Перейти к содержимому

Sİddİq VƏ Sadİq


Samir Aliyev

Recommended Posts

  • Ответы 41
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Sonra sən Umm Gülsümün Ömər(r.a)-a ərə verilməsini əfsanə adlandırır,sonra alimlərindən bu hadisəni təsdiqləmələrini və şərhlərini yazırsan.Bu da sənə rəvayətlər.Bunları sizin alimləriniz qəbul edir:

Küleyni Müa-viyə ibn Əmmardan Əbu Abdulla əleyhissəlam haqqında bir rəvayət söyləyir. Müaviyə deyir ki, mən ondan əri ölmüş arvadın öz evində, yoxsa harada istəsə qalmalı olduğunu soruşdum, o dedi: “Əlbəttə, harada istəsə. Əli salavatullah əleyhi Ömər öləndən sonra Ümm Gül-sümün təlağını alıb onu öz evinə gətirdi”

(əl-Kafi fi əl-füru”, “Ər evinə köçəndən sonra əri öl-müş qadın əri öləndən sonra harada qalmalıdır” fəsli, səh.311, 2-ci cild, Hindistan çapı)

. Tusi də Cəfərin öz atasından belə rəvayət etdiyini göstərir ki, Əlinin qızı Ümm Gülsüm və Ümm Gül-sümün oğlu Zeyd ibn Ömər ibn Xəttab bir saatda öl-müşlər. Bilinmir ki, onların ikisindən hansı o bi-rindən əvvəl həlak olmuşdur. Onların birinə digə-rindən miras qalmamışdır. Hamı onlara dua oxu-muşdur

(Tusi. “Təhzib əl-əhkam”, səh.380, 2-ci cild, “Miras kitabı”, Tehran çapı)

.

Küleyni “Ümm Gülsümün ərə verilməsi” adlı bir fəsil yazıb orada Zürarədən Əbu Abdulla əleyhissə-lamın Ümm Gülsümün ərə verilməsi haqqında belə de-diyini rəvayət etmişdir: “Bu bizim əlimizdən alın-mış namusumuzdur” (əl-Kafi fi əl-füru”, səh.141, 2-ci cild, Hindistan çapı)

.

Məhəmməd ibn Əli ibn Şəhraşub Mazəndərani qeyd edir: “Fatimə əleyhissəlamdan Həsən, Hüseyn, Mühsin, Zeynəb əl-Kübra və Ömərin evləndiyi Ümm Gülsüm əl-Kübra doğulmuşlar” (Mənaqib Al Əbu Talib”, səh.162, 3-cü cild, Bombey çapı, Hindistan.)

Zeynəddin Amili deyir: “Peyğəmbər bir qızını Osmana, Zeynəb adlı qızını Əbülasa ərə verib. Onlar ikisi də Bəni Haşimdən de-yildilər. Həmçinin Əli öz qızı Ümm Gülsümü Ömərə ərə verib və Abdulla ibn Amr ibn Osman Hüseynin qı-zı ilə, Müsəb ibn Zübeyr isə həmin qızın o biri ba-cısı Səkinə ilə evləniblər. Bütün bu adamlar Bəni Haşimdən deyillər” (“Məsalik əl-ifham”, 1-ci cild, “Kitab ən-nikah”, Iran çapı, 1282 h)

Sonra sən bu hədisləri də qəbul etməməmək istəyirsən.Sən məgər görmürsən ki,burda hər şey açıq-aydın qeyd olunub?Nəyi fırlatmağa çalışırsan.Sənin bundan da böyük faktları inkar etməyinin şahidi olmuşuq.Çünki,siz hava əhlisiz,nə sərf edir onu deyirsiz.

Misvar bin Mixrimə dedi ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) minbərdə dedi:" Həqiqətən Hişam bin Muğiranın ailəsi məndən qızlarını Əli bin Əbu Talibə vermək üçün icazə istəyirlər, mən də icazə vermirəm! Və yenə icazə vermirəm. Yalnız əgər Əli qızımı(Fatiməni) boşayıb, onların qızları ilə evlənmək istəyirsə, bu başqa məsələ. Çünki qızım mənim bir parçamdır. Onu şübhəyə salan məni də salır. Ona əziyyət verən şey mənə də əziyyət verir."

