Перейти к содержимому

Doğrudanmı Azərbaycanda Elita Yoxdur?


Recommended Posts

bu günlərdə hakim partiya - YAP tərəfindən prezidentliyə namizədlərin irəli sürülməsi barədə Konstitusiyaya təklif elədikləri düzəlişlərin mahiyyəti Azərbaycan cəmiyyətinin hansı durumda olduğunu müəyyənləşdirmək üçün cox gözəl bir imkandır...

nizami63, bax ele Tahir Salaxovun da Konstitusiyaya duzelish teklifine terefdar chixmasi senin agizdolusu gorudugun elitanin hansi durumda olmasini derk etmeyin uchun gozel bir imkandir.Eceb gozel cumledir.Aferin sene...

yene de deyirəm tərbiyəli olun...İnsanın tanimadığı insana "sən" deyə müraciət etməsi ədəbsizlik hesab edilir. Bu 1 - cisi.

2-si isə siz haradan bilirsiniz ki mənim kimi insanlar elita deyəndə kimləri nəzərdə tuturlar ? Nə qədər də bəsit fikirlərə malik insan imişsiniz !

Bu insanların başa düşmürlər ki sovet dönümündə yaradıcı adamlar necə ağır bir mühütdə məcbur idilər işləsinlər. Elə dahi Uzeyir bəy başa düşə düşə bilirdi ki bu qirdirmə Sovet Şura Hökümətinin axırı yoxdur. O bilirdi ki millət üçün çalışır və onun yaradıcılığı bütün bəşəriyyətə yönəlib. Əfsüslar olsun ki belə şeyləri sadəlöf adamlar dərk eləmirlər. Sadəlöf adamlar istəyirlər heç bir şey eləməsinlər və Tahir Salaxov bunların problemlərini həll etməlidir. Bizim millətin mədəniyyəti niyə bu gün belə acinacaqlı vəziyyətə düşüb? Çünki səviyyəsiz adamlar qalstuk və başlarına şly. qoyublar və özlərini millətin elitası sayirlar. təsəffür edin bu gün bu boyda Bakıda cəmisi 4-5 kitab mağazas var və heç birdənə olsun musiqi not mağazası yoxdur. Bu biyabırçılıqdır.

:D

mən sizinlə tamamilə razıyam...Və bir də onu elavə etmək istəyirəm ki bu günkü mənzərənin yaranmasında ABŞ və sionist qüvvələrinin əllərində vasitəyə çevrilmiş osmanlı təsiri altında olan bəzi insanlarımızın rolu çox böyükdür. İmkanınız olduğu təqdirdə xahiş edirəm ki aşağıdakı məqalə ilə tanış olasınız :

Lap axırda isə Qafar Kəndli mənə dedi: - Sonuncu kommunist kimi .r özünü. Qoy bunu kimsə bilməsin… Tarixin sirri, inan, özü gəlib sənin

çiyinlərinə qonacaq… Tezliklə Akademiyanın Partiya Komitəsindən ünvanıma bir xahiş daxil olur: - Siz savadlı bir gəncsiz, İranı, Turanı tanıyırsız.

Osmanlıcanız səlisdir. Gedin «İnturist» mehmanxanasına, orda bizim dostların, gənc komsomolçuların «İmproteks» turist şirkəti fəaliyyət göstərir.

Rəhbəri Fizuli müəllimdir ( indi o, Sosial Təminat naziri kürsüsündə əyləşir). Onlar Türkiyədən bir dəstə turisti Bakıya gətirəcək. Müşayiət edin

qonaqlarımızı. Axşam saatlarında artıq «Binə» hava alanındaydım, məsələyə tam agah olmasam da, onun gizlinləri - Lev Trotski aşiqinə dünyada

sirli heç nə qala bilməz! - artıq mənə bəlliydi. Həə, Aslan Davud oğlunun (yadda saxlayın, inqilabçılar arasında Trotski bu gizli adla tanınarmış)

dedikləri həyata keçir, partnomenklatura, «p.nın gül uşaqları» - komsomol rəhbərliyi Leninə xəyanət edir. Tam sakit idim. Tarix öz sifətini

göstərirdi mənə. - Mən Məhmət Dəmirtolayam, türk turistlərinin rəhbəri. Bu isə Əbdülrəhman Çelikdir, mənim yardımçım. Bakıda isə 17 noyabr

