Перейти к содержимому

Təzə xəbərlər


El Paso

Recommended Posts

Əsir əsgərimizə məktubda müəyyən fikirlərin yazılmasına icazə verilmiranar_xanbaba_oglu.jpg Bu barədə .-ə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Milli Ordumuzun çavuşu Anar Hacıyevin anası Nailə Məmmədova bildirib

«Erməni əsirliyində olan əsgərimizə ailəsi tərəfindən göndərilən məktubda müəyyən fikirlərin yazılmasına icazə vermirlər». Bu barədə .-ə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Milli Ordumuzun çavuşu Anar Hacıyevin anası Nailə Məmmədova bildirib. «Birinci məktubu yazdıq ki, yolunu gözləyirik. Dedilər bunu yazmaq olmaz. Uşağı incidə bilərlər»,- deyə əsir anası eqyd edib.

İndiyə qədər ailəsi Anardan 3 məktub alıb və ona 2 məktub göndərib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri bu il mayın 10-da Ermənistan silahlı qüvvələri tərəfindən naməlum şəraitdə əsir götürülmüş Milli Ordumuzun çavuşu Anar Hacıyevə iyunun 16-da baş çəkib, onun saxlanma şəraiti və səhhəti ilə maraqlanıblar. Əsirdən ailəsinə məktub çatdırılıb.

Xatırladaq ki, əslən Goranboy rayonundan olan Anar Hacıyev bu ilin mayın 10-da cəbhənin Füzuli istiqamətində əsir düşüb. /. TV/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 361
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Şənbə günü Tehranda 19 müxalifətçi öldürülübTehran_21.06.09.jpg Bu barədə CNN kanalı məlumat yayıb

Şənbə günü Tehran küçələrində yürüşə çıxmış müxalifət tərəfdarları ilə polis arasında toqquşmanın yeni həvəskar videoları nümayiş olunub. Baxmayaraq ki, xarici mətbuat üçün işləyən bütün jurnalistlərə küçələrdə çəkilişlər .rmaq qadağan edilib, efirdə yalnız həvəskar çəkilişlər göstərilir. Məhdudiyyətlər hətta xarici mətbuat orqanları üçün işləyən iranlılara da aid edilib. Yeni yayılan görüntülərdə nümayişçilərin polis üzərinə daş atması, bəzi etirazçıların ağır yaralanması və qan içində olması açıq-aydın görünür. Şahidlər polisin etirazçıları dəyənəklə döydüyünü və onlara qarşı gözyaşardıcı qaz, su şırnağından istifadə etdiyini bildiriblər.

3 minə yaxın nümayişçi Tehranın mərkəzində yerləşən İnqilab meydanına doğru gedərək "Diktatora ölüm" deyə qışqırıblar. Polis yürüş iştirakçılarının qarşısını kəsərək onların İnqilab və Azadlıq meydanlarında toplaşmalarına yol verməyib.

Qeyd edək ki, ABŞ-ın CNN kanalı İranın səhiyyə mənbələrindən əldə etdiyi məlumata əsasən 19 nəfərin ölməsi barədə məlumat yayıb. Bununla yanaşı telekanal başqa mənbələrin verdiyi məlumatı da səsləndirib. Hələ təsdiqini tapmayan məlumata əsasən polislə etirazçılar arasında baş vermiş toqquşmalarda 150 nəfər ölüb.

İran baş polisi etirazçılara qarşı təmkinlə rəftar etməyin əmr olunduğunu bildirib. İranın polis rəisi, general İsmail Əhmədi Moğadam hadisələrin usandırıcı və dözülməz olduğunu bildirib. Onun sözlərinə görə, qaydanı pozanlara qarşı qəti surətdə müqavimət göstərəcəklər.

Bu arada cümə axşamı keçirilmiş mitinqdən bəri görünməyən Mir Hüseyn Musəvi seçkilərin ləğv edilməsi barədə tələbini yenidən irəli sürüb. İran Keşikçilər Şurasına göndərdiyi məktubda Musəvi seçkilərin ləğv edilməsinə əsas verən qanun pozuntularını göstərib. Musəvi bəzi seçki qutularının səsvermədən əvvəl möhürlənmədiyini, minlərlə tərəfdarlarının seçki məntəqələrindən qovulduğunu və bəzi səyyar seçki məntəqələrində qutuların saxta bülletenlərlə dolu olduğunu bildirib.

İran Keşikçilər Şurası müxalifətin nümayişlərini sakitləşdirməkdən ötrü səslərin 10 faizinin yenidən saymağa başlayıb. Şuranın nümayəndəsi Abbas Əli Kadxodeyi bildirib ki, qanuni cəhətdən bunu etməyə borclu olmasalar da, əminliyə nail olmaq üçün namizədlərin nümayəndələrinin iştirakı ilə ölkə üzrə seçki qutularının 10 faizində yenidən səsləri sayacağıq.

Qeyd edək ki, bu İslam inqilabından sonra İranda ən ciddi daxili qarşıdurmadır.

Bu arada ABŞ prezidenti Barak Obama İrandakı hadisələrə öz münasibətini bildirib. Obama "Biz İran hökümətinin bütün zorakılıq və öz xalqınına qarşı ədalətsiz hərəkətləri dayandırmağa çağırırıq." deyə söyləyib. /. PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan-İran sərhədində baş verən atışma ilə bağlı rəsmi məlumat yayılıbSerhed1.jpg Həlak olan əsgər Elton İsgəndərov hadisə zamanı öz bədəni ilə qumbaranın üstünü örtməklə digər sərhədçi yoldaşlarını xilas edib

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidməti iyunun 18-də saat 22-45 radələrində Azərbaycan-İran sərhədində baş verən atışma ilə bağlı birgə məlumat yayıblar. Məlumatda deyilir ki, Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki şəxsin dövlət sərhədini qanunsuz olaraq nəzarət buraxılış məntəqələrindən kənarda Azərbaycandan İran istiqamətində keçməyə cəhd göstərməsinin qarşının alınması zamanı sərhəd naryadına qarşı 2 ədəd əl qumbarası atılmaqla silahlı müqavimət göstərilib.

Sərhəd naryadı tərəfindən təlimata uyğun olaraq silah tətbiq olunub və sərhəd pozucuları zərərsizləşdiriliblər. Hadisə zamanı öz bədəni ilə qumbaranın üstünü örtməklə digər sərhədçi yoldaşlarını xilas edən, 2008-ci ilin oktyabr ayında Samux rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Elton Xaləddin oğlu İsgəndərov həlak olub, iki sərhədçi zabit isə ağır yaralanıb.

Zərərsizləşdirilən sərhəd pozucularının üzərindən Füzuli rayon sakini, 1981-ci il təvəllüdlü Ramin Ramiz oğlu Məmmədova və Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Sadiq Vaqif oğlu Həşimova məxsus Azərbaycan vətəndaşı pasportları, 600 ABŞ dolları, 800 min İran rialı və 1 ədəd kompas aşkar olunaraq götürülüb.

Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər zamanı onların tam əksəriyyətinin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmuş “Meşə qardaşları” kimi tanınan qanunsuz silahlı qruplaşmanın üzvləri olan Azər Misirxanov və “Əbdüləziz” ləqəbli Elşən adlı şəxslərlə yaxın əlaqədə olduqları müəyyən olunub.

.rılan istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin dövlət sərhədindən qanunsuz olaraq keçmələrini təşkil edən Saatlı rayonunda anadan olan, hazırda Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan, 1984-cü il təvəllüdlü Zaur Zabit oğlu Əliyev istintaqa cəlb edilməklə üzərindən 1 ədəd mobil telefon, 1 ədəd xəncər, 1 ədəd bıçaq və 1 ədəd kompas aşkar olunaraq götürülüb.

