Перейти к содержимому

Solmuş arzular


Lady72

Recommended Posts

 

Şəhərdə yerləşən uşaq evlərinin birində oğlan böyüyürdü. O, öz həmyaşıdları ilə oynamağı o qədər də çox sevmirdi. Digər uşaqlardan fərqi onun öz dünyası var idı. Ən çox sevdiyi məşğuliyyətlərindən biri gecələr uzanıb saatlarla göyə baxaraq, ulduzları seyir etməkdi. Gündüzlər isə vaxtının çox hissəsini pəncərənin qabağında keçirərək xəyal qurmaq idi. Pəncərədən görünən uşaq evinin darvazasına baxaraq bir gün atası ilə anasının onun dalınca gəlib və buradan onu götürəcəklərinə inanırdı. Düzdür burada ona qarşı nəvazişlə davranırlar. Ancaq valideynləri ilə birlikdə, sevgi və qayğı içində yaşamaq daha yaxşıdır.

O, xəyallarında şəxsi otağının olacağını, hətta otağının divar kağızı yataq dəstini spayderman şəkiləri ilə bəzəyirdi, kitab şkafında çoxlu maraqlı, xüsusi ilə planet və ulduzlar haqqında kitabları olacağını düşünürdü. Bunlardan da vacib ən əsası odur ki, onun qayğısınanı çəkən valideynləri olacaq. Atası ilə gəzyə çıxmaq, birlikdə futbol oynamaq, yatmazdan əvvəl anasından maraqlı bir əhvalat eşidmək necədə gözəldir. O, beş yaşında olsa da, ona artıq nağıllar maraqlı gəlmirdi. Bəs nağıllardan başqa ana öz övldına nə qədər maraqlı hadisə danışa bilər...

Bu uşağın valideynləri avtomobil qəzası nəticəsində vafat etmişdilər. Həmin gün onlar doğum evindən evə qayıdırdılar. Sükanın arxasında uşağın atası oturmuşdu. Ana qucağında uşaqla arxa oturacaqda idi. Xoşbəxt ailə gələcəyi xəyal edirdi. Oğullarının böyüdükdə kim olacağını düşünürdülər. Görəsən o, atası kimi həkim yoxsa anası kimi müəllim olacaq? Kim olursa olsun, valideynləri onu yaxşı insan kimi böyüdəcəklər. Maraqlı söhbətə başı qarışan sürücü yük maşınının onların üstünə gəldiyini görmədi. Yük maşınının sürücüsü idarəni itirərək gənc ailə olan avtomobilinin üstünə çıxdı . Zərbə, fəryad və qaranlıq ...

Həkimlər bir neçə saat gənc ananın həyatı üçün mübarizə aparırdılar, lakin. gənc qadın özünə gəlmədən əməliyyat masasında vəfat etdi. Ata isə qəza yerində dərhal dünyasını dəyişib. Körpənin sağ-salamat qalmasını həkimlər möcüzə kimi qəbul etdilər, uşağın üstündə nəyinki yara, heç sıyrılmalar da yox idi. Qəza zamanı ana öz körpəsini sinəsinə basmışdı. Tanrı tərəfindən qorunan, valideynlərindən isə məhrum olan uşağa yaşamaq şansı verildi. Allah ona ikinci dəfə həyat bəhş etdi, uşaq yaşayirdı, amma artıq valideyinlərsiz. Mərhum cütlük bu şəhərə uzaqdan gəldikləri üçün, körpəni övladlığa götürəcək yaxın qohumları yox idi, buna görə o uşaq evinə təsbit edildi. Belə bir ağır avtomobil qəzasında möcüzəvi şəkildə sağ qalmasına görə burada ona Taleh adı verildi.

İllər öz axarı ilə keçirdi, oğlan böyüyürdü. Digər uşaqların dalınca valideynlər gəlirdi, amma bu oğlanı heç kim türmək istəmirdi. Bir gün orta yaşlı bir cütlük uşaq evinə gəldi. Onlar on ildən artıq idi ki evli idilər. Övladlarl olmadığı üçün çarəsiz qalaraq onlar uşaq evinə pənah gətirmişdilər. Onlar götrəcəkləri uşağın qız ya oğlan olmasını hələ düşünməmişdilər, buna orada qərar verəcəkdilər. Cütlük bir şey dəqiq bilirdi ki, uşaq kim olursa olsun, onlar onu öz doğma balası kimi sevəcəklər.