1989-cu il mitinqi gözlənilirdi. Neyçün pantürkistlər məhz bu zaman şəhərimizə qədəm basır? «Neyçün partiya, komsomol rəhbərliyi buna şərait

yaradaraq çox ciddi tapşırığı mənə həvalə ediblər?» sualı sizlərdə - sadə oxucularda yaranır, mən isə qatı gizli trotskist kimi öz işimdəydim,

bilirdim Türkiyədən gələn qonaqlar hansı yuvanın quşudur, bilirdim ki, onların hamısı Milliyyətçi Hərəkat partiyasının əli qanlı üzvləridir, minlərlə

Lenin, Trotski tərəfdarlarını İstanbul sokaklarında al qana boyayıblar. İndiysə növbə gəlib Bakıya çatdı onlarçün… Arxalarında isə sözsüz ki,

Amerika kəşfiyyatı gizlənir… Allah, qanlar axacaq ee bütün bunlardan sonra… Partokratlar Amerika ilə birləşib... Məni hərif bilirlər, elə bilirlər ki,

antikommunist havası məndə də hakimdir… Ay-hay, mən sonuncu kommunistəm, özü də trostkistlərdən, dünyanı uçuracam başınıza… Özü də bu

sirri kimsə bilmir, atam Qafar Kəndlidən başqa. İşə bir bax. Hamı kommunizmi yıxmaqçün Bakıya toplaşıb- millətçilər, daşnaklar, kommunistlər,

KQB, Amerika kəşfiyyatı, məsələ 20 yanvara doğru gedir, havada qan hiss edilir, camaata elə gəlir ki, əldən çıxan elə təkcə Qarabağdır…

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 83
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

'nizami63',

==mən sizinlə tamamilə razıyam...Və bir də onu elavə etmək istəyirəm ki bu günkü mənzərənin yaranmasında ABŞ və sionist qüvvələrinin əllərində vasitəyə çevrilmiş osmanlı təsiri altında olan bəzi insanlarımızın rolu çox böyükdür. İmkanınız olduğu təqdirdə xahiş edirəm ki aşağıdakı məqalə ilə tanış olasınız :==

Mən cizdən soruşmaq istəyirəm, bax dünən  ANS İç Xəbər Verilişində Zabrat qəsəbəsində məskunlaşmış qaçqınalın o dəhşətli üfunətdə zibillikdə yaşamasının səbəbkarı kimlərdi? ABŞ və sionist qüvvələri istəsələr belə bu vəziyyətə nail ola bilməzlər...

Ссылка на комментарий
Поделиться на других сайтах

ZİYALILARIN SUSMASI

(Məşhur qorxu filminə remiks)

Zamin HACI

zaminhaci@mail.ru

Azərbaycanda özünü yekə-yekə “ziyalı” adlandıran bir topa adam var. Ayıb işlərlə məşğuldurlar, üstəlik, vaxtaşırı xalqın boynuna minnət də qoyurlar. Yazırsan ki, ay adamlar, sizin ziya, nur, işıq anlayışlarına qətiyyən dəxliniz yoxdur, sizin odunuzla heç mətbəxdə qazı yandırıb dana ayağı ütmək, xaş bişirmək də mümkün deyil - inciyirlər. Deyirsən ki, sizin işiniz, dərdiniz-azarınız özünüzə, balalarınıza komfort qayırmaq, hakimiyyətə yaltaqlıq eləməyin hesabına çoxlu evlər almaq, üstəlik, həmin evlərin hamam-tualetini təmir etdirməkdir - küsürlər.

Ötən aylarda kinodramaturq Rüstəm İbrahimbəyov bir intervü vermişdi, Azərbaycanda elitanın olmadığını, Bakının şəhər görkəmini itirib kəndə çevrildiyini, rüşvətxorluğun həddini aşdığını söyləmişdi. Bəzi yaptokratlar bundan incidilər, Rüstəm bəyi qiyabi (bəy o zaman Moskvada idi) asıb-kəsdilər. Ən maraqlısı isə həmin dırnaqarası ziyalılardan təxminən 150 nəfərin - bəlkə də 200 idilər, dəqiq yadımda qalmayıb, heç bunun önəmi də yoxdur - Rüstəm bəyi guya müdafiə etmək üçün bəyanat yayması oldu. Onlar deyirdilər ki, İbrahimbəyovu azad fikrinə görə tənqid etmək “37-ci il”in qaytarılması cəhdidir, dövlətimizə yaraşmır və sairə.

