Перейти к содержимому

''Nə oldu Paşinyan?''


SUMGAYIT

Recommended Posts

''Ne oldu Paşinyan?''

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 49
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Ciddi təhlükə budur: Paşinyan nələr edir?

   

pasinyan-teze.jpg

Ermənistan Baş naziri Nikol Paşinyan haqda ümumi rəy heç də doğru deyil: onun qeyri-peşəkar siyasətçi olması, təcrübəsizliyi, dövlət adamı xarakterinə uyğun gəlməyən davranışları müzakirə predmeti belə deyil. Ancaq Nikol Paşinyan üzərindən Qərbin həddən artıq böyük işlər gördüyü artıq statistikada da əksini tapmaqdadır.

 

Nikol Paşinyan nə qədər bərbad siyasətçi olsa belə, Avropada “demokrat imici” formalaşdırılır və əhəmiyyətli şəkildə himayə edilir: siyasi, erməni maraqlarına uyğun dəstək isə böyük maliyyə yardımları və külli miqdarda investisiyalarla müşayiət olunur. Qərb ölkələri elan edilən-edilməyən tərzdə Ermənistana qrantlar adıyla maliyyə yönəldirlər, Ermənistanın iqtisadi indeksini qaldırırlar və s.

Paralel olaraq Rusiyaya tətbiq edilən ölümcül sanksiyalardan “qaçış imkanı” üçün Ermənistanı düşünülmüş surətdə “pəncərəyə” çevirirlər. Rusiyadan çıxarılan milyardlar və qaçan investisiya, o cümlədən mütəxəssislər Ermənistanı seçirlər. Ermənistan bankları Rusiyadan çıxarılan milyardların “keçid yeridir” və bir çox hallarda sanksiya altına düşən rus milyarderlər Ermənistanda vəsaitlərini “yuyandan” sonra xaricə çıxır və yaxud sərvətinin bir hissəsini elə Ermənistanda saxlayır.

 

Statistikaya baxın: dünənə qədər borc içində çabalayan və xarici borcu ÜDM-nin 60 faizinə çatan Ermənistanda bu il xarici borc 47%-ə düşüb; cəmi bir neçə ay ərzində dolların 25 faizə yaxın ucuzlaşması nəticəsində Ermənistanda minimal maaş dollar ekvivalentində Azərbaycanı üstələyib, dövlət büdcəsi 6,4 milyarda, hərbi büdcəsi isə 1,3 milyarda çatıb. Müqayisə üçün bildirək ki, Azərbaycanın dövlət büdcəsi 18 milyard, hərbə ayrılan vəsait isə 3,1 milyard dollar civarındadır. Cəmi 2-3 öncəyədək Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən daha çox idi, indi isə fərqin sürətlə azaldığını görürük.

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ermənistanın əsas ticarət tərəfdaşı Rusiyadır və 2022-ci ildə bu ölkə ilə dövriyyə kəskin artaraq, 3,2 milyardı keçib. İran da Ermənistan iqtisadiyyatını ayaqda tutmaq üçün bütün gücünü səfərbər edib, bu ilin ilk 8 ayında İranla Ermənistanın ticarət dövriyyəsi 43 faiz artıb; Tehran bu həcmi 3 milyarda çatdırmaqla bağlı hədəf müəyyən edib, Ermənistana qaz nəqlini iki dəfə artırmağa hazırlaşır.

Ermənistan artıq müasir silahlar almaq üçün vəsait də tapa bilir və bu vəsaitin hamısının heç də dövlət büdcəsindən olmadığı bəllidir: Hindistandan əvvəlcə 244, daha sonra isə 260 milyon dollar həcmində silahların alınması bilinən rəqəmlərdir, İranın Ermənistana müasir PUA və raketlər verdiyi isə iddialardır və bu iddiaların gerçək olduğunu ehtimal etməyə ciddi əsaslarımız var.

AB Ermənistana 2,6 milyard nəzərdə tuturdu, indi bu rəqəmin artırılacağı barədə ciddi müzakirələr gedir, AB-nin siyasi rəhbəri Fransanın İrəvana hərbi-siyasi-iqtisadi dəstəyinin hansı səviyyədə olduğunu isə hər kəs bilir.

 

Paşinyana bir tərəfdən iqtisadiyyatı gücləndirmək, büdcəni artırmaq, xarici borcu əhəmiyyətli dərəcədə azaltmaq üçün ciddi yardımlar edilir, digər tərəfdən isə erməni ordusunun təşkilatlanması, müasir silahlarla təchiz edilməsi istiqamətində dəstək verilir. Paralel olaraq, Ermənistana Azərbaycanla sülh sazişini, sərhədin demarkasiya və delimitasiya prosesini süni olaraq ləngitmək, artıq tarixə gömülən Dağlıq Qarabağ probleminin “bitmədiyi” təsəvvürünü yaratmaq istiqamətində manevr etməsinə şərait yaradılır. İrəvanın arxasında duran güclər Cənubi Qafqazda yeni və olduqca təhlükəli bir oyun qurublar və hədəflərinə doğru sürətlə irəliləyirlər.

Rusiyaya ən sərt sanksiyalar tətbiq edilir, rus şirkətlərin bu sanksiyalardan yayınmasına yardım edənlər də sanksiya altına düşür – yalnız Ermənistan bankları və şirkətlərindən, hüquqi və fiziki şəxslərindən savayı. Sanki qəsdən bu sanksiyalardan Ermənistanın onmilyardlar əldə etməsinə yaşıl işıq yandırılıb.

Bu, hazırda Rusiyanın da maraqlarına daxildir – rus şirkətləri və vətəndaşları Ermənistan vasitəsilə əməliyyatlara meyil edir. Üstəlik, sanksiyalardan sonra Rusiyadan qaçan 50 minə yaxın İT mütəxəssisinin ən azı 10 mininin Ermənistanda məskunlaşdığı haqda informasiyalar da dövriyyədədir. Bu peşəkarların Ermənistanın texnoloji imkanlarını necə artıracağını təxmin etmək mümkündür.

Korrupsiya və rüşvətə qarşı Ermənistanda AB-nin dəstəyi ilə əhəmiyyətli işlər görüldüyünü də vurğulamalıyıq.

