Перейти к содержимому

Adet-eneneler, Inanclar, Fallar

strANger_04

Recommended Posts

Hörmətli forumçular.

Bildiyimiz kimi dünyada nə qədər xalq var, o qədər də həmin xalqların özünəxas adətləri, ənənələri, mərasimləri, inancları var. Bizim Azərbaycanımız da əlbəttə ki bu baxımdan istisna deyil. Əksinə məmləkətimizin nə qədər qədim tarixi, dərin keçmişi olduğu heç kimə sirr deyil. Məhz bu baxımdan bizim çox maraqlı və ibrətamiz adət-ənələrimiz mövcuddur ki, indiki günümüzədək qorunub saxlanılmışdır. Tarixən müxtəlif cür mərasimlərin keçirilmə adət-ənənələri, dədə-babalarımız tərəfindən sınanıb süzgəcdən keçirilmiş inanclar, bayram axşamlarında edilən fallardan danışsaq məncə maraqlı olar. Eləcə də onların bu günümüzdə də aktuallığını saxladığını da unutmayaq.

Hörmətlə, həmin Stranger

Ссылка на комментарий
Поделиться на других сайтах

Stranger, səni yenidın forumda aktiv görmək necə də xoşdur. :gagulik: Gözəl mövzuya görə çoxsaqol. Deyirəm, ay stranger, görəsən bu adətləri oturub necə fikirləşiblər? Götürək Novruz Bayramını, necə də gözəl adətlərimiz var bayram axşamına - p.q atmaq, fala baxmaq, səməni göyərtmək, gözəl süfrə açıbə, əvvəlcədən bu bayram üçün hazırlanmış təamları bayram əhval -ruhiyyəsi ilə nuş etmək. Doymadan danışaram bu bayram haqdaş Hələ toy adətlərimizi demirəm. Bəh- bəh.

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Toydan danışmayın :P Çox sevirem!!! Heyif deyil?

Elçi-çirniyyat; heri-üzük+şerf; nişan-xonçalar (beh beh),üzük; qız toyu, xınayaxdı :) cox sevdiyim merasim, oglan toyu-VAGZALI :plach: Lap kovreldim. Sonrada hefte hamam ve gohumlarin evlerin gezme prossesi :)

Aradada cehiz alma,gelin paltari secme,soz sohbet, bezi naraziciliglar. Eseb!!!!!!!!!!!!!!!!!!!!

Amma sonda her şey kompensasiya edilir. Sevdiyin insana qovuşanda.

Allah butun sevenlere gismet etsin. Amin. :)

SALAM VE DUA iLE...

Mala, nichtojna, tlenna moya plot

No kak je v ney TVOYA LYUBOV meshaetsa QOSPOD????

BU DA KECHER!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

Əvvəla onu deyim ki, Novruz Bayramını Azərbaycanlılar fikirləşməyiblər =) Bu başqa mövzudur. Odur ki, üstdən keçək...

Milli adət-ənənələrimizə gəlinc, mən bir çoxu ilə heç razı deyiləm. Mən müəyyən adətlərin saxlanılıb, yeniləşdirilməyin fərədarıyam. Məsələn, toylarda yengə, qız toyu, oğlan toyu, qohum toyu, qonşu toyu (son ikisini özümdən qoşdum :smile300dd:) anlayışlarının tam əleyhinəyəm. Eləcə də o cehiz, bayramlıq filan. Qeyri-səmimi insanların, bir az da qeyri-səmimi olmasına gətirib çıxardır...

Amma, gəlinin boşqab sındırması, aş gətirilmə mənim üçün də maraqlıdır... SADƏCƏ, bunların məcburi olmasının da əleyhinəyəm...

Bir də, dostlar, hər kəsdən rica edirəm, gəlin stereotipləri adət ənənən adı ilə qələmə verməyək

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

Əvvəla onu deyim ki, Novruz Bayramını Azərbaycanlılar fikirləşməyiblər =) Bu başqa mövzudur. Odur ki, üstdən keçək...

Milli adət-ənənələrimizə gəlinc, mən bir çoxu ilə heç razı deyiləm. Mən müəyyən adətlərin saxlanılıb, yeniləşdirilməyin fərədarıyam. Məsələn, toylarda yengə, qız toyu, oğlan toyu, qohum toyu, qonşu toyu (son ikisini özümdən qoşdum :)) anlayışlarının tam əleyhinəyəm. Eləcə də o cehiz, bayramlıq filan. Qeyri-səmimi insanların, bir az da qeyri-səmimi olmasına gətirib çıxardır...

