Перейти к содержимому

Təzə xəbərlər


El Paso

Recommended Posts

Bakı Yerevanı da, Vaşinqtonu da geridə qoyur ... bahalığa görə

Bakıda orta aylıq əməkhaqqı ilə dördnəfərlik ailənin minimum ərzağını almaq mümkün deyil. Amma Tbilisi və Yerevanda orta aylıq maaşla aylıq ərzağı almaq olur, əlavə pul da qalır

Azərbaycanın son illərdəki iqtisadi inkişafı rəsmi dairələrin ən çox müraciət etdiyi arqumentlərdən biridir. Rəsmi media gündəlik olaraq əhalinin rifahının artması, ölkədə tərəqqi yaranması haqqında məlumatlar yayır, bunu ölkə rəhbərliyinin bacarığı ilə izah edir.

AzadlıqRadiosunun Rusiya, Belarus, Ermənistan və Orta Asiyadan olan əməkdaşları deyirlər ki, eyni məzmunda təbliğat onların ölkələrində də .rılır.

Bakıda və Azərbaycanın yaxın və uzaq xaricindəki ölkələrdə ərzağın qiyməti ilə orta aylıq əməkhaqqını müqayisə edib kimin necə dolandığını öyrənmək fikrinə düşdük.

BAKI DÜNYANIN BAHALI ŞƏHƏRLƏRİ İLƏ RƏQABƏT .RA BİLƏR

AzadliqRadiosunun Azərbaycanın birbaşa qonşularında, eləcə də Vaşinqtonda və Berlində olan əməkdaşlarından xahiş etdik yaşadıqları şəhərlərdə ərzağın qiymətini öyrənib bizə yazsınlar.

Azərbaycan mətbəxində ən çox istifadə olunan bir neçə malın Bakıda və başqa şəhərlərdəki qiymətlərinə nəzər salaq: (Qiymətləri manata çevirmişik.)

A3E9016B-0ED7-4B5D-8705-4C6B79FA5E07_w383.jpg

(Dünyanın 10 böyük şəhərində 27 növ ərzağın qiymətləri ilə burada tanış ola bilərsiniz)

Bakıda ərzağın qiyməti beynəlxalq təşkilatların dünyanın ən bahalı şəhərləri sırasında adı çəkilən Moskva ilə təxminən eynidir.

Əhalinin gəlirlərinin olduqca yüksək olduğu Vaşinqtonda qiymətlər Bakıdakından daha ucuz, Berlindəki qiymətlər isə Bakıdan çox cüzi şəkildə bahadır.

Bakıda ən ucuz ərzaq məhsulu soğan, ən bahalı ərzaq isə qoyun ətidir (8 manat).

Vaşinqtonda kələmin qiyməti olduqca baha – bir kilosu 4 manatadır. Çünki orada kələmi demək olar heç kim almadığından arası-sıra satılır, o da Azərbaycan valyutası ilə 4 manata.

Türkmənistanda su, duz, qaz və elektriki camaata pulsuz verirlər. Amma onları pulsuz əldə etmək təkcə rəsmilərin hesabatındadır, reallıqda isə vətəndaş onu məmurdan pulu ilə - rüşvətlə alır.

Yerevanda ən ucuz duz (30 qəpik), ən baha isə toyuq ətidir (4.2 manat). Bakıda ən baha olan qoyun ətini Yerevanda iki dəfə ucuza – 3.8 manata satırlar.

Bakıda ərzağın qiyməti təxminən Moskva və Berlindəki qiymətlərlə eynidir.

BAKIDA YAŞAMAQ ÜÇÜN ƏN AZI NƏ QƏDƏR PUL LAZIMDIR

Azərbaycanın parlamentinin qəbul etdiyi 2009-cu il üçün yaşayış minimumu haqqında qanuna görə işləyən adam bir ay ərzində ən azı 92 manatlıq yemək yeməlidir. Rəsmi hesablamaya görə pensiyaçının ayı acından ölməməsinə 65 manatlıq, uşaqlar üçünsə 69 manatlıq ərzaq almaq lazımdır.

FD14DC66-C49A-41B3-94C5-856C86E62284_w398.jpg

Rəqəmləri asan başa düşmək üçün dörd nəfərlik bir ailə modeli götürək. Azərbaycanda ən çox yayılan qaydada bu ailədə yalnız ata işləyir, ana evdə uşaqlara baxır. Bunun adımı Şərti Ailə qoyaq.

Azərbaycanın Nazirlər Kabineti bu il aprelin 9-da təsdiq etdiyi «minimum istehlak səbətinin tərkibi haqqında» qərarında insanın bir ildə yaşaması üçün ərzaq, paltar, nəqliyyat, kommunikasiya və kommunal xərcləri hesablansa da orada tibbi xidmətlərə görə ödədiyi pullar nəzərə alınmayıb. Doğrudanmı insanlar ildə bircə dəfə də olsa, həkimə, ya dərmana pul vermirlər? Ya da Azərbaycan insanın həyatının bir hissəsinə çevrilmiş xeyir-şər xərclərini niyə nəzərə almamaq lazımdır?

Hökumətin dediyi fikirləşib də həkim və xeyir-şər xərclərini bir kənara qoysaq, şərti ailəmizin bir aylıq minimum ehtiyac səbəti 322 (92 manat ataya + 92 manat anaya + 69 manat bur uşağa + 69 ikinci uşağa) manat edir.

QAZANMAĞA BAŞQA DİYAR YAXŞI

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2009-cu ildə Azərbaycanda işləyən adamların ölkə üzrə orta aylıq əməkhaqqı 298 manatdır.

9AE66E8D-DAF5-4084-ABA9-18343DE27A45_w391.jpg

Həmkarlarımızdan yaşadıqları ölkələrdə orta aylıq əməkhaqqını da soruşmuşuq. Onlara da şərti ailəmizin uşağa müavinətlər və başqa gəlirlərini nəzərə almadan yalnız atanın orta aylıq əməkhaqqını hesablamağı xahiş etdik.

Azərbaycandakı kimi atanın quruca maaşı ilə müxtəlif şəhərlər üzrə orta aylıq əməkhaqqı cədvəli bu şəkildədir:

Azərbaycan – 298

İran – 65

Gürcüstan – 268

Ermənistan – 248

Türkmənistan – 120

Qazaxıstan – 371

Rusiya – 565

Türkiyə – 640

Almaniya – 2637

ABŞ – 2600

ORTA MAAŞDAN ƏRZAĞI ALANDA YERDƏ NƏ QALIR?

Qeyd etdiyimiz şərti ailənin təkcə ən aşağı aylıq ərzaq, paltar və kommunal xidmətləri – yaşayış minimumu - Bakıda 332, Moskvada 336, Vaşinqtonda 309 manatdır. Yəni, bu xərclər arasında çox da ciddi fərq yoxdur.

9E84E3C9-0AB9-4A98-8F0F-C39B00809FF5_w397.jpg

Amma gəlirlər… Bakıda işləyən adamın orta aylıq əməkhaqqı Moskva və İstanbuldan 2 dəfə, Berlin və Vaşinqtondan 9 dəfə aşağıdır.

33BD126F-BAD1-4D4A-A222-5830EB95A2CE_w397.jpg

Bu qrafikdən göründüyü kimi, İstanbulda ailə başçısı orta əməkhaqqı ilə minimum aylıq xərclərini ödəyir, əlavə də aya başqa xərcləri üçün 305 manatı qalır. Moskvada o, istəsə aya ən çoxu 229, Astanada 158, Tbilisidə 4 manat qənaət edə bilər.

Bakıda isə şərti ailəmizin başçısı nə qədər qənaət etsə də hər ayı borcla başa vurur. Onun gəliri 298 manat, ailəsi üçün bir aya lazım olan minimum ərzağın qiyməti isə 322 manatdır (298-322 = - 24). Beləliklə, bütün maaşını yeməyə - ailəsinin fiziki mövcudluğunu saxlamağa xərcləyən bakılı maaşdan savayı hələ aya 24 manat da haradansa əlavə gəlir yeri tapmalı olur.

Azərbaycanın qonşularından yalnız İranda və Türkmənistanda vəziyyət Bakıdan ağırdır. Aşxabadda şərti ailənin təkcə «boğazını saxlamağa» hər ay maaşdan savayı 37 manat, Tehranda isə 214 manat lazım gəlir.

QAFQAZDA DOLANIŞIQ

Ərzağın qiyməti barədə məlumatların analizi Bakıda dolanışığın qonşu Yerevan və Tbilisidən daha çətin olduğunu göstərir. Şərti ailənin başçısı Yerevan və Tbilisidə orta aylıq maaşla ailəsinin minimum ərzaq ehtiyacını ödəyə bilir, Yerevanda 12, Tbilisidə 4 manat da artıq pulu qalır. Bakıda isə bu ailənin başçısı təkcə minimum istehlak xərcləri üçün maaşından savayı haradansa, ayda 34 manat da tapmalıdır.

6D9C7E88-7ED7-4C11-B45C-512FB10D6EB2_w392.jpg

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 361
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

OL-çular "ZUG der FREİHEİT" layihəsində iştirak etdilər

14_Zge1.jpg

1989-cu ilin oktyabrında tək Şərqi və Qərbi Almaniya üçün yox, bütün Avropa üçün çox əhəmiyyətli bir hadisə baş verdi. Şərqi Almaniyanın vətəndaşları sovet rejiminə artıq dözə bilmədiklərinə görə ölkədən mümkün və qeyri-mümkün yollarla qaçmaq istəyirdilər – belə, Berlin Divarını Qərb Almaniya tərəfə keçən zaman neçə nəfər həlak olmuşdur. Macarıstan sərhədləri açandan sonra minlərlə almanlar bu ölkəyə yönəlmişdilər. Bu yolu da kəsəndən sonra qaçqınlar Çexoslovakiyaya yollandılar. Çexoslovakiyada olan Alman səfirliyi bütün qaçqınları öz binasına qəbul edirdi, amma məcburi köçkünlərin sayı gündən günə artırdı və artıq binanın həyətində də adamlar aylarla yaşayırdı. Payız gəldikcə vəziyyət daha da çətinləşirdi – soyuq havada çöldə yaşamaq asan deyil. Və bu maksimal nöqtədə dövlətlər tərəfindən qaçqınların Qərb Almaniyaya transfer olunmasına icazə verilmişdir.

Oktyabr ayında Azadlıq Qatarı Praqa şəhərindən Almaniyaya yola düşür. Baxmayaraq ki, Çexiyadan Qərbi Almaniyaya yol daha qısa ola bilər, qatar mütləq Almaniyanın Şərq tərəfindən keçib, Qərb tərəfinə getməli idi( əks halda qatardaki adamların statusu qaçqın ola bilməzdi). Qatarda gedənlər stansiyalarda onları qarşılayan adamlara əl edirdilər, stansiyada duranlar isə həmin qatara minib Qərbə getmək istəyirdi, lakin polis dəstələri buna yol vermirdi.

Bir neçə gündən sonra isə Berlin divarı çökdü.

sdf.JPGBu hadisələrdən 20 il sonra biz həmin qatarda Praqa şəhərindən Almaniyanın Hof şəhərinə kimi getdik. Amma bu dəfə qatardaki adamlar azad adamlar idi. Vaqonlarda almaniyan, çex artistləri, musiqiçiləri, gənclər var idi. Biz də, OL Hərəkatı kimi, Azərbaycanı bu qatarda təmsil edirdik. Bizdən başqa bu layihədə Gürcüstan, Belarusiya, Almaniya, Çexiya, Ermənistan və Polşa gəncləri də iştirak edirdilər. Biz hər stansiyada dayanırdıq, və havada azadlığı duyurduq: yüzlərlə gənclər plakatlarla, güllərlə bizə əl edib gülümsəyirdi. Orkestr çalırdı, insanlar bir birini təbrik edirdi. Yaşlı nəsil keçmişini yada salırdı – onların bəziləri həmin qatarda 20 il əvvəl gedirdi, bəziləri stansiyadan qatara baxıb onunla getmək istəyirdi, amma polislər buna yol vermirdi.