 

Bütün deyilənlərin sayəsində Ermənistan son iki ilə yaxın müddətdə iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Əhali və ərazi sayını nəzərə alsaq, hazırda Ermənistan büdcəsinin Azərbaycan büdcəsi ilə rəqabət apardığı açıq-aşkardır. Onu da nəzərə alaq ki, Azərbaycanın iqtisadi resurslarının əhəmiyyətli hissəsi Qarabağın bərpasına yönəldilir, tikinti-quruculuq işlərinə böyük vəsaitlər xərclənir, diqqətimiz Qarabağdadır, Ermənistanın bu baxımdan heç bir qayğısı yoxdur, Qarabağda məskunlaşdırılan ermənilərin əsas yükü də rus sülhməramlılar və Qərbin yardımları üstündədir.

Buna görə də ilin sonuna qədər Azərbaycanla sülh sazişinin imzalanacağı haqda Paşinyanın bəyanatının ardınca bu gün Mülki Müqavilə blokunun deputatı Gevorq Papoyan bu məsələni sual altına qoyması təsadüf deyil. O bildirib ki, sülh sazişinin imzalanması “Ermənistanın milli maraqlarının nə dərəcədə nəzərə alınmasından asılı olacaq”.

Ermənistanın “milli maraqları” menyusuna Rusiya “Qarabağ münaqişəsinin həllinin gələcəyə saxlanılması” kimi absurd, amma revanşistlər üçün iştahaçan “nemət” də əlavə edirsə, bu sülh sazişini İrəvan ilin sonuna qədər imzalayarmı?

Bizim üçün çox ciddi çağırışlar var…

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Paşinyan: “Sülh müqaviləsi olmadan delimitasiya prosesi baş tutmayacaq”

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Qarabağ: Əcdadlarımızın mirası – sənədli film

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Qarabağda hücum hazırlanır – Petrovdan sensasion açıqlama

sulhmeramli-ermeni.jpg

12:55

Noyabrın sonu Qarabağ müharibəsinin bitməsindən sonrakı iki il ərzində Cənubi Qafqazda ən narahatedici ay olub. Qarabağ separatçıları rus sülhməramlıların müvəqqəti yerləşdirildiyi zonadan Azərbaycan Ordusunun mövqelərini hər gün atəşə tutur. Noyabrın 8-dən noyabrın 27-dək erməni yaraqlıları 15 dəfə atəşkəsi pozub. Qarabağ müharibəsində Ermənistanın təslim olması və erməni işğalçı qüvvələrinin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılmasından sonra Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada ermənilər bir neçə dəfə Azərbaycanın mövqelərinə hücum etməyə cəhdlər edib, lakin bu təcavüz aktları az və sistemsiz olub. Ən böyük döyüş bu ilin avqustunda baş verib, ermənilərin təxribatının qarşısı “Qisas əməliyyatı” ilə alınıb.

Axar.az xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.

“Lakin indiyədək Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni silahlı birləşmələrinin hərbi təxribatlarında aydın təşkilatlanma olmayıb. Hətta sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədində gedən şiddətli döyüşlər zamanı Qarabağda bir güllə belə açılmadı. İrəvan həmin günlərdə ikiistiqamətli siyasi kampaniyaya başladı: birincisi, Rusiya və KTMT-dən Azərbaycanla sərhəddəki vəziyyətə müdaxilə etməyi tələb etdi, ikincisi, Brüssel və Parisi Ermənistanda özünə faydalı vasitəçi kimi təmin etməyə çalışdı. Amma yenə də Qarabağdakı separatçılar sentyabr və oktyabr aylarında özlərini “sakit” apardılar. Bəs, noyabrda nə dəyişdi? İrəvanın xarici siyasət kampaniyasının “rus” və “fransız” istiqamətləri eyni vaxtda iflasa uğradı. İrəvanda keçirilən KTMT sammiti də göstərdi ki, Təşkilat ölkələri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə müdaxilə etmək niyyətində deyillər. Paşinyan isə müttəfiqlərin sərt imtinasından o qədər qəzəbləndi ki, sammitin əsas sənədini - KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina etdi. Ermənistan Rusiyadan və KTMT-dən istədiyini almadı, ona təklif olunanları rədd etdi.

 

Fransaya gəlincə, oktyabr ayında Makron Bakıya yönəli qalmaqallı ittihamlar səsləndirdi, Fransa Senatı Bakıya qarşı ümumavropa sanksiyalarının tətbiqini tələb edən ikinci antiazərbaycan qətnaməsini qəbul etdi. Parisin bu cür davranışı onun Ermənistan-Azərbaycan müharibəsindən sonrakı danışıqlar prosesində iştirakını qeyri-mümkün etdi. Ötən günlərdə Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Paşinyan ona dekabrın 7-də Makronun iştirakı şərti ilə Brüsseldə görüşməyi təklif edib və məhz bu, antiazərbaycan qüvvələrin danışıqlarda iştirak etməsi şərti bu görüşü mümkünsüz edib”, - o bildirib.

Analitik qeyd edib ki, Ermənistan Bakı-İrəvan münaqişəsinin nizamlanması prosesini ləngitmək və ya öz xeyrinə çevirmək üçün diplomatik yollarını tükədib:

“Rusiya Azərbaycana təzyiq etməyəcək, Azərbaycan isə Fransanın işğalçı siyasətini açıq dəstəklədiyi müddətcə Parislə danışmayacaq. Siyasətdəki ikiqat fiaskonun təbii nəticəsi Ermənistan hakimiyyətinin ənənəvi hərbi təxribat üsullarına əl atmasıdır. İndi sərhəddə Azərbaycan mövqelərinə hücum etməyin mənası yoxdur. Çünki sentyabr döyüşləri həm Azərbaycanın sərhədlərinin nə qədər qüdrətli qorunduğunu, həm hücumlara nə qədər sərt cavab verdiyini, həm də belə təxribatlarda Bakının qələbəsinin nə qədər qaçılmaz olduğunu göstərdi. Buna görə də növbə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada gərginliyin artmasına çatıb. Paşinyan rejimi hələ də Rusiyanı Azərbaycanla qarşıdurmaya çəkmək istəyir.