Valideyn olmağı arzulayanlar uşaq evinə gələrkən çətin bir məsələ iqarşılaşdılar. Otağa daxil olur-olmaz bir dəstə bir-birindən gözəl balalar onların yanına qaçdılar. Uşaqların hər biri bu cütlüyün məhz onun üçün gəldiklərini düşünürdülər. Təkçə Taleh gələn əmi və xalanın yanına qaçmadı, çünki o gələn cütlüyü ona diqqət edəcəyinə ümid etmirdi. Lakin məhz bu oğlan özünəqapanıqlığı ilə cütlüyün diqqətini cəlb etdi və dərhal onlar bu uşağa nəvazişlə yaxınlaşdılar. Seçim edildi, bu uşaq onların oğlu olacaq.

 

Qanuna görə, gələcək valideynlər müntəzəm olaraq oğlanı bir neçə saatlıq özləri ilə aparırdılar, birlikdə gəzməyə çıxır, kinoya, teatra gedirdilər. Uşaq ömründə ilk dəfə idi ki özünü xoşbəxt sayirdı, bu gəzintilər onda yaxşı təəssürat yaradırdı. Oğlanın həmişə kədərli olan gözləri indi işıq saçırdı. O, tezliklə evinə, onu sevən valideynlərə sahib olacaq, hər zaman onların qayğısını çəkəcək və üzülmələrinə imkan verməyəcək. Yeni valideynlərə sənəd toplamaq üçün vaxt lazım idi, bu müddət çox uzun sürürdü. Uşaq isə yeni ailəsinə qovuşmağı səbirsizliklə gözləyirdi.

Nəhayət, o gün gəlib çatdı. Sabah o, uşaq evini ömürlük tərk edəcək.

Taleh bütün gecəni səhərə kimi yata bilmədi, yuxusuz qaldı, ona elə gəlirdi ki səhər heç vaxt açılmayacaq. Taleh bilirdi ki səhər saat doqquzda onun dalınca gələcəklər. Onlar doqquzdan da tez gələ bilərdilər, amma qəbul saatı məhz bu vaxt başlayır. Taleh səhər tezdən ayağa qalxdı, əl-üzünü yudu, öz yatağını yığdı. Demək olar ki, hər beş dəqiqədən bir saatda baxırdı. O, yeni valideynlərini gözlətməkdən qorxaraq səhər yeməyini tez bitirib və otağına qayıtdı. Ancaq nə saat doqquzda, nə də onda, nə də ki bütün gün ərzində oğlanın dalınca heç kim gəlmədi.

Bir müddət əvvəl uşağın sevincdən parıldayan gözləri yenidən öz parıltısını itirdi, nurlanmış üzünə kədər çökdü. Bəlkə ondan imtina etdilər, ola bilsin ki Taleh onların evində olanda özünü yaxşı aparmadı? Ancaq cütlük ondan razı qalmılşdı. Axı niyə onlar gəlmədi? Bir neçə gündən sonra uşaq xəbər aldı ki yeni valideynləri onu götürməyə gəldikləri zaman avtomobil qəzasında vəfat olublar.

Oğlan bu xəbəri duyar-duymaz, pis oldu. Qönçələnmiş arzuları açılmadan soldu. Bu neçə illər ərzində ilk dəfə idi ki onun ailəsi olacaqı. Lakin fələk başqa cür qərar verdi. Bu dəfə valideynlərə sahib olmaq ona nasib olmadı, amma nə bilmək olar, gün gələr onun yaşadığı otağın qapısı açılar və yeni cütlük onu övladlığa götürər. Həyatda hər şey mümkündür. Sadəcə bir az səbr etmək lazımdır, çünki həyatımızda baş verən hər bir hadisə üçün müəyyən vaxt ayrılıb.

 

я знаю, всё будет хорошо

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...