Darjeeling

Azerbaycan Xalq Mahnilarinin Sozleri - "lyrics"

64 сообщения в этой теме

Bu günlərdə İnternetdə bir neçə Azərbaycan mahnısının sözlərini axtardım və təəccüblə qənaətə gəldim ki, bu mövzuya aid saytlar, demək olar ki, yoxdur.

O səbəbdən gəlin burada Azərbaycan musiqi xəzinəsini təşkil edən sevimli xalq mahnılarımızın və sovet dövrünün Azərbaycan xit mahnılarının sözlərini toplayaq.

Niyə müasir mahnıların deyil ? Çünki müstəqillik dövründə yaranan mahnıların sayı çox olsa da, bir o qədər də keyfiyyəti aşağıdır. Ona görə ara mahnıların həvəskarları ayrica mövzu aça bilər. :secret:

Əlbəttə, müasir mahnilar arasında layiqli nüsxələr də mövcuddur. Az da olsa. Amma seçim çətinliyi olacaq...

Onlar üçün də ayrı mövzu açmaq pis olmazdı.

Beləliklə, mən başlayıram və sizin fəal iştirakınıza ümid edirəm :)

SARI GƏLİN

Saçın ucun hörməzlər

Gülü sulu dərməzlər

Sarı gəlin

Saçın ucun hörməzlər

Gülü sulu dərməzlər

Sarı gəlin

Bu sevda nə sevdadır

Səni mənə verməzlər

Neynim aman, aman

Neynim aman, aman

Sarı gəlin

Bu sevda nə sevdadır

Səni mənə verməzlər

Neynim aman, aman

Neynim aman, aman

Sarı gəlin

Bu dərənin uzunu,

Çoban qaytar quzunu, quzunu

Bu dərənin uzunu,

Çoban qaytar quzunu, quzunu

Nə ola bir gün görrəm

Nazlı yarın üzünü

Neynim aman, aman

Neynim aman, aman

Sarı gəlin

Nə ola bir gün görrəm

Nazlı yarın üzünü

Neynim aman, aman

Neynim aman, aman

Sarı gəlin

Bu sevda nə sevdadır

Səni mənə verməzlər

Neynim aman, aman

Neynim aman, aman

Sarı gəlin

Səni mənə verməzlər

Ay nənən ölsün,

Sarı gəlin, aman

Neynim aman, aman

Neynim aman, aman

Sarı gəlin

Изменено пользователем Darjeeling
0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

aman allah heç bir mahnının sözlərini axıra kimi bilmirəm ki birin yazım hamısın ala yarımçıq bilirəm ama birini yazacam yadıma düşəndə

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Yazın, yazın. Maraqlı olar bu sözləri oxumaq )

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Qonşu forumların birində mənim yerləşdirdiyim postlarda bir çox mahniların sozləri var... Burada da həvəslə onları yaziram...

QUBAnin ağ almasi

Qubanin ağ almasi,

Yeməyə var alması,

Yarim gələnə qalıb,

Yaramın sağalması

Sevirəm, sevirəm yar,

Səni mən yar,

Sevirəm yar, yar

Qubadan alma aldim,

Yarima yola saldim,

Yarim gələnə kimi,

Heyva tək saraldım...

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Gəl bizə yar

Ay dağlar səndə gözüm var,

Ay məndə dərdə dözüm var,

Xəbər verin yar gəlsin,

Ay ürəyimdə sözum var.

Gəl bizə, gəl bizə, gəl bizə yar,

Qurbanam o qaş-gözə yar.

Ay su gəlir arxa nə var,

Ay dolanır çarxa nə var,

Məndən öz yarim küsüb,

Heç bilmirem xalxa nə var.

Ay mən aşiqəm, Gəncə var,

Ay Şəki, Şirvan, Gəncə var,

Yar yardan ayrılsada,

Məhəbbət ölüncə var...

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Lacın

Araz axar su ilə,

Dəstə-dəstə gül ilə,

Mən yarımı sevirəm

Şirin-şirin dil ilə

Ay Lacın, can Lacın,

Mən sənə qurban Lacın...

Bağçaların barı gül,

Yarı göncə, yarı gül,

Gec acldın, tez soldun,

Açmayaydın barı gül,

Ay Lacın, can Lacın,

Mən sənə qurban Lacın...

Yeri-yeri küsən yar,

Yeni eşqə düşən yar,

Elçiləri qırılmış...

