Перейти к содержимому

Qeyretli Ataların Qeyretli Sözlerinin Derin Menaları

EL

Recommended Posts

Ağa deyir sür dərəyə, sür dərəyə misalının dərin qatını mənə izah etməsi üçün, özündən başqa hər bir kəsə hörmət qoyan Qarışqaya söz vermək istərdim...

Изменено пользователем strANger_04

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

Aga deyir sur dereye, sur dereye misalinin derin qatini mene izah etmesi uchun, ozunden bashqa her bir kese hormet qoyan Qarishqaya soz vermek isterdim...

:291:.. demişdim axı keyfiyyetli danış. sən öz fikrində qal.qoy sən deyən olsun,özündən başqa hamıya hörmət qoyan qarışqa.

Elşən,indi nə ağa var, nədəki dərəyə sürən (reklama_zapreshena düşüncə).Düşünürəm bunu sən də bilirsiz.O vaxtlar qulun başçısı "ağa" idi.Ağanın dedikləri də qanun idi.Və heç bir ağa da deməzdi ki, quluna sür dərəyə,ən azından öz ölümünə görə.Bunları sənə primitiv yönümdən izah etməyə çalışdım.

İndi isə sənə dərin qat gələn bu misalın məğzini başa salmağa çalışacam.Ağa deyir sür dərəyə,sür dərəyə deyildikdə,o demək deyil ki,hər yoldan keçən sənə nə desə onu da elə.Hal-hazırda sən də mən də və o cümlədən hamı da bu sənə dərin qatlı gələn atalar misalını birbaşa həyata keçiririk.Bunlar hamısı ardıcıl gedən bir proseslərdir.Məs:Sən anadan olandan tam sərbəst düşünmək və düzgün qərarlar vermək qabiliyyətinə çatana qədər sənin "ağan" valideynlərin olur (uzunmüddətli "ağalıq" edənlər).Deyirlər oxu oxuyursan,onu belə elə,bunu belə elə.Həyatda bu yönümdə təcrübələri olduğuna görə istiqamət göstərirlər. (yeri gəlmişkən uşaq vaxtı heç kimin oxumaqdan xoşu gəlmir,sənin kimi uşaq düşüncəli idik.Elə bilirdik ki,valiydeynlərimiz bizə oxu deyəndə sən demişkən bizə "sür dərəyə" deyirdilər).Sonra daha bir "ağan" artır,olur müəllimlər (qısamüddətli sənə "ağalıq" edənlər)."ağa" müəllimlər deyir 40-45 dəqiqə otur dərsdə,məktəbdaxili qayda-qanunlara riayət et ,onu oxu,bunu oxu və sən də edirsən. eyni məntiqlə ali təhsil alarkən(yenə qısamüddətli sənə "ağalıq" edənlər,ən əsası əsas "ağaları" valideynləri yaddan çıxarmamaq şərtilə).Ali məktəbi bitirdikdən sonra, hər hansısa idarədə işləyirsiniz və sizin müdiriniz olur (uzunmüddəli və ya qısamüddətli "ağanız" ola bilər). Tutaq ki,bir gün müdir hər hansısa qərar qəbul edir və icrasını səndən,o cümlədən hamıdan tələb edir. sən və hamı edirsiz.Bu qərar sonda idarənin dağılmasına gətirib çıxarır.(o biri ağalardan fərqli olaraq bu "ağa sizə uçurumlu bir dərəyə sür dedi və siz də sürdüz" ,onu axırda başa düşəcəksiniz ki,bu "ağa" bizə "yağ-bal" olan dərəyə yox,məhz "uçurumlu" dərəyə sür demişmiş).

