlib Dərən olsun, Sinənizə sərən olsun. Bizə halallıq verən olsun. Kam alan olsun, Halallıqdan qulaqları Kar olan olsun. Öləndə elə ölək ki, O yerlərə gedək ki, Süfrəmizi sərək ki, Süfrəmïzdə su olsun Qoy onun gözü üstümüzdə olsun. Köksü üstə bir köz olsun, Köz-köz olsun ardımızca Baxan bütün dərdlərin. Biz o yerlərə gedək ki, Desinlər ki, Biz də gedək, Onun bizə sözü olsun. Birimiz orda, birimiz burda, Birimiz yolda, birimiz suda Öləcəyik. Öləndə elə ölək ki, Biz o qəbirə gedək ki, Kəfənimiz gəlin olsun Qəbirdə bizi görən olsun, Gözləyən olsun. Gələn olsun qəbrimiz üstə, Deyən olsun, Sinəmiz üstə ölən olsun. Öləndə elə ölək ki, İkimiz olsun. Bu olmasın, o olsun. O olmasın, Toy olsun, bayram olsun. Sevgililər bir ölsün Eşq sevənlərin olsun… İlhamə eşitsəydi dirilərdi acığından..
  9. http://www../article.php?aid=87162
  10. армянин о зверствах армян
  11. Выдержки из книги Дауда Хейрияна "Во имя Креста" Страница 26: “…Этим морозным утром нам пришлось соорудить мост из мертвецов, чтобы пересечь в длину километровое болото близ Дашбулага. Я не захотел идти по трупам. Тогда подполковник Оганян подал мне знак, чтобы я не боялся. Это один из законов войны. Я ступил на грудь окровавленной девочки 9-11 лет и шагнул. Мои ботинки, брюки были в крови. И так я прошел около 1200 тел.” На страницах 62-63 автор пишет: “…2-го марта армянская группа Гафлан (занималась сожжением трупов) собрала около 2000 трупов поганых монголов (тюрков) и сожгла их отдельными кучами в километре к западу от Ходжалы. В последнем грузовике я увидел девочку лет 10, раненную в шею и руки. Пригляделся повнимательнее и увидел, что она тихонько дышала. Несмотря на мороз, голод и полученные раны ребенок был еще жив. Я никогда не забуду глаза этого ребенка борющегося со смертью! Потом один из солдат , которого звали Тиграняном взял её за уши и поволок к куче уже облитой мазутом. Затем их подожгли. И тут я услышал как в этом массиве кто-то кричит, прося о помощи. Я не смог идти дальше. Но я хотел освободить от проклятых всеми святыми турков и Шушу. Поэтому я вернулся. А они продолжили свой путь во имя Креста …” “Во имя Креста”, Дауд Хейриян, Бейрут-2000
  12. Erməni vəhşiliyindən erməni danışır- "Xaç naminə" kitabından dəhşətlər “9 yaşlı qızın meyidinin sinəsinə ayağımı qoyub, keçdim.”- Erməni jurnalist cinayəti etiraf etdi 1992- ci il 26 fevral tarixində Rusiyaya məxsus 366-cı motoatıcı alayınının dəstəyi ilə ermənilər tərəfindən törədilmiş Xocalı Soyqırımı bütün dünyanı dəhşətə gətirən bir cinayətdir. Erməni hakimiyyəti bu soyqırımı rədd etməyə çalışsa da, bunun dəhşətli bir cinayət olduğunu sübut edən, çoxsaylı və danılmaz faktlar mövcuddur. Bu dəfə erməni vəhşiliyindən erməni danışır... Xocalı Soyqırımı ilə bağlı tarixi faktlardan danışan həmin dəhşətli günün canlı şahidi olan əslən erməni yazıçı-jurnalist Daud Xeyriyandır. O, erməni vəhşiliyini gözü ilə görən və bununla bağlı tarixi kitab yazan yazıçıdır. Erməni cinayətlərini özündə əks etdirən Xocalı Soyqırımı dəhşətlərinin qeyd olunduğu, ən əsası müəllifi erməni olan "Во имя Креста” kitabından faktlar: Daud Xeyriyan kimdir? Onunla daha yaxından tanış olaq. Daud Mansur Xeyriyan 1942- ci ildə Beyrutda anadan olub. O, əslən ermənidir. Beyrutda erməni məhəlləsi deyilən ərazidə doğulub və yaşayıb. Daud Xeyriyan ilk təhsilini də Livanda alıb. Qarabağ müharibəsi başlayana qədər o, “Qnçak” (Ermənistan milli partiyası) partiyasının Beyrut bürosunda işləyib. 