Перейти к содержимому

Dinin Meqsedi Nedir?

Sahibuzzaman

Recommended Posts

Əssələmu aleykum əziz müsəlman bacı və qardaşlar!

Bu sualı hər bir müsəlmana vermək istərdim ki sizə görə dinin məqsədi nədir?

Dinin məqsədi şəxslərmidir?

Dinin məqsədi ərəblərin xilafət davasındadırmı?

Dinin məqsədi kimlərinsə fəzilətini araşdırıb bunları əqidələşdirməkdirmi?.........

Nə qədər dinimizə yaxınıq?!

Mövzu ümumi olduğundan məsələyə məzhəb pəncərəsindən deyil,Qurandan baxmağa çalışaq!

Dəlillərimizi Qurandan gətirək!Çünki yeganə özündə şüphə olmayan və hamının qəbul etdiyi Qurandır(sğhbət təbii ki müslimlərdən gedir)

الحَمْدُ للهِ الَّذَي لاَ يَبْلُغُ مِدْحَتَهُ القَائِلُونَ، وَلاِ يُحْصِي نَعْمَاءَهُ العَادُّونَ، ولاَ يُؤَدِّي حَقَّهُ الُمجْتَهِدُونَ

Ссылка на комментарий
Поделиться на других сайтах

Dinin məqsədi insan yetişdirməkdir.Qur`аni-kәrimdә pеyğәmbәrlәrin göndәrilmәsindә әsаs mәqsәdin insаnlаrın tә`lim vә tәzkiyәsi оlduğu bildirilir. Bә`zi аyәlәrdә tәzkiyә, bә`zilәrindә isә tә`lim birinci qеyd оlunur. Bu iki söz, yә`ni “tә`lim vә tәzkiyә” dilimizә “tә`lim vә tәrbiyә” kimi dә tәrcümә оlunа bilәr. Bаşqа sözlә, “tәzkiyә” dеdikdә “tәrbiyә” nәzәrdә tutulur. İnsаn bu tә`lim vә tәrbiyәyә dini mааrifә yiyәlәnmәdәn vә yа pеyğәmbәrlәrin kömәyi оlmаdаn nаil оlа bilmәz.

Ссылка на комментарий
Поделиться на других сайтах

Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan uzaq olun"– deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu!

Dinin məqsədi insanları tagutdan uzaq tutmaqdır.

Изменено пользователем MeysemTemmar

Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс

Ссылка на комментарий
Поделиться на других сайтах

Qardaş,çox maraqlı məsələyə toxundun.Əslində müsəlmanların zəifləməsi və izzətlərinin itirilməsində daxili çəkişmələr və firqəçiliyin çox böyük rolu vardır.Müsəlmanlar onlara vacib olanları tərk edib,bir-biriləri ilə çəkişir,yersiz münaqişələr edir və bununla da İslamın düşmənlərinə yardım edirlər.Halbuki,Allah bizə ayrılmamağı,çəkişməməyimizi və Allaha və onun Rəsuluna tabe olmağımızı əmr edib.

Çoxları isə bu dinin gəlmə səbəbini unudub,vacib olmayan məsələlərdə münaqişə edirlər.

Allah bizi nə üçün yaradıb?

Allah bizi yaradıb ki, yalnız Ona ibadət edək və heç bir şeyi Ona şərik qoşmayaq.

Qurandan dəlil: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (əz-Zariyat, 56)

"Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı!" (əl-Ənam, 88)

De: "Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək". Əgər onlar üz döndərsələr, deyin: "Şahid olun ki, biz müsəlmanlarıq!"

Hədisdən dəlil: "Allahın bəndələri üzərində olan haqqı Ona ibadət edib heç bir şeyi Ona şərik qoşmamaqdır".(əl-Buxari və Muslim)

Allaha necə ibadət etməliyik?

Allaha ixlasla, Onun və Peyğəmbərinin(s.ə.s) buyurduğu kimi ibadət etməliyik.

Qurandan dəlil: "Halbuki Onlara əmr edilmişdi ki, Allaha ixlasla, dini yalnız Ona aid edərək, ibadət etsinlər". (əl-Beyyinə, 5)

Hədisdən dəlil: "Bizim işimizə (dinimizə) müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd olunur". (Muslim)

Allah nə üçün peyğəmbərlər (a.s) göndərmişdir?

Allah peyğəmbərləri (s.a.s) ona görə göndərib ki, insanları Ona ibadət etməyə və heç bir şeyi Ona şərik qoşmamağa dəvət etsinlər.