Ümumiyyətlə götürdükdə isə bizim "ağamız" hökumətdir ( bu artıq bizim sən deyən "AĞADANDIR").Sabah hökumət başçısı əmr verir ki,ermənilərlə müharibə etməliyik və müharibə başlayır ( və sən də bilirsən ki müharibədə uduzacağıq).Getməyəcəksən müharibəyə? qaçacaqsan? Əgər cavab bəlidirsə,onda ya səni tutub fərari adı altında zindana salacaqlar,ya da ki,gülləliyəcəklər.(yəqin ki,nə zindan,nədə ki, güllələnmək arzu olunmazdır.Ağa deyir sür dərəyə,sür dərəyədə,deyəsən bu dərə də uçurumlu dərə oldu,amma yenə də sürdük)

Mənə elə gəlir ki,başa düşdün nə izah etməyimi.Əgər başa düşmədinsə başqalardan (yaxş olardı valideynlərdən) yardım istə,və yaxud da başa düşmək istəmirsənsə, o artıq sənin öz işindir.

Ссылка на комментарий
Поделиться на других сайтах

El amma etiraf etməliyəm ki, qadası yaxşı cavabdır.Yəni, bir sözlə böyüyün sözünə qulaq as.Amma mən bildiyimə görə böyük sözünə qulaq asmağa dair ayrıca atalar sözləri vardır.Bir də hörmətli Qarışqa sizə etdiyi tövsiyyelərində bir az özünə qarşı da getmiş oldu ki,bəzən ağa uçurumlu dərəyə də sür deyə bilər və lazımdır ki,hər ağanın hökmünə qulaq asmayasan.Sonuncu tövsiyyəsi ilə də mən heç razı olmadım ki,o da müharibə haqqında oldu.Burda ağa sözü heç hənaya aid olmadı.Hörmətlə hər ikinizə

Azer777, bölmədə yazmazdan əvvəl düzgün yazı qaydaları ilə tanış olun zəhmət deyilsə. Qayda hər kəs üçün qaydadır (!)

Изменено пользователем strANger_04
Ссылка на комментарий
Поделиться на других сайтах

Ümumiyyətlə götürdükdə isə bizim "ağamız" hökumətdir ( bu artıq bizim sən deyən "AĞADANDIR").Sabah hökumət başçısı əmr verir ki,ermənilərlə müharibə etməliyik və müharibə başlayır ( və sən də bilirsən ki müharibədə uduzacağıq).Getməyəcəksən müharibəyə? qaçacaqsan? Əgər cavab bəlidirsə,onda ya səni tutub fərari adı altında zindana salacaqlar,ya da ki,gülləliyəcəklər.(yəqin ki,nə zindan,nədə ki, güllələnmək arzu olunmazdır.Ağa deyir sür dərəyə,sür dərəyədə,deyəsən bu dərə də uçurumlu dərə oldu,amma yenə də sürdük)

Qarışqa, çoxdandır sizinlə ünsiyyət qurmuruq! :)

Deyək ki, kimsə zindana düşməyi və ya güllələnməyi qorxaqlıqdan və ağanın qarşısında baş əyməkdən üstün tutur. Qoy həmin insan öz fikrində qalsın və ağaya qarşı çıxsın! Yoxsa hamı yaltaq, qorxaq və cılız olmalıdır? Əgər hökümət ağadırsa və o, seçkiləri saxtalaşdırırsa, neft pullarını istədiyi kimi xərcləyirsə, ordunun quruculuğu yox, dağıdıcılığı ilə məşğul olursa, təhsilimizi və səhiyyəmizi bərbad vəziyyətə salırsa, biz hamımız onun qarşısında baş əyib, onun arxasınca getməliyik? "Ağa" artıq nəçə illərdir ki, bizi dərəyə tərəf sürükləyir...

Bu atalar sözünün mənası budur: Tabe olduğun insan sənə nə əmr edirsə, bunu müzakirə etmədən həyata keçir. Kor-koranə surətdə tabeçilik- budur bunun mənası mənim üçün. Səhv etmirəmsə elə siz də bu cür başa düşürsünüz, amma tabe olmamağın yarada biləcəyi fəsadlara qatlaşmaqdansa, əmrə tabe olmağı daha düzgün hesab edirsiniz.

