Перейти к содержимому

Zərduşt Əlizadədən Gəribə Musahib&#


Recommended Posts

Azərbaycanın siyasi duşuncə tarixində sanballı yerlərdən birini tutan politologun bu musahibəsi məndə bir az heyrət dogurdu. İntellektinə və zəkasına hər zaman baş əydiyim,amma,çox zaman urəyimdə onunla bu və ya digər məsələlərlə baglı sərgilədiyi mögeyinə görə gızgın mubahisələrdə bulundugum vaxtlarım yadıma duşdu.Bəzən açıg şəkildə rus və iranparast mövgelərini ortalıga goyan bu nəhəng muasir Azərbaycan ziyalısı görunur ki,ind, həgigətən də,əsil xalg ziyalısına çevrilməkdədir.

Allah bu yolda yardımçınız olsun,Zərduşt bəy.

Burda yaxşı mənada su çuxurun tapdı.

Bu musahibəni diggətinizə çatdırmagı özumə borc bildim.Oxuyun və duşunduklərinizi bizimlə böluşməyinizi xahiş edirəm

«Ramiz Mehdiyev Rusiyadan yeni maxinasiyalar öyrənməyə gedib»

Zərdüşt Əlizadə: «Ramiz Mehdiyev heç bir bəyanatı özündən vermir, çünki müstəqil siyasət yürütməyə onun nə səlahiyyəti, nə də ki, imkanı var» Prezidentin icra .ratının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin Rusiyaya səfəri və Kremldə keçirdiyi görüşlər bir sıra suallar doğurmaya bilməz. Rəsmi dairələr səfərin Heydər Əliyevlə bağlı Moskvada keçirilən tədbirlərlə bağlı olduğunu desələr də, görüşlərdə səslənən bəyanatlar seçki ərəfəsində R.Mehdiyevin Rusiyaya səfərinin təsadüfi olmadığı təəssüratını yaradır. Maraqlıdır, Prezidentin icra .ratı rəhbərinin Rusiyaya səfəri yalnız H.Əliyevlə bağlı tədbirlərdə iştirakdır yoxsa, bu görüşlərin başqa səbəbi də var? Politoloq Zərdüşt Əlizadəylə müsahibəmizə bu sualla cavab almaqla başladıq: - Gözdən pərdə asmaq üçün bəyan olunur ki, guya səfərin bir məqsədi də Rusiya ilə təcrübə mübadiləsidir. Azərbaycan hakimiyyətinin heç bir tücrübə mübadiləsinə ehtiyacı yoxdur. Ona görə ki, əslinə qalsa, Vladimir Putin Heydər Əliyevin Azərbaycanda yaratdığı rejimi Rusiyada tətbiq edib. Heydər Əliyevin Azərbaycan xalqının başına gətirdiyi müsibətləri Rusiyada eyniylə təkrarlayıb. Hakimiyyəti mərkəzləşdirib, demokratiyanı boğub, müxalifəti məhv edib, azad mətbuatı pis vəziyyətə salıb. Ona görə Azərbaycan hakimiyyətinin yenidən Rusiyadan avtoritar hakimiyyəti necə qurmaqla bağlı təcrübə mübadiləsi etməsinə ehtiyac yoxdur. Ramiz Mehdiyevin Rusiyaya səfərinin məqsədi fikrimcə, hakimiyyətinin reytinqinin hazırda çox aşağı olmasıdır. Iqtidar çox gözəl bilir ki, onun xalq arasında nüfuzu yoxdur. Ona görə seçkidə yeni maxinasiyalar tətbiq etmək üçün Rusiyadan növbəti seçki fırıldaqları öyrənməkdən ötrü bu səfər təşkil olunub. Məsələn, 2003-cü ildə Azərbaycan hakimiyyətinin seçki zamanı çox geniş tətbiq etdiyi “karusel” əməliyyatını məhz Rusiyadan öyrənmişdi. Əslində Azərbaycanda tətbiq olunan idarəetmə təcrübəsi keçmiş sovetindir və Ramiz Mehdiyevin də səfəri inanmıram ki, Azərbaycan hakimiyyətinin iqtidarı əlində saxlamasından başqa məqsəd güdsün. - Rusiya prezidenti Dmitri Medvedyevin Ramiz Mehdiyevi “Dostluq” ordeni ilə təltif etməsi və keçirilən görüşlərdə “Azərbaycan hər zaman Rusiyanın strateji partnyoru olub və olacaq” kimi bəyanatların səslənməsini necə şərh edərdiniz? - Rusiya Azərbaycan üçün çox mühüm ölkədir. Iki ölkə arasında münasibətlər normal olmalıdır. Amma bu o demək deyil ki, biz Azərbaycanın mənafeylərini hazırkı hakim zümrənin iqtisadi mənafelərinə qurban verməliyik. - Bu gün prezident seçkisində iştirikın tərəfdarları olanlar belə, Seçki Məcəlləsinin və Sərbəst Toplaşmaq Haqqında qanunun parlamentə təqdim olunduğu şəkildə qəbulunun əleyhinədirlər. Belə olan halda hakimiyyətin faktiki ikinci şəxsinin Rusiyaya səfəri Qərbə mesaj sayıla bilərmi? - Hakimiyyətin bu addımları