Перейти к содержимому
lxp85

BMW Diaqnostika Proqramı (Azərbaycan dilində)

Recommended Posts

lxp85    0

Hörmətli BMW-sevərlər, sürənlər, maraqlananlar, ustaları və hələ almaq istəyənlər (heç kimi yaddan çıxarmadım ki?) :)

 

Ölkəmizdə BMW avtomobil markasına marağın böyük olduğu bir həqiqətdir. Hətta maddi imkanı aşağı olanlar belə nisbətən köhnə də olsa məhz BMW almağa üstünlük verir. BMW avtomobilinin sahibi olmaq fəxrli hal hesab olunur və düşünürəm ki, bu məhz elə belədir.

Mən də bu sahəyə öz tövhəmi verməyi düşündüm. Nəzərə alsaq ki, BMW istifadəçilərinin bir çoxu alman dilində bilmir, ingilis dilində texniki terminlərdə çətinlik çəkir, hesab edirəm ki, Azərbaycan dilində BMW üçün diaqnostika proqramı bir çoxlarına faydalı və maraqlı ola bilər.

 

Sizə proqramın ilk versiyasını təqdim edirəm.Hələ ki, imkanları super səviyyədə deyil, yəni DIS, INPA səviyyəsində deyil, amma başlanğıc üçün də pis deyil, zənnimcə. Hər cür təkliflərinizi, rəylərinizi və kritikanı böyük məmnuniyyətlə qəbul etməyə hazıram. Sınaqdan keçirib konkret fikirlərini bildirənlərə isə ayrıca minnətdarlığımı bildirirəm.

 

Yükləmək  üçün: http://www.fayloobmennik.net/6864813

 

Əlavə olaraq rahatlıq üçün K+DCAN kabeli üçün drayveri də əlavə etmişəm.

BMW_DS.png

Изменено пользователем lxp85

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Создайте аккаунт или войдите для комментирования

Вы должны быть пользователем, чтобы оставить комментарий

Создать аккаунт

Зарегистрируйтесь для получения аккаунта. Это просто!

Зарегистрировать аккаунт

Войти

Уже зарегистрированы? Войдите здесь.

Войти сейчас


×