O ki qaldı, məktəb misaliniza- bəli, əgər söhbət dərsdə otrumaqdan, müəllimə qulaq asmaqdan gedirsə, haqlısınız. Bəs əgər məktəb hər ilin əvvəlində, ortasında və sonunda şagirdlərdən məktəbin təmiri, qızdırılması, təmizlənməsi və sair üçün pul yığırsa, şagird .rıb o pulu verməlidir məktəbə? Siz optimistsiniz əlbət, yoxsa "ağa"nı həmişə belə altruist, qayğıkeş təsvir etməzdiniz :)

Əlbəttə, atalar sözləri hansısa dövlət qanunu deyil ki, onlara mütləq əməl etmək tələb edilsin. Burda onların mənasını müzakirə edirik. Bəzi atalar sözləri heç də həmişə faydalı deyil. Bəzi atalar sözlərinin faydası isə onun işləndiyi kontekstdən asılıdır. Yerdə qalan atalar sözlərindən isə mən özum də tez-tez istifadə edirəm. Məsələn, çox qarışqa şiri öldürər və ya El atan daş dağdan aşar :mikka:

Изменено пользователем Cosmopolitan
Ссылка на комментарий
Поделиться на других сайтах

Deyək ki, kimsə zindana düşməyi və ya güllələnməyi qorxaqlıqdan və ağanın qarşısında baş əyməkdən üstün tutur. Qoy həmin insan öz fikrində qalsın və ağaya qarşı çıxsın! Yoxsa hamı yaltaq, qorxaq və cılız olmalıdır? Əgər hökümət ağadırsa və o, seçkiləri saxtalaşdırırsa, neft pullarını istədiyi kimi xərcləyirsə, ordunun quruculuğu yox, dağıdıcılığı ilə məşğul olursa, təhsilimizi və səhiyyəmizi bərbad vəziyyətə salırsa, biz hamımız onun qarşısında baş əyib, onun arxasınca getməliyik? "Ağa" artıq nəçə illərdir ki, bizi dərəyə tərəf sürükləyir...

məni yandıran da elə budur da! deyir, ya rüşvət al, göz yum, kiminsə hüququ tapdalanır baxma, ya da sənin gününü qara edəcəm. Günümüzün azərbaycanlıları, zəmanə adamlarımız da susur... Vahabzadələr də məddah şeirləri ilə Əlifba kitablarını süsləyir...

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu qədər yaşam heç , bu qədər irs yaltaqliq...Var olsun atalarin qeyrətini cəkən El!..

Sensus, hardan chixardiniz bu nəticəni? Bircə atalar sözünün mənasını tənqid etdiyimizə görə? Bizim bütün mədəni-ədəbi irsimiz yalnız bu atalar sözündən ibarətdir bəyəm?

Əgər mövzu ilə bağlı daha ətraflı fikriniz varsa buyurun, bizimlə bölüşün. Gəlin atmacalar oyunu oynamayaq.

Изменено пользователем Cosmopolitan
Ссылка на комментарий
Поделиться на других сайтах

Mən sizin kimi Ensiklopedik qavrayışa malik insanların mükəmməl biliyinə qarşı öz kiçik biliyimlə çıxmağa çəkinirəm...

O ki qaldı oyuna həyat özü bir oyundur..Biri özünə Qəhrəman digəri isə suallar içərisində çarpışan Dezdamona rolunda hiss edir!..

Sensus, hər zaman zəhmət olmasa, "Lucida Sans Unicode" şriftindən istifadə edin.

Изменено пользователем strANger_04
Ссылка на комментарий
Поделиться на других сайтах

Men sizin kimi Ensiklopedik qavrayisa malik insanlarin mukemmel biliyine qarsi oz kicik biliyimle cixmaga cekinirem...

O ki qaldi oyuna heyat ozu bir oyundur..Biri ozune Qehreman digeri ise suallar icerisinde carpisan Dezdamona rolunda hiss edir!..

Teşekkur edirəm- Dezdemona kimi çetin bir rolu mene yaraşdırdığınıza görə! Özü də mən Şekspirin vurğunuyam! Bu da "Otello"dan bir sitat:

Take note, take note, O world,

To be direct and honest is not safe!

Amma bunu Dezdemona demeyib, İago deyib.

Ссылка на комментарий
Поделиться на других сайтах

Xahiş edirəm mailinizə yazıb cavablandırın.mövzudan kənara çıxmayın.Burda dalaşmayın.

AC OL, KİŞİ OL!