 

Əgər Moskva öz qoşunlarını iki respublikanın sərhədinə yerləşdirməkdən imtina edərsə, o zaman Azərbaycanın Qarabağ iqtisadi rayonunda olan sülhməramlılar var. Bu isə o deməkdir ki, Rusiya sülhməramlı kontingentini təhlükə altına salmağa cəhd etmək olar. Separatçıların Azərbaycan mövqelərinə hücumuna ciddi hazırlıq görməsi təkcə atəşkəsin artması ilə sübut olunmur. Şənbə günü rusiyalı sülhməramlıların müvəqqəti yerləşdirildiyi zonadan kənarda kəşfiyyat aparan erməni silahlılarının kvadrokopteri ələ keçirilib və həftə ərzində Laçın dəhlizi ilə hərbi texnikanın daşındığı elan edilib. Ermənistan Qarabağdakı separatçıları silahlandırır və Azərbaycanın hərbi hissələrinin dəqiq yerini öyrənir. Bu, koordinasiyalı hücuma hazırlığın bariz əlamətləridir. Əgər Rusiya planı baş tutmasa, İrəvan hərbi yardım üçün Qərbə üz tutacaq. Onların Qarabağa girməsinə Bakı razı olmayacaq. Bu, həm də Kremlin Gümrüdəki hərbi bazasının bağlanmasına, hərbi sahədə Moskva-İrəvan əlaqələrinin zəifləməsinə yönəlik antiRusiya addımı olacaq”.

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Kreml vaxt qoydu: silahlılar Qarabağdan çıxır - Ohanesyanermeni-esger.jpg

Yaxın günlərdə Qarabağda ciddi proseslər baş verəcək. Kremldən gələn tapşırığa əsasən bütün silahlı ermənilər – polis, hərbçi, mühafizəçi, fərq etməz, əlində silah olan hər kəs Qarabağın rus sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərindən tam olaraq çıxarılmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış erməni siyasi analitik Samvel Ohanesyan bildirib.

“Bizim əlimizdə bununla bağlı sübutlarımız var. İrəvan hakimiyyətinə yaxın mənbələrdən aldığımız məlumatlara əsasən, bir neçə gün öncə Kremldən zəng gəlib və vaxt verilib. Bütün silahlı ermənilər Qarabağdan çıxarılmalı və yaxud tərk-silah olunmalıdır. Bu o deməkdir ki, Rusiya tam olaraq Bakının bütün istəklərini yerinə yetirir. Bizim bu günə qədər istismar etdiyimiz faydalı qazıntılar ilə də sağollaşmaq lazım olacaq. Sülhməramlıların komandanı Volkovun dedikləri kimi mini-gömrüyün yaradılacağı da buna əyani sübutdur”, - deyə o qeyd edib.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Uduzacağımızı bilə-bilə niyə müharibə etdik? - Arşakyan

ermeni-esger4343.jpg

Nikol Paşinyan başda olmaqla Ermənistanın bütün hakimiyyət nümayəndələrinin yaxalarından tutub sorğuya çəkmək lazımdır. Bunu nə türklər, nə də azərbaycanlılar etməlidir. İlk növbədə bunu elə erməni xalqının özü etməlidir.

Axar.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Tevos Arşakyan çıxış edib.

 

“Bəzi məlumatlara əsasən Ermənistan hakimiyyəti hələ 2020-ci ildə Qarabağın tam olaraq Azərbaycanın nəzarəti altına keçəcəyini bilirdi. Bizim Bakı ilə vuruşmaq üçün nə güclü ordumuz, nə də silahlarımız var idi. İrəvan hakimiyyətində hamı çox gözəl anlayırdı ki, bu müharibədə uduzan tərəf biz olacayıq. Bəs onda bu qədər həmyerlimiz niyə qurban verildi? Əgər hamı kapitulyasiya olacağını bilirdisə, nədən öncədən Bakının şərtləri ilə razılaşmadıq? Onsuz da Bakının gücü qarşısında hər sənədə qol çəkdik və çəkməyə davam edəcəyik... Bu sualların cavabını erməni xalqı Paşinyan və onun komandasından gec-tez soracaq”, - deyə o qeyd edib.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Laçın yolunda etiraz aksiyasına ilk rəsmi reaksiya

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Sülhməramlılarla bağlı yayılan şayiələrə aydınlıq gətirildi - BAKU TV

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 4 weeks later...

ordumuz-bayraq.jpg

Azərbaycan çətin infrastruktura malik ərazilərdə böyük uğurlar əldə edib.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının deputatı Tiqran Abraamyan deyib.

O bildirib ki, müharibədən sonra Azərbaycan 5 istiqamətdə, çətin relyefə malik ərazilərdə böyük uğur qazanıb:

“Məsələn, Fərrux istiqamətində onun daha çox imkanları vardı, nəinki Canəhməd (Göyçə), Aşağı Şorca (Basarkeçər), Qızılcıq (Qarakilsə), İstusu (Göyçə), Qaragöl... Ancaq 2 il ərzində ağır hava şəraiti olan çətin dağlıq ərazidə Azərbaycan bunu bacardı. Halbuki qeyd olunan ərazilərdə Ermənistanın güclənmək, müdafiə sistemi yaratmaq və ən əsası təchizat imkanları Azərbaycandan dəfələrlə çox idi”.

O qeyd edib ki, burada məsələ Azərbaycan PUA-larının bu qədər səs-küy doğuran üstünlüyü və yaxud Azərbaycan hərbi bölmələrinin dağlıq şəraitində məharətli fəaliyyətindən daha çox, Ermənistan silahlı qüvvələrinin nizamsızlığındadır:

“Azərbaycan 2 il ərzində Kəlbəcər-Laçın hissəsində əsas, qəzalı yolların tikintisinə və yenidən qurulmasına, hərbi hissələrin, hərbi infrastrukturun yaradılmasına ciddi vəsaitlər yatırıb və bu, onların uğurlarına nə qədər töhfə versə də, hər halda, işarələnmiş ərazilərdə, onları kiçik qüvvələrlə məğlub etmək və irəliləməyə imkan verməmək mümkün idi”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

1545439_ltm6lnqmjv.jpg

Azərbaycan tərəfi Ruben Vardanyanın Qarabağa gəlişini Kremlin layihəsi və milyarderin özünü isə Putinin adamı hesab edir.

Bakupost.az xəbər verir ki, bu fikirləri Amerikanın Karnegi Fondunun aparıcı analitiki, Qarabağ problemi üzrə nüfuzlu ekspert Tomas de Vaal “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildiri.

“Mən özüm belə düşünmürəm, amma razıyam ki, Vardanyanın Qarabağa gəlişi danışıqlar prosesini xeyli çətinləşdirib”, - ekspert bildirib.