Özü elçi düşən yar!

Ay Lacın, can Lacin,

Mən sənə qurban Lacın...

Ən çox sevib dinlədiyim mahnılardan biri...

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Qaragilə

Gəlmişəm otağına,

Oyadam səni Qaragilə, oyadam səni,

Nə gözəl xəlq eləmiş Yaradan səni, Qaragilə

Götürüb mən qacaram aradan səni, Qaragilə

Aradan səni...

Ağac olaydım,

Yolda duraydım,

Sən gələn yola,Qaragilə

Kölgə salaydım...

Təbrizin küçələri dolanba-dolan, Qaragilə, dolanba-dolan,

Nə mənə qız qəhətdir, nə sənə oğlan,Qaragilə,

Əgər məni sevmirsən, get, ayrı dolan, Qaragilə,

Get, ayrı dolan,

Gızılgül əsdi, səbrimi kəsdi,

Sil gözün yaşın Qaragilə, ağlama, bəsdir...

Daha bir əfsanəvi xalq mahnımız...

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

.rdı sellər Saranı

Arpa çayi aşdı-daşdı,

Sel Saranı aldı qaçdı,

Alagözlü, qələmqaşlı,

.rdı sellər Saranı,

Bir alagözlu balanı...

Gedin deyin Xançobana,

Gəlməsin bu il Muğana,

Muğan batıb nahaq qana,

.rdı sellər Saranı,

Bir alagözlu balanı...

Arpa çayi sərin olmaz,

Axar sular dərin olmaz,

Sara kimi gəlin olmaz,

.rdı sellər Saranı,

Bir alagözlu balanı...

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Sona bülbüllər

Su atdım yara dəydi, sona bülbüllər,

Əlim divara dəydi, saçı sünbüllər,

Dilim-ağzım qurusun, sona bülbüllər,

Nə dedim yara dəydi, saçı sünbüllər

Elə yar-yar deyirlər, heç məni demirlər,

Ay sona bülbüllər.

Evləri köndələn yar, sona bülbüllər,

Bizə gül göndərən yar saçı sünbüllər,

Gülün yarpıza dönsün, sona bülbüllər,

Bizdən üz döndərən yar, saçı sünbüllər.

Dəryada gəmim qaldı, sona bülbüllər

Biçmədim, zəmim qaldı, saçı sünbüllər,

Çox çəkdim yar cefasın, sona bülbüllər,

Mənə dərd-qəmi qaldı, saşı sünbüllər.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Bəh-bəh

Gül açılanda yaz olur, bəh-bəh-bəh!

Kədərim, qəmim az olur, bəh-bəh-bəh!

Gözəldə işvə-naz olur, bəh-bəh-bəh!

Gəl-gəl, gözəl yar, sevirəm səni!

Yarın bağında şirin olur üzüm,

Sənin ayrılığına nəcə dözüm?

Sənə qurban olsun bu iki gözüm,

Gəl-gəl, gözəl yar, sevirəm səni!

Bülbül bağlarda səs salır cəh-cəh-cəh!

Güllərin ətrini alır, bəh-bəh-bəh!

Musiqi səsi ucalır, cəh-cəh-cəh!

Gəl-gəl, gözəl yar, sevirəm səni!

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Durnam

Dilbər könlüm aramı,

Yoxdur könlüm aramı,

Sən ki tebib deyildin,

Neçin açdın yaramı, durnam?

Sən haralisan, durnam?

Mən buralarda durmam,

Gedəlisən, əsmər yarım,

Gəl sinəm üste dolan,

Qarpız kəsdim, yeyən yox,

Halın necə, deyən yox,

Yarım mənlə barışıb,

Gözün aydin deyən yox, durnam.

Qarpız kəsdim bal kimi,

Dilimlədim nar kimi,

Gördüm yarın əllərini,

Gecə yağmiş qar kimi, durnam.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Əlində sazı Qurbanı

Əlində sazı qurbanı,

Eyləmə nazın qurbanı,

Ollam gözlərin qurbanı,

Öldürmə məni, yandırma məni,

Dur gəl naz ilə, naz ilə,

Söhbət, saz ilə, saz ilə.

