Перейти к содержимому

Hz Fatime R.a.


@Jenerik@.

Recommended Posts

HӘZRӘT FATIMӘNIN ŞӘXSIYYӘTI

Adı: Fatimə (s)

Atasının adı: Məhəmməd (s)

Anasının adı: Xədicə (s)

Təvəllüdü: 20 Cəmadiyüs-sani, cümə günü, be᾽sətin 5-ci ili.

Doğulduğu yer: Məkkə

Şəhadət ili: Hicri 11-ci il

Dəfn olunduğu yer: Mə᾽lum deyildir.

TARIXDӘ QADIN

Tarixə nəzər saldıqda görürük ki, qadından qədim xalqlarda bir əmtəə kimi istifadə olunur və əmtəə kimi də heyvanlarla dəyişdirilirdi.

Islamdan əvvəl, cahiliyyət dövründə isə qadınları bədbəxtlik səbəbi hesab edir, buna görə də qız uşaqlarını diri-diri basdırırdılar.

Amma islam dini belə inam və fantaziyalarla zidd olduğuna görə həzrət Peyğəmbər (s) həmişə cahiliyyət millətinin fikri və əməlləri ilə mücadilə edirdi. O, qadınların da kişilər kimi insan olduqlarını, onların da insanlıq imtiyaz və hüquqlarından istifadə edə bilmələrinin zəruriliyini və heç kəsin qadınları təhqir etmək haqqına malik olmadığı fikrini müdafiə edirdi.

Təəssüflə Avropa və qərb dünyası qadınlardan reklam və əyləncə əşyası kimi istifadə edir. Bir sıra müsəlman ölklərində də islami dini adət və ən᾽ənələrlə zidd olduğuna baxmayaraq qadınlar əsarət zəncirlərinə bağlanıb tə᾽lim-tərbiyə və ictimai fəaliyyət göstərməkdən məhrumdurlar. Belə ölkələrdə qadınlar təkcə yas ya mövlud kimi ən᾽ənəvi dini yığıncaqlarda iştirak edə bilərlər. Buna görə də oralarda qadınlar xurafata daha çox meyl göstərərək cahillik və qəflət uçurumlarına yuvarlanmışlar.

Beləliklə qadınlar imperializmin «azadlıq» fəryadı ucaltdığı vaxtda, bu fəryadın kimə aid olduğuna və haradan gəldiyinə diqqət edə bilməyib azadlığın nə demək olduğunu da başa düşə bilməmişlər. Hicabın aradan götürülməsi ilə özlərini ziyalı zənn edib keçmişdəki bütün çirkinliklərini büruzə verərək hər şeyi kənara qoydular və üzdəniraq azadlığa nail oldular. Amma bu, qadınlar üçün həqiqətən cəhalət və xurafələrdən qurtulub azad olmaq deyildi; iffət və təqvadan qopub uzaqlaşmaq idi. O, bu yolda irəlilədikcə elə bir yerə çatdı ki, nəhayət qadınlar imperialistlərin istədikləri zaman istədikləri şəkildə istifadə edə biləcəkləri bir əşya və əmtəəyə çevrildilər.

Bu iradəsiz təqlidçi, gözü-qulağı möhürlü oyuncaq kukla — «günün qadının» adlandırıldı.

Amma islam və Qur᾽an tərbiyəsi ilə böyüyən Xədicə, Fatimə və Zeynəb kimi şəxsiyyətlərlə islamın qadınlara verdiyi böyük qiymət nümayiş etdirilir. Bütün əsirlərin qadınları üçün örnək olmalı belə misilsiz qadınların yetişməsi qadın olmağın həqiqi mə᾽nasını ifadə edir.

Indi isə həmin qadınlardan biri olan, Peyğəmbərin qızı, Әli əleyhissalamın xanımı, Həsəneynin və Zeynəbin anası həzrət Fatimənin həyatını oxuyacağıq. Bununula da nümunəvi müsəlman qadının necə olduğunu müşahidə edəcəyik inşaallah.

TӘVӘLLÜDÜ

Həzrət Zəhranın doğumu əsnasında Allahın Peyğəmbəri (s) Xədicəyə belə buyurdu: «Indi Cəbaril mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız olacaqdır ki, bütün imam və mə᾽sum rəhbərlər onun nəslindən gələcək».