Hadisə ilə bağlı dərhal Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Sərhəd pozucularının əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Füzuli rayonu və Qaradağ rayonunun Sahil qəsəbəsində müxtəlif ünvanlarında axtarışlar .rılıb və həmin ünvanlarda dini təbliğatla bağlı xeyli miqdarda dini ədəbiyyat, video və SD yazılar, fotoşəkillər aşkar edilərək götürülüb. Eyni zamanda cinayətkar qrupun üzvləri ilə yaxın münasibətlərdə olan və sərhəd pozucusu Sadiq Həşimovun qardaşı Natiq Vaqif oğlu Həşimov istintaqa cəlb edilməklə, baxış zamanı üstündə narkotik vasitə aşkar edilib və şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Cəlilabad rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Zaur Zabit oğlu Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə cinayətin baş vermə səbəblərinin, cinayətin təşkilatçılarının, təhrikçilərinin və digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində hərtərəfli, tam və obyektiv zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir./. PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkiyənin Gəncədə konsulluğunun açılmasi istiqamətində işlər davam etdirilirhulusi%20kilich.jpg Konsulluq üçün binanın ayrılması barədə Gəncə şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb

Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc Gəncə şəhərində Türkiyə konsulluğunun açılması ilə bağlı danışıqlar .rıb. Diplomat sentyabrın 15-də açılması nəzərdə tutulan konsulluq üçün uyğun bina ilə bağlı şəhər rəhbərliyinə müraciət edib.

Gələn ay yenidən Gəncəyə səfər edəcək Hülusi Kılıc təklif ediləcək binalarla tanış olacaq. Gələcəkdə Türkiyənin Gəncədə mədəniyyət attaşesinin də olacağı gözlənilir. /. TV/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Tehranda məscidə basqın edilibir9.jpg Maskalı və əli dəyənəkli bir qrup şəxsin içərisində etirazçılar olan məscidə hücum etməsi bir çox insanın həyatını itirməsinə səbəb olub

İran televiziyasının yaydığı məlumata görə, maskalı və əli dəyənəkli bir qrup şəxs içərisində etirazçılar olan məscidə basqın edərək onlara ciddi xəsarət yetiriblər. Bu zaman bir çox insan həyatını itirib. Tehranda müxalifətin nümayişini dağıtmaq üçün polis gözyaşardıcı qaz, su şırnaqları və dəyənəklərdən istifadə edib.

Tehranda polislə müxalifət tərəfdarları arasındakı toqquşmalarda rəsmi məlumatlara görə, 13 nəfər ölüb. CNN isə ölənlərin sayının 19 olduğunu xəbər verib.

Müxalifət iddia edir ki, iyunun 12-də keçirilmiş prezident seçkisinin nəticələri saxtalaşdırılıb, nəticələrə yenidən baxılmalıdır. Rəsmi məlumatlara əsasən isə, seçkini hazırkı dövlət başçısı Mahmud Əhmədinejad udub.

İyunun 19-da İranın ali dini lideri Ayətullah Əli Xamneyi də seçkiləri ədalətli sayıb. O, nümayişlərin dayandırılmasını tələb edib. Dini liderin bu çıxışından sonra rəsmi Tehran ölkədəki vəziyyətin məcrasına qayıdacağını düşünürdü. Lakin müxalifət bunun tam əksini etdi.

Dünən Tehran küçələrində polislə aksiya iştirakçıları arasında qanlı toqquşmalar olub. Jurnalistlərin bu aksiyaları izləməsinə maneələr yaradılsa da internetdə toqquşmaların videokadrları yayımlanıb.

Aksiya zamanı müxalifətin 100-dən çox üzvünün saxlandığı bildirilir. Onlara qarşı avtobus və maşınlara od vurmaq, xalq əmlakına ziyan vurmaq və terrorçuluğa cəhd maddələri qaldırılırb. İran polisi bəyan edib ki, iğtişaşların arxasında Xalq Mücahidləri qrupu dayanır. Həmin qrupun İraqda təlim keçdikdən sonra İrana gəldiklərini və Böyük Britaniyada yerləşən təşkilat tərəfindən idarə olunduqların deyib.

Xatırladaq ki, Mücahəddin Xalq Təşkilatı (Mujahideen Khalq Organisation) uzun illər İranın bir çox hökümətləri ilə əks mövqedə olan qruplaşma kimi fəaliyyət göstərib. İranda dini diktatorluğa son qoyulmasını istəyən qruplaşmaya Masud Racavi rəhbərlik edir. /. TV/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

İrandakı hadisələrin arxasında kim durur?Xasemi_Rafsancani_21.06.09.jpg Qərb mətbuatı bu şəxsin İranın keçmiş prezidenti, nüfuzlu dini şəxs Haşemi Rəfsəncani olduğunu yazır

İranda baş vermiş hadisələr, kütləvi küçə etirazlarının arxasında İran İslam Respublikasının keçmiş prezidenti, nüfuzlu dini şəxs Haşemi Rəfsəncani durur. Bu barədə Associated Press yazır.

H. Rəfsancani müxalifət çıxışları başlayandan bəri bir dəfə də olsun camaat qarşısında çıxış etməyib, baxmayaraq ki, onun qızı mitinqlərdə aktiv iştirak edir. Rəfsancaninin indiki prezident Mahmud Əhmədinejada qarşı olan mənfi mövqeyi gizli deyil.

İranın Ali dini lideri Ayotolla Ali Xamenei iyunun 19-da camaata müraciətində "kulisarxası" əleyhdarını xatırladaraq, onu İslam inqilabının yaradıcısı kimi təqdim edərək Rəfsancani ilə fikir ayrılıqlarının olduğunu bir daha təkrar edib.

Qərb politoloqlarının fikrincə, H.Rəfsancanidə olan hökmranlıq ehtiyatı müxalifətə müdafiə dərəcəsi imkanı verir. Mahmud Əhmədinecad və Mir Hüseyn Musavi isə sadəcə bir-birilə yarışan dini elitanın siyasi nümayəndələridir.

Haşemi Rəfsancani İslan İnqilabının “atası” adlandırılan ayatolla Ruhulla Xomeninin yaxın tərəfdarlarından biri olub. 1989-1997-ci illərdə İrana rəhbərlik edib və 2005-ci ildə seçkiləri Mahmud Əhmədinejata uduzub. Çox nüfuzlu vəzifəyə sahiblik edən Rəfsancaninin “praqmatik”lər düşərgəsinə aid olduğu, İslam İnqilabı İdeyaların sadiq, amma İranın daha pozitiv obrazını yaratmaq üçün qərblə kompromisslərə gedə biləcək şəxs olduğu deyilir.

Xatırladaq ki, hazırda Tehranda və İranın digər iri şəhərlərində müxalifətin etiraz aksiyaları davam edir. İran polisi nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan, su şırnaqlarından və dəyənəklərdən istifadə edir. Qərb jurnalistlərinin paytaxt Tehrana girişi məhdudlaşdırılıb. /.PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

İstanbulda sürpriz görüşelmar_m-ehmed_d-restoran-2.jpgTürkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və azərbaycanlı həmkarı arasında planlaşdırılmamış görüş keçirilib

İstanbulda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu arasında sürpriz görüş keçirilib. . PRESS, "İhlas" xəbər agentliyinə istinadən xəbər verir ki, "Beyti" restoranında baş tutan görüşdə İrandakı vəziyyət, Ermənistanla Azərbaycan arasındakı danışıqlar da daxil olmaqla bir sıra regional məsələlər müzakirə edilib. Hər iki nazir restorandan birgə çıxıb. Görüşdən sonra jurnalistlərin suallarına cavab verən Əhməd Davudoğlu bildirib ki, Yaponiya səfərini başa vurub Azərbaycana qayıdan Elmar Məmmədyarov yolüstü İstanbulda bir neçə saat qalıb: "Bir az sonra dəyərli dostum, qardaşım Elmar Məmmədyarovu ikinci məmləkətimiz Bakıya yola salacağıq. Onun İstanbuldan keçməklə Bakıya gedəcəyini eşidəndə belə bir görüşün baş tutmasını planlaşdırdıq. Ona "evinizə xoş gəldiniz" deyirəm". Əhməd Davudoğlu deyib ki, görüşdə bir millət iki dövlət anlayışı içərisində regional proseslər gözdən keçirilib: "Son dövrlərdə Ermənistan-Azərbaycan danışıqları, bölgədəki digər prosesləri, xüsusilə, ikili münasibətlərdə son dərəcə müsbət irəliləyişləri müzakirə etdik". Türkiyəli nazirin sözlərinə görə, görüşdə əminlik ifadə olunub ki, İran daxilindəki problemlər sağlam dialoq yolu ilə həll olunacaq: "İrandakı sabitlik bölgədəki sabitlik üçün böyük əhəmiyyət kəsb edir. Bu çərçivədə qəbul olunacaq hər bir şərara hörmətlə yanaşacağıq".