Nə baxirsan yanı-yanı,

Oldum gözlərin qurbanı,

Əvvəlki məhəbbət hanı,

Belə şümşad barmaq olmaz,

Ləbin kimi qaymaq olmaz,

Gülüm səndən doymaq olmaz.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Aman nənə

Asta yeri, kəmər düşər belindən,

Aman nənə, zalım nənə, yar nənə,

Ayrı düsdüm gülümdən, bülbülümdən,

Aman nənə, zalım nənə, yar nənə,

O qədər sevirəm, düsməz dilimdən,

Ay aman yar, ay zalım yar,

Ay gözəl yar, ay gül yar.

Bir yaylığım vardı gülü ozündən,

Aman nənə, zalım nənə, yar nənə,

Dolanır boynuma ozü-ozündən,

Aman nənə, zalım nənə, yar nənə,

Mən nə dedim, küsdün mənim sözümdən?

Ay aman yar, ay zalım yar,

Ay gözəl yar, ay gül yar.

Yarima demişəm mənə saz alsın,

Aman nənə, zalım nənə, yar nənə,

Onu çalım, dərdi-qəmim azalsın,

Aman nənə, zalım nənə, yar nənə

Məgər mən ölmüşəm, yarım qız alsın?

Ay aman yar, ay zalım yar, ay gül yar.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Deyin mübarək olsun

Deyin, mübarək olsun,

Bu toy mübarək olsun,

Gəlin getdiyi yollar,

Gül olsun, çiçək olsun.

Ulduz gəlin, ay gəlin,

Yoxdur sənə tay, gəlin,

Bu gün sənin toyundur,

Nazik yuxa yay, gəlin.

Dəryadan keçdim, gəldim,

Suyundan içdim, gəldim,

Gözəllərin içindən,

Tək səni seçdim, g'ldim.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Bağçada güllər

Ay dərya kənarında bir ev tikmişəm,

Ay hasarın çəkmişəm, üstün örtmüşəm,

Ay bu gələn gözələ gözüm dikmişəm.

Bağçada güllər, oxur bülbüllər,

Blə deyirlər, yənə yaz gəlir.

Ay əlinə al, çalıb dindir sazını,

Ay mən çəkərəm hər dəm sənin nazını,

Ay şəmsi-qəmər kimi göstər üzünü.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Ceyran

Araxçının məndədir, ceyran,

Sərmişəm, çəməndədir, ceyran,

Aləm gözələ dönsə, ceyran,

Mənim gözüm səndədir, ceyran.

Aşiqin çoxdur sənin sənin, çoxdur,

Kipriyin oxdur sənin, oxdur,

Dərdindən mən dəliyəm,

Heç xəbərin yoxdur sənin, ceyran.

Ulduz dönüb ay olmaz, ceyran,

Qış keçməsə yay olmaz ceyran,

Könül sevən gözələ, ceyran,

Gözəllikdə tay olmaz, ceyran.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Aman təklik əlindən

Haray getdi dəm əldən,

Qoymaz məni qəm əldən,

Gedirsə, dərd-qəm getsin,

Getməsin həmdəm əldən

Aman, təklik əlindən,

Bidad, təklik əlindən,

Baş götürüb gedərəm,

Bivəfa yar əlindən.

Qərənfiləm, dəstəyəm,

Bülbüləm, qəfəsdəyəm,

Gedin yarima deyin,

Həsrətindən xəstəyəm.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Daşlı qala

Bulaq başı toz olar,

Üstü dolu qız olar,

Əyil, dəsmalın götür,

Mən götürsem söz olar.

Bu qala daşlı qala,

Çınqıllı, daşlı qala,

Qorxuram, gəlməyəsən,

Gözlərim yaşlı qala.

Əzizim olmayaydi,

Saralıb solmayaydi,

Bir ayrılıq, bir ölüm,

Heç biri olmayaydı,

Dağlara çən düşəndə,

Sünbülə dən düsəndə,

Ruhum bədəndə oynar,

Yadıma sən düşəndə.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Qara qız

Bülbüllər gəzər bağı,

Yar gələr, süzər bağı,

Dodağın gül qönçəsi,

Açılsa, bəzər bağı.

Tellərini yan dara, qız,

Eylə dərdimə çarə, qız,

Ay qaşı-gözü qara qız,

Eylə dərdimə çarə, qız.

Mən aşiqəm halına,

Üzdə qara xalına,

Lalə, bənövşə yetməz,

Yarın gül camalına.

Bulud ötüb, ay hanı?

Qaşın kimi yay hanı?

Gəzdim eli-obanı,

Eldə sənə tay hanı?