Həzrət Fatimə (s) be᾽sətdən (həzrət Məhəmmədin peyğəmbərliyə seçilməsindən) beş il sonra, Cəmadüs-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində dünyaya göz açdı. O vaxtlar Qüreyş hələ Kə᾽bənin binasını yenidən tikdirirdi.

<A name=_Toc519974846>HӘZRӘT FATIMӘNIN TӘRBIYӘSI

Həzrət Fatimə (s) nübüvvət və risalət evində tərbiyə alıb Peyğəmbərin elmindən faydalandı. Qur᾽anı Peyğəmbərin (s) dilindən eşidib öyrənir, həmişə özünü ən yaxşı və nümunəvi şəkildə tərbiyə edirdi.

Həzrət Fatimə (s) Qur᾽an və atasının sözlərinə ünsiyyət bağlamışdı. Özünü faydalı elmlərlə yetişdirib kamilləşdirdiyinə görə atası onu çox sevirdi.

Bir gün Ayişə Peyğəmbərə (s) belə bir sual verdi: Nəyə görə Fatiməni bu qədər sevirsən? O içəri girdiyi vaxt onun üçün ayağa qalxır, yanında otuzdurub əlini öpürsən?

Peyğəmbər (s) onun cavabında belə buyurdu: «Ey Ayişə! Әgər mənim onu nə üçün sevdiyimi bilsən, sən də onu mənim qədər sevərsən».

Peyğəmbərimiz Həzrət Fatiməni öz bədəninin bir hissəsi hesab edib, həmişə belə buyurardı: «Fatimə mənim bədənimin bir hissəsidir, hər kəs ona əziyyət etsə, mənə əziyyət edibdir, hər kəs də onu sevindirsə, məni sevindiribdir».

Həzrət Peyğəmbər (s) bir gün Həzrət Fatiməyə belə buyurdu: «Ey Fatimə! Allah sənin qəzəbinlə qəzəblənir, sənin razılığınla və sevincinlə isə sevinir».

post-28214-1228497380_thumb.jpg

Изменено пользователем @Jenerik@.
imzam9fk8dn3lf7ip7rryj8.gif

Ссылка на комментарий
Поделиться на других сайтах

Həzrət Fatimənin siması, danışığı və hərəkətləri atasına çox bənzəyərdi. Belə ki, Ümmü Sələmə bu haqda belə deyibdir: «Peyğəmbərə ən çox bənzəyən Fatimə idi».

Ayişə isə belə deyib: Danışmaqda Fatimədən daha çox Peyğəmbərə bənzəyən birisini görmədim.

ATA VӘ QIZ

Peyğəmbərlə (s) Fatimə arasında olan sevgi və məhəbbət birtərəfli deyildi. Həzrət Zəhra (s) da atasını çox sevirdi. Buna görə də anası Xədicə vəfat edəndən sonra Həzrət Fatimənin, altı yaşında olmasına baxmayaraq, atasının evdəki bütün ehtiyaclarını tə᾽min edərək rahat olmasına cəhd göstərirdi.

Həzrət Fatimə (s) atası ilə şəhərin kinli dolu küçələrində, küfr, xəyanət və əziyyətlərlə dolu Məscidül-həramda addım-addım böyüyüb irəliləyən bir qız idi.

Atasının mübarək alnından qan damlaları töküldüyü vaxt balaca əlləri ilə atasının üzünü təmizləyib yaralarını müalicə edər, şirin sözlərlə atasına təsəlli verərdi.

Elə bir ata ki, peyğəmbərlik kimi ağır bir vəzifəni öhdəsinə alaraq cəbhələrdə bütpərəstlik və cəhalətlə döyüşdüyü üçün öz vətənində qərib, şəhərində və qohumlarının arasında tək qalmışdı. Belə ki, hamı ondan üz döndərmişdir.

Həzrət Fatimə (s) öz məhəbbəti ilə atasının ürəyini sevinclə doldurub onun risalətinə inanan, ona qüvvət və ümid verən yeganə insan idi.

