Перейти к содержимому

StopVərəm Azərbaycan

Members
  • Публикации

    11
  • Зарегистрирован

  • Посещение

Сообщения, опубликованные пользователем StopVərəm Azərbaycan

  1. On 31.10.2017 at 1:54 AM, Sara Seferova said:

    Cavabiniz  üçün təşəkkür edirəm. Bizi, yəni qohumları daha çox yoluxma yolları narahat edir. Nə edək ki, yoluxmayaq və eyni zamanda onunla necə özümüzü aparaq ki, o bizdən buna görə inciməsin?

     

     

    Hörmətli Sara xanım,

    Vərəm xəstəliyi bildiyiniz kimi hava-damcı yolu ilə yoluxan xəstəlikdir. Bu infeksiyadan qorunmaq üçün mütləq qaydada xəstə ilə bərabər olduğunuz otaq yaxşı ventilyasiya edilməlidir. Xəstənin müalicə müddətində cərrahi maska taxması da ətrafdakıları infeksiyadan qoruyur.  Lakin vərəmin ən effektiv profilaktikası xəstənin mümkün qədər tez müalicəyə başlaması və tam müalicə kursunu keçməsidir.  Bu baxımdan, sizin doğmanızın və digər ailə üzvlərinin infeksiyadan qorunması üçün xahiş edirik xəstəyə mümkün dəstək göstərin ki, o, müalicəni tam başa çatdırsın. 

    Hörmətlə,

    FPİB

  2. On 25.10.2017 at 11:26 PM, Sara Seferova said:

    Salam. Deyirsiz vərəm sağalır. Sağalırsa onda nəyə görə bir adam təkrar vərəmlə xəstələnir? Mənim xalamın oğlu xəstə idi. Güya sağaldı. Amma bir neçə ay öncə yenə vərəm olduğunu dedilər.

    Hörmətli Sara xanım, salam. İlk növbədə müraciətiniz və qoyduğunuz suallar üçün təşəkkür edirik. 
    Vərəm sağalan xəstəlikdir. Lakin vərəmə qarşı insan orqanizmində imunnitet mövcud deyil, yəni insan vərəmlə təkrar xəstələnə bilər. Həmçinin, təəssüflə qeyd etməliyik ki, Azərbaycanda bəzi vərəm xəstələri müalicəni tam sona çatdırmadan yarımçıq kəsir, bu isə vərəm infeksiyasının daha kec sağalan forması olan dərmanlara davamlı vərəmin əmələ gəlməsinə səbəb olur. Bir daha bildirmək istəyirik ki, vərəm sağalan xəstəlikdir, sadəcə xəstə həkim tərəfindən təyin edilmiş müalicə kusrunu tam şəkildə başa çatdırmalıdır.
    Hörmətlə,
    FPİB
     
  3. On 26.10.2017 at 8:39 PM, Sara Seferova said:

    Salam. Deyirsiz vərəm sağalır. Sağalırsa onda nəyə görə bir adam təkrar vərəmlə xəstələnir? Mənim xalamın oğlu xəstə idi. Güya sağaldı. Amma bir neçə ay öncə yenə vərəm olduğunu dedilər.

    Hörmətli Sara xanım, salam. İlk növbədə müraciətiniz və qoyduğunuz suallar üçün təşəkkür edirik. 
    Vərəm sağalan xəstəlikdir. Lakin vərəmə qarşı insan orqanizmində imunnitet mövcud deyil, yəni insan vərəmlə təkrar xəstələnə bilər. Həmçinin, təəssüflə qeyd etməliyik ki, Azərbaycanda bəzi vərəm xəstələri müalicəni tam sona çatdırmadan yarımçıq kəsir, bu isə vərəm infeksiyasının daha kec sağalan forması olan dərmanlara davamlı vərəmin əmələ gəlməsinə səbəb olur. Bir daha bildirmək istəyirik ki, vərəm sağalan xəstəlikdir, sadəcə xəstə həkim tərəfindən təyin edilmiş müalicə kusrunu tam şəkildə başa çatdırmalıdır.
    Hörmətlə, 
    FPİB
    cleardot.gif
  4. On 19.10.2017 at 1:47 PM, KamranAliyev said:

    Xahiş edirəm cavab verin. Mənim oğluma vərəmə qarşı  peyvənd doğum evində vurulub. Təkrar vərəmə qarşı peyvənd vurulmalıdır mı?

