Jump to content

Necd Hedisinin Izahı


Nuaym

Recommended Posts

Əssələmu alə mən ittəbə əl hudə!

"Вера бахаи" mövzusunda Müctəba deyir:

Hz.Rəsuləllah(s)ın Nəcdddən çıxacaq şeytançıq barədə hədisini eşitmisən?

Nəcddən çıxan həmin şeytanın adını bilirsən?

Bu hədislə əlaqədar saytların birindən bir maraqlı məqalə tapmışdım indi onu təqdim edirəm:

NƏCD" HƏDİSİNİN ŞƏRHİ!

Abdullah ibn Ömərdən rəvayət edirlər ki, bir gün Peyğəmbər, səllallahu aleyhi va səlləm, buyurdu: "Allahım, bizə Şamda bərəkət ver! Allahım, bizə Yəməndə bərəkət ver!" Səhabələr soruşdular: "Ya Rəsulallah! Bəs bizim Nəcd?" Peyğəmbər yenə həmin sözləri təkrar etdi. Səhabələr bir də soruşdular: "Bəs Nəcd?" Peyğəmbər üçüncü dəfə belə buyurdu: "Ora zəlzələ və fitnələr vətənidir. Şeytanın buynuzu oradan görünəcək!"

Hədis Buxarinin "Səhih"indədir.

Bu hədisi əqidələrini əhli-sünnətə düşmənçilik üzərində quranlar çox sitat gətirərlər və onlardan çox təəssübkeş tayfa görməmişəm. Çünki, hədisi araşdıranlardan heç kəs belə bir söz söyləmədiyi halda, bu cahillər hədisdə "Nəcd" kəliməsini görərək sevinərlər və elə zənn edərlər ki, hədisdə nəzərdə tutulan fəzilət sahibi şeyx Muhamməd ibn Abdulvahhab ibn Suleyman ət-Təmimi ən-Nəcdi'dir. Bəli, bu şeyx Ərəb yarımadasında yerləşən Uyeynədə doğulmuşdur və bu bölgə Nəcd adı ilə tanınır. Lakin, sual verək! Məgər Şeyx ət-Təmimidən əvvəl yaşayan mühəddislər hədisdəki "Nəcd" kəliməsini necə anlayıblar.

Elə başlayaq hədisi rəvayət edən böyük mühəddis İmam əl-Buxaridən, rahmətullahi aleyh. İmam Buxari bu hədisi gətirdiyi babın adını belə qeyd edir: "Fitnələr Şərqdə başlayacaq." Ərəbləri tanıyan çox gözəl anlayır ki, yarımadadakı müsəlmanlar üçün Şərq deyildikdə İraq nəzərdə tutulur. O zaman sual verə bilərlər, bəs hansı əsasla İmam Buxari hədisi bu babda zikr edir? Bunu da inşaallah izah etmək üçün ümumiyyətlə bu mövzu barədə bizlərə gəlmiş səhih hədislərə nəzər yetirmək lazımdır. Elə məhz eyni babda məzkur hədisdən əvvəlki iki hədisə baxaq. Bunlardan ilk hədis Səlimin atasından (ibn Ömərdən) rəvayət olunur: Rasulullah, səllallahu aleyhi va səlləm, minbərin arxasında duraraq ("Şərqə tərəf işarə edərək"- eyni ləfzli hədislərdə bu əlavə mövcuddur) söylədi: "Fitnə ordadır! Fitnə ordadır! Oradan Şeytanın buynuzu çıxacaq! Və yaxud "Günəşin buynuzu çıxacaq" söylədi"

İkinci hədis isə belədir. İbn Ömər rəvayət edərək bildirir: "Mən Allahın elçisini, səllallahu aleyhi va səlləm, şərqə tərəf yönələrək belə dediyini eşitdim: "Həqiqətən fitnə ordadır, Şeytanın buynuzu ordan çıxacaq."

Eyni mənalı hədislər Səhih Muslimdə də mövcuddur, Səhih Muslim Kitəbul-Fitəndə bu hədisləri qeyd edir. Bu hədislər üçün bax: Səhih Muslim, 4-cü cild, hədis n: 6938 və ondan sonra gələn hədislər. Muslimin "Kitəbul-İmən" babında rəvayət etdiyi digər hədislərdə isə əsasən Yəmənlilərin fəzilətinə işarə vardır. Lakin eyni zamanda bunun əksi olaraq küfrün Şərqdən gələcəyi qeyd olunur. Bax:, 1-ci cild, hədis: 83 və sonrakı hədislər…

Məhz Nəcd kəliməsi ilə zikr olunan hədisin şərhini verən alimlər qəsd olunanın İraq olduğunu söylədilər və bu alimlər içində Əl-Xattabi, Əl-Kirməni, Əl-Ayni, Ən-Nəvəvi və İbn Hacər kimi hədis alimləri vardır.

İbn Hacər əl-Asqalani hədisin şərhində Əl-Xattabinin "qarn" (buynuz) haqqındakı sözlərini zikr etdikdən sonra qeyd edir: "və qeyriləri Şərqin əhalisinin o zaman kafir olduğunu söyləyirlər və peyğəmbər, səllallahu aleyhi və səlləm, fitnə fəsadın o istiqamətdən qalxacağını xəbər verir və belə də oldu! İlk fitnə fəsad məhz Şərq tərəfdən gəldi və bu müsəlmanların sıralarının parçalanmasına səbəb oldu və İblis bunu sevir və bundan həzz alır. Eləcədə bidətlər də o istiqamətdən gəlmişdir." ("Fəth əl-Bari", 13/58, Nəcd hədisinin şərhi)

İlk fitnələr də məhz İraqda baş verdi və bu ilk fitnələr içində Hz. Alinin və peyğəmbərin, səllallahu aleyhi va səlləm, gül nəvəsi Hüseynin, ridvanullahi aleyhim, qətlini qeyd etmək olar və müsəlmanlar arasında ilk döyüş də orda baş vermişdir, digər hadisələri də burda zikr etmək olar.

İmam Nəvəvi eləcədə Şərqdən çıxacaq ən böyük fitnənin Dəccal olacağını söyləyir. ("Şərh Sahih Muslim", 2/29)

Şərqdən gələn ən batil bidətlər içində isə Qadariyyə, Cəhmiyyə kimi zəlalət əqidələri və firqələri və onlardan ayrılan digər qolları da qeyd etmək olar və fitnələr bununla belə bitməz…

Hədisi bir qədər yaxından təhlil edək və şahid olaq ki, burda qeyd olunan Nəcd heç də bizim indi tanıdığımız Nəcd deyildir. Ərəblər öz dillərində "nəcd" kəliməsini istifadə edərkən, bunu yüksək ərazilərə aid edirlər, yəni ərəblərə görə yüksək yerlər nəcd adlanır və peyğəmbərimizin dövründə nəcd adı ilə tanınan 13 bölgə var idi. (bax: "Nəcd Qarnuş-Şeytan") O dövr üçün daha çox nəcd kəliməsi İraqa aid edilirdi.

İbn Hacər deyir: "Əl-Xattabi deyir: "nəcd şərq tərəfdədir və Mədinədə yaşayan biri üçün nəcd İraq səhrası və onun bölgələridir (bədiyə əl-İraq va navahihə), çünki bura Mədinə əhlinin şərqidir. Nəcd kəliməsinin lüğəti mənası "əl-ğavr" kəliməsinin ziddi olaraq yüksələn torpaq anlamındadır, çünki "əl-ğavr" isə ondan aşağıda yerləşən yerə deyilir. Tihəməh (Ərəb yarımadasının cənub-qərbi və cənub sahillərindəki düzənliklər) tamamilə "əl-ğavr"dır və Məkkə Tihəməhdə yerləşir."

İbn Hacər daha sonra öz sözləri ilə davam edir: "…bununla (Əl-Xattabinin sözləri ilə) Əd-Davudinin "Nəcd İraq istiqamətindədir" (min nəhiyə əl-İraq) sözlərindəki zəiflik anlaşılır, çünki o, (Əd-Davudi) Nəcdi xüsusi bir yer olaraq qəbul edir. Lakin belə deyildir, əksinə bir yerə nisbətdə yüksək olan yerlər "nəcd" və aşağı yerlər isə "ğavr" adlanır." ("Fəth əl-Bari", 13/58-59)

Gördüyümüz kimi Əd-Davudi "Nəcd"in İraq olduğunu söylədiyi halda, İmam İbn Hacər bunu yalnız İraqla məhdudlaşdırmır və bunu lüğəvi anlamına əsasən qəbul etməyi doğru sayır.

