Перейти к содержимому

Təzə xəbərlər


El Paso

Recommended Posts

Нә ҝөзәл сөзләрдир! 315-ҹи пост һаггында дејирәм, һөрмәтли Нобел! Лакин бунлар, чох тәәссүф олсун ки, сөз олараг галыблар, һәјата кечмәјибләр!

Бизим мүсәлман гадынларынын әксәријјәтинин һәјаты ҹәһәннәм әзабына бәнзәјибдир вә бу кечмишдә дә, елә бә`зи јерләрдә, аиләләрдә инди дә беләдир! Бу һамысы вахты илә Ислам дининин дүзҝүн инсанлара тәблиғ олунмамасындан ирәли ҝәлиб. О вахтлар кишиләр бир-бирләрини тәһгир едәркән онун арвадына, ушағына сөјәрләрмиш, бир-бирләринин арвадына, јахын гадын гоһумуна саташарлармыш! Бәс неҹә, кишинин арвады, гадын гоһумлары онун шәрәфи, намусу һесаб олармыш! Одур ки, кишиләр өз гадынларыны ҝөз бәбәји кими горујарлармыш, - кимиси чох истәдији үчүн, кимиси исә намус һесаб етдији үчүн! Мәсәлән, ҝәнҹ оғлан евләнәндә арвадыны өз анасына, баҹысына тәһвил верәрмиш, оғлан анасынын бир вәзифәси дә бу имиш ки, оғлу евдә олмајанда ҝәлини башга кишиләрдән горусун! Елә буна ҝөрә дә гадынлары, гызлары дөрд дивар арасында сахлајарлармыш! Бу исә бүтөвлүкдә ҹәмијјәтин, халгын деградасијасына ҝәтириб чыхарты, бәс неҹә, гадынларын иштиракы олмајан ҹәмијјәт тәк ганадлы гуш кими олар!

Мәһәммәд пејғәмбәр белә демәмишди! О, инсанлара бујурмушду ки, јалныз өз арвадларынызла севишә биләрсиниз, башга арвадлара јахын ҝетмәмәлисиниз! Мүсәлманлар онун бу гојдуғу гануну поздулар, кишиләр бир-бирләрини бу јолла тәһгир етдиләр вә нәтиҹәси дә чох аҹынаҹаглы олду, - мүсәлманлар үмумијјәтлә инкишафдан галдылар!

Бу ҝүнкү мүсәлманлар Мәһәммәд пејғәмбәрин бу гојдуғу гануна хүсуси диггәт јетирмәлидирләр вә бир-бирләрини сексуал зәминдә тәһгир етмәјә сон гојмалыдырлар! Ејни заманда гадынлара мүәјјән азадлыг верилмәлидир. онлары башга кишиләрдән горумаға сон гојулмалыдыр! Садәҹә олараг инсанлар баша дүшмәлидирләр ки, башгасынын севҝи-мәһәббәтинә тохунмаг олмаз! Һәтта дүшмәнинин белә арвад-ушағыны мүгәддәс сајмалысан!

Чох истәрдим ки, бу сөзләри һәр бир азәри, һәр бир мүсәлман охујајды вә әмәл едәјди! Бу белә олмаса чәтин ки, биз бир-биримизә һөрмәт едә биләк, бир халг кими уҹала биләк!

...Тәхминән 15 ил бундан әввәл әлимә тәсадүфән бир китаб кечмишди. Китабын ады вә мүәллифи јадымда галмајыб, анҹаг ону дејә биләрәм ки, бу китаб 1980-ҹи илләрдә Бакыда чап олунуб, бурда мусиги аләтләриндән, әсасән Тардан бәһс олунур, онун Азәрбајҹанда неҹә бөјүк әһәмијјәтә малик олдуғу вурғуланыр. ...Вә бурда мүәллиф шаир С. Ә. Ширванинин һансыса ханәндәјә јаздығы тәһгир долу ше`рини чап едиб! Бу ше`рдә шаир дејир ки, ај филанкәс, бәс сәнин арвадыны филан бәј ...?! Мән мәәтәл галдым бу ше`ри охујанда! Әввәла һеч инана билмәдим ки, шаир Ширвани белә сөз дејә! Икинҹиси, мәнә елә ҝәлди ки, мүәллиф санки биз азәриләрин неҹә бир инсанлар олдуғуну ҝөзә сохмаг истәјир! Бәли! Олсун ки, елә бу китаб бу сөзләри вурғуламаг наминә јазылыбмыш! Ким билир!? Анҹаг инсанларын беләҹә бир-бирләринин неҹә дә асанлыгла, оф демәдән тәһгир етмәји мәни дүшүндүрдү о заман! Онларын неҹә дә мүсәлман ола-ола Исламын үстүндән хәтт чәкдији мәни аҹы дүшүнҹәләрә далмаға вадар еләди!

Бәли, һөрмәтли Нобел! Јахшы сөз демәјә нә вар ки!? Әсас ону јеринә јетирмәкдир, она әмәл еләмәкдир! Бу әмәл јохдурса, о сөзүн һеч гара гәпик гәдәр ҹәмијјәтә хејри јохдур!

Сағ ол, елоғлу! Һөрмәтлә!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 361
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

«Bloqqerlər azad olunsun»

B58308B9-11F1-4813-A80A-850C616D54DB_mw270_s.jpg

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini gənc bloqqerləri həbsdən buraxmağa çağırır

Nyu-Yorkda yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini gənc bloqqerləri həbsdən buraxmağa çağırır. Təşkilatın yaydığı bəyanatda belə deyilir.

Qurumun Avropa və Orta Asiya Proqramının koordinatoru Nina Oqnianova deyir ki, «polisin dava-dalaşla tələ qurması Azərbaycanda tənqidi jurnalist və yazıçıları susdurmaq alətinə çevrilib».

JMK qeyd edir ki, iyulda həbs olunmamışdan bir neçə həftə əvvəl Milli və Hacızadə İnternetdə hökumətin siyasətini, sosial məsələləri tənqid edən satirik videolar yayıblar. Yerli sakinlərin fikirlərini də soruşublar, Youtube, Facebook, Twitterdə bütün bunları yayıblar.

JMK-nın bəyanatında deyilir ki, sentyabrın əvvəlindən, məhkəmə prosesi başlayandan, prosesdə ziddiyyətli ifadələr səslənib. Zərərçəkmişlər döyülmə səhnələriylə bağlı fərqli ifadələr veriblər.

Noyabrın 11-də bloqqerlər Emin Milli və Adnan Hacızadəyə 2 il yarım və 2 il iş kəsilib.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Emin və Adnana hökm oxundu

8983DB46-9C82-4296-9A5B-FFE7BF029ADF_w270_s.jpgEmin 2 il 6 ay, Adnan isə 2 il azadlıqdan məhrum edildiNoyabrın 11-də bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesi davam edib.

Səbail Rayon Məhkəməsində baş tutan prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Emin Millinin 3 il 6 ay, Adnan Hacızadənin isə 3 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkillər və bloqqerlər çıxış edib.

Emin Millinin vəkili Elton Quliyev dövlət ittihamçısının dediklərini siyasi sifariş adlandırıb:

«Necə çıxış etməyimizdən asılı olmayaraq hesab edirik ki, bu kabinetlərdə çıxarılmış qərardır. Bu Emin Milli və Adnan Hacızadəni vuran adamların məsuliyyətdən azad edilməsidir. Heç kimin haqqında belə ağır cəza istənilməyib, bu, bir siyasi tapşırıqdır. Bununla gələcək nəslin gözünün qorxutmaq istəyirlər. Bu iki gənci kimlərsə dövlətçiliyə qarşı təhlükə hesab edir. Bu istedadlı gənclərdən istifadə etmək əvəzinə 3 il 6 həbsxanada gizlətmək istəyirlər ki, gənclərin gözü açılmasın. Azərbaycan məhkəmələri icra hakimiyyətindən asılıdır. Siz də cənab hakim, icra hakimlərindən asılısınız».

Adnan Hacızadənin vəkili İsaxan Aşurov deyib ki, hazırda beyinlə fiziki gücün mübarizəsi gedir .

Adnan Hacızadə çıxış edib: «Dünən gənclər günü idi, bizə hökm verilməsi gəncliyə hədiyyədir». O, Emin Millinin həyat yoldaşının Amerikanın nüfuzlu universitetlərindən birinin doktoranturasında oxuduğunu və himayəsində iki yaşlı şəxsin olduğunu nəzərə alıb onun azadlığa buraxılmasını istəyib.

