Перейти к содержимому

Təzə xəbərlər


El Paso

Recommended Posts

«Dağlıq Qarabağa dair Rusiyada keçirilən hər hansı tədbirin əhəmiyyəti yoxdur»

E86063C5-44B0-4731-B01C-FFF101E11E21_mw270_s.jpg Heydər Camal

«Dağlıq Qarabağ probleminə dair Rusiyada keçirilən hər hansı tədbirin heç bir əhəmiyyəti yoxdur. Çünki bu dövlət Azərbaycan torpaqlarının işğalında Ermənistan tərəfdən iştirak edib».

Bunu noyabrın 2-də «Dağlıq Qarabağda sülhün əldə olunmasında Rusiyanın rolu» mövzusunda Moskvada keçirilən dəyirmi masanın iştirakçısı, Rusiya İslam Komitəsinin sədri Heydər Camal AzallıqRadiosunun «İşdən sonra» verilişinə deyib.

O bildirir ki, Rusiyanın iştirakçılığı ilə təşkil olunan dəyirmi masalar həmişə birtərəflidir:

«Həmişə ən vacib, mühüm məsələlərdən bəhs olunmur. Məsələn, bu dəyirmi masada heç kim demədi ki, qarabağlılar təkcə orada yaşayan ermənilər deyil, həm də qaçqın olan 1 milyon azərbaycanlılardır. Referendum və digər məsələlər haqda danışanda onları da nəzərə almaq lazımdır».

Heydər Camal hesab edir ki, Rusiya olmasaydı, heç bu vəziyyət də yaranmazdı. Çünki Rusiyanın köməyi olmasaydı, Ermənistan heç vaxt Azərbaycana hərbi müdaxilə edə bilməzdi.

O bildirir ki, indi də Ermənistan qoşunlarından savayı Rusiya qoşunları da Azərbaycan ərazilərində mövqe tuturlar. Və bu barədə heç kim açıq danışmır. Ona görə də bu dəyirmi masadan narazı qalıb:

«Bu dəyirmi masada səslənən fikirlər «kot Leapold» kimi banal danışıqdan başqa bir şey deyildi. Nə ciddi, nə də maraqlı bir təklif eşitdim. Ümumi danışıq, müharibə olmaz, barışmaq lazımdır və sair. Məqsəd sadəcə o idi ki, Rusiya bu prosesdə hakim kimi qalır, maraqlarını qoruyur, Qafqazdan getmək fikrində deyil və bunu nəzərə almaq lazımdır».

Son vaxtlar Rusiya paytaxtında Azərbaycan və Ermənistan təmsilçilərinin görüşləri keçirilir. Oktyabrın 22-də Moskvada iki ölkə deputatlarının, bir neçə gün əvvəl isə media mənsublarının görüşü keçirilib. Əlbəttə ki, Rusiya tərəfinin iştirakı ilə. Görüş iştirakçıları belə müzakirələri əhəmiyyətli hesab edirlər.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 361
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Rusiyada 14 nəfər donuz qripindən ölüb

Rusiyada indiyəcən 14 nəfər donuz qripindən ölüb.

Bu haqda Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Virusa yoluxanların sayı isə 3 mini keçib. Bunlardan 1200-ü hələ də sağalmayıb

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Fişer:"Gələn il NABUCCO layihəsi üçün mühüm olacaq".

"Gələn il NABUCCO qaz kəməri layihəsi üçün mühüm olacaq". Bunu layihənin məsləhətçisi, Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer deyib. O bildirib ki, kəmərin tikintisi üçün sənədlərin 2010-cu ildə imzalanacağına ümid edir. (DPA)

Bu bəyanat Bolqarıstanın xarici işlər nazirinin NABUCCO ilə bağlı dedikləri ilə eyni günə təsadüf edir. Rumyana Jeleva deyib ki, Sofiya Rusiyanın "Cənub axını" qaz layihəsindənsə NABUCCO-ya üstünlük verir. Çünki Avropanın enerji təchizatının müxtəlifləşməsini istəyir.

Fişer isə bu iki layihə arasında rəqabətin şişirdilməsinin əleyhinədir. O bildirib ki, Avropa Birliyinin getdikcə qaza tələbatı artır. O eyni zamanda keçən il Rusiya qazının təchizatı ilə bağlı problemlərin nəzərə alınmamasının mümkün olmadığını da deyib.

Fişer bildirb: "İndiyəcən layihəyə şübhə edənlər çox idi. Amma iyulda Türkiyənin layihəyə imza atmasından sonra artıq "qatar stansiyanı tərk etdi".

Fişerin bildirdiyinə görə, layihə üçün kifayət qədər qaz var. "Təchizat Azərbaycandan, Türkmənistandan və Şimali İraqdan gələcək".

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Ərdoğan Qərbdən üz döndərmədiyini deyir

Türkiyə yenə də qərbyönümlüdür və onun İranla yaxın münasibətləri xarici siyasət kursunun dəyişməsi demək deyil. Bunu Türkiyənin baş naziri Ərdoğan deyib.

Opponentləri Ərdoğanı İrana səfərinə görə kəskin tənqid edirdilər. Xüsusən də Ərdoğanın İranın mübahisəli nüvə proqramını müdafiə etməsini.

"Türkiyənin xarici siyasəti dəyişmir, normallaşır" – Ərdoğan deyib.

Ərdoğan İsraili tənqid etməsinə də aydınlıq gətirib.

"Qəzzada baş verənləri tənqid etməyimiz siyasi kursu dəyişməyimiz demək deyil. Biz harda baş verməsindən asılı olmayaraq qadın və uşaqların öldürülməsinə qarşı çıxacağıq".

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Neftin qiyməti enib

Dünya bazarlarında neftin qiymətləri bir qədər enib. "Light" markalı neftin bir barreli 84 sent ucuzlaşaraq 77,3 dollara satılıb.

Neftin ucuzlaşmasının səbəbi dolların bahalaşmasıdır.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

ABŞ İslam dünyası ilə yeni əməkdaşlığa başlayır

Amerikanın dövlət katibi Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar prezident Barak Obamanın vədinə əməl edəcək və İslam dünyası ilə əməkdaşlığı yenidən başlayacaq.

Klinton bunu Mərakeşdə inkişaf forumunda deyib, bildirib ki, Amekrika sahibkarlıq fəaliyyəti, iqtisadi inkişaf və təhsillə bağlı proqramlar təklif edəcək.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisi fəaliyyətini dayandırırE9EDD085-3C88-4721-BDB0-AD43F4218CE0_w262.jpg«Əslində bizim Azərbaycanda fəaliyyətimizi davam etdirmək fikrimiz var. Ancaq bizdən asılı olmayan səbəblərdən bu mümkün deyil». «Media forum»a danışan ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin proqram üzrə məsul nümayəndəsi Elçin Rzayev belə deyir.

O bildirir ki, noyabrın 30-dan Respublikaçılar İnstitutunun Bakı ofisinin fəaliyyəti və bununla əlaqədar olaraq Azərbaycandakı bütün proqramları dayandırılacaq.

E.Rzayev Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin 10 ildən artıqdır fəaliyyət göstərdiyini, siyasi partiyalarla sıx əlaqələr qurduğunu, seçkilər və seçkilərə hazırlıqla bağlı bir çox layihələr həyata keçirdiyini deyib. Qurum ən son olaraq «Siyasi liderlik» adlanan, siyasi partiyaların təmsilçilərinə treninqlərin keçirilməsini nəzərdə tutan layihənin gerçəkləşdirilməsinə başlayıb.