 

De Vaal hesab edir ki, Azərbaycan tərəfinin bəyanatları tam əsaslıdır:

"Əvvəllər minaların, silahların və üçüncü ölkə vətəndaşlarının daşınması üçün istifadə edilən Laçın yolu ilə hərəkətin şəffaflığının təmin edilməsi ilə bağlı Bakının çox praqmatik mövqeyi var".

“Hesab edirəm ki, Azərbaycanı müəyyən mənada başa düşmək olar, baxmayaraq ki, bu, yolu bağlamaq üçün əsas deyil. Düşünürəm ki, danışıqlar düzgün aparılarsa, o, bir məsələ ətrafında cəmləşib: Laçın dəhlizindən kimlər və nələr keçə bilər”, - De Vaal bildirib.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

herbi-ermeni-qadin.jpg

Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq orduya hərbi xidmətə çağırılması imkanlarını nəzərdən keçirir.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat yayıb.

“Yalnız onu təsdiq edə bilərəm ki, biz qadınlara könüllü olaraq hərbi xidmətə getmə imkanının verilməsi məsələsini müzakirə edirik”-deyə, o bildirib.

O, növbəti dəyişikliklərlə bağlı başqa məlumat verməyib. İndi Ermənistanda həqiqi hərbi xidmətə çağırış senzi 18-27 yaş, xidmət müddəti isə 24 aydır.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

tom_de_vaal.jpg

09:00

Karnegi Fondunun eksperti, tanınmış jurnalist Tomas de Vaal “Azadlıq” radiosunun erməni redaksiyasına Laçın yolundakı aksiyanın səbəbləri və ümumilikdə Qarabağ ətrafında cərəyan edən proseslərlə bağlı geniş müsahibə verib.

Axar.az müsahibənin azərbaycanlı oxucular üçün də maraqlı olduğunu nəzərə alaraq, qısa ixtisarlı təqdim edir:

Erməni jurnalist: Siz hələ sentyabr ayında demişdiniz ki, Əliyevin hədəfi Ermənistanı Qarabağa iddiadan əl çəkən sülh sazişi imzalamağa və Zəngəzur dəhlizini açmağa məcbur etməkdir. Hazırda Laçın yolunda baş verənlər bununla bağlı konkret fəaliyyətdirmi?

- Əlbəttə, hazırda baş verənlər çox ciddi fəaliyyətdir. Qorxuram ki, 2023-cü il gərgin və ağır il olsun. Ümid edirəm ki, yeni konflikt olmayacaq. Ancaq yeni silahlı konfliktin simptomları ərazidə özünü göstərir – hələlik danışıqlar aparılmır, faktiki olaraq 2020-ci il noyabr razılaşması fəaliyyət göstərmir, ona görə ki, noyabr razılaşmasının bir bəndi olan Laçın yolunda nəqliyyat işləmir. Əlbəttə, ciddi təhlükə var ki, Zəngəzur dəhlizi və Qarabağ ermənilərinin taleyi danışıqlar masasında yox, yerində həll olunacaq. Doğrudur, Brüsseldə danışıqların yenilənməsi ilə bağlı ciddi cəhdlər var, görək, yanvarda alınacaqmı? Amma hələlik vəziyyət çox ciddidir.

Erməni jurnalist: Belə çıxır ki, Ermənistan öz ərazisində dəhliz vermədiyi üçün müharibə qaçılmazdır...

- Yox, mən elə deməzdim. Düşünürəm ki, konflikt olsa belə, onun miqyası 2020-ci il müharibəsindən çox kiçik olacaq. Həm ona görə ki, Ermənistanın hərbi resursları azdır, həm də Prezident Əliyevin yeni, tammiqyaslı konflikdə maraqlı olduğunu sanmıram. Əgər Əliyev istədiklərini masada ala bilməsə, o, Ermənistana təzyiq edəcək, ancaq bu təkcə müharibə deyil.

ARDI VAR

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Paşinyan Gümrüdəki anti-Rusiya etirazlarını özü təşkil edib

Ötən gün Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya 102-ci hərbi bazasının önündə təşkil olunmuş aksiyanın bəzi təfərrüatları məlum olub.

- xəbər verir ki, "Hraparak" nəşrində dərc olunan yazıda aksiyanın baş nazir Nikol Paşinyan tərəfindən təşkil olunduğu qeyd edilib.

"Rusiyanın 102-ci hərbi bazası yaxınlığında təşkil edilən növbəti meymun hücumu tarixə düşüb. Bu, Nikol Paşinyan və Ermənistan Milli Demokrat Partiyasının birgə əməliyyatı idi. Paşinyan Ermənistanın strateji müttəfiqi Rusiyaya göstərir ki, ölkədə hərbi bazanın ləğvini tələb edən anti-Rusiya qüvvələr var".

Bildirilir ki, polislər etirazçıların hərbi bazanın girişinə yaxınlaşmasına özləri imkan yaradıb

"Əvvəlcə təyin olunmuş etirazçılar hərbi bazanın əsas girişinə "hücum edib". Lakin "təyin edilmiş polislərlə" üz-üzə gəldikləri üçün qaçıblar və arxa girişə "yürüş" ediblər".

 

Rusiya hərbçilərinin heç bir təhlükəsizlik tədbiri görməməsinə toxunan müəllif qeyd edib ki, ola bilsin, ruslar etirazçıları ciddi qəbul etmir.

Yazıda aksiya zamanı polislər tərəfindən saxlanılan etirazçıların taleyinə də aydınlıq gətirilib. Müəllif yazır ki, Paşinyan Rusiya bazasının ölkədən çıxarılmasına etiraz edən heç bir şəxsi həbs etdirməyib.   

Yaxın günlərdə yeni aksiyanın təşkil olunacağı ilə bağlı məlumatlar var.

  • Paşinyan Gümrüdəki anti-Rusiya etirazlarını özü təşkil edib
  • Paşinyan Gümrüdəki anti-Rusiya etirazlarını özü təşkil edib

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

shorca.jpg

 

Ötən ilin 13-14 sentyabr tarixində Ermənistanın sərhəddə təxribat törətməsindən sonra baş verən döyüşlər zamanı Azərbaycan Ordusunun strateji yüksəkliklərə nəzarəti bərpa etməsi sərhədboyu ərazilərdə yerləşən erməni kəndlərinin boşalması ilə nəticələnib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb.

Məlumata görə, sərhəd bölgəsində yerləşən Yuxarı Şorca (Verin Şorca) və Aşağı Şorca kəndində yaşayan ermənilər kəndi tərk edib.