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Girdim yarın bağçasına

Girdim yarın bağçasına, çiçəklər açmış,

O yar mənim ürəyimə yaralar sancmış,

Gəl, gəl, gəl gözəlim, gəl, sevirəm səni,

Əgər qismətim olarsan, alaram səni.

Girdim eşqin dəryasina, gəmim dolmadı,

Gənc yaşımda bir yar sevdim, mənim olmadı.

Ən sevimli mahnılardan biri...

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Əsmərim

Əsmərim biçim-biçim,

Ölurəm Əsmər üçün,

Aləm mənə düşməndir,

Əsməri sevdiyimçün.

Gülüm oy, oy, oy, gözəl yariı, Əsmərim oy…

Əsmərin yanaqları,

Su götürüb arxları,

Şeh düsmüş gülə bənzər,

Əsmərin dodaqları.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Evləri var xana-xana

Evləri var xana-xana,

Mən kül oldum, ay aman, yana-yana,

Yaylığının yanı buta,

Məni saldın, ay aman, ay aman yanar oda,

Obaları oymaq-oymaq,

Yalan sözdür, ay aman, yardan doymaq,

Üzü gülər, ləbi qaymaq,

Yalan sözdür, ay aman, yardan doymaq,

Heç olmazmiş, ay aman, yardan doymaq,

Yalan sözdür, yalan sözdür, yardan doymaq.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Qarabağın maralı

Gəzmə məndən aralı, könlüm səndən yaralı,

Gözlərinə heyranam, Qarabağın maralı,

Sən bulaq üstə gələndə, qıygacı baxıb güləndə,

Aldın səbrü-qərarimi, Qarabağın marali.

Mən qurbanam gözlərə, şirin-şirin sözlərə,

Bir qonaq gəl bizlərə, Qarabağın maralı.

O günə qurban kəsərəm, gəlməsən səndən küsərəm,

Gəzərəm səndən aralı, Qarabağın maralı.

Gedək Qırxqız yaylağına, ceyran-cüyür oylağına,

Enək Isa bulağına, Qarabağın maralı.

Turşsu olsun yaylagımız, gözəl Şuşa oylagımız,

Sən olaydın qonagımız, Qarabağın maralı.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Xumar oldum

Mən gəlmişəm sənə qonaq,

Ceyran, mənə bax, bax,

Mənə bişir bir qayqanaq,

Ay qiz mənə bax, bax,

Maral, mənə bax, bax.

Xumar oldum, xumar oldum,

Kətan koynək, nazik bədən,

Gördüm, bihal oldum…

Getdim gördüm bağda yatıb,

Ay qız mənə bax, bax,

Qara zülfü gülə batıb,

Ceyran, mənə bax, bax,

Maral, mənə bax, bax.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Üç meyvə

Meyvələrdə üç meyvə var, üçü də balam yeməli,

Biri alma, biri heyva, biri nar,

Alma sənin, heyva da sənin, nar mənim yar, nar mənim,

Indi bildim, sən mənimsən, sən mənim…

Bu yerlərin üç yolu var, üçü də balam getməli,

Biri eniş, biri yoxuş, biri düz,

Eniş sənin, yoxuş sənin, düz mənim yar, düz mənim,

Bilirəm, gəlməlisən gəlməli…

Ayda bir yol, həftədə bir yol, gəlməlisən gəlməli…

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Ikisi bir boyda gəzən gözəllər

Ikisi bir boyda gəzən gözəllər,

Toyda, mağarda süzən gözəllər,

Hər sözə bir söz düzən gözəllər,

Adı dillərdə gəzən gözəllər.

Eyvana çıxdım, gördüm yar gəlir,

Dağlar maralı o maral gəlir,

Başına örtüb xara şal gəlir,

Yanağı üstə qara xal gəlir.

Asıq gərək deyə sözün düz-düzə,

Aşıqlar kimi baxaq göz-gözə,

Hörüklü saçlar tökülsün dizə,

Hərdən bir üzlər dəysin üz-üzə.

Gəl, cavanıq, gəl verək əl-ələ,

Yellər əsəndə dəysin tel-telə,

Qovuşaq omrə necə sel-selə,

Gələk uz-uzə necə gül-gülə.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Evlərinin ögü yonca

kərkük xalq mahnısı

Evlərinin ögü yonca,

Yonca qalxmış dam boyunca, dam boyunca,

Boyu uzun, beli incə, ninnə yarım, ninnə,

Əsmər yarım, ninnə, ninnə, ninnə.