Yaxınlarda dünyasını dəyişən digər hədis alimi və fəzilətli şeyx Abdurrahmən Mubarəkfuri "Sünən ət-Tirmizi" əsərinə yazdığı şərhində (10/314, hədis: 4212) bu sözlərə üstünlük verir.

Bu söylədiklərimizi dəstəkləyən digər bir rəvayət "Səhih Muslim"də (4/1505, hədis: 6943) mövcuddur. Səlim ibn Abdullah ibn Ömər İraq əhlinə dediyi sözlərində belə buyurur: "Ey İraq əhli! Necə də qəribdir ki, siz böyük günahları etdiyiniz halda (Hz. Hüseynin qətlinə işarə edir) kiçik günahlar barədə soruşursunuz! Mən atamdan peyğəmbərin, səllallahu aleyhi va səlləm, barmağı ilə Şərqə işarə edərək belə dediyini eşitdim: "Həqiqətən fəsad bu tərəfdən gələcək, ordan Şeytanın buynuzları görsənəcək və siz bir-birinizin boynunu vuracaqsınız…"

Maraqlı tərəf odur ki, bu sözlər söyləyən məhz "Nəcd" hədisini rəvayət edən səhabə Abdullah İbn Ömərin oğludur!

Sonuncu olaraq isə hədisdə Nəcd kəliməsinin İraqa aid olmasını qətiyyətlə sübut edərək heç kəsdə bu barədə şübhə qoymayan dəlili qeyd etməklə kifayətlənmək istəyirik.

Əbu Nuaym "əl-Hilyə" əsərində (6/133) İbn Ömərdən eyni hədisi rəvayət edir və hədis bu ləfzlədir:

"Allahım, bizim Mədinəyə bərəkət ver və bizim Məkkəyə bərəkət ver və bizim Şama bərəkət ver və bizim Yəmənə bərəkət ver və bizim ölçülərimizə (fi saainə va muddinə) bərəkət ver!" Bir nəfər soruşdu: "Ya Rəsulallah! Bəs bizim İraq?" Peyğəmbər ondan üz çevirərək söylədi: "Orada zəlzələ, fitnə-fəsad olacaq, Şeytanın buynuzu oradan görünəcək!"

Bu hədisi Şeyx Şuayb əl-Arnavut "Şərh əs-Sunnəh" əsərinin qeydlərində (14/206-207, 2-ci qeyd) zikr edir və səhih olduğunu söyləyir və eləcədə Əl-Xattabinin yuxarıda nəql olunmuş sözlərinə üstünlük verir.

Ət-Tabərani "əl-Əvsat"da İbn Ömərdən eyni mövzuda hədisi rəvayət edir: "Peyğəmbər, səllallahu aleyhi va səlləm, fəcr namazından sonra insanlara üzünü tutaraq söylədi: "Allahım! Bizim Mədinəyə bərəkət ver! Allahım! Bizim ölçülərimizə bərəkət ver! Allahım! Bizim Şama və Yəmənə bərəkət ver!" Bir nəfər söylədi: "Bəs İraq, ya Rasulullah!" O cavab verdi: "Ordan Şeytanın buynuzları qalxacaq və fitnə-fəsad yüksələn dalğalar kimi gələcək."

İbn Hacər əl-Heytəmi "əl-Mucmə əz-Zəvaid" əsərində (3/305, "Mədinə üçün edilmiş duaların toplusu" babında) bu hədisi qeyd edir və deyir: "raviləri siqa və dəqiqdir."

İmam ət-Tabərani bu səfər "əl-Kəbir"də İbn Abbasdan gələn rəvayəti qeyd etmişdir: Peyğəmbərimiz, səllallahu aleyhi va səlləm, dua edərək söylədi: "Allahım! Bizim Şama və Yəmənə bərəkət ver!" Onların içindən bir nəfər söylədi: "Ya Rasulullah! Bəs İraq?" O, dedi:"Həqiqətən, Şeytanın buynuzu ordadır və fitnə-fəsad yüksələn dalğalar kimi ordan gələcək və həqiqətən sərtlik və kobudluq şərqdədir."

Yenə Əl-Heytəmi eyni yerdə hədisin ravilərinin siqa və dəqiq olduğunu söyləyir.

Bu hədisdə isə daha əlavə olaraq bir dəlilin şahidi oluruq və gördüyümüz kimi, şərq deyildikdə İraq nəzərdə tutulur. Bununla da, sübut olunmuşdur ki, həm hədislərdə gələn Şərq kəliməsi, həmd də "Nəcd" kəliməsi İraqa münasibətdə söylənilmişdir.

Haqq gəldikdə batil yoxa çıxar və zəlalət əhli ya hidayət olunar, ya da zəlalətlərində qərq olarlar. Şeyx Muhamməd ibn Abdulvahhaba qarşı düşmənçilik üzərində əqidə quranlar, heç şübhəsiz ki, bu zəlalətdən özlərinə bir pay götürüblər.

Lakin, İndiki Ərəb yarımadasında yerləşən Nəcd haqqında isə yalnız yaxşı sözlər söyləmək olar, çünki bu bölgənin əhalisinin çoxunu Bəni Təmim qəbiləsi təşkil edir.

Səhih Buxaridə Əbu Hureyrənin belə dediyi rəvayət olunur: "Mən, peyğəmbərdən, səllallahu aleyhi va səlləm, bu sözləri eşitdikdən sonra, Bəni Təmim qəbiləsini sevdim: O, dedi: "bu insanlar Dəccala qarşı möhkəm duracaqlar!" Həmin qəbilədən sədəqə gəldikdə rasulullah, səllallahu aleyhi va səlləm, buyurdu: "Bu bizim əhlin sədəqəsidir." Aişənin həmin qəbilədən bir qul qızı var idi və peyğəmbər,səllallahu aleyhi va səlləm, onun barəsində söylədi: "onu azad et, çünki o İsmayılın, aleyhis sələm, nəslindədir!" (bu hədis "Fəthul-Bari"də 2543 və 4366 rəqəmləri ilədir.)

İbn Hacər əl-Asqalani deyir: "bu hədis Bəni Təmimin açıq-aydın fəzilətinə və üstünlüyünə dəlildir." ("Fəth əl-Bari", 5/217)

Eləcədə İkrimənin səhabələrdən rəvayət etdiyi hədis İmam Əhmədin "Müsnəd" əsərində mövcuddur: "Bəni Təmim qəbiləsi haqqında yaxşı sözdən başqa bir şey söyləməyin, çünki onlar, həqiqətən də, Dəccala hücum edənlər içində ən şiddətlisidirlər." İmam Əl-Heytəmi deyir: "bunun raviləri Səhihin raviləridir." ("Mucmə əz-Zəvaid", 10/48)

Nəcd əhlinin fəziləti və üstünlükləri haqqında zirk etdiyimiz bu rəvayətlər isə hədisdə keçən "nəcd" kəliməsinin indiki "Nəcd" adı ilə tanınan torpağa aid olmadığına dəlalət edir!

Zəlalət əhli öz qərəzliliyi ilə ən batil üsullara əl atmağı sevərlər!

Allaha həmd edir və Ondan günahlarımız və etdiyimiz xətalarımız üçün məğfirət diləyirik!

Edited by Nuaym
Link to comment
Share on other sites

“Necd kabileleri ve mensupları...Medine’deki İslami yönetime karşı Hz. Peygamber’in [aleyhisselam] vefatından hemen sonrasında gelişen siyasi sorunların en başta gelen kaynakları oldular. Tayy, Esed, Bekr, Temim, Hevazin, Kinde ve Hanife, Necd’in ve güneyindeki Yamame bölgesinin o dönemdeki sahipleri olan bedevi kabilelerin en büyükleridir. Hz. Ebubekir’in [radıyallahü anh] hilafeti sırasında bu kabilelerden Hanife, Bekr, Esed ve Temim ile, Hevazin ve Kinde’nin bir kısmı irtidat ederek halifeye isyan ettiler. Yine bu dönemde ortaya çıkan dört yalancı peygamberden üçü, Necdî kabileler içinden çıkmıştır. Benu Esed’den Tuleyha b. Huveylid, Benu Temim’den Secah ve Benu Hanife’den Müseyleme, ortaya attıkları iddialarla yeni dinin inanç ve fikir kimliği üzerinde manevi tahribat yapmaları yanında, ellerinde tuttukları askeri güçle Medine İslam devletine tehlikeli günler yaşatmışlardır. Hz. Ali [radıyallahü anh] döneminde ortaya çıkan Haricilîk fitnesi, yine Necdî kabileler içinde vücut bulan bir dini hareketin sonucudur. Bilindiği gibi ilk Haricî cemaatları, çoğunlukla Temim, Bekr, Hanife ve Şeyban kabilelerine mensup bedevilerden oluşuyordu. ..Necd’in İslam tarihi sayfalarına tekrar dönüşü, Vehhabîliğin bu topraklarda ortaya çıkmasıyla başlar.” (s.20-21)

Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс

Link to comment
Share on other sites

Hetta bezi "ağıllılar" onun guya özünü (haşa) peyğember kimi gördüyünü yazır...