Azərbaycan Ordusunun yerləşdiyi strateji yüksəkliklər bu kəndlərə nəzarət imkanı da verir. Bu iki kəndlə yanaşı, Sotk, Airk, Azat, Tretuk, Caghatsadzor, Kotakan və digər ərazilərdəki ermənilər də bölgəni tərk etməyə hazırlaşır. Buna səbəb kəndlilərin işğal dövründə istifadə etdikləri otlaq və əkin sahələrindən məhrum olmalarıdır.

Qeyd edək ki, Ermənistan 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycanla dövlət sərhədini böyük ölçüdə irəli çəkərək, sərhədyanı ərazilərini genişləndirmişdi. Xüsusilə əkinə yararlı torpaqlar, otlaq və meşə sahələri Ermənistanın “dövlət sərhədinə” daxil edilmişdi. 44 günlük müharibədən sonra Azərbaycan qanunsuz şəkildə irəli çəkilən dövlət sərhədinin bərpası istiqamətində də addımlar atır.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

ordumuz-yeni-2021.jpg

Son vaxtlar gedən proseslər onu göstərir ki, Qarabağın dağlıq hissəsində ermənilərin yaşadığı ərazilər yaxın 6 ayda Azərbaycanın yurisdiksiyasına keçəcək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Qabil Hüsyenli Musavat TV-nin efirində deyib.

O bildirib ki, Prezident müsahibəsində (10 yanvarda Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi nəzərdə tutulur – red.) buna işarə edib və onun istiqamətlərini müəyyənləşdirib:

“Azərbaycan Ordusunun kəşfiyyat qüvvələri həm yerdən, həm də peyk, həm də dronlardan istifadə etməklə qanunsuz erməni silahlılarının yerləşdiyi ərazilərin hamısını nəzarətdə saxlayır. Yəni Azərbaycan Ordusunun əlində bununla bağlı dəqiq kəşfiyyat materialları var. Əgər bu qanunsuz silahlılar ərazimizdən sonuncu nəfərinə qədər çıxmasa, Azərbaycan Ordusu bütün detallarına qədər işləyib hazırladığı məhdud miqyaslı antiterror əməliyyatını tətbiq edəcək. Bu əməliyyatda dağ qoşun hissələri, xüsusi təyinatlılar, komandolar – Ordumuzun elitası iştirak edəcək, döyüş texnikalarımız, xüsusilə PUA-lar tam hazır vəziyyətdədir. Dediyim kimi, bu, bizim Qarabağda keçirdiyimiz antiterror əməliyyatı olacaq. Əməliyyatın müddəti 3-5 gün çəkəcək – ildırımsürətli əməliyyat olacaq”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Rusiya XİN rəhbəri: “Bizə Ermənistanın Laçın yolu ilə mina daşımasına dair məlumatlar verilib”

W1siZiIsIjIwMjMvMDEvMTgvMTUvMzAvNDkvNzI5

 

“Rəsmi Moskvaya Ermənistan tərəfinin Laçın yolu ilə mina daşımasına dair məlumatlar verilib və bu məlumatlar hazırda araşdırılır”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

Rusiya XİN rəhbəri vurğulayıb, üçtərəfli bəyanatlara əsasən, Laçın yolu hər iki istiqamətdə nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır:

“Təbii ki, orada ayrıca qeyd olunub ki, bu marşrutla heç bir hərbi yük göndərilməməlidir. Azərbaycanlılar məlumat veriblər ki, Ermənistan tərəfi bu yol vasitəsilə minalar daşıyıb və daha sonra onlardan üçtərəfli bəyanatlara zidd olaraq Azərbaycan mövqelərinə yaxın ərazilərin minalanması üçün istifadə edilib. Hazırda hərbçilərimiz bu məlumatları araşdırırlar”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Arsen Torosyan tez-tez manipulyasiya xarakterli açıqlamaları ilə seçilir.

image.jpeg.313ebcf787ff16d7b2a1d62f6280f86a.jpeg

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, 2021-ci ilin iyununda Arsen Torosyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Ehtiyatda Olan Zabitləri Birliyinin sədri Mikayel Hambardzumyanın müharibə zamanı Xankəndinin su təchizatı ilə bağlı qaldırdığı məsələyə toxunaraq bunların hamısının yalan olduğunu bəyan edib.

“O, şəxsən mənimlə bu məsələ ilə bağlı danışdı, reallığı təhrif edir, istəsəniz, deyə bilərəm ki, yalan danışır. Çünki o sualın cavabı belə oldu ki, biz su nümunələrini götürməyə, İrəvanda qəbul etməyə və müayinə etməyə hazırıq. Bu edilib, sadəcə olaraq nümunə İrəvana adi nümunələr üçün nəzərdə tutulan qablarda aparılmalı idi, yəni Mikayel Hambardzumyan bununla bağlı yalan danışır”, - deyə Torosyan bildirib.

 

Mikayel Hambardzumyan buna cavab olaraq deyib: “Bu məmur hesab edir ki, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları müharibənin qaynar reallıqları şəraitində operativ xidmət istiqamətlərini tərk edərək hər gün Xankəndidən İrəvana özləri üçün su daşımalıdırlar ki, oturub araşdırma aparsınlar. Onun fikrincə, əslində MTX əməkdaşları mütəxəssis deyillər, haradan, hansı üsulla, vaxtaşırı və qablarla su nümunələrinin götürülməsinə qərar verməli idilər”.

“Qısa desək, Arsen Torosyan yalan danışıb”, - deyə nəşr bildirib.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

tomasdevall.jpg

Mənə elə gəlir ki, hər şey Bakı və Moskvadan asılıdır.

Axar.az xəbər verir ki, bu sözləri Kornegi Fondunun eksperti Tomas de Vaal erməni internet kanalında təşkil edilən müzakirədə “Laçın yolu nə vaxt və necə açıla bilər” sualına cavabında deyib.

O bildirib ki, çox güman, Moskva və Bakı arasında bu barədə danışıqlar gedir:

“Biz bu danışıqlar haqda heç nə bilmirik. ABŞ-dan, AB-dən müəyyən çağırışlar var. Əlbəttə, Azərbaycanın iradı odur ki, yolda nəqliyyatın hərəkətində şəffaflıq olmalıdır (Laçın yolundan silah, mina daşınması, hərbi məqsədlər və Azərbaycanın yeraltı sərvətlərinin talanmasında istifadəsi olunması nəzərdə tutulur – red.), kimlərin bu yoldan keçdiyi bilinməlidir. Hesab edirəm ki, bu məsələ həll oluna bilər. O ki qaldı Prezident İlham Əliyevin daha iddialı tələbləri, təəssüf ki, bununla bağlı biz heç nə deyə bilmərik”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Türk dünyasının önemli şehri Şuşa'da ne gördük?

