Jump to content
  Love reading great articles? Visit Elix.com today!
StopVərəm Azərbaycan

Vərəmin əlamətləri hansılardır?

Recommended Posts

Vərəm haqqında faktlar!

 

Vərəm - vərəm mikrobakteriyaları ilə törədilən infeksion xəstəlikdir. Vərəm sağalan xəstəlikdir, lakin vaxtında  və düzgün müalicə aparılmadıqda sağlamlığın itirilməsinə  səbəb ola bilər.

 

Vərəm xəstədən sağlam insana  hava – damcı yolu ilə ötürülür

 

Vərəmin ilkin əlamətləri hansılardı?

 

·        2 həftədən artıq davam edən bəlğəmli öskürək

·        Bədən hərarətinin  axşam saatlarında     yüksəlməsi, titrəmə

·         Gecə tərləmələri

·        Çəkinin azalması

·        İştahanın azalması

·         Zəiflik, tez yorulma

·        Qanhayxırma (öskürəklə  ayrılan bəlğəmdə qan garıshığı)

Share this post


Link to post
Share on other sites

Salam.

Mən son zamanlar tez-tez yoruluram və zəiflik hiss edirəm, iştaham heç yoxdur, çəkim kəskin azalıb,  gecələr çox tərləyirəm və öksürürəm. Bu məni qorxudur...

Bu vərəm ola bilər?

Share this post


Link to post
Share on other sites

Hörmətli Məlahət xanım,

 

Sizin qeyd etdiyiniz əlamətlərin vərəm infeksiyası səbəbli olduğunu müəyyən etmək üçün təkrar müayinə olmağınız və diaqnozun təsdiq edilməsi lazımdır.  Vərəm doiaqnozunu təsdiq etmək üçün siz dəri sınağı, rentgen müayinəsi və bəlğəmin müayinəsindən keçməlisiniz. Müayinələr vərəm dispanserlərində aparılır.

 

Hörmətlə, 

FPİB

 

Share this post


Link to post
Share on other sites

SOS!!! Xahiş edirəm məsləhət verin! Mən 10 ildir siqaret çəkirəm, səhərlər öskürürəm, bu mənim üçün adət halı alıb, amma bu gün səhər bəlğəmlə qan gəldi. Çox qorxdum... Nə edim? Hansı həkimə gedim?

Share this post


Link to post
Share on other sites

Salam.

Xahiş edirəm, yardım edin, məlumat verin. Hərarətim artıq üç gündür ki 38 dərəcədir. Halsızlıq, yorğunluq hiss edirəm. Məni həm də öskürək narahat edir. Hər şeyin qaydasında olduğunu düşünə bilərdim, lakin m

əni narahat edən bir məqam var - 7 ay bundan əvvəl qonşum vərəmlə xəstələnib, qonşumun bu xəbərini eşidib rentgendən keçmişəm, qan və bəlğəm analizi də vermişəm həkimlər dedilər ki, ciyərlərim təmizdir. Vərəm olmadığını dedilər, amma mən narahatam. Müayinələrdən təkrar keçməyimə ehtiyac var??? Mənim vərəmə xəstələnmə ehtimalım nə qədərdir? əvvəl təyin edilməyib, lakin indi özünü biruzə verə bilərmi bu xəstəlik?

Share this post


Link to post
Share on other sites

Hörmətli Könül xanım,

 

Sizin əvvəlki müayinələriniz əslində tam şəkildə aparılmayıb, belə ki, sizə mütləq dəri sınaq testi təyin edilməliydi.

 

Sizin qeyd etdiyiniz əlamətlərin vərəm infeksiyası səbəbli olduğunu müəyyən etmək üçün təkrar müayinə olmağınız və diaqnozun təsdiq edilməsi lazımdır.

 

Hörmətlə,

FPİB

Share this post


Link to post
Share on other sites
В 19.10.2017 в 13:47, KamranAliyev сказал:

Xahiş edirəm cavab verin. Mənim oğluma vərəmə qarşı  peyvənd doğum evində vurulub. Təkrar vərəmə qarşı peyvənd vurulmalıdır mı?

