Перейти к содержимому

Təzə xəbərlər


El Paso

Recommended Posts

Bu gün Avropa Birliyində Cənubi Qafqaz ölkələri ilə bağlı debatlar başlayır

Xarici işlər nazirləri Azərbaycan, Gürcüstan və Ermənistanla əlaqələrin inkişafı yollarını axtaracaqlar

Avropa Birliyinin ümumi işlər və xarici əlaqələr üzlə nazirlər Şurası bu gün və sabah Avropanın enerji təhlükəsizliyi və Qafqaz ölkələri ilə əlaqələri müzakirə edəcək. Bu barədə məlumatı Avropa Birliyinin İsveç nümayəndəliyi yayıb.

Məlumatda deyilir ki, xarici işlər nazirləri Cənubi Qafqaz ölkələri-Azərbaycan, Gürcüstan və Ermənistanla əlaqələri müzakirə etmək niyyətindədirlər: “Bu ölkələrlə xüsusilə “Şərq tərəfdaşlığı” çərçivəsində əlaqələrin hansı şəkildə inkişaf etdirilməsi ilə bağlı debatların keçirilməsi nəzərdə tutulur. Bundan başqa, əməkdaşlığın hər bir ölkələdəki vəziyyətin ayrıca nəzərə alınması ilə inkişaf etdirilməsi ətrafında müzakirələr .rılacaq”.

Enerji təhlükəsizliyinə gəldikdə isə, görüşdə bu sahədə Avropa siyasətinin müxtəlif aspektlərindən söhbət açılmalıdır. O cümlədən, nazirlər diskussiya zamanı enerji sahəsində üçüncü ölkələrlə, xüsusilə, Ukrayna ilə əlaqə məsələsi də müzakirə olunacaq. Lakin bu məsələ debatların əsas mövzusu olmayacaq.

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 361
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

ODKB sülhməramlı əməliyyatlara qoşulmaq istəyir

Təşkilat bununla bağlı BMT-yə müraciət edib

Sabah işə başlayacaq BMT Baş Assambleyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (ODKB) ilə əməkdaşlığın gücləndirilməsi məsələsini müzakirə edəcək. BMT-nin saytında yerləşdirilən məlumata görə, avqustun 11-də Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin təşkilatın bütün üzvlərinin adından (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) sessiyanın gündəliyinə bu məsələnin əlavə edilməsi ilə bağlı müraciət edib. Təşkilatın mətbuat katibi Vitali Struqovsun məlumatına görə, ilikn gündəlikdə bu məsələ artıq var.

Moskva hesab edir ki, Baş Assambleya BMT ilə ODKB arasında əməkdaşlıqla bağlı razılığı, BMT ilə NATO arasında imzalanmış 2008-ci il sentyabr qətnaməsinə analoji xüsusi qətnamə ilə dəstəkləyəcək. Bu razılıq ODKB-ə BMT-nin sülhməramlı və digər aksiyalarında iştirak etməyə imkan verəcək. Belə memorandumu BMT Təhlükəsizlik Şurası hazırlayır və onu hər iki təşkilatın Baş Assambleyası imzalayır.

Qeyd edək ki, ODKB 2004-cü ildən Baş Assambleyada müşahidəçi statusundadır. 2009-cu ilin 16 yanvarından isə ODKB üzv ölkələrin imzaladığı razılığa görə, təşkilat sülhməramlı əməliyyatlarda o cümlədən BMT-nin əməliyyatalarında iştirak edə bilər.

"Armenia Today" saytının məlumatına görə, Rusiya ODKB-nin gələcəkdəki əməliyyatlarının beynəlxalq aləmdə legitimləşdirilməsinə çalışır. Saytın yazdığına görə, əgər BMT, ODKB ilə razılığa gedərsə, "ODKB-nin sülhməramlı kontingentini" Dağlıq Qarabağ ərazisində yerləşdirməyə çalışacaq.

Allah Elemesin...

Изменено пользователем Эль Пасо

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu ölkədə polisə və məmura pul təklif etmək olmaz

Günün ölkəsi -ABŞ

Amerika Birləşmiş Ştatları haqqında ümumi məlumat

Amerika Birləşmiş Ştatları dünyada ərazisinin böyüklüyünə görə 4-cü, əhalisinin sayına görə isə 3-cü yeri tutur. Ölkə Şimali Amerika materikində yerləşir. Şimaldan Kanada, cənubdan Meksika ilə həmsərhəddir. ABŞ federativ respublikadır. Paytaxtı Vaşinqton şəhəridir. Ərazisi 9,5 milyon kvadrat kilometrdir. Əhalisi 281 milyon nəfərdir. Mərkəz və şimal hissəsini ovalıqlar, düzənliklər, Appalaç dağları, qərb hissəsini Kordilyer dağlarının yüksək silsilələri tutur. Çayları, əsasən, Atlantik və Sakit Şimal Buzlu okeanlarına tökülür. Ən böyük çayı Missisipidir. Əhalisinin 78-84%-ni xristianlar, 2%-ni müsəlmanlar təşkil edir. Rəsmi dil ingilis dilidir, pul vahidi dollardır (1 dollar 100 sentə bərabərdir). ABŞ-da demək olar ki, bütün iqlim tiplərinə rast gəlmək olur: Alyaskadakı arktik və subarktikdən tutmuş, Havay adaları, Kaliforniya və Floridadakı tropik iqlimə qədər. Yayda temperatur +22 ilə +28 dərəcə arasında dəyişir. Sahilyanı rayonlarda orta illik yağıntının miqdarı 2000, ölkənin mərkəzi hissələrində 1000, səhra və yarımsəhra ərazilərdə 100 mm-ə qədər olur. Milli şüarları: «Biz Allaha inanırıq» («In God We Trust»).

Turistlərə məsləhət

ABŞ-da çaypulu xidmət sahəsindəki əlavə ödənişin qanuniləşdirilmiş formasıdır. Çaypulu vermə mədəniyyəti taksilərdə, aeroportlarda, mehmanxanalarda, restoranlarda geniş yayılıb. Ofisiant, taksi sürücüsünün bəxşişi hesabın 10-15%-nə bərabərdir. Polisə və məmura pul təklif etmək olmaz. Bu, cinayət hadisəsi kimi qiymətləndirilir.

Banklar bazar ertəsindən cümə gününədək saat 09:00-dan 15:00-dək işləyir.

Şopinq mərkəzləri və böyük univermaqlar bazar ertəsindən şənbəyədək saat 09:30-dan 21:30-dək (bəziləri 24 saat), bazar günləri isə 12:00-dan 17:00-dək işləyir. Şəxsi mağazalar fərdi qrafikə uyğun fəaliyyət göstərir. Mağazalar ya ticarət mərkəzlərində («moll»larda) kompakt halda, ya da məhəllə və rayonlarda yerləşir. Amerikadakı mağazaların hamısında qiymətlər vergilər nəzərə alınmadan qeyd olunur, yəni ödəməli olduğunuz məbləğdən 5-10% aşağı qiymət göstərilir. İldə bir dəfə, avqustun axırı, Texasda «vergisiz uikend» keçirilir.

