Перейти к содержимому

Ərəblərin Cənnəti

open_your_eyes

Recommended Posts

Rahat olsun deye meqaleni saytdan da oxuya bilersiz: http://almaqezeti.com/?mod=view&id=2506

Mədəniyyət təbiətə göstərilən münasibətdən doğur. Heç bir mədəniyyət öz təbiətindən ayrılıqda tam başa düşülə bilməz. Mən bu yazımda göstərmək istəyirəm ki, Quranın cənnət təsviri ərəb şüurunun Ərəbistan təbiətinə verdiyi reaksiyadır. Gəlin, baxaq.

Ərəb təbiəti

Ərəbistan yarımadası (Cəzirətül-Ərəb) coğrafiyaçılar tərəfindən adətən üç regiona bölünür: Nəcd (səhra Ərəbistanı), Yəmən (məhsuldar Ərəbistan) və Hicaz (dağlıq-daşlıq Ərəbistan). Nəcd yarımadanın orta və şərq hissəsi, Yəmən cənub-qərb hissəsi, Hicaz isə qərb hissəsidir. İslam dini Hicazda meydana gəlmişdir.

Ərəbistan yarımadası qədim dünyada qitələrarası ticarətin qovşağı rolunu oynayıb. Yarımada Aralıq dənizi ölkələri ilə Uzaq Şərq ölkələrini karvan yolları vasitəsilə birləşdirib.

Ərəbistan yarımadası dünyada yağışın ən az yağdığı, dünyanın ən quraqlıq zonalarından biri hesab edilir. Yarımadanın şimalından cənuba sarı gəldikcə havanın temperaturu lap artaraq 55-60 dərəcəyə yüksəlir. Qışda isə temperatur nadir hallarda 15-20 dərəcədən aşağı düşür. Qırmızı dəniz sahillərində (Məkkə və Mədinə tərəflərdə) isə qış az qala heç hiss edilmir və dəniz rütubəti dəhşətli isti ilə birləşərək xüsusi dözülməz mənzərə yaradır. Təsadüfi deyil ki, Mədinənin əsl adı Məhəmməd peyğəmbər onu dəyişdirməmişdən əvvəl Yəsrib olmuşdur; “yəsrib” sözünün mənası ərəb dilində, əgər yaddaşım məni aldatmırsa, “xəstəlik və bədbəxtlik məkanı” deməkdir. Bu adı o, öz bədheybət iqliminə görə almışdı.

Yarımada torpağının keyfiyyətsizliyi (o, çox duzludur) və yağış rejiminin əlverişsizliyi ucbatından daimi əkinçilik orada (Yəmən istisna olmaqla) demək olar ki, alınmır. Yağışın olduqca az yağması azmış kimi, dəhşətli isti və səhra torpağının ifrat dərəcədə sukeçiriciliyi ucbatından, yağan yağış da sürətlə buxarlanır və tezcənə torpağın dərinliklərinə hopur. Elə buna görə də yarımadada yeraltı su mənbələri, bir-iki quyu xaric, demək olar ki, yoxdur. Bu isə floranın əmələ gəlməsinə mane olur. Burada quraqlığa dözümlü xurma ağaclarından savayı, yalnız ağacaoxşar kollara və tikanlara təsadüf etmək olar. Bunlar da yalnız qısamüddətli yağış mövsümündə qısaömürlü mövcud ola bilirlər. Yarımadanı bitkisiz məkan adlandırsaq çox da şişirtmərik. Hicazda demək olar ki, ot örtüsü mövcud deyil. Ota ancaq yaz aylarında bir neçə həftə ərzində orda-burda dağınıq halda təsadüf etmək olur. Ərəb yarımadasının torpağı keçəl, faunası isə demək olar ki, bomboşdur. O boyda yarımadada bir dənə də olsun çay yoxdur. Qazılan su quyularını da qum fırtınaları tezliklə doldurur.

İndi gəlin, ərəb dəvəsinin mərifətlərini öyrənək və bununla da bədəvinin səhra (badiyə) həyatı haqqında təsəvvürlərimiz bir az da dolğunlaşsın. “Dəvə 57 dərəcə istidə 17 gün heç su içmədən 200 kiloqram yükü daşıya bilir. Qarnı bir həftə ona bəs edəcək qədər yemək tuta bilir. Belindəki yağ hörgüclərindən yemək ehtiyatı kimi istifadə edir. Onun qum fırtınalarına qarşı xüsusi pərdələri olan burun deşikləri, cüt sıra kiprikli gözləri, içi tüklü qulaqları, tikan yeməyə uyğunlaşmış ağız və həzm sistemi, bir oturuma 60 litr su içərək, qısa müddətdə bunu bədəninin hər yerinə göndərə bilən orqanizmi var. Fırtınalarda qum təpələri tez-tez yer dəyişdirməsinə baxmayaraq, dəvə heç çaşmayan hafizəsi ilə azmır”. (Görünür, dəvəyə kinli deyilməsi onun hafizəsinə görədir). Ərəb dəvənin ətini yeyir, südünü içir, yununu əyirib, çadır və paltar düzəldir, hətta peyinindən də yanacaq və dərman kimi istifadə edir, hələ üstəlik onu minir də. Ərəb dilində dəvəyə aid söz və ifadələrin bir kitab həcmində olması səbəbsiz deyil.

Səhrada hər şey qıtdır. Təsadüfi deyil ki, islamdan əvvəlki ərəblərin politeist etiqadında, adları Qurana da daxil olmuş üç əsas bütün üçü də (Lat, Uzza və Mənat) bolluq və bərəkət ilahələri idilər.

Yəqin elə buna görədir ki, qədim dünyanın heç bir fatehi Ərəbistan yarımadasını işğal etmək fikrinə düşməmişdir.

9 min kilometr sahil xəttinə malik olmasına baxmayaraq, küləklər və tərs su axınları ucbatından yarımadada (bir tək Yəməndəki Aden xaric) liman şəhəri formalaşmamış, olanlar da qısa müddət sonra məhv olub getmişlər. Ərəblər hələ islamdan xeyli qabaq dənizdə qəzaya uğramış bir yunan gəmisinin taxtalarını tapmış və bu taxtalarla ən müqəddəs yerləri olan Kəbəni təmir etmişdilər. Quranda gəmidən dövrün ən lüks və əlçatmaz minik vasitəsi kimi danışılması səbəbsiz deyil. Gəmini necə düzəltsin, ağacı yoxdu ki.

Su əvəzinə dəvə südü içəcək, çəyirtkəni bişirərək və yaxud xurma ilə qarışdıraraq əzmə düzəldib yeyəcək dərəcəsində yoxsuldur Ərəb təbiəti. Ərəblərin təbiəti sevməməsi təbiidir.

Cənnət necədir?

“Cənnət” sözü Quranda 143 dəfə çəkilir. Mən burada Quranın cənnət təsvirini ümumiləşdirdiyim üçün, hər dəfə surə və ayələrə istinad verməyəcəyəm. Xəbərdaram ki, cənnət haqqında yüz cür poetik spekulyasiya var, amma mən sadəcə Qurandan çıxış edirəm, həm də şərhsiz.

“Cənnət” ərəb dilində çaylar, bitkilər, meyvələr, çiçəklər və gözəl iylərlə “örtülmüş yer” deməkdir. (Ərəbcə c-n-n qəlibindən “məcnun” da ağlı örtülmüş olan deməkdir). Ümumiyyətlə, cənnət təsvirlərində bu çay məsələsi Quranda o qədər təkrarlanır ki, hətta cənnəti ən lakonik olaraq belə də təqdim etmək olar: zəminindən və yaxud altından (bəzən də içindən) çaylar axan yer.

Meyvələr, qızlar, çaylar, içkilər, (sərin) kölgənəcəklər, bulaqlar, rahatlıq... Cənnətin nemətləri bitib-tükənməyəcək. Cənnətdə ruzi bolluğu olacaq. Cənnət cürbəcür ağaclarla dolu olacaq. Cənnət bağçadır. Cənnət yamyaşıldır.

Rəng məsələsinə gəldikdə, cənnət ağacların yaşıl rəngindədirsə, cəhənnəm də səhra atəşinin sarı rəngindədir.

Cənnətdə dadı dəyişməyən su çayları, xarab olmayan süd çayları, ləzzətli, amma içəni sərxoş etməyən şərab çayları, süzmə bal çayları var. (Fikir verirsinizsə, ərəbin real həyatda məhrum olduğu şeylərdən cənnətdə çay-çaydır).

Orada meyvələrin hər növü olacaq. Həm də orada meyvələri ağaclardan dərmək də çox asanlıqla başa gələcək. Cəhənnəmdə isə içənin bağırsaqlarını dağıdan qaynar və irinli sular, əbədi od və əzab olacaq. Cənnətdə isə möminlərə fincanlarda sərin, bol içki paylanacaq.

Möminlər cənnətdə qızıl və ya gümüş bilərziklər taxacaq, incilərlə bəzənəcəklər. Onların paltarları ipəkdən, özü də yaşıl rəngdə ipəkdən və ya atlasdan və yaxud da qalın və incə dibacdan (çiçək naxışlı xüsusi növ ipəkdən) olacaqdır. Xatırladım ki, o dövr üçün ipək ən bahalı parça sayılırdı. 55 dərəcə istidə dəvə yunundan hazırlanmış paltarda gəzməklə müqayisədə, sərinlik mənbəyi Çin ipəyinin Qurana daxil olmasında təəccüblü nə ola bilər? Ərəbistan yarımadasının təbiəti haqqında oxuduqlarımdan məndə belə bir təəssürat formalaşıb ki, bu təbiətin yoxsul olması ilə yanaşı, o həm də çox dəyişkəndir: otlaq yerləri hər mövsüm dəyişir, su yerləri tez-tez dəyişir, havanın hərarəti bir anda dəyişir, fırtınanın istiqaməti sürəkli dəyişir, yağışlar bir anda yağıb qurtarır və s. Cənnətin isə əsas cəhəti onun dəyişməzliyi, daimiliyi, qurtarmaması, bolluğu və əbədiliyidir. “...cənnətin xüsusiyyəti: onun zəminindən çaylar axır. Meyvələri və kölgəsi daimidir...”

Bir də, cənnətdə nə insan, nə də cin əli dəymiş, bakirə (tərtəmiz) və hamısı da bir-birilə (və yaxud möminlərlə) yaşıd olan və gözlərini partnyorlarına zilləmiş gözəllər olacaq. Və bu qızlar “məmələri tumurcuq kimi qabarmış”, yəni yeniyetmə qızlar olacaqlar. Yazıq körpələr...

Bu gün həcc ziyarətindən, neftdən və nəhayət, Qərb texnologiyası sayəsində təbiətdən asılılıqdan azad olmuş ərəblər həyatlarını xeyli dərəcədə yüngülləşdirə biliblər. O vaxtlar isə yerləri tez-tez dəyişən su mənbələri və mövsümi otlaqlar üstündə qəbilələrarası müharibələr və basqınlar baş verərdi. Bu basqınlarda qan tökməmək şərtilə qadın qaçırmaq, sürüləri və malları qəsb etmək qanuni sayılırdı. Qəbilələrarası belə müharibələr və qarşılıqlı qisaslar bəzən illərlə davam edərdi. Cənnətdə isə bunların heç biri olmayacaq. Orada möminlər qapıda ərəb dilində “salam” sözü ilə qarşılanacaqlar və bir-birlərinə də “salam, salam” deyərək, əbədi sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar.

Göründüyü kimi, cənnət daha çox maddi idealdır.

Yaşıla hücum!

Yarımadada yaşayan ərəblər üç tərəflərində yaşıllıq görürdülər: Mesopotamiya tərəflərdə, Yəməndə və nəhayət, Aralıq dənizi ətrafında. Tezliklə islam bu üç istiqamətdə işğallara başladı: Yaşıla hücum! Məhəmməd peyğəmbər cəhənnəmi yerli Ərəbistan torpaqları kimi göstərmiş, cənnəti isə eynilə uzaqlardakı yaşıllıqlar kimi təsvir etmişdi. Din işğalları qaçılmaz idi. Ərəbistan elə cəhənnəm kimi bir yerdir. Mən cürbəcür mənbələrdən Ərəbistan yarımadasının bu cəhənnəm sayaq, dəhşətli, acınacaqlı və qorxulu iqlimini öyrəndikcə, əzabkeş olmağa məhkum olmuş ərəblərə yazığım gəlirdi, az qalırdım ki, Şərqin evini yıxdıqlarına baxmayaraq, onları hətta bağışlayım da.

Tarixi mənbələrdə məlumatlar var ki, ərəblər işğalçı islam ordusu içində Azərbaycan kimi “cənnətməkan”ları gəlib gördükdən sonra, geri qayıtmaq istəmir və Xilafət rəhbərliyindən birdəfəlik “cənnət”də qalmaq üçün icazə istəyirdilər.

Cəhənnəmin yerdə olduğunu kəşf edən ərəb elə cənnətin də yerdə olduğuna, amma sadəcə olaraq başqa ölkələrdə olduğuna inandı. Çünki cənnəti əvvəlcə Quranda xəyal edən, sonra isə onu yer üzündə axtaran ərəb əslində öz təbiətindən qaçırdı. İslam ərəblərin təbiətə qarşı qiyamıdır. Heç nəyin ortasında hər şey! Quran deyir ki, insanın (ərəbin!) xilası əbədi qalacağı cənnəti qazanmaqdır. Bundan sadə nə deviz ola bilərdi yazıq bədəvi üçün. Öz tezisimə qüvvət olaraq onu da xatırladım ki, yerdəki cənnətə doğru yürüş elə Peyğəmbərin sağlığında, onun öz başçılığı altında başlamışdı... Ərəb Babək Xürrəmdinə islam dini gətirmirdi, əksinə, islam dini ərəbi Babəkin üstünə yollayırdı.