Eslinde onun herekatını Necd hedisine elaqlendirmek her cehetden batildir.Yola getmedikleri tekce ibni Abdulvahhab deyil ki.O zaman biraz da evvele gedib ibni Teymiyye üçün de bir hedis tapsınlar.

Bu hedisi İbn Abdulvahhabın herekatıyla elaqlenedirmek bu fikirlerin daha önce olmayaıb sonradan meydana çıxacağı menasını verir.

Bunların "Vahhabi"alimi dediyi birdir-ikidir beyem?ibn Hazm,ibn Qudame,imam Seraxsi,ibn Qeyyim...ve bir çox böyük sünni alimi... isteyirsiz siyahını bir qeder de uzatım?Yox heç ehtiyac da yoxdur.Burdan aydın olur mübarize hedefleri hansı yoldur.Sadece vahhabi termini çox işlerine yarayıb.. birde necd hedisi....

Edited by Nuaym
Link to comment
Share on other sites

Hetta bezi "ağıllılar" onun guya özünü (haşa) peyğember kimi gördüyünü yazır...

Eslinde onun herekatını Necd hedisine elaqlendirmek her cehetden batildir.Yola getmedikleri tekce ibni Abdulvahhab deyil ki.O zaman biraz da evvele gedib ibni Teymiyye üçün de bir hedis tapsınlar.

Bu hedisi İbn Abdulvahhabın herekatıyla elaqlenedirmek bu fikirlerin daha önce olmayaıb sonradan meydana çıxacağı menasını verir.

Bunların "Vahhabi"alimi dediyi birdir-ikidir beyem?ibn Hazm,ibn Qudame,imam Seraxsi,ibn Qeyyim...ve bir çox böyük sünni alimi... isteyirsiz siyahını bir qeder de uzatım?Yox heç ehtiyac da yoxdur.Burdan aydın olur mübarize hedefleri hansı yoldur.Sadece vahhabi termini çox işlerine yarayıb.. birde necd hedisi....

qardaş avazın yaxşı gəlir oxuduğun Quran olsa.İstər ibni Teymiyyəsi istərsədə Abdulvahabı olsun bunlar bizim üçün eyyni adamlardır.

Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс

Link to comment
Share on other sites

Müctəba

Sağolsun əqidə qardaşın Meysem Temmar lazımi etirafı etdi və sözü dedi.Sizin üçün İbn Abdulvahhab və ibn Teymiyyənin arasında bir fərq yoxdur.Eləcə də digər sünni alimlərinin də.(Bəlkə də az bir qismi istisna olmaqla).Onda bu Nəcd hədisinə tutunmağın yeri qalmır.Hər halda bütün əhli-sünnə alimləri Nəcddən çıxmayıb ki???

Link to comment
Share on other sites

Şübhəsiz vəhhabilər puç, yanlış və xurafatla dolu əqidələri ilə, xəvaricin dindən xaric olduğu kimi, dindən çıxmış sayılırlar.

Elə bu səbəbdən Səhihi-Buxaridə gəlmiş bir hədisin vəhhabilərə aid edilməsi heç də təsadüfi deyil.

Buxarinin İslam peyğəmbərindən (s) nəql etdiyi bu hədisdə deyilir: «Şərqdən bir qrup kişi zahir olar. Onlar Quran oxusalar da, oxuduqları boğazlarından yuxarı keçməz. Ox kamandan çıxdığı kimi dindən çıxarlar. Baş qırxmaq onların bir əlamətidir.»[ Səhihi-Buxari, Kitab ət-təuhid,57-ci fəsl, 7123-cü hədis..]

Qəstəlani «İrşadus-sari»[«İrşadus-sari», c. 15, səh.626] əsərində bu hədisi şərh edərkən yazır: «Şərq tərəfdən» dedikdə, Mədinə şəhərinin şərq tərəfi, Nəcd və bu kimi digər ərazilər nəzərdə tutulur.

Hamıya çox gözəl bəllidir ki, Nəcd şəhəri vəhhabilərin mərkəzi və əsas vətənləri idi ki, sonralar oradan digər şəhərlərə yayıldılar. Eləcə də bilirik ki, başın tükünü qırxmaq və saqqalı uzatmaq onların əlamət və nişanələrindəndir.

Aç qəlbinin gözünü ki, can görəsən,

Görülməyən şeyləri, yektən görəsən!

Link to comment
Share on other sites

Ay insan!Yuxarıda senin kimilere o qeder söz yazıldı hele de burda gedib ordan-burdan tapdığın nağılları kopyalayırsan.İsteyirsen sene kömeklik gösterim."vahhabiler"haqqında ne qeder yazılmış ürek bulandıran meqaleni verim kopyla.Onsuzda bunun xeyri yoxdur.

Link to comment
Share on other sites

Onsuzda bunun xeyri yoxdur.

Axrıki bir düz söz səndən də çıxdı,

Dediyin bu sözdə evini yıxdı.

Bax bu hədisə diqqətlə gəl sən,

Sözünün doğruluğnu yəqin görərsən:

Həmin kitabın “Ət-Tövhid” bölümü, “Qiraətul-Facir vəl-munafiqun” fəslində belə bir hədis var. Peyğəmbər (s) buyurur: “Məşriq (Şərq) tərəfdən elə insanlar çıxarlar ki, onlar Qur`an oxumaqdan savayı heç bir şey bilməzlər. Onlar dindən sapmış şəxslərdir. Öz dinlərinə qayıtmazlar

***

"... Ox kamandan çıxdığı kimi dindən çıxarlar..."

Aç qəlbinin gözünü ki, can görəsən,

Görülməyən şeyləri, yektən görəsən!

Link to comment
Share on other sites

________.docГде Ирак, а где Неджд?!

этот хадис не относится к Ираку, это то, что все эти хадисы приводятся, рассказывая о Востоке, а Ирак, находится на севере от Саудовской Аравии, и в этом может убедиться любой, кто умеет пользоваться картой мира.

Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс

Link to comment
Share on other sites

Neden esebleşirsen?Sen heç o meqaleni oxudun?Lap tutalım o erebistandakı necd olub...he sonra?Sevine-sevine bunu Abdulvahhaba tetbiq edirsiz.Eslinde men kifayet qeder bu iddianınızın batil olduğunu göstermişem.4,7-ci postları birde oxu...

Bir de ibn Abdulvahhab bizim üçün delil deyil.Şexsen men onun heç bir kitabını oxumuram ve kimese oxumağa da vermirem.Bizim ehli-sünne alimlerinin kifayet qeder eserleri var.Men qebul edirem ki ibn Abdulvahhab bezi meselerde sehv edib.

Biz ondan da üstünlerinin haqqa zidd sözlerini redd edirik qalsın ki onun.

Edited by Nuaym
Link to comment
Share on other sites

Bizim ehli-sünne alimlerinin kifayet qeder eserleri var.Men qebul edirem ki ibn Abdulvahhab bezi meselerde sehv edib.

Əssəlamu aleykə!

Əhli-sünnə alimi deyən zaman siz nəyi nəzədə tutursunuz. Sizi bir məzhəb, təriqət olaraq öz məzhəbinin tərkibinə daxil edən yoxdur. Nə olsun ki, sizin şəriətiniz Hənbəlilərə uyğundur. Amma əqidə etibarilə nə Əhli-Sünə məktəbi, nə də Əhli-Şiə məktəbi sizi qəbul etmir və etməyəcək də.

Link to comment
Share on other sites

ibn Teymiyye ifrat sufiler istisna olmaqla diger qalan sünniler terefinden qebul edilir.Doğrudur bir qismi bezi fikilerini tenqid edirler.Xüsusen tarixboyu sufiliyin güclü olduğu Türkiyede ibn Teymiyyeye maraq artıb.Çünki evveller orda tasavvufcu propaqnadası güclü idi.Bu gün ekser türk saytlarını oxuyuram orda teesübkeşlikden qurtulanlar evvelce ibn Teymiyye fobiyasının qurbanı olduğunu qebul edirler.Türkiyede ümumiyyetle müxtelif teriqetlerin ,sufi şeyxlerinin xuraftalrı,özlerine tabeçiliye çağırmağı teriqetin şeyxin her şeyin önüne keçirilmesi ve saire zelaletler türk sünnilerini selefiliye daha da yaxınlaşdırır.