E.Rzayev noyabrın 30-dan həmin layihənin də yarımçıq qalacağını deyib, qeyd edib ki, problemlər əsasən maliyyə məsələləri ilə bağlıdır.

Müsavat Partiyasının mətbuat xidmətindən .-ya daxil olan məlumata görə, institun Bakı ofisinin rəhbəri Ceyk Cons partiya başqanı İsa Qəmbərlə bu gün keçirdiyi görüşdə ofisin fəaliyyətinin dayandırılacağını təsdiqləyib.

Bu addımdan təəssüfləndiyini bildirən İ. Qəmbər ABŞ-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi, demokratiya və azadlıqlarla bağlı problemlərin saxlanılması baxımından ofisin işinin davam etdirilməsinin daha məqsədəuyğun olduğunu bildirib.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Gəncədə bir qrup dindarla polis arasında qarşıdurma olub

F63F8765-B6E5-4749-A556-75AC299AF927_mw270_s.jpg Gəncədə Şah Abbas məscidi

Noyabrın 3-də Gəncədə bir qrup dindarla polis arasında qarşıdurma olub. Dindarlar azanın səsgücləndirici vasitəsilə verilməsinin dayandırılmasına etiraz ediblər.

AzadlıqRadiosunun bölgə müxbiri Gülnur Raqifqızı xəbər verir ki, aksiya iştirakçıları avtomobil yolunu kəsməyə cəhd göstəriblər, amma polis bunun qarşısını alıb.

Gəncə Şəhər Polis İdarəsinin rəisi Rasim Musayev etiraz edən dindarlarla görüşüb və bu prosesin dövlət səviyyəsində baş verdiyini söyləyib. O gəncləri təxribata yol verməməyə çağırıb.

Ötən həftənin sonu Bakının mərkəzində bir neçə məsciddə azanın səsgücləndiricilərlə verilməsinə qadağa qoyulub. Bəzi məscidlərdə azan çox zəif, bəzilərində isə ümumiyyətlə verilməyib.

Qafqaz Müsəlmanları İdarəsi hər hansı məsciddə azana qadağa qoyulmadığını bildirir. İdarənin mətbuat xidmətinin rəhbəri Rəhmə Dadaşovanın AzadlıqRadiosuna dediyinə görə, sadəcə bəzi yerlərdə insanların narahatlığı baxımından azanın səsinin azaldılması qərara alınıb.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Kim-kimə yaxınlaşmalıdır - sürücü polisə, yoxsa polis sürücüyə

ED4BB2A3-B8A7-4619-A53B-240EB1089A70_w397_s.jpgQanuna görə, kim-kimə yaxınlaşmalıdır - sürücü polisə, yoxsa polis sürücüyə? Yollayan: Əbu Ömər

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Gürcüstanlı nazir Rusiya pasportundan imtina etdi

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Rusiya vətəndaşlığından imtina edib, pasport və müvafiq ərizəni prezident Dimitri Medvedevə göndərib.

Qriqol Vaşadzenin ikili, Gürcüstan və Rusiya vətəndaşlığı var idi.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Ukraynada H1N1 virusundan ölənlərin sayı 80-i keçib

Ukraynada H1N1 virisundan ölənlərin sayı 81 nəfərə çatıb.

Ukraynanın baş sanitar həkimi Aleksandr Belovol bildirib ki, rəsmi olaraq 450 min qripə yoluxan qeydə alınıb.

Ukraynaya bu gün Polşadan humanitar yardım gətirilib. Bundan əvvəl Ukrayna epidemiyayla mübarizə a p a rmaq üçün Beynəlxalq Səhiyyə Təşkilatından kömək istəmişdi.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycanda tənqidçilərin ağzını neftlə yumurlar

068A0F03-911B-4F41-944F-71EEBE70B754_w527_s.jpg Bütün bu cah-calalın haradan gəldiyini başa düşmək üçün isə Bakının yaxınlığındakı mavi Xəzərin sahilində neft buruqlarına baxmaq kifayətdir

... Telefonun zəngi sözünü ağzında qoydu. Yenə «Allahu Əkbər!» sədası idi. Bu çağırışı telefonu üçün zəng seçib.

Təxmin eləmişdim ki, İlham İbrahimov elə odur. Ona yaxınlaşmaq istəyirdim, özü yanıma gəldi, gülümsəyərək, «Mən İlhamam», - dedi.

İlhamın ağ rəngli köhnə «Lada»sına əyləşib, məscidə gedirik. Deyir ki, onun İmam olduğu məscidi hakimiyyət bu sentyabrda bağlayıb.

Mənim Bakıya gəlməkdə məqsədim də elə bu idi: Azərbaycanın hakimiyyətin elan etdiyi kimi, radikal islamın təhlükə törədib - törətmədiyini aydınlaşdırmaq.

İlham danışır: «Hakimiyyət bizə hörmət eləmir, biz yanlış heç nə etməmişik, amma bizi cəzalandırırlar. Axı nə üçün?».

... «Allaaahu Əkbər!». Telefonun səsi yenə söhbətimizi yarımçıq qoyur. Azərbaycan dilində kiminləsə sürətlə nə isə danışır...

Terrorizmlə, intiharçı bombaçılarla assosiasiya olunan ölkələrə nəzərən Azərbaycan daha az hücum riski ilə üz-üzədir. Amma ölkədə vəziyyət mürəkkəbdir.

Ölkə şimaldan Dağıstanla həmsərhəddir, bu ölkədəki qanlı hadisələri isə müsəlman üsyançıların ayağına yazırlar.

Azərbaycanın özündə neft qurumlarına və səfirliklərə qarşı azı iki terror cəhdi olub. Bu hadisələrin hər ikisində hakimiyyət xarici üsyançıları günahlandırıb.

Əlbəttə ki, Azərbaycanın daha çox qorumaq istədiyi neftdir və ya neftdən gələn var-dövlət.

NAĞIL BAKISI

Azərbaycan iqtisadi artım tempinə görə dünyada liderdir. Bu artımın sayəsində Bakının köhnə binalarının divarları ağardılıb, İçərişəhərin sehrli nağılı xatırladan qədim divarları yüksək səviyyədə bərpa olunub, qədimi məscidlər mərmər, gümüş və qızılla bəzədilib.

Bütün bu cah-calalın haradan gəldiyini başa düşmək üçün isə Bakının yaxınlığındakı mavi Xəzərin sahilində neft buruqlarına baxmaq kifayətdir.

Yəqin ki, hökumətin mümkün tənqidçilərini susduran da elə neftdir.

Fikrini açıq deyənləri isə hökumət dəfələrlə xəbərdar edib.

İndiyə qədər bu ölkədə tənqidçi jurnalistləri həbs ediblər, İlham kimi dini liderləri tutarlı səbəb olmadan işsiz qoyublar.

HEYDƏR ƏLİYEVƏ PƏRƏSTİŞ

Siz ölkənin hər yerində mərhum prezident, indiki prezidentin atası Heydər Əliyevin şəklini görərsiniz. Onun portretləri və büstləri hökumət idarələrini, binaları və meydanları bəzəyir. Konsert zalları və idman kompleksləri Heydər Əliyevin adınadır.

... İlhamla bərabər məscidə gəlirik. Ondan soruşuram ki, məscid bağlanandan sonra hökumətdən qorxurmu?

