Перейти к содержимому

Təzə xəbərlər


El Paso

Recommended Posts

«Dolanmırıq eee, sürünürük…»

A07856DF-3CEA-498F-B6A4-470AF2D13657_mw203_s.jpg «Gəlib-gedəndən soruşuruq ki, pensiya var, deyəndə hə, bilirik ki, alver olacaq»

- Əvvəllər camaatın güzəranı yaxşı idi, iş yerləri var idi, indi iş yoxdur deyə camaatda da pul yoxdur.

- Dolanmırıq eee, sürünürük, sürünməkdir bu, burda olanların əksəriyyəti institut qurtarıb, indi gəlib alver eləyir. İş yeri yoxdur.

«PENSİYA VERİLƏNDƏN VERİLƏNƏ ALVER OLUR»

Azərbaycanın şimal-qərbində yerləşən Qax rayonunda kimi dindirsən dərdi eynidir – işsizlik, pulsuzluq. Rayonun kəndlərində illərdir aktual olan qaz, işıq problemi də hələ öz həllini tapmayıb. Bəzi kəndlərə gedən yolların bərbadlığı da problemlərin sıyahısını artırır. Camaat daha çox alverlə baş dolandırır. Amma bazarda meyvə satan Məmməd deyir ki, indi alverin də bərəkəti qalmayıb:

- Pensiya veriləndən verilənə alver olur. Gəlib-gedəndən soruşuruq ki, pensiya var, deyəndə hə, bilirik ki, alver olacaq. Ayrı günlər alver yoxdur.

Şəkidən olan Validə xanım isə Bakıya gəlib ki, rayona .rıb satmaq üçün pulu çatan qədər pal-paltar alsın. Çünki nə özü, nə də oğlu işləyir, əkib-becərməyə də torpaqları yoxdur:

- Balam institut oxuyub, inşaatı, orta məktəbi də əla qurtarıb, indi evdə yatır, iş yoxdur. 1-2 dəfə bazara çıxdı ki, alver eləsin, amma gəldi evə ki, ay ana, sata bilmirəm.

Mütəxəssislərin də dediyinə görə, indi Validə xanım kimi rayonlardan paytaxta çörəkpulu dalınca gələnlərin sayı ildən-ilə artır. Baxmayaraq ki, dövlətin regionların sosial-iqtisadi inkişafıyla bağlı 2004-2008-ci illəri əhatə edən proqramı başa çatıb. Həmin proqramın yekununa həsr olunmuş konfransda ölkə başçısı İlham Əliyev qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icra olunduğunu bildirib.

Statistik rəqəmlərə gəlincə isə, prezident 5 illik dövr ərzində regionlarda 10 minə yaxın yeni müəssisənin, 500 minə yaxını daimi olmaqla 600 mindən çox yeni iş yerinin açıldığını, bölgələrin sürətli inkişafının şahidi olduqlarını deyib. Bundan başqa, regionlarda işıq, qaz, su, kanalizasiya sistemlərinin təkmilləşdirilməsi, yeni telefon xətləri, poçt binaları, olimpiya kompleksləri, tibb ocaqlarının tikilməsi istiqamətində də işlər görüldüyü qeyd olunub.

YENİ 5 İLLİK PROQRAM

Prezident İ Ə bu il növbəti 5 il – 2009-2013-cü illəri əhatə edəcək daha bir proqramın hazırlanması üçün fərman da imzalayıb. Yeni proqram da ölkənin təbii və əmək potensialından səmərəli istifadə edilməsi ilə qeyri-neft sektorunun inkişafını, infrastrukturun daha da yaxşılaşdırılmasını, sahibkarlığın inkişafının sürətləndirilməsini, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılmasını, eləcə də məşğulluğun təmin olunmasını və yoxsulluğun azaldılmasını nəzərdə tutur.

Bakıya çörəkpulu dalınca gələn həmsöhbətim Validə xanım isə deyir ki, bütün bu rəqəmləri, ümumiyyətlə, regionların inkişafı proqramı barədə ancaq televizorda deyilənləri eşidib, öz həyatında hər hansı inkişaf hiss etməyib.

Əksər mütəxəssislər də o fikirdədirlər ki, regionların sosial-iqtisadi inkişaf proqramı bölgələrin inkişafında ciddi rol oynamayıb. Məsələn, olimpiya komplekslərinin inşası, küçələrin asfaltlanması, parkların salınması və ya heykəllərin qoyulması əyalət sakinlərinin güzəranına hər hansı müsbət təsir göstərməyib. O ki qaldı 100 minlərlə açılan iş yerlərinə, mütəxəssislər bu rəqəmlərin reallığı əks etdirməməsi, əksər hallarda isə köhnə iş yerlərinin yeni adla qeydiyyatdan keçirilməsi hesabına şişirdilməsi fikrindədirlər.

Açılan zavodların bir neçəsinin ömrü isə proqramın ömründən də qısa olub, bəziləri, məsələn, İmişlidə böyük vəsait hesabına başa gələn şəkər zavodu gözlənilən nəticəni verməyib.

«NÖVBƏTİ 5 İLLİK PROQRAM DA UĞURLU OLMAYACAQ»

İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı deyir ki, bugünkü reallıq növbəti 5 illik proqramın da uğurlu olmayacağından xəbər verir:

- Artıq proqramdan 5 il ötüb, amma bu gün iqtisadi inkişafın proporsional səviyyəsi hələ də bu proqramın hesabına əldə olunmayıb. Bu, ondan xəbər verir ki, proqramda nəzərdə tutulmuş müəyyən istiqamətlər həyata keçirilsə də, ümumilikdə proqram effektiv, şəffaf idarə olunmayıb, ondan gözlənilən nəticələr də sadəcə olaraq onunla müəyyənləşdi ki, 600 min iş yerinin açılması ilə bağlı verilən populist vəd guya ki, yerinə yetirildi. Amma proqramda nəzərdə tutulan çox ciddi hədəflər var idi ki, onlara heç çatılmadı. Kapitalın regiona axını, özəl investorların regionlarda hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olması baş vermədi.

«REGİONLARDAN TOPLANAN VERGİLƏRİN XÜSUSİ ÇƏKİSİ HƏLƏ 2-3 FAİZ TƏŞKİL EDİRSƏ…»

İqtisadçı Azər Mehtiyev də hesab edir ki, hazırda regionlarda davamlı sosial-iqtisadi inkişaf üçün baza ola biləcək geniş sənaye istehsal sahələrinin yaradılması, kənd təsərrüfatının davamlı inkişafı istiqamətində işlər qənaətbəxş səviyyədə deyil. Dövlət büdcəsinin formalaşmasında regionların payı da bunu bir daha təsdiq edir.

- Əgər bu gün dövlət büdcəsinin gəlirlərinin formalaşmasında regionlardan toplanan vergilərin xüsusi çəkisi hələ 2-3 faiz təşkil edirsə və son illər ciddi dəyişiklik yoxdursa, bu onu göstərir ki, müəssisələr istənilən səviyyədə işləyə bilmir. Bizim də .rdığımız tədqiqatlar göstərir ki, regionlarda yaradılan müəssisələr onların açılışı elan olunduğu ilk illərdə müəyyən istehsal göstəricilərinə malik olsalar da, növbəti illərdə onlarda istehsal ya dayanır, ya da kəskin ixtisarlar baş verir. Bu, bir daha onu göstərir ki, regionlarda sahibkarlıq mühiti geniş mənada mövcud deyil, iş qurmaq istəyən insanlara böyük maneələr yaradılır, müəyyən oliqarxlar tərəfindən yaradılan müəssisələr isə bölgələri dirçəltmək iqtidarında deyil.

«MÜTƏXƏSSİSLƏR MƏSƏLƏYƏ OBYEKTİV YANAŞMIRLAR»

Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin üzvü Əli Məsimli isə hesab edir ki, mütəxəssislər məsələyə obyektiv yanaşmırlar. Onun fikrincə, proqram çərçivəsində regionlarda irəliyə doğru xeyli addım atılıb. Amma millət vəkili müəyyən problemlərin hələ də öz həllini tapmaması ilə razılaşır və deyir ki, növbəti 5 illik proqram da məhz bu problemlərin aradan qaldırılmasını nəzərdə tutur:

- Təbii ki, regionların problemləri 5 il ərzində formalaşmamışdı ki, 5 ili əhatə edən bir proqram çərçivəsində onları həll etmək mümkün olsun. Ona görə də növbəti 5 illik proqram hazırlandı. Bu gün demək olar ki, işıq, qaz problemi tamamilə həll olunub. İşsizliyin aradan qaldırılması istiqamətində addımlar atılıb. Bir sıra istehsal sahələri yanandı, amma yenə də gənclərlə bağlı işsizlik proqramı var, bu problemləri də aradan qaldırmaq üçün 2009-2013-cü il proqramında nəzərdə tutulmuş tədbirlər sistemli şəkildə həyata keçirilməlidir.

Mütəxəssislər isə hesab edirlər ki, daxili və xarici investorlar üçün bərabər imkanlar yaradılmayınca, sahibkarlığın inkişafı üçün mövcud maneələr aradan qaldırılmayınca və kənd təsərrüfatı istehsalı üçün əlverişli şərait təmin olunmayınca, regionların növbəti 5 ildə də inkişafını gözləmək əbəsdir.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 361
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Avropa Birliyi «vizasız gediş-gəliş və sərbət ticarət»in əvəzində nə istəyir?