Evlərinin ögü lalə,

Saqi olub ver piyalə, ver piyalə,

Yoldaş olaq, düşək yola, ninnə yarım, ninnə,

Əsmər yarım, ninnə, ninnə, ninnə.

Evlərinin ögü darçın,

Fələk qoymur gözüm açım, vallah açım,

Səni alim, hara qaçım, ninnə yarim, ninnə,

Əsmər yarım, ninnə, ninnə, ninnə…

Doymadan dinlədiyim mahnilardan biri… Behiştlik Nərminə xanım Məmmədovanın əvəzsiz ifasi…

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Mənzəri

Qərənfil abı gərək,

Yar yarın babı gərək,

Zərrəcə eşq olanın,

Dərya qədər tabı gərək.

Necə-necə ərz eləyim məğzimi yarə,

Ərzimi bənd eləyib eləsin çarə,

Necə-necə şərab olur üzüm suyundan,

Bəsləsən atlas olar tut yarpağından.

Aşiqəm, gözdə qara, göz qara, qaş qara,

Yolunu gözləməkdən qalmayıb gözdə qara,

Səbr elə, halva bişər ey qora səndən,

Bəsləsən atlas olar tut yarpağından.

Necə-necə şərab olur üzüm suyundan,

Bəsləsən atlas olar tut yarpağından.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

O surmeli gozlerin

O surmeli gozlerin,

Sirin-sirin sozlerin,

Tebietin eliyle,

Cekilmis surmelerin.

Eline ayna al, gor ne melahetlisen,

Qedir bilen yaninda, dunyadan qiymetlisen.

Basinda var sal bunun,

Uzunde var xal bunun,

Bir deli seytan deyir,

Dur, qadasin al bunun…

Изменено пользователем SEYRCI
0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Nərgizim

Niyə məndən küsmüsən, Nərgizim?

Əlini məndən üzmüsən, Nərgizim,

Tez gəl qəlbim dözməyir hicrana,

Vəfalı ol, qəsd etmə bu cana.

De hardasan, harda,

Gözüm qaldı yolda, Nərgizim,

Tez gəl qəlbim dözməyir hicrana,

Vəfalı ol, qəsd etmə bu cana.

Söz vermişdin gələrəm, gəlmədin,

Saf eşqimi, duygumu bilmədin,

Tez gəl qəlbim dözməyir hicrana,

Vəfalı ol, qəsd etmə bu cana.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Gülə-gülə

Gülüşlərin cingildəsin saz kimi,

Hər tərəfə yayılsın avaz kimi,

Sən güləndə könül gülür yaz kimi,

Gülə-gülə, gülə-gülə, ay xanım,

Gülə-gülə, gülə-gülə al canım!

Yasəmənlər açıb çiçəklənəndə,

Bənövşələr küsüb boynun əyəndə,

Şeh düşübən çəmənlər şehlənəndə,

Gülə-gülə, gülə-gülə, ay xanım,

Gülə-gülə, gülə-gülə al canım!

Sən güləndə açır gül, yasəmənlər,

Heyran olur avazın eşidənlər,

Görən varmı, sənin kimi bəxtəvər,

Gülə-gülə, gülə-gülə, ay xanım,

Gülə-gülə, gülə-gülə al canım!

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Gəncədən fayton gəlir…

Gəncədən fayton gəlir, fayton gəlir gəlir

Ay fayton gəlir…

Atları yorğun gəlir, yorğun gəlir gəlir,

Ay yorğun gəlir,

Sarı köynək, sarı cəpkən, badamı göz gəlir,

Sarı köynək, sarı cəpkən, badamı göz gəlir…

Bu gələn haralıdır, bu gələn haralıdır, bu gələn haralı?

Gəncənin maralıdır, Gəncənin maralı, Gəncənin maralı,

Sarı köynək, sarı cəpkən, badamı göz gəlir,

Sarı köynək, sarı cəpkən, badamı göz gəlir…

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Sudan gələn sürməli qız

Sudan gələn sürməli qiz,

Çox incidir kuzə səni,

Elə naz ilə gəlirsən,

Gəlməyəsən gözə səni.

Kuzəni əlindən allam,

Qolumu boynuna sallam,

Gəlsən səni özüm alam,

Di, dur gəl, aman günüdür,

Eşqimin yaman günüdür,

Kuzənə ipək düzərəm,

Eşqinlə çöllər gəzərəm,

Sənsiz mən necə dözərəm?

