Перейти к содержимому

Təzə xəbərlər


El Paso

Recommended Posts

"Obamanın verdiyi sözə baxmayaraq, qondarma erməni soyqırımı qətnaməsi ABŞ konqresində qəbul edilməyəcək"

ABŞ prezidenti Barak Obamanın seçkiqabağı kampaniya dövründə verdiyi sözə baxmayaraq, qondarma erməni soyqırımı qətnaməsi ABŞ konqresində qəbul edilməyəcək. Bunu ABŞ konqresində Ermənistana dəstək qrupunun həmsədri, respublikaçı Mark Kirk deyib. Bu barədə Türkiyənin Hurriyyet Daily News qəzeti yazıb.

"Bu il erməni soyqırımı qətnaməsinin qəbul edilməsi ilə bağlı gözləntilər çoxdur, çünki Barak Obama soyqırımı tanıyacağına söz vermişdi. Amma mənə elə gəlir ki, ABŞ nümayəndələr palatasının spikeri Nensi Pelosi qanun layihəsinin qəbul edilməsinə yol verməyəcək", deyə Mark Kirk bildirib. Bununla yanaşı, konqresmen qeyd edib ki, əgər ABŞ-ın erməni icmasına verilmiş vəd yerinə yetirilməsə, demokratlar 2010-cu il konqres seçkisində məğub ola bilərlər. Respublikaçı –konqresmen deyib ki, o, ümumiyyətlə nə vaxtsa soyqırımın tanınacağına inanır.

Xatırladaq ki, martın 17-də ABŞ konqresinə ermənilərin soyqırımı ilə bağlı qətnamə layihəsi təqdim olunub. Qətnamə layihəsinin müəllifləri Adam Şiff, Corc Radanoviç, Frenk Palloun və Mark Kirkdir. Onlar ABŞ prezidentini və hökumətini 1915-ci ildə Osmanlı imperiyası dövründə baş vermiş hadisələri "erməni soyqırımı" kimi tanımağa çağırırlar.

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 361
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Sərgi almanların Azərbaycanda məskunlaşmalarının 190 illiyinə həsr olunacaq

Aprelin birinci dekadasında Bakı Slavyan Universitetində almanların Azərbaycanda məskunlaşmalarının 190 illiyinə həsr olunmuş fotosərgi keçiriləcək. Bu münasibətlə "Azərbaycanda almanlar" adlı beynəlxalq elmi-praktik konfrans təşkil olunacaq. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetində keçiriləcək.

Konfransın davamı aprelin 12-də Göygöl rayonu Alman-Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək. Konfransda Ankara Qazi Universiteti (Türkiyə), Almaniya Bonn Universiteti, Rusiya Almanların elmi Araşdırma Cəmiyyəti - "Moskva-Berlin", Tiflis Universiteti (Gürcüstan), həmçinin AMEA-nın institutları, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında İdarəetmə Akademiyası, Bakı Dövlət Tibb Universiteti, Qərb Universiteti, Azərbaycan Dövlət Arxivi və bu kimi digər elm və təhsil ocaqlarından çox sayda qonaqlar iştirak edəcəklər.

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Maraqlı xəbərə görə çoxsaqolun, El PAso )) Mən heç bunu bilmirdim.

Düzəltdim )))

Изменено пользователем PRIKOLISTKA
line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Maraqlı xəbərə görə moxsaqolun, El PAso )) Mən heç bunu bilmirdim.

Üzr İstəyirəm, Yəgin Ki, Səf Salıb Yazmısız Yoxsa Nəsə Ayrı Məna Bildirir?)

Dəyməz)

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycanlı rəssam Türkiyənin dövlət adamlarının bal mumundan heykəllərini hazırlayıbbal_mumu_.jpg Heykəlləri hazırlananlar arasında Baş nazir Rəcəb Tayyib Ərdoğan, İstanbul valisi Müəmmər Gülər və başqaları varTürkiyədə çalışan azərbaycanlı rəssam və heykəltəraş Sənan Eynullayev Türkiyənin dövlət adamları və siyasətçilərinin bal mumundan heykəllərini hazırlayıb. Heykəlləri hazırlanan siyasətçi və dövlət adamları arasında Baş nazir Rəcəb Tayyib Ərdoğan, İstanbul valisi Müəmmər Gülər, İstanbul əmniyyət müdiri (baş polis idarəsinin rəisi) Cəlaləddin Cərrah və başqaları var. Bal mumundan olan heykəllər İstanbul Əmniyyət Müdirliyinin şəhərin Mərtər səmtindəki Polis Mərkəzində nümayiş etdiriləcək.

Qeyd edək ki, 1956-cı ildə Bakıda anadan olan rəssam-heykəltəraş Sənan Eynullayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və İncəsənət Universitetini bitirib. O, 1992-ci ildən bəri İstanbulda yaşayır.

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Siz də səhv buraxmısınız. Səf yox, səhv olmalıdır. ))

)) Dəhşət) Mükəmməl Cavab

Sözüm Galmadı, Nəsə Cavablandıram)

Hörmətlə El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

abdullah_gul_obama_metbuat_konfransi.jpg Barak Obama: "Erməni iddiaları ilə bağlı fikirlərim dəyişməyib"

ABŞ prezidenti, türkiyəli həmkarı Abdulla Güllə birgə mətbuat konfransında belə deyib

"Mənim erməni iddiaları ilə bağlı fikrim dəyişməyib". Bu sözləri bu gün Türkiyə prezidentinin iqamətgahı -"Çankaya" köşkündə baş tutan görüşdən sonra ABŞ prezidenti Barak Obama Abdulla Gülə birgə keçirilən mətbuat konfransında deyib. ANSPRESS-in məlumatına görə, ABŞ prezidentinə ilk olaraq "Erməni soyqırımı ilə bağlı fikriniz dəyişibmi? Abdulla Gülə soyqırımı tanıyıb-tanımayacağınızla bağlı nə isə dedinizmi?" sualı verilib. Barak Obama isə cavabında bildirib ki, fikirləri yazılıdır: "Fikirlərim dəyişməyib. Amma məni ən çox cəsarətləndirən şey, hörmətli prezident Abdulla Gülün liderliyi altında Ermənistan-Türkiyə müzakirələrinin davam etdirilməsidir. Bu müzakirləri mən də izləyirəm və bu görüşlər çox qısa müddətdə bəhrəsini verə bilər. Bunun nəticəsi olaraq mən öz fikirlərimə deyil, Türkiyənin fikirlərinə diqqət yetirmək və bu mövqedən çıxış etmək istəyirəm. Çünki, keçmişdə faciəvi hadisələr yaşanıb və bütün dünya məsələni həll etməyə çalışarkən Türkiyəni cəsarətləndirməli və mümkün olduqca barışdırıcı bir mövqe tutmalıdır. Bu məsələlərdə irəliyə gedən yolun qısa olmasına şərait yaradılmaldıır və mən də bu müddətin tez bitəcəyini düşünürəm. Bir ABŞ prezidenti olaraq yaxın gələcəkdə ediləcək açıqlamalarla bağlı heç nə söyləmək istəmirəm. Amma bu məsələlər üzərində çalışdıqca ən önəmli məsələlərdən biri Türkiyənin və Ermənistanın eyni nöqtəyə gəlməsidir.

