Перейти к содержимому

Asif Atanı Tanımaq


Türkel

Recommended Posts

Safruh

Asif Atanı tanımaq

atam-9.JPG

"Ürəyinizdə Günəş olsun!" onda ən soyuq havada belə, üşüməzsiniz; ən isti havada belə təntiməzsiniz!" Asif Ata xalqla görüşlərinə çox vaxt bu sözlərlə başlardı.

Ata gələnəyini yaşatmaq Atalının borcudur.

Ürəyinizdə Ata Günəşi olsun, istəkli soydaşlarımız və insan müqəddəsliyi və azadlığı arayanlar !

Asif Ata - Əfəndiyev Asif Qasım oğlu ( 25.IX.1935 - 5.VI.1997 ) -- Quzey Azərbaycanın keçmiş Qazax mahalının Çaykənd kəndində, öyrətmən ailəsində doğulmuşdur. Türkün Qaraqoyunlu soyundandır. Babaları ruhanı olmuşlar.

Asif Ata ilk təhsilini doğulduğu kənddə almış, orta təhsilini Gəncə şəhərində davam etdirmiş, 1951 - ci ildə Ağstafa şəhərində başa vurmuşdur. 1957 - ci ildə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirmişdir.

Həm orta, həm ali təhsil, başlıca olaraq iki cəhətdən onu heç vaxt qane etməmişdir : 1) Cəmiyyətin, elmin, dinin, tarixin insana münasibəti baxımından ; 2 ) Dünya tarixində doğuya, türk irqinə ögey münasibət və Doğunun da bununla barışması, Azərbaycana heç yer verməməsi baxımından.

Bu duyğular onda ali təhsil (daha doğrusu, doyumsuz mütaliə) illərində daha da güclənmişdir. Şəxsiyyətinin formalaşdığı həmin illərdə İnsan probleminə daha çox maraq göstərmişdir. Bu marağını ödəmək üçün ən qədim çağlardan ta özünə qədərki bütün filosofları, fəlsəfə məktəb və cəryanlarını, fəlsəfə tarixini, bütün dinləri və din tarixini, bütün ədəbiyyat tarixini, bütün mifologiyanı, musiqini, poetikanı, tarixin özünü və b.k. öyrənmişdir. Onun fikrincə bütün bunlar - özlərinin müsbət cəhətləri ilə yanaşı - bir - birindən az və ya çox fərqlənsələr də, onlarda həmişə böyük, əsaslı bir çatışmazlıq olub: İnsana münasibətin yanlışlığı, natamlığı, ən əsası isə insana inamsızlığı. Tarix boyu bəşər ağlı insanı ya ideyaların kölgəsi, ya öz cisminin kölgəsi, ya özündənkənar iradənin kor icraçısı, Allahın, Şəhvətin, İstehsalatın qulu sayır ; gah ondan əlini tamam üzür, ona inamını büsbütün itirir, gah ona kinayəli münasibət bəsləyir, gah onu söyüb alçaldır ; ona gah acıyır, gah acıqlanır... Bütün bunların son ucunda dinlər siyasətin alətinə çevrilmiş, fəlsəfə insanlara təsirini itirliş, cəmiyyət faydaçılığa qurşanmış, insana inam və insanın özünə inamı yoxa çıxmışdır; bəşər öz əzəli, ruhani mahiyyətindən sapmaqdadır. Ona görə Dünya qlobal fəlakətlərlə üz - üzə qalmışdır; bəşərin problemləri həllini tapmır ki, tapmır! Asif Ata bunun səbəbini də, həlli yolunu da İnsanla bağlayır və onda bütün ümumbəşəri problemlər üçün açar olası bir təlim yaratmaq fikri baş qaldırır. Bu, Mütləqə İnam fəlsəfəsinin ilk rüşeymi idi.