Elə buna görə də atası onun haqqında belə buyurmuşdu: «Atası Fatiməyə fəda olsun». Və ona «atasının anası» ləqəbini vermişdi. Çünki o, atasına bir ana kimi qayğı göstərirdi.

HӘZRӘT FATIMӘNIN IZDIVACI

Həzrət Fatimənin artıq ərə getmək vaxtı çatmışdı. Həzrət Fatimənin əri elə bir adam olmalı idi ki, insanlıq dəyərlərində və kamal üstünlüyündə Fatimə ilə bərabər olsun. Eləcə də Zəhraya layiq olan hörmət və sevgini ona göstərib dəyərini dərk etsin. Evliliyin sağlamlığı üçün islam dininin əmr etdiyi də budur. Həzrət Fatiməyə bir çox zadəgan ailələrdən elçilər gəlirdi. Bunlardan bə᾽ziləri isə Ömər, Әbu Bəkr və başqaları idi. Amma həzrət Peyğəmbər (s) qızına elçi gələnlərə belə buyurardı:

«Bu barədə vəhy gözləyirəm».

Nəhayət vəhy gəldi və Həzrət Fatimənin əri bəlli oldu.

«Ey Peyğəmbər! Işığı işıqla — Fatiməni Әli ilə evləndir».

Әli əleyhissalamın həzrət Fatimə ilə evləndikdə, əlində dünya malından bir şey olmasına baxmayaraq, bütün maddi dəyərlərdən daha üstün və dəyərli bir xəzinəsi var idi: Insalıq şərəfi və təqva.

Peyğəmbər (s) həzrət Әlinin istədiyini qəbul etdikdən sonra qızının fikrini soruşmaq üçün onun yanına gəlib buyurdu:

«Sən də Әlini yaxşı tanıyırsan, o xalqın arasında mənə ən yaxın olanı, islama saysız-hesabsız xidmətlər göstərmiş fəzilətli bir adamdır. Bax, Allah da sənin üçün Әlini seçib. Sənin bu haqda fikrin nədir?»

Fatimə susdu. Peyğəmbər onun sükutundan xanım Zəhranın bu məsələyə razı olmasını başa düşüb çox sevindi.

TOY MӘRASIMI

Peyğəmbərin əmri ilə Bəni Haşim qəbiləsi və əshab o gün bir yerə yığıldılar. Daha sonra Peyğəmbər (s) bir xütbə oxuyaraq Әli ilə Fatiməni evləndirdi. Kəbininə də dörd yüz misqal gümüş tə᾽yin etdi.

Әshabdan birisi deyir: Həzrət Fatimənin kəbinində Peyğəmbər (s) qoyun kəsib sadə bir yemək verəndən sonra, hamıdan bu barədə şahidlik aldı.

Zəhranın kəbininin kəsilməsindən bir ay sonra, hicrətin ikinci ilində toy mərasimi keçirildi. O axşam Peyğəmbər (s) Fatimənin əlini Әli əleyhissalamın əlinin üstünə qoyub buyurdu:

«Ey Әli! Fatimə sənin üçün seçilmiş ən yaxşı xanımdır.» Sonra isə Fatiməyə sarı dönüb buyurdu: «Ey Fatimə! Әli də sənin üçün seçilən ən xeyirli ərdir». Sonra «artıq öz evinizə gedə bilərsiniz» - deyərək onları evlərinə yola saldı.

Mühacir, ənsar və Bəni Haşim qadınları, əshab və dostlar şamdan sonra Həzrət Fatiməni Peyğəmbərin dəvəsinə mindirib sevinc və şadlıqla onu həzrət Әlinin evinə .rdılar.

Әli əleyhissalam və Fatimə (s) Mədinədən səkkiz kilometr uzaqlıqda, Quba məscidinin yanında yeni həyatlarına başladılar. Həmin məscid Hicrət əsnasında Peyğəmbərin həzrət Әlini bir həftə gözlədiyi yerdə tikilmişdi.

Çox çəkmədi ki, onlar yenidən Mədinəyə köçüb özlərinə Peyğəmbərin qonşuluğunda bir ev tikdilər. Çünki Peyğəmbər üçün Әli və Fatiməni yanında görməmək, onlardan uzaq qalmaq çox çətin idi. Әli öz evini palçıq, xurma ağacının yarpaq və budaqlarından tikdi. Onların evlərinin kiçik qapısı ilə Peyğəmbərin evinin qapısı hər gün səhər çağı, iki ürəyin bir-birinə qovuşduğu kimi, bir-birinin üzünə açılırdı.