Qurandan dəlil: "Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin!" – deyə peyğəmbər göndərmişdik. (ən-Nəhl, 36)

Hədisdən dəlil: "Peyğəmbərlər başqa-başqa qadınlardan olan qardaşlardır! Anaları ayrı, dinləri isə vahiddir. (yəni, hər bir peyğəmbər tövhidə (Tək Allahlığa) dəvət etmişdir)".(Muslim)

"Qoy sənin onları dəvət edəcəyin ilk şey – Allahdan başqa heç bir ilahın olmamasına şəhadət gətirmək olsun!" (əl-Buxari və Muslim)

Müsəlmanlar arasında şirk mövcuddurmu?

Bəli, təəssüflər olsun ki, mövcuddur, özü də çox.

Qurandan dəlil: "Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar" (Yusif, 106)

Hədisdən dəlil:"Ümmətimdən olan qəbilələr müşrikləri və bütpərəstləri haqlamayınca (onların əqidəsini qəbul etməyincə) qiyamət qopmaz".(ət-Tirmizi – "səhih"dir)

Bir sözlə,Allah Quranda ən çox bəhs etdiyi məsələ nədirsə dinin mahiyyəti də məhz odur.

Ссылка на комментарий
Поделиться на других сайтах

Samir Aliyev bir sheyide izah elesen ela olar.

1.Ixlasnan ibadet dedikde ne basha dushursen?

Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс

Ссылка на комментарий
Поделиться на других сайтах

Samir Aliyev bir sheyide izah elesen ela olar.

1.Ixlasnan ibadet dedikde ne basha dushursen?

İxlas. Bu kəliməni həqiqətən Allah üçün, Allahın rizasını qazanmaq üçün demək. ((Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!)) (Əl-Beyyinə surəsi 5-ci ayə)

İblis dedi: "Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam.

Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa". (Hicr 39-40)

Əslində, Mənim ixlaslı qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər". (17:65)

Lakin Allahın seçilmiş ixlaslı qulları müstəsnadırlar. (37:40)

İblis dedi: "Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam;

Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!" (38:82-83)

Ссылка на комментарий
Поделиться на других сайтах

Yaxşı bəs onda niyə görə dinimizin məqsədindən yox,kiminsə xəlifəliyindən,kiminsə fəzilətindən günlərlə,illərlə danışırıq!(Söhbət müsəlmanlardan gedir)

Kiminsə xəlifə olmasının,hansısa sahabənin digərindən üstün olmasının dininin məqsədinə nə dəxli var?

Tarix yalnız ibrətdir!Amma bir çoxları tarixə ibrət kimi yox,tarixi mülahizələri əqidəsinə çevirirlər!

Bəlkə dinimiz elə budur biz bilmirik???

الحَمْدُ للهِ الَّذَي لاَ يَبْلُغُ مِدْحَتَهُ القَائِلُونَ، وَلاِ يُحْصِي نَعْمَاءَهُ العَادُّونَ، ولاَ يُؤَدِّي حَقَّهُ الُمجْتَهِدُونَ

Ссылка на комментарий
Поделиться на других сайтах

Sahibuzzaman

Salam Dostum.

Düzgün irad tutmusan. Bu iradın bir başa mənə də aiddir. Lakin sən helə təsəvvür etmə ki, nardaranı bundan qəflət edib. Xeyr! Sadəcə neçe illərdi tәәssüflә qeyd etmәliyik ki, bəzәn elә şәxslәr tapılır ki, onlar baş verәn danılmaz һәqiqәtlәri başqa yerә yozan dar düşüncәli vәһһabilәrin tәһriklәri vә zәһәrli tәbliğatları ilә elә nәzәriyyәlәr irәli sürürlәr ki, һәm өzlәrinin abır-һeysiyyәtlәrini .rır, һәm dә bizi zәһmәtә, mәşәqqәtә salırlar. Biz də məcbur oluruq bunları cavablandırmağa.

Əssələmu aleykum!

Qardaşım dinin məqsədi ki var bizim getdiyimiz yol bax odur!Şeytan bizi bu məqsəddən ayırmaq istəyir!

Təsəvvür et ki Baksovetdən Yasamala getməlisən!(məqsədin Yasamala getməkdir)!

Elmlərə çatanda biri söz atır və səni söhbətə "Əhmədliyə çağırır" və sən söhbətə gedərək öz yolundan qalırsan!(nəticə etibarı ilə öz "məqsədindən" ayrılırsan!)