Əhməd Davudoğlu, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın "iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün Türkiyədən yeni addımlar gözləyirik" bəyanatına da münasibət bildirib: "Addımlar qarşılıqlı atılmalıdır. Türkiyə olaraq bizim hədəfimiz bölgədə, Qafqazda daimi sabitliyə, rifaha və sülhə nail olmaqdır. Bu isə birtərəfli addımlarla reallaşa bilməz. Ötən müddət ərzində Türkiyə regional məsələlərlə xoşniyyətli addımlar ata biləcəyini göstərib. Yalnız bu addımların qarşılıqlı atılması yolu ilə daimi sülh əldə etmək mümkündür". Əhməd Davudoğlunun sözlərinə görə, Elmar Məmmədyarovla Türkiyə-Ermənistan əlaqələrini də müzakirə ediblər: "Belə qərara gəldik ki, Ermənistan qoşunları işğal olunmuş torpaqlardan mütləq çıxmalıdır".

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

İranda etiraz aksiyası zamanı öldürülən qadın nümayişçilərin simvolu olubiran_22_06_09.jpg26 yaşlı Nidanın ölümü mobil telefona çəkilib

İranda etiraz aksiyaları zamanı öldürülən 26 yaşlı qadın nümayişçilərin simvoluna çevrilib. Fəlsəfə fakültəsinin tələbəsi olan Nida adlı qadının nümayişlərə atası ilə birgə qatıldığı bəlli olub. "CNN Türk"ün məlumatına görə, gənc qadının könüllü milis dəstələrinə məxsus bir nəfər tərəfindən sinəsindən vurularaq öldürüldüyü iddia edilir. Qadının vurulduğu və öldüyü anlar mobil telefon vasitəsi ilə çəkilib.

Müsəvi tərəfdarlarının internet saytlarından birində, Nidanın meyidinin ailəsinə mərasimsiz və tez dəfn edilməsi şərti ilə verildiyi açıqlanıb.

Qeyd edək ki, prezident seçkisindən sonra İranda artan gərginlik davam edir. Həftə sonu baş verən etiraz aksiyalarında ən azı 19 nəfərin öldüyü bildirilir. /. PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Rza Pəhləvi "Bu işin sonu referenduma qədər gedər"shahin_oglu.jpg"Həll yolu parlamentli dünyəvi bir demokratiya yaratmaqdır"

İranın son şahı Məhəmməd Rza Pəhləvinin sürgündə olan oğlu illərdir ki, ABŞ-da yaşayır. Nənəsi azərbaycanlı olan, babasından isə Atatürk hekayələri dinləyərək, böyüyən Rza Pəhləvi İrandakı hadisələri və İranın gələcəyi ilə bağlı fikirlərini CNN Türk-lə bölüşüb.

-İranda baş verənləri gözləyirdiniz?

-Artıq İrandakı etraz aksiyaları öz ilkin mahiyyətindən uzaqlaşıb. Məsələ yalnız bir namizəd, ya da seçki deyil, rejimin varlığı, qanuniliyi ilə bağlı suallar verilir. İranın ali dini lideri Xamneyinin cümə günü söylədikləri tabutun son mismarıdır. Rejim müxaliflərə sərt bir reaksiya verməyə hazırlaşır. Xalq ayağa qalxaraq, haqlarını tələb edir. Bu dövrdə beynəlxalq cəmiyyətin nə edəcəyi əhəmiyyətli idi. Bu ana qədər söyləyə bilərəm ki, daha əvvəl görülməmiş bir dəstək və həmrəylik oldu. Yalnız dövlətlərdən deyil, sıravi insanlardan da dəstək gəldi ki, bu, bizim üçün daha əhəmiyyətlidir.

-Sizə İrandan məlumat gəlirmi? Xüsusilə dini liderlər bu mövzunu müzakirə edərək, "bir şey edək" deyirlərmi? Bir fikir ayrılığı varmı?

-Artıq vaxt xalqın tərəfindədir. 30 ilin sonunda millətin söz demək vaxtı gəlib. Xamneyinin ətrafındakı o dar qrupda sürətli bir fikir ayrılığı görürük. Onların bir qərara gəlmələri lazım olacaq. Ya sonuna qədər rejimi dəstəkləyəcəklər, ya da bir yerdə yavaş-yavaş xalqın tələblərinə qulaq asacaqlar.

-Son ssenari sizcə necədir?

-İllərdir mənim kimi dünyəvi demokratlar bunu söyləyirdik. Bir şiə teokratiyası altında biz əsla həqiqi qanuni bir demokratiya yarada bilməyəcəyik. Bunun ən böyük nümunə sizsiniz. Bu bölgədə dünyəviliyin dəyərini daha yaxşı anlayan bir ölkə yoxdur. Dini rəhbərlik olanda qanuni və demokratik bir rəhbərlik olmayacağı ortadadır.

Tam yanınızda qonşunuz biz İran, müasir tarixdə teokratiya ilə yaşayan tək ölkə oldu. Ən son teokratiya nümunəsi 12-ci əsrdə Avropadakı inkvizisiya dövrü idi. Teokratiya bizə zərər verdi. İnsanlara, azadlıqlara, qadınlara, azlıqlara zərər verdi. Həll nədir? Parlamentli dünyəvi bir demokratiyadır. Din və dövlət işlərinin dəqiq bir şəkildə ayrılmasıdır. Yeni bir Konstitusiyadır. Bunu danışmaq indi erkən ola bilər, amma bu model nəhayət xalqın suverenliyini geri qaytaracaq.

- Amma bir çox mütəxəssislər də rejimin 30 ildən sonra bütün strukturları ilə çox möhkəm oturuşduğunu düşünür.

- Sovetlər İttifaqı, ya da Şərqi Avropa üçün də eyni şeyi söyləyə bilərdiniz. KQB vardı, gizli polis vardı. Sizcə, xalq İranda məscidə çox gedir, yoxsa başqa yerə? İranda olan budur. Rəhbərlik o qədər pisdir ki, insanların inancı belə zəiflədi. "Hər kəs dini tərk etdi" demirəm, amma üləmanın struktur gücü zəiflədi. Bu rəhbərlik din adına öz daxilində belə o qədər pis şeylər etdi ki, artıq dindarlığa pis gözlə baxılır.

Yaxşı nə var əllərində? Gizli polis, əli çubuqlu adamları var. Amma daha kənara gedə bilmirlər. Artıq sistem olaraq möhtərəmliyini itirir. Rejimin qatı dəstəkçiləri yüzdə 10-dur. Buna nə cürsə yüzdə 10 daha əlavə etsələr də, qarşılarında 55 milyon var. Rejim artıq Dr Yəzdi kimi öz daxilindəkilərə belə xoş məram göstərə bilmir.