1992- ci ildə müharibənin qızğın vaxtlarında o jurnalist kimi Qarabağa yollanır. 1992- ci ilin əvvəlindən 1993- cü ilin oktyabrına qədər o müharibə gedən ərazidə olur. 1993- cü ilin oktyabrında yenidən Beyruta qayıdır və orada “Xeyriyanın qeydləri” adlı yazıları “Eş-şərq” (Şərq) nəşrində çap edilir. Daha sonra həmin faktlardan ibarət , ermənilərin törətdiyi bu dəhşətli cinayətləri sübut edən “Во имя Креста” (Xaç naminə ) adlı kitab 2000-ci ildə Livanın paytaxtı Beyrutda çap edilib. İlkin versiyada kitab ərəb və erməni dilində çap edilib. Bu kitabın çapından sonra erməni lobbisi onun yayılmasının qarşısını almaq üçün bütün imkanlardan istifadə etdi. Maraqlı və təəssüf olunası bir məqam da var ki, həmin kitab Azərbaycanda hələ də yoxdur. Kitabın azsayda nüsxəsi Livanın paytaxtı Beyrutda kitabxaların bir neçəsində var. Həmin kitabın 19-cu səhifəsindən 76-cı səhifəsinə kimi ermənilərin Qarabağ müharibəsi illərində törətdiyi vəhşiliklərdən bəhs edilir. Kitabın daha çox əhəmiyyət kəsb edən, hissəsindən biri də, 62-ci və 63-cü səhifələrdə qeyd olunan Xocalı Soyqırımının törədilməsi və ermənilərin bir azyaşlı uşağı necə yandırmasından bəhs edən hissəsidir. Erməni müəllif kitabında yazır: “ Biz Xaçaturyanla gəlirdik. Birdən pəncərədən zirzəmiyə baxanda gördük ki, bizim əsgərlər dirsəklərindən qan axan uşağı oraya gətirir. Uşaq səs-küy salmırdı. Sakit dayanmışdı. Xaçaturyan onun ölmüş anasının döşünü kəsib, uşağın ağzına soxdu və dedi ki, türklərin əcdadları illər öncə bizim uşaqlarımıza belə əzab verib. Daha sonra, mən onun sinə hissəsindən dərisini və qarnını soydum. O, 7 dəqiqədən sonra, qan itirmədən öldü. Mən bu hərəkəti edən zaman həzz alırdıq. Baxmayaraq ki, bizim qarşımızda balaca uşaq idi. Bütün bu olanlar onun gözünün qarşısında olurdu. Buna baxmayaraq, mən peşman deyildim. Ona görə ki, öz xalqımın ( red-erməniləri nəzərdə tutur) qisasını almış oldum.” Daha sonra erməni müəllif daha dəhşətli cinayət faktlarını etiraf edir: “Xaçaturyan daha sonra, həmin uşağın bədənini hissələrə bölüb, itlərə atdı. Həmin gecə daha 3 türkü (red- ermənilər türk deyəndə azərbaycanlıları nəzərdə tuturlar) biz bu yolla cəzalandırdıq. Mən və Xaçaturyan bir erməni vətəndaşı olaraq, öz borcumuzu yerinə yetiridik. Bu hadisədən sonra Xaçaturyanın gözlərinə diqqətlə baxdım. Onun gözlərində qələbənin və sevincin qığılcımları saçırdı.” Erməni müəllif hadisənin davamını belə qələmə alır... “Daha sonra, mənim uşaqlıq dostum olan mayor Suren ora gəldi və bizə dedi: “ Biz vəhşi deyilik, amma biz ürəyimizi buz kimi saxlamalıyıq və soyuqqanlı olmalıyıq.Türklərin əlində ölən ermənilərin ruhları bu gün sakit olmalıdır. Çünki, biz qisasımızı almışıq”. Müəllif daha sonra növbəti günlərdə azərbaycanlıların başına açılan dəhşətli cinayətlərdən Allahdan bağışlanmaları üçün etdikləri duadan yazır: “ Növbəti gün biz kilsəyə getdik və 1915- ci ildə həlak olmuş ermənilərin ruhları üçün dualar etdik. Orada Allahdan dünənki, etdiyimiz və gördüyümüz dəhşətlərə görə, bağışlanmağımızı istədik” Kitabın müəllifi daha sonra 1992- ci ilin 26 fevral tarixində ermənilər tərəfindən törədilən dəhşətli Xocalı Soyqırımı barədə yazır. O, özü də, nümayəndəsi olduğu ermənilərin necə vəhşilik törətmələrinin şahidi olduğunu yazır. 