Перейти к содержимому
StopVərəm Azərbaycan

Vərəmin əlamətləri hansılardır?

Recommended Posts

Vərəm haqqında faktlar!

 

Vərəm - vərəm mikrobakteriyaları ilə törədilən infeksion xəstəlikdir. Vərəm sağalan xəstəlikdir, lakin vaxtında  və düzgün müalicə aparılmadıqda sağlamlığın itirilməsinə  səbəb ola bilər.

 

Vərəm xəstədən sağlam insana  hava – damcı yolu ilə ötürülür

 

Vərəmin ilkin əlamətləri hansılardı?

 

·        2 həftədən artıq davam edən bəlğəmli öskürək

·        Bədən hərarətinin  axşam saatlarında     yüksəlməsi, titrəmə

·         Gecə tərləmələri

·        Çəkinin azalması

·        İştahanın azalması

·         Zəiflik, tez yorulma

·        Qanhayxırma (öskürəklə  ayrılan bəlğəmdə qan garıshığı)

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Salam.

Mən son zamanlar tez-tez yoruluram və zəiflik hiss edirəm, iştaham heç yoxdur, çəkim kəskin azalıb,  gecələr çox tərləyirəm və öksürürəm. Bu məni qorxudur...

Bu vərəm ola bilər?

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Hörmətli Məlahət xanım,

 

Sizin qeyd etdiyiniz əlamətlərin vərəm infeksiyası səbəbli olduğunu müəyyən etmək üçün təkrar müayinə olmağınız və diaqnozun təsdiq edilməsi lazımdır.  Vərəm doiaqnozunu təsdiq etmək üçün siz dəri sınağı, rentgen müayinəsi və bəlğəmin müayinəsindən keçməlisiniz. Müayinələr vərəm dispanserlərində aparılır.

 

Hörmətlə, 

FPİB

 

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

SOS!!! Xahiş edirəm məsləhət verin! Mən 10 ildir siqaret çəkirəm, səhərlər öskürürəm, bu mənim üçün adət halı alıb, amma bu gün səhər bəlğəmlə qan gəldi. Çox qorxdum... Nə edim? Hansı həkimə gedim?

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Hörmətli Alim İsmayil,

 

Mütləq həkim pulmonoloqa müraciət edin və müayinələrdən keçin. Yalnız müayinələrin nəticəsi bəlli olduqdan sonra diaqnoz təyin edilə bilər.

 

Hörmətlə, 

FPİB

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Salam.

Xahiş edirəm, yardım edin, məlumat verin. Hərarətim artıq üç gündür ki 38 dərəcədir. Halsızlıq, yorğunluq hiss edirəm. Məni həm də öskürək narahat edir. Hər şeyin qaydasında olduğunu düşünə bilərdim, lakin m

əni narahat edən bir məqam var - 7 ay bundan əvvəl qonşum vərəmlə xəstələnib, qonşumun bu xəbərini eşidib rentgendən keçmişəm, qan və bəlğəm analizi də vermişəm həkimlər dedilər ki, ciyərlərim təmizdir. Vərəm olmadığını dedilər, amma mən narahatam. Müayinələrdən təkrar keçməyimə ehtiyac var??? Mənim vərəmə xəstələnmə ehtimalım nə qədərdir? əvvəl təyin edilməyib, lakin indi özünü biruzə verə bilərmi bu xəstəlik?

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Hörmətli Könül xanım,

 

Sizin əvvəlki müayinələriniz əslində tam şəkildə aparılmayıb, belə ki, sizə mütləq dəri sınaq testi təyin edilməliydi.

 

Sizin qeyd etdiyiniz əlamətlərin vərəm infeksiyası səbəbli olduğunu müəyyən etmək üçün təkrar müayinə olmağınız və diaqnozun təsdiq edilməsi lazımdır.

 

Hörmətlə,

FPİB

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Создайте аккаунт или войдите для комментирования

Вы должны быть пользователем, чтобы оставить комментарий

Создать аккаунт

Зарегистрируйтесь для получения аккаунта. Это просто!

Зарегистрировать аккаунт

Войти

Уже зарегистрированы? Войдите здесь.

Войти сейчас


×