Mətbəx

Amerika mətbəxi cəmiyyəti kimi internasionaldır: burada Çin, Meksika, Kuba, Rusiya restoranlarına rast gəlmək, ada və Mərakeş yeməklərindən dadmaq olar. Qiymətlər və xidmət də çox fərqlidir - orta məbləğ qəlyanaltıda $2-dan $100-a qədər və Nyu-Yorkun ən yaxşı restoranlarında $100-dan çoxdur (içkisiz). «İsveç stolu» təşkil olunan kafelərdə qiymətlər çox ucuzdur. Burada siz giriş pulunu verib məhdudiyyət olmadan istədiyiniz yeməyi seçə bilərsiniz. Bu, daha çox Las-Veqas və Orlandoda geniş yayılıb. Əksər restoranlarda siqaretçəkənlər üçün ayrıca zallar olur və bu bölgüyə ciddi əməl edilir. Milli mətbəx yeməklərin çoxkalorili olması və rahat hazırlanması ilə seçilir. Məşhur yeməkləri qabaqlı sup, donuz qabırğaları, içi doldurulmuş hinduşka, steyklər və burgerlərdir. Amerika «fast-food»un vətənidir. ABŞ McDonald`s, Burger King, KFC və başqa qəlyanaltıların müxtəlifliyinə görə dünyada birinci yerdədir. Burada içki çeşidi çox müxtəlifdir. Amerikalıların çay və qəhvə anlayışı bütün turistləri təəccübləndirir. Çayı soyuq və şəkərsiz, limonla və buzla və ya ingilissayağı açıq və südlü verirlər.

Gəzməli-görməli yerlər

Vaşinqtonda ABŞ prezidentinin rezidensiyası - Ağ ev, ABŞ-ın hərbi nazirliyi - Pentaqonun binası, dünyanın beş ən məşhur abidələrindən sayılan konqres binası - Kapitoliya yerləşir.

ABŞ-ın ən məşhur şəhərlərindən biri Nyu-Yorkda ölkənin əsas simvolu - Azadlıq heykəlini (Statue of Liberty) görmək olar.

Amerika kinematoqrafiyasının mərkəzi olan Hollivud Los-Ancelesdə yerləşir. Hollivud bulvarında möhtəşəm aktyorların adı yazılan 2000-dən çox ulduz var. Hər il 20 milyon turist bu ulduzlara baxmağa gəlir.

Disneylend - 11 min hektar ərazini əhatə edən Uolt Disney aləmi dünyanın ən məşhur dəniz parklarını, şəffaf akvarium-tuneli və bir çox başqa əyləncələri özündə cəmləşdirir. Dəniz heyvanlarının iştirakı ilə təşkil olunan müxtəlif şou və attraksionlar təkcə uşaqların yox, böyüklərin də marağına səbəb olur.

Arizonanın şimal-qərbində yerləşən Böyük Kanyon (Grand Canyon) qoruğu dünyanın ən böyük çay kanyonudur. Siz vertolyotla kanyonun üstündən ekskursiya edə, Koloradoda qayıqla üzə bilərsiniz.

Çikaqonun ən məşhur görməli yeri XIV əsrin və fransız impressionistlərinin rəsm əsərləriylə zəngin olan «Art İnstitute» muzeyidir. Muzeyin qarşısında hündürlüyü 41 metrə çatan Bukingem fəvvarəsinə tamaşa etmək olar. Məşhur Niaqara şəlaləsi Çikaqonun yaxınlığında yerləşir.

San-Fransiskonun simvolu - «Qızıl darvazalar» körpüsü dünyanın ən gözəl körpülərindəndir. Onun uzunluğu 2730 m-dir.

Şəhərin qədim hissəsində Ginnesin rekordlar kitabına düşən ən əyri küçəsini - Lombard striti (Lombard street) gəzmək olar.

Las-Veqas dünyanın kazino və şou-biznes mərkəzidir. İlin 310 günü günəşli və isti keçir. Buraya bütün ölkələrdən əyləncə, şənlik axtaran insanlar axışır. 24 saat kozino və restoranlar turistlərin qulluğunda durur.

Bayramlar

Bir çox xalqlarda olduğu kimi amerikalıların da milli bayramlarına Pasxa, Milad və Yeni il daxildir. Pasxa - İsa peyğəmbərin zühr etməsini əks etdirir. Baharın müxtəlif bazar günlərində qeyd olunan Pasxa xristianlar üçün ibadət etmə və ailənin bir yerə toplandığı gündür. Bir çox amerikalılarda pasxa yumurtalarının rənglənməsi və konfet paylanması adəti hələ də qalıb. Pasxanın səhəri ölkənin prezidenti Ağ evin çəmənliyində uşaqlarla birlikdə «pasxa yumurtalarını sürüşdürmə” bayramında iştirak edir. Milad - 25 dekabrda qeyd olunur və ABŞ-ın ən əsas bayramıdır. Ancaq əvvəllər, XVIII əsrə qədər milad bayramı Amerikada qadağan olunmuşdu. Burada da milad bayramı bütün ölkələrdə olduğu kimi keçirilir. Ənənəvi küknar ağacı, hədiyyələr, bayram süfrəsi və s. Yeni il - 1 yanvarda qeyd olunur, dost-tanışlar bir süfrə arxasında əyləşib bir-birlərinə səadət arzulayırlar. Amerikalıların bir sıra özünəməxsus bayramları da var. Ən önəmliləri 4 iyul Müstəqillik günü və noyabrın axırıncı cümə axşamına düşən Şükran günü sayılır. ABŞ-da qeyd olunan bayramlardan ən maraqlısı Helluindir (31 oktyabr). Bu gün hər evdə gözlər və ağız kəsilmiş içi boş balqabaq olmalıdır. Bayramın ən məşhur adətlərindən biri budur ki, uşaqlar karnaval paltarlarını geyinib, qapı-qapı gəzib şirniyyat istəyirlər. Əgər evin sahibi xəsis çıxsa, uşaqlar intiqam ala bilərlər. Bundan başqa, Martin Lüter Kinqin xatirə günü (15 yanvar), Prezidentlər günü, Əmək günü, Kolumb günü, Veteranlar günü və s. qeyd olunur.

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Cüdoçumuz qızıl medal qazandı

Elmar Qasımov: "Bu qələbəni Qarabağ şəhidlərinin ruhuna həsr edirəm"

İrəvanda cüdo üzrə gənclər arasında keçirilən Avropa Çempionatında Azərbaycanın himni səslənib, bayrağı dalğalanıb. Cüdoçumuz Elmar Qasımov cəmi bir neçə saniyəyə rəqibinin üzərində təmiz qələbə çalaraq qızıl medala sahib olub. İdmançımız çexiyalı Lukaş Krpaleki məğlub edib. ANS-ə açıqlamasında Elmar Qasımov bildirib ki, qələbəsini Qarabağ şəhidlərinin ruhuna həsr edir.

Beləliklə, İrəvana gedən 5 cüdoçumuz elə 5 medalla vətənə dönür. Onlardan biri qızıl, biri gümüş ayarlıdır. Digərləri isə bürünc medallardır.

Qeyd edək ki, yarışda 81 kq çəki dərəcəsində mübarizə .ran həmvətənimiz Ramin Qurbanov dünən bürünc medal uğrunda mübarizədə ukraynalı Aleksandr Derkaçla qarşılaşıb. Görüşdən qələbə ilə ayrılan cüdoçumuz yarışın bürünc medalına layiq görülüb.