Bu oyanış məşhur və başıbəlalı "Tənqid və zəmanə" məqaləsi ilə ( Lit. Azerb. Jurnalında rus dilində , Bakı, 1959, 11 nömrəsində ) Azərbaycanda özünün ilk əks..sədasını verdi. Bundan sonra gənc Asifin inadlı, ilhamlı və qadağalı Yol yaradıcılığı başlayır - Mütləqə İnam Yolu !

Asif Ata yaradıcılığa ədəbiyyat tənqidçisi kimi başlamışdır. Onun yaradıcılığı bir neçə yöndə getmişdir :

1 ) Asif Ata Ruhaniyyatı (45 adda Müqəddəs Kitab, 7 Müqəddəs Kəlam ; məqalələr, izharlar, həqiqətlər, ruhani hökm və sənədlər... );

2 ) Asif Atanın Mütləqə İnam Ocağı ;

3 )Asif Atanın Ocaq Mərasimlərindəki İzharları ;

4 ) Asif Atanın Ocaq (Mütləqə İnam ) özündəki saysız - hesabsız, dərc olunmuş və olunmamışmüsahibə və məqalələri ;

5 ) Asif Atanın tənqidçiliyi ;

6 ) Asif Ata ilə təmasda olmuş onlarca Ocaq Evladının və Ocaqsevərin ömründə, müşahidə və yazılarında Atanın izi və s. Və b.k.

Bunların hamısı bir nöqtədə birləşir:

İnsana qeyd - şərtsiz inam, mütləq inam, insanın müqəddəs ruhani varlıq sayılması.

İnsana bu dərəcədə inanmaq, onu bu qədər ilahiləşdirmək üçün insanı tanımaq, bilmək tələb olunur. Ömrünün 30 ilini arasıkəsilməz, sistemli, məqsədli, ilhamlı, aşiqanə mütaliəyə sərf eləmiş Asif Ata istər tarix – elm - fəlsəfə - din - ədəbi - bədii, istərsə də canlı insanı dərindən, hərtərəfli öyrənmişdi. Bu, ona Ocaq tarixinin hələ lap ilk illərində (1980 - ci ildə ) "Ocaq Məramı" izharında : "XX əsrin bayquşları İnsana İnam Bayrağını tapdamağa çalışırlar. Biz həmin bayrağı başımızın üzərinə qaldırırıq" yazmağa imkan vermişdi. O, yəqin etmişdi ki, insan, dərinə getdikcə gözəlləşir : onun ülvilikləri üzdə deyil, dərinlikdədir ; insana inanmayanlar - onu dərindən öyrənməyənlərdir. Deməli, Atamızın insana sarsılmaz inamının etiqad səviyyəsinə yüksələn sarsılmaz da özülü vardı.

Beləliklə, Asif Ata insan haqqındakı elmləri, bilgiləri, təlimləri ğzünə qədərki yalnış özüllər üzərindən alıb insana Mütləq İnam özülü üzərində qurdu .

Cəmiyyət pisdir ? - Səbəb insandır!

Mühit pisdir? - Səbəb insandır!

Şərait pisdir ?- Səbəb insandır!

Həyat pisdir ? - Səbəb insandır!

Zaman pisdir ? - Səbəb insandır!

Məkan pisdir? - Səbəb insandır!

Dünya pisdir ?- Səbəb insandır!

Ailə pisdir ?- Səbəb insandır!

İstehsal münasibətləri pisdir ?- Səbəb insandır!

Milli münasibətlər pisdir ?- Səbəb insandır!

Dövlətlərarası beynəlxalq münasibət pisdir ?- Səbəb insandır!

Ekologiya pisdir ?- Səbəb insandır!

İnsan pisdir ?- Səbəb Yenə səbəb insandır!

Cəmiyyəti, mühiti, şəraiti, həyati, zamanı, məkanı, dünyanı, ailəni, istehsal münasibətlərini, beynəlxalq münasibətləri. Milli münasibətləri, ekologiyanı, insanın özünü kim dəyişib yaxşılaşdıracaq ? - İnsan, yalnız insan!