Qur᾽an və hədislərdə bu qədər tə᾽riflənən, bütün pisliklərdən uzaq olduğu qeyd olunan Әhli-beyt, itrət evi və ailəsi, məhz elə bu ev və bu ailədə idi.

Elə bir ev ki, Әli orada ata, Fatimə ana, Həsən və Hüseyn oğlu, Zeynəb ilə Ümmi Gülsüm isə qızı idilər.

Bu ev bütün zaman və illərdə nəsillər üçün nümunəvi bir örnəkdir.

BӘRӘKTLI AILӘ

Həzrət Fatimə (s) Әli (ə) ilə birgə böyümüşdü, onu qayğıkeş bir ər və atasının ətrafında dolanan yüksək bir insan kimi tanımışdı.

Artıq bu iki insanın qəlbi xüsusi bir şəkildə bir-biri ilə qovuşmuşdu. Belə ki, heç birinin cahiliyyətlə əlaqəsi yox idi. Ikisi də həyatlarının ilk illərindən başlayaraq risalət dənizi ilə vəhy nurunun kölgəsində böyümüşdülər. Ikisi də Şe᾽bi Әbi Talibdə müşriklərin mühasirəsində üç il birlikdə dərd və zəhmət çəkmişlər.

Həzrət Fatimə (s) bilirdi ki, həzrət Әli əleyhissalamın maddi dövləti olmayıb, onun ən böyük sərmayəsi yalnız atasının hədəfləri uğrunda fədakarlıq etməsidir.

O bilirdi ki, əri bütün cavanlığını inam və cihad ilə keçirərək ömrü boyu islam və müsəlmanlara xidmət etmiş, cihaddan başqa bir şey düşünməmişdir.

Həzrət Fatimə (s) islam dünyasının rəhbəri Peyğəmbərin qızı idi; onun bir xidmətçisi olması zəruri deyildimi? Xeyr, o, belə bir şey istəmirdi.

Xanım Zəhra özü un üyüdər, çörək y.r və bütün ev işlərini görərdi. Halbuki, bacıları Zeynəb, Ruqəyyə və Ümmü Gülsüm ərlərinin evində bolluq və ne᾽mət içində yaşayırdılar. Amma Fatimə (s) hər şeydən çox Allahı düşünür və həmişə həqiqəti axtarırdı. Elə bir həqiqət ki, nur, su və hava kimi gözəllik və həyatın təməlidir.

Fatimə (s) cavan ağac kimi vəhy işığının kölgəsində böyüyüb, azadlıq və ədalət meyvəsi yetişdirərək Qur᾽anın buyurduğu kimi «Şəcəreye Təyyibə» (yaxşılar ağacının) başlanğıcı olmalı idi.

NÜMUNӘVI AILӘ

həzrət Әli əleyhissalam ilə Fatimənin həyatı bütün nəsillər üçün laiyqli bir məktəbdir ki, ondan nümunəvi dərslər öyrənmək lazımdır.

Onların arasındakı əməkdaşlıq diqqətə layiqdir. Belə ki, Әli (ə) çöl işlərindən əlavə ev işlərində də Fatiməyə kömək edərdi. Fatimə də həmişə Әlinin razılığını cəlb etməyə, eləcə də onun narahatlıq və yorğunluğunu azaltmağa çalışardı.

Bir-birlərinə qarşı olan rəftarları sanki tərbiyə və ədəbdən yoğrulmuşdu. Belə ki, bu iki həyat yoldaşı heç vaxt bir-birlərini adları ilə çağırmazdılar.

Әli (ə) xanımını çağıranda «ya bintə rəsuiullah» (ey Peyğəmbərin qızı) – deyə onun səsləyər. Fatimə (s) isə ərini «ya Әmirəl-mö᾽minin» - deyə çağırardı.

