Перейти к содержимому

“ergenekon TÜrkÜn KƏbƏsİdİr”

Azer777

Recommended Posts

Lutfen ERGENEKON la baglı bilgilerinizi burda yerleshdiriniz

“ERGENEKON TÜRKÜN KƏBƏSİDİR”

Vəli Kiçik məhkəmədə azərbaycanca ifadə verdi

Türkiyədə silahlı terror təşkilatı olaraq göstərilən “Ergenekon” işi ilə bağlı oktyabrın 21-dən başlayan məhkəmə prosesinin dünənki iclasında istefada olan jandarma generalı Vəli Kiçik ifadə verib. Vəli Kiçik bu iş üzrə əsas şübhəli şəxslərdən biridir və Türkiyənin yaxın tarixinin az qala bütün qaranlıq cinayətləri onun adına yazılır. “Ergenekon”un liderlərindən biri olmaqda ittiham edilən Vəli Kiçik ifadəsində bəyan edib ki, dövlətin nə vaxtsa ona tələ quracağını təsəvvürünə də gətirməyib. General deyib ki, Türkiyədəki bəlli qüvvələr uzun müddətdir planlı şəkildə onun üzərinə gəlməkdə idi və onların planının icrasına başlaması nəticəsində bu gün həbsdədir.

Vəli Kiçik həbs edilməzdən bir gün əvvəl xəstəliyi ilə bağlı həkimə getdiyini, ertəsi gün də müayinə üçün xəstəxanaya getməli olduğunu bildirib. Lakin qəfildən evinə basqın edən polislər PKK terrorçusunu və ya axtarışda olan təhlükəli canini yaxalayırmış kimi hər yeri alt-üst ediblər, ardınca o, polis idarəsinə .rılıb: “Mən buna heç etiraz etmədim, çünki ömrüm boyu heç səhv etmədim, qanunların xaricinə çıxmadım. Ancaq dövlətin tələ quracağını heç gözləmirdim”.

Vəli Kiçik əlavə edib ki, həbs edilərkən guya hərbi komandanlıqdan yardım istədiyi haqda yazılanlar yalan idi. Çünki o, heç kimdən yardım istəməyib və kimsənin yardımına ehtiyacı olmayıb. General deyib ki, iddianamədə terror təşkilatı ifadəsinin türkün Kəbəsi olan Ergenekonla bir yerdə işlədilməsi biabırçılıqdır və buna görə öz adından türk xalqından üzr istəyir. Onun sözlərinə görə, ittiham aktı bütövlükdə türk millətinə qarşı yönəlib. Kiçik ittiham aktında Atatürk cümhuriyyətinin mühakimə edildiyini deyib. Onun sözlərinə görə, bu ittiham aktı komik və eyni zamanda tragikomikdir. General bu cür ittiham aktı ilə üzləşməsindən həm qürur hissi duyduğunu, həm də məyus olduğunu bildirib: “Məmnunam, ona görə ki, hər fürsətdə üzərimə atılan çamurları təmizləmə və məhkəmə qarşısında millətimə həqiqətləri çatdırmaq imkanı əldə edirəm. Bu dava məmləkətini və millətini sevməkdən başqa heç bir suçu olmayan, tamamilə məsum insanların nə cür çevrilişçi, qatil, şantajçı, terrorçu kimi cəmiyyətə təqdim edildiyini ortaya çıxaracaq. Ancaq məyusam ki, bu gülünc oyunda başda Türkiyə Silahlı Qüvvələri olmaqla, cümhuriyyəti ayaqda tutan bütün qurumlar hədəfə alınıb. Ürəyində vətən, bayraq, millət sevgisi olan insanlar bu cür ucuz yalanlarla suçlanmalı deyildi. Cümhuriyyətlə və millətlə barışmaq fikrində olmayan, cümhuriyyətin təməl dəyərlərini həzm edə bilməyən qaranlıq zehniyyətin onlara qarşı müxalifətdə olan hər kəsi susdurmaq üçün dövlətin imkanlarını sağa-sola istifadə etməsinə bu şəkildə fürsət verilməliydi” .