Link to comment
Share on other sites

Əssəlamu aleykə!

Əhli-sünnə alimi deyən zaman siz nəyi nəzədə tutursunuz. Sizi bir məzhəb, təriqət olaraq öz məzhəbinin tərkibinə daxil edən yoxdur. Nə olsun ki, sizin şəriətiniz Hənbəlilərə uyğundur. Amma əqidə etibarilə nə Əhli-Sünə məktəbi, nə də Əhli-Şiə məktəbi sizi qəbul etmir və etməyəcək də.

Halal olsun! :gizildish:

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Link to comment
Share on other sites

Bizim ehli-sünne alimlerinin kifayet qeder eserleri var.Men qebul edirem ki ibn Abdulvahhab bezi meselerde sehv edib.

Əssəlamu aleykə!

Əhli-sünnə alimi deyən zaman siz nəyi nəzədə tutursunuz. Sizi bir məzhəb, təriqət olaraq öz məzhəbinin tərkibinə daxil edən yoxdur. Nə olsun ki, sizin şəriətiniz Hənbəlilərə uyğundur. Amma əqidə etibarilə nə Əhli-Sünə məktəbi, nə də Əhli-Şiə məktəbi sizi qəbul etmir və etməyəcək də.

Əhli-Sünnə alimi deyəndə sən nəyi nəzərdə tutursan?

Sənə görə əş-Şavkani, əs-Sanani, Sıddıq Həsən Xan və digərləri Əhli-Sünnətdən deyil?

Link to comment
Share on other sites

Əhli-Sünnə alimi deyəndə sən nəyi nəzərdə tutursan?

Sənə görə əş-Şavkani, əs-Sanani, Sıddıq Həsən Xan və digərləri Əhli-Sünnətdən deyil?

Mən sənə indi bir-bir kitabları gətirim, alimlərin adını sadalayım ki, sizi kim qəbul edir. ya etmir. Hər kəsə gün kimi aydındır ki, siz Əhli-sünnətin əksəri tərəfindən qəbul edilmirsiniz. Və məzhəbinizin əsaslarını təşkil edən İbn Teyyimiyyənin fikirləri də rədd olunmuşdur. Bunun üçün kifayət qədər dəlillər var. Amma mən bunları sadalamağa lüzum görmürəm. Çünkü ehtimal edirəm ki, mən dəlilləri yazacam. Siz də özünüzü sübut etmək üçün bir-neçə dəlil yazacaqsınız.Və bunula da heç nə ortaya çıxmayacaq.Vəssəlam!

Link to comment
Share on other sites

Mən sənə indi bir-bir kitabları gətirim, alimlərin adını sadalayım ki, sizi kim qəbul edir. ya etmir. Hər kəsə gün kimi aydındır ki, siz Əhli-sünnətin əksəri tərəfindən qəbul edilmirsiniz. Və məzhəbinizin əsaslarını təşkil edən İbn Teyyimiyyənin fikirləri də rədd olunmuşdur. Bunun üçün kifayət qədər dəlillər var. Amma mən bunları sadalamağa lüzum görmürəm. Çünkü ehtimal edirəm ki, mən dəlilləri yazacam. Siz də özünüzü sübut etmək üçün bir-neçə dəlil yazacaqsınız.Və bunula da heç nə ortaya çıxmayacaq.Vəssəlam!

Əhsən sənə...hər iki tərəfin də fikirlərini yazmısan və nəticə olaraq bunu söyləyirsən: "əhli-sünnət" sənsən, biz isə zəlalət əhliyik...

İbn Teymiyyə haqqında isə danışmaq istəsən, məsləhət görərəm ki, ümumiyyətlə ağzını açmayasan. İbn Teymiyyəni əl-Mizzi, əz-Zəhəbi, İbn Kəsir, İbn Hacər, əs-Suyuti, əl-Hafiz əl-Bəzzar, İbn Nasir ad-Din əd-Dəməşqi, İbn Seyyid ən-Nəs, əl-Hafiz İbn Daqiq əl-İd, Qadi əl-Qudat İbn əl-Huriri, Mulla Ali əl-Qari, Muhamməd bin Abdilbərr əs-Subki, İbn Rəcəb əl-Hənbəli, əz-Zəmləkani, Bədr əd-Din əl-Aini, İbn Abdilhədi əl-Hənbəli, İbn Muflih, İbn Abd əd-Daim, İbn əl-Vani əl-Muəzzin, Şəms əd-Din İbn əl-Muhəndis, Şəms əd-Din Əbu Abdullah əl-Xazraci, Tacəddin Əbu Abdullah İbn Bərdəs, İbn ən-Nəqib əl-Qirməni, İbn əl-Munsafi əl-Həriri, Taqiəddin Əbul-Məali İbn Rafi, Şərəf əd-Din İbn Nuceyh, Nasir əd-Din İbn əs-Sayrafi, İbn Tulubuğa ibn Abdullah ət-Turki, İbn əl-Muhib əs-Samit, İbn Savvar əs-Subki, Şəms əd-Din Əbu Abdullah İbn Ceyş, İbn Şukr, İbn əl-Yunaniyyə əl-Balabəki, Əbul-Məhasin İbn Həmzə əl-Huseyni, İbn əl-Muncə ət-Tanuxi, Taqi əd-Din əl-Yunini, İbn əs-Sənəd əd-Diməşqi, Əbu Abdullah Muhamməd ibn Sad, Əsir əd-Din Əbu Həyyan əl-Əndəlusi, Tac əd-Din Əbul-Abbas əl-Humeyri, Şihəb əd-Din əl-Bəqai əş-Şafi, İbn Şeyx əl-Huzamiin əl-Vasiti, Şihəb əd-Din əl-Hisbani, Əbul-Abbas ibn Həcci, Şərəf əd-Din Əbul-Abbas İbn Qudamə əl-Maqdisi, Mufti Qadi əl-Qudat İbn Tarxan əl-Məlkəvi, Qadi əl-Qudat İbn Kəramə, əl-Hafiz ibn Bəkkar ən-Nəblusi, İbn Fadlilləh əl-Amri, Burhan əd-Din Əbu İshaq əz-Zuri, burhan əd-Din İbn əl-Muhib əs-Sadi, Məcd əd-Din Əbu İshaq İbn Qalanisi, Tacəddin əl-Fəzzari, Qadi əl-Qudat Burhan əd-Din İbn Cəmaə, Cəmal əd-Din İbn Yunus əl-Baləbəki, Nəcm əd-Din İbn Ulmi ət-Turki, Bədr əd-Din Əbu Muhamməd əl-Həsən ibn Həbib, İzzəddin Əbu Yalə İbn Şeyx əs-Sələmiyyə, Xalid əl-Mucavir, Salah əd-Din Əbus-said əl-Aləi, Nəcm əd-Din Əbul-Xeyr Said əd-Dəhli, Əbu Muhamməd Salman bin Abdulhamid əl-Qabuni, Sadr əd-Din Əbur-Rabi əl-Yasufi, Abdullah ibn əl-Muhib, Əbu Muhamməd Abdullah əl-Cəzari, Cəmal əd-Din Əbu Muhamməd əl-İskındəri, Əsəd əd-Din Əbul-Fərəc İbn Tulubuğa əs-Seyfi, əl-Hafiz Əbu Bəkr Abdurrahmən İbn əl-Fəxr, məşhur mühəddis əl-Hafiz Zeynuddin Əbul-Fədl əl-İraqi, İbn Abdulhaqq əl-Bəğdadi, Əmin əd-Din Əbu Muhamməd Abdulvahhab İbn əs-Sələr, Nur əd-Din Əbul-Həsən əl-Yunini, Alə əd-Din Əbul-Həsən ibn əl-Ləxam əl-Bali, Əbu Zeyd əz-Zubeydi, Alə əd-Din əl-Kindi, Şeyx əl-Hədis Zeyn əd-Din Ömər ibn Həbib, Sirac əd-Din Əbu Rislan əl-Bəlqini, Əbu Hafs ibn Nuceyh, Taqi əd-Din İbn Şaqir, Sirac əd-Din əl-Qabani, Zeynəddin Qadi əl-Mulhi, Kəmal əd-Din Əbu Yunus əl-Məraği, Şəms əd-Din Qur əs-Sənqar bin Abdullah əl-Mənsuri, Qadi əl-Qudat Cəmal əd-Din İbn Sirac əl-Qunavi, Şəms əd-Din Əbus-Sənə əl-Mənbici, əl-Hafiz Taqi əd-Din İbn Davud əd-Daquqi, Əbu Muzəffər əs-Sərməri, Əbu Bəkr ibn Sirac əd-Diməşqi, Əbu Bəkr ibn Ammar əs-Salihi, İbn Tərcim əl-Kinəni ər-Rahibi, Sadr əd-Din ibn əl-Vakil, əl-Hafiz əl-Bərzali və sufi şeyxlərindən Nədim əl-Bəri Abdullah əl-Ənsari və daha bir çox alim tərifləmiş, müctəhid və Şeyxul-İslam olduğuna şahidlik etmişdir...