Hörmətli Xamneyi öz səhvi üzündən "itir-itir" ssenarisi ilə qarşı-qarşıya qalıb. Seçkidəki səhvi qəbul etsə, rejimə utanc kölgəsi düşəcəkdi. İndi bütün gücüylə xalqı təzyiq altına almağa çalışır. Rejimin hakimiyyəti artıq tamamilə mübahisəlidir. Bu işin sonu referenduma qədər gedər.

-Taleyin qəribə hökmünə bax. Atanızın köhnə düşmənləri ilə yollarınız birləşdi. Onlara görə buradasınız. Amma onların iddiasını müdafiə edirsiniz. Bunu özünüzə necə açıqlayırsınız?

-Bu, artıq fərdlərin məsələsi deyil, prinsip məsələsidir. Məni də sevməyənlər var. Amma mesaj nədir? Nə üçün məşğul oluruq? İranlılar bütün dünyadakı azadlıqlara layiqdirmi? Bu mövzunu boynuna götürəcək qabiliyyətimiz varmı? Cavab "hə"dirsə, vətənini sevən hər iranlının ideologiyası nə olursa olsun, tək bir iddia üçün çalışması lazımdır: Azadlıq və insan haqları.

Dünən mənim atama qarşı olan biriylə eyni iddianı müdafiə edirəmsə, keçmişə baxmaram. İrəliyə baxaram. Bu nəsilə və sabaha qarşı məsuliyyətimiz var. Ölkəmizə və millətimizə borcumuz var. Harada, kimi istədiyinə xalqımız qərar versin. Azadlıq üçün atamı devirən köhnə İnqilabçılarla birlikdəyəmmi? Elə olsun. Kimsəyə qarşı qərəzli deyiləm, kin güdmürəm. Tam tərsinə. Uzlaşmaq və əfv lazımdır.

-Sizcə, İranda hakimiyyət dəyişikliyi olacaqmı?

- Ümid edirəm olar. Əks halda böyük bir faciə ilə qarşılaşarıq. İllərdir mənə qərblilər deyirlər ki, "İran xalqı niyə reaksiya vermir". Buyurun, qadınlar, bəylər.. İllərcə söylədiklərimiz artıq reallaşıb. Millətin səbr kasası dolub. Təhlükəsizlik, söz azadlığı istəyirlər. Sizlərdə olanı biz də istəyirik. Başımızın üzərindən idarəçilərlə danışmağa davammı edəcəksiniz? Yoxsa, nəhayət xalqın səsini eşidəcəksiniz?

Qərb düşmənləri necəsə hər fürsətdə sizi düşmən görməyə davam edəcək. Xalqla təmas quracaqsınızmı? Dəstək verəcəksinizmi? Bu, müdaxilə etmək deyil. Bizim haqlarımızı müdafiə edin. /. PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Həmsədrlər prezidentlərin görüşündən razılıq əldə olunacağını gözləyirlərmety_brayza_20_04_09.jpg Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri bildirib

ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin iyul ayında planlaşdırılan görüşündən baza prinsipləri üzrə razılığın əldə olunacağını gözləyirlər. Bu barədə CNNtürkün məlumatına görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib.

Brayza vasitəçilərin 2009–cu ilin sonunadək yekun razılığın əldə olunacağına ümid etdiklərini bildirib.

Amerikalı həmsədr üzərində işlədikləri sənəd razılaşdırıldıqdan sonra Qarabağ icmasının taleyini müəyyən etməsi üçün referendum keçirilməsini istisna etməyib.

“Danışıqlar zamanı böyük irəliləyişlər əldə etmişik və bu mənə ümid verir”, - deyə M. Brayza bildirib.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri iyul ayında Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünü keçirməyi planlaşdırırlar./. PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

İran Konstitusiyaya Nəzarət Şurası seçkidə pozuntular olduğunu bildiribsecki_iran_12_06_09.jpg Şuranın sözcüsü 50 şəhərdə seçici sayı ilə səslərin düz gəlmədiyini bildirib

İranda Konstitusiyaya Nəzarət Şurası iyunun 12-də keçirilən prezident seçkisində qanun pozuntuları olduğunu təsdiqləyib. "Cihan"nın məlumatına görə, şuranın sözcüsü Abbas Əli Kadhüdayi İRIB kanalına açıqlamasında 3 milyona yaxın səsin araşdırıldığını bildirib. Onun sözlərinə görə, 50-yə yaxın şəhərdə səslərin sayının seçici sayından artıq olduğu müəyyənləşib.

Qeyd edək ki, Mahmud Əhmədinejat seçkini seçicilərin 63 faizinin səsini toplayaraq qazanıb. İslahatçı namizəd Mir Hüseyn Musəvi isə 34 faiz səs qazanıb. Seçkilərdən sonra o səsvermənin nəticələrinin saxtalaşdırıldığını bildirmiş və səsvermənin yenidən keçirilməsini tələb etmişdi. Nəticələrə etiraz edən minlərlə iranlı küçələrə çıxaraq etirazlarını bildiriblər. /. PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Elmar Məmmədyarov: "Nazirlərin görüşündə həmsədrlər də iştirak edəcək"elmar_memmedyar_03_06_09.jpgNazir Qarabağ münaqişəsinin həlli istiqamətində h.ısa nəticənin əldə olunmasının hər iki ölkədən asılı olduğunu bildirib "

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcək". Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ilin sonuna qədər hər h.ı nəticənin əldə olunmasının təkcə Bakıdan deyil, İrəvandan da asılı olduğunu bildirib.

"Artıq prezidentlər h.ı istiqamətdə görüşləri davam etdirməyi tapşırıblar. Biz çox istərdik ki, ilin axırı üçün h.ısa nəiticəyə çataq. H.ısa nəticəyə gəlsək, bu xoş xəbər olar". /. TV/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

ABŞ-ın Dəniz Piyada Qüvvələrinin komandanı Azərbaycana səfər edəcəktreysi_qaret_gener_may_2_06.jpgGeneral-mayor Treysi Garet Azərbaycan Qadın Hüquqşünaşlar Assosiasiyasının üzvləri ilə görüşəcək

ABŞ-ın Avropa və Afrika ölkələri üzrə Dəniz Piyada Qüvvələrinin komandanı general-mayor Treysi Garet Azərbaycana rəsmi səfər edəcək. Səfər iyunun 23-25 aralığında baş tutacaq. . PRESS-ə verilən məlumata görə, general-mayor səfəri çərçivəsində sabah Azərbaycan Qadın Hüquqşünaşlar Assosiasiyanın ofisində assosiasiyanın üzvləri ilə görüşəcək.

Tədbirə ABŞ-ın Avropadakı Dəniz Piyada Qüvvələrinin baş çavuşu Cozef Leşşinskiy, mayor Cefri Karpenter və dəniz piyada attaşesi polkovnik-leytenant Maykl Gante də qatılacaqlar.

Qeyd edək ki, Azərbaycan Qadın Hüquqşünaslar Assosiasiyası bu yaxınlarda 96.000 ABŞ dolları dəyərində «Bir Qadının Təşəbbüsü» layihəsi üzrə qrant alıb. Bu layihə qadınları öz hüquqları, o cümlədən ailədə zorakılıq, qadın alveri, erkən nigah və gender bərabərliyi ilə bağlı hüquqi məsləhət və təlimlə təmin edir.