Məndən soruşanda ki, Azərbaycan ilə Almaniyanın Azadlıq Qatarından əlaqəsi nədir, dedim ki, 20 il əvvəl Azərbaycan da öz müstəqilliyini ikinci dəfə qazandı. Amma müstəqilliyi qazanib, azadlığımızı qoruyammadıq. Və istəyirəm ki bu Azadlıq Qatarı bir gün bizim ölkəmizə də gəlsin.

Esmira Məmmədova

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

18 oktyabr Dövlət Müstəqilliyi Günüdür

3BDE699C-B72D-4840-A61E-893386A09633_mw203_s.jpg Müstəqilliyin 18-ci ili

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 18 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlanan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir.

Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmır, ya da əleyhinə səs verirlər.

Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır və əhalinin 95%-i bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir.

2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edir. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü, 12 noyabr Konstitusiya Günü, 17 noyabr Dirçəliş Günü bayram kimi qalsalar da, istirahət günü kimi qeyd edilmir.

Təbrik edirəm sizi, Azəri Xalqı! :)

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan Ordusu daha bir hərbçisini itirib

2F182A8A-E93C-4064-A869-78AEC1D1097E_mw203_s.jpg Hərbi hissədə ölüm

Azərbaycan Ordusu daha bir əsgərini itirib. Zaqatala rayonu Gözbarax kənd sakinlərinin .-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, həmkəndliləri, 1990-cı il təvəllüdlü Mahmudov Faiq Məhərrəm oğlu Qusar rayonunda yerləşən «N» saylı hərbi hissədə hərbi xidmət zamanı baş nahiyəsindən aldığı güllə yarasından ölüb.

Zaqatala rayon Hərbi Komissarlığından .-ya F.Mahmudovun Qusar rayonunda «N» saylı hərbi hissədə qulluq etdiyi və baş nahiyəsindən güllə yarası alması nəticəsində öldüyü faktı təsdiqlənib. Lakin hadisənin hansı şəraitdə baş verməsi haqda məlumat əldə etmək mümkün olmayıb.

F. Mahmudov oktyabrın 17-də doğulduğu kəndə gətirilərək dəfn olunub. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və Gözbarax kənd sakinləri iştirak ediblər.

Mərhum 2009-cu ilin aprelində Zaqatala rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

ALLAH rəhmət eləsin.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Dmitri Medvedev də bloqçu imiş

18665A80-B413-4DFC-AC94-15DEA9A64AA5_mw203_s.jpg Rusiya prezidenti vətəndaşları da məmurların bloqlarına öz şikayətlərini yazmağa çağırıb

Bu günlərdə agentliklərdən birində maraqlı bir xəbərə rast gəldim. Sən demə, Rusiya prezidenti Dmitri Medvedev də bloqçu imiş. Yəni bəzilərini düşündüyü kimi, bloq yazmaq «işsiz-gücsüz» insanların işi deyil. Medvedev isə bloq yazmağa o qədər aludə olub, postlarına gələn şərhlərdən o qədər məmnun qalıb ki, qubernatorlarına da bloq yazmağı tövsiyə edib. Rusiya prezidenti vətəndaşları da məmurların bloqlarına öz şikayətlərini yazmağa çağırıb.

Azərbaycanda isə 2 bloqçu həbs olunub...

Azərbaycan prezidentinin adını daşıyan bloqda isə (http://prezidentimiz.azeriblog.com) son post 2009-cu ilin mayın 14-də göndərilib...

EMİN MİLLİNİN AD GÜNÜ DÜNYANIN AZI 7 ÖLKƏSİNDƏ QEYD OLUNDU

Hazırda məhkəmələri davam edən gənc bloqçulardan Emin Millinin bu günlərdə 30 yaşının tamamlanması bir neçə bloqçunun diqqətindən yayınmayıb. Simpaty4devil kimi ([/font]http://sympathy4thedevil.wordpress.com/), uçan xalçalar və qırıq xətlər diyarından yazan bloqçu (http://flyingcarpetsandbrokenpipelines.blogspot.com/) da Eminin ad gününün azı 7 ölkədə və onlarla digər şəhərdə qeyd olunduğunu yazır. Buna görə də bloqçular Eminin artıq «Milli» yox «Beynəlmiləl»ə çevrildiyini etiraf edirlər.

9260D30A-3756-4385-8B7F-522BB1C38A85_w203_s.jpgEmin Millinin bu günlərdə 30 yaşının tamamlanması bir neçə bloqçunun diqqətindən yayınmayıbRƏSMİ BAKININ QICIĞININ SƏBƏBİ

Adətən iqtisadi məsələlərlə bağlı yazan Natiq Cəfərli http://.blog.ru/80668227.html bu dəfə siyasi məsələni sınaqdan keçirib. Sual edib ki, Türkiyə ilə Ermənistan arasında imzalanan protokolla bağlı hökuməti daha çox qıcıqlandıran nədir?

N.Cəfərli yazır ki, aydındır hökumət nədən qorxur:

«Sərhədlərin açılması əsas deyil, əsas qorxu odur ki, qərar vermək zamanı yetişib. Yəni Qərb, Türkiyənin əli ilə və digər protokolların köməyi ilə proseslərin inkişafına təkan verib, daha çox isə regionda dəyişikliklərin sürətini artırıb. İndi hadisələri donmuş şəkildə saxlamaq olmaz, hökumətin istədiyi kimi status-kvo saxlamaq mümkün deyil. Regionda, xüsusilə də Qarabağ məsələsində istənilən hərəkət hökumət üçün gözlənilməzlikləri gizlədir...

Qərbə Qarabağ maraqlı deyil, ya da maraqlı deyil ki, bu torpaqlar kimin nəzarəti altında qalacaq. Qərbin «baxışında» bizim ölkələr Avropa Birliyində və NATO-da olmalıdır, onda sərhəd məsələsi də formal olacaq. Onlar fikirləşir ki, ermənilər 7 rayonu güzəştə gedir, azərbaycanlılar isə Qarabağı. Vəssalam. İndi söhbət yalnız bu razılaşmanın həyata keçirilməsi müddətindən gedir. Bizimkilər təkid edir ki, bu, 10 ildən sonra baş versin; ermənilər isə qoşunların çıxarılması ilə eyni vaxtda Qarabağın statusunun paralel həll edilməsini...»

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bunu unutmaq olarmı?..

80655471-C165-4128-AE58-0C1926BEBF49_mw203_s.jpg Hüseynbala Səlimov, müstəqil analitik Bursada Azərbaycan və Türkiyə bayraqları yan-yana

AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA BAYRAQ SAVAŞI

Bir neçə ay bundan əvvəl heç kim təsəvvür etməzdi ki, Azərbaycanla Türkiyə arasında münasibətlər bu qədər gərginləşə bilər. Tərəflər zahirən təmkinli görünsər də,birinə incə diplomatik mesajlar göndərməkdə davam edirlər. Artıq bir dəfə qeyd etmişdik ki, futbol matçının səhərisi günü Türkiyənin Bakıdakı təmsilçisi Xarici İşlər Nazirliyinə çağırıldı və ona Azərbaycan bayrağı ilə təhqiramiz davranışa görə etiraz bildirildi. Amma məsələ bununla bitmədi. İndi bayraq məsələsinin yeni təfərrüatları açıqlanır. Məlum olur ki, FİFA-nın məsələyə qarışması əslində Türkiyə hökumətinin təhriki ilə baş verib və Azərbaycan bayrağının stadiona .rılmasını qadağan etməyə heç FİFA-nın hüququ da yox idi. Yəni Türkiyə hökuməti istəsəydi, məsələni bu qədər mürəkkəbləşdirməzdi. İndi buna cavab olaraq Azərbaycanda Türkiyə bayraqlarını endirirlər. Rəsmi orqanlar bunu «Xarici ölkələrin bayraqları haqqında» qanunun icra edilməsi ilə bağlayırlar. Amma hamıya aydındır ki, məsələ məhz Türkiyəyə cavab reaksiyasıdır.

QAZ MÜHARİBƏSİ QAFQAZA DA YOL TAPDI

Onu da qeyd etmək lazımdır ki, münasibətlər təkcə bayraq məsələsi ilə məhdudlaşmayıb. Qaz müharibəsi indi də Qafqaza yol tapıb. Azərbaycan öz qazının ixracı üçün yeni nəql marşrutları axtarır. Məsələ bundadır ki, artıq bir neçə ildir ki, Azərbaycan qazı Türkiyəyə dünya bazarındakı qiymətdən 3 dəfə aşağı qiymətə satılır. Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bununla bağlı danışıqların il yarımdır davam etməsini desə də, məsələnin bu qədər aktuallaşması məhz Türkiyəyə təzyiq məqsədi güdür. Məlum olduğu kimi, artıq Azərbaycan Rusiyanın «Qazprom» şirkəti ilə də saziş bağlayıb və hətta alternativ nəql marşrutu kimi İranı da nəzərdən keçirir.

Göründüyü kimi, vəziyyət çox mürəkkəbdir. Oktyabrın 21-nə isə bir gün qalıb. Ola bilsin, parlament birinci oxunuşdan protokolları ratifikasiya etməyəcək. Amma qarşıda iki ay var və sanballı siyasi analitiklər belə hesab edirlər ki, protokollar gec-tez ratifikasiya ediləcək. Vəziyyətin Ermənistana təsiri elə prezidentlərin Kişinyov görüşündə özünü biruzə verdi, Ermənistan yenidən danışıqlarda öz mövqeyini sərtləşdirdi. Məhz bunun nəticəsidir ki, Kişinyov görüşü tamamilə sönük sonluqla bitdi və heç bir razılıq əldə olunmadı.

Etiraf etmək lazımdır ki, Türkiyəyə də müəyyən təzyiqlər var. Ermənistanla sərhədlərin açılmasını Avropa Birliyi də tələb edir və Türkiyə üçün bu Birliyə üzv olmaq müstəsna əhəmiyyət kəsb edir.

ƏGƏR TÜRKİYƏ OLMASAYDI...

Amma dünyada siyasətdən də müqəddəs məqamlar var. Hər halda iki dövlət arasında bayraq savaşı bir o qədər də ürəkaçan deyil. Biz Türkiyə ilə münasibətlərimizi necə qurmalıyıq? Türkiyədən uzaqlaşmalıyıqmı? Bu sualların cavabı yaxın müddətdə bilinəcək. Amma «Türkiyə bizim üçün nə edib?» sualına indi də cavab vermək olar. Türkiyə olmasaydı, Bakı bəlkə də Azərbaycan şəhəri olmayacaqdı! Məlum olduğu kimi, 1918-ci ildə Demokratik Respublika müvvəqqəti olaraq Gəncədə yerləşmişdi. Türkiyə qoşunları Bakını azad edəndən sonra mərkəz və paytaxt Bakıya köçürüldü.

Hər halda bunu unutmaq olmaz...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

«Niyə siz Türkiyədə təhqir olunan Azərbaycan bayraqlarından danışmırsınız?»