Bu qədər alimin qarşısına kimləri çıxarmaq istəyirsən? Hələ prob elə...

Link to comment
Share on other sites

Mən bilmirəm sən o alimlərin onu təriflədiyin haradan götürmüsən.Amma mən sənə Əhli-sünnə alimlərinin onu tənqid etmələrini dəlillərlə göstərirəm.

Ibn Tеymiyyənin fiкirlərinin sünni

аlimləri tərəfindən rədd еdilməsi

Ibn Tеymiyyənin Pеyğəmbər (s) və digər övliyаlаrın qəbirlərinin ziyаrətinin hаrаmlığı hаqqındа fiкirlərini rədd еdən ilк аlim (763-cü hicri ilində vəfаt еtmiş) Mühəmməd ibn Mühəmməd ibn Əbu Bəкr Əхnаi Mаliкi idi. О, “Əl-Məqаlətul-mərziyyə fir-rəddi əlа Ibn Tеymiyyə” аdlı trакtаtındа mö’təbər islаmi hədislərlə və fiqhi dəlillərlə Ibn Tеymiyyəyə cаvаb vеrmişdir.

Ibn Tеymiyyənin digər müаsiri, (756-cı hicri ilində vəfаt еtmiş) Şаmın qаzilər qаzisi Təqiyyuddin Subкi Şаfеi “Şifаul-əsqаm fi ziyаrəti хеyril-ənаm” кitаbını yаzаrаq güclü məntiqi dəlillərlə, оnun Pеyğəmbərin (s) ziyаrətinin hаrаmlığı hаqdа əqidəsini rədd və inкаr еtmişdir. Bu кitаbа, Məккədə yаşаyıb 1014-cü ildə оrаdаcа vəfаt еtmiş məşhur Hənəfi fəqihi Mоllа Əli Tаri şərh yаzmışdır кi, “Şifаul-əsqаmın şərhi” аdlаnır.

Bunlаrdаn sоnrа məşhur аlim, Mədinənin şеyхül-islаmı (911-ci hicri ilində vəfаt еtmiş) Nurəddin Əli ibn Аbdullаh Səmhudi Şаfеi Misrinin аdını çəкməк оlаr. О, “Vəfаul-vəfа bi iхbаri dаril-Mustəfа” аdlı кitаbındа Pеyğəmbərin (s) ziyаrətinin sаvаbı, оnun qəbrinin əziz tutulmаsı, оnа təvəssül еdib şəfаət istənilməsi bаrədə hədislər hаqqındа təfsilаtlı bəhs еdib, Ibn Tеymiyyəyə qаrşı irаdlаr tutmuşdur.3

Bаşqа bir аlim-Hicаzın müftisi, Məккənin şеyхül-islаmı Əhməd ibn Mühəmməd ibn Həcər Hеysəmi (973-cü ildə vəfаt еtmişdir) “Əl-Cəvhərül-münəzzəm” кitаbındа Pеyğəmbərin (s) müqəddəs qəbrini ziyаrətin şər’i оlmаsınа dəlillər gətirmişdir. О, bu dəlillər аrаsındа həmçinin “icmа”yа əsаslаnаrаq dеyir: “Əgər sоruşsаn кi, Ibn Tеymiyyə icmаyа müхаlif оlduğu hаldа sən öz dəllilərində icmаyа nеcə əsаslаnırsаn? Hаlbuкi Subкi Ibn Tеymiyyənin bu bаrədə öz dəst-хəttini görüb кi, qəribə istidlаllаrlа Pеyğəmbər (s) qəbrini ziyаrətinin hаrаmlığı hаqqındа “icmа” iddiаsı еdib, yаzmışdır: Bеlə bir səfərdə nаmаzı şiкəstə qılmаq оlmаz. (Çünкi оnun nəzərincə, səfər günаhlаrdаn təmizlənmə məqsədi dаşımаdığındаn, nаmаz bütöv qılınmаlıdır). Icmа bütün fəqihlərin müəyyən məsələ bаrəsində həmrəyliyinə dеyilir.

О, ziyаrətə dаir bütün hədisləri sахtа аdlаndırmışdır. Sоnrаdаn hаvаdаrlаrındаn bə’ziləri оnun yоlunu gеtdilər. Hеysəmi dеyir: “Ibn Tеymiyyə кimdir кi, dini məsələlərdə оnun sözünə е’tibаr еdilsin, fiкrinə diqqət yеtirilsin?! Məgər о həmin кəs dеyilmi кi, böyüк аlimlərin çохu оnu fаsiq dəlillərini və bоş-bоş sözlərini rədd еdəndən sоnrа dеyiblər: “О, Izz ibn Cəmаənin dеdiyi, аzğın, yаlаnçı və günаhlаrı müqаbilində zillət və аlçаqlığı ахirətədəк, hаbеlə, dünyаdаcа Аllаhın dаdızdırdığı кəsdir”.

Bütün аlimlər tərəfindən ictihаd və ucа məqаmı qəbul еdilən şеyхül-islаm Təqiyyüddin Subкi “Şəfаul-əsqаm” кitаbındа Ibn Tеymiyyənin sözlərini tədqiq, izаh və rədd еdəndən sоnrа dеyir: “Bunlаr Ibn Tеymiyyənin səhvlərinin cüz’i hissəsi idi. Hаlbuкi, оnun аzğınlıqlаrı hеç vахt islаh оlunmаyаcаq və bu bir müsibətdir кi, оnlаr əbədi оlаrаq qаlаcаqdır. Bu hеç də təəccüblü dеyil. Çünкi nəfsаni istəк və şеytаni vəsvəsələr bu аzğınlıqlаrı оnun üçün bəzəmiş, о, özünü müctəhidlərə tаy еdib, Ilаhi fеyzdən məhrum оlduğu hаldа, fəqihlərin əlеyhinə çıхmış, bununlа dа ən pis işlərə əl аtmışdır. Bеlə кi, о, bir çох şər’i məsələlərdə Islаm fəqihlərinin əlеyhinə gеtmiş, хüsusən Rаşidi хəlifələrinə е’tirаz еtmişdir. О, bununlа кifаyətlənməyib, hər bir еybdən pак və bütün кəmаli sifətlərin mаliкi Hаqq-təаlаnın müqəddəs zаtınа bəyənilməyən nisbətlər vеrmiş, bütün cаmааt qаrşısındа Аllаhı cism sаymış və bu fiкirdə оlmаyаn bütün аlimlərə “yоllаrındаn аzmışlаr” dеmişdi. Iş о yеrə çаtmışdır кi, əsrinin аlimləri аyаğа qаlхıb zəmаnənin höкumətindən оnun tutulub zindаnа sаlınmаsını istəmişdilər. Оnun ölümü ilə bid’ətlər оdu sönmüş, аzğınlıqlаrı unudulmuşdu. Yаlnız uzun müddətdən sоnrа, bə’zi tаnınmış şəхslər оnun müdаfiəsinə durub, əqidəsini dirçəltməк istədilər.4

Ibn Həcər də “Əl-Fətаvəl-hədisə” кitаbındа Ibn Tеymiyyədən söz аçаrаq dеyir: “Imаm Əbülhəsən Subкi, оnun оğlu Tаcuddin, Şеyх Imаm Izz ibn Cəmаə və оnun müаsiri оlаn Şаfеi, Mаliкi, Hənəfi məzhəblərinə mənsub digər аlimlər оnun sözlərini təкzib еtmişlər.5

Mаrаqlıdır кi, (852-ci hicri ilində vəfаt еtmiş) Ibn Həcər Əsqəlаni “Əd-Durərul-каminə” кitаbındа Ibn Tеymiyyənin həyаtı və fiкirləri hаqdа söz аçаrаq dеmişdir: “О, dəfələrlə Şаfеi, Mаliкi, Hənəfi qаziləri tərəfindən Şаm və Misirdə təкfir еdilmiş və mənbərdə mоizəsinin, tədrisinin qаrşısı аlınmışdır. Dəfələrlə bə’zi bəyаnаt və fitvаlаrınа görə zindаnа düşmüş, dəfələrlə tövbə еdib sоnrаdаn öz əməllərinə qаyıtmışdır. Bə’zən şаfеiyəm dеmiş, bə’zən isə əş’əri оlduğunu bildirmişdir.6 О, dаimа Isgəndəriyyə, Qаhirə və Dəməşq аrаsındа gеt-gəl еtmiş, bu şəhərlərdə Mаliкi, Hənəfi və Şаfеi аlimləri ilə mübаhisə еdərəк dörd ilə yахın müхtəlif zindаnlаrdа yаtmış, nəhаyət, 728-ci hicri ilində Dəməşq qаlаsının zindаnındа ölmüşdür.

