Перейти к содержимому

StopVərəm Azərbaycan

Members
  • Публикации

    11
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя StopVərəm Azərbaycan

  1. Hörmətli Sara xanım, Vərəm xəstəliyi bildiyiniz kimi hava-damcı yolu ilə yoluxan xəstəlikdir. Bu infeksiyadan qorunmaq üçün mütləq qaydada xəstə ilə bərabər olduğunuz otaq yaxşı ventilyasiya edilməlidir. Xəstənin müalicə müddətində cərrahi maska taxması da ətrafdakıları infeksiyadan qoruyur. Lakin vərəmin ən effektiv profilaktikası xəstənin mümkün qədər tez müalicəyə başlaması və tam müalicə kursunu keçməsidir. Bu baxımdan, sizin doğmanızın və digər ailə üzvlərinin infeksiyadan qorunması üçün xahiş edirik xəstəyə mümkün dəstək göstərin ki, o, müalicəni tam başa çatdırsın. Hörmətlə, FPİB
  2. Hörmətli Sara xanım, salam. İlk növbədə müraciətiniz və qoyduğunuz suallar üçün təşəkkür edirik. Vərəm sağalan xəstəlikdir. Lakin vərəmə qarşı insan orqanizmində imunnitet mövcud deyil, yəni insan vərəmlə təkrar xəstələnə bilər. Həmçinin, təəssüflə qeyd etməliyik ki, Azərbaycanda bəzi vərəm xəstələri müalicəni tam sona çatdırmadan yarımçıq kəsir, bu isə vərəm infeksiyasının daha kec sağalan forması olan dərmanlara davamlı vərəmin əmələ gəlməsinə səbəb olur. Bir daha bildirmək istəyirik ki, vərəm sağalan xəstəlikdir, sadəcə xəstə həkim tərəfindən təyin edilmiş müalicə kusrunu tam şəkildə başa çatdırmalıdır. Hörmətlə, FPİB
  3. Hörmətli Sara xanım, salam. İlk növbədə müraciətiniz və qoyduğunuz suallar üçün təşəkkür edirik. Vərəm sağalan xəstəlikdir. Lakin vərəmə qarşı insan orqanizmində imunnitet mövcud deyil, yəni insan vərəmlə təkrar xəstələnə bilər. Həmçinin, təəssüflə qeyd etməliyik ki, Azərbaycanda bəzi vərəm xəstələri müalicəni tam sona çatdırmadan yarımçıq kəsir, bu isə vərəm infeksiyasının daha kec sağalan forması olan dərmanlara davamlı vərəmin əmələ gəlməsinə səbəb olur. Bir daha bildirmək istəyirik ki, vərəm sağalan xəstəlikdir, sadəcə xəstə həkim tərəfindən təyin edilmiş müalicə kusrunu tam şəkildə başa çatdırmalıdır. Hörmətlə, FPİB
  4. Salam, sualınız üçün təşəkkür edirik. Vərəm infeksiyası səbəbli peyvəndin təkrar olunması nəzərdə tutulmayıb. Məlumat üçün bildirmək istərdik ki, Azərbaycanda Kalmett-Jeren basilı vaksinindən istifadəolunur. Kalmett-Jeren basilı - patogenliyi itmiş, virulentliyi zəiflədilmiş, vərəm əleyhinə diri vaksindir. KJB (BSJ) vaksinasiyaya göstərişlər aşağıdakılardı: - Bütün sağlam, vaxtında doğulmuş yeni doğulmuşların həyatının 4-7-ci günlərində, doğum evlərində, evəyazılmağa bir gün qalmış - Vaxtından qabaq doğulmuş və bədən çəkisi 2500 qr-dan az olan yeni doğulmuşlarda – normal bədən çəkisi bərpa olduqdan sonra Doğum evindən və ya doğum şöbələrindən kənarda doğulan uşaqlarda vaksinasiya, əks-göstərişlər və ev şəraitində uşağın infeksiyaya yoluxması ehtimalı nəzərə alınmaq şərtilə, uşaq poliklinikalarında aparılmalıdır. Hörmətlə, FPİB
  5. Salam, Elnarə xanım. Müraciətiniz və suallarınız üçün təşəkkür edirik. İlk növbədə qeyd etmək istərdik ki, çalışdığınız şirkətin sizi xəstə sərnişinlə kontakta olduğunuz üçün müayinəyə göndərməsi tamamilə düz addım olub. Profilaktik müayinənin aparılması təqdirə layiqdir. Sizin müayinəniz zamanı istifadə olunmuş dəri sınaq testi şəxslərin vərəm mikrobakteriyaları ilə yoluxma faktını yoxlayır. Lakin, heçdə hər vərəmlə yoluxan insan vərəmlə xəstələnir. Bu müayinə sadəcə sizin risk qrupuna aid olduğunuzu müəyyən edib. Ətrafdakılar üçün siz heç bir təhlükə törətmirsiniz. Gələcəkdə vərəm infeksiyasının baş qaldırmaması üçün sizə təyin edilmiş müalicəyə riayət etməniz məqsədəuyğundur. Bəzən ətrafdakıların cahilliyi və məlumatsızlığı insanlara mənəvi əzəb verə bilir, lakin siz hər kəsin münasibəti üzündən məyus olmayın, öz səhhətinizin qorunmasına xüsusi diqqət yetirin. Bir daha sualınız üçün təşəkkür edirik. Hörmətlə, FPİB
  6. Vərəm sağalan xəstəlikdir! Lakin vərəmin öz müalicə xüsusiyyətləri var: Vərəmin müalicəsi zamanı bir necə dərman vasitəsindən istifadə olunmalıdır və xəstə bu dərmanların hamısını qəbul etməlidir Vərəmin müalicəsi uzunmüddətlidir Vərəmin müalicəsi mütləq tibb işçilərinin nəzarəti altında aparılmalıdır Vərəmə qalib gəlmək üçün xəstə və həkim birlikdə mübarizə aparmalıdır. Vərəmdən sağalmaq mümkündür, sadəcə düzgün müalicə almaq lazımdır!
  7. StopVərəm Azərbaycan