Jurnalist daha sonra "Əgər doğru anlamışamsa, fikriniz dəyişməyib. Amma soyqırım sözünü işlədəksinizmi?" deyə sualına Obama belə cavab verib: "Mən burada Adulla Gülün indiyədək son dərəcə uğurlu olan müzakirələrinin davam etməsinə yardımçı olmaq istəyirəm. ABŞ-ın hər hansı şəkildə bu müzakirələri başqa tərəfə çəkməsini istəmirəm".

Türkiyə prezidenti isə bildirb ki, bu məsələ çox mübahisəlidir. "Amma bu, siyasi-huquqi məsələ yox, tarixi hadisə-1915-ci ildə müharibə zamanı baş vermiş bir olaydır. Osmanlı imperiyası dörd cəbhədə döyüşərkən, təəssüf ki, öz ölkəsinin vətəndaşları bəzi ölkələr tərəfindən təxribara çəkiliblər. Nəticədə daxili qarşıdurma yaranıb və bir çox şəxslər dünyalarını dəyişiblər. Təbii ki, həyatlarını itirən hər kəsin kədərini paylaşırıq. Amma unutmayın ki, eyni zamanda türklər də, müsəlmanlar da çox böyük bir itki veriblər. Və həmin zamanlar Balkanlardan, Qafqazdan milyonlarla türk məcburi olaraq köçürülmüş və onlar Türkiyəyə gələrkən çox böyük bir itki veriblər. Dolayısı ilə bütün bunlar o zaman qarışıq bir zamanda baş verib. Amma Türkiyədə müasir cümhuriyyət qurulandan sonra yeni nəsilləri nifrət duyğusu ilə bəsləməmək üçün bunları dünyada böyük bir hadisə kimi təqdim etməyib. Daha sonra təəssüf ki, siyasi məqsədlə bu məsələlər, xüsusilə də diaspora tərəfindən çox gündəmə gətirilib. Bu zaman isə bizim təklifimiz oldu ki, bu məsələni tarixçilər aşadırsın. Biz tarixçilərin qərarı ilə razıyıq. Kimin haqlı, kimin haqsız oluduğuna, parlamentari və ya siyasətçi qərar verə bilməz. Ortaq tarix komissiyası qurulsun və biz onun qərarları ilə razılaşarıq. Öz arxivlərimizi açdıq, hətta dedik ki, ABŞ və yaxud Fransa kimi ölkələr bununla çox maraqlanırsa, buyursunlar onlar da bu ortaq tarix komissiyasına daxil ola bilərlər. Biz bölgədə hər kəslə yaxşı münasibətdə olmağı arzu ediirk. Təəssüf ki, Ermənistanla bu cür əlaqələrimiz çox yoxdur. 70 minə yaxın Ermənistan vətəndaşı Türkiyədə yaşasa, çalışsa və öz məvacibini ailəsinə göndərsə də, təyyarə səfərləri olsa da digər əlaqələrimiz yoxdur. Bütün bunları normallaşdırmaq üçün görüşlər başlayıb. Bu görüşlərin ən yaxşı şəkildə nəticələnməsini arzulayırıq. Qafqazda yeni bir vəziyyət var. Keçən il potensial hadisələrin necə qaynar proseslərə çevrildiyini hamımız müşahidə etdik. Ona görə də bu müddət çərçivəsində Qafqazdakı bütün mübahisəli məsələləri, xüsusilə də Ermənistanla Azərbaycan arasındakı problemləri həll edək. Bu problemlər həll olunsun ki, böyük bir əməkdaşlıq sahəsi meydana gəlsin. Ümid edirəm ki, bu səylərimiz yaxşı nəticə verəcək”.

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Politoloq İlqar Məmmədov: "Obamanın səfəri əksər sualları həll etmədi"obama_erdoqan_07_04.jpg "Amma əvvəl kimsə fikirləşirdisə ki, Obama erməni soyqırımını rahat tanıyacaq, indi o adamlar fikirləşirlər ki, bəlkə də bu, baş verməyəcək"ABŞ prezidenti Barak Obamanın Türkiyə Cümhuriyyətinə rəsmi səfəri başa çatıb. Obamanın Türkiyə səfərinin nəticələri ilə bağlı Azərbaycanda fəaliyət göstərən ekspertlər fərqli fikirdədir. Bakı Siyası Təsir və Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq İlqar Məmmədov ABŞ dövlət başçısının Türkiyə səfərilə bağlı ANS PRESS-in suallarını cavablandırıb.

- ABŞ prezidenti Barak Obamanın Türkiyə səfərilə bağlı hansı nəticələr əldə edildi?

- Barak Obamanın Türkiyə səfərinin nəticələri hələ aydın deyil. Baxmayaraq ki, Obama Türkiyə səfəri zamanı soyqırım ifadəsindən istifadə etmədi, onun 24 apreldə erməni iddialarına necə münasibət bildirəcəyi aydın deyil. Səfər əksər sualları həll etmədi. Amma bir məsələni göstərdi ki, Türkiyə Birləşmiş Ştatlar üçün olduqca vacib tərəfdaşdır. Bu, bir daha qeyd olundu. Amma əvvəl kimsə fikirləşirdisə ki, Obama erməni soyqırımını rahat tanıyacaq, indi o adamlar fikirləşirlər ki, bəlkə də bu, baş verməyəcək. Səfərin əsas nəticəsi bəlkə də bu müəmmanın qalmasıdır. Yəni bilinmir ki, Türkiyə-Ermənistan sərhədinin açılması baş verəcək, ya yox. Obamanın səfəri hələ bu suallara cavab vermir.

- Türkiyə-Ermənistan sərhədi açılsa, nə baş verəcəyini düşünürsünüz?

- Sərhədlərin açılması məsələsində Türkiyəyə ən çox qarşı çıxan Rusiyadır. Çünki Türkiyə-Ermənistan sərhədləri açılsa, bu, ilk növdəbə Rusiyanın Ermənistanda zəifləməsinə .racaq. Ona görə Rusiya bütün imkanı daxilində bu prosesə təsir etməyə çalışır ki, bu, baş verməsin. O cümlədən, Azərbaycana da təsir edən məhz rəsmi Kreml idi. Mən bundan əminəm. Prezident İlham Əliyevi İstanbula dəvət etdilər, Hillari Klinton da zəng etdi, dedilər Barak Obama ilə də görüşə biləcək. Abdulla Gül də zəng etmişdi. Amma o getmədi. Çox güman ki, getməməsinin arxasında Rusiyanın təzyiqi dururdu.

- Dünən Ermənistan və Rusiya prezidentləri arasında telefon danışığı olub. Onların tezliklə görüşü gözlənilir. Bu danışığın ABŞ prezidentinin Türkiyə səfərilə hansısa əlaqəsi varmı?