Amma, gəlinin boşqab sındırması, aş gətirilmə mənim üçün də maraqlıdır... SADƏCƏ, bunların məcburi olmasının da əleyhinəyəm...

Bir də, dostlar, hər kəsdən rica edirəm, gəlin stereotipləri adət ənənən adı ilə qələmə verməyək

Boşqab sındırmaq indi yalnız kəndlərdə qalıb.

SALAM VE DUA iLE...

Mala, nichtojna, tlenna moya plot

No kak je v ney TVOYA LYUBOV meshaetsa QOSPOD????

BU DA KECHER!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

...sonra da adətlərdən danışırsınız...

bəs dəstəklədikləriniz hansıdır ?

PS. Mən bu minvaldan olan adətləri yalnızca qəbul edirəm...

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

...sonra da adətlərdən danışırsınız...

bəs dəstəklədikləriniz hansıdır ?

PS. Mən bu minvaldan olan adətləri yalnızca qəbul edirəm...

Məsələn indi yazacaqlarım daha çox kənd və rayonlarda var : Nöüt lampasın yerə qoyub gəlini onun baçına dolandırırlar. Gəlinin başı üstündə çörək kəsirlər (əllə), gəlin evdən çıxanda qapının agzında anası dayanır və oğlan evi gəlinin anasına pul verir-buna süd pulu deyirlər. Toyda gəlinin qucağına oğlan uşağı otuzdururlar umora Güya gələcək övladın cinsiyyəti bundan aslıdır :)

Öz sevdiklərimi yazım. Ən çox sevdiyim Xınayaxdıdı.

SALAM VE DUA iLE...

Mala, nichtojna, tlenna moya plot

No kak je v ney TVOYA LYUBOV meshaetsa QOSPOD????

BU DA KECHER!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

Boşqab sındırmaq indi yalnız kəndlərdə qalıb.

Xanim bizim adet -eneneler ancag kendlerde galib ,Baki ehli bu gun sabah Avropani kececek , ve tessufler olsun ki cox insanlar oz adet-enenelerinden utanir :(

Xaricde hamisin yerine yetirmek cox cetindi , amma bacardigimiz geder eliyirik , teki insanlarin ureyinde o istey sonmesin .....

Можно ли душу из сердца украсть? – Никогда!

Ты – дыханье мое, ты – мой хлеб и вода!

Предо мной распахнулись твои города.

Весь я твой. Навсегда в сыновья тебе дан,

Азербайджан, Азербайджан!

Самед Вургун

Ссылка на комментарий
Поделиться на других сайтах

Bizdə olan toy adətlərinin çoxu rusca desək pokazuxadır. Məsələn, oğlan evinin gətirdiyi şeyləri yığıb, camaata göstərməyi mən ayıb hesab edirəm, ayaqqabıdan tutmuş, alt paltaracan göstərməsələr özlərinə gəlməzlər. Nəyə görə mənim şeylərimə o, bu baxmalıdı? Şükür, mənim toyumda belə şey yox idi. Həyətə maşın gələndə də heç siqnal səsini heç kim eşitmədi, ancaq musiqi səsinə hamı baçını çıxartdı. Nə bilim, həddən çox lazımsız, ət tökən şeylər.

Изменено пользователем PRIKOLISTKA
line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Xanim bizim adet -eneneler ancag kendlerde galib ,Baki ehli bu gun sabah Avropani kececek , ve tessufler olsun ki cox insanlar oz adet-enenelerinden utanir :(

Xaricde hamisin yerine yetirmek cox cetindi , amma bacardigimiz geder eliyirik , teki insanlarin ureyinde o istey sonmesin .....

Alah kömeyiniz olsun.

Bizdə olan toy adətlərinin çoxu rusca desək pokazuxadır. Məsələn, oğlan evinin gətirdiyi şeyləri yığıb, camaata göstərməyi mən ayıb hesab edirəm, ayaqqabıdan tutmuş, alt paltaracan göstərməsələr özlərinə gəlməzlər. Nəyə görə mənim şeylərimə o, bu baxmalıdı? Şükür, mənim toyumda belə şey yox idi. Həyətə maşın gələndə də heç siqnal səsini heç kim eşitmədi, ancaq musiqi səsinə hamı baçını çıxartdı. Nə bilim, həddən çox lazımsız, ət tökən şeylər.