Подпись удалена админом

Ссылка на комментарий
Поделиться на других сайтах

open your eyes

Görsənir bu anti-islam "Alma" qəzetinə yaman vurulmusan,ya da ki onun təbliğatçılarından birisən.Hə bir mənə cavab ver görək bu cənnət -cəhənnəm məfhumu ilk dəfə İslam mənbələrində gəlib?Guya bunlardan İncil,Tovratda bəhs edilməyib?Həmin cənnətin elə kimi təsviri ərəblərin beyin məhsulu deyil.Yalanı yazanda da elə yazın ki bir az inandırıcı olsun.

3 dinin (islam,xristianliq,iudaizm) cennetlerinin tesviri semit (ereb+yehudi) tefekkurunun mehsuludur.

Bu sözlərin kopyaladığın məqaləyə ziddir.Orda guya elə qələmə verilir ki,səhralarda yaşayan ərəblər bunu xəyal edib özündən uydurublar.

Hech de zidd deyil. Xalqin tefekkurun formalashmasinda siyasi-iqtisadi proseslerle yanashi, yashadiqi olkenin cografi movqeyi ve s. de tesir edir. Ve meqalede subut olunub ki, qurandaki cennet eslinde insan tefekkurunun mehsuludur.

Подпись удалена админом

Ссылка на комментарий
Поделиться на других сайтах

Mən səbirsizliklə Al-Fathın buna cavabını gцzləyirəm. Mьsəlmanla dini mьbahisə .rmaq asandır, amma kafirlə зətin, halbuki kafiri susdurmaq lazımdır, mədəni yolla, dəlillə. Deyirəm, bəlkə əhli sьnnəyə qarşı başladığın "xaз yьrьşь"nьn heз olmasa 1%-ni də burda kafirlərə qarşı həyata keзir.

Изменено пользователем Ali_
Ссылка на комментарий
Поделиться на других сайтах

open your eyes

Görsənir bu anti-islam "Alma" qəzetinə yaman vurulmusan,ya da ki onun təbliğatçılarından birisən.Hə bir mənə cavab ver görək bu cənnət -cəhənnəm məfhumu ilk dəfə İslam mənbələrində gəlib?Guya bunlardan İncil,Tovratda bəhs edilməyib?Həmin cənnətin elə kimi təsviri ərəblərin beyin məhsulu deyil.Yalanı yazanda da elə yazın ki bir az inandırıcı olsun.

3 dinin (islam,xristianliq,iudaizm) cennetlerinin tesviri semit (ereb+yehudi) tefekkurunun mehsuludur.

Bu sözlərin kopyaladığın məqaləyə ziddir.Orda guya elə qələmə verilir ki,səhralarda yaşayan ərəblər bunu xəyal edib özündən uydurublar.

Hech de zidd deyil. Xalqin tefekkurun formalashmasinda siyasi-iqtisadi proseslerle yanashi, yashadiqi olkenin cografi movqeyi ve s. de tesir edir. Ve meqalede subut olunub ki, qurandaki cennet eslinde insan tefekkurunun mehsuludur.

Cenab open_your_eyes! Hech olmasa bir ozun de gozlerini ach. Demeli bele... Deyirsen ki, Qurandaki cennet insan tefekkurunun mehsuludur? Umumiyyetle Quran ozu de yeqin ki beledi Senin fikrince elemi?

Siz ki, cografi movqeyin insan tefekkurune tesirini iddialarinizin temeli olaraq qoymusunuz, hech dushunmursunuzmu ki, Quranin nazil oldugu esrde insanlarin tefekkuru hansi seviyyede idi ve onlar bu uca telimleri hardan chixara bilerdiler? Herif taniyanlarinin sayi barmaq ile sayilan bir cemiyyetde hardan chixa bilerdi bu yuksek ilahi maarif?

İddialarinizi subut elemek uchun eger siz Quranin mubarize telebine cavab vererek ona benzer bir shey getirseniz, dediklerinizin heqiqet olmasina inanariq. Bele ki, Quranin nazil olmasindan 14 esr kechib. Bu hesabla siz de bir insan olaraq ona benzer sheyler demek qudretinde olmalisiniz. Hele QUrana benzer bir-iki kelme deyin gorek.

و لما رأيت الجهل في الناس فاشياً

تجاهلت حتي ظنوا اني جاهل

فوا عجبا كم يدعي الفضل ناقص

فوا اسفا كم يظهر النقص فاضل

Danmasaydi Alinin haqqini nadanlar eger,

Indi din ichre inan birce xeta olmaz idi

Haci Yashar Cahid

Ссылка на комментарий
Поделиться на других сайтах

Cenab open_your_eyes! Hech olmasa bir ozun de gozlerini ach. Demeli bele... Deyirsen ki, Qurandaki cennet insan tefekkurunun mehsuludur? Umumiyyetle Quran ozu de yeqin ki beledi Senin fikrince elemi?

Duzdur, eger qurandaki tesvir edilen cenneti insan tefekkurunun mehsulu sayiramsa, sozsuz ki qurani da inaniram ki insanlar yazib.

Siz ki, cografi movqeyin insan tefekkurune tesirini iddialarinizin temeli olaraq qoymusunuz, hech dushunmursunuzmu ki, Quranin nazil oldugu esrde insanlarin tefekkuru hansi seviyyede idi ve onlar bu uca telimleri hardan chixara bilerdiler? Herif taniyanlarinin sayi barmaq ile sayilan bir cemiyyetde hardan chixa bilerdi bu yuksek ilahi maarif?

Siz menim yazimi gerek diqqetle oxuyardiz. Men cografi movqeyin (isti hava sheraiti ve sehraliq) konkret olaraq Qurandaki cennetle bagladim. Yeni ki ereblerin cografi movqeyi onlarin cennet ve cehennem ideyalarina da tesir edib. Bilirsiz buna gore ise hech elm lazim deyil. Insanin beyni shuur ve altshuura bolunur, ve bunlar hamisi altshuura yigilir, yeni bunun uchun elm lazim deyil. Altshuurun ne olduqu ile maraqlansaz basha dushersiz ne dediyimi.

O ki qaldi Quranin diger maddelerine beli raziyam ki orada insan daxili alemi ile bagli yazilar (anatomiya) ve s. vardir, ancaq bu 7-ci esre aiddir. Qurandaki bu yazilar Cin ve Hind medeniyyetlerinden goturulmushdur. Eslinde Sherq medeniyyeti deyende Islam medeniyyeti deyil, Chin ve Hindistan medeniyyeti basah dushulmelidir.

İddialarinizi subut elemek uchun eger siz Quranin mubarize telebine cavab vererek ona benzer bir shey getirseniz, dediklerinizin heqiqet olmasina inanariq. Bele ki, Quranin nazil olmasindan 14 esr kechib. Bu hesabla siz de bir insan olaraq ona benzer sheyler demek qudretinde olmalisiniz. Hele QUrana benzer bir-iki kelme deyin gorek.

Benzer deyendeki, Qurandan daha ustun kitablar Charles Darwin, Karl Marks, Erix Fromm'un kitablarini gostere bilerem.

Tekce Karl Marks ozu bellke de dunyaya gelmish en Dahi insandir.

Подпись удалена админом

Ссылка на комментарий
Поделиться на других сайтах

Duzdur, eger qurandaki tesvir edilen cenneti insan tefekkurunun mehsulu sayiramsa, sozsuz ki qurani da inaniram ki insanlar yazib.

Bəli, həqiqətən Quranı insanlar yazıb, məsələ orasındadır ki, Quranı Allah yaradıb. Sadəcə onu kağız üzərinə insan köçürüb.

O ki qaldi Quranin diger maddelerine beli raziyam ki orada insan daxili alemi ile bagli yazilar (anatomiya) ve s. vardir, ancaq bu 7-ci esre aiddir. Qurandaki bu yazilar Cin ve Hind medeniyyetlerinden goturulmushdur. Eslinde Sherq medeniyyeti deyende Islam medeniyyeti deyil, Chin ve Hindistan medeniyyeti basah dushulmelidir.

Əgər siz Həzrəti Muhamməd (salləllahu aleyhi və Alihi və salləm) adlı şəxsiyyətin həqiqətən mövcud olmasına inanırsınızsa deməli bunun ondan bəhs edən tarixi mənbələrdən öyrənirsiniz. Bütün mənbələrdə göstərilib ki, Həzrəti Muhamməd (s) savadsız, yazıb-oxumağı belə bilməyən kəs olub. Onda necə olur ki, o, Çin və Hindistan mədəniyyətini bu qədər dolğun əks etdirir?

Benzer deyendeki, Qurandan daha ustun kitablar Charles Darwin, Karl Marks, Erix Fromm'un kitablarini gostere bilerem.

Tekce Karl Marks ozu bellke de dunyaya gelmish en Dahi insandir.

Maraqlıdır ki, insanlığın heyvandan törədiyini iddia edənləri alim sayırsınız. Məsələn, elə götürək alimlik iddiasında olmuş Çarlz Darvini. O, ən məntiqsiz iddianı irəli sürmüşdür. İndi gedin bir meymun tapın, onu əməyə öyrədin, görün insana çevriləcək? Çevrilməsə bilin ki, qiyamət günü nə diləsiniz də xeyri olmayacaq. Yox əgər o çevrilib insan olsa, sizinlə danışsa, məsləhətlər versə bilin ki, haqqsınız. Gedin o zoopark, o da siz!

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Ссылка на комментарий
Поделиться на других сайтах

[

Duzdur, eger qurandaki tesvir edilen cenneti insan tefekkurunun mehsulu sayiramsa, sozsuz ki qurani da inaniram ki insanlar yazib.

Vetendash, Quranin nazil olmasindan 1400-den chox bir zaman kechir. Hemin muddetde besheriyyetin muxtelif sahelerdeki inkishafinin ne qeder boyuk olmasinda ise hech danishmaga deymez. Bes bele ise ne uchun sizin dediyiniz bu insan ortaya Qurana benzer bir hidayet kitabi qoya bilmir? Bax, 1400 il bundan qabaq insanlar at-eshshekle gezirdi? indi ise teyyare ile gezir/ Butun sahelerde inkishaf bu qeder muqayiseye sigmayan derecededir. Amma insanlarin menevi inkishafi sagesinde dine, xususile Islama neinki alternativ yoxdur, niye? Olmaya insanlarin beyni bu sahede donub? Belke Islam en idealini getirib ona gore? Eger ikincisini sechmeyeceksinizse (yazinizdan bele melumdur) bes niye yoxdur alternativ???

O ki qaldi Quranin diger maddelerine beli raziyam ki orada insan daxili alemi ile bagli yazilar (anatomiya) ve s. vardir, ancaq bu 7-ci esre aiddir. Qurandaki bu yazilar Cin ve Hind medeniyyetlerinden goturulmushdur. Eslinde Sherq medeniyyeti deyende Islam medeniyyeti deyil, Chin ve Hindistan medeniyyeti basah dushulmelidir.

Olmadi da! Bilirsiz, bura bir neche sual chixir ortaya. Birincisi, siz ve size bu sheyleri oyredenler gerek subut edesiz ki, QUranin dedikleri hemin vaxt Chin ve ya Hind medeniyyetinde olub. Belke de siz bu iddiani 1400 bundan qabaq etseydiniz kimlerese inandirici gorune bilerd. Amma bu gun nagila benzeyir bunlar. Chunki eger Chin ya Hind medeniyyetinde bele bir shey olsaydi, muselmanlarin gozune soxardilar bunu ki baxin bizde var idi siz bizden ogurlamisiz. Diger terefden QUrani kim yazib? Peygember (s)? Eger Peygember (s) yazibsa hardan bilirdi Peygember Chin ve Hind medeniyyetini? Hemin vaxt Erebistanin Chinle elaqesi sizin bu gun nerdivanla aya chixmaginzidan qat-qat chetin idi. Hardan oyrenmishdi Peygember bunlari????

VAllah, gulmeli soz danishirsiz. Men sizi basha dushurem, belke de sizin de choreyiniz bele sheylerden chixir, amma her halda camaati ozunuze guldurmemeyiniz meslehetdir.

Benzer deyendeki, Qurandan daha ustun kitablar Charles Darwin, Karl Marks, Erix Fromm'un kitablarini gostere bilerem.

Tekce Karl Marks ozu bellke de dunyaya gelmish en Dahi insandir.

Bunlar sizin (savad ve IQ-nuzun ne qeder olmasi melum deyil) shexsi fikirleriniz ola biler. Amma bunu neinki muselman hech qeyri-muselmanlarin yaninda demeyin. Chunki barenizde pis fikirlesherler. Karl Marksi hech olmasa bu yaxinlarda dunyanin 100 ziyalisi ichinde birinci yeri tutan Fetulla Gulenle muqayise etseydiniz, deyerdim ki adamdi da bu da bele fikirleshir. Amma onu Quranla muqayiseniz sizin ya 1918-ci ilde yashamaginzidan xeber verir ya da hansisa bashqa meqsedlere qulluq etmeyinizden. Karl Marks siz deyen seviyyededirse ve dunya onun evezine QUrana uz tutursa (bunu dunyanin istenilen yerindeki statistik gostericilerden oyrene bilersiniz) demeli sizin mentiqinize gore besheriyyetin bashi xarab olub ve dala gedir. Butun besheriyyete bele hormetsiz baxmaginiz ise yene sizin barenizde yaxshi dushunmemeye esas verir.

و لما رأيت الجهل في الناس فاشياً

تجاهلت حتي ظنوا اني جاهل

فوا عجبا كم يدعي الفضل ناقص

فوا اسفا كم يظهر النقص فاضل

Danmasaydi Alinin haqqini nadanlar eger,

Indi din ichre inan birce xeta olmaz idi

Haci Yashar Cahid

Ссылка на комментарий
Поделиться на других сайтах

Bəli, həqiqətən Quranı insanlar yazıb, məsələ orasındadır ki, Quranı Allah yaradıb. Sadəcə onu kağız üzərinə insan köçürüb.Əgər siz Həzrəti Muhamməd (salləllahu aleyhi və Alihi və salləm) adlı şəxsiyyətin həqiqətən mövcud olmasına inanırsınızsa deməli bunun ondan bəhs edən tarixi mənbələrdən öyrənirsiniz. Bütün mənbələrdə göstərilib ki, Həzrəti Muhamməd (s) savadsız, yazıb-oxumağı belə bilməyən kəs olub. Onda necə olur ki, o, Çin və Hindistan mədəniyyətini bu qədər dolğun əks etdirir?