«Onlar nə istəyirlər, edə bilərlər. Bizim məscidlərimizi bağlaya, minbərimizi susdura bilərlər. Amma fəaliyyətimizin qarşısını ala bilməyəcəklər».

Və bu zaman İlhamın telefonu yenə zəng çaldı... «Allaaahu Əkbər!»

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Şahsevənlərin dövləti

D0C5FBB6-F8AF-4652-B9D2-EDB99ABF0D24_w527_s.jpg Bu, tarixdir. Amma məsəl var deyirlər ki, keçmişini mənə de, gələcəyini sənə deyim

Hüseynbala Səlimov, müstəqil analitik

ŞAHSEVƏNLİK HARADAN QAYNAQLANIR?

Deyilənə görə, Məhəmməd Əmin Rəsulzadəyə bir neçə dəfə ADR-in prezidenti olmağı təklif ediblərmiş. Amma o, hər dəfə belə təklifləri rədd edirmiş və səbəb kimi də «millətimiz onsuz da şahsevəndir» - deyirmiş... Hətta bir qədərə uzağa getsək şahsevənliyin izlərini Nizami Gəncəvinin timsalında tapmaq olar. Nizaminin bütün yaradıcılığı ədalətli və mütərəqqi şah axtarışına həsr edilib. Elə sonrakı dövrlərdə də bu ənənələr unudulmayıb.

Bu, tarixdir. Amma məsəl var deyirlər ki, keçmişini mənə de, gələcəyini sənə deyim. Bu tezis bir qədər mübahisəli olsa da, ən azı politalogiya da özünü kifayət qədər doğruldur.

Günümüzə gəldikdə isə hamı təsdiq edir ki, Sabirin və Mirzə Cəlilin əsərləri həvəslə oxunur. Bir tərəfdən klassik ədəbiyyata bu qədər hörmət gözəldir. Amma adları çəkilən sənətkarların təsvir etdiyi Azərbaycan və azərbaycanlı obrazı öz aktuallığını saxlayırsa, deməli biz dəyişməmişik, necə varsa elə də qalmışıq. Bu, adamın ürəyini ağırıdır, amma nə etmək olar ki? Bir qədər dərinliyə baş vursaq bizim inkişafı ləngidən daha bir neçə amil var. Buna misal olaraq qismət və səbir kateqoriyalarını göstərmək olar. Amma bu haqda bir qədər sonra. İndi isə bu günümüzə qayıdaq...

BU GÜN NƏ BAŞ VERİR?

Azərbaycan daha bir bahalaşma zolağına qədəm qoydu. Heç kimə məlumat vermədən və məsləhətləşmədən metroda gediş haqqı üç dəfə qaldırıldı.

Həmişə olduğu kimi bu dəfə də İlham Əliyev kənara çəkildi, bahalaşma ilə bağlı hər hansı şərh vermədi. Yadınızdadırsa böyük bahalaşma zamanı o, ümumiyyətlə Azərbaycanda olmamışdı. Sanki İlham Əliyev kənara çəkilib ictimai rəyi öyrənir və həm də şahsevənlərin ovqatını izləyir. İctimai rəy isə çox zəifdir. Narazılıq var. Amma bu aktiv narazılıq deyil.

Şahsevən psixologiyası indi də öz işini görməkdədir. Kimi dindirirsən narazılığını bildirir və bir qayda olaraq «başqası guya bundan yaxşı prezident olacaq?» kimi sual verirlər. Üstəlik, şahsevənlikdən irəli gələn başqa stereotiplər də işə düşür. Artıq neçənci dəfədir ki, belə ovqat müşahidə edirik! Hamı danışır, danışır və axırda qayıdır ki, «prezident yaxşıdır, amma ətrafı pisdir, onu işləməyə qoymurlar»...

Artıq neçənci dəfədir ki, belə siyasi nəğmələri eşidirik! Amma deyəsən çox eşidəcəyik, çünki xislətimiz budur – biz şahsevən millətik...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan alimləri brusellyoz xəstəliyinin dərmanını tapıblar

Azərbaycanda baytarlıq mütəxəssisləri və alimlər brusellyoz əleyhinə yeni bioloji aktiv maddə yaradıb. Yeni bioloji aktiv maddə brusellyoz xəstəliyinə tutulmuş bütün növ heyvanların bir həftə ərzində 100 faiz sağalmasına səbəb olur. Bu haqda Kənd Təsərrüfatı Naziliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov əlumat verib.

Onun sözlərinə görə, yeni bioloji aktiv maddənin müəllifləri Azərbaycan alimi Elxan Babayev, baytarlıq mütəxəssisləri İsmayıl Həsənov və Kliment Əsədovdur. Mütəxəssilər maddənin alınması üçün 4 il tədqiqatlar .rıb. "Brusellyoz əleyhinə yeni bioloji aktiv maddə təbii birləşmələr əsasında alınıb. Quruluşuna görə bu bioloji aktiv maddənin dünyada analoqu yoxdur".

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu gün gənc bloggerlərin məhkəməsi davam edəcək

Bu gün Səbayel rayon məhkəməsində həbsdə olan bloggerlər Emin Milliylə Adnan Hacızadənin məhkəmə prosesi davam edəcək. Məhkəmə saat 3-də olacaq. Bu günkü prosesdə şahid ifadələri dinləniləcək.

Vüsal Məmmədov heç nəyi xatırlamır

B39C94C8-ADB7-4AAD-8F4E-61C3A478818C_w270_s.jpgProses noyabrın 11-də davam edəcəkNoyabrın 6-da Səbail rayon məhkəməsində həbsdə olan bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesi davam edib.

Məhkəmənin katibi sonuncu şahid ifadəsinin səsləndirib, bildirilib ki, o prosesə gəlməyib.

Vəkillər İsaxan Aşurov və Elton Quliyev zərərçəkmiş kimi tanınan şəxslərə suallar veriblər. Zərərçəkən Vüsal Məmmədov bütün suallara «yadımda deyil», «yadımdan çıxıb» deyə cavablar verib.

O, hətta hansı polis bölməsində ondan izahat alındığını da unutduğunu deyib. Vüsal bildirib ki, yaddaşı «Livan» restoranındakı davaya qədər yaxşı olub, həmin hadisədən sonra yaddaşında problemlər yaranıb.

Emin Milli sual verib: «Vüsal, sən bütün sualların cavabında deyirsən «unutmuşam», heç yadındadırmı sən məni necə vurdun?». O, əvvəlcə sualı başa düşmədiyini təkrarlandıqdan sonra «səni vursaydım mən «kletka»da olardım» deyə cavab verib.

Sonra Emin Milli soruşanda ki, «mən səni necə vurdum». Vüsal cavabında bildirib ki, onu da unudub.

Vüsal iş üzrə ərizə yazmasını da xatırlaya bilməyib. Hakim ona imzasını tanımaq üçün ərizəni göstərib və o xeyli fikirləşəndən sonra imzanın onun imzasına oxşadığını deyib.

Proses noyabrın 11-də davam edəcək.

Adnan Hacızadə və Emin Mİlli bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Britanbiyanın Əfqanıstana şərti var: korrupsiya

Yeni Əfqan hakimiyyəti korrupsiyanı tamamilə aradan qaldırmasa, Britaniya daha çox əsgərinin həyatının bu ölkədə tiskə qoymayacaq. Bu Britaniyanın baş naziri Qordon Braun bu gün Londonda deyib.