-----------------------

[1] “Мяъмуятур-рясаил” вя “Ял-Ягидятул-щямявиййятул-кубра” 1-ъи ъилд, 429-ъу сящ.

2 Ибн Бятутятин сяйащяти 1-ъи ъилд, сящ. 57.

3 “Вяфаул-вяфа би-ихбари дарил-Мустяфа” ъ.4 чап 1. 1374-ъц ил Мисир чапы. Сямщуди 887-ъи щиъри илиндя йаздыьы бу китабынын, дюрдцнъц ъилдинин, 8-ъи бюлмясинин,1336-1423 сящифялярини Пейьямбярин (с) зийарятиня щяср етмиш 4 фясилдя бяйан етмишдир. О ъцмлядян, бу цч щядиси нягл етмишдир:

Абдуллащ ибн Аббас Пейьямбярдян (с): “Мяни юлцмцмдян сонра зийарят едян, щяйатымда зийарят едян кимидир”. Абдуллащ ибн Юмяр Пейьямбярдян (с): “Мяним гябрими зийарят едян, мяним шяфаятимя наил олар”. Абдуллащ ибн Юмяр Пейьямбярдян (с) нягл едир: “Ким мяним вяфатымдан сонра Щяъъя эедиб гябрими зийарят ется, щяйатымда мяни зийарят етмиш кимидир”.

4 “Ял-Ъювщярул-мцняззям фи зийарятил-гябрил-мцкяррям” Мисир чапы 1279-ъу ил, сящ.13.

5 “Ял-Фятавял-щядися” сящ.86.

6 Яш’яри Шафеи мязщябинин яксиня олараг, Ислам ягидясиндя “ъябр” (мяъбуриййят) нязяриййясиня е’тигад бясляйян фиргядир.

7 “Яз-Зярия ила тясанифиш-шия ъ.23, сящ.162.

[8] “Ял-Гядир фил-китаби вяс-суння” ъ.3, сящ 148-217. [9] “Ял-Гядир фил-китаби вяс-суння” ъилд.5, сящ 185-207.

Link to comment
Share on other sites

Birincisi İbn Teymiyyənin peyğəmbərin və övliayların qəbrini ziyarət etməyi haram etməsi barədə deyilən sözlər doğru deyildir. İbn Teymiyyə heç bir kitabında belə bir şeyi söyləməmişdir.

İbn Teymiyyənin söylədiyi sözlər isə tam başqadır. İbn Teymiyyə deyir ki, peyğəmbərin - salləllahu aleyhi va səlləm - qəbrini ziyarət etmək üçün səfər etmək vaiz deyildir. Çünki ziyarət üçün səfər yalnız üç yerə aiddir. Məkkə, Mədinə və Qüds. Mədinədə isə ziyarət məscidə edilən ziyarət niyyəti ilə edilməlidir. Yoxsa məhz qəbri ziyarət etmək niyyəti ilə olmaz. Lakin əgər Mədinəni ziyarət edibsənsə, o zaman qəbri də ziyrət edə bilərsən və bunu heç kəs haram saymamışdır.

Qaldı ki, əs-Subkinin İbn Teymiyyəyə atdığı iftiralar, az da olsa ədalət sahibi olan kəs bunların bir iftira olduğunu anlamalıdır. Hətta zamanımızın məşhur əşari şeyxi Said Ramadan əl-Buti deyir:

biz radikal ifratçı kəslərin İbn Teymiyyənin, rahiməhullah, kafir olmasını iddia etməklərinə təəccüblənirik. Eləcədə onun Allahı "mücəssid" olaraq qəbul etməsi haqqında atılan iddialara da təəccüb edirik, mən əs-Subki və digərlərinin sitat gətirdikləri kimi İbn Teymiyyənin Allahı cism saymasına işarə edən hər hansı bir yazı və ya sözü tapmaq üçün çox üzun bir müddət və səylə axtardım, lakin ondan buna bənzər bir şey t. bilmədim. Tapdığım yeganə şey onun fətvalarında olan bu şəkildə olan sözləridir: "Həqiqətən Allahın, Özünün söylədiyi kimi Əli var, Özünün söylədiyi kimi Arşə istiva etmişdir və Özünün söylədiyi kimi Gözü vardır". Müəllif bu sözlərinə əlavə edir: "Mən Əbu əl-Həsən əl-Əşarinin sonuncu əsəri "əl-İbanə"yə baxdım və eynilə İbn Teymiyyənin söylədiyi sözləri tapdım..." ("Nədva əl-İtticəhət əl-Fiqr əl-İsləmi", s: 264-265)

Əs-Subkinin İbn teymiyyəyə bu qədər düşmənçiliyi və onun haqqında bu qədər əsassız sözlər söyləməsi ümumiyyətlə alimin ədəbinə uyğun deyildir. Məhz buna görə də məşhur misirli qazi əl-İzz əl-Kənani deyir:

"... o çox az ədəbə sahib, alimlik səmimiyyəti olmayan və Əhli-Sünnət və onun sıraları barəsində cahil olan birisidir." ("əl-İlən bi ət-Təvbix limən Zəmmə ət-Tarix", 94-95, əs-Saxavi)

İbn Hacər əl-Məkkidən gətirdiyin sözlər isə kökündən dəyərsiz sözlərdir. Onun İbn teymiyyəyə nə qədər nifrət etdiyi hər kəsə məlumdur. Buna görə də elə məşhur hənəfi alimi Mulla Ali əl-Qari İbn Hacər əl-Məkkinin sözlərinə etiraz edərək deyir:

Deyirəm: Allah onların ikisini də bu murdar xüsusiyyətdən və dəhşətli ittihamdan qorumuşdur. Kim Nədim əl-Bəri əş-Şeyx Abdullah əl-Ənsari əl-Hənbəlinin - qaddas Allahu Təalə sirrahu əl-cəllə - "Şərh Mənəzil əs-Sairin" kitabını oxuyarsa - və o, sufilərə görə Şeyxul-İslamdır - görəcək ki, onlar (İbn Teymiyyə və İbnul-Qayyim) əhli-sünnət val-cəmaətdəndir və hətta bu ümmətin övliyalarından olmuşlar. Adını çəkdiyimiz kitabda dediyi sözlər bunlardır:

"Şeyxul-İslamın bu sözləri onun əhli-sünnətdəki mərtəbəsini və elm əhlindəki dəyərini göstərir və onun düşmənlərindən cəhmilərin ona atdıqları təşbih və təmsil kimi iftiralardan uzaqdır və hədis əhlinə və sünnilərə iftira atmaq onların adətidir. Eləcədə rafizilər onlara nasibiliklə iftira edir və nasibilər də onlara rafiziliklə iftira edirlər və mötəzilə isə onları haşəvilərin (müşəbbihə) davamçıları olmaqla ittiham edir. Bu isə Allah elçisini və səhabələrini yeni din çıxarmaqda ittiham edən peyğəmbər düşmənlərinin mirasıdır. Bu həm də hədis əhlinin və sünnət əhlinin peyğəmbərlərdən aldığı mirasdır ki, batil əhli onları həmişə zəmm olunmuş ləqəblərlə çağırıblar.