CAD09585-38E0-4158-829A-A728427E1F08_mw203_s.jpg Parlamentin növbəti iclasında bayraq məsələsi müzakirə olunub

Milli Məclisin (MM) payız sessiyasının növbəti iclası başlayıb. .-nın xəbərinə görə, iclasda cari məsələlərin müzakirəsi zamanı Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirlər səslənib.

Parlamentin vitse-spikeri Bahar Muradova çıxışında bildirib ki, Bakıdakı Şəhidlər Xiyabanında Türkiyə bayraqlarının götürülməsi ilə bağlı ajiotaj yaratmaq lazım deyil: «Bu, qanun çərçivəsində həyata keçirilib. Əslində «Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında» qanun qüvvəyə minən kimi icra olunmalı idi».

Millət vəkili İkram İsrafil isə deyib ki, Azərbaycanla Türkiyə arasında yaranan gərginliyə son qoymaq üçün Bakının işğaldan azad olunduğu günü - sentyabrın 15-ni «Türkiyə- Azərbaycan dostluğu günü» elan etmək lazımdır.

Deputat İqbal Ağazadə təklif edib ki, Türkiyə bayrağı Azərbaycanda ən yüksək yerdən asılmalıdır: «Türkiyə bayraqlarının götürülməsi düşmənə rəvac verər».

MM-in birinci vitse-spikeri Ziyafət Əsgərov Bakıdakı Türk Şəhidliyindən Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağının da götürüldüyünü xatırladıb: «Niyə siz Türkiyədə təhqir olunan Azərbaycan bayraqlarından danışmırsınız? Mən bayrağımızı o vəziyyətdə görəndə özümü təhqir olunmuş saydım. Biz istəyirik ki, Türkiyə yetkililəri Azərbaycanın milli maraqlarını nəzərə alsınlar».

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

O bayraq yenidən qalxmalıdır

FCC9C77A-8473-4CEF-AEA6-88F6009F6AE0_mw203_s.jpg İndi o Şəhidlər Xiyabanındakı bayraq endirilib. Nəyin əvəzində?

20.10.2009 Ertuğrul Özkök («Hürriyet» qəzetinin baş redaktoru)

Düz 8 il qabaq o türk Şəhidlər Xiyabanı barədə yazmışdım. Xarici İşlər naziri Davutoğlunun sözü ilə desəm, «azərbaycanlı qardaşlarımızın şərəfinə əmanət etdiyimiz» Bakıdakı türk Şəhidlər Xiyabanı. Oranı ağlayaraq gəzəndən sonra bu sətirləri yazmışdım:

SADƏ, BƏSİT, AMMA TƏSİRLİ

«1918-ci ildə Bakını xilas edən Osmanlı Qafqaz ordusunun şəhidləri üçün tikilib. Bizim Baş Qərargah inşa edib. Bu Şəhidlər Xiyabanında ayrı-ayrı məzarlar yoxdur. Fotolar da yoxdur. Müsəlman bir ölkənin Şəhidlər Xiyabanından çox Amerikan ordusunun Arlingtondakı hərbi qəbristanlığını xatırladır. Onun qədər sadə, onun qədər bəsit. Amma təsirli. Çox uzun bir mərməri xəyalınızdan keçirin. Üzərində yanaşı düzülən ay-ulduzlar. Aypara yuxarı baxır və tam ortasında ulduzu var. Onun düz altında da şəhid olan Osmanlı əsgərlərinin adları. Bu başdan o başa adları oxuyuram. Altında anadan olduqları yer də yazılıb. Manisa, Trabzon, Muş, Nablus, Malatya, Yerusəlim, Bosniya, Kırcaəli, Şumnu, Manastır, Qahirə. Və əlavə bir çox yer adı. Doğum yerləri sizə sanki Osmanlı imperiyasını xatırladır. Ölüm yerləri isə bir-birlərinə çox yaxındır. «Bakının ətrafı» və ya Azərbaycanın başqa bir yeri. Nuru paşanın komandanlığındakı Osmanlı ordusu 1918-ci ildə Azərbaycana gələrək, Bakını ermənilərdən xilas edib».

O Şəhidlər Xiyabanından Türkiyənin Bakıdakı səfirliyinə getmişdim. O anı da belə yazmışdım:

«Səfirliyimizin indi yerləşdiyi binadan addımımızı bayıra atanda sağdakı divarda bir tablo diqqətimizi cəlb edir. Bu tablo Nuru paşanın Qafqaz ordusunun Bakıya girişini göstərir. Küçədə Osmanlı zabitləri atlarının üstündə dimdik rəsmi paraddan keçir. Qabağından keçdikləri binanın eyvanında isə Osmanlı generalları var. Bu mənzərə mənə Atatürkün ordularının İzmirə girişini xatırlatdı. Əslində bakılılar şəhərlərini İzmirə bənzədirlər. Şəhərin ən gözəl parkının adı da İzmir parkıdır. Təyyarəmiz Bakı aeroprtundan uçanda xəyalım hələ də o xiyabanda idi. O Şəhidlər Xiyabanında və məchul adların doğum yerlərinin yazıldığı böyük xəritədə. Hamısı nur içində yatsınlar».

NƏYİN ƏVƏZİNDƏ?

İndi o Şəhidlər Xiyabanındakı bayraq endirilib. Nəyin əvəzində? Türkiyə-Ermənistan matçında stadiona Azərbaycan bayrağının gətirilməsinə icazə verilməməsinin əvəzini çıxmaq üçün. Təzada baxın. Ermənistan matçının əvəzini çıxmaq üçün Bakıda ermənilərə qarşı savaşda ölən türk əsgərinin başının ucundakı bayraq endirilir. Elə isə qanlı-bıçaqlı olduğumuz ölkələrdəki şəhidlər məzarlıqlarımızda türk bayrağı dalğalanmağa davam edir. Necə deyərlər, qardaşın qardaşa kin-küdurəti başqadır. İllah da ürəyi sınmış, xəyanətə məruz qaldığına inanmış qardaşın kin-küdurəti heç nəyə oxşamır..

Elə isə xəyanət-zad yoxdur.Türkiyə ətrafındakı kin-küdurət dairələrini dağıtmağa çalışır. Bu yolla Azərbaycana daha çox kömək edəcəyinə inanır. Əgər iki ölkə arasında bir səhv başa düşülmə varsa, reaksiyaları bu cür müştərək və şanlı simvollar üzərindən yox, başqa şeylər üzərindən göstərmək lazımdır. Şəhidlər Xiyabanı üzərindən siyasət nə azərbaycanlı qardaşlarımıza, nə də bizə yaraşır. Osmanlının qurduğu dövləti iki yerə böldük. Heç olmazsa, millətimizi bölməyək.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

İndi keçək əsas məsələyə:

Bursa valisi açıqlama yaydı

70A62DFA-B2A6-4130-A4EE-DAB64EBAD71B_w393_s.jpg Türkiyə-Ermənistan oyununda Azərbaycan azarkeşləri

Türkiyənin Bursa vilayətinin valisi Şahabəddin Harput oktyabrın 14-ü keçirilən Türkiyə-Ermənistan milli matçında Azərbaycan bayraqlarına sayğısızlıq edilməsi məsələsi ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada bildirirlir ki, matçın keçirildiyi stadiona Azərbaycan bayraqlarının buraxılmaması ilə bağlı qərarları olmayıb, bu, FİFA-nın tələbi ilə gerçəkləşib:

«Bu, FİFA-nın Türkiyə Futbol Federasiyasına yazdığı və federasiyanın valiliyimizdən tələb etdiyi qərardır».

Ş.Harput bildirir ki, FİFA bu qərarı ilə öz statusu və təhlükəsizliyi ilə əlaqədar olaraq Azərbaycan bayrağının bu qarşılaşmaya gətirilməsinə qadağa qoyub, əks təqdirdə matçın ləğv ediləcəyini bəyan edib:

«Məhz buna görə də valiliyimizin bu qərarı həyata keçirmək və ya keçirməməyindən söhbət gedə bilməzdi. Necə ki, bu xəbər bəyan edildiyində ictimaiyyət tərəfindən anlayışla qarşılanmış, FİFA nəzarətçiləri və təhlükəsizlik qüvvələri tərəfindən müxtəlif ölçülü

A49C7988-7148-4D8A-82A3-72CB553E7EBA_w203_s.jpg230 Azərbaycan bayrağı tamaşaçılardan müsadirə edilmiş və bu bayraqlar fotolarda göründüyü kimi qutularda toplanmışdır».

Vali deyir ki, vətəndaşların stadiona gizli və ya aşkar yolla gətirdiyi Azərbaycan bayrağı və bayraq əks olunan köynəklər tribunalardan yellədilib:

«Bütün qadağalara baxmayaraq onlara heç bir müdaxilə olunmamışdır. Bəzi media vasitələrində zorakılıq halları əks etdirən kadrlar üzərində aydınlaşdırma işləri həyata keçirilir. Bu məsələdə təqsirkarlar tapılıb ifşa ediləcək».

Şahabettin Harput deyir ki, Azərbaycan bayrağı Türkiyə bayrağı qədər müqəddəs və əzizdir:

«Heç bir türk insanının bu bayrağa qarşı hörmətsizlik etməsi mümkün deyil».

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bayraq qanununa dəyişiklik təklifi

Parlamentdəki Müsavat deputat qrupu «Dövlət bayrağı haqqında» qanuna əlavə və dəyişikliklər hazırlayaraq Milli Məclis .ratına təqdim edib. Deputat qrupunun üzvü Pənah Hüseyn təklifin digər dövlətlərin bayraqları ilə bağlı olduğunu deyir:

«Təklif edirik ki, icra hakimiyyəti orqanlarına başqa dövlətlərin bayraqlarının uyğun yerlərdə yerləşdirilməsi səlahiyyəti verilsin. İcra orqanı Prezident Adminstrasiyası, Nazirlər Kabineti və yerli icra orqanları ola bilər».

Pənah Hüseyn bildirib ki, bu dəyiişklik qəbul edilsə, Şəhidlər Xiyabanında Türkiyə bayraqlarının qaldırılması üçün qadağa aradan qalxmış olar.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan mətbuat azadlığına görə 146-cı yerdədir

Azərbaycan mətbuat azadlığına görə Ermənistandan da, Gürcüstandan da geridədir. Sərhədsiz Reportyorlar Təşkilatı oktyabrın 20-də «Mətbuat azadlığı indeksi -2009» adlı hesabatını açıqlayıb. Hesabatda Azərbaycan 175 ölkə arasında 146-cı, Ermənistan – 111, Gürcüstan 81-ci yerdədir.

Sərhədsiz Reportyorlar Təşkilatının rəhbəri Jan Fransua Jülyer deyib ki, «bütün dünyada söz azadlığı əvvəlki kimi güc və israrla qorunmalıdır».

Təşkilat rəsmisi bildirir ki, Fransa, İtaliya və Slovakiya kimi demokratik ölkələrdə söz azadlığı indeksi ildən-ilə geriləyir. «Avropa demokratiya azadlıqları sahəsində digər ölkələrə nümunə olmalıdır. Dünyada azadlıqların pozulmasını necə pisləmək olar, əgər özün qınana bilərsənsə? Bu il ABŞ «Obama effektinə» görə 20 pillə irəliləyib».

Sərhədsiz Reportyorlar Təşkilatı İrandakı vəziyyətdən də narahatlığını bildirir. Təşkilat qeyd edir ki, bu ölkədə vəziyyət Türkmənistan, Şimali Koreya, Eritreyadakı duruma yaxınlaşır.

«Mətbuat azadlığı indeksinə» görə birinci yerdə Danimarka, daha sonra Finlandiya, İrlandiya, Norveç gəlir.