Yarışın ilk günündə tatami üzərinə çıxan İlqar Muşkiyev gümüş, Fəqan Eminoğlu və Rasim Əsədullayev isə bürünc medala layiq görülüb.

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

adnan-emin.jpgİsveçli gənclər Adnan və Eminin həbsinə etiraz edirlər

İsveç parlamentinin müxtəlif fraksiyaları, eləcə də parlamentdə təmsil olunan partiyaların gənclər təşkilatları Adnan Hacızadə və Emin Millinin həbsinə etiraz ediblər.

İlham Ə-və ünvanladıqları məktubda 7 partiyanın nümayəndələri gənc bloqqerlərin həbsindən narahatlıqlarını bildirirlər. Bu həbsi ölkədə dissidentlərə qarşı dözümsüzlüyün tipik təzahürü adlandırırlar.

İsveçli gənclər A.Hacızadə və E.Millinin həbsinin siyasi motivli olduğunu bildirir, onları dərhal, qeyri-şərtsiz azad etməyə çağırırlar. Eyni zamanda, gənclərə qarşı qaldırılan bütün ittihamların dayandırılmasını və təqsirkarların cəzalandırılmasını istəyirlər.

Prezidentə ünvanlanan məktubun sonunda qeyd olunur ki, onlar bloqqerlərin məsələsini, həmçinin ölkədəki vəziyyəti diqqətlə izləyəcəklər.

Üç partiyanın - Sosial-Demokrat, Sol və Yaşıllar partiyalarının birgə bəyanatında Avropa Birliyinə prezidentlik edən İsveç hökumətindən A.Hacızadə və E.Millinin məhkəmə prosesinə müşahidəçi göndərməsi tələb olunur. Onlar Azərbaycanda insan haqlarının vəziyyətindən dərin narahatlıqlarını bildirirlər. Bəyanatda qeyd olunur ki, İsveç Azərbaycandakı hüquqsuzluğa göz yummamalıdır.

Xristian Demokrat və Liberal partiyalarının ayrı-ayrılıqda verdiyi bəyanatlarda da bu həbs pislənir.

Partiyalar İsveç hökumətindən tələb ediblər ki, Avropa Birliyinin sədri kimi gənc bloqqerlərin məhkəmə prosesini izləmək üçün Azərbaycana müşahidəçi göndərsin.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Изменено пользователем Эль Пасо

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Rusiya Federasiyasının FTX - nin Sərhəd Qoşunlarının komandanı Viktor Trufanovun sözlərinə görə sentyabrın 15 - dən etibarən Abxaziya sahil sularını pozan Gürcüstana məxsus gəmiləri saxlayacaqdır...

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Portuqaliyada sosialistlər qələbə qazandı : İlkin nəticələrə görə, Xose Sokratesin sədrlik etdiyi Sosialist Partiyası (PS) seçkilərdə qələbə qazanıb. Portuqaliya telekanallrının veriyi xəbərə görə, seçkilərdə Sosialist partiyası (PS) 36%, İctimai Demokrat partiyası (PDS) yüzdə 26.3%, İctimai Demokrat mərkəzi-Xalq partiyası ittifaqı (CDS) 8.6%, Solçular Bloku (BE) 8.5%, Demokratik Birlik Koalisiyası isə (PCP-PEV) yüzdə 4.6% səs toplayıb.

Изменено пользователем nizami63

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

İran islam dünyasının 4-cü iqtisadi qüdrətidir : İnformasiya Agentliklərinin məlumatına görə İKT özünün son hesabatında bu təşkilata üzv 53 ölkənin iqtisadi vəziyyətlərini araşdırıb və İran 7,5%-lik ümummilli istehsal ilə islam dünyasının 4-cü iqtisadi qüdrəti seçilib.

İKT-nin iqtisadi hesabatı adlanan bu hesabat ildə bir dəfə yayılır.

Bu hesabata əsasən Türkiyə 15,9%-lik ümummilli istehsal payı ilə 1-ci yerdə durub. İndoneziya və S.Ərəbistanı müvafiq olaraq 11,1 və 10,5%-lik ümummilli istehsal payı ilə 2 və 3-cü yerlərdə durublar.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Çində Kommunist partiyasının 60 illiyi qeyd edilir

Oktyabrın 1-də Çində Kommunist partiyasının hakimiyyətə gəlişinin və Çin Xalq Respublikasının yaranmasının 60 illiyi qeyd edilir.

Pekində böyük hərbi parad keçirilib. Minlərlə polis və hərbçi paytaxtın mərkəzini bağlayıb. Hərbi paradda Çinin Xalq Azadlığı ordusu son silahlarını, o cümlədən qitələrarası ballistik raketlərini, tank və hücumçu vertolyotlarını nümayiş edib.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Социалисты победили на парламентских выборах в Греции

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Bursada etiraz aksiyası keçirilib

Oktyabrın 11-də Türkiyənin Bursa şəhərində Türkiyə-Ermənistan matçı zamanı şəhər valisinin Azərbaycan bayraqlarını stadiona buraxmamaq qərarına etiraz olaraq stadion qarşısında etiraz aksiyası keçirilib.

ANSPRESS-in məlumatına görə mitinqdə Azərbaycandan gələn bir qrup adamla yanaşı, Türkiyə vətəndaşları da iştirak edib.

Aksiya iştirakçıları Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasıyla bağlı protokol və iki ölkə arasında sərhədlərin açılmasına da etiraz ediblər.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycanı tək qoymaqdan söhbət də gedə bilməz

Türkiyənin Azərbaycanı tək qoymasından söhbət də gedə bilməz.

Bunu isə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu TRT kanalına müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın taleyi ilə Türkiyənin taleyi ayrılmaz şəkildə bir-birilə bağlıdı bu həmişə belə olacaq.

Bu siyasət 2007-ci ildən başlayıb.

Fevraldan etibarən isə ictimaiyyətə məlumat verilməyə başlanıb.

O gündən bu yana Azərbaycan və Ermənistan prezidentləri beş dəfə görüşüblər.

Bəs 17 il ərzində neçə dəfə görüşüblər, gəlin bir ona da baxaq.

6 - 7 ay ərzində 5 dəfə görüşmək niyə baş verdi, bölgədə nə dəyişdi?

Dəyişən Türkiyənin həyata keçirdiyi diplomatik həmlələrdir.

Bu baxımdan da biz hərtərəfli barışıq deyəndə Azərbaycanın işğal altındakı torpaqlarını əhatə edən bir tənzimləməyə işarə edirik, deyə Davudoğlu bildirib.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Beynəlxalq aləm İranın nüvə sahəsində beynəlxalq öhtəlikləri yerinə yetirməsini sonsuz gözləyə bilməz.

Dünya İranı sonsuz gözləyə bilməz

Bunu Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton deyib.

Hillari Klinton Londonda Böyük Britaniyanın xarici işlər naziri Devid Milibendlə görüşdən sonra bu yaxınlarda Cenevrədə İranla .rılmış çoxtərəfli danışıqları əməli başlanğıc adlandırıb, amma qeyd edib ki, indi hərəkət lazımdı.