küncə sıxılmış insanın özünü müdafiə cəhdlərinə bənzəyir. Ona görə Azərbaycan iqtidarı bütün vasitələrdən istifadə edərək qəsb etdiyi, mənimsədiyi hakimiyyəti əllərində saxlayaraq, ölkənin qarəti prosesini davam etdirməyə çalışır. Ramiz Mehdiyevin Rusiyaya səfərinin Qərbə mesaj olub-olmamasına gəlincə isə, demokratik dövlətlər əslində hakimiyyətdən real heç nə tələb etmirlər. Onlar sadəcə olaraq sözdə deyirlər ki, seçkiləri demokratik keçir. Amma seçki başa çatdıqdan sonra anti-demokratik xarakterli seçkiləri təbrik edirlər. Bu Qərbin seçki oyununa bənzəyir. Əgər Qərbin həqiqətən də Azərbaycan hakimiyyətini demokratik seçki keçirməyə vadar etmək istəyirsə, bunun üçün onun əlində kifayət təsiredici üsullar var. Bu üsullardan istifadə olunardı. Yalnız sözlərdən ibarət bəyanatlar belə görünür ki, yanlız aldatmaq xatirinə verilir. Mehdiyev yalnız Ilham Əliyevin göstərişiylə hərəkət edir - Bəzi qəzetlər belə bir fərziyyə səsləndirir ki, Ilham Əliyev Qərb təzyiqi qarşılığında bir çox məsələlərdə Rusiyaya “hə” deyə bilmir. Bunlara misal olaraq Rusiyanın istəyi ilə Gürcüstanla əlaqələri kəsmək kimi məsələləri göstərmək olar. Necə düşünürsünüz, Rusiya Ramiz Mehdiyevin vasitəsilə Ilham Əliyevi hədələyə bilərmi? - Bu fikri o qədər də inandırıcı saymıram. Çünki adətən hədələmə o qüvvə ilə həyata keçirilir ki, həmin qüvvənin özünün kifayət qədər resursu olsun. Ramiz Mehdiyevin cəmiyyətdə elə bir nüfuzu yoxdur. O, sadəcə olaraq bacarıqla demokratiyanı boğan, dövlət idarəetməsini həyata keçirən dövlət quluqçusudur. Və o, bütün addımlarında dövlət başçısının göstərişlərini həyata keçirir. Ramiz Mehdiyevin müstəqil siyasət yürütməyə nə səlahiyyəti, nə də ki, imkanı çatır. - Səfər zamanı maraqlı məqamlardan biri Rusiya prezident admnistarsiyasının bütün ölkəyə nəzarət istiqamətində bir sıra uğurların əldə etdiyinin Azərbaycan nümayəndə heyəti tərəfindən vurğulanmasıdır. O arzu da dilə gətirilib ki, Azərbaycan bu təcrübədən mütləq yararlanmalıdır. Söhbət nədən gedir? Hakimiyyət ölkədəki vəziyyəti bir qədər də kəskinləşdirmək istəyirmi? - Rusiyanın idarə olunmasında tətbiq olunan idarəçilik metodu yeni deyil. Bu, köhnə sovet texnalogiyasıdır. Hazırda Azərbaycanda Rusiyanın təcrübəsinin tətbiq olunmasına heç bir ehtiyac yoxdur. Onsuz da Azərbaycanın irili-xırdalı bütün məsələləri Prezident .ratında həll olunur. Bura həm təyinatlar, iqtisadiyyatın bölünməsi, rüşvət axınlarının yönləndirilməsi, müxalifətə qarşı təxribatların tətbiq olunması, azad mətbuata qarşı basqılar, fərdi məhkəmə qərarları, hətta Abşeronda 1 sot torpağın satılması belə Prezident .ratında həll olunur. - Mehdiyevin Rusiyaya səfəri və orada səsləndirdiyi bəyanatlar Qərb tərəfindən necə qarşılanacaq? - Inanmıram ki, elə bir ciddi reaksiyaya səbəb olsun. Qərbin Azərbaycana məsləhətlərindən biri də yürütdüyü xarici siyasətdə Rusiya faktorunu nəzərə almaqdır. Çünki hətta əzəmətli və qüdrətli Qərb bir çox hallarda Rusiya faktorunu nəzərə alır. Azərbaycan da Rusiya faktorunu nəzərə almalıdır. Necə nəzərə almalıdır və hansı siyasəti yürütməlidir - bu başqa məsələdir? Azərbaycanın milli mənafeləri Rusiyanın maraqları ilə uzlaşmayanda buna qarşı çıxılmalıdır. Bunun edilməsi üçünsə gərək Azərbaycanda xalqa söykənən, milli hökumət olsun. Azərbaycanda xalqla hakimiyyətin sarsılmaz birliyi olmadığından xarici siyasətdə hakimiyyət milli maraqlara qarşı çıxan məsələlərə müqavimət göstərə bilmir. Hakimiyyət iqtidarı əlində saxlamaq üçün həm Rusiyaya, həm də Qərbə güzəştlər edir. Bu isə Azərbaycanın bir dövlət kimi xarici siyasətinin fəlakətidir. Xəyal

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...