GZT

GZT Avrasya Editörü Nazgul Kenzhetay, 44 günlük savaştan sonra 30 yılın ardından tekrar Azerbaycan topraklarına katılan Şuşa'da. Baykar Savunma Teknik Müdürü Selçuk Bayraktar'ın davetlisi olarak Şuşa'ya giden Nazgül, ermeni işgalinden kurtarılan şehre dair gözlemlerini ve bölgedeki son durumu aktardı.

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

W1siZiIsIjIwMjMvMDEvMjYvMjEvNDcvMjAvZWFl

 

Aİ-nin Ermənistandakı missiyasının mandatının təfərrüatları məlum olub.

Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yerləşdirilmiş növbəti videomaterialda bildirilir.

“Avropa İttifaqının rəsmi saytında yerləşdirilmiş “Aİ-nin Ermənistandakı missiyasına dair” 23 yanvar 2023-cü il tarixli 32023D0162 saylı sənədi diqqətlə oxuduqda ağıla gələn ilk fikir “bu, mülki missiyadırmı?” olacaq. Belə ki, missiyanın strukturu hərbi kontingentə bənzəyir”,- deyə süjetdə vurğulanır.

Qeyd olunur ki, missiyanın rəhbəri 2020-ci ildən etibarən Ştutqart polis idarəsinin rəisi olan alman Markus Ritter olacaq.

“Ritterin təcrümeyi halı polisdən daha çox hərbçiyə bənzəyir. O, Aİ-nin İraqdakı məsləhətçi missiyasına rəhbərlik edib, BMT-nin Cənubi Sudan, Gürcüstan və Kosovodakı missiyalarında xidmət edib, həmçinin Almaniyanın Əfqanıstan səfirliyində polis müşaviri olub”, - deyə videomaterialda məlumat verilir.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

İrəvandan rəsmi etiraf:  "İran döyüşlərdə bizə kömək etdi"

Bizdə olan kəşfiyyat məlumatlarına görə 2022-ci ilin sentyabrında baş verən döyüşlər zamanı Azərbaycan daha genişmiqyaslı hücumlara hazırlaşmışdı. AzVision.az xəbər verir ki, belə bir iddia ilə "Al-Monitor"a açıqlama verən Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan çıxış edib.
 
İrəvanın sərhəd təxribatlarına cavab olaraq Bakının reallaşdırdığı cavab tədbirlərindən danışan Kostanyan İranın erməni ordusunun arxasında durmasını gizlətməyib.

Nazir müavini onu da iddia edib ki, rəsmi Bakının sərhəd təxribatlarına cavab tədbirləri sentyabrın 13-14-də başlayan hərbi əməliyyatlardan qat-qat böyük olmalı imiş. Kostanyanın fikrincə, Ermənistanın cənub qonşusu İranın müəyyən davranışları və ritorikası bu gərgin vəziyyətin daha da pisləşməsinin qarşısını almağa kömək edib.

Tehranın sentyabr döyüşlərində İrəvanın tərəfində durduğunu gizlətməyən diplomat İranın bu gün də Ermənistanın mühüm tərəfdaşı olduğunu xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, İran və Gürcüstanla olan sərhəd ölkəsi üçün xarici dünyaya açılan nəfəslik sayılır və mühüm əhəmiyyət kəsb edir.

Amma maraqlıdır ki, Tehranla hərbi-texniki əməkdaşlıq məsələlərinə toxunan Kostanyan İran silahlarının alınmasının İrəvanın planlarına daxil olmadığını bəyan edib.
 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Fransalı diplomat ermənilərə həqiqəti xatırlatdı

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

markedonov_new.jpg

İran və Fransa Ermənistanda Rusiyanın mövqeyini tutmaq gücündə deyillər.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“İran üçün Qafqaz yox, Yaxın Şərq prioritetdir, Fransa isə Ermənistana və Qafqaza Türkiyə ilə münasibətləri çərçivəsində nəzər yetirir. Ermənistanın və Qarabağın onlar üçün dəyəri yoxdur”, – o bildirib.

S.Markedonov Ermənistanın təhlükəsizlik çətirinin dəyişməsinin uzun və ağrılı proses olacağını söyləyib.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

pashinyan-yeni.jpg

Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanın nəzarətində olan “Hraparak” qəzeti vasitəsilə Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığını almağı təklif edib. Məlumat həm Qarabağ ermənilərini, həm də Ermənistanın ictimai rəyini separatçı layihənin bağlanacağına, onun iştirakçılarının əksəriyyətinin sıravi Azərbaycan vətəndaşına çevriləcəyinə hazırlamaq məqsədi daşıyır. İlk növbədə məqalənin müəllifi Avetis Babacanyan diqqəti bir neçə aydır ki, İrəvanın Qarabağ ermənilərinə Ermənistan vətəndaşlığı verməməsinə yönəldir. Ermənistan pasportlarının separatçılara verilməsinin dayandırılmasına səbəb ötən il oktyabrın 7-də Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Praqa Bəyannaməsini imzalamasıdır. Bu bəyanata əsasən, İrəvan Qarabağ da daxil olmaqla, Azərbaycanın da ərazi bütövlüyünü tanıyır. Beləliklə, İrəvan eyni vaxtda “Qarabağda yaşayanların Azərbaycan vətəndaşları olduğunu” qəbul edir.

Axar.az xəbər verir ki, bunu “Hraparak” qəzetində Avetis Babacanyanın məqaləsini təhlil edən rusiyalı analitik Andrey Petrov deyib.