Mətbuat azadlığının ən pis vəziyyətdə olan ölkələr isə Eritreya, Şimali Koreya, Türkmənistan, İrandır.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Həmsədrlər Ermənistana təzyiq göstərmək istəmir

«Həmsədrlər sübut etdi ki, Ermənistana təzyiq göstərə bilərlər, amma bunu etmək istəmirlər».

Bunu oktyabrın 20-də parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov belə deyib.

O bildirib ki, oktyabrın 10-da Sürixdə Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması zamanı həmsədr dövlətlərin 3-nün də yüksək səviyyəli rəsmisi iştirak edib.

Və bu onu göstərir ki, istənilən vaxt Ermənistana təsir etmək mümkündür: « Əgər Ermənistanın xarici işlər nazirinə «imzala, get» deməyi bacarırlarsa, deməli, «Qoşunlarını Qarabağdan çək» deyə də bilərlər. Özlərinə lazım olan məsələlərdə yığışıb problemi həll edirlər, bütün bu onu göstərir ki, böyük dövlətlər beynəlxalq hüquqa əməl etmir».

Oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını nəzərdə tutan protokol imzalanıb.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkiyədə Bakının qaz tələbinin yerinə düşmədiyini deyirlər

E2757AEF-0B13-4671-AA73-605FE9C04A55_w393_s.jpg «Azərbaycandakı türk qardaşlarımızın mənfəəti nədirsə, o yöndə bir qiymət təyin oluna bilər»

Bakıda Türkiyə ilə münasibətlərin gərginliyi yaşanır.

Yerli rəsmi media Türkiyənin Ermənistanla protokolları razılaşdırmasından bu yana Bakının mövqeyini gen-bol çatdırır.

Türkiyə cəmiyyətində nələr danışılır?

ANKARADA TƏSADUFİ TELEFON NÖMRƏLƏRİNƏ ZƏNG EDİB İNSANLARIN FİKRİNİ SORUŞDUQ.

Sıravi Ankara sakinlərinin demək olar hamısından «Türkiyədən ziyan gözləməyin» sözləri eşitdik:

- (56 yaş) «Ayağınıza bir daş dəysə, bizim ürəyimiz yanar. Yalnız olduğunuzu zənn etməyin. Axşam Əliyevin çıxışını dinlədim, qazın qiymətini qaldıracağını deyir. Yəqin o, da eşitdiyi söz-söhbətlə qərar verir. Amma gərək belə söz-söhbətlərlə hərəkət etməyəsiniz».

- (65 yaş) «Sizin əndişəniz nədir, onu anlaya bilmirəm. Bizimkilər Qarabağ üçün əllərindən gələn mücadiləni edirlər. Heç bir zaman Türkiyədən Azərbaycana zərər gəlməz, qardaşım».

- «Vallah, mən bayraq böhranına görə üzgünəm. Azərbaycanla münasibətlərin qırılmasını istəmirəm. Amma hər halda, Ermənistanla sərhəd də açılmalıdır».

- (47 yaş) «Bayrağı stadiona buraxmamaq FIFA-nın qərarıdır. Burada Türkiyənin bir günahı yoxdur. O gün də eşitdim, Bakıda türk bayrağını endiriblər... Bunlar yaxşı hərəkətlər deyil. Azərbaycanın dırnağını belə Ermənistana dəyişmərik. Təsəvvür edin ki, Türkiyə ilə əlaqələri pozdunuz, Azərbaycan nə qazanacaq? İtirəcək! Biz hər zaman Azərbaycana gələn pisliyi Türkiyəyə gəlmiş bilirik. Azərbaycan ilk öncə demokratiyasını yaratmalıdır».

4603.jpgTÜRKİYƏDƏ DANIŞDIĞIMIZ SİYASƏTÇİLƏR DƏ BUNA BƏNZƏR FİKİRLƏR SÖYLƏDİLƏR.

Milliyyətçi Hərəkat Partiyası sədrinin yardımçısı, millət vəkili Tunca Toska bildirdi ki, Türkiyə ilə Azərbaycanın bir-birindən küsməsi yalnız Ermənistanın xeyrinədir. Bu vəziyyət Qafqazda hazırkı geosiyasi nizamı Azərbaycanın və Türkiyənin ziyanına dəyişə bilər.

Millət vəkili deyir ki, Türkiyə rəhbərliyində də, Azərbaycan rəhbərliyində də səhvlər var. Onun fikrincə, Ankarada Ermənistanla Azərbaycanın xeyrinə olmayan protokolları imzalamaqla səhv edirlər, Bakıda isə qaz alqı-satqısında narazılığı mətbuatla çatdırmaqla:

«Sayın İlham Əliyevin bu düşüncələrini Türkiyədə q.lı qapılar arxasında söyləməsi daha doğru olardı. Bunlar açıq-aşkar söylənən zaman türk xalqında inciklik yaradar. Biz də belə şeyləri media vasitəsilə deməklə azəri qardaşlarımızı incidərik. Bunlar iki qardaş millətin arasının açılmasına səbəb ola bilər. Bu ciddi dönəmin daha ağıllı idarə edilməsinin vacib olduğunu düşünürəm. Mən qaz qiyməti üzərində çox durmayım. Azəri qardaşlarımız qazı bizə vermirlərsə, biz üçə alaq, problem deyil. Önəmli olan könüllərin qırılmamasıdır».

Müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası təmsilçisi Tunca Toskanın qaz mövzusunda bu fikirlərini hakim partiyanın nümayəndələrindən də eşitdik.

İqtidarda olan Ədalət və İnkişaf Partiyasından millət vəkili Mustafa Kabakçı bildirdi ki, Türkiyə qazı Azərbaycandan Bakının istədiyi qiymətə ala bilər:

6423.jpg«Biz qaz məsələsini ortaya atmağı o qədər də yerində görmürük. Azərbaycandakı türk qardaşlarımızın mənfəəti nədirsə, o yöndə bir qiymət təyin oluna bilər. Türkiyə həmin qiyməti ödəyə biləcək gücdədir. Türkiyə sadəcə, bank böhranında 40 milyard dollar pul itirmiş və bunun altından qalxmış ölkədir. Qaz mövzusunda danışmağı belə arzu etmirəm. Şərtlər nə olursa, olsun, biz Azərbaycanın yanındayıq. Təəssüf ki, qardaşlığın möhkəmlənməsindən narahat olan güclər var. Onlar yanlış informasiyalarla inamsızlıq yaradıb. Biz hər dönəmində Azərbaycanın yanında olduq, olmağa da davam edəcəyik, inanın».

Mustafa Kabakçı deyir ki, oktyabrın 21-də Türkiyənin Xarici işlər naziri, ardınca Xarici İşlər Nazirliyinin bir komissiyası, daha sonra da özü Azərbaycana gəlib anlaşılmazlıqları aradan qaldırmağa çalışacaq.

XATIRLADAQ Kİ,

Ötən həftənin sonunda Azərbaycan prezidenti İ. Ə. bildirmişdi ki, son iki ildə Türkiyə ilə qaz alqı-satqısı və Azərbaycan qazının Türkiyə ərazisi ilə Avropaya çatdırılmasında razılıq əldə etmək mümkün olmur. Çünki Türkiyə başqalarından üç dəfə ucuz qiymətlər təklif edir.

Türkiyəli millət vəkilləri qaz mövzusunda suallara cavab verməyə həvəsli olmadıqlarından Türkiyənin hər hansı qiymətə razılaşmamasının səbəbini öyrənə bilmədik.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Futbol diplomatiyasına qarşı qaz diplomatiyası

2C29184D-27FD-4978-98AA-1070FFED4AFA_w393_s.jpg Avropa bazarına .ran əsas marşrut Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadə olunmaması həm Azərbaycan, həm də Türkiyəyə ziyandır

TÜRKİYƏNİN SÜNİ ƏNGƏLLƏRİ…

«Ən azı iki ildir ki, Türkiyənin süni əngəlləri nəticəsində «Şahdəniz» yatağının 2-ci fazasında işə başlamaq olmur. Bu müddət ərzində Azərbaycan məsələni qabartmayıb, çalışıb ki, işi dostluq şəraitində çözsün. Ancaq artıq imkanlar tükəndi. Və Azərbaycan qəbuledilməz təkliflərlə razılaşmaq fikrində deyil».

Prezident İ Ə ötən həftə Nazirlər Kabinetində keçirilən 9 ayın yekunlarına dair iclasda bu fikirləri səsləndirib və əlavə edib ki, belə olan halda Azərbaycan alternativ yolları araşdırıb təhlil etməyə çalışacaq. Bu yollar da var.

Dövlət başçısının qazın qiyməti və tranzit baxımından daha sərfəli adlandırdığı üç alternativ yolun hamısı Türkiyədən kənar keçir:

«Rusiya ilə Azərbaycan arasında heç bir tranzit ölkə yoxdur. Qaz kəmərimiz də var. Razılaşdırılmış qiymət də yaxşı qiymətdir. Niyə də biz bu imkandan istifadə etməyək. Digər müzakirə olunan variant Azərbaycan qazını İrana ixrac etməkdir. Bu məsələ üzərində də biz ciddi işləyirik. Yenə də tranzit problemi ilə üzləşməyəcəyik. Bəzi bərpa işlərinin zəruriliyini, texniki məsələləri nəzərə almasaq kəmərimiz də var. Bir variant da Azərbaycan qazını Qara dəniz sahillərindən - Gürcüstandan Avropa məkanına nəql etmək layihəsidir. Bu müraciət gərək ciddi araşdırılsın. Prinsip etibarı ilə biz buna razıyıq».

Prezident hesab edir ki, Türkiyə qazın qiyməti və tranziti məsələsində Azərbaycanın iqtisadi maraqları çərçivəsində nəsə əldə edə bilər. Dünya bazarı qiymətlərindən hansısa ciddi fərqlə hər hansı anlaşma olmayacaq.

Dövlət başçısının bu çıxışının son vaxtlar Ankara ilə Yerevanın yaxınlaşması, eləcə də Türkiyədə və Azərbaycanda yaşanan bəzi olaylara rəğmən təkcə iqtisadi mahiyyət daşımadığını düşünənlər də var.

«BU, NORMAL BİR ŞEYDİR»

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, Azərbaycanın öz maraqlarından çıxış edərək Türkiyəyə dəlillərlə mümkün ssenariləri əvvəlcədən göstərməsi normal bir şeydir. 274791D5-B3C3-4C11-ABDD-7409C1C71EE7_w203_s.jpgİlham ŞabanHəqiqətən də Azərbaycanın 4 qaz ixrac borusu var və həmişə də bəyan edir ki, bunlardan maksimum yararlanmaq niyyətindədir. Bu baxımdan prezidentin sadaladığı istiqamətdə qazın nəqli, həcmlərin artırılması mümkündür. Ancaq ekspert deyir ki, ümumilikdə götürəndə Azərbaycan qazının yarıdan çoxu istənilən halda Avropa bazarlarına Türkiyə üzərindən gedə bilər. Çünki bunun üçün əsas qaz ixrac boru kəməri hazırdır. Düzdür, ola bilər ki, hansısa siyasi məsələlər, incikliklər ucbatından bu iş bir qədər yubadıla. Amma bu marşrutun özünü dəyişmək, korrektə etmək kifayət qədər böyük xərclər tələb edir:

«Əgər söhbət qazı sıxılmış şəkildə tankerlərlə Qara dəniz vasitəsilə Avropa ölkələrinə göndərməkdən gedirsə, bunun üçün Gürcüstanda 600 kilometrlik yeni infrastruktur yaratmaq lazım gələcək. Digər tərəfdən, həmin sıxılmış qazı sonradan maye halına çevirmək üçün zavodlar və tankerlər lazımdır. Özü də həm bu tərəfdə, həm də Qara dənizin qarşı sahilində. Bütün bunlar üçünsə böyük kapital tələb olunur».