Allah əş-Şafinin ruhunu şərəfləndirsin. Onu rafizilikdə ittiham etdikləri zaman dedi: "Əgər Muhammədin ailəsini sevmək rafizilikdirsə o zaman cinlər və insanlar şahid olsunlar ki, mən rafiziyəm." Allah şeyximiz Əbu əl-Abbas ibn Teymiyyədən razı olsun, beləki o demişdir: "Əgər Muhammədin səhabələrini sevmək nasibilikdirsə, o zaman cinlər və insanlar şahid olsunlar ki, mən nasibiyəm." Allah üçüncünü (İbnul-Qayyimi) bağışlasın! O, dedi: "Əgər Allahın sifətlərini isbat etmək və onları iftiraçıların hər bir təvilindən tənzih etmək təcsimdirsə, o zaman Rəbbim Allaha həmd olsun ki, mən mücəssiməyəm. Gətirin şahidlərinizi!"

"Mirqah əl-Məfatih Şərhi Mişkət əl-Məsabih", 8/146-147

Sənin İbn Hacər əl-Əsqalanidən gətirdiyin sözlər isə onun haqqında bəzilərinin dediklərini "əd-Durar əl-Kəminə" kitabında qeyd etməsidir və bu, İbn Hacərin öz fikri deyildir. Onun öz fikri isə belədir:

"Həmd olsun Allaha və salam olsun Onun seçdiyi qullarının üzərinə.

Mən bu faydalı yazı ilə və bunu toplayanın qarşısına qoyduğu məqsədlər üçün yazdığı məcmu ilə qarşılaşdım və bunu yazan imamın necə dərin elmə sahib olduğunu, faydalı elmlərdə fərqləndiyini anladım, beləki alimlər buna görə onu yücəltmiş və şərəfləndirmişlər. Şeyx Taqi əd-Dinin imamlığının şöhrəti günəşdən də parlaqdır və onun "şeyxul-islam" ləqəbi təmiz və pak dillərdə günümüzə qədər gəlmişdir və sabah da dünən olduğu kimi davam edəcəkdir. Bunu onun dəyərindən cahil olan kəsdən və ya insafdan uzaq düşmüş birindən başqası inkar etməz. Belə düşünənlərin xətası nə qədər də böyükdür və yersiz sözləri nə qədər də çoxdur?! Yalnız Allahu Təalədən nəfslərimizin şərrindən qorunmağı diləyirik və dilimizin həsədindən Onu tərifləmək və ucaltmaqla qorunuruq. Əgər bu şəxsin imamlığına heç bir dəlil olmasaydı və yalnız əl-Hafiz əş-Şəhir İlm əd-Din əl-Bərzəlinin "ət-Tarix" əsərində onun haqqında söylədiyi sözlər olsaydı, (bu belə kifayət edərdi: əl-Bərzəli deyir: ) "İnsanların Şeyx Taqi əd-Dinin cənazəsinə toplandığı kimi cənazəsinə toplanılmış başqa biri İslam tarixində mövcud olmamışdır." (əl-Bərzəli) bildirdi ki, İmam Əhmədin cənazəsinə minlərlə adam gəlmişdi və əgər Dəməşqdə yaşayanların sayı bağdaddakılar qədər olsaydı və ya ondan qat-qat çox olsaydı, heç kəs onun cənazəsində iştirak etməkdən geri qalmazdı. Üstəlik Bağdadda yaşayanların az bir hissəsindən başqa hamı İmam Əhmədin imamlığına etiqad edirdi, Bağdadın əmiri və xəlifəsi o zaman ona qarşı böyük hörmət və məhəbbət bəsləyirdi. Lakin İbn Teymiyyənin halı fərqli idi, o öləndə şəhərin əmiri yox idi və şəhərin fəqihlərinin çoxu ona qarşı təəssübkeş idilər, hətta o, qalada həbs edildiyi zaman ölmüşdü. Lakin bütün bunlara baxmayaraq onlardan heç kəs onun cənazəsində iştirak etməkdən, ona rahmət oxumaqdan və ona yas saxlamaqdan geri qalmadı, yalnız üç nəfərdən başqa və bu üç nəfər öz canlarına görə camaatın qəzəbindən qorxduqlarına görə cənazəyə gəlmədilər.

Bu qədər böyük sayda insanın onun cənazəsində toplaşmasının səbəbi başqa bir səbəb deyildi, yalnız onun imamlığına və onun bərəkətinə inandıqları üçün ora toplaşmışdılar. Nə də sultan və ya başqası onları ora toplamamışdı. Peyğəmbərdən, salləllahu aleyhi va səlləm, səhih olaraq rəvayət olunmuşdur: "Siz Allahın Yer üzündəki şahidlərisiz." (Buxari və Muslim rəvayət etmişdir)

Çox saylı alimlərdən ibarət bir camaat onu üsul və furuda ona qarşı inkar etdikləri şeylər səbəbi ilə Şeyx Taqi əd-Dinə qarşı çıxdı. Ona qarşı Qahirədə və Dəməşqdə çoxlu məclislər quruldu, lakin o zamanlar dövlət dairələrində ona qarşı güclü təəssüb sahibi kəslər olmasına baxmayaraq (İbn Teymiyyəyə etiraz edən) alimlərin heç birindən onun zındıq olması barədə heç bir şey gəlməmişdir və ya onun qanının halal olması barədə heç bir hökm verməmişdilər. O, Qahirədə və İskəndəriyyədə həbs olundu. Bütün bunlara baxmayaraq alimlərin hamısı onun elminin genişliyinə, şiddətli təqva və vəra sahibi, zühd sahibi olduğunu etiraf ediblər və onu səxavətli və şücaətli biri kimi, İslama kömək edən və Allahu Təalənin yoluna açıq və gizli şəkildə dəvət edən biri kimi vəsf ediblər. Bəs o zaman onun kafir olduğunu söyləyən və ona Şeyxul-İslam deyəni də kafir sayan birini necə inkar etməyək?! Halbuki, onu bu adla çağırmaqda heç bir küfr yoxdur və onun Şeyxul-İslam olmasında heç bir şübhə yoxdur. Onun inkar olunduğu bəzi məsələlər isə onun öz havasına tabe olaraq söylədiyi şeylər deyildi və ona qarşı dəlil gətirildikdən sonra o görüşü üzərində inad etməzdi. Onun kitabları mücəssimə əhlinə qarşı rəddiyələrlə doludur və bununla onlardan təbərru etmişdir. Bununla belə o bir insan idi və xəta etdiyi də, isabətli olduğu da olmuşdur. Onun isabətli olduğu görüşlərindən - və bunlar çoxunluq təşkil edir- faydalanmalıyıq və bunun səbəbi ilə ona rahmət oxumalıyıq. Xəta etdiyi gərüşlərində isə ona təqlid edilməz, əksinə bütün bunlarda o, üzr sahibidir. Çünki əsrinin imamları şəhadət edirdilər ki, bütün ictihad keyfiyyətləri onda toplanmışdı. Hətta ona qarşı ən qərəzli birisi və ona qarşı şərr yetirməyə ən çox can atanlardan biri belə - və bu Şeyx Kəmal əd-Din əz-Zəmləkənidir - onun bu müctəhidliyinə şahidlik etmişdir. Eləcədə Şeyx Sadr əd-Din ibn əl-Vəkil də buna şahidlik etmişdir və ondan başqa heç kəs İbn Teymiyyə ilə münazirə .ra bilmirdi.

Ən qəribə hallardan biri də budur ki, bu şəxs insanlar içində rafizilər, hululiyyə və ittihadiyyə kimi bidət əhlinə qarşı ən şiddətlisi idi və onun bu barədə yazıları çoxdur və məşhurdur, onlar haqqındakı fətvaları sayıla bilməyən qədər çoxdur. Onun "kafir" sayıldığını eşitdikdə bu bidət əhlinin gözləri necə də sevinclə dolmuşdur və onu kafir görməyəni də kafir saydıqlarını gördükdə isə necə də özlərini xoşbəxt hiss etdilər!!! Elmə yiyələndiyini iddia edən birinin əqli varsa, bu şəxsin məşhur kitablarındakı sözləri üzərində düşünməsi və ya onun sözlərini nəql edən səmimi və sadiq kəslərin dilindən eşitməsi vacibdir və ondan gördüyü inkar olunmuş sözləri kənara qoymalı və nəsihət niyyətilə onlardan çəkindirməlidir. Onun isabət etdiyi məsələlərdə isə fəzilətlərinə görə tərifləməlidir, necəki başqa alimlərə göstərildiyi münasibət kimi.