Bir Qadının Təşəbbüsü layihəsi 12 may 2008-ci il tarixdə ABŞ Dövlət Departamenti və USAİD-də qadınların rolunun artırılması məqsədilə elan olunmuş beynəlxalq qrantdır. Bu layihə əksər əhalisi müsəlmanlardan ibarət ölkələrdə mövcud təşəbbüslərə dəstək vermək üçün birgə ictimai-özəl təşəbbüs kimi fəaliyyət göstərir. Qadın Hüquqsünaslar Assosiasiyası bu ilkin qrantın üç ölkə (Azərbaycan, Misir və Hindistan) alıcısından biridir. Bu bir illik layihə Azərbaycanın dörd rayonunda (Lənkəran, Balakən, Quba və Mingəçevir) fəaliyyət göstərəcək. Bu qrant çərçivəsində təxminən 400 qadına öz hüquqları ilə bağlı təlim proqramı keçiriləcək./. PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində cəmiyyətlərarası görüş keçirilibberlin.jpg Tədbirdə Azərbaycan diasporunun qadın fəalları iştirak ediblər

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Azərbaycanda elan edilmiş Uşaq ili münasibətilə cəmiyyətlərarası görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Berlin şəhərinin müxtəlif dərnəklərindən olan qadın nümayəndələr və Azərbaycan diasporunun qadın fəalları iştirak ediblər.

Görüşdə AAKM-nin icraçı direktoru, AAK-nin vitse-prezidenti Samira Patzer-İsmayılova "Azərbaycan Qadını və onun diaspor fəaliyyətində rolu" mövzusunda məruzə ilə çıxış edib. Gənc mütəxəssislər- Hacıtepe Universitetinin doktorantı Esranur Ozar və Potsdam Universitetinin doktorantı Maisə Əliyevanın hazırladıqları "Ailə, ailə içi, uşaq və valideyn münasibətləri" mövzusunda sosial qrup işi nümayiş olunub.

İştirakçı uşaqların rəsm müsabiqəsinə cəlb edilmələri maraqla qarşılanıb və tədbirin sonunda bütün rəsmlər alqışlanıb. Tədbirə Alman-Azərbaycan Həmrəylik Cəmiyyətinin, "Azərbaycan Evi"nin, Azərbaycan Kültür Ocağının, Azərbaycan Mədəniyyətinin Dostları Cəmiyyətinin, Alman-Azərbaycan Forumunun, digər icma və dərnəklərin nümayəndələri, eləcə də Berlin şəhərindəki fəal azərbaycanlı qadınlar qatılıblar. Cəmiyyətlərarası görüşlərin mütəmadi keçirilməsi, həftəsonu məktəblərin təşkil edilməsi qərara alınıb. Sonda Azərbaycan xalq və pop musiqisindən nümunələr səsləndirilib, qadınların hazırladıqları ləzzətli təamlardan ibatər süfrə açılıb./. PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Büdcə xərclərinin artırılmasına ehtiyac var»saleh_memmedov.jpgProfessor Saleh Məmmədovun fikrincə, hökumət idxalı əvəzləyəcək yerli istehsal yaratmaq barədə düşünməlidir

Hökumət rəsmiləri böhranın Azərbaycana elə də təsir etmədiyini və böhrana qarşı .rılan siyasətin uğur gətirdiyini vurğulayırlar. Bu deyilənlər nə qədər gerçəkdir? . PRESS-in əməkdaşı müstəqil Azərbaycanın ilk maliyyə naziri, professor Saleh Məmmədovla bu barədə söhbətləşib.

- Saleh müəllim, böhrana qarşı mübarizə tədbirlərini necə dəyərləndirirsiniz?

- Əslində böhran ixracatının əsasını yanacaq-energetika məhsulları təşkil edən ölkələrdə daha qabarıq üzə çıxmalı idi və çıxdı da. Çünki bu ölkələrin əsas gəlir mənbəyi yanacaq-energetika məhsulları idi. Əsas böhran da maliyyə bazarından və yanacaq-energetika bazarından başladı. Neftin qiyməti birdən birə 3 dəfədən çox aşağı düşdü və o qədər də gəlir mənbəyi azaldı. Meksika, Venesuela, Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı çox ciddi təsirlərə məruz qaldılar və çox geriləmələr oldu. Elə Rusiyanın, özünü götürək, əsasən yanacaq-energetika məhsulları ixracı ilə məşğul idi. Rusiyada da həddindən çox ciddi vəziyyət yaranmışdı.

- Amma Azərbaycanda vəziyyətin pisləşməsi elə də hiss edilmədi…

- Azərbaycanı bu istiqamətdə xilas edən iki amil oldu. Birincisi, hökumət panikaya düşmədi. Panikaya düşməməsinin səbəbi hökumətin düzgün siyasət yeritməsi oldu. Məncə, iqtisadiyyatda baş verən böhran birincisi insanların şüuru ilə bağldır. Adi bir misal gətirim. Məsələn, 1997-ci ildə baş verən Asiya iqtisadi böhranı ilə bağlı Amerikada çox ciddi bir böhran əmələ gəlmişdi. Nahara qədər qiymətli kağızlar bazarında indekslər iki dəfə düşmüşdü. Klinton ölkəni bu böhrandan bir çıxışla xilas etdi. O dedi ki, böhran bizə heç nə edə bilməz, çünki Amerika hökumətinin nəinki ABŞ-da, hətta bütün dünyada böhranın qarşısını almağa böyük ehtiyatları var. Bu, doğrudan da belə idi, o vaxt Amerikanın büdcəsi profisitlə yerinə yetirilirdi. Borcları azalmışdı, ixracat çoxalmışdı, imkanlar çox böyük idi. Bu çıxış nahardan sonra maliyyə bazarlarındakı gərginliyi yatırdı və sabitlik yaratdı. Maliyyə panikası bütün dünyada çox ciddi öyrənilən elm sahəsidir. Ona böyük yer verilir.

Başqa bir misal gətirim. İndiki böhranda proseslər başlayan kimi Ukraynanın milli bankı qərar verdi ki, depozitləri verə bilmirik, böhran başalyıb. Hətta qərar da qəbul etdi ki, depozitlərin vaxtından əvvəl verilməsi dayandırılsın. Ertəsi gün camaat bankların qarşısına tökülərək, pullarını çıxartdı. Bir-iki ay ərzində 100 milyrad qrivnaya yaxın pul çıxardılar. Bununla da maliyyə bazarı çökdü və banklarda pul qalmadı, kreditləşdirmə və iqtisadiyyat dayandı, ÜDM-də 30 faiz azalma qeydə alındı. Azərbaycanda bu istiqamətdə çox düzgün siyasət yeridildi. Xalqı vəziyyətin ağır olması barədə xəbərlərlə panikaya salmadılar.

- O vaxt kuluarlarda iki bankın ağır vəziyyətdə olması barədə söhbətlər gəzirdi. Amma Milli Bank bu barədə heç vaxt məlumat yaymadı.

- Hə, o barədə də danışarıq. Ölkənin ehtiyatları var. İkinci səbəb əvvəlcədən götürülmüş düzgün siyasət idi. Azərbaycanda maliyyə ehtiyatları toparlandı. Bunlar hamısı saxlandı və dağıdılmadı. Neft Fondunda və qızıl-valyuta ehtiyatlarında yığıldı. İndi 20 milyarda qədər rezerv var. Təsəvvür edin ki, 20 milyrada qədər ehtiyatı olan ölkə bu səviyyəli üç böhrandan çıxa bilər.

- Necə çıxa bilər?

- Siz iki bankdan danışırsınız, hətta iki bank yox, bütün banklar batsa idi bu, problem olmazdı. Bizim bankların ümumi kreditləşməsi 6 milyard dollardır. Amma o biri tərəfdə 18 milyard dollar rezervlərimiz var. Əgər əhali bütün banklardan rezervlərini götürsə idi, dövlət əlindəki pulu həmin banklara yerləşdirməklə kreditləşdirməni bərpa edə bilərdi. Amerikada yalnız 800 milyrad dollar iqtisadityyatın stmullaşdırmasına yönəldilib. Bizdə hökumət də, camaat da başa düşdü ki, bu rezervlərlə Azərbaycanda ciddi böhran ola bilməz. Bu iki səbəbdən Azərbaycan böhranı rahatlıqla atlada bildi.