Emin Milli də məhkəmədə son söz deyib: «Mən inandığım ideyalar uğrunda istənilən cəzanı çəkməyə hazıram». Bu sözlərdən sonra zal onu alqışlayıb, «Azadlıq» şüarları səsləndirilib. Məhkəmə nəzarətçiləri insanları sakitləşdirməyə çağırıblar.

Məhkəmə müşavirədən qayıdandan sonra hökmü elan edib – Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib.

Adnan Hacızadə və Emin Mİlli bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Məhkəmənin qarşısında etiraz aksiyası

7DA453A1-AEC8-4E3C-A313-18212FD21408_w527_s.jpg Səbail Rayon Məhkəməsi qarşısında aksiya

Noyabrın 11-də bloqqerlər Emin Milli və Adnan Hacızadə haqqında hökm çıxaran Səbail Rayon Məhkəməsi qarşısında aksiya keçirilib.

Hökmə etiraz edən şəxslər «Azadlıq», «İlham, gənclərdən əlini çək!» şüarlarını səsləndiriblər.

Aksiya polis müdaxiləsi olmadan başa çatıb.

Məhkəmə Emin Millini 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edib.

Bloqqerlər bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

MƏHKƏMƏNİN QARŞISINDAN FOTOLAR

DE62C344-F60D-476A-99B8-F719AE408A54_w527_s.jpg

036C9DD5-4926-460B-8FB8-CC703B329BCD_w527_s.jpg

06C38468-B626-437E-9007-35F3B4DF4537_w527_s.jpg

9D0B0130-B4B1-4828-AC8F-653D7CC940CA_w527_s.jpg

2847368A-7370-4631-9469-3DFD6E01D2CE_w527_s.jpg

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

AŞ-nın Baş Katibi Azərbaycanın üzvlüyünə yenidən baxılmasını istisna etmir

Avropa Şurasının Baş katibi Turbyörn Yagland Azərbaycanın bu qurumda üzvlüyünün dayandırılması ehtimalını istisna etmir. O, gənc bloqqerlərin həbsi və Azərbayucanda söz azadlığının vəziyyətinə dair AzadliqRadiosu və "Turan" informasiya agentliyinə bu gün verdiyi müsahibəsində deyib ki, həqiqətən də Avropa Şurasının vəziyyəti dərhal dəyişmək, ona təsir etmək gücündə olan mexanizmləri yoxdur:

"Amma biz inanırıq ki, həm ümumilikdə, həm də misalçün elə bloqqerlərin işində Azərbaycanın AŞ-dakı üzvlüyünün faydası olacaq. Biz gərək səbrlə Azərbaycana təsirimizi davam etdirək. İnanırıq ki, Azərbaycanın AŞ-da olması bu ölkədəki müsbət proseslərin inkişafına kömək edəcək.

Əgər vəziyyət əks tərəfə inkişaf edərsə, təbii ki, ölkənin bu qurumdakı üzvlük məsələsi gündəliyə gətiriləcək, cünki Aş-a ancaq bu qurumun standartlarına və dəyərlərinə uyğun olan dövlətlər üzv ola bilər" – deyə baş katib bildirib.

(T.Yagland AzadlıqRadiosu və Turan informasiya agentliyinə verdiyi müsahibədə belə deyib. Musahibənin tam mətni tezliklə saytımızda yerləşdiriləcək.)

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

AB Milli və Hacızadənin həbsindən təəssüflənir

Avropa Birliyi (AB) Emin Milli və Adnan Hacızadənin həbsindən təəssüflənir. Birlik rəhbərliyi adından yayılan bəyanatda deyilir ki, Azərbaycanda ifadə azadlığının vəziyyəti pisləşməşməkdə davam edə bilər.

AB təəssüflənir ki, məhkəmə dinləmələri zamanı müvafiq hüquqi proseduralar olmayıb.

Birlik rəhbərliyi xatırladır ki, Azərbaycan ATƏT və Avropa Şurasına qoşularkən, həmçinin AB ilə münasibətlərdə demokratik prinsiplərə, yaxşı idarəetmə, insan haqları və qanunun aliliyinə hörmət edəcəyi barədə öhdəliklər götürüb.

Birlik rəhbərliyi bir daha demokratik institutların inkişaf etdirilməsində Azərbaycana yardım etməyə hazır olduğunu bildirib.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Milli və Hacızadə «vicdan məhbusları» elan oldu

Amnesty İnternational təşkilatı Emin Milli və Adnan Hacızadəni «vicdan məhbusları» elan edib.

Təşkilatın Avropa və Mərkəzi Asiya proqramının direktoru Nikola Dukvors deyib ki, iki fəala qarşı ittihamlar saxta olub, bu ifadə azadlığını boğmağa və hökumətə qarşı tənqidlərinə cavab olub. Təşkilat Azərbaycan hökumətini gəncləri dərhal və şərtsiz azad etməli olduğunu bildirir.

Amnesty İnternational polis və məhkəmə orqanının bloqçuların işini obyektiv araşdırmamasından da narahat olduğunu bildirib.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Avropa Birliyi Azərbaycana öhdəliklərini xatırladır

8AC33378-100C-4FF4-967B-A6BE866A7276_mw270_s.jpg Birlik rəhbərliyi bir daha demokratik institutların inkişaf etdirilməsində Azərbaycana yardım etməyə hazır olduğunu bildirib

[/font]Avropa Birliyi (AB) Emin Milli və Adnan Hacızadənin həbsindən təəssüflənir. Birlik rəhbərliyi adından yayılan bəyanatda deyilir ki, Azərbaycanda ifadə azadlığının vəziyyəti pisləşməkdə davam edə bilər.

AB təəssüflənir ki, məhkəmə dinləmələri zamanı müvafiq hüquqi proseduralar olmayıb.

Birlik rəhbərliyi xatırladır ki, Azərbaycan ATƏT və Avropa Şurasına qoşularkən, həmçinin AB ilə münasibətlərdə demokratik prinsiplərə, yaxşı idarəetmə, insan haqları və qanunun aliliyinə hörmət edəcəyi barədə öhdəliklər götürüb.

Birlik rəhbərliyi bir daha demokratik institutların inkişaf etdirilməsində Azərbaycana yardım etməyə hazır olduğunu bildirib.

Noyabrın 11-də bloqqerlər Emin Milli və Adnan Hacızadəyə 2 il yarım və 2 il iş kəsilib.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Tənqidçi gənclik haqqında bir neçə söz

6430F4FD-3B74-48F5-8ECD-E4CECF5C2098_mw270_s.jpg Emin Milli və Adnan Hacızadə

Uinston Çerçill deyirdi ki, gəncliyində inqilaba meyli olmayan adamın ürəyi yoxdur. İki bloqqerin həbsi haqda düşünərkən bu fikri xatırlamamaq olmur.

Bu hadisə Azərbaycan reallığında artıq hər cür özbaşnalığın baş verəcəyini deməyə əsas verir. Siyasətlə elə bir əlaqəsi olmayan və daha çox müstəqil insanlar olan iki gənci həbsdə saxladılar, hamı fikirləşirdi ki, güman ki, onlar həbs edilməyəcək, amma tərsinə oldu. «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid, yazar Mirzə Sakit, böyük təqiblərə məruz qalan Aqil Xəlil ilə necə rəftar edilmişdisə gənclərlə də belə rəftar olundu.

Amma bütün bunlar bəlkə də ötəri epizoddur, çünki belə təqiblərin son nəticəsi etiraz dalğalarını daha da artırır. Sadəcə ürəklərdə bir nisgil qalır. Bu nisgili yaradan səbəblərdən biri də budur ki, indi maraqlı qəliblər peyda olub: tənqidçi jurnalistlər, tənqidçi gənclər və s. Sanki belə qəliblərlə ölkədə etirazların az olduğunu, etiraz edənlərin kiçik bir azlıq olduğunu iddia etmək istəyirlər. Ən maraqlısı isə budur ki, gənclər Konstitusiya günü ərəfəsində həbs edildilər.

SABAH KONSTİTUSİYA GÜNÜ OLACAQDI…

Konstitusiya günündə insan haqlarından və azadlıqlardan, ali sənəddə bunun nə qədər əks olunmasından bir xeyli danışdılar. Amma Azərbaycan Konstitusiyası daha çox hakim partiyanın nizamnaməsini xatırladır, özləri istədikləri kimi yozur, istədikləri qədər pozur, istədikləri vaxt dəyişdirirlər.

Eyni sözləri məhkəmələr haqqında demək mümkündür. Məhkəmələr də YAP-ın nəzarət-təftiş komissiyasına bənzəyir, onlar müstəqil qərar qəbul etmək iqtidarında deyillər.