Aygunum, "Lucida Sans Unicode" şriftindən istifadə edin.

Изменено пользователем strANger_04
Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...
Qarışqa, çoxdandır sizinlə ünsiyyət qurmuruq! :)

Deyək ki, kimsə zindana düşməyi və ya güllələnməyi qorxaqlıqdan və ağanın qarşısında baş əyməkdən üstün tutur. Qoy həmin insan öz fikrində qalsın və ağaya qarşı çıxsın! Yoxsa hamı yaltaq, qorxaq və cılız olmalıdır? Əgər hökümət ağadırsa və o, seçkiləri saxtalaşdırırsa, neft pullarını istədiyi kimi xərcləyirsə, ordunun quruculuğu yox, dağıdıcılığı ilə məşğul olursa, təhsilimizi və səhiyyəmizi bərbad vəziyyətə salırsa, biz hamımız onun qarşısında baş əyib, onun arxasınca getməliyik? "Ağa" artıq nəçə illərdir ki, bizi dərəyə tərəf sürükləyir...

Bu atalar sözünün mənası budur: Tabe olduğun insan sənə nə əmr edirsə, bunu müzakirə etmədən həyata keçir. Kor-koranə surətdə tabeçilik- budur bunun mənası mənim üçün. Səhv etmirəmsə elə siz də bu cür başa düşürsünüz, amma tabe olmamağın yarada biləcəyi fəsadlara qatlaşmaqdansa, əmrə tabe olmağı daha düzgün hesab edirsiniz.

O ki qaldı, məktəb misaliniza- bəli, əgər söhbət dərsdə otrumaqdan, müəllimə qulaq asmaqdan gedirsə, haqlısınız. Bəs əgər məktəb hər ilin əvvəlində, ortasında və sonunda şagirdlərdən məktəbin təmiri, qızdırılması, təmizlənməsi və sair üçün pul yığırsa, şagird .rıb o pulu verməlidir məktəbə? Siz optimistsiniz əlbət, yoxsa "ağa"nı həmişə belə altruist, qayğıkeş təsvir etməzdiniz :)

Əlbəttə, atalar sözləri hansısa dövlət qanunu deyil ki, onlara mütləq əməl etmək tələb edilsin. Burda onların mənasını müzakirə edirik. Bəzi atalar sözləri heç də həmişə faydalı deyil. Bəzi atalar sözlərinin faydası isə onun işləndiyi kontekstdən asılıdır. Yerdə qalan atalar sözlərindən isə mən özum də tez-tez istifadə edirəm. Məsələn, çox qarışqa şiri öldürər və ya El atan daş dağdan aşar :D

Hörmətli Cosmopoliton xanım, mən bu mövzuda kiminsə qəhramanlığını və yaxud da zindana düşməyi və ya güllələnməyi qorxaqlıqdan və ağanın qarşısında baş əyməkdən üstün tutanlardan yazmadım.Mən sadəcə atalar misalının məğzini başa salmaq istədim. Kimisi zindana düşməyi və güllələnməyi ağanın qarşısında baş əyməkdən üstün tutur,kimisi yox.O hər kəsənin öz işidir.Mən "ağanın" tərəfini saxlamıram. Mən 14 ildir ki o "ağanın" çörəyini yemirəm,nədəki o "ağadan" asılı deyiləm (maddi cəhətdən).Amma o "ağanın evindəyəm" və qoyduğu qayda-qanunlardan kənara çıxa bilmərəm.

Birdəki,siz özünüz dediyinizə görə Statisika sahəsində işləyirsiniz və yəqin ki sizin də müdiriniz var.("ağa" desəm xətrinizə dəyə bilər).Əgər sabah müdiriniz sizə desə ki,nəyisə belə edin,siz etməyin.(işlə bağlı) ("zindana düşməyi və ya güllələnməyi qorxaqlıqdan və ağanın qarşısında baş əyməkdən üstün tutmaq" lazımdır.) Amma siz edəcəksiziniz.Müdirinizin çıxartdığı qərarın son aqibətini bəzən heç siz də bilmirsiz.Onu axırda bilmək olur.Sadəcə olaraq deyir sür və siz də sürürsuz.Əgər siz özünüz qərar verib,özünüz də o qərarın icrasnı həyata keçirirsizsə, (yalan olardı) onda məni üzrlü hesab edin.