Bir belə çətinliklərlə yanaşı uşaqlarının tə᾽lim-tərbiyəsini də unutmurdular. Onların sözlərinə qulaq asır, müxtəlif suallarına cavab verərək bu balaca uşaqlar ilə çox mehriban rəftar edirdilər. Heç vaxt onların üstünə qışqırmaz və ya narahtedici bir söz söyləməzdilər.

IZDIVACIN MEYVӘLӘRI

Hicrətin 3-cü ilində Həzrət Fatimənin ilk uşağı dünyaya gəldi və uşağın adını Həsən qoydular.

Bu övladın təvəllüdü ilə Məhəmmədin kinlərdən, düşmənçiliklərdən və dostlarının işkəncəyə mə᾽ruz qalmasından yoğrulmuş ruhu sevindi və həyatın şirinliyini daddı.

Peyğəmbər (s) dərhal sevinc və şadlıq içində Fatimənin evinə gəlib Fatimə ilə Әlinin ilk meyvəsi olan uşağı qucağına alaraq qulağına azan oxudu və onun saçının ağırlığı qədər Mədinənin yoxsullarına gümüş payladı.

Bir il sonra isə ikinci övladları Hüseyn (ə) dünyaya gəldi.

Artıq Peyğəmbərin Allahın təqdiri ilə əlindən gedən iki oğlu, Qasim və Tahirin yerinə iki övladı dünyaya gəlmişdi.

Sanki, Allah, Peyğəmbərin nəslinin təkcə Fatimənin uşaqları ilə davam etməsini istəmişdi. Bu ulduzların dünyaya gəlməsi ilə yeni bir üfüq yarandı. Çünki, həzrət Məhəmməd (s) özünü, Әlini və Fatiməni bu iki uşağın simasında görürdü.

Peyğəmbər (s) Həsən ilə Hüseyni iki uşağının əvəzində bağışladığı üçün öz Allahına şükr edirdi. O həzrətin Həsən və Hüseynə olan dərin məhəbbəti hamını heyrətdə qoymuşdu.

Bir gün Fatimənin evinə gəldiyi vaxt Әli (ə) ilə Fatimə (s) yatmış, Həsəni isə ağlayan görüb yavaşca tez bir qoyunu sağıb südünü Həsənə içirdərək onu ovutdu.

Başqa bir gün isə Fatimənin evinin yanından keçəndə Hüseynin ağladığını eşitdi. Tez evə girib Fatiməyə buyurdu: «Bilirsənmi ki, onun ağlaması məni də ağladır?»

Hüseyndən bir il sonra bir qızları oldu ki, adını Zeynəb qoydular. Bir il sonra yenidən bir qızları oldu və onun da adını Ümmü Gülsüm qoydular.

Zeynəb və Ümmü Gülsüm Peyğəmbərin vəfat edən iki qızının adları idi. Hicrətin 8-ci ilində Allah-taala Peyğəmbərinə daha bir övlad ehsan etdi ki, adını Ibrahim qoydular. Amma bir il sonra o da öldü.

Artıq Peyğəmbər (s) qızının uşaqlarına elə bağlanmışdı ki, onlardan heç cür ayrıla bilmirdi. Evdən çıxıb Mədinənin küçələrində gəzdiyi vaxt, həmişə bu iki uşaqdan birisini özü ilə gəzdirərdi.

FATIMӘ (S) HACӘRDӘN ÜSTÜNDÜR

Islam dinində meyyidi məsciddə basdırmaq qəti qadağandır.

Әn üstün və dəyərli məscid Məscidül-həramdır. Kə᾽bənin Allah hərəmi və bütün məscidlərin qibləsi olmasına baxmayaraq, həzrət Ibrahim (ə)-ın xanımı Hacər Kə᾽bənin yanında torpağa tapşırılıb və Allah-taala da müsəlmanlara əmr edib ki, Hacərin qəbrinin ətrafında dolanaraq başına fırlansınlar.

Amma Həzrət Fatimənin məqam və dərəcəsi hətta şərəf evində yatan Hacərdən belə üstündür.

O, dörd behişt qadınlarından biridir. Həmin dörd qadın bunlardan ibarətdir: Məryəm, Asiyə, Xədicə və Fatimə. Ailədəki bütün iftixarların varisi, Adəm əleyhissalamdan başlayaraq, Ibrahim əleyhissalama çatan, Isa və Musanı da ehtiva edib, Məhəmməddə tamamlanan bir nəslin davamçısıdır Fatimə (s).