- Başqa bir səbəb kimi bizdə qiymətli kağızlar bazarının yetərincə inkişafı olmamasını da göstərirlər. Yəni paket sərmayələrin bura girməməsi bizim xeyrimizə işləyib…

- Bu gün Azərbaycanada həm qiymətli kağızlar bazarı, həm də bank, maliyyə-kredit, pul bazarı məhduddur. Ona görə də böhran belə ciddi təsir edə bilməzdi. Bizim qiymətli kağızlar bazarının ümumi həcmi heç 1 milyard dollar da deyil. Yəni bütün bunların hamısının indeksi də düşsəydi belə, dövlət 1 milyard dollar qoyub bütün aksiyaları ala bilərdi.

Sizə misallar gətirim. İnkişaf etmiş bazarlarda, hətta keçmiş SSRİ ölkələrində - Ukraynada, Qazaxıstanda, Rusiyada böhranın belə ciddi təsir etməsinin əsas səbəbi onlarda bankların həcmlərinin ÜDM səviyyəsində olması ilə bağlıdır. Özünüz düşünün, ABŞ-ın ÜDM-i 14 trilyon dollardır, elə o qədər də bank aktivləri var, rezervləri də çox azdır. Lap ən stabil ölkəni - Çini götürək, Çinin ümumi daxili məhsulu 7-8 trilyon dollardır, bir o qədər də bank aktivləri var. Çin dünya üzrə ən böyük valyuta rezervləri olan ölkə sayılır, 2 trilyon dollar rezervi var. Yəni banklarının hamısı batsa, qarşısını almağa vəsaiti olmayacaq. Amerika da 1-2 trilyonluq rezervlə 14 trilyon iflasın qarşısını ala bilməz. Batacaq. Amma Azərbaycanda həmin sistem hələ ki, oturuşmayıb. Bank aktivləri çox azdır, hardasa 9 milyard dollara bərabərdir. ÜDM isə 50 milyarda qədər yüksəlib.

Bu, bir tərəfdən mənfi amildir, banklar iqtisadiyyatın inkişafı üçün lazım olan təsiri göstərə bilmir. Təsəvvür edin, əhalinin əlində, boxçalarında olan pullar saxlanılır və dövriyyəyə cəlb edilmir, valyuta ehtiyatları Azərbaycanın pul dövriyyəsindən çıxarılır. Əgər onlar banklara yığılsa idi və iş bazarına yönəlsə idi, Azərbaycanda artım illik 4 faizə yox, 20-50 faizə qalxardı.

- Yəni adambaşına düşən ÜDM göstəricisi yüksələrdi?

- İnkişaf çox yüksək olardı. Bu, bir tərəfdən mənfi təsirdir, amma o biri tərəfdən ölkə iqtisadiyyatını sabit saxlamaq üçün müsbət amildir. Əgər bütün banklardakı 7-8 milyard manat batası olsa idi, hökumət həmin vəsaitləri geri qaytara bilərdi və inkişaf davam edərdi.

- Bir sual məni həmişə narahat edir, bəlkə də bir az diletant sualıdır. Bank biznesinin kökündə sələm durur, sələm də bütün dinlərdə qadağandır, haram sayılır. Bəlkə, bizdə bank sisteminin inkişaf etməməyi daha çox işimizə yarayır? Bəlkə, bu böhranlar elə bu cür bank sisteminə görə Allah tərəfindən buyrulub? Bəlkə bank xidməti faiz gəlirlərinə yox, xidmət gəlirlərinə əsaslanmalıdır?

- Yox, xidmətə də yönəlsə belə, islam bank sistemi var. Dünyada çox məşhurdur. Şəriətlə yaşayan ölkələrdə, məsələn, Səudiyyə Ərəbistanında, Küveytdə, İranda o bank sistemi tətbiq eidilir. Onlarda keridtlər sələmlə deyil, ortaqlıqlarda iştirak yolu ilə verilir. Beynəlxalq aləmdə, Amerikada və Avropada bu sahədə də ciddi işlər görülür, tədqiqatlar .rılır. Yəni bank sistemini mütləq inkişaf etdirmək lazımdır, h.ı yolla olursa, olsun. Hazırda hətta ABŞ və Avropada bir sıra islam bankaları fəaliyyət göstərir, özü də yüksək müvəffəqiyyətlə.

Bank sistemi nədir? Azərbaycanın 50 milyrad dollarlıq ümumi daxili məhsulu var və bunların hamısı dövriyyədən gəlib keçir. Amma bu var ki, pullar ayrılır və evlərdə boxçalara yığılır. Banklara etibar etmirlər və banklara yığılmır. Banklar daha yaxşı xidmət məhsullar təklif etmirlər. Böyük miqdarda valyuta ehtiyatları xarici banklarda saxlanır, onlar da daxili dövriyyədən çıxarılır.

- Həm də qlobal böhran şəraində risk qarşısında qalırlar?

- Qlobal böhran şəraitində risklərin qarşısını almaq üçün belə tədbirlərə ehtiyac var. Amma bu qədər yox. Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) cəmi 15-16 faizi banklar vasitəsi ilə mobilizə edilir. Amma əksər ölkələrdə bu, ÜDM səviyyəsindədir. Elə ölkələr var ki, məsələn İsveçrədə bank aktivləri ÜDM-dən iki dəfə çoxdur. Rusiyada və keçmiş sosialist ölkələrində həmin səviyyəyə çatmayıb, 50-60% səviyyəsindədir.

Pulun bir xarakteri var, əgər pul dövriyyədədirsə, o yaşayır, təsir edə bilir. Əgər pul dövriyyədən çıxarılırsa, boxçalarda saxlanırsa, evlərdə sandıqlarda saxlanırsa, yaşamır. İqtisadliyyata heç bir təsir göstərə bilmir.

Özünüz təsəvvür edin, indi Azərbaycanda nə qədər həyata keçiriləsi layihələr var, işləmək istəyən insanlar var, amma buna vəsait çatışmır. Həm də hamı öz vəsaiti hesabına və ya dövlət vəsaitləri hesabına iş görə bilməz. Əksər ölkələrdə sərmayələrin 60-70 faizi kreditlər hesabına həyata keçirilir.

- Bizim ÜDM-də bir qədər şişirtmə var, yəni ümumi milli məhsul (ÜMM) deyil. ÜDM-də «BP»nin, «Statoil»in payı çoxdur. Onları Azərbaycana aid məhsul saymaq çətin məsələdir. Yəqin ki, Azərbaycan əhalisi ÜMM-ə uyğun bank fəallığına malik ola bilər…

- Yox, ÜDM-in hesablanma qaydası var, beynəlxalq sistemlə hesablanır. BMT-nin təklif etdiyi bir hesab formulu var, ona uyğun hesablanır. Azərbaycan da o üsula keçib. Sovet dövründəki kimi deyil, o vaxt məcmu ictimai məhsul hesablanırdı. Ona görə də, bizim ÜDM bank sistemi ilə cəlb oluna bilər.

Bu gün Azərbaycanın xaricdə saxalanan rezervləri 18-20 milyrad dollardır. Onların hamısı da olmasa, heç olmasa yarısı ölkəyə gətirilməlidir. Ölkə banklarında saxlanıla bilər və sərmayələrə yönəldilə bilər. O pullar gələn kimi dərhal faizlərin səviyyəsi düşəcək, dərhal istehsal artmalıdır. Hətta bir sıra yaxın ölkələrin valyuta ehtiyatlarını da Azərbaycan banklarında saxlanılması barədə danışıqlar .rmaq olar.