Amma mövzudan kənar yazdığınız bu acı həqiqətlər və ədalətli yazılarınızla ümumilikdə razıyam.

Ссылка на комментарий
Поделиться на других сайтах

Birdəki,siz özünüz dediyinizə görə Statisika sahəsində işləyirsiniz və yəqin ki sizin də müdiriniz var.("ağa" desəm xətrinizə dəyə bilər).Əgər sabah müdiriniz sizə desə ki,nəyisə belə edin,siz etməyin.(işlə bağlı) ("zindana düşməyi və ya güllələnməyi qorxaqlıqdan və ağanın qarşısında baş əyməkdən üstün tutmaq" lazımdır.) Amma siz edəcəksiziniz.Müdirinizin çıxartdığı qərarın son aqibətini bəzən heç siz də bilmirsiz.Onu axırda bilmək olur.Sadəcə olaraq deyir sür və siz də sürürsuz.Əgər siz özünüz qərar verib,özünüz də o qərarın icrasnı həyata keçirirsizsə, (yalan olardı) onda məni üzrlü hesab edin.

Mən statistika sahəsində işləmirəm, amma həqiqətən müdirim var, işlədiyim mühit isə kifayət qədər demokratikdir. Əgər müdirin qərarının tam ya da qismən səhv olduğunu arqumentlərlə sübut edə bilsəm, onda onun qərarını dəyişmək iqtidarındayam...:kiss:

Изменено пользователем Cosmopolitan
Ссылка на комментарий
Поделиться на других сайтах

Mən statistika sahəsində işləmirəm, amma həqiqətən müdirim var, işlədiyim mühit isə kifayət qədər demokratikdir. Əgər müdirin qərarının tam ya da qismən səhv olduğunu arqumentlərlə sübut edə bilsəm, onda onun qərarını dəyişmək iqtidarındayam...:mikka:

Bəs əgər,müdirin qərarının tam ya da qismən səhv olduğunu arqumentlərlə sübut edə bilməsəz necə?

Ссылка на комментарий
Поделиться на других сайтах

Bəs əgər,müdirin qərarının tam ya da qismən səhv olduğunu arqumentlərlə sübut edə bilməsəz necə?

onda deməli müdir axmaqdır :D

Söhbət ondan getmir ki, mən müdirin qərarını nə dərəcədə dəyişməyə nail oluram. Söhbət prosesin özündən gedir- ya müdirin dediyini, necə deyərlər, çətinə salmadan, kor-koranə yerinə yetirirsən, ya da bu qərarı sual altına alırsan, dəyişdirməyə çalışırsan və öz mövqeyini ortaya qoyursan. Ən azından ikinci halda nəyisə dəyişmək imkanı var, birinci halda isə insan özünü iradəsiz və mövqesiz .rmış olur...

Sizə ele gəlmir ki, biz artq başqa mövzunu müzakirə edirik?

Ссылка на комментарий
Поделиться на других сайтах

Sizə ele gəlmir ki, biz artq başqa mövzunu müzakirə edirik?

xeyr, birbaşa mövzunu müzakirə edirik, özü də mənim və mənim müdirimin misalında :smoking:

Amma düzünə qalsa bu atalar sözünün müzakirəsi yaman uzun çəkdi...

Ссылка на комментарий
Поделиться на других сайтах

xeyr, birbaşa mövzunu müzakirə edirik, özü də mənim və mənim müdirimin misalında :D

Amma düzünə qalsa bu atalar sözünün müzakirəsi yaman uzun çəkdi...

Maraqlı cümlələr yazırsız.Əgər siz müdirin qərarının tam ya da qismən səhv olduğunu arqumentlərlə sübut edə bilməsəz ,onda müdir axmaqdır? Siz əminsiz ki, siz müdirdən də ağıllısız?