İndi ki her şeyi açıb göstermirler. Sadece xonçalarda getirirler. Ne bilim, amma men çox sevirem bu merasimi :gizildish:

SALAM VE DUA iLE...

Mala, nichtojna, tlenna moya plot

No kak je v ney TVOYA LYUBOV meshaetsa QOSPOD????

BU DA KECHER!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

Boşqab sındırmaq indi yalnız kəndlərdə qalıb.

Yox niyeki .shexsen menim toyumda boshqab sindirmaq adeti olub.Hetta yadima gelir boshqab biraz qalin oldugu ucun gelin biraz eziyyet cekdi :P

Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс

Ссылка на комментарий
Поделиться на других сайтах

Axshaminiz xeyir ;) BeLke de seher oxuyacagsiz ancag men gece yazmisham ne ise bu flood oLdu. :D

geLek movzuya. Men de adet-eneLeLere riayet oLunmasiNin terefdariyam. Chunki adet-eneneLELer sirf xaLgin nece olgun oLmasinin ve gedim kokLere maLik oLmasidir. Ancag Bezi adet eneNeLer de var ki, bunLArin artig heyatimizdan chixmasi Labuddur. Menim shexsi fikrimdir. En esasi da o Yenge, Sag dish ve s. sohbeTidir. BunLar hamisi azad meseLeLerdir mence bu ise biabirchiLigir. Neye gore kiminse en shexSi ishlerini kimLer se biLmeLidir?

BeLe adetLer 4oxdur. Ancag her bir sheyi zaman deyishdiyi kimi Bezi adetlerin de heyatimizdan chixmasini deyishdirib. Bu hem LAzimdir hem de Vacibdir.

P.S. SaLAm Stranger forumun berPasindan sonra iLk postum senin movzundadir. MAragLi movzudur. UgurLAr.

SaD?Ni sEv...!

Ссылка на комментарий
Поделиться на других сайтах

İlk öncə hər birinizi ürəkdən salamlayıb artıq təməldən bərpa işləri başlanan bölməmiz üzərində qiymətli vaxt və əməyinizi əsirgəmədiyiniz üçün böyük minnətdarlığımı bildirirəm. Doğurdan hamınız çox sağ olun!

Mövzuya gəldikdə, şəxsi fikrimdir ki, adət-ənənələr hər bir xalqın həyatında mütləq surətdə lazımlı bir aspektdir. Nəyinsə köhnəlib həyatımızda lazımsızlaşması bir tərəfə, ancaq ümumi baxdıqda adət-ənənələrin tariximizdən birmənalı xəbər verən xüsusi bir səhifə olması danılmazdır (!) Adi bir misal göstərək, əgər tutalım hər hansı bir dünya xalqlarının tanıtma müsabiqəsində və ya sadəcə ümumi dairəvi masa arxası söhbətləri zamanı xalqın istənilən bir adətindən danışılsa kimə maraqlı gəlməz? Lazımlı, məntiqli görünəcəyini deyil, orijinal və maraqlı gələciyini nəzərdə tuturam. Ən azından bu hər bir insanda nədənsə xüsusi maraq doğurur. Görək bu vaxt nə edirlər, niyə edirlər, niyə bunu oturub fikirləşib - məhz belə ediblər....

Изменено пользователем strANger_04
Ссылка на комментарий
Поделиться на других сайтах

Uşağlar sizin dediyiniz bəzi edilənlərin adət-ənənələrimizə uzaqdan və ya yaxından heç bi aidiyyatı yoxdu,Aygünün dediyi kimi əsrin əvvəllərində nəyinki gəlinin əşyalarına,heç onun üzünədə başqası baxmazdı,toy adətlərimizlə bağlı bütün adətləri yazacam burda.

"....O zamandan etibarən mən insanlar arasında əsl ünsiyyəti, ünsiyyətin ən ali, ən uca formalarını axtarmağa başladım...."

E. Qolderness ("O'na məktublar")

Ссылка на комментарий
Поделиться на других сайтах

Kiçik elçilik

Adətə görə əvvəl iki qadın – oğul anası, yaxın qohumlarından biri elçi gedər. Çünki həmişə analar qızın ürəyindəkiləri bilərdi. Elə ki, qadınlar razılığa gəldi, ailənin şah damarı sayılan atalar görüşməli idi. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə gedər. Elçi gedənlər öz hərəkəti, davranışı ilə qız evinə bildirir ki, elçiliyə gəlib.