Devid Milibendsə deyib ki, dünyayla normal münasibətlər qurmaq üçün indi İranın yaxşı imkanı var.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkiyə Azərbaycan-Ermənistan münaqişəsini diqqətdə saxlayacaq

Ermənistan işğal etdiyi torpaqlardan çıxmayınca yaxşı münasibətlər mümkün deyil.

Bunu Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan "Türkiyə ilə Ermənistan arasında imzalanan protokolları şərh edərkən deyib.

Ərdoğan qeyd edib ki, bu imza və mərasim xarakterli bir addımdır.

Biz Ermənistanla problemləri danışıqlar yoluyla həll etmək istəyirik və əslində bunun başlanğıcını qoyduq.

İndi isə xahişimiz budur ki, Azərbaycanla Ermənistan da öz aralarındakı münaqişəni bu cür həll etsinlər.

Ərdoğan daha sonra qeyd edib ki, dünən Ermənistanla imzalanmış protokolları Türkiyə parlamenti də təstiqləməlidi, amma Böyük Millət Məclisi burda

Azərbaycan-Ermənistan münaqişəsini diqqətdə saxlamalı olacaq.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Hillari Klinton Şimali İrlandiya siyasətçiləri ilə görüşür

Avropaya səfərə yollanan Amerikanın dövlət katibi Hillari Klinton bu gün Şimali İrlandiya siyasətçiləri ilə görüşür. Onun Şimali İrlandiya məclisində Olsterdə sülh prosesini dəstəkləyəcəyinə dair çıxış edəcəyi gözlənilir.

Xanım Klinton bu gün Rusiyaya da gedəcək.

Sabah onun Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezident Dmitri Medvedevlə görüşü nəzərdə tutulur.

Başlıca müzakirə mövzusu Əfqanıstan, İran, Şimali Koreya və Yaxın Şərqdə vəziyyətdir.

Klinton qeyri-hökumət və ictimai təşkilatların fəalları ilə də görüşəcək.

Çənşənbə günü dövlət katibi Kazana səfər edəcək.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

«Razılaşma həm iki ölkə arasında barışığa gətirib çıxaracaq»

Avropa Şurasının Baş Katibi Torbyörn Yaqland Ermənistanla Türkiyə arasında razılaşmaya dair bəyanat yayıb. Bəyanatda deyilir ki, bu razılaşma həm iki ölkə arasında barışığa gətirib çıxaracaq, həm də ümumumilikdə Cənubi Qafqaz regionunda sabitliyi möhkəmləndirəcək tarixi addımdır.

Bəyanatda deyilir ki, bu razılaşma həm iki ölkə arasında barışığa gətirib çıxaracaq, həm də ümumumilikdə Cənubi Qafqaz regionunda sabitliyi möhkəmləndirəcək tarixi addımdır.

«Heç kəsin şübhəsi yoxdur ki, bu razılaşmaların tam şəkildə tətbiqi üçün zamana və tərəflərin davamlı öhdəliyinə ehtiyac var»- deyə bəyanatda bildirilir.

Baş Katib, həmçinin Avropa Şurasının Ermənistan və Türkiyə hökumətləri ilə tam əməkdaşlıq çərçivəsində bu prosesə dəstək verməyə hazır olduğunu da qeyd edir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bloqqerlərin məhkəməsi davam edəcək

Oktyabrın 13-də gənc bloqqerlər – Emin Milli və Adnan Hacızadənin məhkəməsi davam edəcək. Bu gün ittiham tərəfinin şahidləri ifadə verəcək.

Gənclər iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.

Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Bu arada Emin Millinin anasına oğlunun ad günü ərəfəsində onunla görüşməyə icazə verilməyib.

Gözdüyək, görək nə fikrə gəldi İƏ...

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bloqqerlərin məhkəməsi təxirə salındı

B39C94C8-ADB7-4AAD-8F4E-61C3A478818C_w397.jpg

Gənc bloqqerlər - Emin Milli və Adnan Hacızadənin oktyabrın 13-nə təyin olunmuş məhkəməsi təxirə salındı. Buna səbəb prosesdə iştirak etmək üçün xəbərdarlıq edilən «Lebanese» restoranının sahibəsi Şahzeynəb Rüstəmova və zərərçəkənlərin məhkəməyə gəlməməsi idi.

Bundan başqa, Səbail rayon 9-cu polis bölməsinin məsul köməkçisi, şahid kimi dindirilməli olan Sənan Məmmədov da məhkəmədə iştirak etmirdi.

Hakim isə bildirdi ki, Şahzeynəb Rüstəmova və zərərçəkənlərə bir daha rəsmi məlumat göndəriləcək ki, növbəti məhkəmə prosesinə gəlsinlər, çünki onların prosesdə iştirakı vacibdir.

VƏKİLLƏR ETİRAZLARINI BİLDİRDİLƏR

Bloqqerlərin vəkilləri prosesin uzanmasına etirazlarını bildirərək, hakimdən zərərçəkənlərin prosesə məcburi gətirilməsi barədə qərar çıxarmasını istədilər. Hakim isə zərərçəkənlər Babək Hüseynov və Vüsal Məmmədovun nümayəndələrinin də məhkəmədə olmadığını əsas gətirərək dedi ki, əgər onlar növbəti prosesə də qatılmasalar, həmin iclasda məcburi gətirilmə məsələsinə baxılacaq.

Prosesdən sonra Emin Milli və Adnan Hacızadəyə valideynlərilə görüşməyə icazə veridi. Təxminən 45 dəqiqəlik görüşdən sonra valideynlər AzadlıqRadiosuna dedilər ki, övladları saxlanma şəraitindən şikayətlənmirlər. Amma bloqqerlər məhkəmə prosesini «tamaşa» adlandırıblar.

«YUXARIDA HANSISA SSENARiST OTURUB YAZIR»

Valideynlər özləri isə hələ də onlara övladları ilə davamlı görüş verilməməsindən və prosesin uzadılmasından narazıdırlar. Adnan Hacızadənin atası Hikmət Hacızadə:

- Bir balaca davaya görə iki aydır məhkəmə gedir. Nəyə görə məhkəmə iki həftə sonraya təxirə salındı? Bu iki həftəyə nə olacaq? Yuxarıda hansısa ssenarist oturub yazır, hansısa səhifə xoşuna gəlmir, cırır təzədən yazır.

Emin Millinin valideynləri isə hətta oktyabrın 14-ü oğullarının ad günündə belə onunla görüşə icazə verilməməsindən şikayətçidirlər.

Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Prosesdə zərərçəkənlər kimi tanınan Babək Hüseynov və Vüsal Məmmədov isə ifadələrində deyiblər ki, iyulun 8-də «Lebanese» restoranında Emin Milli və Adnan Hacızadə, həmçinin onlarla bir masada oturanlar söyüş söyüblər. Onlar buna etiraz edəndə dava düşüb və həmin masada oturanlar Vüsal Məmmədovla Babək Hüseynova hücum ediblər.

Bloqqerlərin növbəti məhkəməsi oktyabrın 27-nə təyin olunub.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan ictimaiyyətinə müraciət edir

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları azad edilmədən Türkiyə və Ermənistan arasında sərhədlərin açıqlması müzakirə mövzusu ola bilməz. Türkiyənin Bakıdakı səfirliyinin oktyabrın 12-də yaydığı bəyanatda belə deyilir.