Braun itkilərə baxmayaraq, əsgərləri Əfqanıstanda saxlayacaqları deyib. O, deyib ki, bu gün Britaniya küçələrində ən əsas təhlükə Əfqanıstan və Pakistandan gələn terror təhlükəsidir. Ona görə də Britaniya "regiondan çıxmamalıdır və çıxa bilməz".

Hazırda Britaniya 9 min əsgərlə ABŞ-dan sonra Əfqanıstanda ən çox əsgəri olan ikinci ölkədir. Bu yaxınlarda Baş nazir Qordon Braun Əfqanıstana daha 500 nəfər əsgər göndərməyi planlaşdırdıqlarını demişdi.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Ukraynada prezident seçkisinin vaxtı dəyişdirilə bilər

Ukrayna prezidenti Viktor Yuşenko yanvara planlaşdırılan prezident seçkisinin təxirə salınması ehtimalının olduğunu bildirir. O, səbəb kimi də ölkədə yayılan "donuz qripi"ni göstərib.

Bu barədə məlumatl bu gün Yuşenkonun katibliyindən İhor Popov yayıb. O, bildirib ki, hökumət epidemiyaya nəzarətə ələ ala bilməsə, seçki may ayına qədər təxirə salına bilər.

Ukrayna səhiyyə rəsmilərinin məlumatına görə ölkədə qrip epidemiyasından 109 adam həlak olub. Onlardan da yalnız 14 nəfəri "donuz qripi"nə tutulmuş adamlarla ünsiyyətdə olub.

Səhiyyə Nazirliyi ölkə üzrə ümumilikdə 763 000 adamın qrip və başqa yoluxucu xəstəlikdən əziyyət bildirir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Hərbi bazada ölənlərin sayı 13-ə çatdı

Dünən ABŞ-da Texas ştatında hərbi bazada bir zabitin dəlicəsinə qarşısına gələni güllələməsinə görə ölənlərin sayı 13 nəfərə çatıb. 30 da yaralı var. Ordu hadisəni törədənin 39 yaşlı mayor Nidal Malik Həsən olduğunu bildirir. Polis onu yaralı ələ keçirib.

Həsən ABŞ-da fələstinli miqrantın ailəsində doöulub, müsəlmandır. O, Vaşinqtondakı Hərbi Hospitalda psixiator kimi çalışırmış. Hələlik hadisənin səbəbi haqqında ətraflı məlumat yoxdur.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Həmsədrlər Bakıya qayıdıb prezidentlə yenə görüşdülər

5C768D28-9251-4735-B080-D6D541612ADD_w527_s.jpg İ. Əliyev həmsədrləri qəbul edir, 6 noyabr 2009

Qarabağ münaqişəsinin həlli üçün a p a rılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Yuri Merzlyakov(Rusiya), Robert Bradke (ABŞ) bu gün yenidən Bakıya gələrək prezident İ. Əliyevlə görüşüblər.

Rəsmi informasiya agentliyi «AzərTAc» bildirir ki, görüşdə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi .rılıb.

8E56A911-81EE-44D5-BF73-9207C96AE822_w270_s.jpgHəmsədrlər Yerevanda prezident Serj Sarkisyan və Xarici İşlər naziri Edvard Nalbandyanla görüşür, 6 noyabr 2009

Həmsədrlər elə dünən Bakıda İ. Əliyevlə həmin məsələni müzakirə etmişdilər. Bu gün onlar Yerevanda prezident Serj Sarkisyan və Xarici İşlər naziri Edvard Nalbandyanla görüşdən sonra hansısa səbəbdən yenidən Bakıya dönüblər. Hələlik, rəsmi mənbələrdə bu barədə bir məlumat verilmir.

Bundan əvvəl həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaq istədiklərini bildirmişdilər.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bütün divarlar sökülsəydi...

3D8FCF14-5339-41DE-B9BA-37DDA5C0450B_w527_s.jpg «Berlin divarı» sökülür, 1989

Hüseynbala Səlimov, müstəqil analitik

Təbii ki, söhbət xalqları və insanları biri-birindən ayıran divarlardan gedir. Bu baxımdan 20-ci əsr çox yadda qalan bir əsr oldu. Ötən əsrdə məşhur «Berlin divarı» söküldü və Almaniya yenidən vahid dövlətə çevrildi. Bu, artıq dünyanın yeni düzənindən xəbər verirdi. Amma azadlıq dalğası heç də bütün xalqlara müyəssər olmadı. Bir sıra bölünmüş xalqlar hələ də öz növbələrini gözləyirlər. Belə xalqlardan biri də azərbaycanlılardır.

Amma tarix onların da üzünə güldü, birləşə bilməsələr də Şimali Azərbaycan müstəqillik əldə etdi. Sonuncu indi müxtəlif təftişlərə, tənqidlərə və nostalgiya dolu iradlara tuş gəlsə belə, hər halda böyük hadisə idi. Amma təəssüf ki, zaman bu hadisəni gözlərimiz önündə kiçildir. Səbəb də milli müstəqilliyin milli müstəbidliyə çevrilməsidir...

BİRİ-BİRİNƏ MƏFTİL BAĞIŞLAYAN AZƏRBAYCANLILAR

İyirminci əsrin sonunda sərhədlər ancaq iki xalqın kütləvi təzyiqinə məruz qaldı. Bunlardan biri almanlardısa, digəri azərbaycanlılardır. Həmin dövrdə Azərbaycanda insanlar biri-birinə sökülmüş sərhəd məftillərinin kiçik hissələrini bağışlayırdılar. Bu, qeyri-adi hadisə idi. Sonradan bunu müxtəlif cür yozsalar da, bunun sovet kəşfiyyatının öz planı olduğunu desələr də, hər halda çox möhtəşəm hadisə idi. İndi həmin hadisədən ancaq xatirə qalıb. Bəs hanı o xalq? Bəlkə heç yerli-dibli belə bir hadisə olmayıb? Bəlkə bunu yuxularda görmüşük və yaxud özümüz uydurmuşuq? Yox, bu nə yuxu, nə də uydurma olmayıb, sadəcə biz özümüz dəyişmişik...

DİKTATURANIN ALINMAZ QALASI

Sərhədlərin söküldüyü ünvanlardan biri də Naxçıvan idi. Bəli, bu gün sərt diktaturanın mövcud olduğu Naxçıvan!.. Azərbaycanın hər yerində vəziyyət yaxşı deyil. Biz hamımız avtoritar ölkədə yaşayırıq. Amma Naxçıvanda rejim daha sərtdir. Hətta onu «diktatura adası» adlandırırlar. Sanki Naxçıvan diktatura üçün bir poliqondur. Antidemokratik qərarlar orada formalaşır, tətbiq olunur, sınaqdan keçirilir və sonra da bütün Azərbaycana şamil edilir. Çox maraqlıdır ki, İ. Əliyev hər il Naxçıvana səfər edir. Amma bu səfərlər Naxçıvandakı siyasi ab-havaya təsir etmir. Səbəb də budur ki, onu Naxçıvandakı siyasi vəziyyət maraqlandırmır. İlham Əliyevi başqa məsələlər düşündürür. Bir qədər haşiyə çıxmaq olsa da, təsəvvür edin ki, hətta Neft Daşlarında Heydər Əliyev muzeyi açılıb, Heydər Əliyevə abidə qoyulub!

İ. Əliyevi ancaq belə məsələlər düşündürür...

ZAMAN DƏYİŞİB, YOXSA BİZ?