Men inaniram Mehemmed peygember savadsiz olub, ancaq fikir vermisense savadsiz insanlarda Yaddash daha guclu olur, neinki yazib-oxumaqi bacara bilen insanlarda. Bu danilmaz faktdir. Elece de Mehemmed peygember ushaqliqda tacir ailesi ile seyahete tez-tez chixdiqindan mushahide etmek hissi onda guclu olmushdur. Ele bu sebebdende Quranin bezi maddelerinde Chin ve Hindistan medeniyyetinden insanliqa aid olan elmi melumatlara rast gelirik. Ikinci terefden Quranin esli var ya yox bele sual altindadir.

Belelki Mehemmed peygember qurani ozu yox, onun olumunden sonra yazmishlar. Haradandir o fakt ki quran onun dediyi kimi kochurulub + onun olumunden sonra. Diger terefden eger Mehemmed peygember qurana bele onem verirdise neye gore Yazili vesiyyet qoymamishdir ki quran yaziya alinsin. Bu suallarin cavablari meni maraqlandirir.

Maraqlıdır ki, insanlığın heyvandan törədiyini iddia edənləri alim sayırsınız. Məsələn, elə götürək alimlik iddiasında olmuş Çarlz Darvini. O, ən məntiqsiz iddianı irəli sürmüşdür. İndi gedin bir meymun tapın, onu əməyə öyrədin, görün insana çevriləcək? Çevrilməsə bilin ki, qiyamət günü nə diləsiniz də xeyri olmayacaq. Yox əgər o çevrilib insan olsa, sizinlə danışsa, məsləhətlər versə bilin ki, haqqsınız. Gedin o zoopark, o da siz!

Gelin tehqirsiz ve emosiasiz diskusiya .raq. Her halda men Mehemmed peygemberi tehqir etmedim, elece de Siz de Menim deyer verdiyim insanlara hormet edin eger imkan varsa. Tekamul nezeriyyesine geldikde teessuf edirem ki, bu kitab haqda bir shey bilmeden yazi yazirsiz. Carlz Darvin demirdi ki, insan meymundan yaranib. Hem de ki siz indi gorduyunuz shimpanze ve qorilladan yox. Pitekantropun tekamul etmesinden yaranib insan. SADECE bir fakt Insan ve Shimpanzenin genetikasi 97% eynilik teshkil edir. Bu nece olur?

Подпись удалена админом

Ссылка на комментарий
Поделиться на других сайтах

Vetendash, Quranin nazil olmasindan 1400-den chox bir zaman kechir. Hemin muddetde besheriyyetin muxtelif sahelerdeki inkishafinin ne qeder boyuk olmasinda ise hech danishmaga deymez. Bes bele ise ne uchun sizin dediyiniz bu insan ortaya Qurana benzer bir hidayet kitabi qoya bilmir? Bax, 1400 il bundan qabaq insanlar at-eshshekle gezirdi? indi ise teyyare ile gezir/ Butun sahelerde inkishaf bu qeder muqayiseye sigmayan derecededir. Amma insanlarin menevi inkishafi sagesinde dine, xususile Islama neinki alternativ yoxdur, niye? Olmaya insanlarin beyni bu sahede donub? Belke Islam en idealini getirib ona gore? Eger ikincisini sechmeyeceksinizse (yazinizdan bele melumdur) bes niye yoxdur alternativ???

Duzdur progress gedib son 1400 il erzinde ancaq men bu progressi heqiqi progress adlandirmiram, daha dogrusu tam, esl progress. Progress cemiyyetde olub, ancaq insanin progressi lazimdir mene. Men inaniram ki bu progress haradasa Karl Marksin eserlerindedir.

Alternativ var islama ozude choxdur. Islama en radikal alternativ Ateizmdir. Unutmayin ki Xristianliqi bir din kimi mehz ateizm chokdurdu. Islama diger alternativlerden ise Buddizm, Daoizm ve diger Sherq dinlerini gostermek olar.

Ideal yoxdur, Ideal kapitalizmin insanlarin beynine yeritdiyi bir ideyadir. Ideal hech ne yoxdur, ne islam, ne de ki ateizm ideal ola bilmez. Bu ancaq ve ancaq sechim meselesidir.

Olmadi da! Bilirsiz, bura bir neche sual chixir ortaya. Birincisi, siz ve size bu sheyleri oyredenler gerek subut edesiz ki, QUranin dedikleri hemin vaxt Chin ve ya Hind medeniyyetinde olub. Belke de siz bu iddiani 1400 bundan qabaq etseydiniz kimlerese inandirici gorune bilerd. Amma bu gun nagila benzeyir bunlar. Chunki eger Chin ya Hind medeniyyetinde bele bir shey olsaydi, muselmanlarin gozune soxardilar bunu ki baxin bizde var idi siz bizden ogurlamisiz. Diger terefden QUrani kim yazib? Peygember (s)? Eger Peygember (s) yazibsa hardan bilirdi Peygember Chin ve Hind medeniyyetini? Hemin vaxt Erebistanin Chinle elaqesi sizin bu gun nerdivanla aya chixmaginzidan qat-qat chetin idi. Hardan oyrenmishdi Peygember bunlari????

VAllah, gulmeli soz danishirsiz. Men sizi basha dushurem, belke de sizin de choreyiniz bele sheylerden chixir, amma her halda camaati ozunuze guldurmemeyiniz meslehetdir.

Men hech kimi ozume guldurmurem, her halda diskusiyani siz bashladiz, davam etmek isteyirsizse, raziyam. Ancaq buir shertle ki medeni diskusiya olsun. Hind ve Chin medeniyyetinin nece oyrenilmesine geldikde yuxaridaki usere yazdiqim cavablardan oxu.

Bunlar sizin (savad ve IQ-nuzun ne qeder olmasi melum deyil) shexsi fikirleriniz ola biler. Amma bunu neinki muselman hech qeyri-muselmanlarin yaninda demeyin. Chunki barenizde pis fikirlesherler. Karl Marksi hech olmasa bu yaxinlarda dunyanin 100 ziyalisi ichinde birinci yeri tutan Fetulla Gulenle muqayise etseydiniz, deyerdim ki adamdi da bu da bele fikirleshir. Amma onu Quranla muqayiseniz sizin ya 1918-ci ilde yashamaginzidan xeber verir ya da hansisa bashqa meqsedlere qulluq etmeyinizden. Karl Marks siz deyen seviyyededirse ve dunya onun evezine QUrana uz tutursa (bunu dunyanin istenilen yerindeki statistik gostericilerden oyrene bilersiniz) demeli sizin mentiqinize gore besheriyyetin bashi xarab olub ve dala gedir. Butun besheriyyete bele hormetsiz baxmaginiz ise yene sizin barenizde yaxshi dushunmemeye esas verir.

Qurana kim uz tutur? Eksine son 15 ilde en chox artan ateizm, ikinci yer zerdushtuluk, uchuncu yer ise buddizm olmushdur. Eger razilashsaqda ki islam chox artan dindir, bu hechne demir. Chunki chox olan, hech de her zaman yaxshi olmur.

Marksizm ve islama geldikde, marksizmin oyrenilmesi uchun guclu tehsile malik olmalisansa, ancaq muselman olmaq uchun bir kelme demeyin kifayetdir. Eger Marksizm, NeoPlatnizm ve diger bu kimi cereyanlar da islam, xristianliq kimi besit olsaydi onda saylari milyardlarla olardi. Bunu men demirem, bu subut olunub.

Подпись удалена админом

Ссылка на комментарий
Поделиться на других сайтах

Elece de Mehemmed peygember ushaqliqda tacir ailesi ile seyahete tez-tez chixdiqindan mushahide etmek hissi onda guclu olmushdur. Ele bu sebebdende Quranin bezi maddelerinde Chin ve Hindistan medeniyyetinden insanliqa aid olan elmi melumatlara rast gelirik. Ikinci terefden Quranin esli var ya yox bele sual altindadir.

Saxla düşən var.Əvvəla Tarix kitablarında Mühəmməd Peyğəmbər (ə.s)-ın 2 dəfə ticarət etməsi barədə məlumat var. Və bu sərhədlərin də Suriyadan uzağa olmaması da məlumdur. Quranın əsli olub olmaması barədə məlumatı da sən nə cür təsdiq edə bilərsən ki? Bir kərə sən Allahı qəbul etmirsən.

Haradandir o fakt ki quran onun dediyi kimi kochurulub + onun olumunden sonra. Diger terefden eger Mehemmed peygember qurana bele onem verirdise neye gore Yazili vesiyyet qoymamishdir ki quran yaziya alinsin. Bu suallarin cavablari meni maraqlandirir.

İlk öncə sən yenə kor gözünü aç və Peyğəmbər tarixini(siyərləri) yaxşı oxu.Hələ Peyğəmbərin öz sağlığında Qurani Kərimin katibləri (yazıya alanlar) və hafizləri (yadda saxlayanlar) var idi. Bunlar Əbu Musa əl-Əşari, Hz.Əli(ə.s), Osman ibn Əfvan, Übeyy, İbn Məsud,Zeyd, Əbu Dərda və sairləri idi. Məşhur tarixçi alim Zərkeşi ozünün Əl-burhan adlı əsərinin 1-ci cildinin, 242-243-cü səhifələrində qeyd edir ki, bu adları sadalanan 7 şəxs Hz.Peyğəmbərin sağlığında vəhi əzbərləyib hifz edib, yazıya alaraq Hz.Peyğəmbərə təqdim etmişlər.

Ссылка на комментарий
Поделиться на других сайтах

Men inaniram Mehemmed peygember savadsiz olub, ancaq fikir vermisense savadsiz insanlarda Yaddash daha guclu olur, neinki yazib-oxumaqi bacara bilen insanlarda. Bu danilmaz faktdir. Elece de Mehemmed peygember ushaqliqda tacir ailesi ile seyahete tez-tez chixdiqindan mushahide etmek hissi onda guclu olmushdur. Ele bu sebebdende Quranin bezi maddelerinde Chin ve Hindistan medeniyyetinden insanliqa aid olan elmi melumatlara rast gelirik. Ikinci terefden Quranin esli var ya yox bele sual altindadir.

Xahiş edirəm ki, gülməli fikirlər səsləndirməyəsiniz. Bəli, savadsız insanların yaddaşı güclü olur. Amma Çin və Hindistan mədəniyyətini öyrənmək, əks etdirmək üçün insanda ən azı müəyyən savad səviyyəsi olmalıdır. Məgər Həzrəti Peyğəmbər (s) Çinə və ya Hindistana səfər etmişdi? Ərəbistan yarımadasında ticarətlə məşğul olmaq, karvan səfərləri etmək buna imkan verirmi? Şərq mədəniyyətində bəzi tibbi məlumatlar əks oluna bilər, amma Çin mədəniyyəti astronomik nəzəriyyələr üzərində bu qədər ixtisaslaşıbmı?

Şərq mədəniyyətində:

1- Göyün 7 təbəqədən təşkil olunması.

2- Dənizlər arasında "tirlərin" mövcudiyyəti və suların bir-birinə qarışmaması.

3- Kometlər və asteroidlər haqqında məlumatlar.

4- Molekulların atomlardan təşkil olunması haqqında məlumatlar o vaxt əks olunmuşdumu?

Belelki Mehemmed peygember qurani ozu yox, onun olumunden sonra yazmishlar. Haradandir o fakt ki quran onun dediyi kimi kochurulub + onun olumunden sonra. Diger terefden eger Mehemmed peygember qurana bele onem verirdise neye gore Yazili vesiyyet qoymamishdir ki quran yaziya alinsin. Bu suallarin cavablari meni maraqlandirir.

Əvvəla qeyd etdiyim kimi Peyğəmbər (s) özü yazıb-oxuya bilmirdi. İkincisi də İslam tarixi haqqında kifayət qədər məlumatın olsaydı bilərdin ki, Qurani-Kərim Həzrət Peyğəmbərin (s) dövründə yazılmışdı. Sadəcə yeni-yeni ayələr nazil olduğundan kitab şəklinə salınmamışdı. Elə Peyğəmbərin (s) özü yaxın şəxslərinə Quranl kitab halına gətirməyi vəsiyyət etmişdi. İkincisi Quranı bir neçə nəfər heç vaxt təhrif edə bilməzdi. Çünki saysız-hesabsız səhabə onu əzbər bilirdi. Bu suallar heç vaxt müzakirə olunmayıb. İslamın bu günə qədər lider din olması məhz Quranın toxunuzmazlığı ilə bağlıdır.

Gelin tehqirsiz ve emosiasiz diskusiya .raq. Her halda men Mehemmed peygemberi tehqir etmedim, elece de Siz de Menim deyer verdiyim insanlara hormet edin eger imkan varsa. Tekamul nezeriyyesine geldikde teessuf edirem ki, bu kitab haqda bir shey bilmeden yazi yazirsiz. Carlz Darvin demirdi ki, insan meymundan yaranib. Hem de ki siz indi gorduyunuz shimpanze ve qorilladan yox. Pitekantropun tekamul etmesinden yaranib insan. SADECE bir fakt Insan ve Shimpanzenin genetikasi 97% eynilik teshkil edir. Bu nece olur?

Sizin bu sualınıza cavab olaraq altda indi bir az böyük məqalə qoyuram. Xahiş edirəm onu vaxt eliyib oxuyasınız, sonra cavab verəsiniz.