Ay bu gələn yarım ozüdür,

Gözləri ceyran gözüdür…

Rəhmətlik anamın ən sevimli mahnısı…

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Noleydi…

Mən aşiq oyanınca,

Mən yanım o yanınca,

Kəsim yastiğın yanın,

Yalvarım oyanınca.

Noleydi, yarım, noleydi,

Qapqara birçək olaydım,

Hamıya çirkin olsamda,

Yarıma göycək olaydım.

Təbriz üstü Miyana,

Gül sünbülə dayana,

Oxu, bülbülüm, oxu,

Bəlkə yarım oyana…

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Noleydi…

Mən aşiq oyanınca,

Mən yanım o yanınca,

Kəsim yastiğın yanın,

Yalvarım oyanınca.

Noleydi, yarım, noleydi,

Qapqara birçək olaydım,

Hamıya çirkin olsamda,

Yarıma göycək olaydım.

Təbriz üstü Miyana,

Gül sünbülə dayana,

Oxu, bülbülüm, oxu,

Bəlkə yarım oyana…

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Yalvara-yalvara

Yar yarın gərək qeydinə,

Qala, yalvara-yalvara,

Hərdən incimis könlünü,

Ala, yalvara-yalvara.

Yara yalvara-yalvara,

Qaldım yalvara-yalvara.

Az qalmışdı toyumuza,

Yar saxladı yənə yaza,

Mən də qaldım insafsıza,

Yenə yalvara-yalvara.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Üc gündən bir, beş gündən bir

Könlüm istər görəm yarı,

Üc gündən bir, beş gündən bir,

Arzularam vəfadarı,

Üc gündən bir, beş gündən bir.

Gəl, gəl, ay gəl, gəl ay, gəl gözəl yarım,

Səndədir, səndədir hər ixtiyarım,

Vermərəm, vermərəm mən səni əldən,

Mən necə əl çəkim, ey nigar səndən.

Olmuşam aşiqi-dildar,

Yanıma gəlməz o nigar,

Gəlməsə ollam ahu-zar,

Üc gündən bir, beş gündən bir.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Vəfasizsan sən yaman

Bir ses geldi qulagima yaxindan,

Ele bildim, gelib cixdi gözəl yar,

Dünən dedin gələcəyəm, gəlmədin,

Qəlbimdəki döyüntünü bilmədin,

Sevirəm mən səni, a canan, a ceyran,

Mən nə bilim vəfasizsan, sən yaman,

Bilməz idim vəfasızsan, sən yaman.

Dəyirmandan bir az qalxaq yuxarı,

Seyrə çixaq bizim qarlı dağları.

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Niyə bala?

Qonşumuzda bir qız vardır,

Gözəllikdə ilk bahardır, anasından gizli mənə

Söz verib, aldatdı məni, məni niyə, bala?

Yar yaman aldatdı məni, məni, bala,

Söz verib aldatdı məni, məni, bala,

Yar yaman aldatdı məni, məni, bala,

Aldadıb, oynatdı məni, məni niyə, bala?

Yayligımı aldım ondan,

Ayrıliği sandım ondan,

Dedim gələr, qaytararam,

Gəlməyib aldatdı məni, məni niyə, bala?

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Irəvanda xal qalmadi…

Irəvanda xal qalmadi,

O xal nə xaldır, qoşa düzdürmüsən?

De görüm, nə xaldır, qoşa düzdürmüsən?

Daha məndə hal qalmadı,

O xal nə xaldır, qoşa düzdürmüsən?

Xal mənim, yar mənim, ixtiyar mənim,

Xalxa nə borcdur, qoşa düzdürmüsəm?

Yarım deyibdir, qoşa düzdürmüsəm…

Irəvanda gəzən gözəl,

O xal nə xaldır, qoşa düzdürmüsən?

De görüm, nə xaldır, qoşa düzdürmüsən?

Ürəyimi üzən gözəl,

O xal nə xaldır, qoşa düzdürmüsən?

0

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Создайте аккаунт или войдите для комментирования

Вы должны быть пользователем, чтобы оставить комментарий

Создать аккаунт

Зарегистрируйтесь для получения аккаунта. Это просто!


Зарегистрировать аккаунт

Войти

Уже зарегистрированы? Войдите здесь.


Войти сейчас