 

Oğlunuza peyvənd artıq vurulub. Təkrar ehtiyac yoxdur. Eşitmişəm ki, peyvənd xəstəlikdən qorumur. Sadəcə hər hansı xəstəliyə yoluxduqda, onu daha yüngül keçirilməsinə səbəb olur. Odur ki, övladınızın sağlamlığının keşiyində durun. Vərəmin əsas düşmənin günəş şüuası olduğu deyilir. Uşaq otağının havasının bol edin və günəş şüalarının qarşısını almamaq üçün yüngül pərdələrdən istifadə edin, yuxusuna diqqət yetirin. Allah qorusun!

Share this post


Link to post
Share on other sites
1 час назад, Gunay Nuriyeva сказал:

Övladınıza nəyə görə təkrar peyvənd vurdurmaq istəyirsiz? Peyvəndlər zərərlidir. Onsuz da BSJ vərəmdən adamı xilas etmir...

BSJ peyvəndi zərərli deyil və hər bir uşağa vurulmalıdır. Bildiyimə görə hazırda hər doğulan uşağa hələ doğum evində vurulur. Bizim kimi vərəmin çox yayıldığı ölkədə bu peyvəndin vurulması zəruridir. Ən azından vərəmin ağırlaşmalarından qoruyur. 

Share this post


Link to post
Share on other sites
19 hours ago, Gunay Nuriyeva said:

Övladınıza nəyə görə təkrar peyvənd vurdurmaq istəyirsiz? Peyvəndlər zərərlidir. Onsuz da BSJ vərəmdən adamı xilas etmir...

Həkimlə məsləhətləşmisiniz? Nə deyir Həkimlər? Həkim məsləhət görürsə, yəgin vurula bilər.

Share this post


Link to post
Share on other sites
On 10/19/2017 at 2:47 PM, KamranAliyev said:

Xahiş edirəm cavab verin. Mənim oğluma vərəmə qarşı  peyvənd doğum evində vurulub. Təkrar vərəmə qarşı peyvənd vurulmalıdır mı?

 

Oğlunuzun neçə yaşı var? Məncə vurula bilməz. Pis təsir edə bilər.

Share this post


Link to post
Share on other sites
On 19.10.2017 at 1:47 PM, KamranAliyev said:

Xahiş edirəm cavab verin. Mənim oğluma vərəmə qarşı  peyvənd doğum evində vurulub. Təkrar vərəmə qarşı peyvənd vurulmalıdır mı?

 

Salam, sualınız üçün təşəkkür edirik. Vərəm infeksiyası səbəbli peyvəndin təkrar olunması nəzərdə tutulmayıb. Məlumat üçün bildirmək istərdik ki, Azərbaycanda Kalmett-Jeren basilı  vaksinindən istifadəolunur. Kalmett-Jeren basilı  - patogenliyi itmiş, virulentliyi zəiflədilmiş, vərəm əleyhinə diri vaksindir.

 

KJB (BSJ) vaksinasiyaya göstərişlər aşağıdakılardı:

 

-        Bütün sağlam, vaxtında doğulmuş yeni doğulmuşların həyatının 4-7-ci günlərində, doğum evlərində, evəyazılmağa bir gün qalmış

-        Vaxtından qabaq doğulmuş və bədən çəkisi 2500 qr-dan az olan yeni doğulmuşlarda – normal bədən çəkisi bərpa olduqdan sonra

 

Doğum evindən və ya doğum şöbələrindən kənarda doğulan uşaqlarda vaksinasiya, əks-göstərişlər və ev şəraitində uşağın infeksiyaya yoluxması ehtimalı nəzərə alınmaq şərtilə, uşaq poliklinikalarında aparılmalıdır.

 

Hörmətlə, 

FPİB

Share this post


Link to post
Share on other sites

Salam. Deyirsiz vərəm sağalır. Sağalırsa onda nəyə görə bir adam təkrar vərəmlə xəstələnir? Mənim xalamın oğlu xəstə idi. Güya sağaldı. Amma bir neçə ay öncə yenə vərəm olduğunu dedilər.