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Ссылка на комментарий
Поделиться на других сайтах

Darvinizmin ideoloji çöküşü

Darvinizmi yalnız elm dünyasına aid bir iddia olmaqdan çıxarıb, bütün cəmiyyət üçün əhəmiyyətli hala gətirən cəhət nəzəriyyənin ideologiyasıdır. Bütün canlıların, o cümlədən insanın necə yaradıldığı sualına verməyə çalışdığı cavaba görə Darvinizm bəzi fəlsəfələrin, dünyagörüşlərinin və siyasi ideologiyaların əsasını təşkil edir. Burada Darvinizmin bu idologiyasının xüsusilə türk dövləti və milləti ilə əlaqədar olan iki yönünə toxunacağıq. Bunlardan biri Darvinizmlə materialist fəlsəfə arasındakı əlaqədir. Digəri isə Darvinizmlə irqçilik, ələlxüsus da türk düşmənçiliyi arasındakı çox az bilinən, lakin önəmli bağlantıdır. Əvvəlcə söhbətimizə birinci əlaqədən başlayaq. Materialist fəlsəfə, yaxud başqa cür ifadə etsək, "maddəçilik" tarixi Qədim Yunanıstana qədər uzanan bir düşüncə sistemidir. Materializm maddənin yeganə varlıq olduğuna əsaslanır. Materialist fəlsəfəyə görə, maddə sonsuzdan bəri mövcuddur, sonsuza qədər də olacaqdır. Yenə bu fəlsəfəyə görə, maddədən başqa heç bir varlıq yoxdur. Təbii ki, materializmin bəzi siyasi yönləri də var. Bunların başında heç şübhəsiz ki, kommunizm gəlir. Əsas kommunizm ideoloqları hesab edilən Karl Marks və Fridrix Engels həm də dialektik materializmin baniləridir. Kommunizm isə materialist fəlsəfənin Marks və Engels tərəfindən sosial elmlərə tətbiq edilməsindən başqa bir şey deyil. Kommunizm bu gün tarixin dərinliklərində qalmış bir ideologiya kimi görsənir, halbuki həqiqətdə hələ də öz təsirini itirməyib. Darvinizm isə bu nöqtədə böyük önəm qazanır. Çünki Darvinizm, ya da təkamül nəzəriyyəsi canlıların yaradılmadığını, təsadüfən meydana gəldiklərini iddia etdiyi üçün materialist ideologiyalar tərəfindən qəbul edilmiş, xüsusilə kommunizmin "əsas dayağı" sayılmışdır. Kommunist ideologiyanın bütün öndə gedən fikir liderləri bu nəzəriyyəni olduğu kimi qəbul etmişlər və ideologiyalarını buna əsaslandırmışlar. Məsələn, Karl Marks 1860-cı ildə Fridrix Engelsə yazdığı bir məktubunda Darvinin kitabı haqda "bizim fikirlərimizin təbii tarixi əsasını təşkil edən kitab budur" ifadəsini işlətmişdir (Convay Zirkle, Evolution, Marxian Biologu and the Social Scene. 1959, səh. 86). Yenə Marks 1861-ci ildə Ferdinand Lassalleyə yazdığı məktubda "Darvinin əsəri ("Cinslərin mənşəyi") böyük bir əsərdir və tarixdəki sinif mübarizəsinin təbiət elmi yönündən əsasını təşkil etdiyi üçün mənə çox uyğun görsənir" demişdir (K.Marx, F.Engels, Seçmə yazışmalar, 1884-1869). Buna oxşar şəkildə Çin kommunizminin qurucusu Mao Tze Dun da "Çin sosializminin bünövrəsini Darvinə və təkamül nəzəriyyəsinə əsaslandırdığını" açıq şəkildə bildirmişdir (K.Mehnert, Deutsche Verlags -Anstalt, Kampf iıum Maos Erbe., 1977). Kommunizmə qarşı .rılacaq fikri mübarizənin dolayısı ilə mütləq materialist fəlsəfəni və təkamül nəzəriyyəsini hədəf seçməli olduğu aydındır. Digər tərəfdən, təkamül nəzəriyyəsinin bir cəmiyyətdə geniş qəbul edilməsinin materializmi və dolayısı ilə kommunizmi bəsləyəcəyi də bəllidir.

Darvinizm və Türk düşmənçiliyi

Başqa bir önəmli mövzu isə Darvinizmin yuxarıda qeyd etdiyimiz ikinci ideologiyasıdır: Türk düşmənçiliyi. Təkamül nəzəriyyəsi kommunist ideologiyasının fikri dayağı olduğu kimi, Türk düşmənçiliyinin də fikri əsasıdır. Çünki nəzəriyyə insanları "aşağı irqlər" və "mədəni irqlər" kimi iki yerə ayırıb, uca Türk Millətini də "aşağı irqlər"ə aid edib. Nəzəriyyə türklərin tam insan olmadıqlarını, meymunla insan arasındakı canlılar olduqlarını və "gerçək insan irqi olan avropalılar" tərəfindən zaman-zaman yox ediləcəklərini iddia edir. Nəzəriyyənin banisi Çarlz Darvin bu fikrini çox yerdə açıq şəkildə bəyan edib. Məsələn, V.Grazam adlı bir dostuna 1881-ci il iyul ayının 3-də yazdığı məktubunda (sonralar oğlu Franqcis Darvin tərəfindən yazılan "The Life and Letters of Charles Darwin" adlı kitabın 1-ci cildinin 286-cı səhifəsində göstərilən "Leter to W.Graham" hissəsində də bildirildiyi kimi) bu ifadələri işlətmişdir: "Avropa irqləri kimi tanınan mədəni irqlər həyat mübarizəsində TÜRK BARBARLIĞINA qalib gəlmişdir. Dünyanın heç də uzaq olmayan gələcəyinə nəzər salanda, BU CÜR AŞAĞI İRQLƏRİN əksəriyyətinin mədəniləşmiş yüksək irqlər tərəfindən yox ediləcəyini görürəm". Darvinin Türk millətini hədəfə alan bu çirkin hərəkətləri bu gün neonasistlərin nəşrlərində itstifadə edilir və İnternet vasitəsilə on milyonlarla insana çatdırılır. Qərbin Sevrdən bu günə qədər dəyişməyən Əziz Türk Millətini kənarlaşdırmağa və əzməyə yönəlmiş axtarışlarının arxasında da bu irqçi və Türk düşməni olan fikirlər durur. Petr dozilərdən irqçi "daz"lara qədər bütün türk düşmənləri fikri dayaqlarını Darvinizmdən alırlar. Solingendə türklərin evlərinin dağıdılması, Bolqarıstanda Türklərə edilən zülmlər, keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) Türk xalqlarını illərlə əsarətdə saxlaması, Krım türklərini Sibirə sürgün etməsi, Özbək və Qırğız türklərinə təzyiq etməsi, ermənilərin Azərbaycandakı türklərə qarşı işğalçılıq siyasəti .rması, Kipr türklərinə olan haqsızlıqlar, Türkiyənin Avropa Birliyinə qəbul edilməməsi, Avropa dövlətlərinin türkləri öz aralarında görməmək üçün viza tətbiq etməsi, Avropa ölkələrinin və İtaliyanın Türkiyəyə qarşı olan düşmən siyasəti eyni irqçi anlayışın təzahürləridir. Bura qədər yazdıqlarımızdan da məlum olduğu kimi, Darvinizm Türk Dövlətinin və Millətinin qalıcılığını təhdid edən üç əsas fikri cərəyanın da guya elmi dayağıdır; kommunizm, bölücülük və Türk düşmənçiliyi təkamül nəzəriyyəsindən ilham alır. Bu mövzu çox əhəmiyyətlidir. Çünki yaradılışı rədd edərək, canlıların təsadüflər nəticəsində öz-özünə meydana gəldiklərini, dövr ötdükcə dialektik qaydalarla inkişaf etdiklərini iddia edən və Türk millətinə "aşağı irq" deyən bu düşüncə sisteminin yanlışlığı ortaya çıxarılmadığı təqdirdə, gənclərimizi yaxın gələcəkdə qaranlıq yönlərə .racağı təhlükəsi olduğu məlumdur. Bu iddialara etibar edən və təkamül nəzəriyyəsinin elmi tərəfi olduğunu düşünən gəncdən ölkəsinə, millətinə, bayrağına, dövlətinə bağlı olması, gözəl əxlaq, ailə təsisatının müqəddəsliyi kimi dəyərləri uca tutması gözlənə bilməz. Bu gəncin türklük düşməni və kommunist olmaqdan başqa seçəcəyi heç nə yoxdur. Yaddan çıxarılmamalıdır ki, darvinist gənclər yetişdirmək dövlətimizin və millətimizin başına böyük bir bəla gətirmək, "oturduğumuz budağı kəsmək" deməkdir. Bu, darvinizmin ideologiyasıdır. Digər tərəfdən, bu nəzəriyyə təkcə elmi nəzərlərlə incələnəndə də yenə ümumiliklə rədd edilməsi lazım gələn köhnə bir iddia olduğu aydınlaşır. Çünki XX əsrdə elmi inkişafı nəzəriyyənin iddialarını çox açıq şəkildə mənasız hala salmışdır. Sonrakı yazılarda təkamül nəzəriyyəsinin bəhs etdiyimiz elmi süqutunun qısa şəkildə xülasəsini verəcəyik.

Darvinizmin elmi süqutu

Təkamül nəzəriyyəsi tarixi qədim Yunanıstana qədər uzanan bir təlim olmasına baxmayaraq, ancaq 19-cu əsrdə əhatəli şəkildə ortaya çıxdı. Nəzəriyyəni elm dünyasının gündəminə salan ən mühüm məsələ Çarlz Darvinin 1859-cu ildə nəşr edilən "Cinslərin mənşəyi" adlı kitabı idi. Darvin bu kitabda müxtəlif canlı növlərinin Allah tərəfindən ayrı-ayrı yaradıldıqları gerçəyinə qarşı çıxırdı. Darvinə görə, bütün cinslər müştərək bir atadan gəlirdilər və zaman ötdükcə kiçik dəyişikliklərlə bir-birilərindən fərqlənmişdilər. Darvinin nəzəriyyəsinin heç bir maddi dəlili yox idi; özünün də qəbul etdiyi kimi, təkcə "məntiq ortaya atma" idi. Hətta Darvinin kitabındakı "Nəzəriyyənin çətinlikləri" başlıqlı uzun hissədə etiraf etdiyi kimi, nəzəriyyə daha çox mühüm sual qarşısında çat verirdi. Darvin nəzəriyyəsinin qarşısındakı çətinliklərin elmin inkişafı ilə birlikdə həll ediləcəyini, yəni elmi kəşflərin nəzəriyyəni gücləndirəcəyini zənn edirdi. Bunu kitabının çox yerində bildirmişdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə olaraq, nəzəriyyənin əsas iddialarını bir-bir sarsıdırdı.

Darvinizmin elm qarşısındakı məğlubiyyəti üç əsas başlıqda incələnə bilər:

1. Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.

2. Nəzəriyyənin ortaya atdığı "təkamül mexanizmləri"nin həqiqətdə təkamülləşdirici təsirə malik olduğunu göstərən heç bir elmi sübut yoxdur.

3. Fəsil qeydləri təkamül nəzəriyyəsinin tam əksini ortaya çıxarır. İndi bu əsas başlıqları əsas yönləri ilə incələyək.

Aydın olmayan ilk pillə: həyatın mənşəyi

Təkamül nəzəriyyəsi bütün canlı növlərinin təxminən 4 milyard il əvvəl dünyada ilk ortaya çıxan yeganə bir canlı hüceyrədən əmələ gəldiklərini iddia edir. Tək hüceyrənin milyonlarla kompleks canlı növünü necə meydana gətirdiyi və əgər həqiqətən bu cür bir təkamül olubsa, niyə bunun izlərinin fəsil qeydlərində tapılmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül mərhələsinin ilk pilləsində durmaq lazımdır: bəhs edilən o "ilk hüceyrə" necə ortaya çıxmışdır? Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün "ilk hüceyrə"nin heç bir plan və nizam-intizam olmadan, təbiət qanunları daxilində təsadüfən meydana gəldiyini iddia edir. Yəni bu nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, bilinən ən əsas biologiya qanunlarına zidd iddiadır.

"Həyat həyatdan gəlir"

Darvin kitabında həyatın mənbəyi barədə heç nə qeyd etməyib. Çünki onun dövründəki ibtidai elm canlıların çox sadə bir quruluşa malik olduqlarını qəbul edirdi. Orta əsrlərdən bəri inanılan və "Spontan Generasiya" adlanan nəzəriyyəyə görə, cansız maddələrin təsadüfən bir yerə yığışıb canlı bir varlıq meydana gətirəcəyinə inanırdılar. Bu dövrdə böcəklərin yemək artıqlarından, siçanların da buğdadan əmələ gəldiyinə şübhə etmirdilər. Bunu isbat edə bilmək üçün də qəribə təcrübələr .rmışdılar. Kirli bir parçanın üstünə bir az buğda qoyulmuş və bir az da gözləniləndən sonra bu reaksiyadan siçanların meydana gələcəyi zənn edilmişdi. Ətlərin qurdlaması da həyatın cansız maddələrdən meydana gəlməsinə dəlil sayılırdı. Halbuki, daha sonra bilinəcəkdi ki, ətlərin üstündəki qurdlar öz-özünə ortaya çıxmırlar, milçəklərin gətirib qoyduqları gözlə görsənməyən larvalardan çıxırlar. Darvinin "Cinslərin mənşəyi" adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddədən meydana gəldiyi inancı elm dünyasında qəbul edilirdi. Halbuki, Darvinin kitabının nəşr edilməsindən beş il sonra, məşhur fransız bioloq Luis Paster təkamülün əsası olan bu inancı qəti olaraq rədd etdi. Paster .rdığı çalışmalar və təcrübələrdən sonra gəldiyi nəticəni belə xülasə etmişdi: "Cansız maddələrin həyat əmələ gətirdikləri iddiası daha qəti olaraq tarixə basdırılmışdır." (Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origins of Life, New York: Marcel Dekkn, 1977, səh. 2). Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pasterin gəldiyi nəticələrə qarşı uzun müddət mübarizə .rdılar. Ancaq inkişaf edən elm canlı hüceyrənin mürəkkəb quruluşunu ortaya çıxarandan sonra həyatın öz-özünə meydana gəlməsi iddiasının çürüklüyü daha da aydın oldu.