9-11 yaşlı bir qızın meyidinin sinəsinə ayağımı qoyub, keçdim... Həmin kitabın 26-cı səhifəsində ermənilərin daha bir vəhşiliyini əks etdirən tarixi bir məqamdan bəhs edilir. “Şaxtalı səhər idi. Hava həddindən artıq soyuq idi. Bizə göstəriş gəldi ki, Daşbulağa getmək lazımdır. Amma yol palçıqlı olduğu üçün keçmək mümkün deyildi. Komandir göstəriş verdi ki, öldürülən türklərin (red- azərbaycanlıların) meyidlərindən körpü düzəldin və bataqlıq hissəni o cür keçin. Mən meyidləri daşımaq istəmirdim. Çünki, içimdə bir qorxu yaranmışdı. Onda polkovnik-leytenant Aqanyan mənə bir işarə verdi ki, mən qorxmayam. O deyirdi ki, bu müharibənin qanunlarından biridir. Ondan sonra mən təxminən 9-11 yaşlı bir qızın meyidinin sinəsinə ayağımı qoyub, keçdim. O, təzə öldüyü üçün başından və qarnından qan axırdı. Biz meyidləri daşıyıb, palçıqlı yola tökürdük ki, oradan keçə bilək. Ona görə, mənim bütün paltarım, çəkmələrim və saçım belə qana bulaşmışdı. O,zaman 1200 meyiddən körpü kimi istifadə edildi. Mən təxminən o qədər meyid gördüm. Daha sonra erməni yazar Daud kitabın 63- cü səhifəsində yazır: “…Mart ayının 2-də “Qaflan” adlı erməni qrupu ( onlar meyitlərin yandırılması ilə məşğul idi) alçaq monqollardan ( red- türkləri nəzərdə tutub) təxminən 2000-ə qədər meyit yığdı və onları ayrılıqda Xocalıdan bir neçə kilometr qərbdə yandırdı.” Kitabın ən dəhşətli və qandonduran hissələrindən biri də, 10 yaşlı bir qızın başına gətirilən dəhşətli bir cinayətlə bağlı olan bölümdür. Səhifə 63- də müəllif yazır: “ Sonuncu yük maşınında təxminən 10 yaşlarında olan qız var idi. O, boynundan və əlindən yaralanmışdı. Yarası çox ağır idi. Amma o yavaş-yavaş nəfəs alırdı. Hava çox soyuq idi. Güclü şaxta var idi. Bu qədər yarasına baxmayaraq uşaq hələ də yaşayırdı . Həyatımda heç vaxt unutmayacağım bir hadisə ilə rastlaşdım. Heç vaxt o uşağın ölümlə mübarizə aparan gözlərini unutmayacağam. Bir az keçdikdən sonra, Tiqranyan adlı əsgər onu qulağından tutaraq mazutlanmış leş yığınına tərəf sürüdü və daha sonra onları yandırdılar. Orada bir nəfər qışqıraraq, kömək istəyirdi, yalvarırdı. O, qədər həyəcan keçirmişdim ki, yeriyə bilmirdim. Ancaq mən bütün müqəddəslər tərəfindən lənətlənmiş türkləri qırmaq və Şuşanı azad etmək istəyirdim. Ona görə də mən qayıtdım. Onlar isə özlərinin “Xaç naminə ” yürüşlərini davam etdirdilər”. Erməni müəllifin yazdığı tarixi fatlardan da məlum olduğu kimi, Xocalıda Azərbaycan türklərinə qarşı misli görünməyən bir soyqırım törədilib. Dünyada baş verən müharibələrin heç birində görülməyən vəhşilik məhz Xocalıda, ermənilər tərəfindən törədilib. Xocalı Soyqırımı zamanı 613 insan həlak olub, onlardan 63ü– uşaq; 106- sı - qadın; 70-i – qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb. Girov götürülən insanların sayı – 1275 , İtkin düşənlərin sayı – 150 nəfərdir. Müəllif: Miri Məcidli