<A name=_Toc519974855>ATASININ ÖLÜM YATAĞININ YANINDA

Peyğəmbər (s) xəstələnmişdi, başı həzrət Әli əleyhissalamın sinəsi üstündə, əli ilə onun əlindən tutmuşdu. Fatimə də Peyğəmbərin yatağının yanında oturub ağlayırdı. Atası gözlərini açıb Həzrət Fatiməni ağlayan gördükdə ona belə buyurdu: «Qızım, mənə Qur᾽an oxu». Fatimə də Qur᾽andan bir neçə ayə oxudu.

Әslində, Peyğəmbər (s) həyatının son anlarında, ölümünün rahat ötməsi üçün qızının səsini eşitmək istəyirdi.

Peyğəmbər (s) dünyadan köçərkən evini qəm və matəmə bürümüşdü.

Atasının vəfatından kədərlənən Fatimənin bədəninə sanki ağır bir zərbə endirilmişdi. Hələ bir neçə saat keçməmişdi ki, daha yeni bir zərbə endirildi: o da ərinə qarşı törədilən cinayət idi.

Həzrət Fatimeyi-Zəhra (s) əvvəlki kimi yenə də fədakarlıqla ərinin qəsb olunmuş haqqını müdafiə edirdi.

Belə ki, hətta bir gün Bəni Haşim və ənsardan olan qadınlarla birgə atasının məscidinə gəlib, xəlifənin hüzurunda fövqəladə tə᾽siredici bir xütbə oxuyaraq sözlərini açıq-aşkar bəyan etməsi oradakıların hamısını ağlatmışdı. Amma onların qayğısını görməmişdi. Sanki, onların üstünə soyuq su ələnib zillət tozu qonmuşdu.

Həzrət Fatimə (s) əsəbi və narahat bir şəkildə evə gəlib, Әli əleyhissalama buyurdu: «Nəyə görə haqqını müdafiə etmirsən?»

həzrət Әli əleyhissalam Fatimənin cavabında belə buyurdu: «Atanın adının məscidlərdə ucalmasını istəyirsənmi? Atanın hədəflərinin məhv olmamasını istəyirsənmi?»

Fatimə «bəli» - dedi.

Әli (ə) belə buyurdu: «Әgər onların istədiyi kimi mən də qılınca əl .rsam, atanın və ərinin zəhmətləri puça çıxar və hamımız məğlub olarıq.»

Fatimə (s) heç bir söz danışmadı və öz sükutu ilə mübarizəsinə davam etdi. Eynilə iyirmi beş il susaraq məzlumluğunu aləmərə əməli ilə car çəkib nümayiş etdirən əri həzrət Әli əleyhissalam kimi.

imzam9fk8dn3lf7ip7rryj8.gif

Ссылка на комментарий
Поделиться на других сайтах

Həzrət Fatimə (s) artıq hər bir şeyi əldən verdiyini və Әli (ə) üçün bir iş görə bilmədiyini dərk etmişdi.

O, var qüvvəsi ilə çalışırdı ki, xilafət binasının təməli çürümüş ağacların vasitəsilə qoyulmasın, amma ümidini artıq öz son cəhdlərindən də kəsmişdi.

Artıq yaşaya bilmirdi Zəhra. Gün keçdikcə yaradanına qovuşmaq üçün səbirsizləşirdi. Nəhayət Hicri 11-ci ilin Cəmadiüs-sani ayının üçüncü bazar ertəsi günü, atasının öldüyü ildə, uşaqlarını öpüb onlarla vidalaşdı:

Daha doğrusu vidalaşdırdılar. Qoy bütün nəsillər bilsin ki, peyğəmbərimizin qızı xanım Zəhra öz əcəli ilə ölməmişdir. Onun və nəinki onun hətta qoynundakı hələ dünyaya gəlməmiş Möhsününü belə xəyanətkar zalımlar şəhid etmişlər. Çünki, xanım Zəhra öz atası və ərinin qəsb olunmuş haqqını müdafiə etdiyi üçün o xəyanətkarlar tərəfindən amansızcasına qətlə yetirilmişdi. Bəli, o gecə Zəhra bütün ailəsi ilə vidalaşdı.