Polşalı hüquq müdafiəçisi Marek Novitski deyirdi ki, bir ölkədə parlament lağa qoyulursa, onun haqqında lətifələr yayılırsa bu hələ fəlakət deyil, əsl fəlakət onda başlayır ki, bütün bunlar məhkəmə haqqında deyilsin.

Ölkə Konstitusiyası və eləcə də məhkəmələr çox tənqid olunub. On beş ildə Konstitusiyaya iki dəfə dəyişiklik edilib və bu «dövrün tələbləri» ilə izah olunub, amma son nəticədə məlum olub ki, əsas məqsəd sülalə hakimiyyətini bərqərar etməkdir.

Konstitusiya görə həbs edilən iki gəncin heç bir təqsiri yox idi. Hakimiyyət haqda tənqidi fikirlər söyləmək hər bir vətəndaşın konstitusion hüququdur. Bundan sonra Konstitusiya haqda pozitiv fikir söyləmək mümkündürmü?

Konstitusiya ictimai müqavilənin əsas formasıdır. Prezident əlini Konstitusiyanın üstünə qoyub and içir. Bəs onda bu nədir? Növbəti teatrmı? Kommunist kimi yatıb, demokrat kimi oyananlar bunun fərqində deyil. Onları daha çox qəliblər və qadağalar düşündürür. Amma yasaqlar və qadağalar bumeranq kimidir. Bunu da unutmaq olmaz...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

«Gənclərin həbsi Azərbaycanda hökumətə tənqidi yanaşanlara sərt mesaj oldu»

75D84CA1-1573-458B-9848-5BC5FB5A7464_mw270_s.jpg

«Emin Milli və Adnan Hacızadənin həbsi Azərbaycanda ifadə azadlığı sahəsində geriyə doğru addımdır».

Human Rights Watch təşkilatının bəyanatında deyilir ki, Azərbaycanda tənqidi və satirik şərhlərə görə jurnalistlərin saxta ittihamlarla cəzalandırılmasının çoxdankı təcrübəsi var.

Təşkilatın Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Goqia bildirib ki, «Milli və Hacızadəyə qarşı proses də buna nümunədir».

Qoqia əlavə edib ki, «gənclərin həbsi Azərbaycanda bloqçulara və hökumətə tənqidi yanaşanlara sərt mesaj vermiş olur. Bu Azərbaycanda hökumətin ifadə azadlığına qarşı artan ədavətini əks etdirir».

Human Rights Watch Azərbaycan hökumətini bloqçuların apelyasiya şikayətini hərtərəfli araşdırmağa çağırır.

Noyabrın 11-də bloqçular Emin Milli və Adnan Hacızadəyə 2 il yarım və 2 il iş kəsilib.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Freedom House bloqcuların həbsini kəskin pisləyib

1FECFE52-9C62-493A-95A1-890AC7B115B5_mw270_s.jpg

Freedom House təşkilatı Azərbaycanda gənc blokçuların həbsindən dərin narahatlıq bildirib.

Təşkilatın yaydığı bəyanatda deyilir ki,

bu addım bloqçuları susdurmağa , mediyaya qarşı yönəlib.

Təşkilatın icraçı direktoru Jennifer Windsor bildirib ki, gənc bloqçular Adnan Hacızadəylə Emin Millinin həbsi Azərbaycanda azad ifadə və daima

haqsızlıqlarla üzləşən adi vətəndaşların vəziyyətinin bərbat, ağır olmasından xəbər verir.

Bəyanatda daha sonra deyilir ki, Avropa Şurası və ATƏT - də daxil olmaqla hökumət və qeyri hökumət təşkilatlarının müşahidəçiləri Azərbaycanda söz azadlığının vəziyyətini dəfələrlə kəskin tənqid ediblər.

AzadAvropa və AzadlıqRadiosu, habelə BBC kimi ölkədə fəaliyyət göstərən beynəlxalq radiolar maneələrlə üzləşirlər və ola bilsin ki, hakimiyyət növbəti bələdiyyə və parlament seçkiləri ərəfəsində kütləvi informasiya vasitələri üzərində daha kəskin nəzarət tədbiq etməyə hazırlaşır.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Mitinqçiləri döyən iki polis zabitinin məhkəməsi başlayıb

Ermənistan iki polis zabiti mitinqçilərə həddən artıq güc işlətmək ittihamı ilə məhkəməyə çıxarılıb. Onları 2008-ci ildə keçirilən prezident seçkisinin elan olunan rəsmi nəticəsinə etiraz aksiyası zamanı Yerevanda iki mülki vətəndaşı döyməkdə ittiham olunurlar.

Əgər hakim onları bu işdə günahkar bilsə, polis zabitlərini ən azı ağır cərimə, polisdə işləməyə qadağa, yaxud da ən çoxu dörd ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Zabitlər ittihamə qəbul etmirlər. Vəkilləri də onların sadəcə olaraq qurbanlıq quzular olduqlarını deyiblər.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Dünya Bloqqerləri Forumu Emin və Adnanı müdafiə edir

Buxarestdə toplaşan Dünya Bloqqerləri Forumu internet sahəsində azadlıqlara, söz azadlığına qarşı hər hansı repressiyaları pisləyib. Forumun saytında yayılan bəyanatda qeyd edilir ki, milli və beynəlxalq internet istifadəçilərinin hüquq və azadlıqları bütün dövlətlərdə eyni olmalıdır.

Onlar yazırlar ki, bloqlarda fəaliyyət fundamental azadlıqların və insan haqlarının ayrılmaz hissəsidir və internet istifadəçilərinin fikir azadlığından rahat istifadə etmələrinə şərşərait yaradılmalıdır.

Dünya Bloqqerləri Forumu bildirir ki, onlar bu sahədə Azərbaycandakı vəziyyətdən narahatdırlar və internetdə azad səsin ifadəsi və Dünya Bloqqerləri Ailəsinin üzvləri kimi Emin və Adnanı müdafiə edirlər.

Noyabrın 11-də bloqqerlər Emin Milli və Adnan Hacızadə xuliqanlıqda ittiham olunaraq iki il yarım və iki il müddətinə azadlıqdan məhrum edilib. İnsan haqları fəalları ittihamın əsassız olduğunu və onların əslində hakimiyyəti tənqid etdiklərinə görə tutulduqlarını deyirlər.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Avropa Birliyi iqtisadi böhrandan çıxdı

Avropa Birliyində İkinci Dünya müharibəsindən bəri ən ciddi iqtisadi böhrandan rəsmən çıxıb.

Rəsmi məlumata görə iqtisadiyyatda 15 ay davam edən enişdən sonra son üç ayda avro pul vahidi işlədən 16 ölkədə 0.4 faiz artım qeyd alınıb.

Amma hələlik Birliyə daxil olan 27 ölkənin hamısının böhrandan çıxdığını söyləmək mümkün deyil. Son üç ayın nəticələrinə görə xüsusilə İspaniya iqtisadiyyatında eniş davgam edib.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Rusların YouTube-da korrupsiya videoları davam edir

Rusiyanın keçmiş prokuroru və iki polis əməkdaşı keçmiş işçilərini korrupsiyada ittiham edən videogörüntüləri internetdə YouTube video paylaşma portalına yerləşdirib.

Keçmiş prokuror Qriqori Çekalin və keçmiş polis mayoru Mixail Yevseyev iddia edir ki, 2005-ci ildə bir yanğın hadisəsinə görə günahsız adamlar həbs olunub. Başqa bir videoda polis bir iş adamını təqib edir.

İddiaya görə bu təqib tapşırığını polis iş adamının biznes rəqiblərindən alıbmış. YouTube-a yerləşdirilən başqa bir videoda isə yol polisi əməkdaşı iş yerində həmkarlar təşkilatına qoşulduğu üçün onu işdən çıxartdılarını iddia edir.

Bir qədər əvvəl də bir polis mayoru öz həmkarlarını korrupsiyada ittiham edən videonu YouTube portalına yerləşdirdiyi üçün işdən azad edilmişdi.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Tarixi binanın sökülməsi təhlükəsi ciddiləşir

7AA814A8-F0CB-4D1E-B938-4C794BB2F02C_w527_s.jpg Neftçilər pospekti 95\97 saylı bina

Sevda İsmayıllı

«Qız Qalasının yanındakı tarixi binanın suyunu, qazını və işığını kəsiblər».

Bu fikir noyabrın 13-də Mətbuat Mərkəzində Tarix, Mədəni və Təbii İrsi Qoruma İctimai Nəzarət Komitəsinin Neftçilər pospekti 95\97 saylı binanın vəziyyəti ilə bağlı keçirdiyi tədbirdə səslənib.