  13. Илхама да беле гетди, бу сехер... гоз агаджындан табут филан. ... гримлейерсиз, гешенг горунум оленде де. .. "Мен оленде мени басдырмазсыныз уджа бир тепеде, бир даг башында еле бир йерде ки, горунсун йалныз о гезел.... " моя старая изношенная память меня подводит и я начинаю забывать стихи
  14. Xocalının canlı şahidi Dürdanə Ağayevanın Türkiyədə kitabı nəşr edildi APA-nın Türkiyə bürosunun məlumatına görə, Beynəlxalq Humanitar Yardım Təşkilatı İHH tərəfindən çap edilmiş “Ermeni zindanında sekiz gün” adlı 256 səhifəlik kitabın son bölümündə Xocalı soyqırımın əks etdirən fotolar öz əksini tapıb. “İHH-nın elm, təhsil və nəşriyyat məsələləri üzrə koordinatoru Əhməd Emin Dağ APA-ya açıqlamasında bu kitabın tarix üçün önəmli mənbə olacağını bildirib: “Dünya tarixində dövlətlər arasındakı münasibətlərdən danışarkən tarixi hadisələrə çox istinad edilir. Biz Qarabağ məsələsinin oradakı insanların yaşadıqları faciələr üzərindən dünyaya izah edilməsinin vacib olduğunu düşünürük. Xocalı qətliamının sağ qalan zərərçəkənlərindən Dürdanə xanımın xatirələrini çap etməklə, onun əzab-əziyyətlərini işıqlandırmaqla bundan sonra yazılacaq tarix kitabları üçün önəmli dəlillər verdiyimizə inanırıq. Türkiyə ictimaiyyətinin o faciəni öyrənməsi və o bölgəni yazan tarixçilər üçün önəmli bir sənəd olması baxımından “Ermeni zindanındakı sekiz gün” kitabını vaxtında çap etdiyimizi düşünürəm.
  15. Cavan qadınları seçib aparırdılar... - ƏSİR DÜŞƏRGƏSİ Ermənilərə əsir düşən 20 yaşlı qızın 22 il sonrakı etirafları..... iyirmi iki ildir içimdə yığılan nə varsa, hamısını danışacam. bütün sandıqlarımı açacam... Bizim insanlar kobuddur, əsirlikdə olduğumu bilənlər hamısı birinci soruşur ki, “orda sənə neylədilər”. Bu vaxtacan o qədər günaha batıb yalandan and içmişəm ki... Allah keçsin günahımdan, amma artıq gizlətmək istəmirəm... Daha içimdə saxlamaq istəmirəm...” Dolabdan mavi üzlü bir dəftər götürüb gətirir: - Gecələr yuxum qaçanda oturub hər şeyi burda yazıram. Danışmağa dilim gəlməyən hər şeyi... Gizlətməyə haqqım yoxdu. Mən erməni təpiyinin altından diri çıxan adamam. Bəlkə hər şeyi danışdığıma görə məni qınayacaqlar, amma gizlətsəm mənim başıma gələnlər balalarımızın da başına gələcək. Mənim gördüklərimi Xocalıdan meşə ilə qaçıb canını qurtara bilən adamlar görməyib. Onlar müharibəni görüb, amma ermənini görməyiblər. Ermənini görən adamın gizlətməyə haqqı yoxdur. O hadisələri olduğu kimi danışmayan insanlar haqsızdır... Mənim heç anonim danışmağa da haqqım yoxdur. Balalarımız həqiqəti bilməli, düşməni tanımalıdırlar. Düşmənə qalib gəlmək üçün onu yaxşı tanımaq lazımdır. ………………………….. (uzun acı xatirədir bu, üzüləsi... ixtisarla verdim) - Uşaq çox idi? - Xeyli uşaq var idi. - Yaralılara yardım eləyən yox idi? - Qətiyyən! Xocalıda kitab mağazasının satıcısı var idi, adı Vaqif idi. Onu gətirib atdılar qadınların içinə. Artıq döyülməyə halı yox idi, ölü kimi idi. Erməni dedi bu onsuzda öləcək. Bunu