Ссылка на комментарий
Поделиться на других сайтах

Maraqlı cümlələr yazırsız.Əgər siz müdirin qərarının tam ya da qismən səhv olduğunu arqumentlərlə sübut edə bilməsəz ,onda müdir axmaqdır? Siz əminsiz ki, siz müdirdən də ağıllısız?

bu sualınız mövzudan kənardır, ikincisi də zarafat edirdim.

Изменено пользователем Cosmopolitan
Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

sevimli mövzumdu,mənsə hələ heç nə yazmamışam.gorürəm siz hələ bu məhşur el deyimimi deyim,atalar deyimimi deyim,"ağa deyir sür dərəyə,demək sür dərəyə" misralari üzərində "müzakirələr" .rırsız.düzü yuxarılarda userlərin ironiyasından savayı maraqlı heç nəyə rast gəlmədim,bu ayrı mövzu.

ağa ağıllı ağa olsa o heç vaxt arabanı dərəyə sürdürməz,indi adam var ağılsız ağaya baş əyər,eləsi də var əyməz.bu baxır nökərdəki vicdana."oyuncaq" filmindən bir fraqment yadıma düşdü:şirkətin müdiri öz işçisinə şalvarını çıxarmağı əmr edir,işçi də bizim müzakirə etdiyimiz atalar sözünə sadiq qalıb şalvarını çıxardır.müdir deyir ki,indi səhf məndədimi ki,sənə şalvarı çıxarmağa əmr verdim,yoxsa səndədimi ki,bircə əmrə bəndmiş kimi şalvarını çıxarmağa hazırsan.

чёртик, tamlıqla latın hərflərindən istifadə edərək yazın. "ı" hərfini "i" ilə, "ü" hərfini "u" ilə, "ş" hərfini "s", "ğ" hərfini "g", "ç" hərfini "c" ilə əvəz etməyin. Şriftə qaldıqda, düzgün şrifti seçmisiz.

Изменено пользователем strANger_04

bu dünyaya təzə gəlmiş insana o dünyadan danişmaqdan böyük tərbiyyəsizlik yoxdur!(İmanuil Kant)

Ссылка на комментарий
Поделиться на других сайтах

Hörmətli Forumçular,məncə siz yetərincə savadlısız və dahada dolğun müzakirələr .rmağa qadirsiniz.

"....O zamandan etibarən mən insanlar arasında əsl ünsiyyəti, ünsiyyətin ən ali, ən uca formalarını axtarmağa başladım...."

E. Qolderness ("O'na məktublar")

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 months later...

Atalar sözləri onlara əməl olunsun deyə deyilməyib, hər halda hamısı deyil. Onlardan ibrət götürülsün deyə deyilib. Qanunlar kimi, onların da tətbiqi vəziyyətdən asılı olaraq dəyişməlidir. Tətbiqdə isə onu işlədənin niyyəti əsas tutulmalıdır. Bundan əlavə cürbəcür vəziyyətlərə görə də fərqli atalar sözü deyilir, eyni kəlamı hər yerdə işlətmək düzgün deyil. Elə bu da bir birinə zidd olan xeyli atalar sözünün mövcudluğunu izah edir.

Dərin mənaya gəldikdə isə hərə öz mənasını götürür. Biri adı çəkilən kəlamı hərfi başa düşüb, böyüyün səhv buyruğuna əməl etməyi vacib sayır, başqası isə bu kəlamı özünə xəbərdarlıq və yaxud rişxəndlə deyilmiş kimi izah edir. Ağıl yaşda deyil, başdadır.

Ссылка на комментарий
Поделиться на других сайтах

Sän aga män aga inäkläri kim saga.

Vuranda igiddir,qacanda.

Aganin mali gedir,nökärin cani.

Cox yemäk,az yemäkdändä qoyur,yoxa nählät.

Однако согласитесть что идут и работы по баранизации...Т.е. есть люди которые всё прекрасно понимают но прикидываются баранамы, ибо бояться стать шашлыком...(WEST)

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 year later...

ilanın ağına da lənət qarasına da . bu atalar sözünün mənsını kim bilir.

məsələn biz institutda oxuyanda bu sözü müəllimlər üçün işlədirdik . başqa kimlərə aid etmək olar bu sözü?

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...