- Birbaşa əlaqəsi var. Rusiya birmənalı olaraq Turkiyə-Ermənistan sərhədinin açılmasını istəmir. Çünki əgər bu, baş verərsə, Türkiyə tədricən Ermənistanda təsir imkanları əldə edəcək. Rusiya da bunu istəmir.

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

"Qalatasaray" Avropa çempionu olduqalatasaray_avropa_cempionu_oldu.jpg "Qalatasaray"ın qadın basketbol komandası FİBA Avropa çempionatının final oyununda İtaliyanın "Kras Basket Taranto" klubunu məğlub edibBasketbol üzrə FİBA Avropa Kubokunun ikinci matçında İtaliyanın "Kras Basket Taranto" klubunu 82-61 hesabı ilə məğlub edən "Qalatasaray" qadın basketbol klubu Avropa çempionu olub. 2000-ci ildə UEFA Kubokunu qazanan "Qalatasaray" futbol komandasından sonra "Qalatasaray"ın basketbol komandası daha bir Avropa kubokunu Türkiyəyə gəirib. İtaliyada keçirilən ilk matçda 67-55 hesabı ilə məğlub olan "Qalatasaray" revanş matçının əsas vaxtında 69-57 hesabı ilə qalib gələrək hesabı bərabərləşdirib və matçda əlavə vaxta ehtiyac yaranıb. Oyuna artırılmış əlavə vaxtda da üstünlüyünü davam etdirən "Qalatasaray", matçı 21 top fərqiylə qazanaraq, qadın basketbolunda Türkiyəyə ilk Avropa kubokunu qazandıran komanda olub. /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycanın qadın təşkilatları Türkiyə qadınlarına müraciət hazırlayıblarturk-ermeni-bayraq.jpg Təşkilat rəhbərlərinin fikrincə, rəsmi Ankara Ermənistanla iqtisadi və diplomatik əlaqələri rəsmiləşdirsə, bu, Türkiyənin imicinə də zərbə vurmuş olarTürkiyə-Ermənistan sərhədinin açılmasına etiraz edən qeyri-hökümət qadın təşkilatları Türkiyə qadınlarına müraciət hazırlayıblar. 64 qadın təşkilatı bəyan edib ki, Dağlıq Qarabağ problemi həll olunmayana kimi,Türkiyə-Ermənistan sərhədi açılsa, bu, qardaş ölkə ilə münasibətlərə kölgə salacaq. Təşkilat rəhbərlərinin fikrincə, rəsmi Ankara Ermənistanla iqtisadi və diplomatik əlaqələri rəsmiləşdirsə, bu, Türkiyənin imicinə də zərbə vurmuş olar. Üstəlik Ermənistan Türkiyəyə qarşı qondarma soyqırım iddiasını da geri götürməyib. Sənəd Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim olunub./ANS TV/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Hörmətli El Paso. Maraqlı və yeni xəbərlərə görə sizə təşəkkür edirəm. Sizin xəbərlərə aid olan yaratdığınız mövzuları bir mövzuda birləşdirdim. Artıq bütün yeni, maraqlı xəbərləri bu mövzuda yerləşdirə bilərsiniz.

Hörmətlə, Prikolistka.

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Hörmətli El Paso. Maraqlı və yeni xəbərlərə görə sizə təşəkkür edirəm. Sizin xəbərlərə aid olan yaratdığınız mövzuları bir mövzuda birləşdirdim. Artıq bütün yeni, maraqlı xəbərləri bu mövzuda yerləşdirə bilərsiniz.

Hörmətlə, Prikolistka

.

Əcəb Eləmisən)

Təşəkkür! :gizildish:

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Gəncədə II uşaq kitab festivalı keçirilibgence_sheher_merkezi_kitabx.jpg Tədbirdə fərqlənən ifaçılara şəhər Mərkəzi kitabxanası tərəfindən kitablar hədiyyə olunub

"Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009" tədbirlər çərçivəsində Gəncə şəhərində "Övlad işıqdır" II Uşaq Kitab Festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, festivalda "Müstəqilliyimizin əbədi memarı", "Ana dili hikmət xəzinəsi", "Çox oxusan, çox bilərsən", "Ulu Gəncəm", "Mənim nağıl dünyam" və s. sərgilərdə 700 -dən artıq kitab, "Fırçaların rəqsi", "Nə yoğurdum, nə yapdım, "Görün nələr yaratdım" əl işlərindən ibarət sərgilər nümayiş olunub.

Tədbirdə fərqlənən ifaçılara şəhər Mərkəzi kitabxanası tərəfindən kitablar hədiyyə olunub. Festival "Qalx ayağa Azərbaycan" şeiri və "Azərbaycan" mahnısının sədaları altında sona çatıb./ANSPRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Milli Məclis bir sıra qanunlara əlavə və dəyişiklik edilibMilli-Meclis-iclas-13-03.jpg Parlamentin qərarı ilə Bərdənin Dilənçilər kəndi Çəmənli adlandırılıb, Goranboy rayonunun inzibati ərazisindən 574,82 hektar torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilib.

Milli Məclisin bu gün keçirilmiş iclasında bir sıra qanunlara əlavə və dəyişiklik edilib. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov gündəlikdəki birinci məsələ - "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" qanun layihəsi barədə məlumat verib. O deyib ki, layihəyə əsasən "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında", "Hesablama Palatası haqqında", "Normativ hüquqi aktlar haqqında", "Büdcə sistemi haqqında", "Əmək pensiyaları haqqında" qanunlarda, "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə, "Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi"ndə, "İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında Əsasnamə"də dəyişikliklərin edilməsi nəzərdə tutulub. Əli Hüseynov bildirib ki, bu dəyişikliklər Azərbaycan Respublikası Konstitusiyasına edilən əlavələrdən və dəyişikliklərdən irəli gəlir. Məqsəd sözügedən qanunvericilik aktlarını Konstitusiyaya uyğunlaşdırmaqdır. Qanun layihəsi səsə qoyularaq təsdiq olunub.

Sonra deputatlar "Azərbaycan Respublikası Milli Məclisi komitələrinin təşkil edilməsi haqqında" Milli Məclisin qərar layihəsinə müsbət münasibət bildiriblər. Qərara əsasən, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri, təhlükəsizlik və müdafiə məsələləri, iqtisadi siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri, aqrar siyasət, sosial siyasət, regional məsələlər, elm və təhsil məsələləri, mədəniyyət məsələləri, İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyalarının əsasında müvafiq olaraq Milli Məclisin hüquq siyasəti dövlət quruculuğu, təhlükəsizlik və müdafiə, İqtisadi siyasət, təbii ehtiyatlar, energetika və ekologiya, aqrar siyasət, sosial siyasət, regional məsələlər, elm və təhsil, mədəniyyət, insan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komitələri təşkil edilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, komitələrin tərkibi dəyişmir.

Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin dördillik səlahiyyət müddəti başa çatıb. Buna görə Sahibkarlar Şurası tərəfindən iki nəfər, gənclər təşkilatları tərəfindən iki nəfər, qadın cəmiyyətləri tərəfindən isə üç nəfər İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizəd irəli sürülüb. Səsvermə nəticəsində Sahibkarlar Şurası tərəfindən Namiq Məmmədov, gənclər təşkilatları tərəfindən Milli Məclisin deputatı, Tarixçi Tələbələrin Elmi Cəmiyyətinin sədri Fuad Muradov, qadın cəmiyyətləri tərəfindən Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədri Zərifə Salahova İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.

Milli Məclis "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurası haqqında" Əsasnamənin yeni redaksiyası barədə" Qərarın təsdiq edilməsi haqqında" və "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurası haqqında" Əsasnamədə dəyişiklik edilməsi barədə" Qərarın təsdiq edilməsi haqqında" qanun layihələrini də təsdiq edib.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Xüsusi iqtisadi zonalar haqqında" qanun layihəsini üçüncü oxunuşda müzakirəyə təqdim edib. O deyib ki, qanunun qəbulundan məqsəd ölkəmizdə xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləmək, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili qaydalarını müəyyənləşdirməkdir. Komitə sədri bildirib ki, ikinci oxunuşdan sonra deputatların təklifləri əsasında layihədə bir sıra düzəlişlər edilib. Qısa müzakirədən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda "Azərbaycan Respublikasının Bərdə rayonunun Dilənçilər kəndinin adının dəyişdirilməsi haqqında", "Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihələrinə də münasibət bildirilib. Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev demişdir ki, qanuna əsasən, Dilənçilər kəndi Çəmənli adlandırılacaq. Digər qanuna əsasən isə, Goranboy rayonunun inzibati ərazisindən 574,82 hektar torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə veriləcək.

İclasın sonunda "Dərman vasitələri haqqında" Qanuna dəyişikliklər və əlavələr edilib. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Çox maraqlı xəbərdir. Görəsən Dilənçilər kəndinin tarixçəsi nədir? Azərbyacan ərazisində yerləşən rayonlarda o qədər qəribə adlı kəndlər var ki, adam eşidəndə özü məəttəl olur. Bir az öncə xalam bir əhvalat danışdı mənə. Bakı ərazisində Novxanı və Binəqədi kəndlərinə gedən yol qıragında neft buruqlarının yerləşdiyi sahədə, mazutun içində kəndlər salınıb.Özüm gördüm, şoka düşdüm. Gör harda camaata sahə satırlar.Hələ camaat da arsız-arsız alır. Əsasən qaçqın və məcburi köçkünlər alır. Hələ üstəlik ad da qoyublar, öz kəndlərinin adını. Xalam deyir ki, avtobusla həmən yolla bağa gedirəm, biri sürücüyə deyir ki, qardaş, Ağbulaqda saxlayarsan ))))))

Изменено пользователем PRIKOLISTKA
line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Çox maraqlı xəbərdir. Görəsən Dilənçilər kəndinin tarixçəsi nədir? Azərbyacan ərazisində yerləşən rayonlarda o qədər qəribə adlı kəndlər var ki, adam eşidəndə özü məəttəl olur. Bir az öncə xalam bir əhvalat danışdı mənə. Bakı ərazisində Novxanı və Binəqədi kəndlərinə gedən yol qıragında neft buruqlarının yerləşdiyi sahədə, mazutun içində kəndlər salınıb.Özüm gördüm, şoka düşdüm. Gör harda camaata sahə satırlar.Hələ camaat da arsız-arsız alır. Əsasən qaçqın və məcburi köçkünlər alır. Hələ üstəlik ad da qoyublar, öz kəndlərinin adını. Xalam deyir ki, avtobusla həmən yolla bağa gedirəm, biri sürücüyə deyir ki, qardaş, Ağbulaqda saxlayarsan ))))))

Sən ALLAH... Havax Azərbaycanda Düzəməlli Dövlət Gurluşu Olub Ki, Yöndəmidə Təmizliyə Doğru Gedsin...

O Ki Galdı Kəndlərin Gəribə Adları, Ağbulagı Eşitdiyim Bir Məzəli Adı Olan Kəndlə Mügaisə Eləsən, Deyərsən Ağbulaga Min Şükür... Bəlkə Eşitmisən? "Aşağı Ayıflı,Yuxarı Ayıflı") Mən Hələ Demirəm,( Sən Məni Bağışda) Rus Tərcüməsinə Çevirəndə Necə Məzəli Səslənir)

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Niyaməddin Musayev Moskvada erməniyə məxsus restoranda konsert verəcək. Niyameddin_bilet_15_04_09.jpg «Doroqomilovski Domik» restoranında 10 gün sonra keçiriləcək konsertə biletlərin bir hissəsi artıq satılıb

Xalq artisti Niyaməddin Musayev Moskvada erməniyə məxsus restoranda konsert verəcək. Bu barədə ANS PRESS-ə Moskvada yaşayan soydaşımız Ramiz Zeynalov məlumat verib. Onun sözlərinə görə, müğənninin konserti aprelin 25-də Karen Bakinski adı ilə tanınmış erməni əsilli şəxsə məxsus «Doroqomilovski Domik» restoranında keçiriləcək. Artıq konsertə biletlərin bir hissəsi satılıb.

Moskvada konsertinin keçiriləcəyini ANS PRESS-ə təsdiqləyən Niyaməddin Musayev əvvəlcə bildirdi ki, konsertinin hansı məkanda olacağından xəbərsizdir: «Konsert olacaq, ancaq yerini dəqiq bilmirəm. Konsertdə Azərbaycandan təkcə mən iştirak edəcəyəm».

Müğənninin sözlərinə görə, tədbirin təşkilatçısı Rusiyadakı diaspora təşkilatlarıdır. N. Musayev konsertin erməniyə məxsus restoranda baş tutacağı ilə bağlı sualımıza cavabında bildirdi ki, həmin yer ermənilərə məxsus ola bilməz: «Necə ola bilər, orada bütün günü azərbaycanlılar toy edirlər». Müğənni məsələni dəqiqləşdirəcəyinə söz verdi.

Röya Rəfiyeva /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan stend atıcılığı üzrə Qran-pri turnirində 2 medal qazanıbstend2.jpg Emin Cəfərov və Nurlanə Cəfərova turnirin bürünc medalına sahib çıxıblar

Stend atıcılığı üzrə Azərbaycan milli komandası İtaliyanın Lonato şəhərində keçirilmiş beynəlxalq Qran-pri turnirində uğurla çıxış edib. İtaliyada 5 idmançı təmsil olunan Azərbaycan 2 bürünc medal qazanıb. Hər iki stend atıcısı bir ailənin üzvüdür. Bunlar Stend atıcılığı üzrə Azərbaycan milli komandasının baş məşqçisi Hafiz Cəfərovun oğlu Emin Cəfərov və Eminin həyat yoldaşı Nurlanə Cəfərovadır. Həm Emin, həm də Nurlanə skit yarışlarında uğurlu nəticə göstərib. Emin 140, Nurlanə isə 81 xal toplayaraq bürünc medal qazanıb.