Komitənin əlaqələndiricisi Aytəkin İmranova bu binanın 1885-ci ildə tikildiyini, tarix-mədəniyyət abidəsi sayıldığını və İçərişəhər qoruğunun ərazisinə daxil olduğunu bildirdi. O, binanın heç bir mütəxəssis rəyi olmadan «qəzalıdır» iddiası ilə sökülmə cəhdinin qanunlara zidd olduğunu diqqətə çatdırdı:

«Bütün qanunların maddələrini poza-poza Azneftdə 30-a qədər bina dağıdıldı. İndi bir balaca təkan, sel olsa, İçərişəhərin nə hala düşəcəyini təsəvvürünüzə gətirin. Çünki dağıdılan binaların yerində buldozerlər işlədi, tunel-tikinti texnikası cövlan elədi. Dövlət əhəmiyyətli tikinti deyə-deyə orda neçə ulduzlu otel tikdilər».

Binanın sakini Xanlar Bayramzadə isə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şifahi göstərişi əsasında onları mənzillərindən çıxarmaq istədiklərini bildirdi. O, prezidentin ötən il imzaladığı fərmanla qoruq ərazisində olan abidələrin, o cümlədən yaşayış sahələrinin də qoruğun balansına daxil edildiyini xatırlatdı:

«Bəs elədirsə, Qoruq İdarəsi niyə susur? Niyə mövqeyini bildirmir? Mənim hüququm, şərəf və ləyaqətim alçaldılır».

Başqa bir sakin - Qurban Əliyev isə BŞİH və Səbail rayon İcra Hakimiyyəti rəsmiləri tərəfindən binadan çıxıb getmək təklifi aldıqlarını söylədi:

«Təzyiq üçün işığımızı, qazımızı, suyumuzu da kəsdilər. Sabah orda hasar görsəniz, təəccüblənməyin. Binada 13 ailə yaşayır. Mağazalar var, mənim dükanımda 10 min manatlıq mal var. İşıq da kəsilib. Mən nə etməliyəm?».

Qurban Əliyev noyabrın 12-i BŞİH-də olduqlarını, onlara hər kvadratmetr üçün 2500 ABŞ dolları təklif olunduğunu bildirdi. O, sakinlərin bu məbləğlə razılaşmadıqlarını bildirdi:

«Bu, mənim mülkiyyətimdir, əgər dövlətə lazımdırsa, gəlsin, ya mənə uyğun yer versin, ya da qanuna uyğun bazar qiymətini ödəsin».

Tarix, Mədəni və Təbii İrsi Qoruma İctimai Nəzarət Komitəsinin əlaqələndiricisi Aytəkin İmranova isə binanın qəzalı olmadığını bir daha vurğuladı:

«Necə olur ki, Elmi Bərpa İnstitutunun mütəxəssisləri onu qəzalı hesab etmirlər, tanınmış memar Şamil Fətullayev rəy yazır ki, fundamental binadır, ancaq binaya sökülmə göstərişi verilir? Azneftdəki başqa binalarda da eynən belə oldu. Fövqəladə Hallar Nazirliyinin bir aktı ilə darmadağın etdilər».

Aytəkin İmranova bunu bəhanə adlandırdı: «Dövlətin borcu öz tarix və mədəniyyətini qorumaqdır. Otel tikdirmək, yol genişləndirmək bəhanəsi ilə onu məhv etmək deyil! Burada söhbət şəxsi mənafelərdən, ambisiyalardan gedir, dövlətin mənafeyindən yox!».

İttiham olunan qurumların məsələyə münasibəti məlum deyil.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Qanunlar onları pozmaq üçündür…

57463F8F-168A-4842-89A0-7BAE98B92425_w527_s.jpg

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Diffamasiya və ifadə azadlığı müzakirə olunur

Bu gün «Azərbaycanda diffamasiya və ifadə azadlığı» mövzusunda konfrans işinə başlayıb. Konfransın təşkilatçısı Avropa Şurası və Mətbuat Şurasıdır.

Avropa Şurasının Bakı nümayəndəliyindən verilən məlumata görə, konfransda Azərbaycanda ifadə azadlığının vəziyyəti, diffamasiya haqqında qanunun qəbulu və ya digər qanunvericilik dəyişikliklərinə olan ehtiyac məsələləri ətrafında müzakirələr a p a rılacaq.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Piter Semnebi Gəncəyə gedib

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Gəncəyə gedib.

ANS Press-in məlumatına görə Piter Semnebi deyib ki, səfərdə məqsədi ölkənin ikinci şəhəri , habelə yerli camaatın güzaranı ilə tanış olmaqdır.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bloqçular öz həmkarlarının həbsinə laqeyd qalmadılar...

6430F4FD-3B74-48F5-8ECD-E4CECF5C2098_mw270_s.jpg Bu həftə bloqosferada iki ad - Emin Milli və Adnan Hacızadənin adı daha çox çəkildi

Sevinc Hüseynzadə

Başqa cür ola da bilməzdi, bloqçular öz həmkarlarının həbsinə laqeyd qalmadılar... Bu həftə bloqosferada iki ad - Emin Milli və Adnan Hacızadənin adı daha çox çəkildi. Bütün postlarda Səbail Rayon Məhkəməsinin hökmü pisləndi, bloqçular Emin və Adnanın həbsinin demokratiyaya növbəti dəyən zərbə adlandırdılar.

Hökm

Uçan xalçalar və qırıq xətlər diyarından yazan bloqçu Emin və Adnanın son məhkəməsinin hər zamankı saatda keçirilmədiyinin səbəbsiz olmadığını yazır. Bloqçu qeyd edir ki, Azərbaycan hökuməti bir daha sübut etdi ki, hər şeyə qadirdir – «məhkəmədə təqdim olunan bütün sübutlar qəbul edilmədi. Bu göstərdi ki, hökumət beynəlxalq təşkilatların, qurumların, fərdlərin sözlərini, tələb və çağırışlarına əhəmiyyət vermir... Bu gün görürük ki, ədalət yoxdur - son hökm buna nümunədir».

***

Demokratiyaya həbs, köləliyə dəstək

«Məhkəmənin lap əvvəlindən komediyadan başqa bir şey olmadığı, prosesin necə bitəcəyi məlum idi. Bütün sübutlar bu işin qurama olduğunu göstərirdi. Polislərin belə yalan şahidlik etdiyi açıq görünürdü. Amma bizim məhkəmə ölkəmizə xas qərar çıxardı. Sübut elədi ki, bizdə demokratiyaya həbs, kölələrə isə dəstək var». Journaleast yazır ki, ittiham kürsüsündə əyləşən Emin və Adnan xoşbəxt görünürdü: «Həbsə getdikləri üçün yox. Azad olduqları üçün. Azadlıqda məhbus, kölə olmaqdansa, həbsxanada azad insan olmağı üstün tutduqları üçün».

Bloqçu deyir ki, demokratiyanı həbsxanalarda axtarın, çünki demokratiya Azərbaycanda həbsə məhkumdur. «Azadlıqda olanların da yolu oradır. Estetik demokratiyamızın qaydalarına görə».

***

Devrimsol da bloqçuların həbsindən yazıb.

«Eynullanın məhkəməsində (red- Eynulla Fətullayev) hakim ağıllı, təmkinli, intellektual birisi təsiri bağışlayırdı. Bu cür rəyin mənim sadəlövhcəsinə irəli gəldiyini və necə yanıldığımı o özü sübut etdi. Onun dilindən səslənən «8,5 il həbs cəzası» məni zəhər kimi reallığa qaytardı. İllüziyaya baxın – elə bilirdim, zahiri effektinə uyğun olaraq, bur tip adamlar qəddar və haqsız sifarişləri gözlərini yummadan yerinə yetirmək xislətindən uzaqdırlar.

Sonra misallar qar topası kimi çoxaldı. Sonuncu misal 2 bloqqerə çıxarılan hökm oldu.

Hökmü hazırlayan, sifariş verən və icra edәnlәri ictimai qınaqla qorxutmaq - əfəllikdir. Onlar üçün bu qınaq – boş bir səsdir. Onların әmәlinin cavabı da bu qınaq yox, yeni cinayət işləri olmalıdır».

Vəfa, Əli Novruzov, Şeytana simpatiyası olan bloqçular da öz gündəliklərində Emin və Adnan haqda yazıb.

***

Azərbaycan bayrağı yenidən tərsinə asıldı

Firudin Allahverdinin son postu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciətdir. O, yazır ki, oktyabrın 29-da nazir Moskvada AMOR təşkilatının tədbirində iştirak edən zaman Azərbaycan bayrağı tərsinə asılıb. İndi Firudin nazirdən məsələyə aydınlıq gətirməsini istəyir.

