Перейти к содержимому

Elnara-100

Members
  • Публикации

    10
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Elnara-100

  1. Как паркуются в деревне. Очень интересное видео. http://theinsurancetimes.az/?q=node/337
  2. Elnara-100

    yağışda maşınlar sürməsi

    Как водить машину во время дождя. http://theinsurancetimes.az/?q=node%2F369
  3. http://theinsurancetimes.az/?q=node/362 Silikon sinə ilə bağlı çox saylı qalmaqalların üstünə daha birisi əlavə olundu. Çox guman ki, gələcəkdə Avropa və Amerikada sinəsində implant olan qadınlar yalnız arxa oturacaqda hərəkət edə biləcəklər. Hər şey ondan başladı ki, Bonn şəhərinin yaxınlığında minik maşın qəzaya uğradı. Sərnişinlər təhlükəsizlik qaydalarına riayət edirdilər, kəmərlər bağlanmışdır. Bu cür qəzalarda olduğu kimi qəza yüngül qorxu və bir neçə əzik ilə keçməli idi. Amma qabaq oturacaqda əyləşən qadının həyatı təhlükə altına düşdü. Buna səbəb təhlükəsizlik kəməri oldu ki, silikon implantı cırdı. Həkimlər onun həyatını çətinliklə xilas etdilər. Qəza gözlənildiyindən də böyük rezonans doğurdu. Böyük məbləğ ödəyən sığorta şirkətləri buna son qoymaq qərarına gəldilər. Onlar bəyan etdilər ki, silikon sinəyə malik qadınlar qabaq oturacaqda oturduqda artıq sığortlaı olmayacaqlar, hətta dövlətə təklif ilə müraciət etdilər ki implantı olan qadınlara avtomobil idarəı etmək qadağan olunsun. Dövlət bu hadisəyə reaksiya verməmiş, feministlər aktiv reaksiya göstərdilər. Əvvəl qadınları yalnız özlərini bəzədiyləri üçün və bəşəriyyətin güclü təbəqəsi üşün özlərini şikəst etdiklərinə görə günahlandırırdılarsa, indi isə məlum olur ki buna görə onlara avtomobil idarə etməyi qadağan edəcəklər.
  4. http://theinsurancetimes.az/?q=node/367 Uçuşdan xoş təəssüratlar həm də sizin salondakı yerinizdən asılıdır. Hər birimiz təyyarədə biznes-klass yerini tərcih edirik, lakin hər kəsin buna imkanı çatmaya bilər və ya bəziləri sadəcə fərqlənmək istəmirlər. Zövqlər fərqlənir. Bəziləri üçün çıxışa yaxın oturmaq daha rahatdır, bəziləri isə səma, bulud və uzaq yer mənzərəsinə baxıb zövq almaq istəyir. Bəs təyyarədə ən təhlükəsiz yerlər hansılardır? Qəza şəraitində oturduğunuz yerin əhəmiyyəti varmı? Avstraliya aviasiya mütəxəssisi Professor Edward Galea`nın fikrincə, təcili ehtiyat çıxışının yanında olan yer həm rahatdır, həm də fövqəladə hal zamanı həyatınızı xilas edə bilər. Professor özü 19 il əvvəl uğursuz uçuş zamanı 55 sərnişinin həlak olduğu təyyarə qəzasında sağ qalıb. Bu xoşbəxt taleh alimin dünyagörüşünə təsir edib və o, bir neçə il ərzində ciddi təyyarə qəzaları nəticəsində sağ qalanlar haqqında məlumat yığıb, sistemləşdirmişdir. 105 təyyarə qəzası və xilasetmə əməliyyatlarının 2000 hesabatı ilə tanış olduqdan sonra, Galea aşkar edibki, sağ qalanlar qəza çıxışına yaxın yeddi sıradan uzaq olmayaraq oturanlardır. Ötən 37 il ərzində baş verən qəza enişi araşdırmaları belə bir qanunauyğunluğu ortaya çıxarıb ki, təyyarənin quyruq hissəsində oturan sərnişinlərin sağ qalmaq şansı başda oturanlara nisbətən 40% daha çoxdur! Lakin sərnişinlərin problemləri ilə məşğul olan Böyük Britaniyanın Cranfield Universitetinin professoru Helen Muir hesab edir ki, təyyarənin hansı hissəsində oturmağınız vacib deyil. "Fövqəladə qəza halları həmişə gözlənilməz olur – bu bir qəza enişi, yanğın və ya razgermetizasiya ola bilər, və bütün bu hallarda müxtəlif yerlər uğurlu ola bilər. Ona görədə hansı yer daha təhlükəsizdir demək olmur", - professor Muir BBC`yə müsahibəsində bildirib.
  5. Elnara-100