Nə qədər qəribə olsa da, bu suala cavab vermək çətindir. İlk baxışda 21-ci əsrdir, hamı deyir ki, bu, ola bilməz, bu, mümkün deyil. Amma müşahidələr göstərir ki, inanılmayan hadisələr də baş verə bilər.

Sovetlər vaxtında Andropov Saxarovu ruhi xəstə adlandıranda hamı buna qeyzlənmişdi, baxmayaraq ki, ölkədə totalitar rejim hökm sürürdü.

İndi isə kimisə ruhi xəstə adlandırmaq elə bir problem deyil. Üstəlik, hamı seyrçi mövqe tutur. Səbəb nədir? Bəlkə biz biri-birimizə məftil qırıntısı bağışlayan xalq deyilik?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Qılman İlkin vəfat edib

Noyabrın 6-ı tanınmış Azərbaycan yazıçısı Qılman İlkin (Musayev) ömrünün 95-ci ilində vəfat edib.

Qılman İlkin 11 aprel 1914-cü ildə Bakıda anadan olub. Azərbaycan Pedaqoji İnstitutunu bitirib. Xaçmaz rayonunda kənd məktəbində direktor və müəllim kimi əmək fəaliyyətinə başlayan Q.İlkin sonralar «Gənc işçi» qəzetində, «Uşaqgəncnəşr» nəşriyyatında çalışıb.

İkinci Dünya müharibəsi illərində o, Cənubi və Şimali Qafqaz cəbhələrində, habelə İranda hərbi müxbir olub, Təbrizdə dərc edilən «Vətən yolunda» qəzetinin redaksiyasında işləyib.

Müharibədən sonra Q.İlkin Azərbaycan Dövlət Universitetinin baş müəllimi, «Azərnəşr»in baş redaktoru və direktoru, «Azərbaycan» jurnalının baş redaktoru olub.

«Yaralı şəhər» hekayəsi ilə ədəbi yaradıcılığa başlayan Q.İlkin sonrakı illərdə «Həyat yollarında», «Dağlı məhəlləsi», «Madam Gedri», «Şimal küləyi», «Dəniz qapısı», «Yazılı daş», «Bakı və bakılılar» və s. kitablar dərc etdirib.

Q.İlkinin romanının motivləri əsasında «Yenilməz batalyon» bədii filmi çəkilib, onun «Cərrahlar», «Tayqa nağılı», «Geriyə yol yoxdur» və s. əsərləri eyniadlı televiziya pyeslərinin süjeti olub.

/Turan/

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycanlı nazirlərə verdiyi ordenlər Kaçinskinin başağrısına çevrilib

C6A73668-C828-4457-B86D-75350B28B085_mw270_s.jpg Prezident İ. Əliyev (solda) və prezident Lex Kaçinski (sağda), Varşava, 26 fevral 2008

Polşa prezidentinin Azərbaycanın bir qrup məmuruna ölkəsinin ən yüksək orden və medallarını verməsi Varşavanın baş ağrısına çevrilir.

Bugünlərdə yerlı qəzetlərdən "Gazeta Wyborcza"da "Sporne Ordery dla Azerskich Politykow" ("Azərbaycan siyasətçilərinə mübahisəli sifariş") başlığı altında bir məqalə çap olunub. Məqlədə qeyd olunur ki, prezident Lex Kaçinskinin Azərbaycanın bir qrup nazirini ən yüksək orden və medallarla təltif etməklə bu ölkədə demokratiya və azadlıq uğrunda mübarizə a p a ranları məyus edib.

Bu məqaləni Polşada başqa müstəqil və müxalifət qəzetləri, həmçinin internet səhifələri və Polşanın ictimai Radiosu təkrar-təkrar yayıblar. Bununla da prezidentin ünvanına tənqidlər şiddətlənib.

Parlamentdə çoxluqda olan Vətəndaş Platforması Partiyasından (Platforma Obywatelska) millət vəkili Antoni Mezydlo deyib ki, Polşa prezidentinin bir avtoritar ölkənin nazirlərini mükafatlandırması skandaldır.

Rəsmilər Polşa Radiosu 3 kanalında təşkil olunan diskussiyada bu ordenlərin normal diplomatik nəzakət və təcrübə olduğunu deyiblər.

Polşadakı Helsinki Fondunun nümayəndəsi də prezidentin Azərbaycan nazirlərini təltif etmək qərarını tənqid edib. O, belə bir bənzətmə işlədib: təsəvvür edin ki, Polşa general Yaruzelskinin kommunist hakimiyyəti illərində yaşayır və belə bir zamanda Qərb liderləri də onun nazirlərini mükafatlandırır. Onda biz özümüzü necə hiss edərdik?

Prezident Lex Kaçinskinin fərmanı ilə Polşa qarşısında xidmətlərinə görə təltif olunan nazirlərə və mədəniyyət adamlarına ordenlər ötən ay - oktyabrın 16-da təqdim olunub. Onların arasında Xarici İşlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyev, Daxili İşlər naziri Ramil Usubov, Milli Təhlükəsizlik naziri Eldar Mahmudov, millət vəkili Mehriban Əliyeva, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və başqa elm və incəsənət adamları var.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

«Azərbaycanda quldarlığın, feodalizmin və kapitalizmin əlamətləri var»

CC25FABC-1448-4522-AA36-6FFFB8F07A16_w527_s.jpg Azər Rəşidoğlu və Məmməd Süleymanov «Azərbaycanda quldarlığın, feodalizmin və kapitalizmin əlamətləri var».

Bu fikri «Panorama» verilişində jurnalist Məmməd Süleymanov deyib. Onun fikrincə, indi Azərbaycandakı quruluşu dəyərləndirmək o qədər də çətin deyil:

«Azərbaycanda işçiləri işlədib, onların qanuni haqlarını vermirlər. Demək, onların hüquqları elə qulların hüquqlarına bərabərdir. Azərbaycanda hərə bir ərazini əlinə keçirib, orada istədiyini həyata keçirir. Orada qanun yox, feodal təfəkkür hökm sürür. Azərbaycanda həm də kapitalizmin əlamətləri var. Yəni fabriklər, zavodlar fəaliyyət göstərir və orada muzdlu işçilər çalışır. Bir də ölkəni bürokratik məmurlar idarə edir. Onların sovet dövründəki bürokratik məmurlardan fərqləri var. Əslində, onlar elə sovet dövründəki bürokratik məmurların uşaqlarıdırlar. Ancaq bunlar tək məmur deyillər, həm də oliqarxdırlar. Özlərinin istehsalat müəssisələri var».

Məmməd Süleymanov deyir ki, Oktyabr inqilabı bütün dünyaya, o cümlədən də Azərbaycana öz töhfəsini vermişdi:

«Burda həm müsbət, həm də mənfi məqamların üzərində dayanmaq olar. Ancaq indiyə qayıtsaq cəmiyyətdə böyük sosial ədalətsizliklər hökm sürür. Buna ona görə ciddi etirazlar yoxdur ki, Azərbaycan cəmiyyətində solçu hərəkat yoxdur. Solçular var, ancaq onların təşkilatları, liderləri yoxdur».