82FCF9EE-608C-4E70-A9C7-3E01F0B524CA_w393_s.jpg Avropa Birliyinə üzv ölkələrin bayraqları

Avropa Birliyi Cənubi Qafqaza indi başqa gözlə baxır. Cənubi Qafqazın Xarici İşlər nazirlərinin oktyabrın 26-da Lüksemburqda Avropa Birliyi «Üçlüyülə» görüşlərində bunu avropalı rəsmilər də gizlətməyiblər. Avropa Birliyi regionun hər 3 dövlətinə azad ticarət və vizasız gediş-gəliş imkanı təklif eləmək istəyir, amma Birliyə üzvlük perspektivindən söz getmir.

Avropa Bilriyinin bu dövlətlərə təklif elədiyi güzəştlər Tərəfaşlıq və Əməkdaşlıq Sazişinin əlavəsi olan Assosiasiya Razılaşmasında əksini tapır. Avropa Birliyi prezidentinin adından danışan İsveç Xarici İşlər naziri Karl Bildt deyib ki, onlar regionun hər dövlətinin özəlliklərini nəzərə alsalar da, ümumi yanaşmanın tərəfdarıdırlar.

Başqa sözlə, bu o deməkdir ki, hər 3 dövlət noyabrda razılaşmayla bağlı danışıqlara faktiki olaraq eyni səviyyədən başlayacaqlar.

Ancaq regionun hər dövlətinin də Qonşuluq və Şərq Tərəfdaşlıq Planı çərçivəsində əməkdaşlıq elədiyi Avropa Birliyindən müəyyən istəkləri var. Məsələn, Azərbaycan daha çox enerji siyasəti və regiondakı sülhdən ötrü Ermənisatnın işğal etdiyi ərazilərdən çəkilməsinə diqqət çəkir.

AZƏRBAYCANIN ŞƏRTİ

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Birliyi rəsmiləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bunları deyib:

D90D3906-E069-4621-9FFB-A7D138E90896_w203_s.jpgElmar Məmmədyarov- Biz əminik ki, regionda sülh və sabitlik istəyiriksə, ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərindən çıxarılması lazımdır. Əgər regionda daimi və davamlı sülhdən və inkişafdan danışırıqsa, bu, əsas şərtdir.

Məmmədyarov Azərbaycanı Avropa üçün cəlbedici edən enerji layihlərinə də toxunub, amma bu dəfə «Nabucco» layihəsinin adını çəkməyib. Sadəcə, Azərbaycanın enerji resurslarının müxtəlif marşrutlarla bazarlara çıxarılmasında maraqlı olduğunu bildirib.

Artıq bu ildən açıq-qaydın hiss olunan bir fakt da odur ki, Avropa Bilriyi Gürcüstanı regionun lider dövləti kimi görmür. Çünki Saakaşvilinin idarəçiliyi altında Gürcüstanın da siyasi sabitliyi və demokratik normalara uyunluğunda şübhələr yaranıb. Yerevan və Bakı kimi Tbilisinin də söz azadlığı, siyasi məhbuslar, sərbəst toplaşmaq azadlığı ilə bağlı problemləri var. Gürcüstanın Xarici İşlər naziri Qriqol Vaşadze Avropa Bilriyinin bu qeydlərini nəzərə alacaqlarını desə də, əsasən Avropadan Rusiyanın Abxaziya və Osetiya regionlarıyla bağlı siyasətinin qarşısını almağa kömək istəyib.

ƏN AZ İSTƏYİ OLAN ERMƏNISTANDIR

Bu 3 dövlətin içində Avropa Bilriyindən ən az istəyi olan isə Ermənistan olub. Rusiyanın təsir dairəsindən çıxmaq istəməyən Yerevanı Avropa Birliyindən daha çox pul almaq və vizasız gedib- gəlmək maraqlandırır. Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan:

- Bizim müzakirələrimizdə mən insanların bir-birləriylə birbaşa ünsiyyət imkanlarının yaradılması və vətəndaşlarımız üçün viza razılaşmarının vacibliyini vurğuladım.

F655889A-2B68-4FC8-9E9F-D28D0F16EAD1_w203_s.jpgEdvard NalbandyanAncaq bir məqam var ki, sərbəst ticarət və vizasız səyahət imkanlarının uzun müddətdə verilməsi nəzərdə tutulub. Avropa Birliyinin heç də bütün dövlətləri - məsələn, yetərincə nüfuzlu olan İspaniya buna razılıq vermir.

Üstəlik, bu güzəştlərin əvəzində hər 3 dövlət müxtəlif öhdəliklər götürməlidir. Məsələn, Avropa Birliyi Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünü sürətləndirmək, bu yolla rəsmi Bakıyla enerji əməkdaşlığını gücləndirmək istəyir.

Siyasi tələblərə gəlincə, burda Avropa Birliyi daha pessimistdir. Çünki 2004-cü ildən bəri Birlik Gürcüstana hüquq islahatlar üçün ciddi yardım göstərsə də, bu ölkədə çox az irəliləyiş var. Avropa Birliyinin Ermənistanda da məsləhətçiləri var, amma rəsmi Yerevan onlara məhəl qoymur.

Azərbaycan isə siyasi vəziyyətə görə üzun müddətdir ki, ancaq tənqid olunur. Odur ki, artıq Avropa Birliyi rəsmiləri bu yollarla Cənubi Qafqaz iqtidarlarının davranışını dəyişə biləcəklərinə elə də inanmırlar.

Əgər İA yavaş-yavaş demokratik qurluşa yöndəmləsə qabaqda Azərbaycan dövləti üçün nəinki böyük perespektivlər və İA üçün tarixdə möhtəşəm, hörmətli bir dövlət xadimi kimi qala bilər... Yox əgər köhnə əməliyyatınnan əl çəkməsə nə tikmişdisə hamısı puça gedəcək... Tarixdə isə nifrət doğrucu xoşagəlməz bir məxluq sayılacaq...

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Dövlət bayrağı meydanına daha 10 milyon manat verildi

Prezident İ Ə Bakıda Dövlət bayrağı meydanında tikinti və abadlıq işlərinin sürətləndirilməsinə əlavə 10 milyon manat pul ayrılması üçün sərəncam imzalayıb. Sənədə görə bu pul Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə veriləcək.

Prezidentin 2007-ci il noyabrın 17-də imzaladığı sərəncamla Bakıda Dövlət bayrağı meydanı yaradılmalıdır. Meydan Bayıl qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qurulur.

"." saytının məlumatına görə 20 min kvadratmetr ərazisi olan meydanda ucaldılacaq dövlət bayrağının dayağının hündürlüyü 162 metr, bayrağın özünün isə uzunluğu 70, eni 35 metr, çəkisi 350 kiloqram olacaq.

Bunnan nəyi subut eləmək istiyir? :blink:

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bloqçuların məhkəməsi noyabrın 6-da davam edəcək

B39C94C8-ADB7-4AAD-8F4E-61C3A478818C_mw203_s.jpg9 saylı Polis Bölməsinin əməkdaşı şahid qismində ifadə verir. O bildirib ki, onlara zərərçəkən Vüsal Məmmədov ərizəylə müraciət edib.

Onlar da idarəyə zəng vurub xəbər veriblər:

- Bundan sonra da o vaxt növbədə olan müstəntiq Ziya Əliyev bölməyə gəldi.

Vəkil İsaxan Aşurov isə polis əməkdaşından soruşub:

- Xəbəriniz var idimi ki, Ziya Əliyev həmin vaxt məzuniyyətdə idi?

Xeyr. Xəbərim yox idi.

Məhkəmə prosesində yalnız polis əməkdaşının ifadəsi dinlənib. Zərərçəkən Vüsal Məmmədov və hadisə vaxtı «Lebanese» restoranında olan Şahzeynəb adlı qadın məhkəməyə gəlməyib. Bildirilib ki, Şahzeynəb xəstə olduğunu üçün məhkəməyə gəlməyib. Hakim isə deyib ki, şahid məhkəməyə xəstə olduğunu təsdiqləyən arayış təqdim eləməlidir.

Bundan sonra məhkəmə noyabrın 6-na kimi təxirə salınıb.

***

Xuliqanlıqda ittiham olunan Emin Milli və Adnan Hacızadənin oktyabrın 27-də məhkəməsi davam edir.

Gənc bloqçular bu il iyulun 8-də «Lebanese» restoranındakı münaqişədən sonra həbs ediliblər.

Gənclər onlara qarşı qaldırılan xuliqanlıq ittihamını qəbul etmirlər.

Beynəlxalq qurumlar onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.

Məhkəmə hər iki gənclə bağlı iki aylıq həbs-qətimkan tədbiri seçib.

Deməli taxtın həqiqətən itdi...

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Ermənistan parlamentində qətliamdan 10 ili keçir (FOTOSESSİYA)

1999-cu il, oktyabrın 27-də bir qrup silahlı Ermənistan parlamentinə silahlı hücum edib, səkkiz nəfəri qətlə yetirib. Öldürülənlər arasında baş nazir Vazgen Sarksyan, spiker Karen Demirçiyan da vardı.