Əgər Şeyx Taqi əd-Dinin gözəl keyfiyyətlərindən heç biri olmasaydı, lakin yeganə olaraq, həm onunla razılaşanlar, həm də müxaliflərinin hamısının faydalandığı çox sayda faydalı kitabın sahibi Şeyx Şəms əd-Din ibn Qayyim əl-Cəvziyyənin onun şagirdi olması faktı bu adamın mənzilinin ucalığına bir dəlil kimi kifayət edərdi. Bəz o zaman əsrinin məşhur şafi imamlarının və digərlərinin, üstəlik hənbəlilərin onun elmin müxtəlif dallarında üstünlüyünə və mətnlərdəki məntuq və məfhumu anlamaqdakı fərqlənişinə şəhadət etməkləri necə? Bütün bunlara baxmayaraq ona kafir deyən və ya ona "şeyxul-islam" deyəni kafir görən birinin sözünə heç bir dəyər verilməməlidir. Bu məqamda ona etibar edilməz. Hətta bu sözünə görə haqqa geri dönənə qədər və doğruya könüllü qayıdana qədər onu rədd etmək lazımdır. Allah haqq söyləyir və doğru yola yönəldir. Allah bizə kifayət edər və O necə gözəl Vəkildir.

Bunu söylədi və yazdı: Əhməd bin Əli bin Muhamməd bin Hacər əş-Şafi, Allah onu bağışlasın, Rəbiul-Əvvəl ayının doqquzu, 835-ci il.

Həmidən lilləhi va musalliyən alə rasulihi Muhamməd və Alihi və musəllimən...

"əd-Durar əl-Kəminə", səh: 145-146

eləcədə bax: "əl-Cəvahir vad-Durar", 2/734-736, İmam əs-Saxavi

Sənə yuxarıda 90'dan chox aliminin adını çəkdim. Onlardan istədiyinə barmağını uzat və mən sənə həmin alimin İbn teymiyyə haqqındakı sözlərini gətirim!!! Mən bu alimləri boş yerə sənin üçün düzməmişəm...

Edited by salahuddin
Link to comment
Share on other sites

Пророк Мухаммед, мир Ему и благословение, сказал, что означает:

«Благослови Аллаh наш Аль-Шам (территория современной Сирии, Ливана, Палестины, части Иордании), Благослови Аллаh наш Йемен»

А когда сподвижники, согласие Аллаhа над ними, спросили:

«О пророк Аллаhа, наш Неджед (местность в восточной части Аравийского полуострова)?»

Пророк, мир Ему и благословение, ответил после третий раз:

«Там землетрясения и смута, и там выйдет рог шайтана»

Большинство ученых, которые жили до появления ваххабизма, считали, что рог шайтана – это хариджиты.

Но, после ваххабизма большинство ученых уже считают, что рог шайтана это именно ваххабизм.

Мне бы хотелось, чтоб в наше время нигде не было рога шайтана…

Link to comment
Share on other sites

Ozunuzden Amerika keshf etmeyiz baxin xeriteye gorun sherq haradir, kim gormese men daha aydin inshallah tapib getirrem xerite ustunde de Mekkenin, Medinenin, Necdin ve Iraqin sheherini gosterrem inshallah -- chalisharam,, indise verirem ozunuz baxin bir aghilli insan kimi..

Red bilmiyenner ucchun deyim ki shimal yuxari, sherq sagh, qerb sol, cenubsa ashaghidir xeritede:

249_0_4.jpg

Aç qəlbinin gözünü ki, can görəsən,

Görülməyən şeyləri, yektən görəsən!

Link to comment
Share on other sites

Bismillahir rəhmanir rəhim. Əssəalmu əleyküm.

Ay camaat budur sizi tanış edim xəritəylə..

Görün kərbəla hanı Nəcd hanı??:.. Ağıllı insanlar baxın da bu da sizə sübut!! Məgər Rəsulullahın (s) dövründə Kərbəla şərqdə olub???

post-26190-1212161331.jpg

Aç qəlbinin gözünü ki, can görəsən,

Görülməyən şeyləri, yektən görəsən!

Link to comment
Share on other sites

burda sherq deyilende Sham sheheri nezerde tutulur.

Xahish edirem xeriteye baxin,, gorun ki Sham sheheri Suriyadadir.. Suriya ise qeyri shertsiz shimaldadir Erebistandan.. (medine ve mekkenin her ikisinde de).

Chox sheher axtarmayin,, ya erebistandan olmalidir o sheher yadaki ola biler Hindistandan.. Amma hindistaninda bura dexli yoxdur bildiyimiz kimi... etiraf edinde artik duz sherqde yerleshir bu Nejd.... Inanin ey menin fikrime radikal olannar siz yuxaridaki yazdixlarima cavab yazsaz size bu movzuda sehv olaacaghiniza zemanet verirem :) . Birdeki Nuaym bu movzunu achdi+ bashina oyun achdi :)

Aç qəlbinin gözünü ki, can görəsən,

Görülməyən şeyləri, yektən görəsən!

Link to comment
Share on other sites

sələfilərdən başqa cvb, izah gözləməyə də dəyməz. bir firqənin başbilən alimi DÜNYANI KÜRƏ ŞƏKLİNDƏ BİLMİR VƏ BUNU DEYƏNİ KAFİR BİLİRSƏ, o firqənin izahı bundan artıq olmayacaq ki.

Demek ki, inkar edir elmi .. he belkede vaxtile savadin olmadighi dovrde deyildiyi kimi Balinalarin ustunde bilirler dunyani :) .. sadece alimler sehv edib deyib kure shekilndedir :) .. Allah hidayet versin o selefilere!

Aç qəlbinin gözünü ki, can görəsən,

Görülməyən şeyləri, yektən görəsən!

Link to comment
Share on other sites

  • 3 weeks later...
  • 1 year later...
  • 2 weeks later...
sələfilərdən başqa cvb, izah gözləməyə də dəyməz. bir firqənin başbilən alimi DÜNYANI KÜRƏ ŞƏKLİNDƏ BİLMİR VƏ BUNU DEYƏNİ KAFİR BİLİRSƏ, o firqənin izahı bundan artıq olmayacaq ki.

Demek ki, inkar edir elmi .. he belkede vaxtile savadin olmadighi dovrde deyildiyi kimi Balinalarin ustunde bilirler dunyani :) .. sadece alimler sehv edib deyib kure shekilndedir :) .. Allah hidayet versin o selefilere!

O dediyini hec olmasa Quranla asalandirir. Siz ozununzdan utanin ki onun bunun sozu ila oturub durursunuz.

Link to comment
Share on other sites

sələfilərdən başqa cvb, izah gözləməyə də dəyməz. bir firqənin başbilən alimi DÜNYANI KÜRƏ ŞƏKLİNDƏ BİLMİR VƏ BUNU DEYƏNİ KAFİR BİLİRSƏ, o firqənin izahı bundan artıq olmayacaq ki.

Demek ki, inkar edir elmi .. he belkede vaxtile savadin olmadighi dovrde deyildiyi kimi Balinalarin ustunde bilirler dunyani :) .. sadece alimler sehv edib deyib kure shekilndedir :) .. Allah hidayet versin o selefilere!

O dediyini hec olmasa Quranla asalandirir. Siz ozununzdan utanin ki onun bunun sozu ila oturub durursunuz.

Bəyəm Quranda yazılıb ki, Yer balina üzərindədir? Utanmırsız yalan danışmağa?

Link to comment
Share on other sites

Demek ki, inkar edir elmi .. he belkede vaxtile savadin olmadighi dovrde deyildiyi kimi Balinalarin ustunde bilirler dunyani :) .. sadece alimler sehv edib deyib kure shekilndedir :) .. Allah hidayet versin o selefilere!

O dediyini hec olmasa Quranla asalandirir. Siz ozununzdan utanin ki onun bunun sozu ila oturub durursunuz.

Bəyəm Quranda yazılıb ki, Yer balina üzərindədir? Utanmırsız yalan danışmağa?

Birincisi Quranda yerin balinanin uzrinda olmasi demadim Onun yerin hansi formada olub olmadiğini  Quranla əsalandirdiğini qəsd etdim yalan danışmağa utanmayan yaqin sanain bunu özundə hiss edirsən!

Link to comment
Share on other sites

Hanbali, yer nə formadadır ki nəzərincə? Buyur yaz!

 Söhbət yerin nə formada olum olması deyil. Şeyx burada kafirlərdən gələn xəbərin təsdiqlənib təsdiqlənməməsi. Sadəcə demək istəyirəm ki Əgər Alim bir hər məsələdə rəy verirsə ona ehtiramla yanaşmaq lazimdı xətası bəyan edildik də belə. Sənin məsləyə hörmətsiz yanaşdığın kimi yox. 

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Loading...
×
×
  • Create New...