«Azərbaycanlı tələbə gənclərlə görüşünüz keçirilən tədbir salonunda, Sizin əyləşdiyiniz masanın üzərindəki Azərbaycan Respublikasının atributu olan dövlət bayrağı tərsinə asılmışdır. Sözsüz ki, Azərbaycanın Rusiyadakı səfiri kimi Siz Dövlət atributuna bəslənən bu «münasibət»ə öz etirazınızı bildirməli və reaksiya verməli idiniz. Amma çox təəssüf ki, bu Sizin tərəfinizdən edilmədi.

Çoxları Sizdən bir səfir kimi bu məsələyə aydınlıq gətirəcəyinizi ümid edirdi. Təəssüf ki, bu ümidlər də puça çıxdı. Nəzərinizə çatdıraq ki, dövlət atributuna hörmətsizliyə biganə qalmağınızla Siz həm mədəniyyət işçisi kimi, həm də Azərbaycan Respublikasının səfiri kimi fəaliyyətinizi sual altına qoymuş oldunuz».

***

Mahir qadınlarımızı indidən alqışlayaq!

İlqar Məmmədov bloqunda bələdiyyə seçkilərində qadınların daha çox şanslı olduğunu yazır.

«Bələdiyyə seçkilərində qeydiyyat bitdi. 28515 aday 15682 yer uğrunda yarışacaq. Bir yerə 1,8 a- Demək, çox bələdiyyədə rəqabət heç yoxdur da - yerlərin və adayların sayı az qala eyni!

Bu il qadınlar super bacarıq göstərəcək. 5900 qadın adayın ən azı 4500-ü seçiləcək. Kişilərdə seçilmə şansı 50%-dən aşağıdırsa, qadınlarda 76%-dən çox olacaq!

Gənclər haqda statistik məlumatım yoxdur, amma onların da özəl kampaniya məharəti göstərəcəkləri fərz edirəm. Yəni, aralarında seçilmə faizi yüksək olasıdır. Onlara da yerlərin 1/3 ayrılıb».

***

Dost seçəndə ehtiyatlı olun

Şahin öz postunda maraqlı şəkil yerləşdirib. Mən də bölüşmək istədim

Telmansoy yazır ki, Gəncədə əksər insanlar «donuz qripi» təhlükəsi ilə təşvişə düşüblər. Hətta apteklərdən respirator alanlar da çoxalıb».

«Demək olar ki, apteklərdə qoruyucu maskalar olan respiratorlar çətin tapılır. Amma şəhərdə maska ilə gəzənləri çox görmək mümkün deyil. Bəs maraqlıdır elə apteklərdə cəmi bir neçə respirator var idi ki, indi tapılmır ?! Başqa məqam odur ki, 20 qəpiyə olan maskalar indi 50-60 qəpiyə satılır - olan apteklərdə. Hər vəziyyətdən istifadə etməyi yaxşı bacarırıq və ya bacarırlar."

***

Heç «donuz qripinə» də şer həsr edərlər ?

Niyə də olmasın, İfritə sevgi, məhəbbətdən, münasibətlərdən bezib indi də «donuz qripi»ni öz ilham pərisi elan edib. Bu da 3 sətirlik şeri :

Qrip keçir, quşluq qalır...

Qrip keçir, donuzluq qalır...

Yaxşı ki, eşşək qripi yoxdur, yoxsa o da keçərdi.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Məhkəmə Sürət Hüseynovun silahdaşını azadlığa buraxıb

Bakı Apellyasiya Məhkəməsində 1994-cü ilin oktyabrında çevriliş cəhdində iştirakda təqsirli bilinən Əli Əbdürrəhmanovun işi üzrə iclas keçirilib.

Bakı Apellyasiya Məhkəməsindən AzadlıqRadiosuna verilən məlumata görə, Əbdürrəhmanov keçmiş baş nazir Surət Hüseynovun silahdaşı olub.

İbtidai istintaq orqanı onu 1994-cü il oktyabrın 4-də Surət Hüseynovun hakimiyyəti ələ keçirmək üçün hazırladığı çevrilişə cəhddə iştirak etməkdə təqsirli bilmişdi. Əli Əbdürrrəhmanov həmin vaxtdan axtarışda olub və 14 il sonra – 2009-cu ilin əvvəlində həbs edilmişdi.

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə Əli Əbdürrrəhmanova 4 il azadlığın məhdudlaşdırılması cəzası kəsmişdi.

Bakı Apellyasiya Məhkəməsi isə Əli Əbdürrəhmanov həbs edilərkən barəsindəki cinayət işinin müddətinin ötdüyünü nəzərə alaraq onun barəsindəki hökmü ləğv edib.

Maraqlıdı, bunlardan qorxub deyə, buraxıb?)

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bloqqerlərin həbsinin etirazlarına etiraz

4D986D00-A56A-4295-8375-A179CDD75C14_mw270_s.jpg

Məlumatda deyilir: "Xarici islər nazirinin müavini Vaqif Sadiqovla keçirilmis görüslərin mövzusu Emin Abdullayev (Emin Milli – red.) və Adnan Hacizadə barəsində qaldirilmis cinayət işi üzrə Səbail Rayon Məhkəməsinin qəbul etdiyi qərarla bagli Norveçin Azərbaycandaki səfirliyinin 11 noyabr tarixli bəyanati və Almaniyanin Azərbaycandaki səfirliyinin 12 noyabr tarixli mətbuat üçün məlumati olub.

Nazir müavini V.Sadiqov xarici səfirliklərin sənədlərində əks olunmus fikirlərin Azərbaycan tərəfindən təəccüblə qarsilandigini və böyük təəssüf dogurdugunu diplomatlarin nəzərinə çatdirib. Bildirilib ki, məhkəmə prosesi Azərbaycan Respublikasinin qanunvericiliyinin tələblərinə uygun və prosessual qaydalara riayət edilərək keçirilib, o cümlədən məhkəmənin isinin səffafligi təmin edilib və onun mətbuat tərəfindən isiqlandirilmasi üçün bütün sərait yaradilib.

Səfirliklərin qeyd olunmus sənədlərində yer tapmis fikirlər tam əsassiz, ölkələrimiz arasindaki münasibətlərin səviyyəsinə uygun olmayan və onlarin inkisafina təsirə edə bilən, Azərbaycanin daxili islərinə qarismaq cəhdi və qəbulolunmaz kimi qiymətləndirilib.

Öz növbəsində hər iki diplomat görüslərdə qaldirilmis məsələyə dair Azərbaycan tərəfinin mövqeyini öz rəsmi qurumlarina çatdiracaqlarini bildiriblər".

Noyabrin 11-də Səbail Rayon Məhkəməsi gənc fəallar Emin Millini 2 il 6 ay, Adnan Hacizadəni 2 il müddətinə azadliqdan məhrum edib. Gənclər bu il iyulun 8-də "Livan" restoraninda bas verən münaqisədə - xuliqanliq və qəsdən saglamliga az agir zərər vurmada təqsirli biliniblər. Onlar ittihamlari qəbul etmir və həbslərinin sifarisli oldugunu deyirlər.

Norveç və Almaniya səfirlikləri məhkəmə hökmünü qinayiblar.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Amnesty International bloqqerlərə dəstək kampaniyasına başlayıb

3716B86B-F7C6-4CDD-AD99-C73AD0ED18BC_mw270_s.jpg

Amnesty International hüquq-müdafiə təşkilatı həbs edilmiş bloqqerlər Adnan Hacızadə və Emin Milliyə dəstək kampaniyasına başlayıb.

Təşkilatın 16 noyabr tarixli press-relizində işin mahiyyəti açıqlanıb və bütün xeyirxah insanlar İ. Əliyevin adına bloqqerlərin dərhal və şərtsiz azad edilməsi haqqında tələb göndərmək çağırışı yer alıb.

«Onlar vicdan məhbusu kimi tanınıblar və yalnız öz fikirlərini dinc şəkildə ifadə etdiklərinə görə həbs ediliblər».

Press-relizdə Azərbaycan prezidentinin, habelə müraciətin surətinin göndərilməsi üçün ədliyyə nazirinin və ombudsmanın faks nömrəsi və elektron poçtu göstərilib.

Xuliqanlıqda təqsirləndirilən bloqqerlər Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq-müdafiə təşkilatları onlara qarşı irəli sürülən ittihamları qondarma adlandırır və bloqqerlərin azadlığa buraxılmasını tələb edir.

Turan

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Andreas Qross bloqqerlərin həbsini biabırçılıq adlandırıb

«Bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsi biabırçılıqdır», - Avropa Şurasının Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andreas Qross belə deyib.