Silahlılar sonradan təslim oldular və ömürlük həbs cəzası aldılar. Silahlılar deyirdilər ki, dövlət çevrilişi hazırlayıblar, səbəb də "əhalinin acınacaqlı vəziyyətidir".

Ermənistan politoloqları və rəsmilərinə görə, bu hadisə ölkə parlamenti üçün soyuq duş idi, post-sovet Ermənistanında vəziyyəti dəyişdirdi, bəziləri hətta bu hadisənin ölkə demokratiyasına son qoyduğunu iddia edirlər.

87AC6F4A-3E6F-4168-8985-4F9FBB58AD71_mw600_mh450.jpg

Ermənistan televiziyasından bir kadr: silahlı adamın parlamentin rəhbərliyini güllələyir

27 oktyabr 1999, beş nəfər silahlı adam Ermənistan parlamentinə girib səkkiz nəfər tanınmış siyasətçini öldürüb.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

805386F3-8E5E-4B2E-A8D3-FF16C3E572A9_mw600_mh450.jpg

Bir televiziya kadrında Nairi HunanyanSilahlıların rəhbərinin keçmiş jurnalist Nairi Hunanyan olduğu deyilirdi. O, Ermənistanın indiki rəhbərliyini ölkəni siyasi və iqtisadi cəhətdən uçuruma .rdığını deyirdi. Nairi Hunanyanın qardaşı və əmisi də həmin silahlıların arasında olub.

876B38A5-9564-4318-800F-E807D811C535_mw600_mh450.jpg

Televiziya kadrı - parlamentdə girov saxlananlar azad olunur.Hücumçular parlamentdə 40 nəfəri girov götürmüşdülər. Amma oktyabrın 28-də hakimiyyətdən ədalətli məhkəmə haqqında vəd alandan sonra girovları azad etdilər.

4E581F04-EC3A-46C9-A585-351ED0CAAEC0_mw600_mh450.jpg

28 oktyabr, parlamentin binası hərbi texnika ilə əhatəyə alınıb, silahlılar təslim olur.Uzun məhkəmədən sonra parlamentə hücum edənlər ömürlük azadlıqdan məhrum edildilər.

C71FBB95-C587-4B23-83E8-1536F27B78A9_mw600_mh450.jpg

31 oktyabr, baş nazir Vazgen Sarkisyan dəfn olunur.

D3DC2CAC-50A3-49F1-BB66-0D478A3AD4A2_mw600_mh450.jpg

Parlamentin spikeri Karen Dəmirçyan da gülləbaran qurbanları arasında idi.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycanda din azadlığının vəziyyəti pisləşib

Azərbaycanda din azadlığı sahəsində vəziyyət pisləşib. ABŞ Dövlət Departamentinin dini azadlıqlar haqda açıqladığı illik hesabatında belə deyilir.

Hesabatda bildirilir ki, martın 18-də keçirilən referendumdan sonra ölkə Konstitusiyasına bir sıra dəyişikliklər edilib, onların ikisi dinin təbliğini məhdudlaşdırır. Bununla yanaşı Milli Məclis də mayın 8-də «Din azadlığı haqqında» qanuna dəyişiklik edib, bu da dini icmaların qeydiyyatı üçün əlavə məhdudiyyətlərə səbəb ola bilər.

Dövlət Departamenti bildirir ki, hökumət vətəndaşların əksəriyyətinin dini azadlığına hörməti davam etdirir, qeyri-ənənəvi dini icmaların üzvləri istisnadır.

Hesabatda o da deyilir ki, hesabat dövründə «məscidlər bağlanıb, Yevangelist protestant dini qruplarına qarşı reydlər keçirilib. İslam və qeyri-ənənəvi xristian dini icmalarının federal və yerli məmurlar tərəfindən təqib etməsi, həbs edilməsi haqda məlumatlar var».

ABŞ-ın dini vəziyyətlə bağlı hesabatı 200-ə yaxın ölkəni əhatə edir.

Hesabatda deyilir ki, İran, Şimali Koreya və Özbəkistanda müxtəlif din nümayəndələri arasında dialoq yaxşılaşsa da, dini repressiyalar qalmaqdadır. İranda hökumətin dini azlıqlara təzyiqi artıb, Özbəkistanda isə dini ədəbiyyatın yayılmasına görə cinayət məsuliyyətinə cəlb edilmək mümkündür.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Neft ucuzlaşdı, dollar isə bahalaşdı

Neft qiymətləri 78 dollardan aşağı düşüb. Buna səbəb kimi əsas yanacaq istehlakçısı olan Amerikanın xam neft və yanacaq ehtiyatlarının səviyyəsinin artması göstərilir.

Dollar isə bahalaşıb. 1 avro 1.48 dollardan aşağı düşüb.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan futbolçuları Uelsi məğlub etdi

Oktyabrın 28-də Azərbaycanın qadınlardan ibarət yığma futbol komandası dünya çempionatının qrup seçmə mərhələsi çərçivəsində Uels komandası ilə qarşılaşıb.

İsmət Qayıbov adına stadionda keçirilən oyunda Azərbaycan futbolçuları 2:1 hesabı ilə qələbə qazanıb.

Meydan sahiblərinin heyətində qolları Anna Atayeva və Olqa Qazıyeva vurublar.

Bu, dünya çempionatının seçmə mərhələsinin oyunlarında Azərbaycan yığmasının ilk qələbəsidir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

7544.jpg

Bu gün Türkiyə Cumhuriyyətinin yaranmasının 86-cı ildönümüdür

Türkiyə Cumhuriyyəti 1923-cü il oktyabrın 29-da Atatürksilahdaşları tərəfindən qurulub.

Bu gün Türkiyə Cumhuriyyətinin yaranmasının 86-cı ildönümüdür. Türkiyə Cumhuriyyəti 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Atatürk və silahdaşları tərəfindən qurulub. Səltənət üsul idarəsinin ləğv olunması və Lozan müqaviləsindən sonra gündəmə gələn, “ölkənin idarə şəkli necə olacaq?” – sualına Atatürk və İsmət İnönünün 28 oktyabr 1923-cü ildə parlamentdə hazırladığı qanun layihəsi ilə ölkənin Cumhuriyyət üsul idarəsinə keçirilməsinə qərar verilib. Və 29 oktyabr 1923-cü ildə “Hakimiyyət qeyd-şərtsiz millətindir. İdarə üsulu xalqın öz gələcəyini birbaşa və bilavastə müəyyən etməsi əsasına söykənir. Türkiyə dövlətinin hökumət şəkli Cumhuriyyətdir!” - prinsipləri ilə Cumhuriyyət elan olunur. Şimalda Qara dəniz, cənubda Adriatik dənizi, qərbdə Mərmərə və Egey dənizlərinin sahili olan Anadolu yarmadasında yerləşən Türkiyə Cumhuriyyətinin paytaxtı Ankaradır və ölkənin 80 milyondan çox əhalisi var.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Zəngilanın işğalından 16 il ötür

2F182A8A-E93C-4064-A869-78AEC1D1097E_mw270_s.jpg

Oktyabrın 19-u Azərbaycanın Zəngilan rayonunun işğalının 16-cı ili tamam olur. Rayon 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan Respublikası tərəfindən işğal olunub.

Zəngilanın işğal olunmasından bir müddət əvvəl bütün texnika ərazini tərk edib. Bundan sonra rayonunun müdafiəsi özünümüdafiə dəstələrinin ümidinə qalıb. Lakin özünümüdafiə dəstələri də Ermənistan silahlı birləşmələrinin hücumlarının qarşısını ala bilməyib.

İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb.

Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayon olub.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Fələstin Bakıda səfirlik açır

0066DAFC-F5A3-4669-9EBD-6354C3EFE71C_mw270_s.jpg Riyad Əl-Malik

Fələstin muxtariyyəti Azərbaycanda səfirlik açacaq. Azərbaycanda rəsmi səfərdə olan fələstinli həmkarı Riyad əl-Malki ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov belə deyib. Azərbaycan indiyə qədər Fələstinlə muxtariyyətin Daşkənddə olan səfirliyi vasitəsilə əlaqə saxlayıb.

E.Məmmədyarov deyib ki, görüş zamanı Yaxın Şərq, Dağlıq Qarabağ problemlərinə dair fikir mübadiləsi .rılıb. O, Fələstinlə bağlı mövqeyin birmənalı olduğunu, Azərbaycanın müstəqil Fələstin dövlətinin yaranmasını dəstəklədiyini vurğulayıb.

Riyad əl-Maliki Fələstin xalqının müstəqillik uğrunda mübarizəsində daim Fələstini dəstəklədiyi üçün Azərbaycan dövlətinə minnətdarlıq ifadə edib. O, siyasi məsələlərdə tərəflərin mövqeyinin üst-üstə düşməsini qeyd edib.

«Biz öz ərazilərimizin işğalı kimi eyni problemlə üzləşmişik» - deyə fələstinli nazir qeyd edib. O, həmçinin Fələstin tərəfin Azərbaycanla iqtisadi və təhsil sahəsində əməkdaşlığa maraqlı olduğunu qeyd edib.