Onlar qətiyyən səmimi deyildilər. Əgər Rüstəm İbrahimbəyovun yerinə başqası hakimiyyətin pəncəsinə keçsə - necə ki, dəfələrlə olub - onlar, bu saxta ziyalılar səslərini də çıxarmazdılar. Sadəcə, arxayın idilər, bilirdilər ki, İbrahimbəyov özünü müdafiə edəcək qədər nüfuzludur, ona hakimiyyət heç nə etməyəcək. Nizami Cəfərov da bir qədər donquldanıb susacaq.

İndi ortada maraqlı mənzərə var. Hakim partiya - YAP Konstitusiyaya olduqca mürtəce, antidemokratik bir düzəliş təklif edib. İstəyirlər ömürlük prezident məsələsini qanuniləşdirsinlər. Təklif deputatxanada hay-huyla qəbul olunub, göndərilib Konstitusiya Məhkəməsinə. Bu oyuncaq idarə də, şübhəsiz, 24 dekabrda təklifi yekdilliklə qəbul edib, prezident İlham Əliyevə bir növ doğum günü qutlaması y.caq. Ölkədə mütləq avtoritarizm, konstitusion monarxiya qurulandan sonra ta repressiya eləməyə nə var? İstəsən 37-ci il nədir, hətta Varfolomey gecəsi də düzəldə bilərsən, rejimin əleyhidarlarını, fərqli fikir daşıyıcılarını düşük körpülərdən, təzə ifadə ilə desək, “yol ötürücülərindən” asarsan. Onlar da bir işə yaramalıdır, ya yox? Onsuz da üstündən keçən olmur.

Bax, indi həmin “ziyalılar” nəinki danışmır, bəyanat imzalamır, heç “mıqq” da eləmirlər. Hərçənd mən İbrahimbəyovun “müdafiəçi”lərindən biri, ucuz bulvar romanları yazıçısı Çingiz Abdullayevin bu məsələyə dəstək yazısını gördüm. Hələ özünü avropalı sayır, utanmadan...

Əziz yoldaş, mister və əkələr, doğrudanmı sizinçün İbrahimbəyov bu dövlətin quruluşundan, siyasi sistemindən, indiki varlığı və gələcəyindən hörmətli idi? Niyə etiraz etmirsiniz? Elə həmin İbrahimbəyovun özü niyə susur? Əgər Bakını bu hakimiyyət pis günə qoyubsa, onun ömrünün uzadılmasına necə dözürsünüz?

Bizim “ziyalılar” həmişə İliç lampasına oxşayıblar. Düyməni basan olmasa, onların işığı yanmır. İndiki halda isə heç düymənin basılması da kömək etməz - toku borcu görə kəsiblər...

Ссылка на комментарий
Поделиться на других сайтах

Bax, indi həmin "ziyalılar" nəinki danışmır, bəyanat imzalamır, heç "mıqq" da eləmirlər. Hərçənd mən İbrahimbəyovun "müdafiəçi"lərindən biri, ucuz bulvar romanları yazıçısı Çingiz Abdullayevin bu məsələyə dəstək yazısını gördüm. Hələ özünü avropalı sayır, utanmadan...

Əziz yoldaş, mister və əkələr, doğrudanmı sizinçün İbrahimbəyov bu dövlətin quruluşundan, siyasi sistemindən, indiki varlığı və gələcəyindən hörmətli idi? Niyə etiraz etmirsiniz? Elə həmin İbrahimbəyovun özü niyə susur? Əgər Bakını bu hakimiyyət pis günə qoyubsa, onun ömrünün uzadılmasına necə dözürsünüz?

Bizim "ziyalılar" həmişə İliç lampasına oxşayıblar. Düyməni basan olmasa, onların işığı yanmır. İndiki halda isə heç düymənin basılması da kömək etməz - toku borcu görə kəsiblər...

Sual vermək istəyirəm: Kimdir demaqoq, öz əqidəsi yolunda qanından keçməyə hazır olan Lenin, yoxsa, 15 oktyabr 2003-cü il seçkisinə bir gün qalmış "Yeni Müsavat"da "Əziz müəllimlər, həkimlər, sizi saxtakarlığa məcbur etməsinlər deyə, bu dəqiqə gedin, işdən çıxmaq haqda iki ərizə yazın. Birini müdirinizə verin, o birini gələcək prezidentə, "Bizim Azərbaycan" blokunun rəhbərinə. O, 16 oktyabrda sizi daha yüksək vəzifəyə təqdim edəcək" kimi səfsəfəni yazan və səninlə bir otaqda çalışan biri ?