Məqalədə qeyd olunur ki, separatçıların silahlanmasının qarşısının alınması səbəbindən Azərbaycana qarşı “revanş planı” keçmişdə qalıb:

“Bununla əlaqədar Qarabağ iqtisadi rayonunun erməni əhalisinin qarşısında iki seçim var: ya mühacirət edib, Ermənistana getmək, ya da Azərbaycan vətəndaşlığını almaq. Qarabağ erməniləri revanş planının real intihar ssenarisi olduğunu indi anladılar. Məqalədə bildirilir ki, təxminən 30-35 min nəfər Azərbaycan vətəndaşlığını almağa razıdır. Bu rəqəmi oxuduqda Ermənistan rəhbərliyi bütün platformalarda hazırda Qarabağda 120 minə yaxın erməninin yaşadığını iddia etməsi, reallıqda onların sayının 40 mini keçmədiyini xatırlamaq yerinə düşər. Paşinyanın komandası erməni diasporundan gələn maliyyə xatirinə Qarabağdakı separatçı layihəni dəstəkləməkdə davam edir. Lakin daxili kanallar vasitəsilə Qarabağ ermənilərinə mühacirətdən və ya Azərbaycan vətəndaşlığı almaqdan başqa yollarının olmadığını çatdırır. Bu gün İrəvanın marionetləri və qaçaq milyarder Ruben Vardanyanın Qarabağ erməniləri üçün yaratdığı dözülməz şərait Ermənistan hakimiyyətinin separatçı layihəni bağlamaq planının bir hissəsi ola bilər. İnsanlar anlayanda ki, hazırki rəhbərlik dövründə orada yaşamaq qeyri-mümkündür, onların Azərbaycan vətəndaşlığı üçün Azərbaycan hakimiyyətinə müraciət etməsi daha asan olacaq. Silahlı yaraqlılar və digər qeyri-qanuni immiqrantlar qaçacaq, mülki əhali isə Qarabağda qalacaq. Beləliklə, Azərbaycan və Ermənistan üçün vəziyyət müsbət nəticələnəcək. Paşinyan Ermənistanın Qarabağ müharibəsində təslim olmasından sonra ən azı nəyisə udmağa çalışır. Deyəsən, o, nəhayət ki, yolunu tapıb: Separatçı layihə bağlanacaq, bunun sayəsində hamı qalib olacaq: həm Bakı, həm də İrəvan”.

Изменено пользователем SUMGAYIT

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin “Avropa institutları istiqamətində pay sahibi olanlar sadəcə olaraq ölkəni itirə bilərlər” sözləri Ermənistanda olduqca ehtiyatla qarşılanıb və böyük rezonans doğurub. Aydındır ki, bu xəbərdarlıq bütövlükdə İrəvana ünvanlanıb. Çünki Azərbaycanla sərhədində AB missiyası yerləşdirməkdə maraqlı olan Ermənistandır. Əgər İrəvan buna təhlükəsizliyinin təminatı kimi baxırsa, Kreml bunu Cənubi Qafqazda maraqlarına meydan oxumaq kimi qəbul edir.

https://axar.az/news/gundem/718030.html

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

saqatelyan-mitinq.jpg

2019-cu ildə “Yeni müharibə və yeni ərazilər” deyə, Azərbaycanı yeni müharibə ilə təhdid edən və işğal siyasətini davam etdirəcəyini elan edən Nikol Paşinyanın komandasının bu “şüarını” “Ermənistan” blokunun deputatı, müxalifət lideri İşxan Saqatelyan fərqli formada dilə gətirib.

Axar.az xəbər verir ki, İ.Saqatelyan Ümumgənclik Forumunda çıxışında Paşinyanın hakimiyyəti altında “Yeni müharibə və yeni kapitulyasiya” olacağını bildirib.

O, hakimiyyətə qarşı mübarizə üçün ciddi hazırlaşmağa çağırıb.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

ermeni-bunker.jpg

Azərbaycan Ordusunun ötən ilin martında Ağdam-Ağdərə istiqamətində keçirdiyi əməliyyatlardan sonra düşməndən azad edilən post və bunkerlərlə bağlı yeni kadrlar üzə çıxıb.

Axar.az xəbər verir ki, sözügedən ərazidə İTV çəkilib aparıb.

Ətraflı videoda:

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

artak-zakaryan.jpg

Əgər erməni xalqı Paşinyanı payıza qədər hakimiyyətdən uzaqlaşdıra bilməsə və ya istəməsə, 2024-cü ildə yeni genişmiqyaslı müharibə ilə üzləşməli olacaq.

Axar.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

 

“Bu müharibəyə müqavimət göstərə biləcəyik, ya yox, bunu demək çətindir. Artıq sübut edildi ki, müharibəyə səbəb nə Qarabağ, nə Zəngəzur, nə də Zod (Söyüdlü) qızıl mədənidir. Əsl səbəb Nikoldur. Bu gün bu sadə həqiqəti ancaq savadsızlar başa düşmür. Məğlubiyyət və təslim olma simvolu olan Nikol artıq heç bir dayağı olmayan danışıqlar bataqlığına boynuna qədər girib. Paşinyanın düşüncəsiz diplomatik manevrləri və siyasi atışları artıq heç nəyə dəyməz. Onlar ancaq erməni xalqının ziyanına hərəkət edib və edir. Üstəlik, Nikola görə Ermənistan yeganə strateji müttəfiqini, digər beynəlxalq tərəfdaşlarını və havadarlarını itirir. Azərbaycan isə əksinə, onu dəstəkləyən ölkələrin dairəsini genişləndirir”, - o bildirib.

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 month later...

lacin-yeni.jpg

Azərbaycan artıq Ermənistanla olan ölkə sərhədinin Laçın rayonu istiqamətində sərhəd-nəzarət buraxılış məntəqəsini quraşdırıb. Bu məsələ ilə bağlı Ermənistan mediası da informasiya yayır. Sərhəd-buraxılış məntəqəsi bəhs etdiyimiz ərazinin yaxınlığında ermənilər tərəfindən əvvəlcədən quraşdırılan buraxılış məntəqəsi ilə rus sülhməramlıların buraxılış məntəqəsinin arasında qurulub.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert məntəqənin quraşdırılmasının Ordumuza əlavə nəzarət və yoxlama imkanları verəcəyini vurğulayıb:

 

“Azərbaycan dəfələrlə müxtəlif səviyyələrdə qarşı tərəfə sərhəddə nəzarət-buraxılış məntəqələrinin quraşdırılmasını təklif edib, lakin məlum olduğu kimi, Ermənistan hər dəfə fərqli bəhanələrlə bundan boyun qaçırıb. Zabux və Cağauz kəndlərinin də nəzarətimizə keçməsi imkanlarımızı genişləndirib. Doğrudur, hələlik sözügedən məsələ ilə bağlı rəsmi açıqlama yoxdur. Ancaq yaxın müddətdə bunun olacağını düşünürəm. Nə qədər cəhd etsələr də, Rusiya və Ermənistanın sərhəd-nəzarət buraxılış məntəqəsinin qoyulmasına mane olacaq imkanları qəti yoxdur və onlar dövlətimizlə hesablaşmalıdırlar. Bütün parametrlər üzrə üstünlük Şanlı Ordumuzun tərəfindədir”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 weeks later...