Riyad əl-Malikinin səfəri sabah başa çatır, bu gün o, Milli Məclisdə də görüşlər keçirməlidir.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

50 il bundan əvvəl qəzetlər nədən yazırdı...

50 il bundan əvvəlki - 1959-cu ilin 26 oktyabr - 1 noyabr həftəsində demək olar ki bütün manşetlərdə BMT Baş Məclisinin siyasi komitəsində Sovet hökumətinin hamılıqla və tamamilə tərksilah olunmaq haqqındakı təklifinin müzakirəsi yer tutub.

Çıxışlardan ən maraqlısı isə Nikita Xruşşovun 31 oktyabr tarixində BMT-də etdiyi çıxışda Türkiyə haqqında dedikləridir:

- Bizim cənub qonşumuz Türkiyə kimi bir ölkə NATO-da da SENTO-da da iştirak edir, ancaq hələlik görünür məsafənin uzaqlığı üzündən SEATO-ya daxil olmamışdır. Lakin belə ölkələrə kömək deyilən şey vəd edilsə, onları məsafənin uzaqlığı da çəkindirməyəcəkdir. Doğrudur «Kömək vəd etmək» hələ heç də kömək göstərmək demək deyildir. Zənnimcə, Türkiyənin hakim dairələrinə müəyyən bir məbləği yalnız vəd etsələr, onlar sevinclə SEATO-ya da, hər hansı bir «ATO»ya da sözsüz daxil olarlar.

«NEFTÇİ»: «PALLOSEURA»: 3:0

30 oktyabrda isə «Neftçi» futbol komandası Finlandiyanın «Palloseura» komandasına 3:0 hesabıyla qalib gəlib. Palloseura komandası 1955-1958-ci illərdə ölkə çempionu olubmuş. Oyunun birinci yarısında Mironov Eynullayevin ötürdüyü topu Finlandiya komandasının qapısından keçirir. İkinci hissədə Haciyev «Neftçi»ni 2 top fərqilə önə çıxarır. Matçın bitməsinə az qalmış Ələsgərov 25 metr məsafədən 3-cü topu rəqibin qapısından keçirib.

SSRİ AYIN YERDƏN GÖRÜNMƏYƏN FOTOŞƏKİLLƏRİNİN ALINMASINI BAYRAM EDİR

1969-cu il oktyabrın son həftəsi qəzet manşetlərini böyük hərflərlə Sovet planetlərarası avtomat stansiyası vasitəsilə Ayın yerdən görünməyən tərəfinin fotosu bəzəyir.

68E43B1D-A674-4682-8B18-C2A389A65280_w527_s.jpg

1969-cu il, oktyabrın 30-da «Qızıl Payız» müsabiqəsinin laureatları məlum olub. 28 yaşlı Vaqif Mustafazadə müsabiqədə 3 qat laureatla birinci yerə layiq görülmüşdür. Muğam üzrə Xasay Qaravəlli və Asəf Zeynallı adına musiqi məktəbinin tələbəsi Elmira Əliyeva birinci yeri tutublar. Bəstəkar Tofiq Babayev Bakı haqqında bəstələdiyi mahnıya görə «Baku» axşam qəzetinin xüsusi mükafatı ilə təltif edilib.

BÖYÜK QƏLƏBƏ

1979-cu il 27 oktyabr tarixli qəzet səhifəsi rəngarəng şüarlarla zəngindir. Çünki həmin gün Azərbaycan üzümçüləri SSRİ ərazisində üzümçülük üzrə planı hamıdan tez və artıq doldurmaqla birinci yerə çıxmışdı.

BCB5F321-B9F0-4C8E-B608-553808D062E2_w527_s.jpg

Qəzetin mədəniyyət bölməsində Süleyman Rəhimovun «Mehman» povesti əsasında çəkilmiş «Qanun Naminə» filminin elanı yer alır.

BAADB5D6-DE75-429E-B9FD-90B83E688763_w527_s.jpg

Budəfəki araşdırmada diqqətimi bir şüar da cəlb etdi:

Neft və Qaz sənayesi işçiləri neft və qaz çıxarılması, yeni neft və qaz yataqlarının istifadəyə verilməsi sürətini arasıkəsilmədən artırın! Neftayırma zavodlarının gücünü artırın, neft məhsullarının keyfiyyətini yaxşılaşdırın! Ölkəyə daha çox neft və qaz verək!

(Böyük Oktyabr Sosialist İnqilabının 42-ci ildönümü münasibətilə Sovet İKP MK-nın şüarlarından)

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Davutoğlu – «Türkiyə Kissinceri?»

A79ACD2C-676C-4642-966F-FE5FACEB56AE_mw270_s.jpg Davutoğlunun düşüncə tərzinin kökləri Türkiyənin ənənəvi, mühafizəkar, islami düşüncəsindən qaynaqlanır

Siyasi elmlər doktoru 51 yaşlı yaşlı Əhməd Davutoğlunu istəyənlər ona «Türkiyə Kissinceri» deyirlər.

Tənqidçiləri isə hesab eləyirlər ki, İranla, Suriya ilə qarşılıqlı maraqdan çıxış eləməyin axırı yaxşı olmayacaq...

«New York Times» hələ 2005-ci ilin sentyabrında yazırdı ki, «əgər Türkiyə qonşularla və milli azlıqlarla siyasətdə yeni yol seçmək istəyirsə, buna ən yaxşı namizəd Əhməd Davutoğludur...»

...Bu yaxınlarda Türkiyədə televiziya verilişlərinin birinə ölkənin 6 keçmiş xarici işlər nazirini dəvət etmişdilər.

Həmin 6 sabiq nazir indiki xarici işlər naziri Əhməd Davutoğlunun fəaliyyətini 10 ballıq sistemdə 8 balla qiymətləndirdi.

Həmin 6 nəfərə hakim Ədalət və Kalkınma partiyasının qatı tənqidçiləri də daxil idi.

Əhməd Davutoğlunu baş nazir Rəcəb Teyyub Ərdoğan may ayında xarici işlər naziri təyin etsə də, son illər Türkiyənin xarici siyasətinin boz kardinalı məhz Baş nazirin müşaviri Davutoğlu hesab olunurdu.

Davuyoğlunu hətta bir vaxtlar Amerikanın xarici siyasətinin arxitektoru, keçmiş Dövlət Katibi Henri Kissincerlə müqayisə edib, ona «Türkiyə Kissinceri» deyirlər.

Maraqlıdır ki, Davutoğlunun özü bu müqayisəni sevmir.

51 yaşlı siyasi elmlər doktoru Davutoğlu AK partiyasının hakimiyyətə gələndən – 2002-ci ildən bəri .rdığı xarici siyasətin memarıdır. Bu siyasətin əsasında «qonşularla sıfır problem» və Qərblə ənənəvi yaxşı əlaqələrin davamı durur.

NƏZƏRİYYƏDƏN PRAKTİKAYA

Türkiyənin Ermənistanla imzaladığı protokollar Davutoğlunun bir nazir kimi öz ideyalarını həyata keçirməsi hesab olunur.

O oxşar ideyanı 2008-ci ildə Suriya ilə İsrail arasında da həyata keçirmək istədi, ancaq ondan asılı olmayan səbəblərdən Davutoğlunun vasitəçilik etdiyi danışıqlar nəticə vermədi - Buş hökuməti həmin danışıqları soyuq qarşıladı.

Buş hökuməti Türkiyənin Cənubi Qafqazda fəallaşması ideyasına da dəstək verməmişdi.

«TÜRKİYƏ İNDİ RUSİYANIN, İRANIN TƏRƏFİNDƏDİR» (?!)

Türkiyənin Rusiya və İranla son vaxtlar həddən artıq yaxşı münasibətləri Qərbdə bir sıra suallar doğurur. Özü də bu yaxınlşama o vaxt baş verir ki, Türkiyənin baş naziri Ərdoğan Türkiyənin strateji müttəfiqi İsraili kəskin tənqid edir, Türkiyə İsraili öz hava hüdudlarında NATO təlimlərindən uzaqlaşdırır...

Bütün bunlar Vaşinqtonda və Avropada suallar doğurur ki, Türkiyə öz ənənəvi müttəfiqləri ilə münasibətlərinə yenidənmi baxır?

Amerikanın Enterprise İnstitut adlı təşkilatının təhlilçisi Michael Rubin İsrail-İran münasibətlərini təhlil edəndə yazır ki, «Türkiyə indi İranın tərəfindədir».

Türkiyə cümhuriyyəti 1923-cü ildən – qurulduğu gündən Qərblə münasibətləri möhkəmləndirmək yolunu tutub, eyni vaxtda onun qonşuları ilə yaxşı, ancaq real işbirliyinə çevrilməyən münasibətləri olub.

Davutoğlunun yeni strategiyası odur ki, «qonşularla sıfır problem» münasibətləri «qarşılıqlı maraqlara maksimum söykənən» münasibətlərə çevrilməlidir.

Vaşinqtonla nümunəvi münasibətlər isə qalır, Avropaya gəlincə, Davutoğlu hələ 10 il bundan qabaq yazdığı «Strateji dərinlik» kitabında hesab eləyirdi ki, «Türkiyə Avropa qitəsinin və mədəniyyətinin təbii hissəsidir».