Deməli, ümid insanadır, nəzərlər də insana yönəlməlidir. Asif Ata İnamının başlıca harayı burdan doğur: "Bəşərin nicatı insanlaşmaqdadır. İnsanlaşın - İnsanlaşdırın!"

Asif Ata İnamında İnsanın tərifi - təyini belədir: "İnsan - özündə Mütləqilik gəzdirən, bu səbəbdən də Şəraitdən, Mühitdən, Cəmiyyətdən üstün olan, Mütləqiliyə can atan və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır" ( Asif Atanın "İnsanilik" Müqəddəs Kitabındakı 817 - ci Həqiqət )

Asif Ata İnamçılığında "ruhani varlıq" deyimi - "mütləq inamlı, mütləq idraklı, mütləq mənəviyyatlı, mütləq iradəlı şəxs, insan " anlamındadır.

Asif Ata İnamçılığında çox işlənən, bütün anlayışların başında gələn MÜTLƏQ nə deməkdir ? Ata özünün "İnam" əsərində Mütləqə belə tərif verir : " Mütləq - bu gündə nişanələriylə, əbədi Sabahda bütöv mövcudluğuyla aşkara çıxan, nisbi hadisələrin daxilində yaşayan, ancaq onlara sığmayan, onları özlərindən kənara çıxarıb özünə yaxınlaşdıran, Dünyaya, Həyata, İnsana Ali Daxili Qüvvə, İstiqamət və Meyar olan bir Qüdrətdir" ( Asif Ata. Mütləqə İnam, B., 1999, s. 68 ) İnsan daxilində Mütləq daşıyır və bu "seçilmişlərə " deyil, bütün insanlara aiddir. Öz daxilindəki Mütləqiliyi, yəni özünün ilahiliyini və qadirliyini dərk etmək, ona yetmək üçün insan yol getməlidir. Bu, "təbii insandan " ruhani varlığa keçid, özünü, özümlüyünü yaratma mərhələsidir. Asif Ata bütün bəşəri bəlaların kökünü bu keçidin ya heç keçməməsində, ya da keçiddə baş verən yanlışlıqlarda ( o cümlədən dini, fəlsəfi, ictimai - siyasi və b.k. doktrinalarda ) görür. Və fəlsəfənin vəzifələrini Özünün "İnsan" əsərində bu ardıcıllıqla müəyyənləşdirir....

"İnsan dünyada kimdir, dünya insan üçün nədir? " Fəlsəfənin birinci sualı budur. "İnsanın Mütləqə, ideala münasibəti nədir?!" Fəlsəfənin ikinci sualı budur. "İnsanı ideala yaxınlaşdırmaq üçün nə etmək gərəkdir? Bu üçüncü sualda fəlsəfənin peyğəmbərlik siqləti aşkara çıxır. "İnsanın cəmiyyətdə yeri, vəziyyəti, taleyi necədir ? " Bu, fəlsəfənin dördüncü sualıdır. "İnsanın öz əsilliyinə qayıtması üçün nə lazımdır? " Bu, fəlsəfənin beşinci sualıdır... Bir sözlə, fəlsəfə insan aqibətini şərh, təhlil və təyin edən müdriklikdir" (Mütləqə İnam, s. 27 ) Asif Ata yalnız filosof deyil, Özündə filosofluqla peyğəmbərliyi birləşdirən nadir tarixi şəxsiyyətdir. O, həm ideya - Mütləqə İnam, həm də onu gerçəkləşdirmə vasitəsi olan Ruhani Ocağı yaratmışdır. Mütləqə İnam Ocağı - Asif Ata Peyğəmbərliyinin gösrəticisidir. "gerçəklikdə ... nisbiylə yanaşı yaşayan Mütləq - peyğəmbər qanununda nisbidən təmizlənmiş şəkildə ... aşkara çıxır. Peyğəmbərlikdə Ruha xas olan üç cəhət: Mütləq düşüncə, Mütləq duyğu və Mütləq iradə öz parlaq təzahürünü tapır " ( Mütləqə İnam, s. 141 )-