Azər Rəşidoğlu isə düşünür ki, totalitarizmi doğuran bir inqilabi günün unudulmasına sevinmək lazımdır:

«Mən Azərbaycanda nə həqiqi solçuların olduğuna inanıram, nə həqiqi liberalların, nə də əsil islamçıların. Yalnız 5-3 nəfər ola bilər. Azərbaycanda nə solçuların, nə sağçıların, nə də islamçıların mübarizə a p a rmaq üçün fəaliyyət imkanları var. Əslində mən bəyənməsəm də Cəlil Məmmədquluzadənin bir fikri ilə razılaşmaya bilmirəm. Bizə sillə vuranda bir qədər də başımızı aşağı tuturuq ki, sillə vurana daha rahat olsun. Ancaq bu hamıdan çox hakimiyyəti narahat etməlidir. Çünki müqəddəs yerlər boş qalmır. Xomeyni kimi bir adam bu boşluğu dolduranda indiki hakimiyyət onunla dil t. bilməyəcək. Bütün hallarda dünya hələ ki, demokratiyadan münasib yaşam tərzi kəşf edə bilməyib. Azərbaycanda da buna yol verilməlidir».

Məmməd Süleymanov isə düşünür ki, Azərbaycan ideologiyaların dəfn olunduğu bir qəbiristanlıqdır:

«Sadəcə, burada adamları ölmədən basdırırlar və onlar reanimasiya oluna bilər».

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Rusiya İrana qarşı yeni sanksiyanı istisna eləmir

Rusiya prezidenti Dimitri Medvedev Moskvanın İrana qarşı yeni sanksiyaları dəstəkləməsinin mümkünlüyünü istisna etməyib.

Medvedev Almaniya mətbuatına müsahibəsində deyib ki, əgər İran onun nüvə proqramıyla bağlı beynəlxalq danışıqlarda konstruktiv mövqe tutmasa, bu mümkündür.

O həmçinin qeyd edib ki, Rusiya İranın nüvə proqramı üçün zənginləşdirilmiş uranın onun ərazisində istehsal olunmasına hazırrdır.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

18 MART REFERENDUMUNUN LONDONDAN GƏLƏN SORAĞI

39246734-6278-41D7-94FE-DCCEA54B6578_mw270_s.jpg Referendumun müşahidəsinə təhkim olunan şəxs

Bir yazıçı yüksək mükafat alır. Qələm dostu ona yaxınlaşıb qibtə ilə soruşur:

- Nətəhər eləyim, mən də o mükafatdan alım, hə?

Laureat çiyinlərini çəkib cavab verir:

- Yaz da...

- Hara?

AzadlıqRadiosunun nüfuzlu beynəlxalq mükafat alması haqda xəbəri eşidəndə və bu mükafatın məhz 18 mart referendumunda xəbər işinin təşkilinə görə verildiyini biləndə fikirləşdim: ilahi, bu dünyada ədalət yox deyilmiş!

Beyn hüceyrələrimin bu fikri doğuran davranışını başa düşmək üçün səkkiz ay əvvələ qayıtmaq lazım gəlir.

REFERENDUM ŞORBASINDAN ÇIXAN NAZİK TÜK

18 mart 2009-cu il – Azərbaycan Konstitusiyasının "abıra" salınması üçün təşkil olunan referendumun keçirildiyi gün.

Referendumdan sonra İlham Əliyev könlü nə qədər istəsə Azərbaycan prezidenti ola bilər. Hər şey legitim idi – parlamentin müvafiq qərarı, Konstitusiya məhkəməsinin halallığı, ziyalıların xeyr-duası, vətəndaşların ruh yüksəkliyi…

O zaman fikirləşirdin ki, hakimiyyətin ilahi səlahiyyətləri olsaydı prezidentin dünyaya cəmi bir dəfə gəlmək hüququna olan məhdudiyyəti də aradan götürərdi.

Amma martın 18-də Azərbaycanda iştahla referendum şorbasını yemək istəyənlərin xörəyindən nazik bir tük çıxdı – AzadlıqRadiosu.

BİR OVUC MÜXBİRİN TOPLADIĞI BİR QALAQ POZUNTU

Prezidentin səs verdiyi 6 nömrəli məktəbdən foto çəkmək, Mərkəzi seçki komissiyasında statistika toplamaqla kifayətlənən həmkarlarından fərqli olaraq AzadlıqRadiosunun bir düjin müxbiri seçki fırıldaqlarının izinə düşür, radionun proqram .rıcıları İlham Əliyevdə alternativ görənlərlə görməyənlərin qızğın debatlarını təşkil edirdi.

Həmin gün AzadlıqRadiosu özünü elə .rmırdı ki, sanki qutuya 3 bülleten atan seçiciləri, "karusel" avtobuslarını, mürgüləyən müşahidəçiləri, fəxrlə "mən yüzbaşıyam", "mən İlham Əliyevə səs verdim" deyən sadəlöhv vətəndaşları görmür-eşitmir. Həm görür və göstərir, həm də eşidib-eşitdirirdi.

MƏZAHİR PƏNAHOV MƏTBUATIN ÜRƏYİNİ ÜZÜR

18 martın son akkordu isə olduqca rəmzi məna daşıyırdı.

Gecəyarısından da bir-neçə saat keçib. Mərkəzi Seçki komissiyasında mətbuat konfransıdır. Jurnaslitlər saatlarla referendumun ilkin rəsmi nəticələrini gözləməkdən təngə gəliblər, evə gedəcəkləri anı yaxınlaşdıran her şeyi dünyalar qədər sevmək, buna mane olanı isə didib-parçalamaq həddindədirlər.

MSK sədri Məzahir Pənahov hövsələsi İçəri şəhərin küçələri ilə bəhsə girən jurnaslitlərin hüzuruna çıxıb 1 saata yaxın, məzmununda heç bir yenilik olmayan uzun nitq söyləyir.

Bu çıxış zamanı zaldakı jurnaslitlərin ürəyindən keçənləri burada dərc etmək üçün çox şeyi qurban verərdim.

Əlqərəz, Məzahir Pənahovun monoloqu sona çatanda və jurnalistlər nəhayət ki, evə getmək imkanı qazananda, məlum oldu ki, AzadlıqRadiosu da MSK sədrinin sevincinə "qoşulur"

MƏTBUAT KONFRASNINDA YALNIZ BİR SUAL VAR: EVƏ NƏ VAXT GEDƏCƏYİK...

AzadlıqRadiosunun zaldakı müxbirinin adı Sevinc idi. Sevinc Hüseynzadə.

O, Məzahir müəllimin "indi isə, buyurun suallarınızı verin" təklifinə cavab olaraq zaldakı mikrofona yaxınlaşanda az qala bütün jurnalistlər ona dəhşətlə baxırdılar. "Bu qız dəlidir, nədir?" deyə dörd tərəfdən ona zillənən bu baxışlar azacıq da olsa enerji şüalandırsaydı, biçarə Sevinc aşsüzənə dönərdi.

18 martın sonuncu akkrodu AzadlıqRadiosunun seçki saxtakarlığı haqda sualı və bir də yüzlərlə media təmçilçisinin "bu qız dəlidir!" nidaları ilə başa çatdı.

Ona görə də heç kimin gözləmədiyi halda Londonda AzadlıqRadiosunun sanballı mükafata, özü də məhz 18 mart referendumunu işıqlandırdığına görə belə yüksək qiymətə layiq görülməsinə sevindim. Azından ona görə ki, Azərbaycan jurnalistikasına bir dərs verdi.

Mükafat almaq istəyirsiniz?

Yazın da...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Ağaca hörmət

Yada ki, büdpərəstlik dini...)