Bax şeytan da belədir sən İslam yolu ilə getdiyin zaman səni kənardan qıcıqlandırır və sən ona cavab vermək üçün yoldan kənara çıxırsan, ki şeytanın da istədiyi elə budur!Yaddan çıxartmayaq ki yenidən yola qayıtma şansımız çox azdır!(çünki yoldan çıxdıqdan sonra Allah bilir ona qalib gələ bilərik yaxud yox)

Allah bizi öz yolundan azdırmasın!Bilmirəm fikrim çatdı ya yox..... :gizildish:

الحَمْدُ للهِ الَّذَي لاَ يَبْلُغُ مِدْحَتَهُ القَائِلُونَ، وَلاِ يُحْصِي نَعْمَاءَهُ العَادُّونَ، ولاَ يُؤَدِّي حَقَّهُ الُمجْتَهِدُونَ

Ссылка на комментарий
Поделиться на других сайтах

Əslində hamı görür və bilir ki,kimlərin dəvəti şəxslər və onlara dəvət üzərində qurulub.Əhli Sünnənin dəvəti daim tövhidə və tövhiddən irəli gələn şərtlərə söykənib.Əhli Sünnə daim tövhidə,əhkamlara,qəlbin saflığına,zahidliyə böyük önəm verib.Şəxslərin fəziləti,üstünlükləri,imamət onlar üçün bunlardan artıq olmayıb və daim ikinci dərəcəli məsələlər olublar.Lakin,bidət əhlinə baxdıqda biz əksini görürük.Bəzi sufi firqələri öz şeyxlərini ucaltdıqları kimi,bəziləri də İmamları ucaldır və dəvətlərini bunların üzərində qururlar.Heç də təsadüfi deyil ki,Şiyələr üçün İmamət üsuliddindən sayılır.Bu etiqadlarına görə onlar bütün müsəlmanlardan ayrılıblar.

Şiə alimi Muhaqqiq Bəhrani yazir: "Çox saylı rəvayətlərə görə İslam 5 sütun üzərində durur. Və vilayət (imamət) onların içində sadalanır. Vilayət kimi heç nəyə əhəmiyət verilməyib. O, ən əfzəldi” (Al hadaaiq al-Naazirah" 81 cild, səhifə 423)

Şeyx Səduq deyib: “Bizim etiqadımızdan, Əli (a.s)-in və ondan sonra gələn imamların imamətini inkar edən, sanki bütün peyğəmbərləri inkar edib. Əmirəlmöminini qəbul edib, imamlardan birini inkar edən, sanki bütün peyğəmbərləri qəbul edib, Muhammadı (s.a.s) isə inkar edib” (Şeyh Saduk “Etiqad” səhifə 104; Həmçinin Müfid “Etiqad” səhifə 104.)

Başqa bir şiə alimi şeyx Müfid deyib: “Imamiyyə həmrəydir ki, kim ki (heç olmasa) bir dənə imamın imamətini inkar etsə, (yaxud ona) tabe olmağın fərz olmasını inkar etsə, cəhənəmdə əbədi qalan kafirdir” (Maclisi “Biharul anvar” cild 23, səhifə 390.)

Şeyx ut Taifa ləqəbi daşıyan şeyh Tusi deyib: “İmaməti inkar etmək küfrdür, peyğəmbərliyi inkar etmək küfrü kimidir” (At Tusi “Talhis Safi”4/131.)

Ayətullah Abul Kasim Al Xoi deyib: “İmamların vilayətini inkar edənin küfründə şübhə yoxdur” (“Misbax al fukaha” səhifə 11.)

Ayətullah Şübbər yazır: “Əgər tövhidə etiqad vilayətə etiqad ilə birgə olmasa Allah-təalə onu heç kəsdən qəbul etməz. Xəbərlərin bəzilərində gəlib ki, imamların müxalifləri (yəni əhli-sünna) müşrikdirlər. Qiyamət günü tövhid kəlməsi, İmamların ardinca getməyənlərdən götürüləcəkdir” (Seyid Əbdulla ibn Muhamməd Rza ibn Muhamməd ibn Əhməd ibn Əli Iləvi Hüseyni Müsəvi Şübbər “Çəmiə-Kəbirə” ziyarətin şərhi, səhifə 99.)

Şübbər başga bir yerdə açıq-aydın deyir: “Sizi (imamları) və sizin imamətnizi inkar edən kafirdir. İmamlara müxalif olanlarin küfrünə dəlalət edən çox rəvayətlər və xəbərlər mövcuddur, onlari cəm etmək ücün müstəqil bir kitaba ehtiyac var.