20-ci əsrdəki nəticəsiz səylər

XX əsrdə həyatın mənşəyi mövzusunu ələ alan ilk təkamülçü məşhur rus bioloq Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrənin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq onun bu axtarışların nəticəsiz qaldı. Oparin bunu etiraf etməyə məcbur oldu: "Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsini bütövlükdə əhatə edən ən qaranlıq nöqtəni təşkil edir" (Alexander I Oprain, Origin of Life, (1936) New York: Dover Publications, 1953 (Repprint), səh. 196). Oparinin arxasınca gedən təkamülçülər həyatın mənşəyi mövzusunu bir yerə çıxara bilmək üçün təcrübələr .rmağa səy göstərdilər. Bu təcrübələrin ən məşhuru amerikalı kimyagər Stenli Miller tərəfindən 1953-cü ildə .rıldı. Miller ibtidai dünyanın atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə vasitəsilə birləşdirərək və bu reaksiyaya enerji əlavə edərək, proteinlərin tərkibində olan bir neçə üzvi (orqanik) molekulu (aminoasit) sintez etdi. Həmin illərdə əhəmiyyətli bir mərhələ kimi təqdim olunan bu təcrübənin nəticəsiz qaldığı və təcrübədə itifadə edilən atmosferin gerçək dünya atmosferindən çox fərqli olduğu gələcək illərdə ortaya çıxacaqdı ("New Evidence on Evolution of Early Atmosphere and Life", Bulletin of the American Meteorological Society, cild 63, noyabr 1982, səh. 1328-1330). Uzun müddət davam edən bu səssizlikdən sonra Millerin özü də istifadə elədiyi atmosferin həqiqi olmadığını etiraf etdi (Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7). Həyatın mənşəyi məsələsini açıqlamaq üçün 20-ci əsrdə .rılan bütün təkamülçü səylər həmişə nəticəsiz qaldı. San Dieqo Sqripps İnstitutundan tanınmış geokimyaçı Ceffri Bada təkamülçü "Earth" jurnalında 1998-ci ildə nəşr edilən bir məqalədə bu həqiqəti belə qəbul edir: "Bu gün 20-ci əsri arxada qoyarkən, hələ 20-ci əsrə daxil olanda sahib olduğumuz ən böyük həllini tapmamış problemlərlə qarşı-qarşıyayıq: həyat yer üzündə necə başladı?" (Jeffrey Bada, Earth, fevral 1998, səh. 40).

Həyatın kompleks quruluşu

Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda çox çətinliyə düşməsinin əsas səbəbi ən sadə hesab edilən canlı orqanizmlərin inanılmayacaq dərəcədə qarmaqarışıq qurulşa malik olmasıdır. Canlı hüceyrəsi insan oğlunun düzəltdiyi texniki məhsullardan daha da mürəkkəbdir. Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında da cansız maddələri bir yerə yığaraq, canlı hüceyrə əldə etmək mümkün deyil. Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər heç vaxt təsadüflərlə izah edilməyəcək qədər çoxdur. Hüceyrənin nüvəsində genetik məlumatları ehtiva edən DNT molekulu inanılması çətin də olsa, sanki bir məlumat bankıdır. Əgər insan DNT-nin saxladığı məlumatları kağıza köçürə bilsə, hər biri 500 səhifədən ibarət 950 cildlik bir kitabxana olacağı hesablanır. Hüceyrənin əsaslarından biri olan proteinlərin təsadüfi olaraq sintezləşmə ehtimalı isə 500 aminoasitlik yuvarlaq bir protein üçün 10.950-də (950-ni dipnot kimi yaz) 1-dir. Ancaq riyaziyyatda 10.50-də 1-dən aşağı olanlar "imkansız" sayılır. Şübhəsiz, əgər həyatın təsadüflərlə ortaya çıxmasının imkansız olduğu təsdiqlənirsə, bu vəziyyətdə onun fövqəltəbii şəkildə "yaradıldığını" qəbul etmək lazımdır. Bu həqiqət ən əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsinin açıq-aşkar mənasızlığını ortaya çıxarır. Cardiff Universitetindən Tətbiqi riyaziyyat və astronomiya professoru Çandra Vixramasinc həyatın yaradılmadığına on illər boyu inandırılmış bir elm adamı kimi elmi kəşflər nəticəsində qarşılaşdığı bu həqiqəti belə ifədə etmişdir: "Bir elm adamı kimi aldığım təhsil müddətində elmin hər hansı bir yaradılış qavramı ilə uyğunlaşamıyacağına dair çox güclü bir beyin təmizlənməsinə məruz qaldım. Bu qavrama şiddətlə əks münasibət olmalı idi... Amma indi Tanrıya inanmağı əsas götürən açıqlama qarşısında ortaya atlıcaq heç bir ağıllı arqument t. bilmirəm... Biz həmişə açıq bir zehnlə düşünməyə öyrəşdik və indi dilə gətirilə biləcək tək məntiqli cavabın yaradılış olduğu nəticəsinə gəlirirk, təsadüfi qarışıqlıqlar deyil" (Chandra Wickramasinghe, Interviewin London Daily Express, 14 avqust 1981).

Təkamülün xəyal mexanizmləri

Darvinin nəzəriyyəsini puç edən başqa ikinci böyük nöqtə nəzəriyyənin "təkamül mexanizmləri" kimi ortaya atdığı iki anlayışın da həqiqətdə heç bir təkamülləşdirici gücə malik olmadığının sübuta yetirilməsidir. Darvin ortaya atdığı təkamül iidasını tamamilə "təbii seleksiya" mexanizminə bağlamışdı. Bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da görsənirdi: "Cinslərin mənşəyi təbbi seleksiya yolu ilə..." Təbii seleksiya təbii seçmə deməkdir və təbiətdəki həyat mübarizəsində güclü və təbii şərtlərə uyğun olan canlıların həyatda qalacağı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən hürküdülən bir maral sürüsündə daha sürətli qaça bilənlər həyatda qalacaqlar. Beləliklə, maral sürüsü sürətli və güclülərdən meydana gəlməlidir. Ancaq əlbətə, bu mexanizm marallları təkamülləşdirməz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz. Dolayısı ilə, təbii seleksiya mexanizmi heç bir təkamülləşdirici gücə malik deyil. Darvin də bu həqiqətin fərqində idi və "Cinslərin mənşəyi" kitabında "faydalı dəyişikliklər meydana gəlmədiyi vaxtda təbii seleksiya heç nə edə bilməz" demək məcburiyyətində qalmışdı (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 189).

Lamarkın təsiri

Yaxşı, bu "faydalı dəyişikliklər" necə meydana gəldi? Darvin öz dövrünün ibtidai elm anlayışı daxilində bu suala Lamarka əsaslanaraq cavab verməyə çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloq Lamarka görə, canlılar həyatları boyu məruz qaldıqları fiziki dəyişiklikləri sonrakı nəslə ötürürlər, nəsildən-nəslə ötürülərək yığılan bu xüsusiyyətlər nəticəsində isə yeni cinslər meydana çıxır. Məsələn, Lamark deyirdi ki, zürafələr ceyranlardan əmələ gəliblər. Belə ki, hündür ağacların yarpaqlarını yemək üçün səy göstərərkən nəsildən-nəslə boyları uzanıb. Darvin də buna oxşar misallar gətirmiş, məsələn "Cinslərin mənşəyi" kitabında qida tapmaq üçün suya girən bəzi ayıların bir muddət sonra balinalara çevrildiyini iddia etmişdi (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 184). Amma Mendelin kəşf etdiyi və 20-ci əsrdə inkişaf edən genetika elmi ilə qətiləşən qalıtım qanunları, qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi əfsanəsini qəti olaraq dağıtdı. Beləliklə, təbii seleksiya bütünlüklə təsirsiz bir mexanizm olaraq qaldı.

Neodarvinizm və mutasiyalar

Darvinistlər isə bu vəziyyətə bir çözüm t. bilmək üçün 1930-cu illərin axırlarında "Müasir sintetik nəzəriyyə"ni, daha məşhur adı ilə desək, neodarvinizmi ortaya atdılar. Neodarvinizm təbii seleksiyanın yanına "faydalı dəyişikliklrin səbəbi" kimi mutasiyaları,yəni canlıların genlərinə radiasiya tək xarici təsirlərin, ya da köçürmə səhvləri nəticəsində meydana gələn pozuntuları əlavə etdi. Bu gün hələ də dünyada təkamül adına qəbul edilən model neodarvinizmdir. Nəzəriyyə yer üzündə olan milyonlarla canlı növünün, bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız kompleks orqanlarının "mutasiyalara", yəni genetik pozuntuqlara əsaslanan bir mərhələ nəticəsində əmələ gəldiyini iddia edir. Ancaq nəzəriyyəni kəsərsiz edən açıq bir elmi həqiqət var: mutasiyalar canlıları inkişaf etdirməzlər, əksinə, həmişə canlılara zərər verərlər. Bunun səbəbi çax sadədir: DNT çox kompleks bir quruluşa malikdir. Bu molekul üzərində meydana gələn hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı genekoloq B.G.Ranganathan bunu belə açıqlayır: "Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana gəlirlər və ən yaxşı ehtimalla təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamülçü bir inkişafa səbəb ola bilməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə xüsusiləşmiş bir orqanizmdə meydana gələn təsadüfi bir hal ya təsirsiz olacaq, ya da zərərli. Bir qol saatında meydana gələcək təsadüfi dəyişiklik onu inkişaf etdirməyəcəkdir. Böyük ehtimalla ona zərər verəcək və ya ən yaxşı ehtimalla təsirsiz qalacaq. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, əksinə onu dağıdar" (B.G.Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truch Trust, 1988). Bu günə qədər heç bir xeyirli mutasiya nümunəsi olmayıb. Bütün mutasiyaların zərərli olduğu müəyyənləşdi. Aydın oldu ki, təkamül nəzəriyyəsiinn "təkamül mexanizmi" kimi göstərdiyi mutasiyalar həqiqətdə canlılara ancaq ziyan verən, şikəst edən bir genetik hadisədir (İnsanlarda mutasiyanın ən çox görünən təsiri xərçəngdir). Əlbəttə, zərərverici bir mexanizm "təkamül mexanizmi" ola bilməz. Təbii seleksiya isə Darvinin də qəbul etdiyi kimi, "özbaşına heç nə edə bilməz". Bu həqiqət bizlərə təbiətdə heç bir "təkamül mexanizmi" olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə də təkamül deyilən xəyali mərhələ də ola bilməz.

Fəsil qeydləri: ara formalardan əsər yoxdur

Təkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin yaşanmış olmadığının ən açıq sübutu isə fəsil qeydləridir. Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birindən törəmişdir. İlk canlı növü vaxt keçəndən sonra başqa formaya çevrilmişi və bütün cinslər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə, bu dəyişiklik yüz milyon illər boyu sürərək, mərhələ-mərhələ inkişaf etmişdir. Bu vəziyyətdə, iddia edilən uzun dəyişiklik müddətində saysız "ara cinslər"in meydana gəlmiş və yaşamış olduqlarını qəbul etmək lazımdır. Məsələn, keçmişdə balıq xüsusiyyətləri özündə olmasına baxmayaraq, bir yandan da bəzi sürünənlərin xüsusiyyətlərini qazanmış yarı balıq-yarı sürünən canlılar yaşamış olmalıdır. Ya da sürünənlərin xüsusiyyətlərini gəzdirərkən, bir yandan da bəzi quş xüsusiyyətləri qazanmış sürünən-quşlar ortaya çıxmalıdır. Ancaq onlar keçid mərhələsində olduqları üçün şikəst, nöqsanlı və qüsurlu canlılar olmalıdırlar. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri məxluqlara "ara keçid forması" adını verirlər. Əgər həqiqətən keçmişdə bu cür canlılar yaşayıbsa, onda onların sayları və növləri milyonlarla, hətta milyardlarla olmalıdır. Və bu qəribə canlıların qalıqlarına mütləq fəsil qeydlərində rast gəlinməlidir. Darvin "Cinslərin mənşəyi"ndə bunu belə açıqlamışdır: "Əgər nəzəriyyə düzdürsə, cinsləri bir-birinə bağlayan saysız ara-keçid növləri mütləq yaşamalıdır... Bunların yaşadıqlarının sübutları da təkcə fəsil qalıqları arasında tapıla bilər. (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 179)".

Darvinin puç olan ümidləri

Ancaq 19-cu əsrin ortalarından bu yana dünyanın dörd bir tərəfində fəsil tədqiqatları .rılmasına baxmayaraq, bu ara keçid formalarına heç vaxt rast gəlinməyib. .rılan qazıntılarda və aşdırmalarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə, nöqsansız və qüsursuz ortaya çıxdıqlarını göstərmişdir. Tanınmış ingilis paleontoloq (fəsil elmi) Derek V. Ager təkamülçü olmasına rəğmən, bu gerçəyi belə etiraf edir: "Problemimiz budur: fəsil qeydlərini təfərrüatı ilə araşdıranda, istər cinslər, istər siniflər səviyyəsində olsun, davamlı olaraq həmişə eyni həqiqətlə qarşılaşırıq: mərhələli təkamüllə inkişaf edən yox, birdən Yer Kürəsində meydana gələn qruplar görürük. (Derek A. Ager, "The Nature of the Fossil Record", Proceedings of the British Geological Association, cild 87, 1976, səh. 133")". Yəni fəsil qeydlərində bütün canlı növləri aralarında heç bir keçid forması olmadan, nöqsansız şəkilləri ilə anidən oratya çıxırlar. Bu, Darvinin düşüncülərinin tam əksidir, canlı növlərinin yaradıldıqlarını göstərən çox güclü dəlildir. Çünki bir canlı növünün özündən təkamülləşdiyinin, heç bir ata olmadan bir anda və qüsursuz olaraq ortaya çıxmasının yeganə izahı o cinsin yaradılmasıdır. Bu həqiqət, məşhur təkamülçü bioloq Duqlas Futuyma tərəfindən də qəbul edilir: "Yaradılış və təkamül yaşayan canlıların mənşəyi haqqında ediləcək yeganə iki açıqlamadır. Canlılar dünya üzərində ya tamamilə mükəmməl və nöqsansız bir şəkildə ortaya çıxmışdır, ya da belə olmamışdır. Əgər belə olmayıbsa, onda bir dəyişiklik mərhələsi sayəsində özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamülləşərək, meydana gəlməlidirlər. Amma, əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxıblarsa, o halda sonsuz güc sahibi bir ağıl tərəfindən yaradılmalıdırlar. (Douglas J.Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983, səh. 197)". Fəsillər də canlıların yer üzündə qüsursuz və mükəmməl şəkildə ortaya çıxdıqlarını göstərir. Yəni cinslərin mənşəyi Darvinin zənninin əksinə olaraq, təkamül deyil, yaradılışdır.

