Перейти к содержимому

"bakıda Prezident Seçkilərini Kreml Keçir&#60


Recommended Posts

Hakimiyyətimizin xalgın idarə edilməsidə və hakimiyyətlərini möhkəmlətmək işində artıg SSSRinin NKVD və sonradan KGB-sinin 10 illərlə hazırlayıb mukəmməlləşdirdikləri repressiv usullarla həyata keçirdikləri məlum məsələdir.Amma uzləşdikləri yeni-yeni şəraitlər acısından və özlərinin də tam mustəgil hərəkət etmək əzmində olmamaları, "böyuk gardaşın" mutəxəssislərinə durmadan uz tutmaları,daima "böyuk gardaş" tərəfindən təlimatlandırmalarına rəvac verir. Gəribəsi odur ki,hətta Bakıda və Rusiyada jurnalistlərin öldurulməsi nəinki eyni gaydada,hətta eyni dövrlərə təsaduf edili.Məsələn Politkovskayanın gətli ilə Elmarın gətli təxminən eyni vaxta təsaduf edir və hər ikisi də eyni usullarla gətlə yetirilmişlər.Azad mətbuata basgılar,repressiyalar,xalg etirazlarının yatırılmasında işlədilən gəddar metodlar nəinki oxşardır,eyni zamanda həyata keçirilmə usulları və taktikaları ilə Rusiyada olduguna çox bənzərdir.Təəccublu deyil ki,bir sıra muxalifət adamları,elə 2003 ilin seçkilərindən sonra baş vermiş hadisələrin yatırılmasını və sonradan həyata keçirilmiş tədbirlərinin bir başa Moskva tərəfindən hazırlanıb təlimatlandırıldırılması gənaətinə gəlirlər.

Elə bu səbəbdəndir ki,bu gunku Jeni Musavat gəzetində çıxmış bir məgaləni diggətinizə çatdırmag istəyirəm.Fikirlərinizi bilmək istəyirəm.Axı Azərbaycanda Garabag problemini yaratmışların (Rusiyanın xususi xidmət generrallarını nəzərdə tuturam) və onu nəzarətdə saxlayanların bu gun bizim hakimiyyət məsələmizə mudaxiləsi nə dərəcədə gəbul ediləndir?

Umumiyyətlə öz fikirlərimdə yanılmıram ki???

HAKİMİYYƏTİN “BARBAROSSA” PLANI

“Bakıdakı prezident seçkilərini Kreml keçirəcək”

Rusiyalı texnoloqlar Azərbaycan iqtidarı üçün “İldırımsürətli seçki” ssenarisi hazırlayıb

Seçki yaxınlaşdıqca açıq-aşkar görünür ki, hakimiyyətin narahatlıqları artır. Rejim mənsubları hətta ciddi siyasətçilərin də izah etməkdə çətinlik çəkdiyi elə təlaşlı addımlara əl atır ki, bütün bunlara heyrətlənməmək olmur. Çoxları indi belə bir sual verir: “Hakimiyyətdəki rəhbərlər biz bilmədiyimiz nələri bilirlər və onlar hansı gizli məlumat əsasında bu dərəcədə təlaşlı və narahat hərəkətlər edirlər?”

Bu sual ətrafında bir çox versiyalar dövriyyəyə buraxılıb və bizim qəzet də bu mövzunu dəfələrlə işıqlandırıb. Lakin bəzən əlimizə iqtidarın planları ilə bağlı elə qiymətli məlumatlar yetişir ki, onlarla tanış olandan sonra bir sıra suallara və ciddi məsələlərə ipucu tapmaq mümkün olur.

Dünən etibarlı və mötəbər bir mənbədən iqtidarımızın seçki hazırlıqlarının bəzi detallarını özündə əks etdirən bilgi almışıq. Normal ölkələr üçün həmin xəbər əsl sensasiyadır. Azərbaycanda isə bu cür xəbərlərin arxasındakı hadisə və gerçəkliklər çoxdan norma halını alıb.

Amma hər halda, həmin xəbəri təqdim etmək qərarına gəldik; insanlarımız və siyasətlə maraqlananlar təəccüblənməsələr də, bilgilənsinlər.