Bəyanatda qedy olunur ki, səfirlik Türkiyə və Ermənistan arasında oktyabrın 10-da protokolların imzalanmasından sonra, Azərbaycan mediasında Türkiyə-Ermənistanh sərhədlərinin açıqlması haqda, təəssüf hissi ilə qarşılayır. Bu üzdən Azərbaycan ictimaiyyətinin nəzərinə çatdırmaq istəyir ki,

"Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğnanın da dəfələrlə qeyd elədiyi kimi, Qarabağın işğalı sonrasında bağlanan Türkiyə-Ermənistan sərhədi Azərbaycanın torpaqlarının işğalına son verilməyincə açılmayacaq və bu, müzakirə mövzusu da ola bilməz.

Byanatda vurğulanır ki, "Xarici İşlər naziri Ahmed Davutoğlunun da dediyi kimi, heç bir münasibətlər Türkiyə-Azərbaycan əməkdaşlığından vacib ola bilməz. Türkiyə-Ermənistan sərhədinin açıqlması uzun müddətli prosesdir və bundan ötrü Dağlıq Qarabağ və Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsi tələb olunur".

Türkiyənin Azərbaycandakı səfirliyinin bəyanatında sonda bildirilir ki, "qardaş Azərbaycan xalqının Türkiyəyə güvənməsini, yanlış və məqsədli xəbərlərə etibar etməməsini gözləyirik".

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Dəmir yolunda da qiymətlə arta bilər

«Azərbaycan Dəmir Yolları» QSC sərnişindaşıma üzrə mövcud tariflərin artırılması təklifi ilə Tarif Şurasına müraciət edib.

«.-Economics»in məlumatına görə, bunu səhmdar cəmiyyətinin sədri Arif Əsgərov bildirib.

«Bu gün dəmir yolu sərnişindaşımada ən aşağı qiymətlərlə işləyir. Hazırda dəmir yolunda sərnişindaşımada orta qiymət 3 manatdır və dəmir yolu başqa nəqliyyat vasitələri ilə müqayisədə bir neçə dəfə ucuzdur», - deyə A.Əsgərov vurğulayıb.

A.Əsgərov onu da vurğulayıb ki, sərnişindaşımada qiymətlərin aşağı olması həm vaqonların saxlanılması, həm də təhlükəsizliyinə mənfi təsir göstərir.

A.Əsgərov qiymət artımının nə qədər olacağını isə konkretləşdirməyib.

Get tullan burdan... Metronun yol haqqını qaldırdıqları az deyil, üstəlik demir yoluna cumublar...

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan-Rusiya matçında dava düşdü (YENİLƏNİB)

Azarkeşləri sakitləşdirmək üçün işə polis və xüsusi təyinatlılar qarışmalı olub

Tofiq Bəhramov adına Respublika Stadionunda yerli və rusiyalı azarkeşlər arasında dava düşüb. ANS PRESS müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, stadionun 25 və 28-ci sektorlarında qarışıqlıq yaranıb. Dava oyunun 35-ci dəqiqəsinə təsadüf edib.

İş o yerə çatıb ki, məsələyə polis əməkdaşları və xüsusi təyinatlılar qarışmalı olub. Verilən məlumata görə, azarkeşlər bir-birinə şüşə qabları və s. əşyalar atırlar.

Davaya səbəb ruslar olub. Belə ki, onlar 25-ci sektora tərəf fişəng atıb. Fişənglərin ikisi azərbaycanlı azarkeşlərin yer aldığı bu sektorda açılıb. Bir müddət sonra rusiyalı azarkeşlər pivə şüşələrini atmağa başlayıb.

ANS PRESS müxbirinin verdiyi məlumata görə, dava nəticəsində bir neçə rusiyalı azarkeş yaralanıb. Hazırda 25 və 28-ci sektorlar arasında xüsusi təyinatlılar yerləşdirilib. Qeyd edək ki, 25 sektorda azərbaycanlı azarkeşlər, 28-ci sektorda isə ruslar yer alıb.

Rusiya mətbuatının yaydığı məlumatda isə davanın başqa səbəb üzündən baş verdiyi bildirilir. Rusiya Futbol İttifaqının (RFİ) mətbuat katibi Andrey Malosolovun sözlərinə görə, qarşıdurmaya səbəb rusiyalı azarkeşlərin paltarlarının qurşağa qədər soyunması olub və bu, azərbaycanlı azarkeşlərinin xoşuna gəlməyib.

Onu da qeyd edək ki, RFİ nümayəndəsi fasilə zamanı rusiyalı azarkeşlərin yanına gedib və onlarla söhbət edib. Bundan sonra 28-ci sektorda nisbi sakitlik yaranıb.

Eee... Bu olmadı ki...

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Rusiya Ermənistana satdığı qazı ucuzlaşdırır

Rusiyanın Qazprom şirkəti Ermənistan satacağı qazın qiymətinin gələn il ucuzlaşdıracaq. Qazprom Ermənistan satdığı qazın min kubmetrinin qiymətini aprel ayında 110 dolalrdan 154 dolalra qaldırmışdı və glən ildən 200 dollar olacağını bəyan eləmişdi.

Amma Qazpromun ermənistan nümayəndələyindən bildiriblər ki, indi tərəflər arasında danışıqlar gedir və gələn ilin aprelindən min kubmetr rus qazının qiymətinin 200 yox, 180 dollar olması mümkündür.

Uzun illər Qazprom Ermənistandakı qaz təhcizatını inhisara almışdı. Ancaq bu ilin əvvəlindən İrandan Ermənistana alternativ qaz kəməri çəkilib və Ermənistan gələn ildən İrandan daha çox qaz almağı planlaşdırır.

Aha deyəsən Rusiya dövləti nədənsə ehtiyatlanmaq istəyir) Kim çox çörək versə (ABŞ - Rusiya F.) Erməni onun əlində

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

FİFA Azərbaycan bayrağının yığışdırılması tələbini izah eləyib

FİFA oktyabrın 14-dəki Türkiyə-Ermənistan oyununda Azərbaycan bayraqlarının stadiona buraxılmaması tələbini izah eləyib.

FİFA-dan (Dünya Futbol Federasiyaları Assosiasiyası) BBC-yə bildiriblər ki, Bursa rəsmiləri özləri təşkilata xəbər veriblər ki, dünya çempionatının seçmə oyununda Azərbaycan bayrağının açılması cəhdləri olacaq.

Məlumatda deyilir ki, bu xəbərdarlıqdan sonra FİFA futbola siyasi müdaxilənin əleyhinə olmasina dair öz barismaz mövqeyini, provokativ və aqressiv hərəkətlərin qarsisinin alinmasi ilə bagli təhlükəsizlik qaydalarini Türkiyə Futbol Fedarasiyasına xatırladıb.

Və xahiş edib ki, stadiondakı hər hansi Azərbaycan bayragi dərhal müsadirə edilsin.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkiyə İraq qazını Avropaya çatdıracaq

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və İraqlı həmkarı Nuri Əl Maliki enerji sahəsində əməkdaşlıq, kürd yaraqlılarıyla birgə mübarizə, Dəclə və Fərat çaylarının suyunun paylaşılmasıyla bağlı sazişlərə imza atıblar. Ümumilikdə Türkiyə baş nazirinin 8 nazirlə birgə Bağdada səfəri çərçivəsində 44 saziş imzalanıb.