Ata ÖZ Ruhunun bu üç cəhətinin vəhdəti sayəsində vaxtı ilə işlədiyi Azərbaycan Dövlət Universitetində (Bakı ş . ) " Etik və estetik tərbiyə klubu"nu yaratdı ( 1975 - ci il) , sonra onu Mütləqə İnam Ocağına çevirdi (1mart 1979 ) . Ocağa Evladlar cəlb elədi, onların birləşib Ruhani İntibah işi .rmaları üçün Ocaq Ailələri biçimini kəşf elədi; bir gün belə, ara vermədən 18 il bilavasitə başçılıq edərək, ona dönməz - sönməz xarakter verdi; Ocağın bütün daxili yaşayış - iş qaydalarını, gələcək Ruhani Birliyin əsas qanunlarını cızdı. Fəlsəfənin yuxarıda qeyd etdiyimiz üçüncü və beşinci suallarına cavab verən fəaliyyətini ömrünün son gününə qədər davam etdirdi. Atanın öz fəaliyyəti Onun "Cövhər" əsərindəki "Qayıtma" harayının yönündə idi.

Ocaq, yuxarıda dediyimiz kimi, Asif Atanın canlı əsəridir, kəşfidir ; Onun İdeyalarını həyata keçirən ruhani mübarizə qurumudur. Ocaqçılar Atanın Evladları sayılır və "Atalı" soyadı daşıyırlar. Onlar Ailələrdə birləşirlər. Hər Ailənin Təmsilçisi var - o, Ailədə Atanın Timsalı sayılır.

Ocağın hər bir Evladı da Asif Ata irsidir. Onun günü Mütləqlə Təmas və Ataya Rica ilə başlayər, yəni İnam Ocağı öz həyat tərzi, tarixi və təqvimi ilə yaşayır.

Ocağın fəaliyyəti Mərasimlər, Bayramlar, Ailələrin aylıq Ailə Günləri, Fikir Evləri, Amallaşma - Doğmalaşma Günləri, fərdi söhbətlər, dərslər, səfərlər, efir və mətbuatla iş, kitabçılıq (yazarlıq ) və b. k. vasitə ilə həyata keçir; "İnsanlaşın...İnsanlaşdırın!" harayı yönündə. Həmin fəaliyyət nəzərdə tutur ki, fövqəltəbii, yəni mövcud olmayan qüvvələri təmsil edən Din - İnsanın təbiətində yaşayan İnamla; insana zidd fəaliyyət tərzi olan Siyasət - insana doğma olan Ruhaniyyatla əvəz olunmalıdır; keçici və nisbi dəyər olan Mənəviyyata xidmət etməlidir - çünki bəşərin qurtuluşu bundadır.

Mütləqə İnam - türk idrakının yaratdığı ümumbəşəri dəyərdir. O, şərqi dünyabaxışına əsaslanır; ancaq zamanından, məkanından, irqindən asılı olmayaraq, bütün ölməz ümumbəşəri dəyərlərin yiyəsi kimi çıxış edir. Onu yaradıcısı Asif Ata özünü daim "Türk Peyğəmbəri" , Mütləqə İnamı iə "Türk İnamı" adlandırırdı.

Asif Atanın Mütləqə İnam Ocağı insanları fərdi əməkçi mülkiyyətə, minimal güzarana, sosial bərabərliyə, milli bənzərsizliyə, Ruhani Dövlətə, Təkamül yoluyla ruhani - insani Dirçəlişə səsləyir; başqa sözlə, ruhani mübarizəyə çağırır və çatdırır - fərdi - fərd, halı - hal...

İnam Ocağının Evladı olmaq - belə bir ümumbəşəri işə xidmət etməkdir.

Atamız Var olsun!
Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...