Məlumata görə, Rusiya texnoloqları tərəfindən hakimiyyət üçün “Barbarossa” adlı seçki planı hazırlanıb: “Artıq iki aydır ki, Kremlə yaxın rusiyalı siyasi texnoloqlar Bakıda oturublar. Onlar ölkədəki siyasi vəziyyəti ciddi şəkildə öyrəniblər, Azərbaycanın Qərblə münasibətlərini təhlil ediblər. Rəsmi Bakı Avropa strukturlarının və ABŞ-ın tələblərindən imtina edəcəyi təqdirdə hansı proseslərin baş verəcəyinin təxmini konturlarını cızaraq, onlara uyğun seçki ssenarisi hazırlayıblar. Bütün Avropa qurumlarının, Amerikanın tələblərini qulaqardına vuraraq, Seçki Məcəlləsinin daha da mürtəceləşdirilməsi rusiyalı texnoloqların məsləhəti nəticəsində baş verib. Daha dəqiqi, parlamentdə iyunun 2-də qəbul olunan ”Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında" qanun layihəsinin son variantı məhz rusiyalı texnoloqlar tərəfindən hazırlanıb". Bu cür iddia ortaya qoyan qaynağımız bildirir ki, Seçki Məcəlləsi ilə bağlı qanun layihəsinin əvvəlki variantında xeyli müsbət məqamlar olub və hakimiyyət həm Venesiya Komissiyasına, həm də ABŞ-a vəd veribmiş ki, onların bir neçə prinsipial tələbi nəzərə alınacaq. Mötəbər mənbəmiz onu da qeyd edir ki, hakimiyyətin əvvəlki planı müxalifəti tam zəiflətmək, onu xalqın dəstəyindən məhrum etmək istiqamətində ciddi addımlar atmaq, sonra isə zəif müsabiqə şərtlərində alababat seçki keçirərək, İlham Əliyevin təxminən 58-65 faiz səslə qalib gəldiyini elan etmək olub. Həmin planda əsas hədəf daxili və xarici qüvvələrə, xüsusilə də siyasi opponentlərə İlham Əliyevin legitimliyini qəbul etdirmək qoyulubmuş. Və bu ssenariyə uyğun olaraq, hakimiyyət lazım olan bir sıra mühüm addımlar atmağı planlaşdırıbmış. Amma son vaxtlar Rusiya ilə əldə olunan anlaşmalar vəziyyəti kardinal şəkildə dəyişdirib. Kremldən gələn direktiv əsasında plan və əsas hədəf dəyişdirilib. Azərbaycanda 2008-ci il seçkilərini keçirtmək bir növ, Rusiyanın üzərinə qoyulub: “Kremldən Azərbaycan hakimiyyətinə seçkinin nəticələrinin onun xeyrinə olacağı, prosesin iqtidar üçün maksimum itkisiz keçəcəyi və seçkisonrası manevrlər nəticəsində Qərblə münasibətlərin normallaşacağı barədə təminat verilib”. Məlumatda bildirilir ki, Kremldən ən yüksək səviyyədə gələn bu təminatdan sonra Rusiya planının işə salınmasına razılıq verilib.

Bəs “Barbarossa” adlanan planda nələr nəzərdə tutulub?

“Bu plana əsasən, seçki kampaniyası çox qısa müddətdə başa çatmalıdır. Rusiyalı texnoloqlar hesab ediblər ki, seçki kampaniyasının uzun sürməsi müxalifətin güclənməsinə, narazı, amma passiv elektoratın hərəkətə keçməsinə səbəb ola bilər. Bu isə bahalaşmanın tüğyan elədiyi, işsizliyin hökm sürdüyü, insanların hər cür haqlarının tapdandığı, məmurların at oynatdığı bir şəraitdə qətiyyən hakimiyyətə sərf eləmir”. Mənbəmiz seçki kampaniyasının 125 gündən 70 günə endirilməsi ideyasının məhz Kreml texnoloqlarına məxsus olduğunu deyir.

Rusiyalı texnoloqlar bildiriblər ki, Qərbin modeli ilə seçkilərə getmək bu komanda üçün faktiki olaraq hakimiyyətin itirilməsi deməkdir. Yəni iqtidarın prosesləri oktyabrın 15-dək birtəhər yola verə bilməsi mümkündür; amma seçkisonrası qarşısıalınmaz proseslər baş verə bilər.

Rusiya texnoloqlarının xüsusi önəm verdikləri digər məqam isə seçkidən İlham Əliyevin neçə faiz səslə çıxmasıdır. Kreml texnoloqları ölkə rəhbərlərinə bildiriblər ki, 2008-ci ilin prezident seçkilərində İlham Əliyevin adına yazılacaq nəticələr qətiyyən 76 faizdən aşağı olmamalıdır. Çünki 2003-cü ildə İ.Əliyevin məhz 76 faiz səs qazandığı rəsmən elan olunub. Əgər bu ilin oktyabrında bundan aşağı nəticə göstərdiyi elan olunsa, bu o deməkdir ki, son 5 ildə ölkə başçısının nüfuzu aşağı düşüb. Ölkənin iqtisadi inkişafı, yeni iş yerlərinin açılması, yoxsulluğun aradan qaldırılması ilə bağlı hakimiyyətin neçə illərdir .rdığı təbliğat kampaniyasının fonunda isə bu çox gülünc görünə bilər.

Mənbəmiz iddia edir ki, Kreml texnoloqlarının “2008 seçki planı”nın tərkib hissəsinə nə olursa-olsun, Azərbaycan hakimiyyəti ilə Qərbin münasibətlərini ciddi şəkildə korlamaq da daxildir. Buna görə də, rəsmi Moskva bütün vasitələrdən istifadə edərək, “Barbarossa” planını həyata keçirməkdə israrlıdır.

Mövzu ilə əlaqədar fikrini aldığımız tanınmış müxalifətçilərdən birinin rəyinə görə, əgər hakimiyyət prosesi Kremlin təqdim etdiyi ssenariyə uyğun .rsa, Azərbaycan çox böyük fəlakətlərlə üzləşəcək.

Hələliksə görünən budur ki, rejimin niyyəti seçkini “Barbarossa” planına uyğun .rmaqdır. Lakin onu da yadda saxlamaq lazımdır ki, faşist Almaniyasının Rusiyaya qarşı hazırladığı “Barbarossa” planı tarixdə məğlubiyyətə düçar olub...

Mövzuya qayıdacağıq.

Teymur HƏSƏNLİ

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...