(Müslim, "Kitab Fadaili-s-sahaba, 93)

Başqa bir rəvayətdə isə bunu eşidən Fatimə Peyğəmbərin yanına gələrək, dedi: Sənin qövmün deyir ki, qızlarını qəzəbləndirmisən. Amma bax, Əli Əbu Cəhlin qızı ilə evlənir.

(Müslim, "Kitab Fadaili-s-sahaba, 96)

. Həsən bin Əli babası Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) yanına kefsiz bir halda gəldi və ona gizlincə nə isə dedi. Onun(səlləlləhu əleyhi və səlləm) rəngi dəyişdi. Qalxıb Fatimənin evinə gəldi. Sonra Əli də gəldi. O Əlinin(r.a.) əlindən tutub yavaşca silkələdi və dedi: Ey Həsənin atası! Fatiməni qəzəbləndirmə! Həqiqətən mələklər onun qəzəbinə qəzəblənər, razı olduğuna razı olarlar! ("Biharul-ənvar", cild 43, səh.42)

İbn Abbasdan rəvayət olunur ki, Fatimə (bir gün) evinə gəldikdə, Əlinin başını Cəfərin ona

bağışladığı kənizin qucağında gördü. Hər bir qadında olan qısqanclıq hissi ona güc gəldi. Baş örtüyünü bağlayıb, Peyğəmbərin yanına şikayətə getdi.("Biharul-ənvar", cild 39, səh. 207)

Sən sonra Səhabələrə irad tutursan və Fath 29-u təvil edirsən.

Allah təala buyurur: "(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı (əl-Fəth: 18.)

Bu ayədə uca və pak Allah Özünün, ağac altında Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) beyət edən möminlərdən razı qaldığını bəyan edir. Allah onların ürəklərində olan imanı, sədaqəti bildiyi üçün o zaman onlara öz dərgahından arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi. Bu, ağac altında Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Rizvan beyəti edənlərin imanlarında sadiq olmalarına dair, Allah təalə tərəfindən bir şahidlikdir.

Səhih hədislərin birində Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: "Ağac altında beyət edənlədən, yalnız qırmızı dəvə sahibi istisna olmaqla, heç biri cəhənnəmə daxil olmayacaqdır" (Camiut Tirmizi: Kitabul Mənaqib, Babun Fi Fadli Mən Bayəə Təhtəş Şəcərə: 2862. Hədisin əsli Müslimdədir. Kitabu Fədailus Səhabə: 1496)

.

Deyilən qırmızı dəvə sahibi, Peyğəmbərlə yola çıxan, əl-Cədd ibn Qeys adlı bir münafiq idi. Ağac altında Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) beyət edənlərin sayı 1400 nəfər, bəzi rəvayətlərə görə isə 1500 nəfər idi. Allah bu kəslərin imanına şahidlik etdi və qəlblərinin, zahiri əməllərinə uyğun olduğunu təsdiqlədi. Onların arasında yalnız bir nəfər münafiq olduğunu isbatlamışdır. Bu adam haqqında da Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər verdi. Həmin adam orada olsa da Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) beyət etməmişdi. Allah təala buyurur: "(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!" (əl-Hədid: 10.)

Bu ayədə Allah təala fəthdən öncə malını Allah yolunda xərcləyənlərə və Onun yolunda döyüşənlərə ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Fəthdən sonra da, malını Allah yolunda xərcləyənlərə və Onun yolunda döyüşənlərə ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Deyilənlərin təsdiqi Allah təalanın bu ayəsindədir: "(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl nemət (Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar. Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin istədiyi (nemətlər) içində əbədi qalacaqlar.<A name=aye103> Onları ən böyük qorxu (İsrafilin suru axırıncı dəfə çalınıb cəhənnəmliklərin Cəhənnəmə atılması) məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!” – deyəcəklər (əl-Ənbiya: 101-103)

.

Bu isə, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), istər fəthdən öncə, istərsə də fəthdən sonra iman gətirib malını Allah yolunda xərcləyən bütün səhabələrinə, Allah təalanın ikinci şahidliyidir. Uca və pak Allah qənimətin məsrəflərini qeyd edərək buyurur: "(Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir! (əl-Həşr: 8)

Ayədə deyilən "Allahdan mərhəmət və riza diləyən" sözləri, onların qəlbi əməllərindən xəbər verən sözlərdir. Allah təala da onların bu işdə sadiqliyini təsdiqləmişdir. Digər bir ayədə isə Allah təala buyurur: "Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!" (əl-Həşr: 9)

Başqa bir ayədə Allah təala Məhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ümməti haqqında deyir: "(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır (Ali İmran: 110.)