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

ABŞ İslam dünyası ilə yeni əməkdaşlığa başlayır

Amerikanın dövlət katibi Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar prezident Barak Obamanın vədinə əməl edəcək və İslam dünyası ilə əməkdaşlığı yenidən başlayacaq.

Klinton bunu Mərakeşdə inkişaf forumunda deyib, bildirib ki, Amekrika sahibkarlıq fəaliyyəti, iqtisadi inkişaf və təhsillə bağlı proqramlar təklif edəcək.

Чәтин ки, Б.Обаманын бу сијасәти објектив ола. Нәзәрә алын ки, һөрмәтли Нобел, АБШ президентләри һеч вахт мүстәгил олмајыблар вә әсасән ири капиталистләрин марагларына ујғун сијасәт јеридибләр. Президент кимдир? Президент садәҹә олараг бир инструментдир, аләтдир, ону бир мүддәт истифадә едәндән сонра кәнара гојурлар. Әҝәр о, ири капиталистләрин сөзүндән чыхса вә јахуд онларын марагларыны нәзәрә алмаса ону бу вә ја диҝәр ваистәләрлә һакимијјәтдән узаглашдыра биләрләр.

Американын мүсәлман дөвләтләри илә әдаләтли мүнасибәтләр гурмасы ағлабатан дејил.

Ссылка на комментарий
Поделиться на других сайтах

ABŞ İslam dünyası ilə yeni əməkdaşlığa başlayır

Amerikanın dövlət katibi Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar prezident Barak Obamanın vədinə əməl edəcək və İslam dünyası ilə əməkdaşlığı yenidən başlayacaq.

Klinton bunu Mərakeşdə inkişaf forumunda deyib, bildirib ki, Amekrika sahibkarlıq fəaliyyəti, iqtisadi inkişaf və təhsillə bağlı proqramlar təklif edəcək.

Чәтин ки, Б.Обаманын бу сијасәти објектив ола. Нәзәрә алын ки, һөрмәтли Нобел, АБШ президентләри һеч вахт мүстәгил олмајыблар вә әсасән ири капиталистләрин марагларына ујғун сијасәт јеридибләр. Президент кимдир? Президент садәҹә олараг бир инструментдир, аләтдир, ону бир мүддәт истифадә едәндән сонра кәнара гојурлар. Әҝәр о, ири капиталистләрин сөзүндән чыхса вә јахуд онларын марагларыны нәзәрә алмаса ону бу вә ја диҝәр ваистәләрлә һакимијјәтдән узаглашдыра биләрләр.

Американын мүсәлман дөвләтләри илә әдаләтли мүнасибәтләр гурмасы ағлабатан дејил.

Orası düzdü...

Ancaq gərək belə yerdə Türk döləti kimi beynalxalq siyasətdə bic olasan və lazımlı usullarnan öz marağını qoruyasan...

Gözdəmə ki, sənə qarşı göstərilən inamlar düzgün çıxsın...

Həmişə rəqibin ümümi qayda - qanunu ilə yol a p a r... Əgər o sərhədi keçir, deməli səndə keçə bilərsən...

Azərbaycanda nətər deyillər: sifətinə gülərüznən qarşıla, ancaq arxadan çomağını həmişə ayıq saxla...

Mən isə adi adam və bəzi xəbərləri yerləşdirməknən heç kimi inanmağa çağırmıram...

Sadəcə mövzüyə müvafiq olaraq məlumatlar yerləşdirirəm... Qalanı isə forumçuların fikirlərinə muvafiq olaraq, şəxsi mülahizələri...

Hörmətlə, El Paso

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Tükmənistanda insan haqları fəalı azadlığa çıxdı

Türkmənistanın hakim dairələri insan haqları fəalı Andrey Zatokanı həbsdən azad edib.

Human Rights Watch təşkilatının məlumatına görə ekoloqa kəsilmiş 5 il həbs cəzası cəriməylə əvəz olunub.

Ona həmçinin əmlakından imtina etməklə ölkədən çıxmaq təklif olunub.

Zatoka yoldan ötən sakini döyməkdə ittiham olunurdu.

Amma hüquq müdafiəçiləri həbsin qanunsuz və qondarma olduğunu deyirlər.

Zatokanın özü isə deyir ki, yerli dissidentlərlə görüşdüyünə görə cəzalandırılıb.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Livanda milli birlik hökuməti yaradılır

Livanda milli birlik hökuməti yaradılmasıyla bağlı razılaşma əldə olunub.

BBC-nin məlumatına görə Hizbullahın rəhbərlik etdiyi müxalifətdə olan alyans uzun müzakirələrdən sonra Səid Həririnin baş nazirliyə namizədliyini qəbul edib.

Müxalifət isə bunun əvəzində gələcək hökumətdə bir sıra vacib vəzifələr tutacaq.

Yaxın zamanlarda yeni kabinetin tərkibi elan edilməlidir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Ali məktəblərdə dezinfeksiya işlərinə yaxın günlərdə başlanacaq

Respublika Gigiyena və Epidemiologiya mərkəzi Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki ali məktəblərdə qrip və kəskin respirator xəstəliklərin yayılması əleyhinə birdəfəlik dezinfeksiya işləri .rmaq üçün Təhsil Nazirliyinə rəsmi müraciət ünvanlayıb. Bu barədə AzadlıqRadiosuna Gigiyena və Epidemiologiya mərkəzinin direktor müavini Vaqif Abdullayev məlumat verib.

Vaqif Abdullayevin dediyinə görə, Təhsil nazirliyi onlara ali məktəblərin yerləşdikləri ünvanların siyahısını göndərməli, bununla yanaşı təhsil müəssisələrinin rəhbərlərinə dezinfeksiya işləri .rmaq üçün şəraitin yaradılmasına dair göstəriş verməlidir:

«Bu məsələlər həll olunandan sonra biz işə başlaya bilərik. Gözlənilir ki, yaxın günlərdə dezinfeksiya işlərinə başlamaq mümkün olacaq».

Vaqif Abdullayevin dediyinə görə, hələ ki, ali məktəblər arasında yalnız Azərbaycan Tibb Universitetində birdəfəlik dezinfeksiya işləri .rılıb. Ötən həftə həmçinin Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki orta ümumtəhsil məktəbləri də qrip və kəskin respirator xəstəliklərin yayılması əleyhinə birdəfəlik dezinfeksiya olunub.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Ukraynada qrip və soyuqdəymədən 144 adam ölüb

Ukraynada qrip və soyuqdəymədən ölənlərin sayı 144-ə çatıb.

Təkcə son gün ərzində ölkədə 9 adam ölüb.

Ümumilikdə isə ölkədə 900 mindən artıq adamın xəstələndiyi və onların 40 mindən çoxunun xəstəxanaya düşdüyü qeydə alınıb.

Epidemiya ölkənin 16 regionunu bürüyüb.

Slovakiya dünəndən iki ölkə arasındakı nəzarət-buraxılış məntəqələrinin çoxunu müvəqqəti bağlayıb.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Maşın yeyən yol...

0DBA37AD-85C6-437F-BE67-927C6F94493E_w527_s.jpg

A22D82F5-4793-47C4-8BAC-1D11D7AA3A87_w527_s.jpg

E2B5E0E6-0F5F-4135-ACBD-144DD90EA03C_w527_s.jpg

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

"Arvadı pis kişinin saqqalı tez ağarar"

Şəriət hökmlərində bu barədə nə deyilir?