“Elçiliyə gecə getməzlər”.

“Elçilərin qarşısına qoyulan çay içilməz”.

Elçilikdə deyirlər “qız ağacı qoz ağacı, hər gələn bir daş atar”, “qız yükü duz yükü”.

Qız atası elə birinci elçilikdən razılığa gəlmir. “Qız qapısı, şah qapısı”. Bir qızla, anası ilə, yaxın qohum - əqrəbə ilə məsləhətləşim, sonra qəti fikirimizi sizə bildirərik, deyir.

Qızın rəyi soruşulanda həmişə qız susar. Susmaqsa razılıq əlamətidir, - deyərlər. Ancaq yenə qəti söz deyilməzdi. Böyük elçiliyə razılıq verilərdi. Çünki əsas sözü böyüklər, ağsaqqallar deməli idi.

Изменено пользователем Принц-любви

:) Menim nişanlımın ailesi 4 defe geldiler . 4-cü defe razılıq verdiler. eslinde ele 1-ce defen demek olar ki razı idiler, amma adet var da:) qiz evi naz eder...

SALAM VE DUA iLE...

Mala, nichtojna, tlenna moya plot

No kak je v ney TVOYA LYUBOV meshaetsa QOSPOD????

BU DA KECHER!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 year later...

"Vağzalı"çalınır. Bu gün bir evdən bir evə səadət gedir. “Vağzalı” çalınır. Bu gün yaraşıqlı bir Azərbaycan oğlunun,məsum bir el gözəlinin əlləri və ürəkləri birləşir. Bir vaxt dünyaya göz açanda çəkiləri cəmi 3-4 kq, boyları 50-52 sm olan cocuqların hər sabahı üçün qayğılı bir ömür yaşayan ata-analar indi öz övladlarını bəy qiyafəsində, gəlin libasında görüb duyğulanacaqlar.

Yəqin ki, söhbətin toylarımızla bağlı olacağını artıq bildiniz. Toy insan həyatında unudulmaz bir hadisədir. Məhz toyda gənclərimizin nikahla rəsmiləşən sevgiləri başa çatır. Bədii əsərlərdən, kinolardan, eləcə də yaşlı nəslin nümayəndələrındən toylarımız haqqında çox eşitmişik. Onlar söyləyirlər ki, keçmişdə oğullarını evləndirmək istəyən atalar qohum-qardaşlarını evlərinə çağırıb

məsləhətləşərdilər. Qız seçildikdən sonra oğlan xalası və ya bibisi qız evinə gedər, elçi gələcəkləri

üçün onlardan icazə alardılar. Elçi getməmişdən əvvəl müəyyən vacitələrlə qız tərəfinin, qızın özünün münasibətini öyrənər, yalnız bundan sonra elçi gedərdilər. Elçilərə çay süfrəsi açılar, söhbət başlayardı. Qızın valideynlərinə gəlişlərinin məqsədlərini deyərdilər. Əgər "razılıq" verilsəydi, yalnız bundan sonra süfrəyə şirin çay gələrdi. Sonra nişan mərasimi olardı. Qız ər evinə gedənə kimi bütün bayramlarda oğlan tərəfi qız tərəfinə, qız tərəfi də oğlan tərəfinə bayram payı, müxtəlif hədiyyələr .rardı...

Qız ata evindən gəlin köçərkən arxasınca su atılması, oğlan evində qarşılanarkən ayaqlarının altında qurbanlıq qoyun kəsilməsi, başı üstündən şirniyyat qatılmış düyü səpilməsi, ər evinə çıxarkən ayaqlarının altlnda boşqaqb sındırılması, ziffaf gecəsi, səhəri gün “üzəçıxdı” mərasimi, böyük şadyanalıq, dərhal qız tərəfinə xonça göndərilməsi və sairlər təkcə mərasim xatirinə keçirilmiəzdi. Bütün bunlar hər iki gənc qarşısında ciddi vəzifələr qoyardı, onlar ailə həyatına daha məsul yanaşardılar. Bu ailələr çox etibarlı olurdu. O vaxtlar ailə dağılması nəinki iki nəslin(həm o tərəfin, həm bu tərəfin), eləcə də bütün kəndin , bütün obanın faciəsi sayılırmış.