O, İsveçrədə Azərbaycan Mədəniyyəti ili çərçivəsində noyabrın 16-da Basel Universitetində geniş dinləyici auditoriyası qarşısında «Neftdən zəngin, demokratiyadan yoxsul Azərbaycan» mövzusunda 2 saata yaxın məruzə edib.

Andreas Qross Azərbaycan hakimiyyətini kəskin tənqid edib. Avropa Şurasında təmsil olunan 47 ölkə içərisində ən rəzil durumda olan ölkənin Azərbaycan olduğunu bildirib. O, eyni zamanda Azərbaycanda demokratik qüvvələrin əzm və qərarlılıqla mübarizə və mücadilə .rmaqda olduğunu deyib və bunu sevindirici hal kimi qiymətləndirib.

Andreas Qross hazırda Avropa Şurası ölkələrinin öhdəliklərin yerinə yetirilməsi üzrə müşahidə komitəsinin üzvüdür.

Xuliqanlıqda təqsirləndirilən bloqqerlər Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq-müdafiə təşkilatları onlara qarşı irəli sürülən ittihamları qondarma adlandırır və bloqqerlərin azadlığa buraxılmasını tələb edir.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Qafqazda korrupsiyaya görə ən pis vəziyyət Azərbaycandadır

CD280EDA-062F-40A1-BFEC-FB93E9A70C8E_mw270_s.jpg

Kəbiran Dilavərli

«Transparency İnternational» beynəlxalq şəffaflıq təşkilatının noyabrın 17-də yayılan hesabatından dünya iqtisadiyyatının tədricən özünə gəldiyi və ölkələrin münaqişələrlə mübarizə a p a rdığı bir vaxtda dünyanın heç bir ölkəsinin korrupsiyadan xali olmadığı görülür.

SİYAHIDA 180 ÖLKƏ VAR

Onların çoxu 10 ballıq şkaladan 5 balla qiymətləndirilib. 0 ən yüksək korrupsiya göstəricisidir. 10 bal isə korrupsiyanın olmadığı deməkdir.

Təşkilat ölkələr üzrə 13 müxtəlif ekspert və biznes müşahidələri məcmusundan çıxış edərək hesabatı hazırlayıb.

Qeyri-stabil, müharibə və münaqişələrin hökm sürdüyü ölkələr siyahıda ən çox korrupsiyalaşmış ölkələr sırasında yer alır. Bunlar Somali (1,1), Əfqanıstan (1,3), Myanma (1,4), Sudan və İraqdır (1,5). Bu nəticələr göstərir ki, ən çox korrupsiyalaşmış ölkələr uzun müddət münaqişələrdə əziyyət çəkən ölkələrdir. Bu ölkələrdə idarəçilik strukturu yox olmaq həddindədir. Cəzasızlıq mühiti isə dövlət əmlakının talanmasına şərait yaradır.

ƏN YAXŞI YERLƏR HANSI ÖLKƏLƏRƏ AİDDİR?

«Transparency İnternational» təşkilatının sədri Biqet Label deyir ki, korrupsiyanın qarşısını almaq üçün güclü məhkəmə, yaxşı formalaşdırılmış audit, antikorrupsiya orqanlarının mövcudluğu, qanunun işləməsi, gəlirlərin, ayrılan yardımların şəffaflığı, müstəqil media üçün məkan və enerjili mülki cəmiyyət lazımdır.

Ən yaxşı nəticələr isə Yeni Zellandiya (9,4), Sinqapur (9,2) və İsveçrəyə (9) aiddir. Bu həmin ölkələrdə siyasi sabitlikdən, ictimai institutlarını mövcudluğundan irəli gəlir.

Cənub-şərqi Avropa ölkələri və Mərkəzi Asiya ölkələrində korrupsiya ciddi problem olaraq qalır. Bu regiona daxil olan bütün ölkələr 5 baldan aşağı balla qiymətləndirilib. Bu da həmin ölkələrdə ciddi korrupsiya problemlərinin olduğunu göstərir.

Avropa Birliyi üzvlüyünə namizəd olan Türkiyə və Xorvatiya isə öz mövqelərini daha da yaxşılaşdırıblar. Hətta Avropa Birliyinin üzvü olan Bolqarıstan və Rumıniyadan daha yuxarı bal toplayıblar. Türkiyə 4,4, Xorvatiya 4,1. Bolqarıstan və Rumıniya isə 3,8 balla qiymətləndirilib.

POSTSOVET MƏKANDA ƏN YAXŞI YERİ QAZAXISTAN TUTUR

Sovet İttifaqının keçmiş ölkələr isə keçən ilə nisbətən bu il mövqelərini yaxşılaşdırıblar. Ən yaxşı yer Qazaxıstana (2,7) aiddir. Bu ölkənin antikorrupsiya səyləri, 2010-cu ildə ATƏT-ə sədrliyi həyata keçirəcəyi ilə əlaqələndirir. Qazaxıstan regionda ən güclü iqtisadiyyatı olan ölkədir. Ancaq burada da korrupsiya sistemli xarakter daşıyır. Korrupsiya daha çox məhkəmə, polis, gömrük sahələrindədir.

2008-ci ildə Rusiya ilə müharibədən qaynaqlanan daxili siyasi problemlərinə baxmayaraq Gürcüstanın korrupsiya göstəricisi 3,9 baldan 4,1 bala qədər yaxşılaşıb. Gürcülərin və beynəlxalq ictimaiyyətin belə bir ortaq fikri var ki, Gürcüstanda xırda rüşvət aradan qalxıb, ancaq yüksək səviyyədə və məhkəmə sistemindəki korrupsiya təcrübəsi hələ də qalmaqdadır. Rusiya da az da olsa vəziyyətini yaxşılaşdırıb, 2,1-dən 2,7-ə qalxıb. Bunun da daha çox parlamentin yeni qəbul etdiyi antikorrupsiya qanunvericiliyi ilə bağlı olduğu bildirilir.

AZƏRBAYCANDA VƏZİYYƏT NECƏDİR?

Azərbaycan korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 143-cü sıradadır. Beynəlxalq Şəffaflıq Təşkilatı qeyd edir ki, keçən ilə baxandan Azərbaycanda vəziyyət cüzi də olsa yaxşılaşıb. Azərbaycan keçən ilki 1.9 ballıq yerdən bu il 2.3 bala yüksəlib. Təşkilat ehtimal edir ki, bu, hökumətin biznes mühitini yaxşılaşdırmaq və korrupsiyaya qarşı mübarizə sahəsində qərarları ilə bağlı ola bilər.

Təşkilatı hesab edir ki, korrupsiyanın cəmiyyətin bütün sahələrinə yayıldığı bir şəraitdə hökumətin korrupsiya mövzusunu ictimai təşkilatlarla müzakirə etməyə razılaşması müsbət inkişafdır. Amma hökumət korrupsiya əleyhinə qanunların icrası sahəsində vəziyyəti yaxşılaşdırmalıdır.

Azərbaycan korrupsiya sahəsindəki vəziyyətə görə Qafqazdakı bütün qonşularından geridədir.

Ermənistan keçən ilə baxandan bir qədər geriləsə də yenə də Azərbaycandan yuxarıda – siyahının 120-ci pilləsində qərar tutub.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Ədalət olmayanda...Ədaləti axtarın

EBD36FBB-DA6B-4821-83F8-FE17A7DECDBB_mw270_s.jpg

Emin Xəlilli

«Ə, NOOLDU MÜƏLLİM ADAMSAN…»

Xətai rayon Məhkəməsi. Mülki mübahisə gedir. Cavabdeh əmlakı əlindən alınan təxminən 50-60 yaşlı kişidir. Ortaboylu, qara bığlı, sifətindən qan daman fizika müəllimi. Hakim iddiaçını dinləyib, cavabdehə keçir. Müəllim ləngər vurub irəli çıxır, yerişindən səntirlədiyi açıq-aydın hiss olunur, gözləri daxili həyacanın şiddətindən hədəqəsindən çıxır. Birtəhər irəli-kürsüyə yaxınlaşır. Bədəni uçunur, özünü təqdim eləmək istəyir, alınmır, səsi havada sınır, dili-dodağı təpiyir, uçunan əllərini gizlətməyə yer axtarır, ancaq tapmır, boğazını bir də arıtlayır, nitqi batır…Hakimin səsi «Ə, nooldu, müəllim adamsan…»

Bu, məhkəmədəki azərbaycanlının ümumiləşmiş obrazıdır.