Sidney olimpiadasının qalibi Zemfira Meftəhəddinovanın qızı Reqina Meftəhəddinova isə medalın bir addımlığında olub. Skit yarışlarında mübarizə .rmış xanım atıcımız 80 balla 4-cü yeri tutub. Lonato Qran-prisində iştirak etmiş digər həmyerlilərimizə gəlincə, stend atıcılığının trap növündə yarışmış Elçin Babayev 106 xalla 31-ci, aktivində 77 xalı olan Elvin İsmayılov isə 48-ci yerlə kifayətlənib. /ANS TV/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ekspertlər manatın devalvasiyaya uğramasının getdikcə artmasından narahatdırmanat0801.jpg İqtisadçılar hesab edir ki, Neft Fondundan .rılan transferlər davam etdirilsə, 2 il sonra ölkənin valyuta ehtiyatı tükənə bilər«İqtisadi Təşəbbüslərə» Yardım İctimai Birliyinin ekspertləri Azərbaycan manatının devalvasiyaya uğramasının getdikcə artmasından narahatdırlar. Bu barədə birlikdən bildirilib. Ekspertlər bildirir ki, hökumət Neft Fondundan ölkənin valyuta bazarına transferlər etməklə, manatın dəyərini qorumaq siyasətini davam etdirir. Bu il köçürmələrin həcmi təqribən 6,1 milyard dollar təşkil edib. İqtisadçı analitiklər hesab edir ki, əgər Neft Fondundan .rılan transferlər davam etdirilsə, 2 il sonra ölkənin valyuta ehtiyatı tükənə bilər. Onlar həmçinin bildirib ki, hökumətdə real təhlükəni görməyə bilməzlər, sadəcə onlar ümid edirlər ki, qara qızılın qiyməti yenidən qalxa bilər. Bununla da, Azərbaycanda böhranın nəticələrini yüngülləşdirmək olar.

Ekspertlərin fikrincə, ölkənin gözləmə siyasəti yay aylarına kimi davam edəcək ki, bundan sonra da neftin qiymətinin artımı baş verməsə, Neft Fondundan dövlət büdcəsinə transferlər dayanacaq, bununla da manatın devalvasiyası və ardınca da bütün xidmət və məhsullarda qiymət artımı qaçınılmaz olacaq. /ANS TV/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Çox maraqlı xəbərdir. Görəsən Dilənçilər kəndinin tarixçəsi nədir? Azərbyacan ərazisində yerləşən rayonlarda o qədər qəribə adlı kəndlər var ki, adam eşidəndə özü məəttəl olur. Bir az öncə xalam bir əhvalat danışdı mənə. Bakı ərazisində Novxanı və Binəqədi kəndlərinə gedən yol qıragında neft buruqlarının yerləşdiyi sahədə, mazutun içində kəndlər salınıb.Özüm gördüm, şoka düşdüm. Gör harda camaata sahə satırlar.Hələ camaat da arsız-arsız alır. Əsasən qaçqın və məcburi köçkünlər alır. Hələ üstəlik ad da qoyublar, öz kəndlərinin adını. Xalam deyir ki, avtobusla həmən yolla bağa gedirəm, biri sürücüyə deyir ki, qardaş, Ağbulaqda saxlayarsan ))))))

Sən ALLAH... Havax Azərbaycanda Düzəməlli Dövlət Gurluşu Olub Ki, Yöndəmidə Təmizliyə Doğru Gedsin...

O Ki Galdı Kəndlərin Gəribə Adları, Ağbulagı Eşitdiyim Bir Məzəli Adı Olan Kəndlə Mügaisə Eləsən, Deyərsən Ağbulaga Min Şükür... Bəlkə Eşitmisən? "Aşağı Ayıflı,Yuxarı Ayıflı") Mən Hələ Demirəm,( Sən Məni Bağışda) Rus Tərcüməsinə Çevirəndə Necə Məzəli Səslənir)

Əslində Ağbulaq qəribə və gülməli ad deyil. Sadəcə mazutun içində yerləşən kəndə bu adın verilməsi çox gülməlidir. Ən gülməlisi isə orda evlərin tikilməsidir.

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Çox maraqlı xəbərdir. Görəsən Dilənçilər kəndinin tarixçəsi nədir? Azərbyacan ərazisində yerləşən rayonlarda o qədər qəribə adlı kəndlər var ki, adam eşidəndə özü məəttəl olur. Bir az öncə xalam bir əhvalat danışdı mənə. Bakı ərazisində Novxanı və Binəqədi kəndlərinə gedən yol qıragında neft buruqlarının yerləşdiyi sahədə, mazutun içində kəndlər salınıb.Özüm gördüm, şoka düşdüm. Gör harda camaata sahə satırlar.Hələ camaat da arsız-arsız alır. Əsasən qaçqın və məcburi köçkünlər alır. Hələ üstəlik ad da qoyublar, öz kəndlərinin adını. Xalam deyir ki, avtobusla həmən yolla bağa gedirəm, biri sürücüyə deyir ki, qardaş, Ağbulaqda saxlayarsan ))))))

Sən ALLAH... Havax Azərbaycanda Düzəməlli Dövlət Gurluşu Olub Ki, Yöndəmidə Təmizliyə Doğru Gedsin...

O Ki Galdı Kəndlərin Gəribə Adları, Ağbulagı Eşitdiyim Bir Məzəli Adı Olan Kəndlə Mügaisə Eləsən, Deyərsən Ağbulaga Min Şükür... Bəlkə Eşitmisən? "Aşağı Ayıflı,Yuxarı Ayıflı") Mən Hələ Demirəm,( Sən Məni Bağışda) Rus Tərcüməsinə Çevirəndə Necə Məzəli Səslənir)

Əslində Ağbulaq qəribə və gülməli ad deyil. Sadəcə mazutun içində yerləşən kəndə bu adın verilməsi çox gülməlidir. Ən gülməlisi isə orda evlərin tikilməsidir.

Aydındı)

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Əli Babacan, Sergey Lavrov və Mahmud Məmmədquliyevlə təkbətək görüşübirevan-QIET-iclas.jpg Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini də müzakirə edən türkiyəli nazir bildirib ki, rəsmi Ankara sülh danışıqlarını dəstəkləyirTürkiyənin xarici işlər naziri Əli Babacan, Ermənistanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəvsində Rusiyalı həmkarı Sergey Lavrov və Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşüb. ANS PRESS, «CNN Türk» telekanalına istinadən xəbər verir ki, görüşlərdə regional məsələlər müzakirə olunub. Telekanalın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Əli Babacanın Sergey Lavrovla görüşündə Yaxın Şərq, Əfqanıstan, Pakistan İran və Cənubi Qafqazdakı proseslər ətrafında da fikir mübadiləsi .rılıb. Əli Babacan deyib ki, rəsmi Ankara, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupunun həy ata keçirdiyi vasitəçilik missiyasına önəm verir və .rılan danışıqlar prosesini dəstəkləyir.