General daha sonra çıxışında bildirib ki, uzun müddətdir bəlli qruplarla bağlı media onun haqqında bütün ağlasığmaz iddiaları yerə verərək “virtual Vəli Kiçik” obrazı yaradıb. İndi isə məhkəmə qarşısında əsl Vəli Kiçik dayanır. Onun sözlərinə görə, virtual Vəli Kiçik obrazını yaradanlar bununla əslində silahlı qüvvələri gözdən salmaq istəyib. Vəi Kiçik əlavə edib ki, qazanda qaynadılmaq istəyənlər o və silahdaşları deyil, dünyəvi və demokratik cümhuriyyətdir: “Əgər bunların qarşısı alınmasa, cümhuriyyət rejimi də, dövlət də, millət də tarixin axını içərisində amansızcasına yox olacaq və tarix səhnəsindən silinəcək” .

Vəli Kiçik deyib ki, “Ergenekon” əməliyyatı Rəcəb Tayyib Ərdoğan iqtidara gəlməzdən az öncə, 2002-ci ildə hazırlanıb. O, Ərdoğanın “biz hələ iqtidara gəlməzdən əvvəl bunun hazırlığını görürdük” sözlərini xatırladıb. General bildirib ki, görünür, Ərdoğan Amerikaya baş nazir kimi səfər edərkən Buşdan “Ergenekon” əməliyyatının razılığını alıb. O, “Ergenekon”un qara qutusu adlandırılan və şübhəli imicə malik Tuncay Güneylə tanışlığının tarixi haqda da danışıb: “Tuncay Güney istefada olan polkovniklə yanıma gəldi, ”Akşam" qəzetində işlədiyini dedi. Mənə bəzi məxfi məlumatlar gətirirdi. Görünür, bunlar mənimlə yaxın əlaqə qurmaq üçün düşünülmüş oyun idi. Sonradan o, mənə “Seer” hədiyyə etmək istədiyini dedi və açarlarını önümə qoydu. Ona çox hirsləndim və otaqdan qovdum. Əgər o vaxt “Seer”i alsaydım bu əməliyyat da daha əvvəl başlayardı. Hazırlanan ssenari bu adamın iddiaları əsasında qurulub. Ancaq onun adı ittiham aktında yer almır. Mən məhkəmədən tələb edirəm, bunun səbəbini aydınlaşdırsın". Vəli Kiçik deyib ki, ona qarşı ifadə verən və adı gizli saxlanılan şahidlər PKK, “Hizbullah” və DHKP-C terror təşkilatlarının üzvləridir. Hansı ki, özü vaxtilə bu terror təşkilatlarına qarşı mübarizə .rıb.

Proses daha sonra prokurorların, vəkillərin və hakimlərin qarşılıqlı sualları ilə davam edib. Vəli Kiçiyin dindirilməsinin bu gün də davam edəcəyi gözlənilir.

.-nın məlumatına görə, Vəli Kiçik məhkəmədə Azərbaycan dilində danışıb

Ссылка на комментарий
Поделиться на других сайтах

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

Vəli Kiçikin verdiyi ifadədə “Hizbullah” - ı terrorcu qruplara aid etmesi hesab edirəm ki ona ucalıq gətirən əməl hesab edilməməlidir. Xususilə Azərbaycanda.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Bu gün Türkiyədə Atatürk ideyalarını sarsıtmaq, onun miras qoyduğu dəyərlərə kölgə salmaq, dövlətçilik prinsiplərini unutdurmağa çalışan bir hökumət iqtidardadır. Eynilə bizdə olduğu kimi. Daha bir xoş olmayan hal ondan ibarətdir ki, R.T.Ərdoğan yeni açılan kürd televiziyasına kürdcə müsahibə verib. Biabırçılıqdır. Mən demirəm ki kürdlər pisdir. Kürdlər də müsəlmandır və İraqdakı kürdlərin əksəriyyəti Türkiyə ilə münasibətlərin gərginliyindən narahatdır və narazıdır, PKK-ya nifrət edir. Sadəcə söhbət ondan gedir ki, Türkiyə vətəndaşı, ələlxüsus da baş nazir kürd dilində danışmamalıdır.

Non est Azerbaijan sine Karabagh!

bu yaxın günlərdə İran Prezidenti Təbrizdə olarkən Azərbaycan dilində danışmışdı...Dövlətə rəhbərlik edənlərin öz vətəndaşlarının ana dilində danışması cox təqdirə layiq əməldir...

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...