    Zəlzələ vaxtı nə etməli

    http://theinsurancetimes.az/?q=taxonomy/term/26 Zəlzələdən qorunmağın ən başlıca yolu fəlakət baş verdiyi anda özünüzü itirməməkdir. Əgər ilk təkan siz evdə olarkən baş veribsə, təşvişə düşməyin. Çünki təşviş çətin anda insana sağlam düşünməyə mane olur. Səs-küy və qışqırtı salmadan, təmkin və ağılla hərəkət etsəniz həm özünüzə, həm də ailə üzvlərinə kömək edə bilərsiniz. Əgər siz aşağı mərtəbədə yaşayırsınızsa, ilk təkandan sonra binadan çıxa bilərsiniz. Bunun üçün sizin 10-15 saniyə vaxtınız var. Bu zaman vacib sənədlər, pul və zəruri ehtiyac vasitələri (ərzaq, su, dərman və s.) olan çantanı götürməyi unutmayın. Evdən çıxarkən mənzilinizə və ya binaya daxil olan qaz və elektrik enerjisini bağlayın. Binanı tərk edib açıq və təhlükəsiz yerə keçin. Əgər məkanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, buna cəhd göstərməyin, pilləkanlara çıxmağa və liftə minməyə tələsməyin. Unutmayın ki, zəlzələ vaxtı ən tez sıradan çıxan lift və pilləkanlar olur. Təşvişə düşüb yüksək mərtəbəninin eyvanı və ya pəncərəsindən tullanmağa da cəhd göstərməyin. Siz ağır yaralana, hətta həlak ola bilərsiniz. İlk təkanı hiss etdikdə evdə təyin etdiyiniz təhlükəsiz yerə (əsas sütun, qapı boşluqları və otaqların yükdaşıyan divarlarına yaxın olan sahələr) keçin, əgər burada dəmir ayaqlı masa varsa, onun altına girin. Bu sizi divar və tavandan tökülən daş parçalarından qoruya bilər. Diz üstə çöküb əllərinizlə başın arxa hissəsini qucaqlayaraq qoruyun.Yanınızda azyaşlı varsa, onu öz bədəninizlə qorumağa çalışın. Əgər zəlzələ sizi küçədə haqlayıbsa, yuxarıdan düşən daş parçaları, şüşə qırıntılarından qorunmaq üçün bina, həmçinin, elektrik xəttindən, ən azı, 10-15 metr aralıda açıq yerdə dayanıb gözləyin. Uşaqlara zəlzələ haqqında ətraflı məlumat verin. İzah edin ki, əgər zəlzələ onlar baxçada və ya məktəbdə olan vaxt baş verərsə, qorxmaq, vahiməyə düşmək və həyəcan keçirmək lazım deyil. Sadəcə tərbiyəçinin, müəllimin göstərişlərini diqqətlə dinləyib bunlara dəqiqliklə əməl etmək lazımdır. Əgər bina çoxmərtəbəlidirsə, yaxşı olar ki, otaqda qalaraq masa və ya partanın altına sığınıb zəlzələnin bitməsini gözləsinlər. Bina birmərtəbəlidirsə, tərbiyəçi və ya müəllimlə birlikdə tez və qorxmadan həyətə çıxıb təhlükəsiz yerdə dursunlar. Əmin olsunlar ki, böyüklər təhlükədən qurtarmaq üçün nə lazımsa edəcəklər və valideynlər təcili olaraq özlərini onların yanına çatdıracaqlar. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi
  6. http://theinsurancetimes.az/?q=node/356
  7. www.theinsurancetimes.com saytını ziyarət etməyə dəvət edirik.Saytda Siz sığorta , iqtisadiyyat , maliyyə xəbərləri, həmçinin digər faydalı məlumatlar ilətanış ola bilərsiniz.Həmin saytın facebook səhifəsinə aşağıdakı link vasitəsi ilə daxil olmaq mümkündür. http://m.facebook.com/profile.php?id=1401289176858520
  8. http://theinsurancetimes.az/?q=node/273 Bir amerikalı cənab çox bahalı və nadir siqar qutusu əldə edir. O cür bahalı və nadir siqarlardı ki, o hətta onları, digər məsələlərlə yanaşı yanğından da, sığortalayır. Bir ay sonra, cənab sığorta şəhadətnaməsinin ilkin ödənişini hələ ödəmədən, siqarlar qurtarır. Bu ona sığorta şirkətinə siqarların "bir sıra kiçik yanğınlar" nəticəsində itirilməsi ilə əlaqədar ərizə ilə müraciət etməsinə mane olmur (burada, başa düşmək lazımdır ki, ingilis dilində "od" və "yanğın" bir sözlə qeyd edilir fire (tərcüməçinin qeydi). Şirkət ödəməkdən imtina edərək, əsaslı cavab verir ki, əslində o siqarları ən təbii yolla istifadə edib. Və cənab məhkəməyə müraciət edərək işi qazanır. Məhkəmə qərarında hakim etiraf edir ki, iddia ərizəsi, səmimi desək, qeyri-ciddidir. Lakin , eyni zamanda mövcud sığorta şəhadətnaməsinə görə siqarlar yanğından sığortalanıb və bu şəhadətnamə hər hansı bir yanğının "arzu olunmasını" və ya "mümkünlüyünü" müəyyən etmir. Ona görə də sığorta şirkəti zərəri ödəməlidir. Sığorta şirkəti uzunmüddətli və bahalı apellyasiya şikayətləri ilə başını ağrıtmadan "yanmış" siqarlara görə 15,000 dolları ödəyir. Amma, cənab yeni havayı siqarlardan zövq ala bilmir, çünki çek üzrə nağd pulu aldıqdan dərhal sonra həbs edilir. Həmin şəhadətnaməyə və məhkəmədə özünün verdiyi ifadələrə əsasən, o, sığorta olunan əmlakın 24 halda qəsdən yandırma vasitəsilə məhv edilməsi ilə ittiham olunur. Yeni prosesin nəticəsi: 24 ay müddətinə həbs cəzası və 24,000 dollar cərimə.
  9. Elnara-100