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

ZİYALILARIN SUSMASI

(Məşhur qorxu filminə remiks)

Zamin HACI

zaminhaci@mail.ru

Azərbaycanda özünü yekə-yekə "ziyalı" adlandıran bir topa adam var. Ayıb işlərlə məşğuldurlar, üstəlik, vaxtaşırı xalqın boynuna minnət də qoyurlar. Yazırsan ki, ay adamlar, sizin ziya, nur, işıq anlayışlarına qətiyyən dəxliniz yoxdur, sizin odunuzla heç mətbəxdə qazı yandırıb dana ayağı ütmək, xaş bişirmək də mümkün deyil - inciyirlər. Deyirsən ki, sizin işiniz, dərdiniz-azarınız özünüzə, balalarınıza komfort qayırmaq, hakimiyyətə yaltaqlıq eləməyin hesabına çoxlu evlər almaq, üstəlik, həmin evlərin hamam-tualetini təmir etdirməkdir - küsürlər.

Ötən aylarda kinodramaturq Rüstəm İbrahimbəyov bir intervü vermişdi, Azərbaycanda elitanın olmadığını, Bakının şəhər görkəmini itirib kəndə çevrildiyini, rüşvətxorluğun həddini aşdığını söyləmişdi. Bəzi yaptokratlar bundan incidilər, Rüstəm bəyi qiyabi (bəy o zaman Moskvada idi) asıb-kəsdilər. Ən maraqlısı isə həmin dırnaqarası ziyalılardan təxminən 150 nəfərin - bəlkə də 200 idilər, dəqiq yadımda qalmayıb, heç bunun önəmi də yoxdur - Rüstəm bəyi guya müdafiə etmək üçün bəyanat yayması oldu. Onlar deyirdilər ki, İbrahimbəyovu azad fikrinə görə tənqid etmək "37-ci il"in qaytarılması cəhdidir, dövlətimizə yaraşmır və sairə.

Onlar qətiyyən səmimi deyildilər. Əgər Rüstəm İbrahimbəyovun yerinə başqası hakimiyyətin pəncəsinə keçsə - necə ki, dəfələrlə olub - onlar, bu saxta ziyalılar səslərini də çıxarmazdılar. Sadəcə, arxayın idilər, bilirdilər ki, İbrahimbəyov özünü müdafiə edəcək qədər nüfuzludur, ona hakimiyyət heç nə etməyəcək. Nizami Cəfərov da bir qədər donquldanıb susacaq.

İndi ortada maraqlı mənzərə var. Hakim partiya - YAP Konstitusiyaya olduqca mürtəce, antidemokratik bir düzəliş təklif edib. İstəyirlər ömürlük prezident məsələsini qanuniləşdirsinlər. Təklif deputatxanada hay-huyla qəbul olunub, göndərilib Konstitusiya Məhkəməsinə. Bu oyuncaq idarə də, şübhəsiz, 24 dekabrda təklifi yekdilliklə qəbul edib, prezident İlham Əliyevə bir növ doğum günü qutlaması y.caq. Ölkədə mütləq avtoritarizm, konstitusion monarxiya qurulandan sonra ta repressiya eləməyə nə var? İstəsən 37-ci il nədir, hətta Varfolomey gecəsi də düzəldə bilərsən, rejimin əleyhidarlarını, fərqli fikir daşıyıcılarını düşük körpülərdən, təzə ifadə ilə desək, "yol ötürücülərindən" asarsan. Onlar da bir işə yaramalıdır, ya yox? Onsuz da üstündən keçən olmur.

Bax, indi həmin "ziyalılar" nəinki danışmır, bəyanat imzalamır, heç "mıqq" da eləmirlər. Hərçənd mən İbrahimbəyovun "müdafiəçi"lərindən biri, ucuz bulvar romanları yazıçısı Çingiz Abdullayevin bu məsələyə dəstək yazısını gördüm. Hələ özünü avropalı sayır, utanmadan...

Əziz yoldaş, mister və əkələr, doğrudanmı sizinçün İbrahimbəyov bu dövlətin quruluşundan, siyasi sistemindən, indiki varlığı və gələcəyindən hörmətli idi? Niyə etiraz etmirsiniz? Elə həmin İbrahimbəyovun özü niyə susur? Əgər Bakını bu hakimiyyət pis günə qoyubsa, onun ömrünün uzadılmasına necə dözürsünüz?