Edited by Sara Seferova
For mistake

Share this post


Link to post
Share on other sites
On 25.10.2017 at 11:26 PM, Sara Seferova said:

Salam. Deyirsiz vərəm sağalır. Sağalırsa onda nəyə görə bir adam təkrar vərəmlə xəstələnir? Mənim xalamın oğlu xəstə idi. Güya sağaldı. Amma bir neçə ay öncə yenə vərəm olduğunu dedilər.

Hörmətli Sara xanım, salam. İlk növbədə müraciətiniz və qoyduğunuz suallar üçün təşəkkür edirik. 
Vərəm sağalan xəstəlikdir. Lakin vərəmə qarşı insan orqanizmində imunnitet mövcud deyil, yəni insan vərəmlə təkrar xəstələnə bilər. Həmçinin, təəssüflə qeyd etməliyik ki, Azərbaycanda bəzi vərəm xəstələri müalicəni tam sona çatdırmadan yarımçıq kəsir, bu isə vərəm infeksiyasının daha kec sağalan forması olan dərmanlara davamlı vərəmin əmələ gəlməsinə səbəb olur. Bir daha bildirmək istəyirik ki, vərəm sağalan xəstəlikdir, sadəcə xəstə həkim tərəfindən təyin edilmiş müalicə kusrunu tam şəkildə başa çatdırmalıdır.
Hörmətlə,
FPİB
 

Share this post


Link to post
Share on other sites

Cavabiniz  üçün təşəkkür edirəm. Bizi, yəni qohumları daha çox yoluxma yolları narahat edir. Nə edək ki, yoluxmayaq və eyni zamanda onunla necə özümüzü aparaq ki, o bizdən buna görə inciməsin?

 

 

Share this post


Link to post
Share on other sites
On 31.10.2017 at 1:54 AM, Sara Seferova said:

Cavabiniz  üçün təşəkkür edirəm. Bizi, yəni qohumları daha çox yoluxma yolları narahat edir. Nə edək ki, yoluxmayaq və eyni zamanda onunla necə özümüzü aparaq ki, o bizdən buna görə inciməsin?

 

 

Hörmətli Sara xanım,

Vərəm xəstəliyi bildiyiniz kimi hava-damcı yolu ilə yoluxan xəstəlikdir. Bu infeksiyadan qorunmaq üçün mütləq qaydada xəstə ilə bərabər olduğunuz otaq yaxşı ventilyasiya edilməlidir. Xəstənin müalicə müddətində cərrahi maska taxması da ətrafdakıları infeksiyadan qoruyur.  Lakin vərəmin ən effektiv profilaktikası xəstənin mümkün qədər tez müalicəyə başlaması və tam müalicə kursunu keçməsidir.  Bu baxımdan, sizin doğmanızın və digər ailə üzvlərinin infeksiyadan qorunması üçün xahiş edirik xəstəyə mümkün dəstək göstərin ki, o, müalicəni tam başa çatdırsın. 

Hörmətlə,

FPİB

Share this post


Link to post
Share on other sites
On 10/31/2017 at 01:54, Sara Seferova said:

Cavabiniz  üçün təşəkkür edirəm. Bizi, yəni qohumları daha çox yoluxma yolları narahat edir. Nə edək ki, yoluxmayaq və eyni zamanda onunla necə özümüzü aparaq ki, o bizdən buna görə inciməsin?

 

 

Sara xanım, məncə ilk növbədə siz qohumunuzu təkləməyin, ondan uzaq durmağa çalışmayın. Belə etdikdə o daha da özünə qapanacaq, ünsiyyətdən qaçacaq və nəticədə həkimlərin dediklerine əməl edə bilməyəcək. yaxınlarından və ətrafındakı tanışlarından incimiş insan hər şeyə biganə, laqeyd olacaq. Siz əksinə o dayaq və dəstək olmalısız.

Share this post


Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Loading...

×
×
  • Create New...