Davutoğlunun düşüncə tərzinin kökləri Türkiyənin ənənəvi, mühafizəkar, islami düşüncəsindən qaynaqlanır. Ancaq onun qonşularla yaxşı əlaqələr və Türkiyənin regionda getdikcə artan .rıcı rol oynaması ideyaları iqtisadi-siyasi reallıqlara əsaslanır.

Ərdoğan və Davutoğlunun ərəb ölkələri ilə yaxınlaşma siyasəti ərəb ölkələrindən milyardlarla dollar investisiya gətirib. Rusiya ilə yaxınlaşma Türkiyəni Qərblə Şərq arasında güclü enerji dəhlizinə çevirir.

DAVUTOĞLU SİYASƏTİNİN GƏLƏCƏYİ

Qərbdə bəziləri hesab edirlər ki, İran və Suriya kimi ölkələrlə «qarşılıqlı maraqlardan» çıxış eləmək sonda Türkiyədə Qərb dəyərlərinə zərbə vuracaq.

Türkiyənin özündə isə müxalifət hesab eləyir ki, Qərb dəyərlərini aradan qaldırmaq Ərdoğan hökumətinin elə məqsədidir.

Davutoğlu isə Türkiyənin xarici siyasətinin ana xəttinin dəyişməsi fikrini qəbul etmir. O deyir ki, sülhün və kooperasiyanın artdığı region Qərb üçün də, dünya üçün də əhəmiyyətlidir, Türkiyə burda unikal və müstəsna rolunu niyə oynamasın?

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Hərdən xəbərlər sətirində arada bir yumor səhivəsi, bir çox siyasi və iqtisadi sahədən, fasilə kimi ayırmaq olar...

Ən maraqlı görüntülər

Sərnişinin vicdanı…

4A6B2AE3-D2C1-4885-A627-607395FDD8AC_w527_s.jpg

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycanı bürüyən «mərkəz»lər

A967EFDC-838A-454F-9E9B-3593900B2C6A_w527_s.jpg Xırdalan şəhərində Heydər Əliyev muzeyi

Hüseynbala Səlimov, müstəqil analitik

ULU ÖNDƏRİN İŞIĞINDA

Uzağa getməyək, keçmiş Lenin muzeylərindən biri də proletariatın dahi rəhbərinin heç bir vaxt olmadığı Bakıda açılmışdı və indi o, xalçaçılıq muzeyidir.

Azərbaycan SSRİ deyil, kiçik bir ölkədir və sözsüz ki, burada elə bir rayon yoxdur ki, Heydər Əliyev orada olmasın. Amma bu, əsas vermir ki, Heydər Əliyevə abidə qoyulması, onun adına mərkəzlərin, muzeylərin açılması milli ideyaya çevrilsin. Bu, bütpərəstliyin müasir təzahürlərindən başqa bir şey deyil.

İ Ə bölgələrə səfərləri artıq standart xarakter alıb. Əgər o, hər hansı bir rayona gedirsə o dəqiqə məlum olur ki, orada Heydər Əliyevə abidə qoyulub, onun adına mərkəz və muzey açılıb. Ən maraqlısı isə budur ki, bütün bu səfərlər regionların sosial – iqtisadi inkişafı proqramı çərçivəsində baş verir. Belə nəticə hasil olur ki, qazsız, susuz və işıqsız rayonlara ulu öndərin abidəsini qoymaq kifayətdir ki, orada əhalinin bütün sosial-iqtisadi problemləri həll edilsin. Hətta bunu işsizliyin qarşısını alan bir hərəkət kimi də dəyərləndirirlər. Amma nədənsə hələ ki «harada işləyirsən?» sualına «Heydər Əliyev mərkəzində» cavabı verilmir. Səbəb də budur ki, prezidentin səfərindən sonra bütün bu mərkəzlərin qapısından kilid asılır.

Orta Asiya respublikalarından və bir də Azərbaycandan başqa keçmiş sovet respublikalarının heç birində bütləşdirmə – bütpərəstlik tüğyan etmədi. Nə qədər qəribə olsa da, hətta Rusiyada belə heç kimin ağlına gəlmir ki, B.Yeltsini ideallaşdırsın, ona ulu öndər, xilaskar desin. Ukraynada da belə bir büt yoxdur. Baltikyanı respublikalardan isə danışmağa dəyməz. Burada da, məsələn, heç kim V. Landsberqisi «müstəqilliyin arxitektoru» kimi xatırlamır. Hətta bu bəla Gürcüstandan da yan keçdi. Gürcülər sabiq prezident E.Şevardnadzeyə abidə qoymadılar.

Ən maraqlısı budur ki, bu iş təkcə Azərbaycanda .rılmır. Səfirlər dəridən-qabıqdan çıxırlar ki, yerləşdikləri ölkələrdə heç olmasa Heydər Əliyevin bir büstü qoyulsun.

Bütpərəstlik təkcə bununla yekunlaşmır. Diplomatik protokol elə qurulub ki, ölkəyə gələn xarici qonaqlar əvvəlcə Əliyevin məzarını, ancaq bundan sonra isə Şəhidlər xiyabanını ziyarət edirlər.

Amma bu, hələ hamısı deyil...

HEYDƏR ƏLİYEVİN İRSİ

Təsəvvür edirsinizmi, ucqar bir rayonda kimsə Heydər Əliyev muzeyində oturub böyük öndərin irsini tədqiq edir. Nədir bu irs? Belə bir irs varmı?

Onun «aforizmlərini» xatırlayanda isə adam bilmir nə etsin. Məsələn, «Neft Azərbaycanın sərvəti olub, təkcə indiki nəsillərə deyil, gələcək nəsillərə də məxsusdur» və yaxud «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» və s. Böyük öndərin irsi budurmu?... Yəni doğrudan heç bir irs yoxdur. Sovetlər vaxtında onun nitqləri toplanırdı və indi də belədir. Adam bunları tutuşduranda həqiqətən də heyrətə gəlir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Nalbandyan Türkiyənin Qarabağda güzəşt çağırışını rədd edir

C70CA0F1-7225-48E9-BEFD-1A910B17B681_mw270_s.jpg Ermənistanın xarici işlər naziri Dağlıq Qarabağda yaxın vaxtlarda razılıq olacağına inanmır

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağda güzəştə getmək haqda Türkiyənin çağırışlarını rədd edir.

Türkiyə Ermənistanla münasibətlərin normallaşması müqabilində təklif edir ki, Ermənistan da Dağlıq Qarabağda güzəştə getsin. Ermənistan buna qətiyyən razı deyil.

Bunu «Reuters» Ermənistanın xarici işlər naziri Nalbandyanla müsahibə əsasında yazır.

NALBANDYAN «REUTERS»Ə NƏ DEYİB?

Xarici işlər naziri deyib ki, Türkiyə ilə Ermənistanın danışıqları artıq arxada qalıb. Nəticə budur ki, tərəflər tezliklə diplomatik münasibətlər qurmaq və sərhədləri açmaq haqda öhdəlik götürüblər.

Türkiyə liderləri isə deyirlər ki, Türkiyə parlamenti Ermənistanla imzalanmış protokolları təsdiq etməmişdən qabaq Dağlıq Qarabağ probleminin həllində tərəqqi görmək istəyir.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə Dağlıq Qarabağ sülh prosesi arasında əlaqənin olması fikrini rədd edən Nalbandyan deyib:

«Protokolları ratifikasiya etmək istəmiriksə, onları niyə imzalamışıq? Mən düşünürəm ki, beynəlxalq aləm sənədlərin tezliklə ratifikasiya olunacağını və razılaşmalara hörmət qoyulacağını gözləyir. Tərəflərdən biri protokolların təsdiqini yubatsa və ya əngəllər törətsə, neqativ nəticələrə görə bütün məsuliyyət həmin tərəfin üzərinə düşəcək».

«Reuters» yazır ki, regional güc mərkəzinə çevrilməkdə, Avropa Birliyinə üzv olmaqda Ermənistanla sərhədləri açmaq Türkiyə üçün böyük əhəmiyyətə malikdir. Ancaq Türkiyənin dostu Azərbaycan sərhədlərin açılmasına qəzəbli reaksiya verir.

Diplomatlar «Reuters»ə deyirlər ki, bütün bunlara görə Türkiyə Dağlıq Qarabağ sülh prosesində heç olmasa, kiçicik irəliləyiş axtarır.

SİYASİ DİNAMİT

«Reuters» yazır ki, Dağlıq Qarabağla Türkiyə-Ermənistan əlaqələrinin normallaşması arasında əlaqə Ermənistanda siyasi dinamitdir. Onsuz da ermənilərin böyük və nüfuzlu diasporu soyqırımı iddiası tanınmadan Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinədir.

Nalbandyan «Reuters»ə deyib ki, Dağlıq Qarabağ və Ermənistan-Türkiyə münasibətləri iki müxtəlif prosesdir:

«Bu, təkcə Ermənistanın mövqeyi deyil. Beynəlxalq ictimaiyyət də eyni fikirdədir».

«Danışıqlar qurtarıb» ifadəsini xüsusi vurğulayan Nalbandyan deyib:

«Türkiyə ilə danışıqlar fevralda qurtarıb».

