Перейти к содержимому

Azerbaycan Metbexi


strANger_04

Recommended Posts

Hörmətli forumçular.

Bu dəfə istərdim diqqət və fikirlərimizi milli, əvəzedilməz, dadlı-bərəkətli, həqiqi mənada dünyada tayı-bərabəri olmayan mətbəximiz üzərində cəmləyək. Gəlin həm mətbəximizin yüksək orijinallığı, qeyri-adiliyi, gözəlliyi haqqında söhbət edək, həm çoxsaylı və müxtəlif reseptlərimizlə bölüşək, bir sözlə – hər birimiz bir azərbaycanlı olaraq AZƏRBAYCAN MƏTBƏXİNİN sözün əsl mənasında nə qədər zəngin mətbəx olduğunu bir daha sübuta yetirək.

Hörmətlə, həmin Stranger....

Ссылка на комментарий
Поделиться на других сайтах

Stranger, nə dadlı mövzudu bu. Əsl mənim yerimdir. Əvvala, mənə bu gözəl xörəkləri bişirməyi öyrədən anama təşəkkür edirəm. Mən bətbəxdə olmağı sevirəm,yoldaşımla xaricdə yaşasaq da, bizim evdı yalnız öz milli xörəklərimiz bişirilir. Evimizə gələn qonaqlar da bizim xörəklərin gözəlliyini görüb heyran qalırlar, nimçənin dibinəcən yalayırlar. Əlbəttə,digər xalqların da xörəklərini bişirirəm, ama əsasən özümüzkülər evimizdə şahliq edir. Stranger, təklif edirəm bu mövzuda milli xörəklərimizin hazırlanma reseptlərini də yazaq, çünki, mətbəximiz olduqca rəngarəngdir, hər rayonun özünəməxsus xörəkləri mövcuddur. Mən bakılı olduğumçun, bakılılıar kimi bişirirəm, digər rayonların da bişirmə üsulu və o rayonda mövcud olan hər hansı bir xörəyin reseptini burda görməyə şad olardım.

Изменено пользователем PRIKOLISTKA
line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 weeks later...

Aygün yaxında qaalsaydız sizə boşqab yeməyə gələrdim))

"....O zamandan etibarən mən insanlar arasında əsl ünsiyyəti, ünsiyyətin ən ali, ən uca formalarını axtarmağa başladım...."

E. Qolderness ("O'na məktublar")

Ссылка на комментарий
Поделиться на других сайтах

Ilkin, bu dəqiqə nimçələrimiz qəzetə sarınıb, karobkadadı, köçürük başqa evə. Ona görə bir az nimçə ilə gözlə ))

Sevimli xörəyimin adını yazıram. Daha düzgün desəm, sevmədiyim yemək yoxdu. Elə hamısı sevimlidi )) Deməli, mənim hazırladığım Gürzənin resepti.Düzgün proporsiyaları yaza bilməyəcəm, çünki hər şeyi gözəyarı edirəm.

3 nəfər üçün götürülən porsiya.

Lazım olan ərzaqlar

Qiymə üçün - Yarım kq Ət ( mal və ya qoyun)

1 ədəd orta baş soğan,

duz, istiot, 2 çimdik darçın və sarıkök.

qatıq.

Xəmir üçün - Un, azca duz və su nə qədər .rdı. Un hardasa iki əlimin ovcu ilə iki dəfə qaba tökürəm.

Hazırlanma qaydası - Əti və soğanı ət maşınından çəkirik və qarışdırırıq. Tavaya yağ töküb, əti yaxşı- yaxşı qovururuq. Bişənə yaxın duz, istiot vururam. Dada və ətirə görə isə darçın və sarıkök vururam. Qoyduq əti qırağa. Keçirik xəmirə. Una duz vurub, su ilə yoğururuq. Yumşaq xəmir alınır, xəmir bərk olmamalıdı, yumşaq, azca ələ yapışan. Ayırıq 3 kündəyə. Hər kündəni oxlovla nazik yayırıq, stəkanın ağzı ilə yumru dairələr kəsib, hər dairənin içinə ətimizi qoyuruq. Hardasa bir çay qaşığı. Ağzını bağlayırıq, dalğavari forma veririk. Asta -asta beləcə Gürzələrimiz hazır olur. Belə balığa oxsayırlar lap.Sonra qazanda su qaynadırıq, suya duz əlavə edib ( su şor olsun ), balıqlarımızı buraxırıq suya. Gürzələr bişəndə suyun üzünə qalxır, çalışın çox qaynatmayın, yoxsa xəşil olar, zəhmətiniz heç olar. Suyunu süzüb, nimçələrə veririk, hardasa adama 20 - 24 ədəd düşür. Üstünə darçın səpirik,sərmisaqlı qatığı da üstünə töküb, ləzzətlə vururuq bədənə. İsti- isti yemək lazımdı, tez soyuyur çünki, soyuyanda da ki, dadı heç nə olur. Bu da mənim gürzəmin şəkli )))