Bu gün toylarımız da çox dəyişilib, gənclərimiz də. Heç bilmirsən harda tapışdılar, harda sevişdilər .Ata-ana bir də görür ki, övladları gəlib deyir ki, biz bir-birimizi sevirik, toyumuzu edin. Müşahidələrə görə, bu cürə qurulan ailələr isə əvvəlkilər kimi sədaqətli olmurlar.

Bəs siz necə fikirləşirsiniz: istər qız seçərkən, istərsə də ailə qurarkən ata-analarla məsləhətləşib qurulan ailələr, yoxsa gənclərin öz seçimləri ilə qurulan ailələr möhkəm olurlar? Siz müasir toylarımızı keçmiş toylarımızla müqayisədə necə qiymətləndirirsiniz ?

"Vağzalı" sabah da şalınacaq, o biri gün də. Hər "Vağzalı" yeni bir ocaq, yeni bir dünya yaradacaq.Bağlanan ülfətlərdən dünyaya yeni nəsillər gələcək, beləcə ,həyat davam edəcək.Toylasrımız isə dünəndən bu günə, bu gündən sabaha bir körpü, bir vəsilə olacaq.

Ссылка на комментарий
Поделиться на других сайтах

Kiçik elçilik

Adətə görə əvvəl iki qadın – oğul anası, yaxın qohumlarından biri elçi gedər. Çünki həmişə analar qızın ürəyindəkiləri bilərdi. Elə ki, qadınlar razılığa gəldi, ailənin şah damarı sayılan atalar görüşməli idi. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə gedər. Elçi gedənlər öz hərəkəti, davranışı ilə qız evinə bildirir ki, elçiliyə gəlib.

"Elçiliyə gecə getməzlər".

"Elçilərin qarşısına qoyulan çay içilməz".

Elçilikdə deyirlər "qız ağacı qoz ağacı, hər gələn bir daş atar", "qız yükü duz yükü".

Qız atası elə birinci elçilikdən razılığa gəlmir. "Qız qapısı, şah qapısı". Bir qızla, anası ilə, yaxın qohum - əqrəbə ilə məsləhətləşim, sonra qəti fikirimizi sizə bildirərik, deyir.

Qızın rəyi soruşulanda həmişə qız susar. Susmaqsa razılıq əlamətidir, - deyərlər. Ancaq yenə qəti söz deyilməzdi. Böyük elçiliyə razılıq verilərdi. Çünki əsas sözü böyüklər, ağsaqqallar deməli idi.

:) Menim nişanlımın ailesi 4 defe geldiler . 4-cü defe razılıq verdiler. eslinde ele 1-ce defen demek olar ki razı idiler, amma adet var da:) qiz evi naz eder...

Mence bu adetlerin hamisini yerine yetirmek duz deyil. Elci qonaqdir bizim milletde de qonaga cox boyuk hormet var. Nece yeni cay icilmemelidir? Birinci defedir bele shey eshidirem.

Ссылка на комментарий
Поделиться на других сайтах

Yuristka :Mence bu adetlerin hamisini yerine yetirmek duz deyil. Elci qonaqdir bizim milletde de qonaga cox boyuk hormet var. Nece yeni cay icilmemelidir? Birinci defedir bele shey eshidirem.--------------------------------------------------------------------------------------------------------

Güman edirəm ki,söhbətimiz mübahisəyə çevrilməyəcək. Toqquşan sadəçə bizim baxışlarımızdır. Hamı eyni cürə fikirləşə bilməz, təbiidir. Amma elə məsələlər var ki, tək siz yox, gənclərimizin müəyyən hissəsi belə məsələlərdə səhv fikirləşirlər.