«Reuters» yazır ki, təhlilçilər Türkiyənin öz ratifikasiya şərtində nə qədər möhkəm olması haqda qəti fikirdə deyillər. Ancaq aprel ayında ermənilər iddia etdikləri soyqırımın 95 illiyini keçirəcəklər. O vaxt Amerika prezidenti ənənəvi olaraq bəyanat verir. Aprelə kimi Türkiyə ratifikasiya etməsə, Türkiyəyə təzyiqlər artacaq.

YAXIN VAXTLARDA DAĞLIQ QARABAĞ ÜZRƏ RAZILIQ OLACAĞI CİDDİ SÖHBƏT DEYİL

«Reuters» Nalbandyandan onu da soruşub ki, Minsk Qrupu həmsədrlərinin dediyi kimi, Dağlıq Qarabağ sülh prosesində irəliləyiş varmı?

Nalbandyan yaxın vaxtlarda əhəmiyyətli irəliləyiş olacağı haqda söhbətləri rədd edib:

«Danışıqlarda pozitiv dinamika var. Ancaq bu o demək deyil ki, sabah, bir ay ərzində və ya qısa zamanda biz razılığa gələcəyik. Bu, ciddi deyil».

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Məktəblərdə «donuz qripi» əleyhinə dezinfeksiya işlərinə start verilib

6898CFEE-3678-4DFE-B01B-22F8F125B34B_w527_s.jpg Həftənin birinci günü orta məktəblərdə dərslər öz axarı ilə davam edəcək

Bakı, Sumqayıt, Gəncə məktəblərinin 50 faizində dezinfeksiya işlərinə start verilib.

Dezinfeksiya «donuz qripi»nə qarşı profilaktik tədbirlər çərçivəsində həyata keçirilir.

Bu barədə AzadlıqRadiosuna Bakı Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı məlumat verib.

O bildirib ki, «bu gün 5 günlük məktəblərdə dezinfeksiya işləri .a p a rı lıb, bu da Bakı məktəblərinin 50 faizini əhatə edir. Qalan 50 faizdə isə sabah həyata keçiriləcək».

Dezinfeksiya işlərini hər rayonun Gigiyena və Epidemiologiya Mərkəzinin sanitarları a p a rı l ı r.

Noyabrın 2-də - bazar ertəsi məktəblərdə dərslər davam edəcək.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Neft Akademiyasında baş verən hadisədən sonra təhsil müəssisələrinin mühafizəsi gücləndirilib

«Azərbaycanda olan 4500 məktəbin hamısının mühafizəsini təşkil etmək asan iş deyil».

Bunu təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, buna baxmayaraq, təhsil müəssisələrinin mühafizəsinin təşkil edilməsi üçün Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə iş .rılır:

«Ola bilər ki, bəzi kiçik məktəblər mühafizələrini öz hesablarına təmin etsinlər. Lakin hər bir halda təhsil müəssisələrinin mühafizəsi Dövlət Neft Akademiyasında aprelin 30-da baş verən hadisədən sonra gücləndirilib. Ümid edirəm ki, belə hadisə bir daha təkrarlanmayacaq». / . /

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Naxçıvanda prokurorluq orqanlarına qəbul olmaq istəyən namizədlər imtahan verir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə, 14 ştat yeri üzrə müsabiqəyə 62 nəfərin namizədliyi qeydə alınıb.

Test imtahanı 3 sааt dаvаm edəcək.

İmtаhаndа nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim olunur.

Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 60 və dаhа çох bаl tоplаmış namizədlər növbəti mərhələyə burахılacaqlar.

İmtahanın nəticələri TQDK-nın internet saytında yerləşdiriləcək.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Ukraynada H1N1 virusundan 34 adam ölüb

Ukraynada H1N1 virusundan 34 adam ölüb.

Ölənlərdən ikisi uşaqdı.

Ölkənin səhiyyə naziri Vasili Knyazeviçin sözlərinə görə ümumilikdə ölkədə bu virusa 80 mindən artıq adam yoluxub.

Nazir deyir ki, virus Qərbi Ukraynadan mərkəzi regionlara yayılır.

ALLAH rəhmət eləsin

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Rusiyada H1N1 virusuna 2500 adam yoluxub

Rusiyada H1N1 virusuna yoluxanların sayı 2500-ə çatıb.

İndiyədək ölkədə bu virusdan 5 adam ölüb.

Qriplə mübarizə mərkəzinin rəhbəri Oleq Kiselyov deyir ki, yaxın zamanlarda H1N1 virusuna qarşı kütləvi peyvəndə başlanacaq.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Berlin divarının yıxılmasının ildönümü qeyd olunur

Bu gün Almaniyanın paytaxtında Berlin divarının yıxılmasının 20-ci ildönümüylə bağlı təntənəli mərasim başlanır.

Berlində keçiriləcək mərasimdə Almaniyanın birləşməsində böyük rol oynamış keçmiş SSSR-i prezidenti Mixail Qorbaçov, keçmiş ABŞ prezidenti Corc

Buş, Almaniyanın keçmiş kansleri Helmud Kol və digər ölkə rəsmiləri iştirak edəcəklər.

Soyuq müharibə dövrünün ən böyük simvolu sayılan Berlin divarı 1989-cu il noyabrın 9-da dağıdıldı.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

İkiqat siyasi məhbus

6B7E016E-B3DE-4878-AE17-C67D64B9559D_w527_s.jpg Azərbaycanda siyasi məhbusları rəmzləşdirən stolüstü postament

«Əvvəlcə 2000-ci ildə həbs elədilər, 5 il 3 ay həbsdə oldu. Əfv elədilər, evdə cəmi 5 ay oldu. 5 aydan sonra yenə həbsə atdılar. Bir adamı həbs eləyəndə onun ailəsini, uşaqlarını da düşünsünlər. İnsan nə qədər «türmə» qapısına gedib-gələ bilər? Mən 9 ildən artıqdır ki, «türmə» yollarındayam...»

Bunu yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının siyasi məhbus kimi tanıdığı Natiq Əfəndiyevin həyat yoldaşı Səltənət Əfəndiyeva deyir.

«ƏVVƏLCƏ 15 SUTKA VERDİLƏR, SONRA HƏYƏTİMİZDƏN SİLAH-SURSAT ÇIXDI...»

Onun həyat yoldaşı ilk dəfə 2000-ci ildə həbs olunub. 1994-cü ildə baş vermiş dövlət çevrilişində ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilib. Avropa Şurasının tələbiylə 2005-ci ilin martında əfv fərmanıyla azadlığa çıxıb. 2005-ci ilin oktyabrın 17-də parlament seçkiləri ərəfəsində isə o yenidən həbs olunub. Qanunsuz silah saxlamaq maddəsi ilə ittiham olunaraq 5 il azadlıqdan məhrum edilib.

«Onda parlament seçkiləri ərəfəsiydi. Rəsul Quliyevin Azərbaycana qayıdacağı gözlənilirdi. Natiq əfv olunandan sonra onsuz da daim nəzarət altındaydı, izlənirdik. İkinci həbsində, tutulanda əvvəlcə dedilər ki, polisə müqavimət göstərib, 15 sutka verdilər. Sonra isə həyətimizdən silah-sursat çıxdı. Silahı həyətimizə qoymuşdular. Bu ittihamla da həbs elədilər».

Hüquq müdafiəçisi Səidə Qocamanlı deyir ki, Natiq Əfəndiyev Azərbaycandakı siyasi məhbuslar arasında iki dəfə siyasi məhbus adını almış yeganə məhbusdur. Beynəlxalq təşkilatlar da onu ikiqat siyasi məhbus kimi tanıyır:

«Natiq Əfəndiyevin adı 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olanda da 716 nəfərlik siyasi məhbus siyahısındaydı. Həbsdən çıxdı. Ancaq 2005-ci ildə yenidən bu siyahıya düşdü. Çox acı təsadüfdür. Bu bir daha Azərbaycanda məhkəmənin sifarişlə işlədiyinə sübutdur».

«AZƏRBAYCANDA SİYASİ MƏHBUSLAR VAR»

Natiq Əfəndiyevin həbsinin qanunsuz olmasıyla bağlı onun vəkili Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edib. Vəkil Vüqar Xasayev deyir ki, beynəlxalq məhkəmənin qərarının ədalətli olacağına ümid edir.

Həm yerli, həm də beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətindən həbsdə olan siyasi məhbusları azad etməyi tələb eləsələr də, Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olmadığını bildirir. 9 ildir həbsxana yolu gedən Səltənət Əfəndiyeva isə deyir ki, ölkədə siyasi məhbusların olmasını inkar edənlərə bunu demək istəyir:

«Azərbaycanda siyasi məhbuslar var. Mən də o siyasi məhbuslardan birinin həyat yoldaşıyam»

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Ən maraqlı görüntülər:

Qəssabın «Gözəllik salonu»...

4A571CB7-E9CA-4C4A-A5F2-83D872A63732_w397_s.jpgQəssabın «Gözəllik salonu»... Müəllif: Əhməd

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Kərzai yenə prezident elan edildi

Əfqanıstanda keçirilməsi nəzrədə tutulan president seçkilərinin ikinci turu ləv edilib və indiki president Həmid Kərzai yenidən president élan olunub. Əfqanıstan Müstəqil Seçki Komissiyasının sədri Əzizulla Ludin bu gün qərarı açılayıb. Ludinin sözlərinə görə, ikinci turda yarışmalı olan iki namizəddən biri – Abdulla Abdulla namizədliyini geri götürdüyündən, ikinci turu ləğv ediblər.