İlham Şabanın sözlərinə görə, Rusiya üzərindən Avropaya qaz ötürmək üçün yeni infrastruktur yaradılmalıdır. Digər tərəfdən, İran və Rusiya indiki dünyanın super qaz dövlətləridir. Onlar heç vaxt uzun müddətə Azərbaycanın istəyini qane edəcək şəkildə - yəni 25-30 milyard qaz almaqda maraqlı olmayacaqlar.

Bir sözlə, Avropa bazarına .ran əsas marşrut Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadə olunmaması həm Azərbaycan, həm də Türkiyəyə ziyandır. Çünki ona maliyyə sərf ediblər. Həmçinin Türkiyə istənilən halda tranzitdən də xeyli mənfəət əldə edə bilər.

İlham Şaban prezidentin son fikirlərinin Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması ilə bağlılığını da istisna etmir. Siyasi dairələrdə belə fikirlər də səslənir ki, guya, Azərbaycanın indiyədək Türkiyəyə qazı ucuz verməsinin səbəbi onun Ermənistanı blokadada saxlaması olub. İndi əgər sərhədlər açılırsa, bu güzəşt aradan qaldırıla bilər.

«BƏS ONDA GÜRCÜSTANA NİYƏ BU GÜZƏŞTLƏR EDİLİRDİ?»

Prezidentin Türkiyəyə qaz satışı və tranzit məsələləri ilə bağlı dediklərini iqtisadi deyil, sırf siyasi məsələ hesab edən 4BD26CFE-C75B-4CE0-9C2E-BA6FD20A6EEE_w203_s.jpgƏrəstun Oruclu Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, düzdür, Azərbaycanla Türkiyə qarşılıqlı münasibətlərinə görə hər biri iqtisadi maraqlarına müəyyən qədər xələl gətirən addımlar atıblar. Ancaq bunu indiki səviyyədə müzakirə etmək düz deyil:

«Azərbaycan neft-qaz layihələrində Türkiyədən çox Gürcüstana güzəştə gedib. Gürcüstan isə o vaxt da, indi də nəinki Ermənistanı blokadaya almayıb, onun üçün yeganə tranzit dövlət rolunu oynayıb. Bundan başqa da öz ərazisində yaşayan azərbaycanlı icmasına son dərəcə hörmətsizlik nümayiş etdirib. Onda sual olunur ki, bəs onda Gürcüstana niyə bu güzəştlər edilirdi?».

Ərəstun Oruclu hesab edir ki, Türkiyəyə qarşı həm iqtisadi, həm də siyasi xarakterli belə sərt xəttin tutulmasından nə qədər gec deyil, qəti şəkildə imtina edilməlidir. Əks təqdirdə, Azərbaycan Türkiyəni tamamilə itirəcək.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycanın ərazi bütövlüyü bizim ərazi bütövlüyümüzdür

Türkiyə parlamentində Ermənistanla imzalanmış protokolların müzakirəsi başlayıb.

Bu sənədlərdə Ermənistanla diplomatik münasibətlər qurulması və sərhədlərin açılması nəzərdə tutulur.

Türkiyən xarici işlər naziri Ahmet Davutoğlu parlamentdə çıxış edərkən protokollardakı bəzi məqamlara toxunub, qeyd edib ki, əsas hədəflərdən biri bölgədə ümumi bir tənzimləməyə zəmin yaratmaq, Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllinə nail olmaqdır.

O qeyd edib ki, sənədə dövlətlərin ərazi bütovlüyü və sərhədlərə hörmətlə yanaşılması vurğulanır və dəfələrlə hörmətli baş nazir və mənim dediyim kimi " Azərbaycanın ərazi bütövlüyü bizim üçün Türkiyənin ərazi bütövlüyü qədər əzizdir".

Ahmet Davutoğlu daha sonra qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində 17 ildir ki, Türkiyə qədər səy göstərən ikinci bir ölkə yoxdur və Türkiyə hər zaman bu sahədə səylərini davam etdirəcək.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Böyük Millət Məclisində protokol və bayraq müzakirəsi

Protokolları Türkiyə parlamentinə təqdim edən Xarici İşlər naziri Əhməd Davudoğlu bildirir ki, sənədlər Ermənistanla münasibətləri normallaşdırmaq, erməni soyqırımı iddialarına son vermək üçün bir komissiya yaratmaq və ümumilikdə Qafqazda vəziyyətin normallaşdırılması kimi üç başlıca məqsədə xidmət edir. Davudoğlu Türkiyə millət vəkillərinə bildirdi ki, Ankara ilə Yerevan arasında əlaqələrin yaxşılaşdırılmasının Qarabağ probleminin həllinə də münbit şərait yaradacağını gözləyirlər və artıq bunun əlamətləri də var:

046403BE-6B17-4F43-9BE1-8E25839222E9_w203_s.jpg- Son bir ildə Qarabağ danışıqları 17 ildə görünməmiş sürətlə gedir, prezidentlər təkcə son beş ayda beş dəfə görüşüb, Laçına bir hərbi-texniki heyət göndərildi.

Millət vəkillərini Ermənistanla protokolların təsdiq edilməsinin bütün tərəflərinə xeyrinə olacağına inandırmağa çalışan Davudoğlu onun Qarabağ probleminin də həllinə şərait yarada biləcəyini qeyd etdi. Nazir bildirdi ki, Sürixdə ermənistanlı həmkarı ilə protokolları imzalamazdan əvvəl ABŞ Dövlət katibi Hillari Klintonla görüşündə, eləcə də bu günlərdə Türkiyə prezidenti Abdullah Gülün ABŞ və Rusiya prezidentləri ilə müzakirələrində də Qarabağ münaqişəsinin həlli imkanları müzakirə olunub.

Nazir çıxışını bitirən kimi müxalifət partiyalarından protokollara sərt tənqidlər yağdı. Milliyyətçi Hərəkat Partiyasından və Cümhuriyyət Xalq Partiyası adından danışan millət vəkilləri qonşularla problemləri həll etmək siyasəti .ran hazırkı hökumətin problemləri həll etmək əvəzinə əvvəlki dostlarla problemlər yaratdığını dedilər.

«NƏ DƏYİŞİB?»

MHP-nin millət vəkili qrupu adından danışan Oktay Vural bildirdi ki, Ermənistanla protokollar türk millətindən uzun müddət gizlədilib. Millət vəkili qeyd etdi ki, Ermənistan nə Qarabağ, nə adına soyqırımı dediyi, nə də Türkiyəyə ərazi iddialarından əl çəkmədiyi, Türkiyənin sərhədini tanımadığı bir halda hökumətin Ermənistanla münasibətləri normallaşdırmaq cəhdlərini başa düşə bilmir:

5763.jpg- Nə dəyişib? Hansı dövlətdən sərhədlərini tanımayan bir dövlətlə əlaqələrini genişləndirməyi gözləyə bilərsiniz? Bu sözləri 2005-ci ildə indi prezident, o zamansa Xarici İşlər naziri olan Abdullah Gül deyirdi. İndi nə dəyişib ki?!

Oktay Vural MHP-nin millət vəkili qrupunun Türkiyə və Azərbaycanın mənafelərinə ziddi hesab etdiyi bu protokolların Məclisdə təsdiq edilməsinə imkan verməyəcəyini bildirdi.

Demokratik Toplum Partiyasının təmsilçisi Selahattin Demirtaş Ermənistanla münasibətlərin normallaşdırılmasını müdafiə etdiklərini bildirdi. O, hökumətin normallaşdırmada səmimi olmadığını, bu səmimiyyəti sübut etmək üçün Türkiyə dərsliklərində «erməni düşmənçiliyi»nin aradan qaldırılmasının lazım olduğunu bildirdi.

«GÜL YEREVANDA OLANDA QARABAĞ BAYRAĞI QALDIRDILAR, ONA ETİRAZ ETMƏDİNİZ»

Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili qrupu adından danışan Mustafa Şükrü Elekdağ da protokolların Azərbaycan xalqını incitdiyini, onun ardınca da Bursada Ermənistanla futbol oyununda Azərbaycan bayrağını stadiona buraxmamaqla Türkiyə rəsmilərinin çox ciddi səhvlərə yol verdiyini bildirdi. Elekdağ qeyd edir ki, Bursa valisi FİFA-nın adı ilə əslində özü Azərbaycan bayrağına qadağa qoyub:

6016.jpg- Başqa bir ölkədə oyuna türk bayrağı buraxılmasa, bizim reaksiyamız nə idi. Gül Yerevanda olanda Qarabağ bayrağı qaldırdılar, ona etiraz etmədiniz. Yasaq qərarını ilk alan sizin hökumətinizdir.

Mustafa Şükrü Elekdağ bildirir ki, Türkiyə bayrağı stadiona buraxmaqla nə qədər səhv edibsə, Azərbaycanda da Şəhidlər Xiyabanından Türkiyə bayrağını götürməklə səhv ediblər.

O bildirdi ki, Ermənistanla imzalanan protokollarda bir yerdə də Qars və Moskva razılaşmalarına toxunulmayıb. Halbuki Türkiyənin şərq sərhədləri məhz həmin sənədlərlə təsdiq edilib, Türkiyə həmin sənədlərlə Naxçıvanın təminatçısı olub. Ermənistan Türkiyə ilə sərhədi tanıyırdısa, protokollarda bu sənədlərə istinadlar olmalı idi.

«QARABAĞ AZAD EDİLMƏYİNCƏ, SƏRHƏD AÇILMAYACAQ»

İqtidarda olan Ədalət və İnkişaf Partiyasının millət vəkili qrupu adından çıxış edən Ömer Çelik bildirdi ki, Türkiyə Ermənistanla protokollar vasitəsilə öz qonşusunda sabitlik və inkişaf görmək istəyir. O dedi ki, Ankara bütün qonşularına sabitlik ixrac etməklə öz sabitliyini qorumaq istəyir.

6026.jpgÖmer Çelik protokolların Azərbaycanın maraqlarına zidd olması barədə fikirləri də qəbul etmədiyini dedi:

- Azərbaycanla bağlı siyasət dəyişməyib, Qarabağ azad edilməyincə, sərhəd açılmayacaq.

Qrup təmsilçilərinin çıxışlarından sonra millət vəkilləri Xarici İşlər nazirini həm də soyqırımı iddiasını danmağı cinayət hesab edən İsveçrədə imzalamağa görə tənqid etdilər. MHP-dən olan millət vəkilləri bildirdilər ki, soyqırımı iddiasını araşdıracaq komissiyada İsveçrədən də nümayəndə salınması nəzərdə tutulub. Halbuki artıq İsveçrə sanki məsələni araşdırıb da erməni iddiasını soyqırımı kimi tanıyıb.

CHP-dən olan millət vəkilləri isə dedilər ki, protokollarda əsas uğur kimi təqdim edilən soyqırımı iddiasını araşdıracaq müştərək komissiya yaradılmasını Yerevanda başqa cür başa düşürlər. CHP-li millət vəkili Ermənistanın Xarici İşlər nazirinin çıxışlarını əsas gətirərək bildirdi ki, Nalbandyan bu komissiyanın qurbanlara dəyən ziyanı və veriləcək təzminatı araşdıracağını deyib.