Milli-mənəvi dəyərlər hansısa laboratoriyada hazırlanmır, hansısa alim kəşf etmir onları. Bunları xalq yaradır. Zaman-zaman müşahidə edib, seçib, təkmilləşdirib, yaşada-yaşada zəmanəmizə gətirib çatdırıb. Bunlardan biri də toy adət-ənənələridir.Bu adət -ənənələr az-çox əyalətlərdə qalıb. Bakı kəndlərində də var. Nisbətən mərkəzlərdə unudulmaq üzrədir. Olsun ki, Qərbin təsiri də rol oynayıb. Amma ən böyük günah özümüzdədir. Daha böyüklərin ölçüb-bişməsinə ehtiyac qalmır, əksər cavanlar özləri qərar verirlər. Bir də gəlirlər ki, belədir..., nişan .rın, toyumuzu edin. Onda bu qayda-qanunlara əməl də etmirlər. Qız müəyyən sərhədi gözləmədiyindən, əksinə, qız tərəfi nəinki şirin çay verməyə (hamıya aid deyil) hazırdır, hətta dəbdəbəli süfrə açmağa hazırdır ki, təki elçi gəlsin, yoxsa el içində biabır olarıq. Siz deyən halda elçi qonaq deyil axı. Biz qonağa xidmət etmək ədəb-ərkanını hamıdan gözəl bilirik. Əksinə, oğlan tərəf özü marağlı olmalıdır ki, bu “şirinçay” süfrəsi açılsın. Bu daha gözəl niyyətlərə, daha gözəl bünövrəyə stimul yaradır.

Изменено пользователем Parni iz Baku
Ссылка на комментарий
Поделиться на других сайтах

Onu da qeyd etmək lazımdır ki, Vağzalı havası 20 əsrin əvvəllərindən çalınmağa başlamışdır.

Ondan öncə tamam başqa el havaları, hətda bir müddət Qarabağ Şikəstəsi də çalınmışdır.

Siz Məşədi İbad komediyasında toy səhnəsini yada salın!

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

Yuristka :Mence bu adetlerin hamisini yerine yetirmek duz deyil. Elci qonaqdir bizim milletde de qonaga cox boyuk hormet var. Nece yeni cay icilmemelidir? Birinci defedir bele shey eshidirem.--------------------------------------------------------------------------------------------------------

Güman edirəm ki,söhbətimiz mübahisəyə çevrilməyəcək. Toqquşan sadəçə bizim baxışlarımızdır. Hamı eyni cürə fikirləşə bilməz, təbiidir. Amma elə məsələlər var ki, tək siz yox, gənclərimizin müəyyən hissəsi belə məsələlərdə səhv fikirləşirlər.

Milli-mənəvi dəyərlər hansısa laboratoriyada hazırlanmır, hansısa alim kəşf etmir onları. Bunları xalq yaradır. Zaman-zaman müşahidə edib, seçib, təkmilləşdirib, yaşada-yaşada zəmanəmizə gətirib çatdırıb. Bunlardan biri də toy adət-ənənələridir.Bu adət -ənənələr az-çox əyalətlərdə qalıb. Bakı kəndlərində də var. Nisbətən mərkəzlərdə unudulmaq üzrədir. Olsun ki, Qərbin təsiri də rol oynayıb. Amma ən böyük günah özümüzdədir. Daha böyüklərin ölçüb-bişməsinə ehtiyac qalmır, əksər cavanlar özləri qərar verirlər. Bir də gəlirlər ki, belədir..., nişan .rın, toyumuzu edin. Onda bu qayda-qanunlara əməl də etmirlər. Qız müəyyən sərhədi gözləmədiyindən, əksinə, qız tərəfi nəinki şirin çay verməyə (hamıya aid deyil) hazırdır, hətta dəbdəbəli süfrə açmağa hazırdır ki, təki elçi gəlsin, yoxsa el içində biabır olarıq. Siz deyən halda elçi qonaq deyil axı. Biz qonağa xidmət etmək ədəb-ərkanını hamıdan gözəl bilirik. Əksinə, oğlan tərəf özü marağlı olmalıdır ki, bu "şirinçay" süfrəsi açılsın. Bu daha gözəl niyyətlərə, daha gözəl bünövrəyə stimul yaradır.

Xeyr men mubahise etmek istemezdim. Sadece olaraq bezi adetler var ki, onlari qebul etmekde cetinlik cekirem. Indiki dovrde cox shey deyishib elci de redd cavabi alacagi aileye getmir. Amma getsede gelen qonaga hormet namine bir stakan cay vermek pis olmazdi. Mecbur deyil ki cay shirin olsun. Mence raziliq olmasada gelen qonagi hormetle qarshilamaq daha yaxshi olar.

Ссылка на комментарий
Поделиться на других сайтах

Onu da qeyd etmək lazımdır ki, Vağzalı havası 20 əsrin əvvəllərindən çalınmağa başlamışdır.