"Bütün bu səbəbləri nəzərə alaraq, Konstitusiyanın 156 və Seçki Məcəlləsinin 49-cu maddələrini əldə rəhbrə tutan Seçki Komissiyası Cənab Həmid Kərzaini, ilk turda hamıdan çox səs yığan və ikinci turda qalan yeganə namizədin president seçildiyini élan edir".

Kərzainin rəqibi, keçmiş xarici işlər naziri Abdulla Abdulla bazaar günü seçkinin şəffaf və azad olacağı təminatı almadığı üçün yarışdan çəkildiyini açıqlamışdı.

Seçkilərin avqustun 20-də keçirilən ilk turunda Kərzai öncə qalib élan edilsə də, BMT-nin dəstəklədiyi Müstəqil Seçki Komissiyası nəticələrin bəzilərini saxta olduğunu üçün ləğv edəndən sonra ikinci tur élan edilmişdi.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Yerevanda keçirilməsi nəzərdə tutulan Azərbaycan filmləri festivalı təxirə salınıb

Bu barədə AzdalıqRadiosuna məlumat verən festivalın təşkilatçısı Qafqaz Sülhyaratma Təşəbbüsü Mərkəzinin direktoru Qeorgiy Vanyan bunun səbəbləri barədə danışmır:

«Mənim özümün də cavab almaq istədiyim suallarım var».

Festivalın üç gün keçirilməsi nəzərdə tutulmuşdu.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Ukraynada son bir həftədə 60 nəfər ölüb

Ukraynada son bir həftə ərzində tənəffüs yolu xəstəliklərindən 60 nəfər ölüb. Bundan sonra ölkə rəhbərliyi donuz qripinə qarşı mübarizə .rmaq üçün dünya dövlətlərindən kömək istəyib.

Prezident Viktor Yuşenko H1N1 virusuna qarşı dərman vasitələri və avadanlıqlar əldə etmək üçün ABŞ, Avropa İttifaqı, NATO və qonşu ölkələrə müraciət edib. Hələlik Polşa və Slovakiya Yuşenkonun müraciətinə cavab olaraq qoruyucu maskalar və Tamiflu preparatları göndərib. Ukrayna özü 16 ton Tamiflu sifariş verib.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Qənimət Zahidin apelyasiya şikayətinə noyabrın 9-da baxılacaq

Bu gün Apelyasiya Məhkəməsində həbsdə olan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin şikayəti ilə bağlı məhkəməyə hazırlıq iclası keçirilib. Məhkəmə prosesi noyabrın 9-a təyin olunub. Qənimət Zahidin vəkilləri onun vaxtından əvvəl azadlığa buraxılmasını istəyir.

Baş redaktorun vəkili Elçin Sadıqovun verdiyi məlumata görə, Qənimət Zahid özü məhkəmədə iştirak etməyəcək. Hakim bu haqda vəsatəti təmin etməyib.

Qənimət Zahid 2007-ci ilin noyabrından həbsdədir. O xuliqanlıqda ittiham olunaraq 4 il azadlıqdan məhrum edilib. Bu ilin sentyabrında Əzizbəyov Rayon Məhkəməsi onun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətini rədd edən qətnamə çıxarmışdı.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkiyə Ermənistanla imzaladığı protokolların təsdiqini uzatmamalıdır

Türkiyə Ermənistanla imzaladığı yaxınlaşma və sərhədlərlə bağlı protokolları "ağlasığan, məntiqli zaman çərçivəsində" ratifikasiya eləməlidir. Ermənistan Xarici İşlər Nazirinin müavini Şavarş Koçaryan AzadlıqRadiosunun Erməni xidmətinə belə deyib. Koçaryan onu da vurğulayıb ki, protokolları əvvəlcə Ankara ratifikasiya eləməlidir.

Ermənistan Xarici İşlər Nazirinin müavini "məntiqli zaman çərçivəsi" dedikdə nəyi nəzərdə tutduğunu da dəqiqləşdirib. Koçaryanın sözlərinə görə, konkret günlərlə ölçülən vaxtı yox, konkret şəraitə uyğun vaxtı nəzərdə tutub və beynəlxalq ictimaiyyət özü də bu "uyğun zaman" çərçivəsinin nə olduğunu dəqiq anlayır.

Ermənistan və Türkiyə arasındakı tarixi protokollar oktyabrın 10-da, Sürixdə imzalanıb. Protokollarda ikitərəfli münasibətlərin bərpası, sərhədlərin açılması, mübahisəsli məsələrin həlli nəzərdə tutulur.

Türkiyə rəsmiləri isə bildiriblər ki, Ermənistan Azərbaycan torpaqlarının işğaldan azad etməyincə, protokolların təsdiqlənib, sərhədlərin açılması baş verməyəcək.

Ermənistan Xarici işlər nazirinin müavini Şavarş Koçaryan onu da vurğualyıb ki, "protokolların imzalanması Dağlıq Qarabağ problemi üzündən çətinə düşməməlidir, bu proseslərin bir-birinə dəxli yoxdur".

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Ərdoğan: «Azərbaycanla fikir ayrılığımız yoxdur, ola da bilməz»

FD63181B-91BE-4D20-8C09-86961CB2EE43_mw270_s.jpg Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Türkiyə hökumətinin başçısı deyib: «Biz Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ probleminin dialoq yolu ilə həll olunmasını istəyirik. Türkiyə - Ermənistan münasibətlərinin normallaşması prosesinin əvvəlindən Azərbaycanın mənafelərini öz mənafeyimiz kimi görmüşük, hər bir zəmində eyni həssaslıqla müdafiə etmişik. Təəssüf ki, bu məsələni həqiqətdən uzaq bir şəkildə istismar edənlər, yalan məlumatlarla iki ölkəni bir-birinə qarşı qoymaq istəyənlər vardır.

Bizim Azərbaycan ilə fikir ayrılığımız yoxdur və ola da bilməz. Hər fürsətdə söyləyirəm ki, biz azərbaycanlı qardaşlarımızın məsələlərini öz məsələmiz kimi görürük».

Rəcəb Tayyib Ərdoğan ermənilərlə keçmişdə mövcud olmuş problemlərin də tarixçilərin araşdırmasının vacibliyini vurğulayıb. AzərTAc

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Məlahət Nəsibova 2009-cu ilin Rafto Mükafatını aldı

C09C962C-BA52-4494-ABB4-D743591240D1_w527_s.jpg Məlahət Nəsibova

Məlahət Nəsibovanın Norveç səfəri davam edir. Onun Norveç Xarici İşlər Nazirliyində görüşləri olacaq, Osloda mətbuata musahibələr verəcək.

Dünənki mərasimdə Norveçin Azərbaycandakı səfiri də iştirak edib. Bergendəki tədbirə qatılan AzadlıqRadiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu Rafto Fonduna təşəkkür edib və Məlahət Nəsibovaya təbriklərini çatdırıb:

«Məlahət ağır şəraitdə işləməsinə baxmayaraq, Naxçıvanın səsini dünyaya çatdırmaqda davam edir. Bu mükafata keçmişdə 4 Nobel laureatı layiq görülüb. Bu mükafat hamımızın fəxr edə biləcəyi bir nailiyyətdir! AzadlıqRadiosu olaraq həmkarımızı ürəkdən təbrik edirik!».

Tədbirdə çıxış edən Rafto Fondunun İdarə Heyətinin üzvləri isə bildiriblər ki, bu mukafatı Azərbaycana verməklə Norveç dünyanın diqqətini bu ölkədə insan haqlarının və söz azadlığının ağır vəziyyətdə olduğuna yönəltmək arzusundadır.

Tədbirdə o da qeyd edilib ki, Norveç Azərbaycanın neft sənayesinə 4,5 milyard dollar investisiya qoymasına baxmayaraq, bu ölkədə insan haqları pozuntularına göz yummayan Qərb ölkələrindən biri kimi tanınır.

***

O, azad və müstəqil mətbuat yolunda göstərdiyi sarsılmaz əməyinə və cəsurluğuna görə bu mükafata layiq görülür. M.Nəsibova Azərbaycanın bir hissəsi olan Naxçıvan Muxtar Respublikasındakı hakim dairələrin qanunsuzluğu, insan haqlarının pozulması və korrupsiya halları barədə məlumatları ictimaiyyətə çatdırmaq üçün öz təhlükəsizliyini zərbə altına qoymaqdan belə çəkinməyir.

40 yaşlı Məlahət Nəsibova Azad Avropa/Azadlıq radiosunun və Turan informasiya agentliyinin müxbiridir. O həmçinin Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişafının Resurs Mərkəzinə rəhbərlik edir.

Məlahət Nəsibova mükafatın təqdimetmə mərasimində məruzə edib. O, məruzəsində Azərbaycanda söz azadlığının vəziyyətində diqqəti çəkib, ölkədə azad fikirli jurnalistlərin təqib olunduğunun, həbs edildiyini vurğulayıb.