Laçın yolunda hərəkət bərpa olundu, 30 erməni Xankəndini tərk etdi

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

nikol-pashinyan.jpg

Azərbaycanın Laçın yolunun girişində, Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsi qurması Ermənistanda ciddi şəkildə müzakirə edilir.

Axar.az xəbər verir ki, hakim “Mülki müqavilə” fraksiyasının deputatı Narek Zeynalyan da bu istiqamətdə jurnalistlərin sualını cavablandırıb.

O bildirib ki, Haaqa Məhkəməsinin qərarının icrası üçün məcburi tədbir kimi Azərbaycana müəyyən sanksiyaların tətbiqi təklif edilib:

“Tərəfdaşlarımızın Azərbaycana təzyiq göstərməsinə çalışırıq. Beynəlxalq tərəfdaşlarımız bununla bağlı addımlar atır. Bizim üçün prioritet Qarabağdakı soydaşlarımızın təhlükəsizliyidir. Biz təhlükəsizlik məsələlərinin lazımi səviyyədə olması və Ermənistanla əlaqənin kəsilməməsi üçün hər cür səy göstəririk”.

 

Jurnalistlərin “Azərbaycan tərəfi nəzarət-buraxılış məntəqəsi yaradırsa, hansı sülhdən danışmaq olar” sualına isə deputat belə cavab verib:

“Müharibə istəyirsən? Mən hesab edirəm ki, danışıqların alternativi yoxdur!”

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

pasinyan.jpg

Ermənistan kəndləri qarşılıqlı şəkildə Azərbaycana qaytarmağa hazırdır.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“1975-ci ilin xəritələrinə görə sərhəd xəttini bütün uzunluğu boyunca tanımağa hazır olduğumuzu bəyan edirik”, - Paşinyan qeyd edib.

 

Qeyd edək ki, Azərbaycan Qazaxın 7, Naxçıvanın 1 kəndini tələb edir.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

pasinyan2020-yeni.jpg

Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada "Azadlıq" radiosuna müsahibəsində 8 kəndi – Qazaxın 7 kədi və Kərki kəndini qaytarmağa hazır olduqlarını bildirib, lakin bir şərtlə ki, Azərbaycan da “erməni kəndləri”ni təhvil verməlidir.

 

Nikolun iddiasına görə, “Berkaber, Vazaşen, Ayqeovit, Paravakar kəndləri Azərbaycanın nəzarətindədir” və Bakının tələb etdiyi 8 kənd yalnız bu kəndlərin “qaytarıldığı” təqdirdə həllini tapa bilər. İrəvan bununla “barter” təklif edir. Hərçənd, Nikolun adını çəkdiyi ərazilər tarixi olaraq, Azərbaycan ərazisidir və I Qarabağ müharibəsi başlayana qədər bu ərazlərin böyük hissəsində azərbaycanlılar yaşayırdı.

Berbaker kəndi - əsl adı Bibiş: qədim adı Coğaz olan Bibiş kəndində 1988-89-cu illərdə azərbaycanlılar yaşayırdı, Qarabağda erməni separatizmi başlayanda soydaşlarımız deportasiyaya məruz qaldı;

Vazaşen – əsl adı Lələkənd: tarixi Azərbaycan torpağı olan bu kəndin adı 1978-ci ildə Ermənistan SSR-nin qərarı ilə dəyişdirilərək, Vazaşen qoyulub;

Ayqeovit - əsl adı Uzuntala, yaxud Hönüt: kənd 1967-ci ilə qədər Uzuntala, 1969-cu ilə qədər Hönüt adlanıb, daha sonra ermənilər öz qondarma adlarını veriblər;

Paravakar - əsl adı Tatlı: kənd Ermənistan SSR yaranandan sonra tədricən ermənilərin məskunlaşdığı əraziyə çevrilib;

 

Azərbaycan torpaqları olan bu ərazilər əslində birbaşa bizim nəzarətimizdə deyil. Azərbaycan və Ermənistan ordusunun hazırda dayandığı sərhəd xəttində yerləşir. Paşinyanın sözlərindən aydın olur ki, İrəvan Azərbaycan ordusunun geri çəkilməsini və bu kəndlərin ərazilərindəki nəzarətin aradan qalxmasını istəyir.

 

Diqqətçəkən məqam Paşinyanın “Azərbaycanda qalan ərazilər” iddiasında Gədəbəyin Başkənd kəndinin adını çəkməməsidir. Başkənd Azərbaycan torpağıdır, lakin SSRİ dövründə burada ermənilər yaşadığı üçün “erməni anklavı” kimi qəbul olunurdu. 1992-ci ildə ordumuz kəndə nəzarəti bərpa etdi. Ermənistan zaman-zaman Başkəndin onlara məxsus olduğunu iddia edir, 8 kəndin qaytarılması məsələsi gündəmə gələndə də bunu ortaya atırlar. Hərçənd, Nikolun Başkənd iddiasını yeniləməməsi maraq doğurur. Mümkündür ki, erməni baş nazir daha real hesab etdiyi əraziləri – sərhəd boyunca ordumuzun nəzarət xəttində yerləşənləri ala biləcəyini düşünür. O baxımdan, Bakının 8 kənd tələbinə qarşı bu iddianı ortaya atır.

 

Erməni baş nazirin sərhədlərin delimitasiyasının 1975-ci il xəritəsinə uyğun aparmağa hazır olduğunu bəyan etməsi də “erməni kəndləri” adlandırdığı əraziləri ələ keçirmək məqsədi daşıyır. Görünür, Ermənistan Azərbaycanın 8 kənd tələbini icra etmək məcburiyyətində qalacağını anladığı üçün nəsə əldə etmək naminə bu xəritəni irəli sürür. Lakin Bakının bu məsələdə razılaşacağı gözləntisi azdır. SSRİ xəritələrinin gündəmə gəlməsi həm də prosesin Moskva masasında müzakirə edilməsi ehtimalını önə çıxarır. Rəsmi Bakı bu məsələdə əsrin əvvəlindəki xəritələrin əsas götürülməsi mövqeyindən çıxış edir.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...