post-16277-1198000874_thumb.jpg

Изменено пользователем PRIKOLISTKA
line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Bəlkə də oxuduqda güləcəksiniz,amma tam səmimi və həqiqəti yazacam. Şəxsən mən "kartoşka" qızartmasını daha çox sevirəm.Nədənsə məhz bu yeməyi yedikdə dadla,ləzzətlə yeyirəm və bu dadı,ləzzəti başqa heç bir yeməklərdə-xörəklərdə t. bilmirəm. Amma tam qızardılmış halda xoşlamıram.Yağlı və həlim qızardılmış kartof xoşlayıram.Bu yeməyi ya turşu ilə,olmadıqda, adi soğanla yeməyi daha çox sevirəm.

Milli mətbəximizdən isə aşı, dolmaları və dovğanı xoşlayıram.Amma ,hər adam bişirdikdə yox. Bişirilmə reseptlərini isə bilmirəm.

Ссылка на комментарий
Поделиться на других сайтах

Гарышга, heç də gülməli deyil :prigprig: Mən də kartof qızarılmasını xoşlayıram və xüsusi ləzzətlə yeyirəm. Mənə də qızardılma kartof - kənarları yaxşı qızardılmış, içi yumşaq qalanda ləzzət edir. Yəni nə tam quru olsun, nə tam yumşaq.

Ümumiyyətlə, çox sadə yemək kimi qəbul olunsa da ləzzətli kartof qızardılması bişirmək o qədər də asan deyil. Hər kəs bişirə bilir - ancaq hər kəsdə ləzzətli alınmır.

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 weeks later...

Qayğanağın dadlı alınması üçün mən onu vam atəşdə bişirirəm və tam qızarmamış götürürəm. Hazır olduqdan sonra üstünə kərə yağı gəzdirirəm və ovulşmuş pendir tökürəm. Olur jimix ! )))))

Safina, zəhmət olmasa, "Lucida Sans Unicode" şriftindən istifadə edin.

Изменено пользователем strANger_04

Мать - это имя Бога на устах и в сердцах маленьких детей.

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu mövzunu lap əla edib açmısız..Ama daha əla olardı bəhs etdiyiniz ləziz yeməkləri hazırlayıb bizi qonaq çağırsaydınız!..:D

Sensus, zəhmət olmasa, postlarınızı AZ-da daxil edib, Lucida Sans Unicode şriftinin arasına yerləşdirin.

Изменено пользователем strANger_04
Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 month later...
Safina yazdğı kimi bişirdim. Yaxşı alınmadı)

Sabahdan öz bidiyim kimi bişirəcəm :mikka:

Aaaaa...))))) Maraqlıdır... Unutdum yazmağı ki, tava əvvəlcə kifayət qədər qızmalıdır (çox yox a).Yumurta əlavə olunduqdan sonra vam oda keçirilməlidir.

Изменено пользователем strANger_04

Мать - это имя Бога на устах и в сердцах маленьких детей.

Ссылка на комментарий
Поделиться на других сайтах

Aaaaa...))))) Maraqlıdır... Unutdum yazmağı ki, tava əvvəlcə kifayət qədər qızmalıdır (çox yox a).Yumurta əlavə olunduqdan sonra vam oda keçirilməlidir.

Mən bişirdim, inanin) Hər gün səhər yeməyini özüm özümə bişirirəm, çünki tək yaşayıram)

Ok. sabah siz yazan kimi edəcəm. :flowers1: Təşəkkür edirəm

Изменено пользователем strANger_04
Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 months later...

Son zamanlar gunumu salatlarla yola verirem.elime ne gelir dograyiram bir qaba uzerine ya bitki yagi ,ya moyanez elave edib Prikolistkanin sozu olmasin vururam bedene:)meselen-kahi,xiyar,pamidor,shirin biber,qaynadilmish halda-kok,kartof,yumurta,goryertilerden shuyud,sogan dograyiram bir qaba uzerine de bir az bitki yagi gezdirirem,duz istiyot da zovqe gore.

Bundan bashqa salatlardan-qaynadilmish kartof,yumurta kok,toyuq eti,shirin biber(qirmizi ve yashil) ve bir de konservleshdirilmish qargidali,uzerine de moyanez elave edirem ,duz ve istiyotdaki zovqe gore. istifade edilen erzaqlarin deqiq qederini bilmirem, goze yari etdiyim uchun konkret yaza bilmeyecem.

Bundan elave kartofu qizardarken tavaya yapishmamasi uchun,dogranib ,yuyulmush kartofu qizdirilmish tavaya tokmemishden evvel desmalin arasina yigib bir neche deqiqe suyun chekmesini gozlemek lazimdir,o zaman tavaya yapishmir.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...