BOŞANMIŞ ƏR-ARVADIN FONDA ƏMLAK DAVASI MÜRACİƏTİ

Əlimdə rəsmi statistika yoxdur, amma bunsuz da təxmin eləmək mümkündür – Azərbaycanda məhkəmələrə müraciətlərin sayı baş verən hüquq pozuntularına adekvat deyil, yəni qanunsuzluğun «xirtdəyə» çıxdığı ölkədə məhkəməyə müraciətlərin sayı az və yaxud da çox azdır. Başqa sözlə, hüquq və qanuni mənafelərinin pozulduğunu iddia eləyən şəxslər, ədaləti bərpa edəcək instansiyalara deyil, daha çox problemin həlli perspektivi ilə heç bir üfiqi və şaquli bağlılığı olmayan kənar qurumlara, mahiyyətcə qeyri-hüquqi vasitələrə üstünlük verirlər. Anlaşıqlı olsun deyə praktikadan bir misal: Birgə nikah dövründə əldə etdikləri əmlakı bölə bilməyən keçmiş ər-arvad məhkəmə əvəzinə Heydər Əliyev Fonduna (!) müraciət eləyirlər.

MƏHKƏMƏLƏRİN DİSFUNKSİONALLIĞI

Bu fenomenal paradoksun mahiyyəti haqda düşünəndə ağıla ilk olaraq Azərbaycan məhkəmələrinin disfunksionallığı gəlir. Əksər avtoritar rejimlərdə – hərçənd indiki Azərbaycanda bunun daha çox mülayim formasından bəhs eləmək olar - məhkəmələrin ədalət mühakiməsi funksiyası atrofiyaya uğrayır, ədalətli məhkəmə araşdırması hüququ illuziya olur. Bu ortamda isə pozulmuş hüququ bərpa eləmək əziyyətli, bəzənsə mümkünsüz bir işə çevrilir, nəticə isə o olur ki, vətəndaş özü də bilmədən məhkəməni passiv boykot edir – ona ya müraciət etmir, ya da az edir.

ANCAQ TƏKCƏ BUMU? KREMLƏ MƏKTUBLAR…

Bu, situasiyanın görünən tərəfidir. Ancaq məsələyə başqa fokusdan yanaşanda digər maraqlı məqamlar ortaya çıxır. Keçmiş SSRİ zamanında, lap onun nisbətən ən sabit dövrü olan son iki onillikdə (70-80-ci illər) də Azərbaycanda məhkəmələrə müraciətlər çox azıydı, hətta indikindən də. Sovetlərdə rejim mahiyyətcə daha sərt və ideoloji idi, orda «məhkəmələrin müstəqil və yalnız qanuna tabe olduğu» deklarasiya olunmurdu, xalq məhkəmələri Kommunist Partiyasının direktivlərini fəaliyyətində rəhbər tuturdu, prokurorluqdan asılı idi, ancaq bütün bununla belə maraqlısı ondan ibarət idi ki, «işləyən pis qanunlarla» pozulmuş ədaləti bərpa eləmək mümkün idi və əksərən də belə olurdu.

Vur-tut o vaxtla indinin cüzi fərqi ondan ibrətdir ki, onda şikayətlər Kremlə göndərilirdi, indi başqa bir ünvana.

Deməli, azərbaycanlının məhkəməyə müraciət hüququndan yararlanmaması təkcə onun bu instansiyada ədaləti bərpa edə bilməyəcəyilə bağlı deyil.

BU İMTİNA HƏM DƏ KÖNÜLLÜ İMTİNA

Azərbaycanlının məhkəməyə müraciət hüququndan imtinası həm də könüllü imtinaya bənzəyir. İstənilən vəkildən soruşun – müştərilər onlara xəstəlik metastaz verəndə və «başqa vasitələr» alınmayanda müraciət eləyirlər. Yekunda müdafiə taktikası daha məhdud və səmərəsiz olur.

Azərbaycanlının məhkəmədən imtinasının onun ruhunun ziddiyyətli təbiəti ilə bağlılığı var.

«Heç düşmənimin də yolu burdan düşməsin!», «Bir bura, bir də xəstəxana…» - bu sözləri məhkəmə salonlarının önündə toplaşan insanların dilindən tez-tez eşitmək olur. Nə deməkdir bu replikalar? Məhkəmələrdə nə baş verir ki, başqa vaxt didib-parçalamağa hazır olduğun düşməninin belə yolunun «burdan» keçməyini istəmirsən? Ədalətsizlik barədə önyarğı? Axı proses hələ heç başlamayıb. Həbs qorxusu? Bu ki mülki işdir (Hələ mən son vaxtlar mülki işlərdə buzun sındığını demirəm).

RUHUN DƏRİNLİYİNDƏKİ ANARXİZM

Azərbaycanlı ruhunun dərinliyində latent anarxistdir. Onun dövlətə, onun atributlarına sosial etibarını və sayğıdolu reaksiyasını çox nadir hallarda müşahidə eləmək olur. Bu anarxizmin klassik anarxizmdən fərqisə onun xofa bələnməsidir. Azərbaycanlı məhkəmənin yanından keçəndə az qala qəbiristanlığın yanından keçirmiş kimi sürətini artırır – Bircə burdan tez keçim! Xofun mahiyyəti dərk olunmayanda qorxuya çevrilir. Özü də bu, yalnız adilərin maniyası deyil.

2005-ci ildən ölkədə sərbəst toplaşmaq azadlığı faktiki yasaqlanıb. Niyə siyasi partiyalar məsələni qanun müstəvisinə daşıyıb hüquqi davalar açmırlar? Hər seçkidən sonra kütləvi saxtakarlıq olduğu iddia olunur, partiya rəhbərləri əllərində bunu təsdiqləyən protokolların mövcudluğundan bəhs eləyirlər. Belədirsə, bəs nəyi gözləyirsiz? Heç olmasa Avropa Məhkəməsinə çıxmaq üçün yerli müdafiə vasitələrini tükəndirmək olmazmı? Nə qədər siyasi fəallar aksiyalarda döyülür, şikəst edilir, işdən çıxarılır, təqib edilir, ancaq məsələ ya məhkəmə müstəvisinə çıxarılmır, ya da çıxarılırsa, «bir atımlıq barıtla».

Məhkəmə xofunu götürmək üçün onunla yaxınlaşmaq lazımdır. İllah da ki «yaxınlaşmaq» üçün ortada saysız-hesabsız səbəblər varsa.

MƏHKƏMƏLƏRƏ MÜRACİƏT ELƏYİN!

Məhkəmələrə müraciət eləyin! Ən kiçik, ən lüzumsuz hüquq pozuntusunu belə mübahisələndirin. Qoy, bu saysız-hesabsız sənəd qalağının altında başlarını itirsinlər məhkəmələr.

Ərizəni özün yaza bilmirsənsə, dostundan-qardaşından xahiş elə! O da bacarmırsa, kəndinin, el-obanın ən oxumuşunun yanına get. O da kömək əlini əsirgəsə, başqa bir mirzə axtar! İşdi-şayət bunların heç biri alınmasa, vəkil-hüquqşünasa pulun-paran yetməsə, oturub özün necə bilirsənsə, elə də yaz.

Qoy, birinci məhkəmə haqqını yesin. Ruhdan düşmə, apellyasiya ver. Bil, burda da qanuna tüpürə bilərlər. Eybi yox, Ali Məhkəməyə kasasiya göndər. Orda da hər şey ola bilər. Onda Avropa Məhkəməsini dənə. Burdan nəsə gözləmək olar, ancaq məyusluq da var.

Əgər bütün bunların heç biri fayda verməsə, ölü sükuta dalma. Susmaq, gözləmək məhv olmaq deməkdir. Sənin olan haqqın sənə verilməsi üçün başqa mübarizə üsulları düşün. Əgər mövcud qanunlar sənin olan haqqın sənə qaytarılması yollarını tanımırsa, elə mübarizəyə də bu qanunların dəyişdirilməsindən başla. Mənim, sənin, onun tənbəl, hürkək, xoflu xasiyyətinə belə mübarizə ağır yükdürsə, onda elə özünü dəyişməkdən başla. Başqa cür sənin olan haqqı ala bilməyəcəksən.

Məqalədəki fikrilər müəllifin şəxsi mülahizələridir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

İnsan Haqları Evi Şəbəkəsi bloqqerlərin həbsini pisləyir

0F6612F7-4C34-4182-94CA-4A507515D9CA_mw270_s.jpg Bloggerlərin həbsinə reaksiyalar gəlməkdədir

İnsan Haqları Evi Şəbəkəsi Azərbaycanda gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmünün ədalətsiz olduğunu, dərhal bu iş üzrə yeni araşdırma a p a rılmasını tələb edir.

Bu barədə bu gün Şəbəkəyə qoşulan dünyanın müxtəlif ölkələrindəki 34 insan haqlarını müdafiə təşkilatı adından Azərbaycan hökumətinə müraciətdə qeyd olunur.