Ondan öncə tamam başqa el havaları, hətda bir müddət Qarabağ Şikəstəsi də çalınmışdır.

Siz Məşədi İbad komediyasında toy səhnəsini yada salın!

Vagzali en gozel ve cox tesirli musiqidir. Indiki muasir toylarda da onu bashqa ecnebi musiqilerle evez eleyenleri qinayiram. Ne qeder zamanda kecse bu mahnini hec neye deyishmek olmaz.

Ссылка на комментарий
Поделиться на других сайтах

Yuristka: " "Vagzalı" ən gözəl və cox təsirli musiqidir. Indiki muasirıtoylarda da onu başqa əcnəbi musiqiləırlə əvəz edənləri qənayıram. Nə qədər zaman da kecsə bu mahnını hec cürə dəyişmək olmaz. "

--------------------------------------------------------------------------

Çox sevindim. Əvvəlki yazınızdakı fikirlərinizdəki narahatçılığımı aradan qaldırdınız. Bəli, bizim toy adətlərinin hər bir elementi gövhər qədər qiymətlidir. Bütün xalqların adətləri yaxşıdır, amma bizimkinə çatmaz. Onlarda toy adətinin kökündə bir cismani şən əhvali-ruhiyyə yaratmaq mahiyyəti var. Bizim toy adətlərimizdə isə hikmət var, maarifçilik var. Bu, bir əxlaq məcəlləsidir. Hələ bir Səməd Vurğunun bu şeirinə bax:

Sən bizim ellərin ruhuna bir bax,

Bizdən inciməmiş bir əziz qonaq,

Nişanlı qızların görüşdən qabaq,

Telini saymağı yadıma düşdü...

Fikir verirsinizmi əxlaqa, yaşam tərzinə. "Prostaya-80" adlı istifadəçinin"Vağzalı" ilə bağlı dedikləri bu havanı inkar və ya təhdid etmək anlamına gəlməməlidir. Mən televiziya verilişlərinin birində belə bir məlumat eşitmişəm ki, "Vağzalı" havası kecən əsrdə Yevlaxda dəmir yolu stansiyasının açılması münasibəti ilə yaranmışdır. Müəllif də demək istəyir ki, buna qədər də bizim çoxlu toy rəqslərimiz və mahnılarımız olmuşdur və bunlar hamısı bizim xalqın fikir və düşüncələrini, hiss və duyğularını çox gözəl əks etdirmişdir. Müasir "Vağzalı" da dəmir yolu stansiyasının açılışı ilə əlaqədar yaransa da, əsl toy rəqsidir və bu mahiyyətini artıq ondan heç kim ala bilməz.

Zaman ötdükcə, bizim musiqimizə, adət-ənənələrimizə yabançı notlar daxil olmağa başlayıb. Bu sarıdan narahatçılığınızı səmimi qəbul edərək, arzu edərdim ki, gənclərimiz belə sərvətlərimizə sahib çıxsınlar, onu yaşatsınlar.

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 months later...

Kiçik elçilik

Adətə görə əvvəl iki qadın – oğul anası, yaxın qohumlarından biri elçi gedər. Çünki həmişə analar qızın ürəyindəkiləri bilərdi. Elə ki, qadınlar razılığa gəldi, ailənin şah damarı sayılan atalar görüşməli idi. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə gedər. Elçi gedənlər öz hərəkəti, davranışı ilə qız evinə bildirir ki, elçiliyə gəlib.

“Elçiliyə gecə getməzlər”.

“Elçilərin qarşısına qoyulan çay içilməz”.

Elçilikdə deyirlər “qız ağacı qoz ağacı, hər gələn bir daş atar”, “qız yükü duz yükü”.

Qız atası elə birinci elçilikdən razılığa gəlmir. “Qız qapısı, şah qapısı”. Bir qızla, anası ilə, yaxın qohum - əqrəbə ilə məsləhətləşim, sonra qəti fikirimizi sizə bildirərik, deyir.

Qızın rəyi soruşulanda həmişə qız susar. Susmaqsa razılıq əlamətidir, - deyərlər. Ancaq yenə qəti söz deyilməzdi. Böyük elçiliyə razılıq verilərdi. Çünki əsas sözü böyüklər, ağsaqqallar deməli idi. ----------------nedense ureyim istediyee :yally:

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...