«QADINLARLA XOŞRƏFTAR OLANLARDAN ALLAHIN XOŞU GƏLİR, ÇÜNKİ ONLAR SİZİN ANANIZ, QIZINIZ VƏ XALANIZDIR»

Məhəmməd Peyğəmbər (s.ə.s)

Allah-Təala Öz sonsuz və tükənməz qüdrəti ilə bütün insanları müxtəlif sifətdə, formada xəlq etmişdir və bu həqiqətə Öz kitabında beləcə aydınlıq gətirmişdir.

(Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. «Hucurat»,13)

Hətta iki əkiz uşaq eyni ata-anadan olmasına baxmayaraq, yenə də bir-birindən fərqlənir. Düzdür, həyatda gördüyümüz, müşahidə etdiyimiz insanlar arasında oxşarları çoxdur. Lakin diqqət yetirəndə yenə də onların əxlaqında, danışıq tərzində, rəftar və davranışlarında və s. nəzərəçarpacaq dərəcədə fərqli cəhətlər görmək olur. El arasında deyirlər ki, ailə xoşbəxtliyin açarıdır. Bəs bu xoşbəxtliyə, səadətə qovuşmaq üçün nə etmək lazımdır? Hansı kişilərə ailəcanlı demək olar? İslama görə, ailədə kişi və qadının rolu nədən ibarətdir? Ümumiyyətlə, ər-arvad münasibətləri necə qurulmalıdır?

Ailəcanlı kişi

Həyatda bu sözü tez-tez eşidirik. Ələlxüsus da qadınların dilindən.

Əlbəttə, saleh qadına malik olmaq kişi üçün ən böyük xoşbəxtlikdir.

Peyğəmbərimiz (s.ə.s) buyurur: «Mömin qadın kişinin ən zəngin xəzinəsidir». Lakin ailədə kişinin üzərinə düşən məsuliyyət daha böyükdür. Kişi ilk növbədə özünü, ailəsini, övladlarını maddi cəhətdən təmin etməlidir. İslama görə, bu, halal yolla olmalıdır. O, qazandığı ruzini açıq ürəklə, səxavətlə xərcləməli, xəsislikdən çəkinməlidir. Ailəni təmin edərkən ona minnət qoymamalıdır. Şəriətə görə, kişi öz qadınına dostcasına, nəvazişlə, məhəbbətlə yanaşmalı, fiziki təsir göstərməməli və ruhunu incitməməlidir. Rəsuli-Əkrəm buyurur: «Qadınlarla mehriban olun və bir-birinizi onlarla mehribanlıq etməyə tövsiyə edin. Çünki onlar sizin himayənizdədirlər». Bütün bu deyilənlərə əməl olunarsa, o ailədə daim sevinc, fərəh hökm sürər, məhəbbət dərinləşər, ailənin bünövrəsi möhkəmlənər.

Qarşılıqlı məhəbbət

Ailədə ərlə-arvad arasında qarşılıqlı güzəşt və məhəbbət varsa,

sakitlik və rahatlıq da olacaq. Bunun övlad tərbiyəsində də rolu böyükdür.

Təbii ki, daim söz-söhbət olan evdə övlad tərbiyə etmək çətindir. İslam ərlə-arvad arasındakı məhəbbətə xüsusi önəm verir. Şəriətə görə, məhəbbət qarşılıqlı olmalıdır. Ər arvadını, arvad ərini sevməlidir. Ərlə-arvad arasındakı bu məhəbbətin əhəmiyyətli rolunu göstərən Peyğəmbər (s.ə.s) buyurur: «Ər məhəbbətini heç nə əvəz edə bilməz». Bəli, qarşılıqlı məhəbbət ailə üçün vacib amillərdən hesab edilir. Ancaq onu daha da dərinləşdirməkdən ötrü dil ilə də izah etmək lazımdır. Çoxları həyat yoldaşını sevdiyi halda, bunu dilinə gətirmir, məhəbbətini gizli saxlayır. Nəticədə qadın ərinin onu sevmədiyini başa düşür. Şəriət bu kimi soyuq münasibətləri qəbul etmir. Rəsuli-Əkrəm hədislərinin birində «Əgər ər öz arvadına onu sevdiyini izah edərsə, bu, heç vaxt onun xatirəsindən silinməz» buyurur.

Kişi qadını üzərində ixtiyar sahibidirmi?

Bəzən deyirlər: «Arvad var ev tikər, arvad var ev yıxar», «Arvadı pis kişinin saqqalı tez ağarar», yaxud da «Ər axar çaydır, arvad isə bənd» və s. Əslində qadının ailədə rolu nədən ibarətdir? Şəriət hökmlərində bu barədə nə deyilir?

İslam şəriəti kişinin ailə başçısı olmasını təkid edir. Belə olan halda, qadın gərək öz ərinə tabe olsun. Əks təqdirdə, evdə hərc-mərclik, dava-dalaş, özbaşınalıq hökm sürər, məhəbbətdən əsər-əlamət qalmaz. Məhəbbət isə, məlum olduğu kimi, ailənin əsasını təşkil edir. Onunla ailənin bünövrəsi qoyulur, möhkəmlənir. Məhz bu, yaxud da digər səbəblərə görə, İslam qadınların kişilərə tabe olmasını, itaət etməsini vacib və zəruri bilir.

İslama görə, qadın öz ərinə itaət etməli, sözündən çıxmamalı, icazəsiz onun evindən heç bir şeyi sədəqə verməməlidir. Əgər ərindən icazəsiz evdən bir şey verərsə, onun savabı ərinə çatar, özünə isə günah yazılar. Hətta qadın öz ixtiyarında olan maldan da ərinin icazəsi olmadan başqasına verə bilməz. Şəriətə görə, qadın ərindən icazəsiz çölə də çıxa bilməz. Kişinin qadın üzərində olan vacib haqlarından biri də onun əri ilə mehriban davranması, qulluğunda durması, əmrlərindən boyun qaçırmamasıdır. İmam Kazım (ə) buyurur: «Qadının cihadı ərinə yaxşı qulluq etməsidir».

Bəs qadın necə, ərinin üzərində hansı haqlara sahibdir?

Kişi qadını üzərində müəyyən ixtiyarlara sahib olduğu kimi,

qadın da əri üzərində müəyyən ixtiyarlara sahibdir. Məsələn, qadın əri tərəfindən hərtərəfli təmin olunmalı və heç bir səbəb, üzür olmadan əri onu tək qoymamalıdır. Qadın ev işlərində ərinə köməklik etsə də, bu işə heç də məhkum deyil. Belə ki, əxlaqi baxımdan bəyənilməsə də, qadın hətta heç bir üzür və səbəb olmadan ev işlərini görməkdən, məsələn, yemək bişirməkdən hətta uşağına süd verməkdən belə, imtina edib, bu kimi işlərdə ərindən onun üçün xidmətçi tutmasını tələb edə bilər. Lakin o, bütün bunlardan sui-istifadə etməməli və öz əxlaqi vəzifələrini vicdanla yerinə yetirərək öz ərinə sadiq qalıb ona qarşı itaətsizlik etməməlidir. Göründüyü kimi, həyatın bütün sahələrində olduğu kimi, İslam dini ər-ərvad münasibətlərində də ədalət prinsipini hər şeydən öndə qərar vermiş və ixtiyar verdiyi şəxslərə bundan sui- istifadə etmək şəraitini yaratmamışdır. Məhz elə bu səbəbdən də müqəddəs İşlam dini haqq olaraq dinlərin sonuncusu və ən mükəmməli hesab olunur.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...