O, hazırda Azərbaycanda bir neçə jurnalistin məhz peşə fəaliyyətinə görə həbs edildiyini bildirib.

«Mən istərdim ki, bu gün burada mənim həmkarlarım Qənimət Zahid, Eynulla Fətullayev, gənc bloqerlər Emin Milli və Adnan Hacızadə, həmçinin başqa jurnalistlər olsun, ancaq bu mümkün deyil, çünki onlar hazırda həbsdədirlər».

Jurnalist nitqini Azərbaycan şairi Xəlil Rza Ulutürkün «Millətin səsi» poemasından «Azadlığı istəmirəm zərrə, zərrə, qram-qram…» misaralı şeiri ilə başa çatdırıb.

Təqdim etmə mərasimindən sonra öndə Rafto mükafatının sahibi Məlahət Nəsibova getməklə əlində məşəl tutmuş insanların iştirakı ilə yürüş olub.

884E6D62-D29F-4BBE-86C1-336C60819AE7_w527_s.jpg0A5AA747-AFC2-42FF-8C8A-8A7347F15D00_w527_s.jpg82129F5D-FB24-4B68-BD36-3A62EF69DA37_w527_s.jpg

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

«Cənubi Qafqaz dəhlizdən başqa bir şey deyil»

208E8D14-6935-4B0A-8FE9-E5D29B3E4F3A_mw270_s.jpg Respublikaçı Alternativ İctimai Birliyinin təsisçilərindən İlqar Məmmədov

«Cənubi Qafqaz qlobal oyunçular üçün strateji vacib olan, iki axın üçün strateji tranzit zonasıdır». AzadlıqRadiosunun «Qafqaz Qovşağı» verilişində iştirak edən Respublikaçı Alternativ İctimai Birliyinin təsisçilərindən İlqar Məmmədov belə deyib.

«Bu Şərqdən-qərbə - Mərkəzi Asiyadan enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması və əksinə qərbdən-şərqə - NATO-nun Mərkəzi Asiyaya siyasət, hərbi və iqtisadi müdaxiləsidir. Nə qədər xoş olmasa da, bu obyektiv faktdır – Cənubi Qafqaz dəhlizdən başqa bir şey deyil. Və bu dəhliz uğrunda NATO, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında mübarizədir».

Verilişin ermənistanlı qonağı Vətəndaş Cəmiyyəti və Regional İnkişaf İnstitutunun proqram koordinatoru Şuşan Xadlamacanın fikrincə, bu gün Ermənistanın missiyası regional tərəqqiyə, sülh və regional əməkdaşlığa kömək etməkdir. «Cənubi Qafqazın missiyası nə siyasi, nə də mədəni baxımdan total eyniləşməyə uymamasıdır».

Ş. Xadlamacan deyir ki, Ermənistan özünü balanslaşmış şəkildə görür: «Tarixi və siyasi baxımdan belə müəyyənləşib ki, Cənubi Qafqazın hər bir ölkəsi bu yolu müstəqil, özünün tarixi keçmişinə, bu gününə və siyasi mədəniyyətinə uyğun keçməli olacaq».

Gürcüstanın Qafqaz Strateji Araşdırmalar mərkəzinin direktoru Mamuka Areşidze isə bildirib ki, Gürcüstan ictimaiyyəti ölkədə çətinlik yarananda hakimiyyət ətrafında səfərbər olur:

«Bax bu gün faktiki olaraq eyni vəziyyətdir. İnsanlar daha çox demokratiya, hakimiyyəti daha demokratik olmağa vadar etmək barədə yox, ölkəni necə xilas etmək barədə düşünürlər. Bu çox vacibdir. Və biz bunu müşahidə edirik».

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Donuz qripi «siyasi futbola» çevriləndə

73DE7DC5-1246-4DCF-89B3-B70D69866247_w527_s.jpg Qrip araq üçün problem deyil, Lvov - 30 oktyabr 2009

[/font] Donuz qripi Ukraynada siyasi futbola çevrilib - bunu «Wall Street Journal» qəzeti yazır.

Qəzetin fikrincə, həm müxalifət, həm də hakimiyyət Ukraynada donuz qripi xəstəliyinin siyasi istismarı ilə məşğuldur.

Ukrayna prezidenti Viktor Yuşenko cümə günü jurnalistlərə elan elədi ki, Kiyevdə kütləvi yığıncaqlar ləğv olunur: «Çünki donuz qripindən ölümlərin sayı artıq 11-dir».

Ancaq prezidentin dediyi Səhiyyə nazirinin elə həmin gün söylədiyi ilə düz gəlmirdi. Səhiyyə Nazirliyi cəmi bir nəfərin H1N1 virusundan öldüyünü deyirdi.

O da görünməmiş haldır ki, nazirlik prezidentin səhv etdiyini bəyan etdi.

AzadlıqRadiosunun Ukrayna xidmətindən olan Vasil Zilhalov deyir ki, «burda siyasət qripdən çoxdur. Əvvəllər qripdən minlərlə adam ölürdü, buna fikir verən yox idi. Əksinə belə halları gizlədirdilər. İndi isə Ukraynanın maliyyə vəziyyəti ağırdır, Rusiya qazının pulunu verə bilmirlər, ona görə hakimiyyətin qriplə diqqəti əsas çətinliklərdən yayındırması faktoru var».

RƏQƏMLƏRƏ İNANMAQ OLARMI?

Donuz qripindən Ukraynada nə qədər adam ölüb? Qəribədir ki, bu, dəqiq məlum deyil.

Səhiyyə Nazirliyi indi 60-a yaxın adamın öldüyünü bildirir. Ancaq nazirliyin özü etiraf edir ki, onlar yuxarı nəfəs yolu xəstəliklərindən ölüblər. Onlardan neçəsinin məhz donuz qripindən ölməsi aydın deyil. «Frans Press» Agentliyi cəmi 4 nəfərin H1N1 virusundan öldüyünü bildirir. «Financial Times» bütün xəstələrin 14 olduğunu yazır.

PANİKA HARDANDIR?

O biri ölkələrlə müqayisədə donuz qripindən ölənlər belə azdırsa, Ukraynada niyə belə ajiotaj və panika yaranıb?

E2E14420-41DE-4C18-8AA6-0B3119D5D824_w270_s.jpgUkrayna-Rusiya sərhədində sanitar nəzarət«Wall Street Journal» yazır ki, ola bilər donuz qripi ilə bağlı vəziyyət sonralar ciddiləşsin, ancaq hələlik xəstəlik ətrafında baş verənlər yanvardakı prezident seçkiləri kontekstində gedir.

İllərdir ki, iflic vəziyyətində olan hakimiyyət göstərmək istəyir ki, lazım gələndə necə operativ işləyə bilir. Ancaq burda da prezident Yuşenko ilə baş nazir Timoşenko arasında rəqabət var. Onlar nəinki fərmanları, sərəncamları ayrı-ayrılıqda verirlər, qərar verəndə də siyasi rəqib yenə yaddan çıxmır.

Prezidentin bir fərmanında deyilir ki, «hökumətdən daha çox iş gözləyir», yəni işarə eləyir ki, baş nazir yaxşı işləmir. Bunları «Wall Street Journal» yazır.

«Financial Times» isə yazır ki, donuz qripi ilə mübarizənin kökləri yanvardakı seçkilərdə və prezidentlə baş nazir arasındakı mübarizədədir. Sonuncuların hər biri nəinki öz işini qabardır, rəqibini də gözdən salmağa çalışır.

Müxalifət lideri, prezidentliyə namizəd Viktor Yanukoviç də donuz qripindən yararlanmaqda hakimiyyətdən geri qalmır. O, hakimiyyətin pis işlədiyini və konkret olaraq Səhiyyə nazirinin istefasını tələb edir.

Rəy sorğularında birinci yerdə gedən Yanukoviç prezident seçkiləri ərəfəsi bütün ölkə boyu kütləvi aksiyalar keçirib, ölkənin indiki ağır iqtisadi vəziyyətini, hakimiyyətin fəaliyyətsizliyini tənqid etmək istəyirdi.

Ancaq rəy sorğularına görə, prezidentliyə ikinci ən real namizəd, baş nazir Yuliya Timoşenko ölkə daxilində hərəkətə məhdudiyyət qoydu, kütləvi tədbirlər ləğv olundu. Həmin donuz qripinə görə.

QRİPİN SİYASİLƏŞMƏSİ KİMƏ XEYİRDİR?

Kütləvi tədbirlərin ləğv olunması ən çox kimə ziyandır?

Vasil Zilhalov deyir ki, «kimin reytinqi yuxarıdırsa, ən çox ona ziyandır. Bu baxımdan birinci növbədə müxalifətçi Yanukoviçə ziyandır. Kütlə ilə işləməyi bacaran Timoşenkoya da ziyan dəyə bilər. Ancaq ola bilər, prezident Yuşenkoya xeyri olsun. Populyarlığı çox aşağı olan prezident vəziyyətdən istifadə edib fövqəladə vəziyyət elan edə, hətta seçkilər ləğv oluna bilər».

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Zibil qutudadır ya qutu zibildə?

8748D805-985A-404A-963A-601530BB69D4_w397_s.jpgZibil qutudadır ya qutu zibildə? Fotonu yollayan: Hüseyn Hüseynzadə

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...