Sazişlərdən biri də İraq qazının Türkiyə ərazisiylə Avropaya tranziti haqda anlaşma memarandumudur.

İraqın şimalında məskunlaşan PKK yaraqlılarının Türkiyəyə davamlı terror hücumları üzündən Türkiyə və İraq arasındakı münasibətlər keçmişdə gərgin olub. 2003-cü ildə İraqın işğalından sonra qurulan yeni Bağdad rejimiylə Ankaranın əlaqələri son vaxtlar genişlənir. İki ölkə arasındakı ticarət dövriyyəsi ildə 5 milyard dolları keçir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

İsrail Türkiyə səfirini nazirliyə çağırıb

İsrail rəhbərliyi Türkiyə səfirini Xarici İşlər nazirliyinə çağırıb. Buna səbəb Türkiyənin dövlət televiziyası ilə yayımlanan görüntülər olub. Görüntülərdə uşağı öldürən israillinin təsvir olunduğu bildirilir.

İsrailin XİN Avidqor Liberman deyib ki, bu cür kadrların nümayişi İsrailə qarşı ədavətə təhrik edir.

Türkiyə tərəfi hadisəylə bağlı hələlik şərh verməyiblər.

Ötən həftə Türkiyə İsrail pilotlarının da iştirak edəcəyi beynəlxalq hərbi təlimləri təxirə salıb.

İki ölkə arasında münasibətlər bu ilin əvvəlində Qəzza zolağında əməliyyatlar başlayandan sonra pisləşib. Hərbi əməliyyatlar zamanı yüzlərlə fələstinli ölüb.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Stadiona Azərbaycan bayraqları keçirilib

FİFA-nın qadağasına baxmayaraq bəzi azarkeşlər Bursada Türkiyə və Ermənistan yığmaları arasında keçriilən qarşılaşmaya Azərbaycan bayraqları keçirə biliblər Bu haqda Türkiyənin Hürriyyət qəzeti xəbər yayıb.

Bundan qabaq Bursada bu qadağaya etiraz olaraq bir qrup azarkeşin etiraz aksiyası keçirilmişdi. Polis isə stadiona keçirilməyə çalışılan Azərbaycan bayraqlarının çoxunu müsadirə etmişdi.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Hillari Klinton Tatarıstan prezidenti ilə görüşüb

ABŞ Dövlət Katibi Hillari Klinton bu gün Kazana baş çəkib.

O, şəhərdə gəzinti zamanı kreml və bu yaxınlarda tikilmiş məsçidə olub, sonra isə prezident Mintemir Şaymievlə görüşüb.

Hillari Klinton deyib ki, Tatarısdan xristian və müsəlmanların dinc şəraitdə yaşaması və dözümlülüyün modeli ola bilər.

Hillari Klinton axşam saatlarında isə Kazan Dövlət Universitetində ictimai təşkilatların nümayəndələri , tələbə və müəllimlərlə görüşüb.

Bununla Hillari Klintonun Rusiya səfəri sona yetib.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Protokollar imzalandı, sonra nə olacaq?

Türkiyə ilə Ermənistan münasibətlərini normallaşdırmaq üçün protokolları da imzaladılar, futbol da oynadılar. Bəs, sonra?

Almaniyadakı Bertelsman Fondu bu suala Ankara, Yerevan, Bakı və Avropa Birliyindən dörd təhlilçinin məqaləsi ilə cavab verməyə çalışır.

Yerevandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan məqaləsində yazır ki, protokollara müxalif mövqedə olanlar həmin sənədlərin parlamentdə təsdiq edilməsini əngəlləyə biləcək gücdə deyillər. Sənədlərin əleyhinə çıxış edən «Daşnaksutyun»un 131 nəfərlik parlamentdə cəmi 16 yeri var.

A3044987-261F-4EF3-A468-82ECADBE47E0_w203_s.jpgAleksandr İskandaryanMüəllif hesab edir ki, sənədlər əleyhinə mitinqlər də çox adam toplaya bilmir. Böyük ehtimalla tənqidlər olsa da, Ermənistan parlamenti sənədləri çətinlik çəkmədən təsdiq edəcək.

Protokollar imzalanandan sonra nə ola biləcəyi barədə sualı Türkiyədən Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun direktoru Mustafa Aydın cavablandırıb. O, AzadlıqRadiosu ilə söhbətdə də bildirdi ki, Qarabağ münaqişəsinin həllində hansısa bir addım atılıncaya qədər protokollar Türkiyə parlamentinin komissiyalarında yubadılacaq:

«Gözləmə mövqeyi əlbəttə, Türkiyəyə beynəlxalq təzyiqləri gücləndirəcək. Amma indi rəsmilərin çıxışlarından belə başa düşürəm ki, onlar həmin təzyiqlərə dayanmaq qərarındadırlar».

Türkiyəyə bu qədər təzyiq olacaqsa, həm də Qarabağ problemində irəliləyiş olmadan Ermənistanla sərhədi açmamaqda qərarlıdırsa, Ankaranı bu protokolları imzalamağa sövq edən nə idi?

M.Aydın hesab edir ki, Türkiyə keçən il Gürcüstanla Rusiya arasında müharibədən sonra prof.-mustafa-aydin-8211-an-eminent-authority-on-foreign-policy-security-2009-07-10_l.jpg Mustafa Aydın

Qafqazda nüfuzunun azalacağından ehtiyatlanaraq təşəbbüsü ələ almağa çalışır:

«Türkiyənin hərəkətə keçməsinin əsas səbəbi Rusiyanın Gürcüstanla müharibəsindən sonra Qafqazda yaranan vəziyyətdir. Amma əlbəttə, burada ABŞ-ın yeni prezidenti Barak Obamanın ermənilərin iddiaları qarşısında tutumu və Türkiyənin Avropa Birliyi ilə münasibətləri də nəzərə alınmamış deyil».

Azərbaycanda ictimai fikrin mümkün inkişaf istiqamətini Beynəlxalq Böhran Qrupunun Bakıdakı təhlilçisi Təbib Hüseynov şərh edib.

Müəllifin fikrincə, yalnız Qarabağ münaqişəsinin həllində hər hansı nəzərəçarpacaq irəliləyiş Azərbaycan ictimai rəyində Türkiyə-Ermənistan sərhədinin açılmasına bəraət qazandıra bilər. Bunun üçün isə onun fikrincə, ilin sonunadək münaqişənin həlli üçün əsas prinsiplər Bakı ilə Yerevan arasında razılaşdırılmalıdır.

Moskvadakı Beynəlxalq Əlaqələr İnstitutunun professoru Andrey Zaqorski də Türkiyə-Ermənistan protokollarından sonra Rusiyadakı ictimai ovqatı şərh edib. A348E610-7269-499E-89A8-2C3D3C927C14_w203_s.jpgAndrey ZaqorskiMüəllif yazır ki, indi Rusiyada belə bir fikir hakimdir: Vaşinqtonun himayəsi ilə Türkiyə Ermənistanı Moskvanın orbitindən çıxarıb Yerevanın üzünü Qərbə tərəf yönəltməyə çalışır. Cənubi Osetiya və Abxaziyada hərbi bazarın yaradılması heç vaxt Rusiyanın ön cəbhəsi hesab olunan Ermənistanın itirilməsinə əvəz ola bilməz.