Müxaliflərin küfrünə hökm verən xəbərləri və imamların onlara rəftarını vəsf edən rəvayətləri cəm etsək (yəni imamların müxaliflər ilə münasibəti və unsiyyəti olub), zəruri olaraq deməliyik ki, imamların müxalifləri kafirdirlər və axirətdə cəhənnəmdə olacaqlar” (Şübbər “Çəmiə-Kəbirə” ziyarətin şərhi, səhifə 124)

Ayətullah Cəfər Sübhani yazir: "Buna görə də, məsum imamlar hər hansi bir məsələnin caiz və ya haram oldugunu buyursalar, onların buyurduqlarına tabe olmaq, dinin buyuruğuna tabe olmaqdir və bu dində bidətçiliyə şamil edilmir" ("Şiə əqidələrinin əsasları" səhifə 258, nəşr edən "Ümümdunya Əhli-beyt cəmiyyətinin nəşr və çap mərkəzi", 2001 il)

Ayətullah Meşkini yazır: "Cünki hz Mehdi (a) zühur edəndən sonra yalnız peyğəmbərlik mənsəbindən savayı, sonuncu peyğəmbərin bütün vəzifələrini icra edəcək. O cümlədən, O həzrətin ilahi hökmlər üzərində də hakimiyyəti olacaq, yəni zamana və cəmiyatin tələblərinə uyğun olaraq, onlara dəyişikliklər edə biləcək" ("Vacib və haram" səhifə8, çap edən Daneşe həmidun)

Ayətullah Şübbər yazır: “İmamların Allah-təalanın dərgahına mənəvi yaxınlığı vardır. Onlar Allah yanında elə bir ali məqam sahibidirlər ki, həzrət Peyğambərdən başqa heç bir müqərrəb mələk və mürsəl peyğambər o məqama yetişə bilməz” (Şübbər “Çəmiə-Kəbirə” ziyarətin şərhi, səhifə 88; Buna oxşar kəlam üçün bax: Ayətullah Xomeyni “Hukumatul islamiya” səhifə 52.)

Başqa bir yerdə bu alim yazir: “İmamlar Allahın hüccətləri, yəni xalq üzərində ən ali hüccətlərdirlər. Onlarin ilahi sifətlər ilə zinətləniblər, tamam vücüdları Allahın sifətləridir” (Şübbər “Çəmiə-Kəbirə” ziyarətin şərhi, səhifə 48.)

Şiə təriqətinin görkəmli numayəndəsi olan Muhammad Bakir Məclisi yazir: “Və qeyd edənlərə əsasən biz deməliyik ki, onlar (imamlar) (a.s) peyğəmbər deyillər, biz həmçinin belə bir faktı qəbul etməliyik ki, onlar Peyğəmbər (s.a.s) istisna olmaqla, hər bir peyğəmbərdən və vəsidən üstündürlər. Biz bildiyimizə görə, (peyğəmbər (s.a.s)) axırıncı peyğəmbər olduğundan başqa, bir əngəl yoxdur ki, biz imamları peyğəmbərlər kimi vəsf edək. Bizim ağlımızda peyğəmbərlik və imamət arasında fərq yoxdur" ("Biharul anvar" çild 26, səhifə 82.)

Ссылка на комментарий
Поделиться на других сайтах

Dinin meqsidi bize, daxilimizde olan, insaniyyet meqamini anlatmaqdir.

Insaniyyet meqamina ise teqvaynan, haqqa bash eymekle ve s. kimi vacib emellernen chatmag olar.

Eger bu forumda, hech bir elme ve savada malik olmayan shexs Ayatullah Ali Sistani kimi alim haqqda agzina geleni yazirsa burda hansi insaniyyetden sohbet gede biler?

Insan gerek ilk novbede ozu haqqda dushunsun. Dushunsun ki dediyi sozleri en azinan onun mezhebi gebul edirmi?

En azinnan eql ve mentiq gebul edirmi?

Bir-az movzudan kenar yazdigima gore uzr isteyirem. Amma zennimce fikrimi ilk iki cumlemle tamamlamish olmusham. Allah amaninda!

"Every day is 'Ashura and every land is Kerbala"

    Imam Ja'far ibn Muhammad As-Sadiq (A.S.)

Ссылка на комментарий
Поделиться на других сайтах

"Sahibuzzaman"

Seni kimlerin feziletinden danishmaq narahat edir?

Danışmaq(fezilet barədə)məni narahat etmir.Məsələn elə mən özüm də yeri gelende mesumların feziletinden danışıram.

İndi başqası da "Raşidi xəlifələr"hesab etdiyi şəxslərin və həmçinin də səhabələrin fəzilətindən danışır.