Türkiyəli nazir, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə əsasən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlı söhbət edib. Azərbaycanın yeni dövrdə təşkilata başçılıq edəcəyinə diqqət çəkən diplomatik mənbələr, Azərbaycanın sədrliyi ilə təşkilatın Cənubi Qafqazdakı proseslərə hansı yolla da çox təsir göstərə biləcəyini müzakirə ediblər. Görüşdə Dağlıq Qarabağ mövzusu və Türkiyə-Ermənistan sərhədləri məsələsi müzakirə edilməyib. Çünki Mahmud Məmmədquliyev Azərbaycan XİN-də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə məsuldur və Dağlıq Qarabağ münaqişəsi ilə başqa nazir müavini məşğul olur. Bununla belə, Əli Babacan, Türkiyənin Ermənistanda keçirilən toplantıya qatılması da daxil olmaqla son proseslər barədə Azərbaycan rəsmisinə məlumat verib. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bakıda bir neçə ay əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıbNaru4nik9.jpg Məlum olub ki, bu ilin yanvarından itkin düşmüş hüsab olunan 18 yaşlı qadını qeyri-rəsmi nigahda yaşadığı şəxs qətlə yetiribBakıda bir neçə ay əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 24 yanvar 2009-cu il tarixdə 1987-ci il təvəllüdlü Kərimov Elman Ömər oğlu Binəqədi RPİ-yə ərizə ilə müraciət edərək bildirib ki, qeyri-rəsmi nigahda yaşadığı 1991-ci il təvəllüdlü Nurməmmədova Güllər Nurməmməd qızı 21 yanvar 2009-cu il tarixdə evdən gedib və geri qayıtmayıb. Ərizə daxil olduqdan sonra Binəqədi RPİ-də araşdırmalar .rılıb. 11 aprel 2009-cu il tarixdə Nardaran qəsəbəsi ərazisində dənizkənarı çimərlikdən naməlum qadın meyitinin çıxması barədə Sabunçu RPİ-yə məlumat daxil olur. Meyitə baxış keçirilərkən məlum olur ki, ölən şəxs 24 yanvar 2009-cu il tarixdə itkin düşmüş kimi qeydə alınmış Güllər Nurməmmədovadır. Ekspertiza yoxlanışından sonra qadının üzərində zor əlamətləri olduğu müəyyənləşir. G.Nurməmmədova ilə qeyri-rəsmi nigahda olan və Güllərin itkin düşməsi ilə əlaqədar ərizə ilə müraciət edən Elman Kərimov dindirilmə üçün polis idarəsinə dəvət olunur. O, ilk öncə hər şeydən xəbərsiz olduğunu və təəssüfləndiyini bildirilir. Ancaq E.Kərimovun hərəkətləri polis əməkdaşlarında şübhələr yaradır. Araşdırmalar davam etdirilir. Bakı şəhər BPİ, Şəhər Prokurorluğu və Sabunçu RPİ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə təqsirli bilinən Kərimov Elman Ömər oğlu saxlanılıb. E.Kərimov istintaqa bildirib ki, Bakı şəhəri, Cavanşir küçəsində yaşayıb və qonşuluqda olan qızdan - G.Nurməmmədovadan xoşu gəlib. Qızla tanış olduqdan sonra, onu davamlı olaraq məktəbə və hazırlıq kurslarına .rıb-gətirib. Öz dediyinə əsasən, qızın razılığı ilə onu 23 fevral 2008-ci il tarixdə doğulduğu Şamaxı rayonu, Əhmədli kəndinə qaçırıb və bir müddət orada yaşayıblar. Sonradan toy etmək məqsədilə Bakıya gəliblər. Güllərin qohum-əqrabası gəlməsə də, toy baş tutub. Lakin G.Nurməmmədova həddi-buluğa çatmadığı üçün rəsmi nigaha girməyiblər. Toydan sonra onlar yenidən Şamaxıya qayıdıblar. Bu müddət ərzində Güllər ata-anasını görmək istədiyini bildirib və bir neçə dəfə qaçaraq Bakıya gəlib. Lakin yenidən geri- Şamaxıya qayıdıb. Nəhayət, onlar yanvarın 11-də Bakı şəhərinə gəliblər və Binəqədi rayonunda ev tutaraq kirayədə yaşamağa başlayıblar. Araşdırmalar nəticəsində məlum olub ki, hadisə baş verən gün - yəni yanvarın 21-də Elman Güllərlə birlikdə istirahət etmək məqsədilə Novxanı çimərliyinə gediblər. Güllər burada da ata-anasının yanına getmək istədiyini bildirib. Lakin Elman bu dəfə dözməyib və onu öldürmək qərarına gəlib. Bu məqsədlə bıçaqla onun boğaz nahiyyəsini kəsib və öldüyünə əmin olduqdan sonra onu dənizə atıb. Sonra Güllərin itkin düşdüyü barədə polisə müraciət edib və heç nə olmamış kimi Şamaxı rayonuna qayıdıb.

E.Kərimov cinayət törətdiyini etiraf edib və təqsirləndirilən şəxs qismində saxlanılır. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə araşdırmalar .rılır. /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkiyəli jurnalistlər Dağlıq Qarabağa getməkdən imtina etdilərxankendi-kuche.jpg Rəsmi İrəvan onlara təklif edib ki, «Dağlıq Qarabağ Respublikası»nın «xarici işlər naziri»nin adına məktub yazsınlar və onlar bununla razılaşmayıblar

Türkiyəli jurnalistlərin Azərbaycanın işğal olunmuş əarzisi olan Dağlıq Qarabağa səfərdən imtina ediblər. ANS PRESS, Ermənistanın «PanARMENIAN.Net» saytına istinadən xəbər verir ki, Dağlıq Qarabağ səfər etmək istəyən jurnalistlər rəsmi İrəvanın təkliflərini qanunsuz hesab ediblər. Belə ki, İrəvanda onlara təklifı olunub ki, Xankəndiyə getmək üçün qondarma Dağlıq Qarabağ Respublikasının «xarici işlər naziri» Georgi Petrosyana məktub yazsınlar və icazə istəsinlər. Lakin türk jurnalistlər hensab ediblər ki, yalnız «cənab Petrosyan» müraciəti kifayətdir. .rılan danışıqlardan sonra jurnalistlər «hörmətli cənab Georgi Petrosyan» müraciətinə də razılaşıblar və bildiriblər ki, ona «xarici işlər naziri» kimi müraciət etmək niyyətində deyillər. Bundan sonra Ermənistan Xarici İşlər Nazirliyi onların Xankəndiyə getməsinə icazə verməyib. Türkiyəli jurnalistlərin özləri də bildiriblər ki, Dağlıq Qarabağa səfər etmək fikrindən daşınıblar.