Bank dərəcələrin 1 faiz azalmasının istehsalı və əhalinin gəlirlərinin nə qədər artırması barədə dəqiq hesablamalar var.

- İndi bizdə kreditlər 17-18 faizdən yuxarı dərəcələrlə verilir. Bu, indiki bazar üçün bir az şişirtmə kimi görünür. Burada banklar arasında bir sövdələşmə varmı? Və ya ölkənin maliyyə rəhbərliyi bilərəkdən bunu etmir ki?..

- Zənn etmirəm. Əksinə Azərbaycanın maliyyə rəhbərliyi, Milli Bank maraqlıdır ki, bu faizlər aşağı salınsın. Məsələn, keçmiş SSRİ dağılanda bizdə böyük böhran yaşandı, inflyasiya var idi. Həmin böhran təklif böhranı idi. Yəni məhsul yox idi, amma əhalinin əlində pullar var idi və qiymətlər artırdı, inflyasiya böhranı idi. İndiki böhran tələb böhranıdır. İnsanların əlində pul yoxdur, ya da azdır və xərcləmək istəmirlər, buna uyğun olaraq da tələbat yoxdur. Bu tələbatı artırmaq üçün gərək başqa tədbirlərə əl atasan. Bu gün problem qiymətin artması ilə deyil, qiymətlərin azalması ilə bağlıdır. Hamı çalışır ki, qiymətlərin aşağı düşməsinin, yəni deflyasiyanın qarışısını alsın. Lazımdır ki, inflyasiya bir balaca stimullaşdırılsın. Bunu stmullaşdırmaq üçün əhalinin əllərində olan, dövriyyəyə gedən pulları artırmalısan ki, tələbat artsın və qiymətlər heç olmasa, normal səviyyədə saxl.ın, ya da artırılsın.

Buna genişləndirici maliyyə siyasəti deyirlər. Ukraynadan və Rusiyadan fərqli olaraq, hökumətin bu gün gördüyü tədbirlər böhrana uyğun olaraq, çox ciddi tədbirlərdir. Milli Bank uçot dərəcəsini 14 faizdən 2 faizə qədər gətirib çıxarıb. Faizlərin aşağı salınması və tələbatın arıtırılması baxımından bu, çox ciddi amildir.

Yaxud büdcənin tərtibinə baxaq. Çox ciddi və investisiya xarakterli bir büdcə tərtib edilib. Bu cür büdcə Azərbaycanın tarixində heç vaxt olmayıb. Mənim özümün maliyyə naziri işlədiyim vaxtlarda da, biz həmişə çalışmışıq ki, investisiya yönümlü büdcə yar.ın və dövlətin toparladığı vəsaitlərin böyük hissəsi istehsal infrastrukturunun artırılmasına yönəldilsin. Bu gün bu, büdcədə nəzərə alınıbdır. Məsələn, 2009-cu il büdcəsinin 50 faizə qədəri yalnız sərmayəyə yönəldilib.

Amma başqa tədbirlər də lazımıdır. Məsələn, kreditləşmə, kommersiya banklarının üzərinə düşən yük, vəsaitlərin cəlb olunub və dövriyyəyə buraxılması çox zəif gedir.

- Amma əhali yüksək dərəcəli, hətta 14-15 faizə çatan depozitlərə alışıb. Bank ona necə desin ki, mən 7-8 faizlə keridt verməliyəm, ona görə də gətir pulunu aşağı faizlə qoy?..

- Burada rəqabət ortamı yaratmaq lazımdır. Əgər əhali pulları qoymursa və bank kredit verə bilmirsə, o zaman hökumət işə qarışmalıdır. Rezervlərimizin bir hissəsini öz banklarımıza yerlşədirməlidir və deməlidir ki, faizləri aşağı sal. İpoteka kreditləri kimi. Dövlət ipoteka krelditləri üzrə faizləri aşağı sala bildi, çünki öz resursları ilə verir. Dünyanın əksər ölkələrində belədir, uzun müddətli kreditlərin mənbəyi həmişə yalnız dövlət vəsaitləri olur. Hökumət öz əmanətlərini öz banklarında yerləşdirməlidir ki, faizlər aşağı düşsün. Təbii ki, kerdit faizləri düşəndə, depozit faizləri də düşəcək.

Tələbatın artırılması üçün bunu etmək lazımdır. Vəsaitlər banklara daxil olandan sonra bankların kredit vermək imkanı yaranacaq, təbii ki, faizlər də düşəcək. Burada da tələblə təklif arasında bir nisbət əmələ gəlməlidir. Azərbaycanın hazırda rezervləri 18 milyard dollara yaxındır. Beynəlxalq Valyuta Fondunun (BVF) tövsiyyələrinə görə, ölkənin valyuta rezevləri üç ayın idxalını qarşılayacaq səviyyədə olsa, yetərlidir. Azərbaycanda üç aylıq idxal isə 2 milyard dolları keçmir. Yəni normativlə, 2 milyard dollar valyuta ehtiyatı Azərbaycanın valyuta tənzimlənməsini tam təmin etməyə imkan verir. Bizdə isə 18 milyard valyuta ehtiyatı var. Milli Bankın özünün rezervləri 6 milyard dollara yaxındır. Bu resursları xarici banklardan gətirib, ipoteka kreditləri kimi 7 faizdən yüksək olmayan dərəcə ilə yalnız investisiyalar üçün yönəltmək olar. Yəni avtomobil alınmasına, istehlaka yönəltmək olmaz.

Genişləndirici maliyyə tədbirləri sırasında təkrar maliyyələşdirmə dərəcəsinin aşağı düşməsi, kommersiya banklarının kreditlərinin faiz dərəcələrinin aşağı düşməsi, Milli Banka daxil edilən rezervlərin dərəcəsinin azalmasını, büdcə kəsirlərinin artırılmasını, vergilərin dərəcələrinin azaldılmasını və s. göstərmək olar.

Milli Bank bankların yığdığı əmanətlərin bir qismini rezerv halında saxlayır. Bu, dövriyyədəki pulları məhdudlaşdırmaq məqsədi daşıyır. Amma dövriyyədəki pulları artırmaq üçün rezervlərin faizini azaldır. Burada banklara qızılla əmanət yerləşdirməyə icazə verilməsi, mərkəzi bankdakı rezervlərin qızılla yerləşdirilməsi yaxşı olardı.

- Keçən il bankların kredit çantası bu üsulla hardasa 400 milyon manat artırıldı.

- İndi belə bir istiqamət var. Bu iş gedir. Lazımdır ki, insfrastruktur layihələrinə, istehsal obyektlərinə büdcədən gedən vəsaitlər artırılsın. 1929-32-ci illərdəki böhranda Birləşmiş Ştatlar bu istiqamətdə ciddi bir addım atmışdı. Ruzvelt hakimiyyətə gələn kimi ictimai işlərə, infrastruktur işlərinə işsizlərin cəlb edilməsi ilə bağlı sərəncam imzalamışdı. O vaxt iki administrasiya yaratmışdı. Bunlar ictimai işlər və mülki işlər üzrə administrasiyalar idi. Onlar fəhlələri infrastruktur layihələrinə cəlb edirdilər, həmçinin bu layihələr üçün iri məbləğdə pullar xərcləyirdilər. Bu minvalla 4 milyon adam işə cəlb etmişdilər və çox böyük tikintilər həyata keçirmişdilər.

İndi Azərbaycanda körpülərin, yaşayış binalarının, iri istehsal obyektlərinin büdcə hesabına tikintisi gerçəkləşdirilir. Bunlara büdcədən böyük vəsaitlər gedir, amma rezervlərin ölkəyə gətirilməsi hesabına da layihələrin sayını geniş miqyasada artırmaq olar.