Türkiyənin Xarici İşlər naziri protokolları parlamentə təqdim edəndən sonra sənədləri parlament komissiyalarında araşdıracaqlar. Bundan sonra onları millət vəkilləri təsdiqləsə, Ankara ilə Yerevan arasında diplomatik əlaqələr qurulacaq, bu ölkələrin sərhədləri açılacaq.

Bakıda hesab edirlər ki, bu sərhəd Qarabağın işğalına görə bağlanıb, yalnız işğala son verilmə prosesində də açıla bilər. Ona görə də indi Bakı ilə Ankaranın da münasibətləri gərgindir.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Şəhidlər Xiyabanında aksiya

71C0C92E-B174-4FB9-9DE0-9B8738D5B2F9_mw203_s.jpg

«Azərbaycan-Türkiyə tarixən qardaş dövlətlərdir və onların bir-birilə münasibətlərini kəskinləşdirmək heç kəsə qismət olmayacaq»Saxlanan müxalifətçi gənclər sərbəst buraxılıblar. Onlardan biri Elçin Həsənov AzadlıqRadiosuna deyir ki, həm aksiya zamanı, həm də polis bölməsində onu döyüblər: (bağışdıyın video yayım ancaq Azadlıq radio saytında baxa bilərsiz)

- Aksiyada bizimlə çox zorakı davrandılar. Bizi döydülər. Əlimizdəki Türkiyə bayraqlarını aldılar. Polis bölməsində də həm təhqir olunduq, həm də döyüldük. Bizim məqsədimiz yalnız türk şəhidlərinin abidəsinə gül qoymaq idi. Mənə qarşı edilən zorakılıqla bağlı Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə şikayət ünvanladım.

Elçin Həsənov ona qarşı zorakılıq edən polislərin cəzalandırılmasını tələb edir.

Oktyabrın 21-i səhər təxminən 50-yə yaxın müxalifətçi Şəhidlər Xiyabanına gələrək türk şəhidlərinə ehtiramlarını bildiriblər. Onlar Xiyabanda türk bayraqlarını qaldırıblar və şəhidlərin məzarına əklil qoyublar.

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı çıxış edərək bildirib ki, Azərbaycan və Türkiyə arasında hər hansı nifaq salanlar tarix qarşısında cavab verəcəklər:

«Azərbaycan-Türkiyə tarixən qardaş dövlətlərdir və onların bir-birilə münasibətlərini kəskinləşdirmək heç kəsə qismət olmayacaq».

Ziyarətə müdaxilə edən polis Azərbaycan və Türkiyə bayraqlarını qaldıran gənclərə zor tətbiq edib və saxlayıb. Saxlananların 3 nəfər olduğu deyilir. Onlardan biri AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlıdır.

Bu arada məlum olub ki, Bakıdakı Türkiyə səfirliyinin Dini İşlər Müşavirliyinin binası önündəki Türkiyə bayrağı da səhər saatlarında götürülüb.

Oktyabrın 20-si axşam saatlarına qədər məscidin önündə Türkiyə bayrağı Azərbaycan bayrağı ilə yanaşı asılmışdı.

Oktyabrın 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Azərbaycan vətəndaşlarına səslənərək onları türk bayraqlarının endirilməsinə etiraz olaraq Şəhidlər Xiyabanındakı türk şəhidlərinin məzarını ziyarət edərək, ora əklil qoymağı dəvət etmişdi.

1A7198F2-4073-46B6-B6A7-C41F47F791B6_w203_s.jpg 10B4A2A0-E655-4212-A2A6-512CAEA83EAE_w203_s.jpg

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bakıda QİƏT-in iclası başlayıb

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 21-ci iclası işinə başlayıb. İclasda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Ermənistan xarici işlər nazirinin müavini Aram Kirakosyan da iştirak edir.

Bolqarıstan, Moldova, Albaniya xarici işlər nazirləri, Rusiya, Yunanıstan, Serbiya, Gürcüstan, Rumıniya və Ukrayna xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunurlar.

Bu günkü toplantıda heç bir sənəd imzalanmayacaq. Bunu Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Onun sözlərinə görə, iclasda 6 aylıq yekunlar müzakirə ediləcək.

İclas q.lı davam edir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bakıya gələn Əhməd Davudoğlu jurnalistlərə heç bir açıqlama vermədi

Bakıda QİƏT ölkələrinin XİN şurasının iclası başlayıb

Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 21-ci iclası işinə başlayıb. ANS PRESS-in toplantıda iştirak edən müxbirinin verdiyi məlumata görə, sammiti Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıb və tədbir iştirakçılarını salamlayıb. Nazir Azərbaycanın iqtisadi inşikafı barədə məlumat verib. O qeyd edib ki, ölkədə yoxsulluq səviyyəsi azalıb, ümumdaxili məhsul artıb: "Şahdəniz yatağının ikinci fazasına 20 milyard dollar investisiya qoyulacağı gözlənilir. Enerji bazarında başqa, informasiya və elektrotexnika bazarının da inkişafına çalışırıq."

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iclasa gecikib. XİN rəhbəri heç bir açıqlama vermədən toplantının keçirildiyi zala daxil olub

Xarici işlər nazirlərinin bu günkü toplantısında heç bir sənəd imzalanmayacaq. Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Onun sözlərinə görə, iclasda 6 aylıq yekunlar müzakirə ediləcək. İclas q.lı davam etdirilir.

İclasda Bolqarıstan, Moldova, Albaniya xarici işlər nazirləri, Rusiya, Yunanıstan, Serbiya, Gürcüstan, Rumıniya, Ukrayna və Ermənistan xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunurlar. Paralel olaraq Xəzəryanı dövlətlərin xarici işlər nazirləri müavinlərinin iştirakı ilə Xəzər dənizinin təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr edilən görüş də keçiriləcək.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkiyədə hazırlıq keçən futbolçularımız geri çağırılıblar

Futbolçularımız geri dönmək üçün hazırlığa başlayıblar

Türkiyədə hazırlıq keçən 15 yaşlı futbolçularımız Azərbaycana geri çağırılıblar.

Türkiyə mətbuatında dərc olunan məlumata görə, Azərbaycan prezidenti İ Ə “Fənərbaxça” klubunda təlim-məşq toplanışına qatılan futbolçuları geri qaytarmaq təlimatı verib. Bundan sonra, “Fənərbaxça”nın bazasında yer alan 22 nəfər və 1 məşqçi geri dönmək üçün hazırlıqlara başlayıblar.

Xatırladaq ki, AFFA prezidenti Rövnəq Abdullayev və Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım arasında bir neçə ay bundan əvvək birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdı.

Müqaviləyə əsasən Azərbaycanın 15 yaşlı komandasının futbolçuları “Fənərbaxça” klubunun bazasında 1 il müddətində hazırlıq keçməli idilər.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Ərdoğan: "Türkiyə qardaşlarının nəyisə itirməyinə göz yummayacaq"

"Ermənistanla başlanan münasibətlər çərçivəsində öz tələblərimiz var"

Türkiyə Ermənistanla münasibətlərin normallaşması istiqamətində .rılan danışıqlarda Azərbaycanın və azərbaycanlı qardaşlarının nəyisə itirməyinə göz yummayacaq. Bu gün Türkiyə ilə Azərbaycan münasibətlərinə kölgə salan qüvvələr var və onların məqsədlərinə çatmasına heç bir vəchlə yol vermək olmaz. Bunu, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ərzurumda bir sıra mətbu orqanlarda gedən yazılara münasibət bildirərkən bəyan edib.

O bildirib ki, indi Ermənistanla başlanan münasibətlər çərçivəsində öz tələbləri var: "Biz heç nə itirməyəcəyik. Türkiyənin nəyisə itirməyinə yol verməyəcəyik. Türkiyənin qazancı olmayacaq heç bir sövdələşməyə girməyəcəyik. Ankarada dilə gətirilən iftiralara qulaq asmayın. Onlar təhrik, qışqırtma, iftira siyasəti yürüdürlər" deyə Ərdoğan bəyan edib.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

ELDAR ƏZİZOV GƏNCƏYƏ KÜRD KÖÇÜNƏ GÖRƏ HƏYƏCAN TƏBİLİ ÇALDI

Azərbaycanın ikinci şəhərinin rəhbəri icra başçılarını və polis rəislərini qanunsuzluqda ittiham etdi

Gəncə Şəhər İcra Hakimiyyətində cari ilin ilk 9 ayının yekunlarına həsr olunmuş toplantıda şəhərin torpaq fondunun qanunsuz yolla zəbt edilməsi barədə dəlillər açıqlanıb. Toplantıda dinlənilən hesabat məruzəsində başqa rayonlardan, hətta qonşu ölkələrdən gələn insanların Gəncənin Sevinc və Gülüstan qəsəbələri ərazisində torpaq sahələri zəbt edərək orada məskunlaşdıqları bildirilib.Təkcə Sevinc qəsəbəsində qanunsuz tikilmiş 2260 evdə yaşayış olduğu, bu evlərdə Azərbaycanın 36 rayon və şəhərindən, həmçinin Gürcüstan, Türkiyə və Dağıstandan 4012 nəfərin məskunlaşdığı, son 9 ayda isə 400 yeni qanunsuz evin tikildiyi açıqlanıb. Gəncənin icra başçısı Eldar Əzizov bu faktlara sərt reaksiya göstərərək Gəncənin rayon icra başçılarını və polis rəislərini qanunsuzluqlara göz yummaqda, hətta buna şərait yaratmaqda təqsirləndirib.

Sevinc qəsəbəsinin aid olduğu Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Çingiz Muxtarov ona yönələn iradlara cavab olaraq məsələnin araşdırıldığını, qanunsuz torpaqların keçmiş sovet icra qurumlarına aid möhürlərlə təsdiqlənən, əhaliyə bağ yeri kimi satılan torpaqlar kimi saxta yolla sənədləşdirildiyini, bu cinayətə görə ötən il 2 nəfərin həbs edildiyini söyləyib. E.Əzizov eyni cinayətlərin bu il də davam etməsi və xarici ölkə vətəndaşlarına torpaqların hansı yolla satılması barədə suallarına Ç.Muxtarovdan cavab ala bilməyib. E.Əzizov məsələnin səlahiyyətli orqanlar tərəfindən dərindən araşdırılıb günahkarların üzə çıxarılması üçün göstərişlər verib (.).

Qeyd edək ki, «Yeni Müsavat» qəzeti daxil olmaqla, ölkənin bir sıra nüfuzlu nəşrləri Gəncəyə kütləvi kürd köçü barədə «SOS» veriblər. Türkiyə vətəndaşı olan kürdlərin Gəncəbasara köçü indi də davam edir. (????????????) Vəziyyət o həddə çatıb ki, artıq Gəncənin icra başçısı da bu barədə danışır və həyəcan təbili çalır. (???????)

-----------------------------------------------------------------------------

Bunada şükür axırki millət hər şeyi dərk eləməyə başlayib.... şükür...

Ссылка на комментарий
Поделиться на других сайтах

Bunada şükür axırki millət hər şeyi dərk eləməyə başlayib.... şükür...

nəyə şükür edirsiniz?

«Yeni Müsavat» qəzeti növbəti dəfə ölkəni bürümüş bütün qanunsuzluqları, dərəbəylikləri pərdələdiyinə görə? Bu mövcud olanların bütün günahı indiki Əliyevlər rejimindədir.