Materialist inanc

Bura qədər araşdırdıqlarımız təkamül nəzəriyyəsinin elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil edən bir iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, ortaya atdığı təkamül mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və fəsillər olmasını nəzəriyyənin vacib saydığı ara formaların yaşamadıqlarını göstərir. Belə də əlbəttə, təkamül nəzəriyyəsinin elmə zidd bir fikir tək kənara atılması lazımdır. Tarix boyu təkamül modeli kimi bir çox düşüncə elmin gündəmindən çıxarılmışdır. Amma təkamül nəzəriyyəsini təkidlə elmi gündəmə gətirmək istəyirlər. Hətta bəzi adamlar nəzəriyyənin tənqidini "elmə hücum" kimi qələmə verməyə çalışırlar. Görəsən nəyə görə?... Bunun səbəbi təkamül nəzəriyyəsinin bəzi mühitlər üçün heç cür əldən buraxılmayacaq doqmatik bir inanc olmasıdır. Bu adamlar materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiətə verilə biləcək yeganə materialist izah olduğu üçün mənimsəyirlər. Bəzən bunu açıq şəkildə etiraf da edərlər. Harvard Universitetindən məşhur genekoloq və tanınmış təkamülçü olan Riçard Levontin "əvvəlcə materialist, sonra elm adamı" olduğunu belə etiraf edir: "Bizim materializmə bir etiqadımız var, "a priori" (əvvəlcədən qəbul edilmiş, doğru sayılan) bir inancdır bu. Bizi dünyaya materialist bir açıqlama gətirməyə məcbur edən şey elmin yöntəmləri və qaydaları deyil. Əksinə, materializmə olan "a priori" bağlılığımız üzündən dünyaya materialist açıqlama gətirən araşdırma üsulları və qavramları təqdir edirik. Materializm mütləq doğru olduğuna görə də İlahi bir açıqlamanın səhnəyə daxil olmasına icazə verə bilmərik (Richard Lewontin, "The Demon-Haunted World", The New York Review of Books, 9 yanvar, 1997, səh. 28). Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq ucbatından yaşadılan bir doqma olduğunun açıq ifadəsidir. Bu doqma maddədən başqa heç bir varlıq olmadığını qəbul edir. Buna görə də cansız, məntiqsiz maddənin həyatı yaratdığına inanır. Milyonlarla müxtəlif canlı növünün, məsələn, quşların balıqların, zürafələrin, qaplanların, böcəklərin, ağacların, çiçəklərin, balinaların və insanların cansız maddənin öz içindəki dəyişikliklərə, yəni yağan yağışla, çaxan şimşəklə onun içindən meydana gəldiyini qəbul edir. Həqiqətdə isə bu, həm ağla, həm də elmi gerçəkliklərə zidd qənaətdir. Amma darvinistlər "İlahi bir açıqlamanın səhnəyə girməməsi" üçün bu qənaəti müdafiə etməyə davam edirlər. Canıların mənşəyinə əvvəlcədən qəbul edilmiş materialist düşüncəylə baxmayan hər kəs isə bu açıq gerçəyi görəcəkdir: "Bütün canlılar üstün bir güc, məlumat və ağla sahib olan bir Yaradanın əsərləridir. O Yaradan bütün kainatı yoxdan yaradan, canlıları da yaradıb şəkilləndirən Allahdır". "Sən ucasan, bizə öyrətdiklərindən başqa heç nə bilmirik. Doğrudan da hər şeyi bilən və hikmət sahibi yalnız Sənsən!" ("Bəqərə", 2/32).

Harun YƏHYA

Çevirən: Elşad MİRİ

Изменено пользователем al-İslam

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Ссылка на комментарий
Поделиться на других сайтах

al-İslam qardaş ela meqaledir oxudum. Allah razı olsun.

Adı da olsun meqalenin Harun Yehyanın Darvini elmi delillerle sındırması :smoking:. mqalede her şey deyilib şerhe ehtiyac yox mence.

Aç qəlbinin gözünü ki, can görəsən,

Görülməyən şeyləri, yektən görəsən!

Ссылка на комментарий
Поделиться на других сайтах

Duzdur progress gedib son 1400 il erzinde ancaq men bu progressi heqiqi progress adlandirmiram, daha dogrusu tam, esl progress. Progress cemiyyetde olub, ancaq insanin progressi lazimdir mene. Men inaniram ki bu progress haradasa Karl Marksin eserlerindedir.

Sohbet proqresin heqiqi olub-olmamasinda deyil. Sual budur ki, 1400 il bundan evvel en savadsiz bir menteqenin yazib-oxumaq bilmeyen bir vetendashi ozunden Quran kimi bir eser qoya bilibse ortaya ve sizin iddianiza gore bu onun oz zehninin mehsuludursa, be niye aradan kechen bu 1400 ilde oan benzer bir shey qoyulmayib ortaya. Axi bu muddetde niye kimse Chin, Hind, Yunan, Iran ve ne bilim daha hansi medeniyyetleri oyrenerek daha mukemmel bir shey qoya bilmeyib ortaya? Axi zaman kechdikce hemin medeniyyetlerle tanish olmaq imkani daha rahat, melumat elde edib arashdirmaq daha asan olub?!

Alternativ var islama ozude choxdur. Islama en radikal alternativ Ateizmdir. Unutmayin ki Xristianliqi bir din kimi mehz ateizm chokdurdu. Islama diger alternativlerden ise Buddizm, Daoizm ve diger Sherq dinlerini gostermek olar.

:mikka: Xristianligi chokdure biler. Islamin ise hendeverinden keche bilmir. Islam bu gunki ushaq deyil ki, deyesen darixma onun da vaxti var. 1400 ildi ortadadi ve gun-gunden irelileyir ve ateistler donub dindar olurlar. :mikka:

Ideal yoxdur, Ideal kapitalizmin insanlarin beynine yeritdiyi bir ideyadir. Ideal hech ne yoxdur, ne islam, ne de ki ateizm ideal ola bilmez. Bu ancaq ve ancaq sechim meselesidir.

:kiss: Yeni kapitalizmden qabaq ideal fikri olmayib insanlarda?

Men hech kimi ozume guldurmurem, her halda diskusiyani siz bashladiz, davam etmek isteyirsizse, raziyam. Ancaq buir shertle ki medeni diskusiya olsun. Hind ve Chin medeniyyetinin nece oyrenilmesine geldikde yuxaridaki usere yazdiqim cavablardan oxu.

Ticaret seferlerinde? Delil? Beyem Peygember (s) ticarete Chine gedirdi? Yoxsa chinli tacirler gelmishdi Erebistana? Bir de ki, Quranin, umumiyyetle Islamin telimleri o qeder derindir ki, onlari 1400 ildi camaat arashdirib qurtara bilmir, nece oldu Peygember (s) biri ile 1-2 saat sohbet elemekle onlarin hamisini oyrendi? Bunu sizin agliniz kesir dogurdan?! Indiki sheraitde butun techizatla insanlar QUran ve Islami oyrenmeye bir omur serf edirler, amma siz deyirsiz ki, onlari Peygember (s) ticaret eseferinde oyrenib. :(

Qurana kim uz tutur? Eksine son 15 ilde en chox artan ateizm, ikinci yer zerdushtuluk, uchuncu yer ise buddizm olmushdur. Eger razilashsaqda ki islam chox artan dindir, bu hechne demir. Chunki chox olan, hech de her zaman yaxshi olmur.

Ateistler uz tutur. Ateizm artir? Bir dene statistik gostericiye istinad ede bilersen? Islami qebul edenlerin sayinin artmasini gunde de olmasa her neche muddetden bir xeberlerde gorur, eshidirik. Camaatin Islama uz tutmasnin en yaxshi subutu da ele sizin alma qezetidir. Bu qezeti ele bu artimla mubarize uchun achiblar da. Yoxsa ki, muselman olkesinde agli bashinda olan hansi adama lazimdi bele shey.

Marksizm ve islama geldikde, marksizmin oyrenilmesi uchun guclu tehsile malik olmalisansa, ancaq muselman olmaq uchun bir kelme demeyin kifayetdir. Eger Marksizm, NeoPlatnizm ve diger bu kimi cereyanlar da islam, xristianliq kimi besit olsaydi onda saylari milyardlarla olardi. Bunu men demirem, bu subut olunub.

Harda subut olunub? Beli, subut olan bir sheydir o da marksizmin tarixi muzeylerde "bir vaxtlar beleleri de olub" deye saxlanilmasidir. :kiss: Marksizmi gedib bashqa olkelerde teblig eleseydiz belke de inanan olardi. Amma 70 il omrunu bu churuk ideyalara serf eden millete "hecden gelen men, xeber veren sen?" misalini xatirladir.

و لما رأيت الجهل في الناس فاشياً

تجاهلت حتي ظنوا اني جاهل

فوا عجبا كم يدعي الفضل ناقص

فوا اسفا كم يظهر النقص فاضل

Danmasaydi Alinin haqqini nadanlar eger,

Indi din ichre inan birce xeta olmaz idi

Haci Yashar Cahid

Ссылка на комментарий
Поделиться на других сайтах

Nə oldu, bir tək Hərun Yəhya bu qədər ağır gəldi? Üstündən 3 gün keçib. Bəs onda ateist idealarını dəlillərlə sındıran saysız alimlərin yazdıqlarını oxusanız neynərsiniz? Problem bilirsən nədədir? Siz Qurandan qorxursunuz. Quranı oxusanız problem qalmayacaq. Amma qorxursunuz: "Birdən təsir altına düşərəm, birdən mən də qəbul edərəm...". Amma biz sizin heç bir kitabınızdan nə də çəkinir, nə də qorxuruq. Tək Qurani-Kərim ateizmin cild-cild kitablarına bəsdir. Bu 14 əsrdir belədir. Lakin bizə maraqlı da deyil, sizin Quran haqqında fikirləriniz. İstər deyin Hz Muhamməd (s), istər səhabələr, istərsə də başqası yazıb. Bu qədər müsəlman ümməti 14 əsrdir ki, hər bir incəliyə fikir verir və Quranın təhrifi haqqında bir azca olsun şübhəyə düşmür, amma siz qıraqdan elə ... Bacarırsınızsa buyurun... Quranda bizim Rəbbimiz buyurur: "...Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir" ("əl-Maidə", 56). Sübut edin ki, bu belə deyil!

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Ссылка на комментарий
Поделиться на других сайтах

Salam al-Islam. Mene movzunun ideoloji terefi maraqli gelirdi. Yeni meni maraqlandirmir kim muselman, kim ise ateistdir.

Meqaleye cavabimin gec yazmamin sebebi Harun Yahyanin eqidesinin ne olmasini axtarmaqim idi. Ancaq t. bilmedim.

Harun Yahya ehalinin cahilliyinden istifade edib ele meqale yazib, Onun yazdiqlari Tekamul Nezeriyyesi problemlerini ele darvinistler ozleri de deyirler.

Demeli, nezeriyye olur. Mes, alim nezeriyye hazirlayir. Nezeriyye nedir? Bunun uchun wikipediada "теория" yaz, etrafli bax.

Nezeriyye qarshisina problem qoyur, ve her defe problemler chixanda hell etmeye chalishir. Burada bir user "baglamaq" deyir. Kimi ve nece baglamaq? Harun Yahya sadece girib darvinist sayta ve darvinistlerin hell etmeli olduqu problemleri goturub ve bunu muselmanlara guya "darvinizm yalandir kimi teqdim edir. Mene inanmirsizsa, girin darvinist saytlara. Google'da macroevolution axtarish verin.

Elmi nezeriyyelerin dinden ferqi ondadir ki, ebedi heqiqetler vermir, yeni modernizm'in statizmden ferqi ondadir ki daim yenilenir. Daim Yenilenmek uchunse qarshiya yeni chixan problemleri hell etmek lazimdir.

Harun Yahya ise bu problemleri darvinist saytlardan goturub guya yenilik kimi Sherqe teqdim edir.

Iranin ozunde bele Darvinizm ve Quranin bir-birini inkar etmediyini soyleyen alimler var.

Подпись удалена админом

Ссылка на комментарий
Поделиться на других сайтах

al-Islam ideallardan yazmisiz, mehz Siz ele Islamin qati dushmenisiz.

Ataturku teriflemisiz. Sohbet konkret Ataturkde deyil, umumiyyetle Ataturkun qurduqu dovlet Imperialist Dovletlerin oyuncaqidir. Hal-hazirda Dunya Imperializmi qarshisinda esas manee Islamdir, chunki Kommunizmi yixdi.

Islam hele ki yegane ideologiyadir ki (duzdur Kommunist dovletler de qalib ancaq zeifdirler) Imperializm qarshisinda tab getirir. Chox heyfslenirem ki, bu fakti bilmeden neye gore son dovrler islama qarshi mubarizenin .rildiqini da bilmirler. Fikir verin qerbde de mundarliqlar bash verir, ancaq Iranda bir insan zorlanan kimi az qala butun dunya mediasi (Media Imperialistlere xidmet edir) xeber tutur ve o saat islamla elaqelendirilir. Sebeb bellidir, Imperializmin Tam Qelebesinin tentenesi uchun Islam qarshida duran yegane maneedir ve onu aradan goturmek lazimdir. Yegane yolda islami murdarlamaq, leke yaxmaq, + her xirda meseleni Dunya Ictimaiyyetine gostermek ve s.