     

    Salam, sualınız üçün təşəkkür edirik. Vərəm infeksiyası səbəbli peyvəndin təkrar olunması nəzərdə tutulmayıb. Məlumat üçün bildirmək istərdik ki, Azərbaycanda Kalmett-Jeren basilı  vaksinindən istifadəolunur. Kalmett-Jeren basilı  - patogenliyi itmiş, virulentliyi zəiflədilmiş, vərəm əleyhinə diri vaksindir.

     

    KJB (BSJ) vaksinasiyaya göstərişlər aşağıdakılardı:

     

    -        Bütün sağlam, vaxtında doğulmuş yeni doğulmuşların həyatının 4-7-ci günlərində, doğum evlərində, evəyazılmağa bir gün qalmış

    -        Vaxtından qabaq doğulmuş və bədən çəkisi 2500 qr-dan az olan yeni doğulmuşlarda – normal bədən çəkisi bərpa olduqdan sonra

     

    Doğum evindən və ya doğum şöbələrindən kənarda doğulan uşaqlarda vaksinasiya, əks-göstərişlər və ev şəraitində uşağın infeksiyaya yoluxması ehtimalı nəzərə alınmaq şərtilə, uşaq poliklinikalarında aparılmalıdır.

     

    Hörmətlə, 

    FPİB

  5. On 19.10.2017 at 10:37 PM, Elnare Dadashova said:

    Salam. Xahiş edirəm, kömək edin.

     

    Nə edəcəyimi bilmirəm. Mən stüardessa işləyirəm. Bir neçə müddət bundan öncə aviakampnaiydan məktub gəldi ki, mən çalışdığım  təyyarədə açıq vərəm formalı xəstə səyahət edib. Şirkətimiz bu reysdə çalışan bütün işçiləri tibbi müayindən keçməsini tələb etdi. Mən, digər işçilərlə birgə müayinədən keçdim. İlk müayinə zamanı, adını dəqiq deyə bilmədiyim hansısa dərmanı dərimin altına yeritdilər, 3 gündən sonra qızartının ölçüsünü götürdülər, nəticə müsbət idi. Mənim  vərəmə yoluxduğumu dedilər. İkinci müayinə - rentgen idi, bu müayinin nəticəsi mənfi oldu, yəni ağciyərlərim təmiz idi. Həkim mənə izonazid adlı dərmanı qəbul etməyi tövsiyə etdi.   Mən məyus idim, sadəlöhlüyümdən  bu məlumatla qonşumla  bölüşdüm. O, bundan xəbər alanda məndən uzaq durmağa başladı, dərhal ağız-burnunu dəsmalla örtdü. Mən özümü ətrafdakılar üçün iyrənc hiss etdim, göz yaşı içində evə qayıtdım və vərəm haqqında məlumatlar oxumağa başladım. Öyrəndim ki, vərəmin açıq, yəni yoluxan  və bağlı, yoluxmayan  formaları var. Daha sonra vərəmə qarşı peyvəndlər haqqında məlumat oxudum. Bu peyvəndi mənə uşaqlıqda və hətta bir dəfə gənc olarkən vurublar.   Ola bilər ki, peyvənd olunduğuma görə müayinə nəticələri vərəmə yoluxduğumu göstərib? Mən nə edəcəyimi bilmirəm. Oxuduğum əlamətlərdən heç biri məndə yoxdur.  Vərəm xəstəsi olan reysdə mən 2016-ci ilin noyabr ayında olmuşam. O vaxtdan bəri bu xəstəlik özünün nə cürsə büruzə verə bilərdi? Mən nə etməliyəm?