Torpaqların müxtəlif üsullarla zəbt edilməsi təkcə Gəncə şəhərinin problemi deyildir. Bu bütün Azərbaycanı bürümüş bir bəladır. Həmişəki kimi «Yeni Müsavat» qəzeti bu məsələdə spekulyasiya edir və öz missiyasını yerinə yetirir.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Cüdoçumuz erməni üzərində qələbə qazanıb

İlqar Muşkiyev mübarizəni 1/4 finalda davam etdirəcək

Fransanın paytaxtında cüdo üzrə gənclər arasında Dünya çempionatına start verilib. Yarışın ilk günündə üç cüdoçumuz mübarizəyə qoşulub. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 60 kq çəki dərəcəsində mübarizə .ran Rasim Əsədullayev və Ülviyyə Vəliyeva ilk görüşdəcə məğlub olub.

İlqar Muşkiyev isə 1/4 finala çıxmaq uğrunda qarşılaşmada erməni Qriqori İvanyanı məğlub edib.

Qeyd edək ki, dünya çempionatında ümumilikdə 9 idmançımız mübarizə .rır. Onlardan 6-sı hələ mübarizəyə qoşulmayıb.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Davudoğlu və Məmmədyarov Şəhidlər Xiyabanını ziyarət edəcəklər

Nazirlər ziyarətdən sonra mətbuata birgə açıqlama verəcəklər

Bu gün Bakıda səfərdə olan Türkiyə xarici işlər naziri azərbaycanlı həmkarı ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Əhməd Davudoğlu və Elmar Məmmədyarovun ziyarəti saat 18:00-da baş tutacaq.

Ziyarətdən sonra nazirlərin mətbuat üçün birgə açıqlamaları olacaq.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Prezidentə qarşı sui-qəsdin qarşısı alınıb

Rusiyanın hüquq-mühafizə orqanları Çeçenistan prezidenti Ramzan Kadırova və Rusiya Dumasının deputatı Adam Delimxanova qarşı sui-qəsdin qarşısının alındığını deyiblər. ("Mayak" Radiosu, İTAR-TASS)

Məlumata görə, Kadırovun xatirə kompleksinin ərazisinə gəlməsi gözlənildiyi bir vaxtda oraya içərisinə bomba qoyulduğu güman edilən maşın daxil olmağa çalışıb. Sürücü snayperlə öldürülüb.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Əliyev Kaydanovla Qarabağ problemini müzakirə edib

Azərbaycan prezidenti İ Ə Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanovu qəbul edib. Görüş haqda ətraflı məlumat verilmir.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və regional məsələlər ətrafında fikir mübadiləsi .rılıb.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Tina Kaydanau ilə həbsdəki bloqqerlərin məsələsi müzakirə olunub

«ABŞ Dövlət katibinin köməkçisi Tina Kaydanau ilə görüşdə Azərbaycanda demokratikləşmə, insan haqları, media ilə bağlı məsələlər, o cümələdən həbs olunan bloqqerlərin məsələsi müzakirə olundu».

Bu sözləri AzadlıqRadiosuna politoloq Hikmət Hacızadə deyib.

Onun sözlərinə görə, Kaydanau Birləşmiş Ştatların Azərbaycandakı demokratikləşmə proseslərini nəzarətdə saxladığını deyib:

«Kaydanau bildirdi ki, Azərbaycanın demokratikləşməsi ABŞ üçün çox arzu yolunandır. Biz bu məsələləri davamlı olaraq nəzarətdə saxlayırıq və yaranan problemlərin çözümünə çalışacağıq».

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydanau Bakıya 2 günlük səfəri çərçivəsində həm vətəndaş cəmiyyəti istitutlarının nümayəndələri, həm də rəsmi şəxslərlə görüşüb.

AzərTAc-ın yaydığı məlumata görə, prezident İ Ə də ABŞ rəsmisini qəbul edib. Görüşdə Azərbaycan-ABŞ münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli və regional məsələlər ətrafında fikir mübadiləsi .rılıb.

Bu, T.Kaydanaunun tutduğu postda regiona ilk səfəridir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirəcək

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Yuri Merzlyakov (Rusiya) və Bernar Fasye (Fransa) oktyabrın 25-27-də Lüksemburqda səfərdə olacaqlar.

Həmsədrlər ATƏT-in saytına verdikləri açıqlamada Lüksemburqda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklərini bildiriblər. Onlar noyabrda Azərbaycana və Ermənistana növbəti səfərləri barədə planlarını bölüşəcəklər və ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrda keçiriləcək toplantısında Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Həmsədrlər ATƏT-in münaqişələrin qarşısının alınması mərkəzinin Vyanada təşkil etdiyi və ATƏT-in vasitəçilik fəaliyyətinə həsr olunmuş tədbirdə iştirak etdiklərinin də deyiblər.

Onlar Azərbaycanın və Ermənistanın ATƏT-dəki səfirləri ilə görüş keçiriblər.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan qış vaxtına keçir

Oktyabrın 24-dən 25-nə keçən gecə saat 03:00-da saatların əqrəbləri bir saat geri çəkiləcək – Azərbaycan qış vaxtına keçəcək. Qış vaxtına keçid Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına görə həyata keçirilir.

Hər il oktyabrın son bazar günü dünyanın 110 ölkəsində saatlar qış vaxtına keçir. Hesab olunur ki, bu, müsbət iqtisadi effekt verir. Başqa sözlə, elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Rusiyanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir

Rusiyanın müxtəlif şəhərlərində yanacağın bahalaşması və xaricdən gətirilən avtomobillərə qoyulmuş gömrük haqqının yuxarı olmasına qarşı etirak aksiyaları keçirilir.

Aksiyanı sahibkarları özündə birləşdirən Federasiya təşkil edib.

Moskva, Novosibirsk, Krasnoyarsk və Vladivostokda keçirilmiş aksiyalarda prezidentə müraciət qəbul olunub.

Müraciətdə hökumətin hərəkətindən narazılıq bildirilir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Ac ölkənin tox prezidenti Moskvada dilənəcək

Serj Sarkisyanın Rusiyada toplayacağı vəsait neçə ac ermənini doyura bilər?

Yoxsul ölkənin zəngin prezidenti Rusiya paytaxtına pul toplamağa gedib. Söhbət Ermənistan prezidenti Serj Sarkisyandan gedir. O iki gün ərzində Moskvada “Hayastan” fondunun xətti ilə xeyriyyə tədbirlərində iştirak edəcək. Ermənistan KİV-nin məlumatına görə, toplanan vəsait Ermənistan və Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki iqtisadi layihələrə xərclənməlidir.

Ermənistanda iqtisadi vəziyyət o qədər acınacaqlıdır ki, pul toplanılmasında şəxsən prezidentin özü iştirak etməli olub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Dünya Ərzaq Proqramının hesablamalarına görə, bu ölkədə yoxsulların sayı daha 172 min nəfər arta və 906 min nəfərə çata bilər. Bu rəqəm rəsmi İrəvanı narahat etməyə bilməz. Ermənistanın əhalisi təxminən 3 milyon nəfərdir. Beynəlxalq təşkilatların araşdırmaları göstərir ki, bu ölkədə aclıqdan əziyyət çəkənlər əhalinin 30 faizdən çoxunu təşkil edir. Nəzərə alsaq ki, əhalinin müəyyən hissəsi artıq çoxdandır Ermənistanda yaşamır, o zaman 1 milyon nəfərə yaxın yoxsulun əhalinin ümumi sayı ilə faiz nisbəti daha da çoxalır. Az gəlirli bir çox ailələr çörək məmulatlarını ucuz kartofla əvəz ediblər. Ermənistan əhalisinin əhəmiyyətli hissəsi ət və süd məhsullarından imtina edib. Bu isə onların sağlamlığına mənfi təsir göstərir. Ermənistan hökuməti apreldə böhran əleyhinə proqramını açıqlasa da, beynəlxalq ekspertlərin fikrincə, xaricdən maliyyə dəstəyi olmasa proqramı həyata keçirmək mümkün deyil.

Görünür, Serj Sarkisyan “xaricdən maliyyə dəstəyi” anlayışını dilənçilik kimi başa düşüb və Moskvaya üz tutub. Ünvan kimi Moskvanın seçilməsi təsadüfi deyil. Ermənistanın kişi əhalisinin mütləq əksəriyyəti ailəsinə çörək pulu qazanmaq üçün Rusiyaya işləməyə gedib. Onlar istəyirlərlər ki, ailələri çörək əvəzinə çörək yesin, kartof yox. İstəyirlər ki, evlərində ət də bişsin və ailələri ət üzünə həsrət qalmasınlar. Rəsmi İrəvanın dilənçilik üçün Moskvanı seçməsinin məqsədi də elə budur - Rusiyada işləyən ermənilərdən pul toplamaqdır.

Bu baxımdan, Ermənistanın Türkiyə ilə sərhədlərin açılması üçün tələsməsi də təəccüblü görünmür. Serj Sarkisyan rejimi Türkiyə sərhədinə Ermənistan cəmiyyətinin “oksigen mənbəyi” kimi baxır. Çünki sərhədlərin açılması aclıq və səfalət içərisində olan Ermənistana müəyyən mənada nəfəs verə, əhalini maddi cəhətdən bir qədər dirçəldə bilər. İrəvanla müqayisədə Ermənistanın bölgələri, o cümlədən Türkiyə ilə sərhəd bölgələrinin əhalisi yoxsulluq və aclıqdan daha çox əziyyət çəkir. Sərhədlərin açılması onlar üçün yeni gəlir yeri yarada bilər.

Amma Rusiyadakı ermənilərin vəziyyətini qənaətbəxş hesab etmək olmaz. Asiya İnkişaf Bankının hesablamalarına görə, Rusiyadan pul köçürmələrinin məbləği 25 faiz azalıb. Bundan daha çox büdcəsi Rusiyadan asılı olan ölkələr, Cənubi Qafqazda konkret olaraq Ermənistan və Gürcüstan əziyyət çəkir. Təsadüfi deyil ki, bu il Ermənistanda ümumi daxili məhsulun (ÜDM) səviyyəsi 10 faiz aşağı düşüb. Bundan başqa, Rusiyada işləyən miqrantların sayı yarıbayarı azalıb və bunda ermənilərin də payı az deyil. Bir sözlə, Serj Sarkisyanın Moskvadakı iki günlük dilənçiliyinin Ermənistanın dirçəlməsinə yardım edəcəyi az inandırıcıdır.

Srej Sarkisyanla birgə Mosvaya gedənlər arasında Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan da var. Ermənistanda hökm sürən aclıq və səfalət qarşılığında Dağlıq Qarabağdakı vəziyyəti təsəvvür etmək o qədər də çətin deyil. Dağlıq Qarabağ Ermənistanın nəzarətindədir və öz əhalisini ac saxlayan Serj Sarkisyan rejiminin Dağlıq Qarabağ ermənilərini dolandırması qeyri-mümkün görünür. Əgər Dağlıq Qarabağda mülki əhali varsa, onların sosial vəziyyəti daha dözülməz olmalıdır. Dağlıq Qarabağ erməniləri faktiki seçim qarşısındadırlar-bir tərəfdə aclıq və səfalət içərisində Ermənistan, digər tərəfdə isə hər gün inkişaf edən və dünya maliyyə böhranına tab gətirən Azərbaycan. Onu da nəzərə almaq lazımdır ki, rəsmi Bakı işğal aradan qalxdıqdan sonra Dağlıq Qarabağ ermənilərinə tamhüquqlu Azərbaycan vətəndaşları kimi yanaşılacağını dəfələrlə bəyan edib. Məntiq onu deyir ki, Dağlıq Qarabağ erməniləri artıq 20 il əvvəlki kimi düşünmürlər. Çünki bütün bir xalq havalana, ac qarınla fanatlıq edə bilməz. Dağlıq Qarabağ, eləcə də Ermənistan əhalisi zəngin bir rejimin əsirinə çevrilib. Amma bu əsarət uzun sürə bilməz, ermənilərin aclıq və səfalət qarşısında səbrinin tükənəcəyi günə çox qalmayıb. Serj Sarkisyanın prezident seçilməsinin küiləvi etiraz və iğtişaşlarla müşaiyət olunması da bunun bir sübutu idi. Ümid Türkiyə ilə sərhədlərin açılmasına qalıb. Əgər sərhədlər açılmasa, Serj Sarkisyan rejiminin mövqelərinə ciddi zərbə dəyəcək.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan əhalisinin sayı 8 milyon 973 min nəfərə çatıb

Ölkədə hər 1000 nəfər kişiyə 1041 qadın düşür

Bu il oktyabrın 1-nə Azərbaycan Respublikası əhalisinin sayı ilin əvvəlindən 76 min nəfər artaraq 8 milyon 973 min nəfərə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir. Hər 1000 nəfər kişiyə 1041 qadın düşür. Cari ilin yanvar-sentyabr aylarında dünyaya gəlmiş 109,5 min körpənin 54,1 faizi oğlan, 45,9 faizi qız uşağıdır. Doğulanların 1196-sı əkiz, 18-i üçəmdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə doğulanların sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 16,5-dən 16,6-ya qalxıb, ölənlərin sayı 6,1-dən 6-ya enib.