Подпись удалена админом

Ссылка на комментарий
Поделиться на других сайтах

Hal-hazirda dunyanin anti-imperialist quvveleri Imperializme qarshi birleshmekdedirler. Islam ve Marksizm birge mubarize .rir Imperializme qarshi. Buna numune kimi islam olkesi olan Iranla marksist dovletler Kuba, Venesuelani gostermek olar.

Подпись удалена админом

Ссылка на комментарий
Поделиться на других сайтах

Salam al-Islam. Mene movzunun ideoloji terefi maraqli gelirdi. Yeni meni maraqlandirmir kim muselman, kim ise ateistdir.

Meqaleye cavabimin gec yazmamin sebebi Harun Yahyanin eqidesinin ne olmasini axtarmaqim idi. Ancaq t. bilmedim.

Harun Yahya ehalinin cahilliyinden istifade edib ele meqale yazib, Onun yazdiqlari Tekamul Nezeriyyesi problemlerini ele darvinistler ozleri de deyirler.

Demeli, nezeriyye olur. Mes, alim nezeriyye hazirlayir. Nezeriyye nedir? Bunun uchun wikipediada "теория" yaz, etrafli bax.

Nezeriyye qarshisina problem qoyur, ve her defe problemler chixanda hell etmeye chalishir. Burada bir user "baglamaq" deyir. Kimi ve nece baglamaq? Harun Yahya sadece girib darvinist sayta ve darvinistlerin hell etmeli olduqu problemleri goturub ve bunu muselmanlara guya "darvinizm yalandir kimi teqdim edir. Mene inanmirsizsa, girin darvinist saytlara. Google'da macroevolution axtarish verin.

Elmi nezeriyyelerin dinden ferqi ondadir ki, ebedi heqiqetler vermir, yeni modernizm'in statizmden ferqi ondadir ki daim yenilenir. Daim Yenilenmek uchunse qarshiya yeni chixan problemleri hell etmek lazimdir.

Harun Yahya ise bu problemleri darvinist saytlardan goturub guya yenilik kimi Sherqe teqdim edir.

Iranin ozunde bele Darvinizm ve Quranin bir-birini inkar etmediyini soyleyen alimler var.

Əgər darvinistlər həmin cəhətləri qəbul edirlərsə deməli onlar darvinizmi çökmüş hesab edirlər. Çünki nə sən, nə də başqa biri Hərun Yəhyanın məqalələrinə bir dənə də olsun tutarlı etiraz göstərə bilmir, bu bütün avropaya səs salıb və təsadüfi deyil ki, müsəlmanların sayı artıq katoliklərin sayını da keçib.

İranda konkret olaraq hansı alim Darvanizmin Qurana zidd olmadığını düşünür? Xahiş edirəm qeyd edəsən.

al-Islam ideallardan yazmisiz, mehz Siz ele Islamin qati dushmenisiz.

Ataturku teriflemisiz. Sohbet konkret Ataturkde deyil, umumiyyetle Ataturkun qurduqu dovlet Imperialist Dovletlerin oyuncaqidir. Hal-hazirda Dunya Imperializmi qarshisinda esas manee Islamdir, chunki Kommunizmi yixdi.

Islam hele ki yegane ideologiyadir ki (duzdur Kommunist dovletler de qalib ancaq zeifdirler) Imperializm qarshisinda tab getirir. Chox heyfslenirem ki, bu fakti bilmeden neye gore son dovrler islama qarshi mubarizenin .rildiqini da bilmirler. Fikir verin qerbde de mundarliqlar bash verir, ancaq Iranda bir insan zorlanan kimi az qala butun dunya mediasi (Media Imperialistlere xidmet edir) xeber tutur ve o saat islamla elaqelendirilir. Sebeb bellidir, Imperializmin Tam Qelebesinin tentenesi uchun Islam qarshida duran yegane maneedir ve onu aradan goturmek lazimdir. Yegane yolda islami murdarlamaq, leke yaxmaq, + her xirda meseleni Dunya Ictimaiyyetine gostermek ve s.

Xeyr, vətəndaş, mən heç bir yerdə Atatürkü tərifləməmişəm. Əksinə mən sırf İslam əqidəsinə görə çıxış etmişəm. Belə ki, dinimizə görə insanlar haqqında bilmədən danışmaq olmaz və axirət günü həmin insan məndən haqqını tələb edəcək. Mən sadəcə demişəm ki, türklər Atatürkdən razılıq edir, biz kimik ki, özümüzdən qiymət veririk? Təsəvvür edirsən özbəklər durub Məmməd Əmin Rəsulzadəyə qiymət verir? Bu bizim xalqın daxili məsələsidi və heç kimin qarışmağa haqqı yoxdur.

Ümumi mövzuya qayıtdıqda isə sizin mövzunuz "süquta uğradı". Bunu yazılardan da görə bilərsiniz. Quran insan təfəkkürünün məhsulu deyil.

Изменено пользователем al-İslam

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Ссылка на комментарий
Поделиться на других сайтах

al-Islam ideallardan yazmisiz, mehz Siz ele Islamin qati dushmenisiz.

Xeyr, vətəndaş, mən heç bir yerdə Atatürkü tərifləməmişəm. Əksinə mən sırf İslam əqidəsinə görə çıxış etmişəm. Belə ki, dinimizə görə insanlar haqqında bilmədən danışmaq olmaz və axirət günü həmin insan məndən haqqını tələb edəcək. Mən sadəcə demişəm ki, türklər Atatürkdən razılıq edir, biz kimik ki, özümüzdən qiymət veririk?

Türklər kimsə üçün ölçü deyil.Atatürkdən nifrət edən türklərin sayı da kifayət qədərdir.Yaxud da türklərin hamsı üçün tam əminliklə müsəlman olmağını iddia etmək doğru deyil.Çünki türklərdən islamdan onun Peyğmbərindən(sas),şəriətindən nifrət edənləri milyonlarladır.Təkcə islamçı sayılan iqtidara qarşı onların düzənlədikləri mitinqlərdə şəriətə necə söymələrini demək kifayətdir.Keçən il bunu TV də gördük.Bu da məhz elə atatürkün əməyinin nəticəsidir.

Ссылка на комментарий
Поделиться на других сайтах

AL-ISLAM ve Umumiyyetle Darvinle maraqlananlar uchun:

Darvinist müsəlmanlar

Darvin özü dindən elmə gəlmişdi. Öncə din kültürü içində böyümüş və bu yolda gəlişmək istəmişdi. Ancaq keşişlikdən elmə üz tutdu və onun elmi nəzəriyyəsi ilə bilim dünyasında çox böyük yeniliklər ortaya çıxdı. Darvinin ən ünlü və böyük kitabı ”Növlərin kökəni” olaraq bilinməkdədir. Darvin bir sürü araşdırmalara dayanaraq evrim (təkamül) nəzəriyyəsini ortaya qoydu. Darvinin araşdırmaları bioevrim üzərinə dayanmaqda idi. Bu araşdırmalar gerçəkdən də insanların zehnində və elmdə devrim yaratdı. Darvinin araşdırmalarını daha sonra leninistlər və ateistlər mənimsədikləri üçün ona böyük zərbə vurdular. Əslində isə Darvin evrim sirlərini çözməyə yönəlik bir araşdırma başlatmışdı. Ancaq daha sonra bəsit ideologiyalar Darvini elm dünyasından uzaqlaşdırmağa başladılar. Sanki Darvin ateistlərin ideoloqu imiş kimi bir propaqanda edildi.

İslam aləmi isə hər zaman olduğu kimi, heç bir nəzəriyyə ortaya qoymayıb, ortaya atılan nəzəriyyələrlə savaşdığı kimi, yenə də Darvini anlamadan, hətta oxumadan onun Tanrı düşməni olduğunu dedilər. Kitablarının oxunmasını müsəlmanlara yasaqladılar. Bir çox islam ölkəsində Darvinin kitabını oxumaq suç sayılır, oxucu darvinist adı ilə tutuqlanır.

Türkiyə cümhuriyyəti demokratik bir ölkə olsa da tarixindən gələn dini dürtülər (təhriklər) onun toplumsal planda sekulyarlaşmasına, demokratikləşməsinə mane olur. Hər dəfə dini xürafatdan xoşlanan xalq kütləsi dinçiləri iqtidara gətirir və sonra da ordu və ya anayasal qurumlar tərəfindən bu hökumətlər düşürülür. Belə anlaşılır ki, dinçi xalqın tərcihi heç bir zaman doğru olmur və gerçəkdən elədir. Türkiyədə demokratiya milli iradəyə deyil, silah gücünə və orduya dayandığı üçün islam ölkələrində ən yaşanılan ölkə oradır. Bu üzdən də Qərbin düşüncələrinin və bilim adamlarının əsərlərinin tərcüməsinə imkan var. Türkiyədəki dinçilər də sərbəstdir və bu sərbəstliklərindən faydalanıb elmə qarşı hər türlü böhtanlar atırlar. Örnək olaraq, Fətulla Gülən də İran mollaları kimi yağışın yağmamasını insanların günahkar olması ilə əlaqələndirdi. İqlimdəki dəyişiklik onlar üçün boş bir şey. O zaman adama sorarlar: Skandinaviya ölkələrində bu qədər yağışın yağması onların günahsız olmasına görədirmi? Və ya ümumiyyətlə, Avropada və Hindistanda.

Türkiyədəki dinçilər də, digər islam ölkələrinin fanatikləri kimi ardıcıl olaraq, elmin darvinizmi inkar etdiyini və evrim nəzəriyyəsinin ibtal edildiyini yazırlar. Darvini oxumayan dinçi adam isə bu təbliğata inanır. Çünki dinçi kəsimə düşündürən bilgi lazım olmaz, inandıran bilgi lazım olar.

Ancaq Darvinə qarşı islam dünyasında nə qədər bilimsəl olmayan böhtanlar atılsa da işin ilginc yanı bəzi müsəlman bilim adamlarının islamı darvinist bir bucaqdan baxaraq təhlil etmələridir. Bunlar zülmətdə parlayan zəif ulduzlar kimi görünürlər. Bu böyük bilim adamlarından biri İran vətəndaşı olmuş və 2004-cü ildə Tehranda vəfat etmiş Yədulla Səhabidir.

Yədulla Səhabinin islam üzərinə iki önəmli kitabı var. Bu kitablardan birinin adı “İnsanın yaradılışı” və digəri isə “Quran və evrim (təkamül)” adlanır. Bu kitablarda Yədulla Səhabi islam dünyasında alışılmamış bir metodla din üzərinə yozum gətirir. Yazar bioloji məntiqlə dəyişim və transformasiyaları araşdırır və darvinist bir yanaşma ilə toplumsal, tarixi, dini kimliklər üzərinə yanaşır.

Yədulla Səhabi öz kitablarında “insan” və “adəm” qavramlarını bir-birindən ayırır. Quran ayələrindən də örnəklər gətirərək bu iki qavramın tamamən fərqli evrim dönəmlərinə aid olduğunu savunur. Quranda “adəm”in “teyn”dən, bişmiş gildən yaradıldığı vurğulanır. Yenə də Səhabiyə görə, Quran “adəm” və “insan” arasında fərq görməkdədir. “Adəm” peyğəmbər olmuş, ancaq insanlar “adəm”dən daha öncə, uzun zaman yer üzündə yaşamışlar. Daha doğrusu, “Adəm” ilk insan deyildir. “Adəm” “insan”ın uzun zaman evrimi (təkamülü) nəticəsində yetişmişdir. “Adəm”dən daha öncə “insan” olaraq yaşayanlar və daha sonra “adəm”ə dönüşənlər “hemosapin”lər olmuşlar. İranda bir çox din bilginləri Qurandan ayələr gətirərək Yədulla Səhabinin bu məntiqini müdafiə etmişlər. Yədulla Səhabi yaradılışla bağlı əfsanəyə (fection) qarşı tədrici dəyişimi (transformation) qoyur. Alim öz görüşlərini müdafiə etmək üçün Qurandan ayələr də gətirir. Əraf surəsinin 11-ci ayəsində deyilir: “Sizi yaratdıq və SONRA surət verdik və mələklərə dedik səcdə etsinlər.” Yədulla Səhabiyə görə, buradakı bu SONRA yaradılış tarixini iki mərhələyə ayırır. Birinci mərhələdə canlı varlıq olaraq “insan”ın yaradılması, ikinci mərhələdə isə yəni SONRA bu insanın evrim nəticəsində şüur qazanmsı və “adəm”ə çevrilməsi. Yəni Tanrının yaratdığı insandır, adəm deyildir. Burada adəmin peyğəmbər olması da şüura çatması anlamındadır. Buradakı peyğəmbərlik anlayışı günümüzdəki mənanı daşımaz. Çünki bu anlamda peyğəmbərlik insanın uzun təkamül prosesində adəmə dönüşməsidir. Adəm evrim (təkamül) nəticəsində ortaya çıxmışdır. Yəni insan təbiətlə üz-üzə gələrək, yer kürəsini tanıyaraq, evrənə (kainata) baxaraq “şüur” sahibi olmuş və adəmə dönüşmüşdür. Səhabiyə görə, buradakı “SONRA” çox uzun tarixi təkamülün göstəricisidir. Ancaq bu təkamülün nə qədər zaman içərisində gerçəkləşmiş olduğu bəlli deyil və elmin görəvi bunu bəlli etməkdən ibarətdir. Anlaşıldığı kimi ilk gündən şüurlu bir varlıq yaradılmamışdır, bu şüurlu varlıq təkamülün və təbiətə uyğunluğun sonucunda var olmuşdur. Quranda qeyd edilən səcdə “insan”a deyildir, “adəm”ədir. Təkamül nəticəsində ən uyğun və yaradıcı şəklinə varmış və “adəm”ləşmiş insana mələklər səcdə edir. Yədulla Səhabi bu görüşünü, yəni təkamül nəzəriyyəsini isbatlamaq üçün sadəcə bir Quran ayəsi ilə yetinmir. Ali-İmran surəsinin 59-cu ayəsini də örnək olaraq gətirir. Bu ayədə deyilir: “İsa məsələsi Tanrı yanında Adəmin torpaqdan yaradılması kimidir. Ona dedi: “Ol” o da oldu” İsa necə yaranmışdır? İsadan öncə insan varmı idi? Ancaq İsanın yaradılışı fərqli şəkildə olmuşdur. Yəni necə ki, İsadan öncə insan var idi, adəmdən öncə də insan mövcud olmuşdur.