    5978cff239cc6_.png

    © FPİB

  8. Hörmətli Könül xanım, Sizin əvvəlki müayinələriniz əslində tam şəkildə aparılmayıb, belə ki, sizə mütləq dəri sınaq testi təyin edilməliydi. Sizin qeyd etdiyiniz əlamətlərin vərəm infeksiyası səbəbli olduğunu müəyyən etmək üçün təkrar müayinə olmağınız və diaqnozun təsdiq edilməsi lazımdır. Hörmətlə, FPİB
  9. Hörmətli Alim İsmayil, Mütləq həkim pulmonoloqa müraciət edin və müayinələrdən keçin. Yalnız müayinələrin nəticəsi bəlli olduqdan sonra diaqnoz təyin edilə bilər. Hörmətlə, FPİB
  10. Hörmətli Məlahət xanım, Sizin qeyd etdiyiniz əlamətlərin vərəm infeksiyası səbəbli olduğunu müəyyən etmək üçün təkrar müayinə olmağınız və diaqnozun təsdiq edilməsi lazımdır. Vərəm doiaqnozunu təsdiq etmək üçün siz dəri sınağı, rentgen müayinəsi və bəlğəmin müayinəsindən keçməlisiniz. Müayinələr vərəm dispanserlərində aparılır. Hörmətlə, FPİB
  11. Vərəm haqqında faktlar! Vərəm - vərəm mikrobakteriyaları ilə törədilən infeksion xəstəlikdir. Vərəm sağalan xəstəlikdir, lakin vaxtında və düzgün müalicə aparılmadıqda sağlamlığın itirilməsinə səbəb ola bilər. Vərəm xəstədən sağlam insana hava – damcı yolu ilə ötürülür Vərəmin ilkin əlamətləri hansılardı? · 2 həftədən artıq davam edən bəlğəmli öskürək · Bədən hərarətinin axşam saatlarında yüksəlməsi, titrəmə · Gecə tərləmələri · Çəkinin azalması · İştahanın azalması · Zəiflik, tez yorulma · Qanhayxırma (öskürəklə ayrılan bəlğəmdə qan garıshığı)
×
×
  • Создать...