Bizim "ziyalılar" həmişə İliç lampasına oxşayıblar. Düyməni basan olmasa, onların işığı yanmır. İndiki halda isə heç düymənin basılması da kömək etməz - toku borcu görə kəsiblər...

'Azer777', məndə lap məhətdəl qalmışam. Tutaleym ki O 200 nəfər qorxaqdırlar, bəs niyə bu günlər sizlər və sizi kimi İqtisad universetini qurtarıb özlərinə "jurnalist" deyənlər niyə ağziniza su almısınız və İstefa!İstefa!İstefa!İstefa!İstefa!İstefa!... qışqırmısınız? bunə biclikdir? bunə sirdir?

baxıram maşallah sorağınız  uje wikipediyadan gəlir...Gedib əlinizə silah alıb Füzulini azad eləməkdənsə boş-boş məqalələr yazırlar....maşallah...

http://az.wikipedia.org/wiki/Zamin_Hac%C4%B1

 

Ссылка на комментарий
Поделиться на других сайтах

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Milli Məclisdə xalq yazıçısı Rüstəm İbrahimbəyovun «Pravda.ru» saytına müsahibəsinə görə tənqid hədəfinə götürəndən sonra İctimai Televiziya debat təşkil edərək tərəflərə müraciət edib.

Debata Rüstəm İbrahimbəyov, Elmira Axundova, qarşı tərəfdən isə Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov və tarixçi-alim Yaqub Mahmudov dəvət olunub. Yalnız debatın çəkilişləri .rılacaq gün deputatlar Nizami Cəfərovla Yaqub Mahmudov iştirakdan imtina ediblər.

Bu barədə «Bizim Yol»a açıqlama verən deputat Elmira Axundova bildirib ki, bu məsələdə təşəbbüs İctimai Televiziya rəhbərliyindən gəlib: «Ancaq sonuncu gün televiziyadan mənə zəng edib dedilər ki, debat alınmayacaq. Çünki Rüstəm müəllimi Milli Məclisdə tənqid edən insanlar iştirakdan imtina ediblər».

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Как сообщает Bakililar.AZ со ссылкой на "Новости-Азербайджан", всемирно известный азербайджанский кинодраматург Рустам Ибрагимбеков вернулся к теме о национальной элите, навлекшей столько нареканий в его адрес.

Общенациональная элита - это боль, которую должно лечить государство, - считает Ибрагимбеков.

«Когда я высказывал свои тезисы, я не учел, какой строй на дворе. Поймите одно, что элита не воодушевляется государством, а наоборот - это живая трибуна, которая направляет государство на позитивные действия», - сказал он на дебатах по теме: «Проблемы элиты в Азербайджане».

«Почему мы закрываем глаза на коррумпированное образование и то здравоохранение, которое у нас на нуле?», - задается вопросом Ибрагимбеков.

«Многие мне могут сказать, где ты был, когда происходили известные события 20 января. Я должен сказать, что в то время элита не имела силу, и тот механизм, который я отмечал в интервью, не был развит, как и сейчас. Сегодня многие говорят, что представители элиты советского периода потеряли свою дееспособность. Я буду очень рад, если нашей элите придет достойная замена», - подчеркнул председатель Союза кинематографистов.

Bakililar.AZ

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

'Azer777', məndə lap məhətdəl qalmışam. Tutaleym ki O 200 nəfər qorxaqdırlar, bəs niyə bu günlər sizlər və sizi kimi İqtisad universetini qurtarıb özlərinə "jurnalist" deyənlər niyə ağziniza su almısınız və İstefa!İstefa!İstefa!İstefa!İstefa!İstefa!... qışqırmısınız? bunə biclikdir? bunə sirdir?

baxıram maşallah sorağınız  uje wikipediyadan gəlir...Gedib əlinizə silah alıb Füzulini azad eləməkdənsə boş-boş məqalələr yazırlar....maşallah...

http://az.wikipedia.org/wiki/Zamin_Hac%C4%B1

http://az.wikipedia.org/wiki/Həsə...;y_Zərdabi

Həsən bəy Zərdabi

İlk mətbu orqan kimi "Əkinçi" öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şerlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özlərini "ziyalı" sayan bəzi üzdəniraq insanlar yerbəyerdən "Əkinçi"nin üzərinə hucuma keçdilər. Nəhayət, 1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmağa məcbur oldu. Milli mətbuatımızın ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı.