Amma müəllif hesab edir ki, bu cür rəylərə baxmayaraq, Moskva Türkiyə-Ermənistan normallaşmasına mane olmayacaq. Çünki Tbilisi ilə gərgin münasibətlərə görə faktiki olaraq Rusiyanın Ermənistanla quru sərhədi hər zaman kəsilə bilər.

A.Zaqorski yazır ki, Moskva sadəcə, prosesdə yaxından iştirak edib, davamlı olaraq hadisələrdən xəbərdar olmağa çalışacaq.

O ki qaldı Ermənistan-Türkiyə protokollarına Avropa Birliyinin münasibətinə, Bertelsman Fondunun layihə rəhbəri Armando Qarsia Şmidt deyir ki, Birlik lap əvvəldən olduğu kimi, yenə də həmin normallaşma prosesini müdafiə edəcək. Çünki regionda münaqişələrin həlli Avropa Birliyi üçün ən azından təhlükəsiz enerji dəhlizi deməkdir.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

«Sizdə də, bizdə də keçmişlə yaşayan insanlar var»

EF41ACA5-AA6A-40BC-A2F2-C37B0FFB41EB_mw203_s.jpg

Rusiyaya səfərinin ikinci günündə ABŞ Dövlət katibi Hillari Klinton Moskva Dövlət Universitetində 2 minə yaxın tələbənin qarşısında çıxış edib və sualları cavablandırıb. Klinton prezident Buşun dövründəki diplomatlardan fərqli olaraq sərt və tənqidi ifadələrdən istifadə etməyib.

«ONLAR İNANMIRLAR Kİ, AMERİKA VƏ RUSİYA ƏMƏKDAŞLIQ EDƏ BİLƏR»

O, həm Vaşinqton, həm də Moskvada rəhbərlikdə hələ də köhnə düşüncəli, soyuq müharibə dövründə yaşayan insanların olduğunu deyib:

«Əvvəlcə sizə demək istəyirəm ki, həm bizim, həm də sizin hökumətinizdə hələ keçmişlə yaşayan insanlar var. Onlar inanmırlar ki, Amerika və Rusiya əməkdaşlıq edə bilər. Onlar bir-birlərinə etimad eləmirlər və biz onlara səhv olduqlarını sübut eləməliyik. Məqsədimiz budur. Məqsədimiz bacardıqca əməkdaşlığa meylli olmaqdır».

H.Klinton bildirib ki, vəzifəyə təyin ediləndən sonra bir çox məsələlərdə Rusiya ilə razılaşmağı bacarıblar, müzakirələrə başlayıblar. Amma tələbələrin suallarına cavab verəndə, Dövlət katibi hələ mübahisəli olan məqamlardan da bəhs edib. Xüsusən də Gürcüstanın separatçı bölgələri Cənubi Osetiya və Abxaziyadan:

«Bu, bizim razılaşmadığımız məsələlərdəndir. Biz bununla bağlı Rusiyaya bütün narahatlıqlarımızı bildirmişik, Rusiyanın narahatlıqlarını da dinləmişik. Çox vacibdir ki, nə gürcülər, nə osetinlər, nə də abxazlar təxribata yol verməsinlər. Biz Gürcüstana bu istəyimizi çatdırmışıq, əminəm ki, Rusiya da Cənubi Osetiya və Abxaziyaya bunu çatdırıb. Gürcüstandakı münasibətləri düzəltmək çox ağırdır, ancaq ən birinci və vacib məqsəd orda silahlı münaqişənin baş verməsinə imkan verməməkdir».

Klinton deyib ki, rusiyalı həmkarı Lavrovla danışıqlarda Cənubi Osetiyada beynəlxalq müşahidəçilərin yerləşdirilməsi və bufer zonalarının yaradılması məsələsinə toxunub. Amma hələ razılığa gəlməsələr də, bu məsələ üzündən NATO və Rusiya arasındakı münasibətlərin korlanmasını istəmirlər. 8C3E25C1-1EAE-4589-A7CC-813C94BCDD05_w203_s.jpgHillari Klinton Kazan məscidində, 14 oktyabr 2009Əksinə Gürcüstan kimi məsələlərdə birgə fəaliyyət göstərməklə daha çox iş görmək olar:

«BİZ BİRGƏ İŞLƏMƏLİYİK»

«Elə ötən həftə Sürixdə mən və cənab Lavrov Türkiyə və Ermənistanı yaxınlaşma protokollarını imzalamağa inandıra bildik. Bu, çox yüksək səviyyədə əməkdaşlıq idi. İndi biz Ermənistan və Azərbaycan arasındakı mübahisəni həll eləmək üçün birgə çalışırıq. Yəni hansısa - məsələn, Gürcüstan məsələsində fikirlərimizin fərqli olması hər şeyin sonu olmamalıdır. Biz birgə işləməliyik və məncə, bu, münasibətlərimizə gətirməməkdə olduğumuz əsas istiqamətdir».

Görüşün sonunda H.Klinton Avropada raket əleyhinə müdafiə sistemi planlarına da toxunub. Vaşinqtonun Buşun planından vaz keçməsini Rusiya ilə münasibətlərdəki yaxınlaşmada müsbət nümunə olduğunu deyib. O, vurğulayıb ki, Moskvanın narahatlığını nəzərə alıb, İrandan bu gün gələ biləcək real təhlükələrə qarşı müdafiə quracaqlar, amma ümid edirlər ki, gələcəkdə bu məsələdə Rusiya da onlarla əməkdaşlıq edəcək.

Moskvadakı görüşlərdən sonra Klinton Tatarıstan paytaxtı Kazana yola

düşüb və Rusiya turnesini başa vurub.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Ermənistana və Gürcüstana Avropa Birliyindən yardım gəlir

Avropa Komissiyası Ermənistana və Gürcüstana makroiqtisadi yardım ayırmağı təklif edib. təklif qəbul olunsa, Ermənistana 100 milyon, Gürcüstana isə 46 milyon avro yardım veriləcək.

Komissiyadan bildiriblər ki, Ermənistana yardım Beynəlxalq Valyuta Fondunun bu ölkənin maliyyə böhranından xilas olması proqramlarına xərclənə bilər.

Gürcüstana yardım isə keçən il Rusiya ilə müharibədən sonra onun iqtisadiyyatının dirçəldilməsi üçün nəzərdə tutulan 500 milyon avro yardımın bir hissəsidir.

Təklifi formal olaraq Avropa Birliyinin bütün 27 üzv ölkəsi təsdiq etməlidir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan FİFA reytinqində 14 pillə irəliləyib

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların oktyabr üçün reytinq cədvəlini açıqlayıb.

Ötən ayla müqayisədə irəliləyiş edən Azərbaycan yığması 14 pillə yüksəlib.

Hesabında 213 xal olan komanda indi 125-ci pillədədir. Almaniyalı mütəxəssis Berti Foqtsun çalışdırdığı yığma reytinq hesablanan müddətdə keçirdiyi hər iki oyunda uduzmayaraq, 4 xal toplayıb.