Allahın, insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz deyərək vəsf etdiyi bir ümmət, bəzi zəlalət təriqətlərinin bu ümmətə verdikləri vəsf ilə uyğun gəlmir. Demək onlar deyirlər ki, üç nəfərdən başqa, bütün mühacir və ənsarlar mürtəd olmuşdur[1]. Halbuki, Allah təalanın, üç nəfərdən başqa, hamısı mürtəd olan bir ümmət haqqında, "Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz" sözlərini deməsi mümkün deyildir.

Hədislərin birində, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Mənim səhabələrimi söyməyin. Nəfsim əlində olana and olsun ki, əgər sizlərdən biri Uhud dağı mislində qızıl xərcləsə, onların xərclədiklərinin nəinki bir ovucuna, heç yarısına da çatmaz"

(Müslim: Fədailus Səhabə: 2540)

Başqa bir rəvayətdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: Qiyamət günü Nuh peyğəmbər çağrıldıqda deyəcəkdir: Ey Rəbbim, Sənin çağırışına səs verirəm, hüzurunda hazıram.

Allah təala deyəcək: Sənə verilən şəriəti insanlara çatdırdınmı?

Nuh deyəcək: Bəli.

Nuhun ümmətinə deyiləcək: O sizə şəriəti çatdırıbmı?

Onlar deyəcəklər: Bizə heç bir xəbərdar edən elçi gəlməmişdir.

Allah təala Nuha deyəcək: Sənin şəriəti çatdırdığına dair kim şahidlik edə bilər?

Nuh deyəcəkdir: Məhəmməd və ümməti. Sonra onlar Nuh (aleyhis salatu vəs salam) üçün şahidlik edəcəklər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), bu hərəkəti Qurandan bir ayəinin nümunəsi kimi dəyərləndirmiş və bu ayəni oxumuşdur: "(Ey müsəlmanlar!) Beləliklə də, sizi orta (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun. (əl-Bəqərə: 143.)

Daha sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu ayəyə təfsir verərək dedi: "Orta, ədalətli deməkdir (Səhih əl-Buxari: Ət-Təfsir: Bab, "Va kəzəlikə cəalnəkum ummətən vasatan", 4487.)

Bu, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özünün ayəyə verdiyi təfsirdir. Orta olmaq, ədalətli olmaqdır. Allah təala bununla bir daha isbat edir ki, bu ümmət Onun şahidliyi ilə ədalətli ümmət sayılır.

Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin ümumi şəkildə ədalətli olmalarına dəlalət edən amillərdən biri, onların Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nəql etdikləri rəvayətlərin elm adamları tərəfindən yoxlanılmasıdır. Belə ki, onlar, heç bir səhabənin Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) adından yalan danışdığına rast gəlməmişlər. Hətta səhabə zümrəsinin son vaxtlarında, qədəriyyə, rafizi və xəvariclər kimi bidətlərin geniş yayılmasına baxmayaraq səhabələrdən heç kəs bu təriqətlərə daxil olmamışdır. Bu da onu göstərir ki, Allah təala bu insanları seçmiş və Öz Peyğəmbərinə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yoldaş (səhabə) olaraq ixtiyar etmişdir (Müsnədi Əhməd: 1, 279)

Mühüm bir məqama da diqqət yetirmək lazımdır. Belə ki, səhabələrin ədalətli olmasını demək, onların məsum (xətasız) olmaları mənasına gəlmir. Biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin ədalətli olmalarını desək də, onların məsum (xətasız) olduqlarını demirik. Çünki onlar da, bəşər övladı sayılırlar. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərinin birində buyurur: "Hər bir adəm övladı xəta edəndir (Müsnədi Əhməd: 2, 198.)

Onlar da xəta edən adəm övladıdırlar. Bəzən xəta, bəzən də dürüst edirlər. Lakin onların etdikləri xətalar, gördükləri savab işlər dənizində itib-batmışdır. Uca və pak Allah onlardan razı qalmışdır.