Yədulla Səhabinin bu darvinçi yanaşması əlbəttə ki, bir çox dinçilər tərəfindən rədd edilmişdir. O zaman Quranın evrimlə bağlı olan ayələrini necə təhlil etmək lazımdır? Tarix boyu siyasi iqtidarı əlində tutan dinçilər bu ayələrin üzərinə geniş analiz gətirməyi yasaqlamışlar.

Подпись удалена админом

Ссылка на комментарий
Поделиться на других сайтах

al-Islam ideallardan yazmisiz, mehz Siz ele Islamin qati dushmenisiz.

Xeyr, vətəndaş, mən heç bir yerdə Atatürkü tərifləməmişəm. Əksinə mən sırf İslam əqidəsinə görə çıxış etmişəm. Belə ki, dinimizə görə insanlar haqqında bilmədən danışmaq olmaz və axirət günü həmin insan məndən haqqını tələb edəcək. Mən sadəcə demişəm ki, türklər Atatürkdən razılıq edir, biz kimik ki, özümüzdən qiymət veririk?

Türklər kimsə üçün ölçü deyil.Atatürkdən nifrət edən türklərin sayı da kifayət qədərdir.Yaxud da türklərin hamsı üçün tam əminliklə müsəlman olmağını iddia etmək doğru deyil.Çünki türklərdən islamdan onun Peyğmbərindən(sas),şəriətindən nifrət edənləri milyonlarladır.Təkcə islamçı sayılan iqtidara qarşı onların düzənlədikləri mitinqlərdə şəriətə necə söymələrini demək kifayətdir.Keçən il bunu TV də gördük.Bu da məhz elə atatürkün əməyinin nəticəsidir.

Bu yaxinlarda oxuduqum statistik arashdirmalar gosterdi ki ehalinin 54% Iran meyllidir Turkiyenin.

Bir hefte evvel canli yayimda bir qadinin Ataturku deyil, Homeynini beyenirem demesi, onun mehkemeye verilmesi ile neticelendi.

Turkiyenin qerbi kemalistdir, Sherq hissesi Iran meylli, mence Sherq hissesinin bele olmasi Iranin Sherq hisseni iqtisadi cehetden komek etmesidir, mes sehv etmiremse Turkiyenin sherqine qazi Iran verir ve s.

Подпись удалена админом

Ссылка на комментарий
Поделиться на других сайтах

Ümumiyyetle Türkiye cemiyyeti çox qarışıq ve mürekkebdir.Hansı eqideden ve ideolgiyadan istesen insan tapmaq olar.

Xususen de 1960-1980 ci illerde Turkiye hakimiyyeti choxlu kommunist qirdi, yoxsa Turkiyede indi eqide baximdan kommunistler choxluqda idi.

Sen gəl mövzunu qarışdırma.Qurana və Mühəmməd Peyğəmbərə(s.ə.s) atdığın böhtanları cavablandır.

Ссылка на комментарий
Поделиться на других сайтах

Forumdaki esas meqaleleri oxudum. Ekseriyyetiniz ABS-ISRAELe qarshi mubarize .rdiqinizi dusunursuz, ancaq dolayisi yolla ekseriyyetiniz de ozunuz bilmeden ABS imperializmine XIDMET EDIRSIZ.

Haradansa bir kelme tapib gelib sunini, shieni, ve ya vahabini bir sozle bir-birnizi sehv chixarmaqa chalishirsiniz. Neye lazimdir bu? Indi butun dunyada ABS imperializmine qarshi mubarize gedir, siz ise bir-birinize qarshi chixmaqla zeifledirsiniz ozunuzu. Gelin birleshek ve Imperializme qarshi VAHID olaq yeni (islam oz cereyanlari ile birge + marksistler). Imperializmi yixandan sonra oz aramizda hesabi .rariq. Bu sade sheyi basha dushun, oz aramizda mubarize qalsin imperializmi yixandan sonraya, eks halda ozumuz de bilmeden ABS imperializmine ishlemish oluruq. Bu sade heqiqeti basha dushmek lazimdir.

Подпись удалена админом

Ссылка на комментарий
Поделиться на других сайтах

Men ozum bile-bile anti-islam meqalesi achdim ve KICHIK EKSPERIMENT kechirdim uzerinizde. Diger movzularda bir-birinizi az qala tehqir etdiyiniz halda Mene qarshi birleshdirdiz. Bu onu gosterdi ki BIRLESHMEK olar ve lazimdir, ve deyerdim ki mecburuq birleshmeye.

Ona gore de birliye chagiriram butun anti-imperialist quvveleri. Gelin Imperializme qarshi birleshek sosialistler+islamchilar. Oz aramizda hesablashmaqi Imperializm yixilandan sonraya saxlayaq. Eks halda bir-birimizi zeifledeceyi ve Imperializme ishlemish olacaqiq.

Подпись удалена админом

Ссылка на комментарий
Поделиться на других сайтах

Eslinde bu birleshme yeni sosialistlerle ve islamchilar arasinda gedir Dunya Siyasetinde. Iran, Venesuela, Kuba ve diger anti-imperialist quvveler birleshir. Chunki mecburdurlar, yoxsa Imperializm tekbetek hem sosialistleri, hem de ki islamchilari ezecek. Ona gore birleshek ki Imperialistleri ezek!!

Подпись удалена админом

Ссылка на комментарий
Поделиться на других сайтах

Sanki Darvin ateistlərin ideoloqu imiş kimi bir propaqanda edildi.

Əvvəla yaxşı olardı ki, siz mövzudan uzaqlaşmayaydınız. Çünki sizin bu mövzunu açmaqda məqsədiniz cənnətin və ümumilikdə Quranın insan təfəkkürünün məhsulu olduğunu sübut edəsiniz. Lakin məğlub olduğunuzu görüb Darvin kimi "alim"in məntiqsiz iddiaları ilə bizi boş-boşuna məşğul edirsiniz.

Darvin ateist ideoloqu deyildi ki? Onun əsərlərindən bir səhifə oxumuş kəs də bilər ki, bu şəxs ateistdir. Çünki Darvin hər yerdə car çəkirdi ki, bəşəriyyət və yaşayış yaradılmamış və yaranmışdır. Xahiş edirəm, yazacaqsınızsa səviyyəli şeylər yazın, bu şeylərə uşaqlar da inanmaz.

Örnək olaraq, Fətulla Gülən də İran mollaları kimi yağışın yağmamasını insanların günahkar olması ilə əlaqələndirdi. İqlimdəki dəyişiklik onlar üçün boş bir şey. O zaman adama sorarlar: Skandinaviya ölkələrində bu qədər yağışın yağması onların günahsız olmasına görədirmi? Və ya ümumiyyətlə, Avropada və Hindistanda.

Ümumilikdə yağışın az olmasının günahlarla əlaqəli olduğunu eşitməmişdim. Əgər belə olsaydı İslamın təşəkkül tapdığı Ərəbistan hələ o vaxt niyə yağışsız idi. Ola bilər ki, Fətullah Gülən desin ki, dünyada baş verən təbii fəlakətlər, qlobal istiləşmə insanların azğınlığına görə ödədikləridir. Əslində isə Gülənin bir sözü İslam dininin mövqeyinin əks etdirə bilməz!!!

Yədulla Səhabi öz kitablarında “insan” və “adəm” qavramlarını bir-birindən ayırır. Quran ayələrindən də örnəklər gətirərək bu iki qavramın tamamən fərqli evrim dönəmlərinə aid olduğunu savunur. Quranda “adəm”in “teyn”dən, bişmiş gildən yaradıldığı vurğulanır. Yenə də Səhabiyə görə, Quran “adəm” və “insan” arasında fərq görməkdədir. “Adəm” peyğəmbər olmuş, ancaq insanlar “adəm”dən daha öncə, uzun zaman yer üzündə yaşamışlar. Daha doğrusu, “Adəm” ilk insan deyildir. “Adəm” “insan”ın uzun zaman evrimi (təkamülü) nəticəsində yetişmişdir. “Adəm”dən daha öncə “insan” olaraq yaşayanlar və daha sonra “adəm”ə dönüşənlər “hemosapin”lər olmuşlar. İranda bir çox din bilginləri Qurandan ayələr gətirərək Yədulla Səhabinin bu məntiqini müdafiə etmişlər. Yədulla Səhabi yaradılışla bağlı əfsanəyə (fection) qarşı tədrici dəyişimi (transformation) qoyur. Alim öz görüşlərini müdafiə etmək üçün Qurandan ayələr də gətirir. Əraf surəsinin 11-ci ayəsində deyilir: “Sizi yaratdıq və SONRA surət verdik və mələklərə dedik səcdə etsinlər.” Yədulla Səhabiyə görə, buradakı bu SONRA yaradılış tarixini iki mərhələyə ayırır. Birinci mərhələdə canlı varlıq olaraq “insan”ın yaradılması, ikinci mərhələdə isə yəni SONRA bu insanın evrim nəticəsində şüur qazanmsı və “adəm”ə çevrilməsi. Yəni Tanrının yaratdığı insandır, adəm deyildir. Burada adəmin peyğəmbər olması da şüura çatması anlamındadır. Buradakı peyğəmbərlik anlayışı günümüzdəki mənanı daşımaz. Çünki bu anlamda peyğəmbərlik insanın uzun təkamül prosesində adəmə dönüşməsidir. Adəm evrim (təkamül) nəticəsində ortaya çıxmışdır. Yəni insan təbiətlə üz-üzə gələrək, yer kürəsini tanıyaraq, evrənə (kainata) baxaraq “şüur” sahibi olmuş və adəmə dönüşmüşdür. Səhabiyə görə, buradakı “SONRA” çox uzun tarixi təkamülün göstəricisidir. Ancaq bu təkamülün nə qədər zaman içərisində gerçəkləşmiş olduğu bəlli deyil və elmin görəvi bunu bəlli etməkdən ibarətdir.

A kişi Yədulla səhabi kimdi e? Çox gülməli haldır, fəqihlər, müctəhidlər ömürlərinin yarısını verib ərəb dilinin xüsusiyyətlərini, incəliklərini öyrənir, cild-cild hədislər oxuyub təfsirə girişməyə fürsət tapırlar, adı heç kimə məlum olmayan bir zındıq çıxıb öz təfsiri ilə 1400 illik İslam ümmətinə zidd olur?! O, nə axmaq təfsirdir? Əvvəla Quranı heç kim öz ağlından şərh edə bilməz. Bu özü ziddir! İbn Abbasdan (r.ə.) gələn hədisdə Həzrət Peyğəmbər (s) buyurur: "Kim məlumatsız olaraq və ya qəsdən Quran ayələri haqqında danışıb hökm verərsə cəhənnəmdəki yerinə hazır olsun!" ("Sünəni Tirmizi", 2950; "Müsnədi Əhməd", 1965). Qurana ancaq hədislərlə təfsir vermək olar. O, kimdir ki, öz naqis ağlıyla təfsir verir?!

İkincisi də Quranda dəfələrlə qeyd olunur ki, Allah bütün bəşəriyyəti tək bir Adəmdən (ə) yaratdı. Məsələn:"..Hamınız bir-birinizdənsiniz.." ("ən-Nisa", 25).

"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!" ("ən-Nisa", 1).

"Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur" ("əl-Əraf", 189).

Gördüyün kimi bu təfsir nəinki hədislərə, həmçinin Quranın özünə ziddir!

Yədulla Səhabi bu görüşünü, yəni təkamül nəzəriyyəsini isbatlamaq üçün sadəcə bir Quran ayəsi ilə yetinmir. Ali-İmran surəsinin 59-cu ayəsini də örnək olaraq gətirir. Bu ayədə deyilir: “İsa məsələsi Tanrı yanında Adəmin torpaqdan yaradılması kimidir. Ona dedi: “Ol” o da oldu” İsa necə yaranmışdır? İsadan öncə insan varmı idi? Ancaq İsanın yaradılışı fərqli şəkildə olmuşdur. Yəni necə ki, İsadan öncə insan var idi, adəmdən öncə də insan mövcud olmuşdur.

Deyirəm də, ya bu Səhabi özü normal adam deyil, ya da sizi axmaq yerinə qoyub. Əvvəl gəlin "Ali İmran" surəsinin 59-cu ayəsinə nəzər yetirək: Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu.

Burada söhbət nə gedir?! Söhbət ondan gedir ki, Adəmin (ə) də atası olmayıb, İsanın (ə) da. Söhbət bundan gedir. Quran o qədər möcüzəli kitabdır ki, Səhabi öz naqil ağlı ilə onun bir cümləsinə də şərh verə bilməz. Quranda Həzrət Adəmin də, İsanın da adı 25 dəfə çəkilir. Bu da məhz həmin oxşarlıqla bağlıdır. Qeyd olunur ki, Allah Adəmi (ə) yaradıb ona öz ruhundan üfürdü: Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan (özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi). O sizə göz, qulaq və ürək verdi. Siz (bu nemətlərə) az şükür edirsiniz!

Həzrət İsanın isə "Ruhullah" adlanması heç də təsadüfü deyil.

Yədulla Səhabinin bu darvinçi yanaşması əlbəttə ki, bir çox dinçilər tərəfindən rədd edilmişdir. O zaman Quranın evrimlə bağlı olan ayələrini necə təhlil etmək lazımdır? Tarix boyu siyasi iqtidarı əlində tutan dinçilər bu ayələrin üzərinə geniş analiz gətirməyi yasaqlamışlar.

Bu cür səviyyəsizliyə necə şərh mümkündür ki? Elə özü-özünü təkzib edir də.. :D

Gelin birleshek ve Imperializme qarshi VAHID olaq yeni (islam oz cereyanlari ile birge + marksistler).

Biz şeytanla vahid olaq? daa Hələ ki, elə bir qüvvə yoxdur ki, bizi birləşdirsin. Amma axır əvvəl Mehdi (ə) gələcək..

Изменено пользователем al-İslam

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...