Xatırladaq ki, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İrəvanda keçirilən toplantısında iştirak edən bir qrupp türkiyəli jurnalist aprelin 18-də Dağlıq Qarabağa birgünlük səfər etmək niyyətində idi. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Metyu Brayza: «Prezidentlər qarşıdakı aylarda iki dəfə də görüşə bilərlər» (EKSKLÜZİV)metyu_brayza_26_07.jpg «Həmsədr olduğum müddətdə ilk dəfədir ki, ABŞ prezidenti münaqişənin nizamlanması prosesində iştirak etmək istəyir»

«Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişnin həllinə dair baza prinisplərindən o qədər də uzaq deyillər. Prezidentlər qarşıdakı aylarda hətta iki dəfə də görüşə bilərlər». Bunu hazırda İrəvanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza ANS-ə eksklüziv müsahibəsində deyib. Onun sözlərinə görə, İrəvanda həmsədr kimi danışıqlar .racaq və aprelin 22-də ATƏT-in Minsk Qrupunun fransalı və rusiyalı həmsədrləri ilə birlikdə Bakıya qayıdacaq.

Metyu Brayza bildirib ki, son günlər regionda ciddi hadisələr baş verir: «ABŞ-ın yeni prezidenti siyasi həyatda dəiyşikliklər inanır. O Ermənistanla Türkiyə arasında münasibətlərin bərpasını, xüsusilə, bizim Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cəhdlərimizi dəstəkləiyr. Onu da deyim ki, mənim ATƏT-in Minsk Qrupunun həmsədri olduğum müddətdə ilk dəfədir ki, bizim prezident bu proseslərdə iştirak etmək istəiyr. Məncə, bu çox ciddi mərhələdir». Metyu Brayzanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan və Ermənistan prezidentlərinin əhval-ruhiyyəsindən, inamından asılıdır. Həmsədr hesab edir ki, son üç görüşdən sonra prezidentlər yaxşı baza yaradıblar: «Məncə, onlar arısnda inam artsa, o zaman münaqişənin həllinə yaxın olarlar. Onlar hər dəfə fikir mübadiləsi .randa yaxşı əhval-ruhiyyədə olurlar. Hesab edirəm ki, Ermənistan, Türkiyə və Azərbaycan regionda yeni xoş əhval-ruhiyyə yarada bilərlər. Bu əhval-ruhiyyədən Dağlıq Qarabağ münaqişəsinin həlində istifadə etmək lazımdır».

Metyu Brayza bir müşahidəçi kimi əmin olduğunu bildirib ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi konstruktivdirlər və irəliyə doğru getməyə hazırdılar. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Şəhriyar Məmmədyarov Macarıstan şahmatçısı ilə heç-heçə oynadıshahriyar_mammadyarov_azer_shahmat.jpg Şahmatçımız Nalçik şəhərində keçirilən şahmat üzrə FİDE Qran-prisinin 4-cü mərhələsinin 2-ci günündə Peter Leko ilə heç-heçəyə razılaşıb

Rusiyanın Nalçik şəhərində keçirilən şahmat üzrə FİDE Qran-prisinin 4-cü mərhələsində 2-ci oyun günü arxada qalıb. Yarışda ölkəmizi təmsil edən beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov bu turu heç-heçə başa vurub. Qara fiqurlarla oynamış həmyerlimiz macarıstanlı Peter Lekonun müqavimətini qıra bilməyib. Bu görüş digərlərindən tez başa çatıb. Tərəflər 24-cü gedişdə heç-heçəyə razılaşıblar.

Digər nəticələrə gəlincə, 2-ci turda yalnız 2 oyunda qalib müəyyənləşib. Rusiyalı şahmatçı Petr Svidler Ukrayna təmsilçisi Vasili İvançukdan 1 xal qopara bilib. Günün erməni qarşıdurmasından isə Levon Aronyan qalib ayrılıb. O, həmyerlisi Akopyandan üstün olub. Elyanov-Qrişuk, Kamski-Bakro, Qasımcanov-Karyakin, Qelfand-Alekseyev qarşılaşması isə sülhlə nəticələnib. Beləliklə, 2 turdan sonra Aronyan maksimum nəticə ilə vahid liderdir. Aleksandr Qrişuk və Petr Svidler yarım xallıq geriləmə ilə 2-3-cü yerləri bölüşdürür. Aktivində yarım xalı olan Şəhriyar isə 12-ci pillədə qərarlaşıb. Bu gün Nalçik Qran-prisində 3-cü turun görüşləri keçiriləcək. Şahmatçımız Şəhriyar Məmmədyarov amerikalı şahmatçı Qata Kamski ilə ağ-qara lövhədə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Nalçik Qran-prisində 14 şahmatçı dairəvi sistem üzrə mübarizə .rır. 13 turdan ibarət yarışa aprel ayının 30-da yekun vurulacaq. /ANS TV/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ali məktəblərə qəbul imtahanında iştirak etmək üçün sənəd qəbulu başlayırtqdk_10_09_02.jpg İnternet vasitəsilə həyata keçirilən sənəd qəbulu bu gündən mayın 21-dək davam edəcək

Bu gündən etibarən ölkənin ali məktəblərinə qəbul imtahanında iştirak etmək üçün sənəd qəbuluna başlanılacaq. Bunun üçün abituriyentlərə 40 gün vaxt veriləcək. 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanları üçün ərizə qəbulu mayın 31-dək davam edəcək. Ötən ildə olduğu kimi bu il də sənəd qəbulu internet vasitəsi ilə .rılacaq. Abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron ərizələri doldurmalıdılar. Rus bölməsinə sənəd verən abituriyentlər mayın 18-ə qədər qeydiyyatdan keçməlidilər. Mayın 24-də onlar «Azərbaycan dili» fənni üzrə imtahan verməli olacaqlar.

Bu il ali məktəblərə qəbul planında müəyyən dəyişikliklər də edilib. İxtisasların sayı 265-dən 149-a endirilib, bəzilərinin adlarında isə dəyişiklik edilib. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkiyə Nazirlər Kabinetində Azərbaycanla bağlı məsələ müzakirə olunubbakanlar_kurulu2.jpg Dövlət naziri Cəmil Çiçək: "Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas prinsipimizdir"