buraxacağıq, sizinkilərdən alacağımız var, bununla dəyişəcəyik. - Vaqif yaralı idi? - Bilmədim onun yanında partlayış olub, ya nə... Bədənində salamat yer yox idi. Bütün bədən deşik-deşik idi. Elə bil aşsüzən idi. Dərisində bir millimetrlik sağlam yer tapmazdın. Onu gətirib uzatdılar bizim ortamıza. Qadınlar yığışdı başına, hamı istəyirdi nə isə kömək eləsin. Ayaq tərəfi mənə düşmüşdü. Ayaqlarına qan işləmirdi, donurdu, cütləyib basdım sinəmə. Ayağındakı baş barmaqlarını ağzıma salıb başladım hava verməyə. Ovxalayıb, qızışdırmağa çalışırdım. Mən nəfəsimlə qızdırmağa çalışırdım, o isə zarıyırdı ki, “Barmağımı sıx, barmağımı...” - O qadınların içində ananız, nənəniz yox idi? - Yox, amma orda bir kəndçimiz dedi “Dürdanə, ananı gördüm, güllə dəydi, öldü”. Soruşdum yaralandı, yoxsa öldü? Dedi yox, yıxıldı, öldü. Artıq anamın öldüyünü bilirəm, böyük qardaşım mənimlə əsir düşüb, amma iki kiçik qardaşınla nənəmdən xəbərim yoxdu. Divarın o üzündə isə kişiləri elə döyürlər ki, bağırtıları allahın yanına gedir. Kişilər elə qışqırır adamın tükləri qabarır. Qadının qışqırması başqa, bu çığırtıdır. Amma kişilərin əzab çəkərkən bağırması dəhşətliymiş. Əsirlikdə ilk günün birinci yarısı belə keçdi. Günorta qapı açıldı, çox iyrənc bir vedrə ilə su gətirib hərəyə yarım stəkan verdilər. Nə qonşu kameradan gələn kişilərin bağırtısı, nə də qadınların arasında ölü kimi uzanılı qalan Vaqifin zarıltısı kəsmirdi. Axşam düşdü, hava qaraldı, qapı yenə açıldı... Artıq qapı yarım saatdan bir açılmağa başladı... - Hər qapı açılanda 2-3 qadını aparıb-gətirirdilər... - Yaşına fikir verirdilər? - Onlar üçün fərqi yox idi. - Yaşlı qadınları da aparırdılar? - O qədər də yaşlıları aparmırdılar. Əllərində fənər var idi. Qadınların saçlarından tutub başlarını qaldırır, üzlərinə baxır, görəndə cavandı, aparırdılar. Yəni əsasən cavanları seçirdilər... Divarın o üzündəki kişilərin bağırtısı altında qadınların kameradan aparılıb-gətirilməsi əsirləri daha çox təşvişə salmışdı. Çarəsiz qadınlar nəyin bahasına olursa-olsun, aparılanlardan olmaq istəmirdilər. Aparılanların niyə aparıldığını hamı bilirdi, amma hara aparıldıqlarını heç kim bilmirdi. Divarın o üzündən gələn bağırtını hamı öz atasının, qardaşının, ərinin, oğlunun səsinə bənzədirdi... Kişilərin bağırtısı təcavüzə məruz qalan qadınların səsini batırırdı... Sanki çarəsiz kişilər zorlanan qadınların da yerinə bağırırdılar...
  16. Эда F

    Полу...

    почему же? тем самым даете человеку полушанс на добровольное "исцеление".
  17. Эда F

    Ложь и правда...

    Люди, а вы не устали любить?
  18. Эда F

    Как страшно

    зачем любить тогда? весь кайф в воспоминаниях и самоистязании
  19. Десерт! Эльзанын шерлеринден сонра йахшы гедир
  20. Эда F

    Как страшно

    скорее зараженным. Любовь вызывает исключительно мозговую инфекцию.
  21. никогда не ругаюсь. просто закрываю глаза и начинаю качать головой. и в меня врезаются. у меня маленький машин. когда глаза у меня открыты, видят меня, а потом и машину. когда глаза закрываю, ни меня, ни машины не видно. пс. головой качать у меня здорово получается.
×
×
  • Создать...