Xatib əl-Bağdadi deyir: Onlar haqqında qeyd etdiyimiz sitatların heç biri Quranda və ya hədislərdə varid olmasaydı, yenə də onların keçməkeçli yolları bunun üçün kifayət edərdi. Belə ki, onların etdikləri hicrət, cihad, kömək, ev-eşiklərini və mallarını xərcləmələri, (islama düşmənçilik göstərən) doğma ata və övladlarına qarşı döyüşmələri, dinlərini qorumaları üçün biri-birlərinə verdikləri tövsiyələri, güclü imanları və tam yəqinlikdə olmaları, onların ədalətli və pak olmalarına şahidlik etməyə kifayət edərdi. Onlar özlərindən sonra qiyamətə qədər, adil və pak olmasına şahidlik edilənlərin ən xeyirlisidirlər (əl-Kifayətu Fi İlmir Rivayə: səh, 96.)

Sonra sən Nəhcul Belağadan sitatlar gətirirsən.Sən axı özün də bilirsən ki,bu kitabda hər yazılan söz Əli(r.a)-yə aid deyil və bir çoxunun da heç sənədi də yoxdur.Bunu sizin alimləriniz də təsdiq edir və orda deyilənlər səhih hədislərlə ziddiyyət təşkil edir.

Ссылка на комментарий
Поделиться на других сайтах

Samir Aliyev

Post #35 yazdiqlarina cavab gozleme. Chunki, getirdyin deliller oz kitablarinizdandir. Menim yerishimi yeriye bilmesende hech olmasa oxshadmaga chalish. Yani demek sietyirem ki, bizm kitablardan delil getir. Men indi durub esrler boyu kitablarinizda agzina geleni yazan alimlerinizin yerinemi danishim?!

Ссылка на комментарий
Поделиться на других сайтах

Samir gel seninle bele danishqa.

Sen bala bosh bekar adama oxshayirsan. Men ise ishdi gucdi bir adamam

Sen yazdiqlarini kopepest edene oxshayirsan Men ise birce birce yaziram.

Sen toxundugun movzuya cavab aldin ve revayetin zeif oldugunu gordun.

Sen bir posta 100 meseleye toxunursa, lakin elm ehli yaninda bele shey gormersen

Sen eger bele muzakireye heveslisense onda birce birce bizim kitablrda sizin eqidenizi tesdiq eden revayet ve yaxud alim fetvasini getir men nardaranide canla bashla cavab verim. Chunki, biz sizin revayetleri qebul etmirik. Qebul etseydim daha seninle mubahise niye edirdim. Ozunde gorursen ki, men sizin menbelerle danishiram. eger menbelerinizden getiridiyim deliller zeifdirse subut ele. Chunki, delil getiren men inkar eden sensen. Bu mubahisenin qaydasidir.

Ссылка на комментарий
Поделиться на других сайтах

Bəs mən keşişin xaçına söyürəm?

Vallah, senin yazdığın postların ekseriyyeti ele bu seviyyededir.

1. Anlamağa çalış, sonra yaz...

Eger sen bunu ümumi foruma aid edirsense çalşıram bele edim, meslehetine göre çox sağ ol. Yox eger öz postların

a aid edirsense bu menasızdır, çünki senin postlarında mentiqi, derin menalı bir şey olmur. Ele şablon fikirlerdir...

Bunu deyən Cahildir...

Onda "Ebu Bekr" mescidine gedenlerin 80%-i cahildi ki?

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Ссылка на комментарий
Поделиться на других сайтах

Mən şablon fikirlər yazmıram, sadəcə nardaran və bir çoxları özlərindən İslam yeni qaydalar daxil edir, şok xəbərlər yazmağa alışıqdırlar...

Gücsüz ədalət aciz, ədalətsiz güc zalımdır..

Ссылка на комментарий
Поделиться на других сайтах

Mən şablon fikirlər yazmıram, sadəcə nardaran və bir çoxları özlərindən İslam yeni qaydalar daxil edir, şok xəbərlər yazmağa alışıqdırlar...

Nur nardarani hansi qaydani islama daxil edir?bunu achiqlaya bilersen?

belke ele islamin qaydasidirki,gormeyenler,islamdan xeberi olmayanlar onuda bilmi?

Vahabilerin Allahi menem,Bunu onlarin alimi tesdiq edir.

"İbtalut-Tə`vilat li Əxbaris-Sifat" adlanır. Kitabın muəllifi Abu Ya`lə b. Muhamməd b. Huseyn b. Muhamməd b. Əl-Fərradır. Bu kitabin 143-cü səhifəsində olan bir hədisi nəzərinizə çatdırmaq istəyirəm.

Qatadə Ikrimədən, Ikrimə İbn Abbasdan rəvayət edir: Rasulallah buyurdu:
"Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində yaşıl bağda gördüm"
.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...