    Sığorta

    Sizi www.theinsurancetimes.com saytını ziyarət etməyə dəvət edirik.Saytda Siz sığorta , iqtisadiyyat , maliyyə xəbərləri, həmçinin digər faydalı məlumatlar ilətanış ola bilərsiniz.Həmin saytın facebook səhifəsinə aşağıdakı link vasitəsi ilə daxil olmaq mümkündür. http://m.facebook.com/profile.php?id=1401289176858520
  10. Elnara-100

    Qeyri adi sığorta növləri

    Bugün müştəirlərin etibarını qazanmaq üçün və öz dürütlüklərini nümayış etdirmək üçün, sığorta şirkətləri qaydalarda xoş istisnalar edirlər. Həm Amerikada, həm Avropada sığortaçılar 3000-ə qədər sığorta məhsulu təklif edirlər, onların arasında həqiqətən fantastik olanları var. Beləliklə Londonda "Goodfellow Rebecca Ingrams Pearson" (GRIP) şirkəti 4000 inanclı xanım müştərisinə bakirəliyi itirmədən hamilə qalmaqdan sığortalayıb. İllik sığorta haqqı bu növ üzrə 150 dollar təşkil edir. Sığorta hadisəsi baş verdikdə şirkət “zərərçəkmişə” 1,5 milyon dollar ödəniş etməli olacaq. La-Manşın növbəti dəfə üzərək qətt edilməsidə maraqlı sığortadır. Bir “ağıllı” körfəzi vannanın içində üzərək keçmək qərarına gəlib və öncədən özünü 100 min funt sterlinq sığortalayıb. “Lloyd”un anderrayteri bu riski sözsüz qəbul etdi lakin bir şərt qoydu ki vannanın su axıdılan yeri tixac ilə bağlı olacaq. İsveçin sığorta şirkəti “Bisso” öz müştərilkərinə tamamı ilə yeni xidmət təklif etdi. Öz avtomobilllərinin sadə sığortasından əlavə sürücülər taamı ilə yeni imkan əldə edirdilər: cəmi 850 kron (112 dollar) qarşılığında sürücü sürəti aşmaya görə cərimədən sığortalanırdılar (aşma 30 km/s-dan artıq olmamalıdır). Həmçinin əlavə ödəniş qarşılığında, yanlış parkinqdən də sığortalanmaq mümkündür. Təəssüf ki sığorta yalnlz cəriməni qarşılayır, yüksək sürət həvəskarları sürücülük vərəqəsinin ləğv edilməsi riskindən sığortalı deyillər. Hollandiyanın Hullberry Insurance Company – bəlkə də dünyanın ən qeyri adi sığorta şirkətidir. Onun sığorta məhsullarının arasında yadplanetlilər tərəfindən qaçırtma, ölkədə “quru qanunun” tətbiqi və lotereyada uğursuzluq kimi ekzotik növ sığortalar mövcuddur. Benzin qiymətlərinin artirilmasından sığortalananda, şirkətin müştərisi növbəti 1000 litr üçün 15% qədər əlavə xərclər üçün kompensasiya əldə edəcək. Özünü əsassız həbs edilməyə görə sığortladıqda 500 avro kompensasiya almaq mümkündür. Gizli kameranın çəkilişinə düşməkdən sığortalandıqda isə sığorta təminatı 1000 avroya qədərdir. Şirkətin məhsulları Hollandiyanın hüdudlarından kənarda da uğur qazanmışdır, bu sığorta xidmətlərinin göstərilməsi üçün bir sıra ölkə icazə verib, hətta Almaniya. Burada 12 avro ödəməklə bir il ərzində əsassız həbsə düşməyə görə və liftdə qalmağa görə sığortalanmaq mümkündür. http://theinsurancetimes.az/?q=node/316
×
×
  • Создать...