Danışmaqda problem yoxdur.Problem onu qayəyə çevirməkdir.Məsələn bütün günü Əbu bəkrin fəzilətindən danışmaq və s.

Bir forumlardaki müsəlmanların tartışdığı konulara baxın və onu dinimizin məqsədi ilə müqayisə edin nə qədər uzaq olduğumuzu görəcəksiniz!

الحَمْدُ للهِ الَّذَي لاَ يَبْلُغُ مِدْحَتَهُ القَائِلُونَ، وَلاِ يُحْصِي نَعْمَاءَهُ العَادُّونَ، ولاَ يُؤَدِّي حَقَّهُ الُمجْتَهِدُونَ

Ссылка на комментарий
Поделиться на других сайтах

"Sahibuzzaman"

Seni kimlerin feziletinden danishmaq narahat edir?

Danışmaq(fezilet barədə)məni narahat etmir.Məsələn elə mən özüm də yeri gelende mesumların feziletinden danışıram.

İndi başqası da "Raşidi xəlifələr"hesab etdiyi şəxslərin və həmçinin də səhabələrin fəzilətindən danışır.

Danışmaqda problem yoxdur.Problem onu qayəyə çevirməkdir.Məsələn bütün günü Əbu bəkrin fəzilətindən danışmaq və s.

Bir forumlardaki müsəlmanların tartışdığı konulara baxın və onu dinimizin məqsədi ilə müqayisə edin nə qədər uzaq olduğumuzu görəcəksiniz!

Şükür Allaha...türkler demişken nehayetki ağzındaki baklayı çıkardın!

Bütün günü kimnse feziletinden danışlmır.Narahat olma.Her mövzuya özüne göre vaxt ayırb danışırlar.Ekseriyyet beledir.Bir qismini deye bilmerem.Bunu qayeye çeviren de yoxdur.Esas qaye nedirse ona daha çox diqqet ayrılır.Men virtual heyatı nezerde tutmuram.Forumlar haqda ise münasibetimi bildirmişem...Forumdu da ...maraqlıdı bu forumlardan cahiller ne qeder xeyir götürüb?Varsa elini qaldırsın... :D

Изменено пользователем Nuaym
Ссылка на комментарий
Поделиться на других сайтах

Sahibuzzaman

Salam Dostum.

Düzgün irad tutmusan. Bu iradın bir başa mənə də aiddir. Lakin sən helə təsəvvür etmə ki, nardaranı bundan qəflət edib. Xeyr! Sadəcə neçe illərdi tәәssüflә qeyd etmәliyik ki, bəzәn elә şәxslәr tapılır ki, onlar baş verәn danılmaz һәqiqәtlәri başqa yerә yozan dar düşüncәli vәһһabilәrin tәһriklәri vә zәһәrli tәbliğatları ilә elә nәzәriyyәlәr irәli sürürlәr ki, һәm өzlәrinin abır-һeysiyyәtlәrini .rır, һәm dә bizi zәһmәtә, mәşәqqәtә salırlar. Biz də məcbur oluruq bunları cavablandırmağa.

Əssələmu aleykum!

Qardaşım dinin məqsədi ki var bizim getdiyimiz yol bax odur!Şeytan bizi bu məqsəddən ayırmaq istəyir!

Təsəvvür et ki Baksovetdən Yasamala getməlisən!(məqsədin Yasamala getməkdir)!

Elmlərə çatanda biri söz atır və səni söhbətə "Əhmədliyə çağırır" və sən söhbətə gedərək öz yolundan qalırsan!(nəticə etibarı ilə öz "məqsədindən" ayrılırsan!)

Bax şeytan da belədir sən İslam yolu ilə getdiyin zaman səni kənardan qıcıqlandırır və sən ona cavab vermək üçün yoldan kənara çıxırsan, ki şeytanın da istədiyi elə budur!Yaddan çıxartmayaq ki yenidən yola qayıtma şansımız çox azdır!(çünki yoldan çıxdıqdan sonra Allah bilir ona qalib gələ bilərik yaxud yox)

Allah bizi öz yolundan azdırmasın!Bilmirəm fikrim çatdı ya yox..... :coffee:

Məncə elimi mübahisələ .rmaq şeytanın yox, Allahın istədiyi əməldir. Lakin ümumən bu movzuların bəzi elmdən və mərifətdən uzaq insanlar tətəfindın .rılması, artıq fitnə və ortada kin, kidurətin yayılmasına rəvac tapır. Bu səbəbdən fikirləşirəm ki, savadsız və öz tudduğu yolun 5% dərk etməyən yüzerlərin pravaksion söhbətlərini iqnor etmək lazımdır.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...