     

    Salam, Elnarə xanım.

     

    Müraciətiniz və suallarınız üçün təşəkkür edirik. İlk növbədə qeyd etmək istərdik ki, çalışdığınız şirkətin sizi xəstə sərnişinlə kontakta olduğunuz üçün müayinəyə göndərməsi tamamilə düz addım olub.   Profilaktik müayinənin aparılması təqdirə layiqdir. Sizin müayinəniz zamanı istifadə olunmuş dəri sınaq testi şəxslərin vərəm mikrobakteriyaları ilə yoluxma faktını yoxlayır. Lakin, heçdə hər vərəmlə yoluxan insan vərəmlə xəstələnir. Bu müayinə sadəcə sizin risk qrupuna aid olduğunuzu müəyyən edib. Ətrafdakılar üçün siz heç bir təhlükə törətmirsiniz. Gələcəkdə vərəm infeksiyasının baş qaldırmaması üçün sizə təyin edilmiş müalicəyə riayət etməniz məqsədəuyğundur.

    Bəzən ətrafdakıların cahilliyi və məlumatsızlığı insanlara mənəvi əzəb verə bilir, lakin siz hər kəsin münasibəti üzündən məyus olmayın, öz səhhətinizin qorunmasına xüsusi diqqət yetirin. Bir daha sualınız üçün təşəkkür edirik.

     

    Hörmətlə, 

    FPİB

  6. Vərəm sağalan xəstəlikdir!

     

    Lakin vərəmin öz müalicə xüsusiyyətləri var:

     

    • Vərəmin müalicəsi zamanı bir necə dərman vasitəsindən istifadə olunmalıdır və xəstə bu dərmanların hamısını qəbul etməlidir
    • Vərəmin müalicəsi uzunmüddətlidir
    • Vərəmin müalicəsi mütləq tibb işçilərinin nəzarəti altında aparılmalıdır
    • Vərəmə qalib gəlmək üçün xəstə və həkim birlikdə mübarizə aparmalıdır.
    • Vərəmdən sağalmaq mümkündür, sadəcə düzgün müalicə almaq lazımdır!
  7. Hörmətli Məlahət xanım,

     

    Sizin qeyd etdiyiniz əlamətlərin vərəm infeksiyası səbəbli olduğunu müəyyən etmək üçün təkrar müayinə olmağınız və diaqnozun təsdiq edilməsi lazımdır.  Vərəm doiaqnozunu təsdiq etmək üçün siz dəri sınağı, rentgen müayinəsi və bəlğəmin müayinəsindən keçməlisiniz. Müayinələr vərəm dispanserlərində aparılır.

     

    Hörmətlə, 

    FPİB

     

  8. Vərəm haqqında faktlar!

     

    Vərəm - vərəm mikrobakteriyaları ilə törədilən infeksion xəstəlikdir. Vərəm sağalan xəstəlikdir, lakin vaxtında  və düzgün müalicə aparılmadıqda sağlamlığın itirilməsinə  səbəb ola bilər.

     

    Vərəm xəstədən sağlam insana  hava – damcı yolu ilə ötürülür

     

    Vərəmin ilkin əlamətləri hansılardı?

     

    ·        2 həftədən artıq davam edən bəlğəmli öskürək

    ·        Bədən hərarətinin  axşam saatlarında     yüksəlməsi, titrəmə

    ·         Gecə tərləmələri

    ·        Çəkinin azalması

    ·        İştahanın azalması

    ·         Zəiflik, tez yorulma

    ·        Qanhayxırma (öskürəklə  ayrılan bəlğəmdə qan garıshığı)

×
×
  • Создать...