Müraciətdə deyilir ki, son vaxtlar Azərbaycanda baş verən hadisələr bu ölkədə insan haqları, xüsusilə də fikir azadlığının təmin olunması sahəsində arzuolunmaz vəziyyət yarandığından xəbər verir.

Oktyabr ayında təhqir atmaq ittihamı ilə beş jurnalist məhkəməyə çəkilib, onlardan ikisi azadlıqdan məhrum edilib. Nəticədə Azərbaycan ATƏT məkanında ən çox jurnalistin həbsdə olduğu bir ölkəyə çevrilib.

Oktyabrın 29-da isə Ədliyyə Nazirliyinin əməkdaşları Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda yoxlamalar .rıb.

Yerli insan haqları təşkilatları məlumat verir ki, bloqqerlər Emin Milli və Adnan Hacızadə döyüldükləri üçün polisə müraciət etsələr də polis hücum edənləri yox, onların özlərini xuliqanlıq ittihamı ilə həbs edib.

İnsan Haqları Evi Şəbəkəsi ayrıca bir müraciət də yayaraq, Azərbaycanda qeyri-hökumət təşkilatlarının üzləşdikləri problemlərdən narahatlıq ifadə edib. Müraciətdə deyilir ki, Ədliyyə Nazirliyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda bu quruma təzyiq kimi qiymətləndirilə biləcək bir yoxlama a p a rıb.

Şəbəkə bloqqerlər haqqında hökmü ədalətsiz hesab edir, Azərbaycan hökumətini bu işlə bağlı yenidən araşdırma .a p a rmağa və bütün beynəlxalq standartlara uyğun ədalətli məhkəmə prosesini təmin etməyə çağırır.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi seçdi

9F74FD5B-A08B-49D7-AC8C-20CF80806F36_w125.jpgCozef

Debona Qrexd

Aygün Muradxanlı

Noyabrın 18-də Maltalı deputat Cozef Debona Qrexd AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi seçilib. Xəbəri AzadlıqRadiosuna AŞPA-dakı qaynaq verib.

Qurumun Parisdə keçirilən toplantısında Azərbaycan üzrə həmməruziçiliyə Cozef Debona Qrexlə bərabər Norveç deputatı Lize Kristofersenin də namizədliyi irəli sürülüb. Xanım deputatın namizədliyini qurumun Azərbaycan üzrə eks-həmməruzəçilərindən Andreas Qross irəli sürüb. Ancaq səsvermədə xanım deputat rəqibindən az səs toplaya bilib.

Qurumun Azərbaycan üzrə fəaliyyətdə olan həmməruziçisi Yevgeniya Jivkova isə bu ölkəsi Bolqarıstanda keçiriləcək növbəti parlament seçkilərinə qatılmayacağını açıqlayıb.

Xanım Jivkova bundan sonra yalnız bizneslə məşğul olacağını bildirib.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Çexiya-Azərbaycan 0-1 (Canlı)

Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq turnirdə Azərbaycan və Çexiya milli futbol komandaları görüşür. Əl-Ayn şəhərində keçirilən bu oyunun qalibi turnirin bürünc medalını qazanır.

Oyunun 25-ci dəqiqəsinə Azərbaycan yığmasının oyunçusu Vaqif Cavadov topu başı ilə rəqib qapısından keçirdi.

Komandalar 0-1 hesabı ilə fasiləyə getdilər.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Çexiya-Azərbaycan 0-1 (Canlı)

Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq turnirdə Azərbaycan və Çexiya milli futbol komandaları görüşür. Əl-Ayn şəhərində keçirilən bu oyunun qalibi turnirin bürünc medalını qazanır.

Oyunun 25-ci dəqiqəsinə Azərbaycan yığmasının oyunçusu Vaqif Cavadov topu başı ilə rəqib qapısından keçirdi.

Komandalar 0-1 hesabı ilə fasiləyə getdilər.

Çexiya-Azərbaycan 0-2

Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq turnirdə Azərbaycan və Çexiya milli futbol komandaları görüşür. Əl-Ayn şəhərində keçirilən bu oyunun qalibi turnirin bürünc medalını qazanır.

Oyunun 25-ci dəqiqəsinə Azərbaycan yığmasının oyunçusu Vaqif Cavadov topu başı ilə rəqib qapısından keçirdi.

Komandalar 0-1 hesabı ilə fasiləyə getdilər.

İkinci hissə Çexiya futbolşularının üstünlüyü ilə keçir. Azərbaycan soyuqqanlı müdafiə təşkil edərək, kəskin əks-hücumlar həyata keçirir.

60-70-ci dəqiqələrdə üstünlüyü ələ alan Azərbaycan futbolçuları bir-birinin ardınca rəqib qapısının ağzında təhlükəli vəziyyətlər yaratdı. Lakin hesabı dəyişmək mümkün olmadı.

89-cü dəqiqədə küncdən zərbəni ifa edən Vaqif Sadıqovun ötürməsini Ruslan Abışov başı ilə rəqib qapısına yönəldir.

Oyun 2-0 hesabı ilə Azərbaycan futbolçularının xeyrinə başa çatır.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Афәрин!!! Тәбрикләр! Арзу едирәм ки, бизим гарталлар һәмишә белә уғурлар газансынлар! :goodL: "Арараты" исә 15-0 һесабы илә мәғлуб етсинләр! :punk:

Ссылка на комментарий
Поделиться на других сайтах

Lənkəran Əliyev yeni vəzifəyə təyin olunub

General-mayor Lənkəran Əliyev yeni vəzifəyə təyin olunub.

O, Silahlı Qüvvələrin Akademiyasına qərargah xidməti kafedrasının rəisi vəzifəsinə təyin edilib.

General-mayor Lənkəran Əliyev Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin rəisi olub.

Sonradan o, bu vəzifədən azad edilərək sərəncama göndərilib.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

«Nazir demir ki, mən hansı qanunu pozmuşam»

16367D13-8A21-40EE-B4B2-B31915F3CBAA_mw270_s.jpg «Cənab nazir mənim peşə fəaliyyətimdən narazıdır»

Aygün Muradxanlı

«Daxili işlər naziri Ramil Usubovun mənə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilsə də, indiyə qədər naziri və DİN-i hansı ağır cinayətdə ittiham etdiyimi bilmirəm». Bunu AzadlıqRadiosuna «Femida 007» qəzetinin baş redaktoru, hüquqşünas Əyyub Kərimov deyib.

Onun sözlərinə görə, Daxili İşlər Naziri Ramil Usubov məhkəməyə xüsusi ittiham qaydasında müraciət edərək Əyyub Kərimovun müsahibələrində daxili işlər orqanlarının şərəfinə toxunduğunu iddia edir:

«İddia ərizəsində 2008-ci il oktyabrın 3-də «Azadlıq» qəzetində çap olunan müsahibəmdə polis orqanlarını xüsusi ağır cinayətlərdə ittiham etdiyim iddia olunur. Sonradan bu müsahibə «Femida 007» qəzetində də çap olunub. Ancaq nə həmin, nə də başqa müsahibələrimdə nə naziri, nə də daxili işlər orqanlarını təhqir etməmişəm. Əlimdə olan bir neçə fakta əsasən yalnız tənqidi fikirlərimi səsləndirmişəm».

Əyyub Kərimov deyir ki, bu açıq-aşkar onun peşə fəaliyyətinə – redaktorluğuna edilən təzyiqdir:

«Cənab nazir mənim peşə fəaliyyətimdən narazıdır. Bu, ölkədə söz azadlığına qarşı təzyiq kimi dəyərləndirilməlidir. Nazir məhkəməyə müraciət edib ancaq dəqiq göstərməyib ki, mən hansı qanunu pozmuşam. Məsələnin qərəzli olduğu göz qabağındadır».

Əyyub Kərimov noyabrın 26-sı saat 11.30-da Yasamal Rayon Məhkəməsində başlayacaq prosesdə sonadək mövqeyini müdafiə edəcəyini deyir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Rusiya iqtisadi cinayətlərə görə birincidir

Rusiya iqtisadi cinayətlərə görə 50-dən çox ölkə arasında birincidir.

Bu PricewaterhouseCoopers təşkilatının keçirdiyi sorğu nəticəsində bəlli olub.

Sorğuda 54 ölkədən 3 mindən artıq adam iştirak edib.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Ağdaşda 5 ayaqlı buzov doğulub

Ağdaşda 5 ayaqlı buzov doğulub.

AnsPress-in məlumatına görə bu, rayonun Qolqatı kəndində, Nazilə Məmmədovanın təsərrüfatında qeydə alınıb.

Artıq ayağı olmasına baxmayaraq buzov adi heyvanlar kimi hərəkət edir, hələlik tam sağlamdır.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...