Bu, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Lixtenşteynlə səfər (2:0), bundan 4 gün sonra Rusiya ilə ev oyunudur (1:1).

/./

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkiyədə 30-dan çox adam həbs olunub

Türkiyədə terrorda şübhəli bilinən 30-dan artıq adam həbs olunub. Onlar «Əl-Qaidə» qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinir.

Bu şəxslər Amerika və İsrail missiyasına hücum hazırlamaqda günahlandırılır.

Həbslər İstanbul, Van, Ərzurum, Batman və Konya şəhərlərində .rılıb.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

«Bu, Azərbaycan hökumətinə heç də yaxşı imic qazandırmır»

C609E416-1294-4903-AB4C-9DFA4FA6B500_mw203_s.jpg Vatslav Havel bildirib ki, bu məlumatlar çox narahatedicidir

Mən kiminsə öz fikirlərini, xüsusilə də insan azadlıqları və insan haqlarına hörmət olunması ilə bağlı mövqeyini açıq ifadə etməsinə görə təzyiqə məruz qalmasını absurd hesab edirəm».

Çexiyanın keçmiş prezidenti Vatslav Havel azərbaycanlı bloqçular Emin Milli və Adnan Hacızadə barədə belə deyib.

O bildirib ki, bu məlumatlar çox narahatedicidir: «Və Azərbaycan hökumətinə heç də yaxşı imic qazandırmır».

Emin Milli və Adnan Hacızadə bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Bloqçular ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Hansı parlament birinci təsdiq edəcək?

A4B1BD8C-254C-4687-9FCE-7CA78636FA41_mw203_s.jpg David Şahnazaryan

Müxalifət bloku olan Erməni Milli Konqresinin nümayəndəsi David Şahnazaryan hakimiyyətin mövqeyi ilə razı deyil. Hakimiyyət təklif edir ki, Ermənistan-Türkiyə protokollarının ratifikasiyasını yalnız Türkiyə parlamenti təsdiq edəndən sonra müzakirəyə çıxarsınlar.

Şahnazaryanın fikrincə, çox güman ki, Türkiyə parlamenti prosesi uzatmağa çalışacaq. O hesab edir ki, Ermənistan parlamenti protokolları birinci ratifikasiya etməlidir və şərt qoymalıdır ki, əgər müəyyən müddətdən, məsələn, iki aydan sonra, Türkiyə parlamenti də bu cür addım atmasa onda ratifikasiya etibarsız sayılsın.

«Bu Türkiyə parlamentini ya ratifikasiyadan imtina etməyə ya da Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bu məsələdən ayırmağa məcbur edəcək» - deyə Şahnazaryan bildirib.

Protokollarda nəzərdə tutulan hökumətlərarası altkomissiyanın yaradılmasına gəlincə isə, Şahnazaryan hesab edir ki, Ermənistan parlamenti, rəsmi şəxslərin erməni soyqırımını şübhə altına alan müzakirələrdə iştirakını qadağan edən qanun qəbul etməlidir:

«Əgər hakimiyyət bunu etməsə, deməli, onlar bu mexanizmin soyqırımı faktını şübhə altına aldığını artıq şifahi də olsa danışıblar».

Hakim Respublikaçılar Partiyasının parlament fraksiyasının katibi Eduard Şarmazanovun fikrincə isə, müxalifət nümayəndəsi öz fikirlərini prezidentin sentyabrda, siyasi partiyalarla keçirdiyi görüşündə bildirməli idi. O vaxt Erməni Milli Konqresi bu görüşdən imtina etmişdi

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

2010-cu il «Ekologiya ili» elan oluna bilər

«Ötən iclasdan sonra bütün ölkə üzrə ağaçəkmə kampaniyası başlamışdı, televiziya da onu işıqlandırırdı. Ancaq bir müddət keçəndən sonra bu, elə bil ki, aradan qalxdı. Yəni bizdə bu xüsusiyyət vardır, nəyəsə böyük şövqlə başlayırıq, Prezidentin göstərişi var, hamı ağac əkir. Bir-iki aydan sonra bu, unudulur. Düzdür, aydındır ki, bu, mövsümlə bağlıdır».

Bunu dövlət başçısı İ Ə 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda deyib. Prezident bu işin kampaniya xarakteri daşımamalı olduğunu qeyd edib. Onun sözlərinə görə, xüsusilə, Bakı-Abşeron ətrafında bu işlərə xüsusi əhəmiyyət verilməlidir.

Dövlət başçısı ekoloji tədbirlərin görülməsini prioritet xarakter daşıdığına görə gələn ilin Azərbaycanda «Ekologiya ili» elan edilməsini təklif edib. İ Ə «Ekologiya ili»ni yüksək səviyyədə keçirmək üçün tezliklə tədbirlər planı hazırlamağı, dövlət büdcəsində bunun öz əksini tapmasını və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıqda bu amilin nəzərə alınmasını tapşırıb.

Prezident neftlə çirklənmiş ərazilərin tezliklə təmizləməli olduğunu da qeyd edib. «Bu proses başlanıb. Bibiheybətdə, deyə bilərəm ki, ən acınacaqlı vəziyyətdə olan sahələrdən biri artıq abadlaşıb, park salınıb. Neftlə çirklənmış sahələrə baxanda adam dəhşətə gəlirdi, oralar fəlakət mənzərəsi idi. Orada artıq park salınıb. Azərbaycanın bu torpağı - Bakıətrafı bütün bölgələrin torpağı təmizlənməlidir, rekultivasiya edilməlidir, neftlə çirklənmiş torpaqlar çıxarılmalıdır, yerinə ağaclar əkilməlidir. Bu, sağlamlıq deməkdir».

İ.Ə neftayırma zavodlarının da yenidən qurulmalı olduğunu və neftayırma zavodlarının Bakının mərkəzindən çıxarılmalı olduğunu vurğulayıb. «İndi Bakıda «Qara şəhər» adlandırılan sahə yoxdur. Əvvəllər olub. «Qara şəhər» adlandırılan ərazi indi abadlaşır, parklar, yollar salınır. Neftayırma zavodları şəhərdən çıxarılmalıdır. Ona görə biz bu məsələ ilə çox ciddi məşğul olmalıyıq. Ya gərək mövcud zavodlarda yenidənqurmanı davam etdirək, bu da böyük vəsait tələb edir.Ya da, yeni böyük neftayırma, neft-kimya kompleksinin tikintisinə başlayaq ki, bütün ekoloji standartlara tam cavab versin. Mən hesab edirəm ki, 2010-cu il ərzində biz ciddi qərar qəbul etməliyik».

2009-cu ilin 1-ci rübünə dair keçirilən müşavirədə prezident İ Ə respublikada ağacların kəsilməsini qadağan etmişdi. «Mənə verilən məlumata görə, bəzi hallarda Bakıda yerlər alınır, hasarlanır, sonra oradakı ağaclar kəsilir və orada binalar, yaşayış evləri tikilir», deyə dövlət başçısı bildirmişdi.

Prezident yerli icra orqanlarına, iş adamlarına və öz vəzifəsindən istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq etmişdi: «Bunu yığışdırın. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram». /Anspress/

Təki - baxarıq görərik kişi kimi sözün üstündə dura bilir ya yox...

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...