Перейти к содержимому

Xalqı əzmək Ssenariləri Moskvada Hazırlan&#30


Recommended Posts

12.05.2008 [09:32]

“XALQI ƏZMƏK SSENARİLƏRİ MOSKVADA HAZIRLANIR”

Qabil Hüseynliyə görə, Kreml sınanmış texnologiyaları həm Azərbaycana, həm də Ermənistana ötürür

http://' target="_blank">

400.jpg MDB sammitlərində quruma üzv olan ölkələrdə hakimiyyət dəyişikliklərini necə önləmək barədə də müzakirələr və təcrübə mübadiləri .rılır. Xəbər verildiyi kimi bu barədə “Azadlıq” radiosunun efirində səslənən “Yolayrıcı” verilişində Gürcüstan və Ermənistandan olan ekspertlər çıxış ediblər.

Əslində MDB məkanında demokratik qüvvələrin zəiflədilməsi, seçkilərin saxtalaşdırılması, narazı elektorata divan tutulması texnologiyalarının vahid mərkəzdə hazırlanması sirr deyil. İndi isə üzə çıxıb ki, MBD dövlətləri ayrı-ayrılıqda öz ölkələrində tətbiq etdikləri oxşar repressiv metodlardan hansının effektiv olmasını dəqiqləşdirir və növbəti mərhələdə ondan istifadə edirlər. Ən acınacaqlısı isə odur ki, quruma üzv olan Azərbaycan və Ermənistan hökumətləri də bir-birilərinin təcrübəsindən yararlanırlar. Bunu İrəvan Mətbuat Klubunun rəhbəri Boris Navasardyan “Azadlıq” radiosuna açıqlayıb. O, Azərbaycan və Ermənistan hakimiyyətləri arasında mütəmadi təcrübə mübadiləsi .rıldığını deyib: “Azərbaycan və Ermənistan hakimiyyətlərinin rəhbərləri MDB-nin tez-tez keçirilən formal və qeyri-formal sammitləri zamanı müxalifəti necə zəiflətmək, müstəqil mətbuatı necə boğmaq üsullarını bir-birinə ötürürlər”.

Düşmən ölkədə tətbiq olunan antixalq texnologiyalarının iqtidar tərəfindən Azərbaycana transefr edilməsi bir daha bu rejimin öz mövcudluğunu qoruyub saxlamaq üçün ən iyrənc işlərə getməsi barədə deyilənlərin doğru olduğunu göstərir. Nəzəri baxımdan repressiv metodlarla bağlı Belarusun, Özbəkistanın yaxud da digər ölkənin təcrübəsindən yararlanmağın elə bir fərqi yoxdur. Amma düşmən ölkə kimi, Ermənistan hakimiyyəti ilə təcrübə mübadiləsi həyata keçirmək ikiqat rəzalətdir.

Mövzu ətrafında söhbət etdiyimiz politoloq, Müsavat Partiyası başqanının müavini Qabil Hüseynlinin fikrincə, xalqa qarşı texnologiyalar birmənalı şəkildə Kremldə hazırlanır və MDB dövlətlərində tətbiq edilir: “Mən onu dəqiq deyə bilərəm ki, bu saxtakarlıq, mətbuatı necə boğmaq texnologiyaları həm Azərbaycana, həm də Ermənistana Rusiya tərəfindən ötürülür. Həmçinin, bu mexanizmlərin həyata keçirilməsi işində hakimiyyətlərə siyasi dəstək verilir. Biz bunu 2003-cü il prezident seçkisində müşahidə etmişik. Odur ki, hakimiyyətlərin özlərinin bir-biriləri ilə təcrübə mübadiləsi .rmasına da ehtiyac duyulmur. Hansısa çətinlik yarananda MDB ölkələrinin hakimiyyətlərinin rəhbərləri birbaşa Kremldən təcrübə öyrənirlər. Məsələn, Ermənistanda seçkilərdən az öncə iqtidarın namizədi Serj Sərkisyan Moskvaya getdi və orada lazımi təlimatlar alaraq geri döndü. Bundan sonra Kremlin strukturları İrəvana gəldilər və bəlli prosesləri həyata keçirdilər. MDB sammitlərində bu texnologiyalar barədə ümumi müzakirələr getməsi istisna edilmir. Amma təcrübə mübadiləsinə məncə, ehtiyac da yoxdur. Çünki bu texnologiyalar vahid mərkəzdə hazırlanır və ölkələrə ötürülür”.

Orxan QARAÇAYLI

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...