Yeddi yaşında olan Həsən (ə) ilə;

Altı yaşında olan Hüseyn (ə) ilə;

Beş yaşındakı Zeynəb (ə) ilə;

Üç yaşında olan Ümmü Gülsüm ilə;

Axırda isə Әli (ə) ilə vidalaşdı. Nə çətin idi o vida anları! Fatimə (s) qüsl etmək üçün su istədi. Allahı ilə görüşə getdiyi üçün təzə paltar geydi. Sonra isə üzü qibləyə tərəf uzandı və gözləməyə başladı. Bir az sonra gözlərini yumub dünyadan köçməsi ilə Әlinin evində yanan bir şam artıq sönmüşdü.

Әli (ə) Fatimənin vəsiyyətinə əməl edərək ona özü qüsl verdi, kəfənləyib dəfn etdi.

Amma qəbrinin yeri gizli qalmalı və heç kimin xəbəri olmamalı idi.

O gündən indiyə qədər və gələcəkdə də davam edəcək bir mübarizədir bu hadisə.

Siyasətçilər oraya gəlib namaz qılmalı idilər. Həzrət Fatimə (s) gələcək nəsillərə bunu demək istəyirdi ki, mənə zülm olundu, ürəyim qəmlə doludur və mən intiqam gününü gözləyirəm.

Artıq Әli (ə) yalqızdır. Tənha özü qalıb, bir də uşaqları...

Həzrət Zəhranın qəbrinin yanında oturub Peyğəmbərin qəbrinə xitabən dedi: «Ey Allahın Peyğəmbəri! Mənə tapşırdığın əmanəti sənə qaytarıram. Başıma gələn bütün əhvalatları qızın sənin üçün olduğu kimi danışacaqdır. Bütün suallarını ondan soruş. O, hamısını sənə deyəcək.

imzam9fk8dn3lf7ip7rryj8.gif

Ссылка на комментарий
Поделиться на других сайтах

Rəsulullah (s): “Qızım Fatimə Qiyamətin günündə Məhşərə əlində qanlı köynəklə gələcək. Ərşdən yapışıb fəryad edəcək: “Ey Ədalət sahibi Mənimlə oğlumun qatili arasında hökm et!” Allah o zaman Fatimənin xahişi ilə hökm edəcək. And olsun Kəbənin Rəbbinə Allah Fatimənin qəzəbi ilə qəzəblənər onun razılığı ilə razı olar” (Uyunul əxbar, 2/8 hədis 8)

Rəsulullah (s): “Qiyamətin günü Allahın əmri ilə munadi səslənəcək: Ey Məhşər əhli! Gözlərinizi bağlayın ki, Muhəmmədin (s) qızı keçsin” (Uyunul əxbar, 2/25 hədis 55)

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 weeks later...

Ozunu muselman adlandiranlarin Fatime s.a. ve ailesine munasibeti tarixde melumdur. Qebrinin de namelum olmaqi bu hormetin subutudur. Bu ummet hele utanmadan ozunu onun mubarek atasinin ummeti adlandirir.

Ссылка на комментарий
Поделиться на других сайтах

Ozunu muselman adlandiranlarin Fatime s.a. ve ailesine munasibeti tarixde melumdur. Qebrinin de namelum olmaqi bu hormetin subutudur. Bu ummet hele utanmadan ozunu onun mubarek atasinin ummeti adlandirir.

Fatime r.a. Ehli beytdir

imzam9fk8dn3lf7ip7rryj8.gif

Ссылка на комментарий
Поделиться на других сайтах

Fatme (sellallahu aleyha) hem bu dunyanin he de axirt dunyasinin xanimlarinin xanimidir. Allah tela onlarin shefaetini bizlere her iki dunyada qismet elasin - Cemi muselmanlara. Amin.

?lh?mdulillahi r?bbil al?min v? s?ll?llahu ?la seyyidina M?h?mm?din v? alihit-tayyibinatinat-tahirin v? ?la ?shabihil ?xyaril munt?c?bin v? l?`n?tullahi ?la ?`daihim ?cm?in.

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...