Türkiyədə Nazirlər Kabinetinin iclasından sonra dövlət naziri və hökumət sözçüsü Cəmil Çiçək iclasda müzakirə olunan mövzular barədə mətbuat konfransı keçirib. ANSPRESS, Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin iclasında müzakirə olunan məsələlərdən biri də Cənubi Qafqazdakı siyasi proseslər və Azərbaycanla münasibətlərdəki son vəziyyət olub. Cəmil Çiçək, hökumətin Azərbaycanı üzəcək heç bir addımı atmayacağını deyib: "Bu günə qədər Azərbaycanla hər sahədə münasibətlərimizi davam etdirmişik. Bu prinsipə həmişə riayət edilib. Amma təəssüf ki, son günlər sanki Türkiyə ilə Azərbaycan arasında bir problem varmış kimi vəziyyət çıxıb meydana. İkitərəfli görüşlərdə müəyyən addımlar atmadan açıqlama verməmək prinsipimizə sadiq qalaraq bu barədə açıqlama vermədik. Amma görürük ki, bəziləri bunu səhv təhlil edir. Bizim Azərbaycanla da, Ermənistanla da münasibətlərdə azərbaycanlı qardaşlarımızı üzəcək bir addım atmağımız mümkün deyil. Bunun belə bilinməsini istəyirik. Türkiyənin Dağlıq Qarabağ siyasəti bəllidir və heç bir şəkildə dəyişməyib. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas prinsipimizdir. Ermənistanla münasibətlərdə sərhəd qapılarının açılması mövzusunda isə Türkiyənin Azərbaycanla münasibətləri yeraltı sərvətlərə görə yox, qardaşlıq çərçivəsində davam edir. Bizim Cənubi Qafqaz, Azərbaycan və Ermənistana aid fikirlərimiz barədə hər zaman Azərbaycana məlumat verilib. Heç bir şeyi gizlətməmişik". /ANSPRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan Ordusu daha bir şəhid veribHarb8.jpg Ermənistan silahlı qüvvələrinin Ağdamın işğal altındakı Baş Qərvənd kəndi istiqamətindən açdığı atəş nəticəsində Pərviz Bayramov şəhid olubErmənistanın Azərbaycana davam edən təcavüzü nəticəsində milli ordumuz daha bir itki verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bu gün saat 17.30 radələrində Ermənistan silahlı qüvvələrinin Ağdamın işğal altındakı Baş Qərvənd kəndi istiqamətindən açdığı atəş nəticəsində Milli Ordumuzun əsgəri, 19 yaşlı Pərviz Bayramov şəhid olub. Qeyd edək ki, o, Saatlı rayon hərbi komissarlığı tərəfindən 2008-ci ildə hərbi xidmətə çağırılıb. Allah rəhmət eləsin! /ANS PRESS/

Öz Adımnan: Allah Rəhmət Eləsin!

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Heydər Əliyev Beynəlxalq Hava Limanı iyulun 2-dən gecə uçuşlarına məhdudiyyətlər tətbiq edəcəkAzal.jpg Bu addım Bakı əhalisinin sosial müdafiəsinin təmin olunması və normal istirahətinə şərait yaratmaq məqsədi ilə atılıbHeydər Əliyev Beynəlxalq Hava Limanı iyulun 2-dən gecə uçuşlarına məhdudiyyətlər tətbiq edəcək. Bu barədə «Azal» Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, bu addım Bakı əhalisinin sosial müdafiəsinin təmin olunması və normal istirahətinə şərait yaratmaq məqsədi ilə atılıb.

Bununla bağlı beynəlxalq hava limanının iş rejimində də dəyişiklik ediləcək. İş saatı səhər saat 07.00-dən 00.00-dək müəyyən edilib. Yerli vaxtla saat 00.00-dan səhər saat 07.00-dək hava gəmilərinin qəbulu üçün aeroport bağlı olacaq. Hökumət, sanitar, humanitar, qəza-xilasetmə uçuşlarını həyata keçirən və meteoroloji şəraitdən asılı olaraq ehtiyat hava limanına enmə məcburiyyəti olan hava gəmiləri istisna təşkil edir. «Azərbaycan Hava Yolları» Q.lı Səhmdar Cəmiyyəti artıq bununla bağlı əməkdaşlıq etdiyi bütün şirkətləri məlumatlandırıb. /ANS TV/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bakıda üzərində Azərbaycanın adı və ərazi hüdudları göstərilməyən 201 ədəd qlobus aşkar edilibqlobush_21_04_09.jpg Qlobuslar Çin istehsalı olub

Bakıda Azərbaycan Respublikasının adı və ərazi hüdudları göstərilməyən qlobuslar aşkarlanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, qlobuslar "İnci" Kiçik Müəssisəsinin təsisçisi, Bakı şəhər sakini Mikayıl Yusifov tərəfindən 10-cu Köndələn küçəsindəki icarəyə götürülmüş anbarda tapılıblar. Bakı Baş Polis İdarəsinin Təhqiqat Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əldə edilən 201 ədəd çoğrafi vəsait Çin istehsalı olub. Faktla bağlı araşdırmalar davam edir./ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

AFFA “Millimizə dəstək” mövzusunda şüar aksiyası keçirirazarkeshler_millimize_destek_.jpg Aksiyada hər kəs iştirak edə bilərAzərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Millimizə dəstək” mövzusunda şüar aksiyası keçirir. Aksiyada hər kəs iştirak edə bilər. Veriləcək şüarlar vətənpərvərlik ruhunda, oyunçulara hər an əlavə güc verəcək səviyyədə, stadionda hər kəs tərəfindən eyni zamanda deyilə biləcək şəkildə, qısa, lakonik və ritmik olmalıdır. Şüarlarda nalayiq ifadələrə yol verilməməlidir. Milli komanda üçün şüar təklifləri olanlar şüarları aşağıdakı ünvana göndərə bilər: elnur.mammadov@affa.az. /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

General-leytenant Rail Rzayevin qətli ilə bağlı bir nəfərin saxlanılması təsdiqlənibrail_rzayev124.jpg Anar Rəfiyevə qarşı Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadiminin həyatına sui-qəsd etmə (terror)) maddəsi ilə ittiham irəli sürülübMüdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələrinin komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı bir nəfərin saxlanılması təsdiqlənib. Nəsimi rayon Məhkəməsindən . PRESS-ə verilən məlumata görə, saxlanılan Anar Rəfiyevin barəsində aprelin 18-də hakim Sevda Hüseynovanın sədrliyi ilə q.lı məhkəmə iclasında 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. A. Rəfiyevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə (terror aktı)) maddəsi ilə ittiham irəli sürülüb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov . PRESS-ə faktı nə təkzib, nə də təsdiq edib: "İstintaq sirri olduğu üçün ictimaiyyətə hələlik rəsmi məlumat verilmir".

Qeyd edək ki, "Yeni Müsavat" qəzetinin bugünkü sayında dərc olunan məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ötən həftə Bakı sakini Anar Aydın oğlu Rəfiyevin idarə etdiyi avtomobili saxlayıblar. Avtomobilə baxış zamanı maşının yük yerində hərbi geyim aşkarlanıb. Araşdırma zamanı 26 yaşlı A.Rəfiyevin hərbçi olmadığı müəyyənləşib. A.Rəfiyev hərbi paltarları necə və h.ı məqsədlə əldə etdiyini izah edə bilməyib. Ətrafında .rılmış əməliyyat tədbirlərindən sonra onu Respublika Prokurorluğu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə təhvil veriblər. Orada A.Rəfiyev general Rail Rzayevin qətlinin istintaqını .ran qrupun müstəntiqləri tərəfindən sorğu-sual edilib.

Xatırladaq ki, general Rail Rzayev bu il fevralın 11-də evinin yaxınlığında odlu silahla qətlə yetirilib.

Anar Məmmədov /. PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...