Bu dövrdə ölkədə 54,6 min nikah və 5,8 min boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə düşən nikahın sayı 8,1-dən 8,2-yə yüksəlib. Boşanmaların sayı eyni səviyyədə (0,9) qalıb.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

7387.jpg

Erməni patriarxından şok açıqlama

"İşğal olunmuş Azərbaycan torpaqları geri qaytarılmalıdır"

"İşğal olunmuş Azərbaycan torpaqları geri qaytarılmalıdır. Mən əminəm ki, Ermənistan hökuməti də belə düşünür. Hökumətin bundan başqa düşünəcəyi variantı da yoxdur”. Bunu Türkiyənin “Akşam” qəzetinə müsahibəsində Almaniya ermənilərinin patriarxı Qareqin Beqciyan bildirib. Onun sözlərinə əsasən, Qarabağ probleminin həllində tərəf olan ölkələr danışıqlar masası arxasında razılığa gələcəklər. Q.Beqciyan Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların erməni diasporu tərəfindən birmənalı qəbul edilmədiyini də qeyd edib. “Ermənistan prezidenti Serj Sarkisyanın sözügedən məsələ ilə bağlı ABŞ və Avropada diaspora nümayəndələri ilə keçirdiyi görüşlərdə diaspora tərəfindən ortaya çox sərt mövqe qoyuldu. Sarkisyanın Parisdə erməni diasporu ilə keçirdiyi görüşdə şəxsən özüm iştirak edirdim. Sarkisyan “Biz böyük risq edirik, Türkiyə də böyük risqə getdi, ümüd edirik ki, sonu yaxşı olar” bildirdi. Bu tərəddüdlərdən belə nəticəyə gəlmək olur ki, diasporanın bir qismi protokolları mənimsəyə bilmir və Dağlıq Qarabağın, “erməni soyqırımı”nın gələcək taleyi ilə bağlı narahatdırlar, digər bir qisimi isə bunun Ermənistana fayda verəcəyinə inanırlar”,-deyən Q.Beqciyan “ASALA”nın təhdidlərinin yersiz olduğunu və artıq “ASALA” deyə bir təşkilat qalmadığını vurğulayıb. // SİA

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Gürcüstanda yol polisi yoxdur...

60121F14-44DD-4DB6-8D75-19277F9D459C_w393_s.jpg Şəhərdə kiminsə avtobusun qabağına qaçıb avtobus saxlaması yerli-dibli müşahidə olunmur

Maarif ÇingizoğluGürcüstanda avtobus sürücüləri özlərini «kommunizm»də hiss edirlər. Deyirlər sovetlərin gedib çata bilmədiyi quruluşu onlar artıq əldə ediblər.

İndi Azərbaycandakı ictimai nəqliyyatla Gürcüstandakı ictimai nəqliyyat arasında müqayisə olunası xeyli fərqlər var.

Ən böyük fərq odur ki, Gürcüstanda tələbələr, şagirdlər, təqaüdçülər və sərnişin daşıyan bütün sürücülər metro və avtobusdan pulsuz istifadə edirlər. Əvvəllər onlara edilən 50 faizlik güzəşt 100 faizlə əvəzlənib. Kiminsə pul ödəmədən düşməsi sürücünü heç maraqlandırmır. Çünki bu işə dayanacaqlarda nəzarət edənlər var. Biletsiz sərnişin 15 manat cərimə olunur. Amma həmin biletsiz sərnişini heç kim bundan ötrü təhqir etmir. Sadəcə, sərnişinə qəbz verilir ki, biletsiz düşdüyü üçün cərimə olunub və bu məbləğ 30-40 gün ərzində banka ödənilməlidir.

GÜRCÜSTANDA SÜRÜCÜLƏRİ ANCAQ YOL MARAQLANDIRIR

Gürcüstanda sürücülərin sərnişinlərlə mübahisəsinə heç rast gəlməzsən. Çünki sərnişinlər Bakıda olduğu kimi pulu sürücüyə yox, kassaya atır və qəbzini götürüb düşür. Gündəlik nə qədər pulun yığılmasından asılı olmayaraq sürücülər hər saata görə 6 lari-təxminən 4 dollara yaxın pul alırlar. Avtobuslar yalnız dayanacaqda dayanır. Özü də Bakıdakı kimi dəqiqələrlə yox, sadəcə bir anlığa. Şəhərdə kiminsə avtobusun qabağına qaçıb avtobus saxlaması yerli-dibli müşahidə olunmur. C943D441-DE0E-4FA2-8D1F-7C98F203BED7_w203_s.jpgSərnişinlər pulu sürücüyə yox, kassaya atır və qəbzini götürüb düşürHamı dayanacaqda minir, dayanacaqda da düşür. Şəhərdə yolboyu bir neçə yerdə iri və oturacaqlı dayanacaqlar var, daha çox dayanacaqların harda olmasını elektrik dirəklərinə vuran lövhələr müəyyən edir.

Əgər avtobus xarab olubsa sürücü sadəcə, bu barədə dispetçer xidmətinə zəng edir və gəlib avtobusu .rırlar. Azərbaycandan fərli olaraq Gürcüstanda avtobus sürücüləri yanacağı öz pullarıyla almırlar. Bundan əlavə heç ehtiyat hissəsi də onlarlıq deyil.

İCTİMAİ NƏQLİYYATDA ŞƏFFAFLIQ

Gürcüstanda avtobus sürücüsü avtobusdakı kassalara nə qədər pulun yığıldığını başının üzərindəki sayğacın düyməsini basmaqla bilir. Üstəgəl, sürücünün heç vaxt pula əli dəymir. Günün sonunda dispetçer xidmətinin əməkdaşları kassanı açır və gün ərzində yığılan pulları götürülər.

Azərbaycanda avtobusda siqaret çəkmək qadağandır xəbərdarlığını sürücülər özü pozsa da, Gürcüstanda buna görə o, işini itirə bilər. Bu səbəbdən də Gürcüstanda damağında siqaret olan sürücü görmək «muzey tapıntısı» hesab edilir. Sürücülər yalnız sonuncu dayanacaqda siqaret çəkə bilərlər. Yaxud da ki, onlara verilən 45 dəqiqəlik günorta fasiləsində.

BU CÜR XİDMƏTƏ GÖRƏ HEÇ SÜRÜCÜYƏ TƏŞƏKKÜR EDƏN DƏ YOXDUR

AEDBD2AD-BB9C-4938-BF4E-D36574FEB975_w203_s.jpgGürcüstanda sərnişin daşıyan bütün sürücülər metro və avtobusdan pulsuz istifadə edirlərSürücülər deyirlər ki, əslində kimin pulu varsa 40 tetri verir, olmayanlar isə sürücüyə üzrxahlıq etmədən maşından düşür. Cibində 40 tetri yoxdursa - iri puldursa, bu o deməkdir ki, sərnişin pulsuz düşəcək. Çünki kassa .ratlarının pul xırdalamaq imkanı yoxdur. Mən 83 saylı avtobusdan düşəndə, sürücü səhər tezdən saat 19-a qədər nə qədər adamın kassaya pul atdığını göstərdi. Qabaq kassa 208, arxa kassa 149. Sürücünün dediyinə görə, hətta istənilən sərnişin yığılan pulun miqdarını sürücüdən soruşa bilər və insanların bu marağı sürücünü heç vaxt qıcıqlandırmır.

GÜRCÜ SÜRÜCÜSÜ: «BİZ KOMMUNİZMDƏ YAŞAYIRIQ»

Bütün sürücülər işin sonunda avtobusla bir-bir evlərinə .rılır və səhər də bu, təkrarlanır.

83 saylı avtobusun sürücüsü elə bu səbəbdən də indi yaşadıqları dövrü kommunizm adlandırır. Sürücülərin dediyinə görə, bundan əvvəl onlar da bir-birilərini ötüb keçir, pul verməyən sərnişinlərlə dava-dalaş edirmişlər. Amma elə ki, sərnişin-nəqliyyat dövlətin nəzarətinə keçib, bütün o mənfiliklər qalıb arxada.

TBİLİSİNİN FƏRQLİ «TAKSİ» SÜRÜCÜLƏRİ…

Gürcüstanda taksi sürücüləri də Azərbaycandakı həmkarlarından xeyli fərqlənirlər. Onları heç kim təqib eləmir. Sadəcə, qaydaları pozanlara nə qədər cərimə olunduqları barədə qəbz verilir və həmin məbləğ 40 gün müddətinə istənilən banka ödənilə bilər. Bundan başqa, taksilərin gündəlik planı 60 lari, haradasa 40 dollardır. 586457F8-06E9-4892-A7BA-5FE5CA9082AE_w203_s.jpgYol polisin işini «Şkoda» markalı avtomobillərlə daim hərəkətdə olan patrullar həyata keçirirSürücü bu pulu gün ərzində firmaya ödədikdən sonra nə qədər artıq pul qazanırsa hamısı özünə qalır.

GÜRCÜSTANDA YOL POLİSİ YOXDUR

Yol polisin işini «Şkoda» markalı avtomobillərlə daim hərəkətdə olan patrullar həyata keçirir. Özü də bu avtomobillərin dövlət nömrə nişanları yalnız arxada olur. Mən patruldan bunun səbəbini soruşdum, məlum oldu ki, bu, Avropa standartıdır. Özü də həmin patrullar yol hərəkəti qaydalarından tutmuş məişətdə baş verən hər bir hadisəyə müdaxilə edirlər. Amma təbii ki, Azərbaycandakı kimi yox. Hər şey qanunlar çərçivəsində. İlk növbədə insanlara onların hüquqları başa salınır. Onların aylıq maaşı 400-500 lari –təxminən 350 dollardır. Patrulla söhbətdən aydın oldu ki, maaşları onlara yetməsə də əlavə kimdənsə rüşvət almaq haqqında heç düşünmürlər. Çünki dövlət işçisi rüşvət aldısa həbs edilir və daha sonra həmin şəxs ömürlük dövlət işində işləyə bilməz. Gürcü polisləri ilə söhbətdən məlum oldu ki, onlar Azərbaycandakı həmkarlarının «əməlləri»ndən yaxşı xəbərdardırlar.

Bax buna deyərəm əsl QANUNUN nətər lazımdı işlənməsi

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...