-------------------------------------------------------------------------------------------

Yaxşı olardı ki bu gün bizim üzdəq iraq yeni "şlafkoylu" jurnalistlər, akademiklər və s. və i. siftə bir Həsən bəy Zərdabinin səviyyəsinə və onun xalqa elədiyinə baxaydılar sonra yekə-yekə danışardılar....

Ссылка на комментарий
Поделиться на других сайтах

Rüstəm İbrahimbəyovun hər kəlməsi ilə razıyam.Azərbaycanda Elita deyilən məhfum müvəqqəti olaraq öz varlıgını dayandırıb və onun yerinə dogurdanda nə mədəniyyəti,nə qabiliyyəti olan insanlar ön plana keçiblər.

Ссылка на комментарий
Поделиться на других сайтах

Rüstəm İbrahimbəyovun hər kəlməsi ilə razıyam.Azərbaycanda Elita deyilən məhfum müvəqqəti olaraq öz varlıgını dayandırıb və onun yerinə dogurdanda nə mədəniyyəti,nə qabiliyyəti olan insanlar ön plana keçiblər.

Ссылка на комментарий
Поделиться на других сайтах

R.İbrahimbəyov Rusiyanın «Pravda» qəzetinə müsahibəsindən sonra ona edilən təzyiqlərdən söz açıb: «Hələlik deyə bilmərəm ki, hökumət mənə təzyiq edib. Bir neçə yüksək səviyyəli adam təzyiq edir. Onlarla da mənim münasibətim sovet vaxtından yaxşı olmayıb. Baxarıq. Bu yaxınlarda hər şey məlum olacaq. Çünki sərbəst, heç kəsdən asılı olmayan adamam. Sovet vaxtı da həmin adamlar mənə təzyiq edirdilər. O vaxt da fikirlərimi açıq deyirdim».

«Sizi ölkənin bir çox adamları müdafiə etdi. Hesab etmək olarmı məhz bu bəzi şəxsləri Sizə qarşı hücuma keçməkdən çəkindirdi» sualını cavablayan R.İbrahimbəyov deyib: «Təkcə Azərbaycanda 284 nəfər tanınmış şəxs müraciət imzaladı və mənim müdafiəmə qalxdı. Bundan başqa digər ölkələrdən müraciətlər gəlirdi. Bir çoxları məni müdafiə edirdi. Ola bilsin, məhz bu kimlərisə çəkindirdi. Ancaq o da ola bilər ki, əksinə, mənə qarşı nəsə hazırlanır».

«Media forum» xatırladır ki, «Pravda»dakı müsahibəsində R.İbrahimbəyov 2 milyon gəlmə adamın, yüksək səviyyədə korrupsiyanın, yerlibazlığın və digər halların Bakını tənəzzülə uğratdığını deyib. Bundan sonra deputatlar Yaqub Mahmudov, Asəf Hacıyev, Bəxtiyar Əliyev, Fəzail İbrahimli, Nizami Cəfərov R.İbrahimbəyovun müsahibəsində gedən fikirlərdən narahatlıqlarını çatdırıblar və Kinematoqrafçılar İttifaqı sədrinin Azərbaycan xalqından üzr istəməsini tələb ediblər. Noyabrın ortalarında R.İbrahimbəyovu müdafiə məqsədilə 300 nəfərə yaxın şəxsin (onların arasında tanınmış ziyalılar da var) imzası ilə Milli Məclisə müraciət də göndərilib.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 month later...

Men bakiliyam, amma Bakida özümü qonaq kimi his edirem! neden? ona göre ki, "gelenler" özderini ele bir öz evinde his edirler ve özderini cox pis .rirlar. menim xosuma gelmir. Bakida men özümü sheher usaqi kimi his etmek isteyirem! bu menin haqqimdir!!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 month later...
Men bakiliyam, amma Bakida özümü qonaq kimi his edirem! neden? ona göre ki, "gelenler" özderini ele bir öz evinde his edirler ve özderini cox pis .rirlar. menim xosuma gelmir. Bakida men özümü sheher usaqi kimi his etmek isteyirem! bu menin haqqimdir!!!!

sizin özünüzü Bakıda qərib kimi hiss etməyiniz cox təəssüf ki, hələ cox davam edəcəkdir...İndikilər Bakını elə bir günə salıblar ki, burada böyük şəxsiyyətlərin bir daha yetişəcəyinə insanın inanmamağı gəlir.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...