Düşünün, bu vasitə ABŞ-da 4 milyon iş yerinin və böyük canlanma yaranmasına səbəb olub.

- Obama da bu yaxınlarda oxşar sərəncama qol çəkib.

- Obama da bu işləri görür. Avstraliyada vəziyyəti yaxşı olmayan ailələrə dövlət birbaşa yardım elədi və 700 dollar verdi. Bu da tələbatın artırılmasına imkan yaratdı.

Azərbaycan artıq böhrandan çıxıb, amma bu istiqamədə işləri davam etdirməklə böyük artım göstəriciləri əldə etmək olar. Dünya üzrə böhran artıq bitmək üzrədir.

Adətən iqtisadiyyatda bir yüksəliş başlayır, hamı eyni məhsuldan istehsal edir. Müəyyən müddət keçir və kortəbii şəkildə o məhsullar bir artıqlığa səbəb olur. Ondan sonra tələb azalır və istehsalda tənəzzül başlayır. Bundan sonra durğunluq gəlir. Durğunluqdan sonra isə canlanma başlayır.

Keçən ilin avqust ayından başlayan böhranın vəziyyəti onu göstərir ki, artıq durğunluq prosesini də keçdik, artıq canlanma prosesi başlayır. Artıq üç aydır ki, (aprel, may və iyun aylarında) maliyyə indekslərində davamlı artım prosesi gedir. Neftin qiymətində artıq iki aydır ki, yüksəlmə gedir. Beynəlxalq Valyuta Fondunun və BMT-nin hesabatlarında bildirilir ki, anbarlardakı mal-material rezervləri artıq bitib. İndi canlanma başlayır.

Azərbaycanda da bu proses hamar keçib. Yavaş-yavaş canlanma gedir, amma elə etmək lazımdır ki, bu canlanma 4 faizli yox, daha yüksək artım əldə etməyə imkan versin. Böhran olmasına baxmayaraq, Azərbaycan iqtisadi artım müşahidə edilən 25 faiz ölkənin içərisində yer alır, qalan 75 faiz ölkədə isə geriləmə müşahidə edilib. Postsovet ölkələrinin əksəriyyətində geriləmə müşahidə edilib. Rusiya kimi ölkədə 9 faiz geriləmə olub, Ukraynada azalma 30 faizə çatıb. Baltikyanı ölkələrdə ciddi geriləmə müşahidə edilib.

Qazaxıstanın ən çox islahatalar .rmış bir ölkə olmasına, ciddi uğurlar qazanmasına və ehtiyatlarının çox böyük olmasına baxmayaraq, ciddi geriləmə oldu. Orta Asiya respublikalarında geriləmə müşahidə edildi. Yalnız Azərbaycanda geriləmə qeydə alınmayıb.

- Sizcə, Azərbaycan büdcəsində düzəlişə ehtiyac varmı? Bir vaxt belə bir söhbət başlanmışdı ki, büdcənin xərc hissəsi azaldılsın. Amma hökumət buna getmədi…

- Əksinə indi büdcəni artırmağa ehtiyac var. Hökumətin büdcə siyasəti düzgün qurulub. Xüsusilə də böhran şəraitində böhrandan çıxmağa yönəlik investisiya xarakterli bir büdcə tərtib olundu.

Amma bir az da daha genişləndirmək olardı.

- Məsələn, h.ı istiqamətlərdə?

- Məsələn, büdcə kəsirini artıraraq, ölkənin iqtisadi inkişafına yönəltmək olardı. Regional layihələrə və infrastruktur layihələrinə büdcədən vəsaitləri artırmaq daha doğru olardı. Büdcə faktiki olaraq, çox cüzi bir kəsrlə planlaşdırılıb. Belə şəraitdə genişləndirmə siyasəti yürütmək və büdcə kəsirini nisbətən artırmaq daha doğru olardı.

Büdcə kəsirini pul emissiyası hesabına olsa belə, o vəsaitlər investisiya layihələrinə ödənsə, iqtisadiyyata yalnız müsbət təsir göstərəcək.

Mənə elə gəlir ki, indi həm neftin qiymətinin artması, həm də canlanma prosesinin başlaması ilə əlaqədar olaraq, büdcədə artım nöqteyi-nəzərindən müəyyən dəyişikliklərə ehtiyac olacaq.

Genişləndirici maliyyə siyasətinin bir üsulu da valyuta kurslarında bir balaca dəyişiklik etməkdir. Hazırda Azərbaycanda ağıllı siyasət yürüdülərək, məzənnə sabit saxlanıldı ki, camaat panikaya düşməsin və manat qorunsun. Amma indi canlanma şəraitində məzənnəni bir balaca azaltmaq olar. Çünki bu gün idxal stimullaşdırılır. Amma dövlətlər arasında bu gün tələbat uğurunda, kimin harada öz malını satması uğrunda müharibə gedir. Əgər bu gun bizim ixracatı neftdənkənar məhsullar hesabına artırmağa imkanımız yoxdursa, onda idxalı əvəzləyəcək istehsal yaratmaq barədə düşünməliyik. İdxalın azalması üçünsə, bir stmullaşma vasitəsi kimi manatın məzənnəsini dollara nisbətən azaltmaq olar, çox cüzi və yumşaq şəkildə...

- Amma burada risk də var, məsələn, manat saxlanc vasitəsi olmaqdan çıxıb, istehlak bazarına yönələ bilər. Onun yerini isə dollar tuta bilər.

- Yox, məzənnəni o səviyyədə də buraxmaq olmaz. Amma bu gün manat idxalı stmullaşdırır. İş adamları gedir, dollarla mal alıb gətirir, daha baha manata satır. Bunu qarşısını almaq üçün manatın məzənnəsini çox ehtiyatla və cüzi dəyişmək lazımdır. Bunu çox yüksək etmək olmaz, ildə 1-2 faizdən söhbət gedə bilər. Elə etmək lazımdır ki, bunu iş adamları hiss etsin və idxaldan imtina etsinlər. Amma əhali bunu hiss etməməlidir.

Həm də ixracı təşviq eləmək üçün başqa üsullardan da, məsələn təşviq siyasətindən istifadə etmək lazımdır.

Vergi sahəsində də işlər görmək mümkündür. Tələbat böhranlarından çıxmaq üçün vergilərin azaldılması məsləhətdir. 1980-82-ci illərdə dünya qlobal böhranı Lafern əyrisinin ortaya çıxması ilə yadda qalan oldu. Onun nəzəriyyəsinin əsasında vergi dərəcələrinin azaldılması dururdu. Ona qarşı çıxırdılar ki, vergi dərəcələrinin azaldılması büdcənin gəlirlərinin azaldılması deməkdir. O isə bunun əksinə olduğunu sübut etdi ki, vergi dərəcələrinin azaldılması heç də büdcə gəlirlərinin azaldılması demək deyil, gəlirlər əksinə arta bilər.

Çünki dövlətə gəlməli olan vergilər iş adlamlarında və əhalidə qalır. İş adamları isə onun hesabına yeni vergi obyektləri yaradır və oradan da yeni vergilər daxil olur.

Həm də vergi dərəcələrinin azalması, vergidən yayınma meyllərini azaldacaq. Yəni biri var 50 faiz vergi verəsən, biri də var 10 faiz. 50 faizlik vergidən hamı qaçacaq. Amma 10 faizlik vergi olanda adam deyir ki, niyə başımı ağrıdım, vergi verim, canım qurtarsın.

Elə belə də oldu. 80-ci illərin başlanğıcında baş vermiş böhrandan çıxmaq üçün 2-3 mərhələli vergi islahatı həyata keçirildi. Əksər inkişaf etmiş ölkələrdə vergi dərəcələri iki-üç dəfə azaldıldı.

Azərbaycan şəraitində vergilər nə qədər çox azaldılsa, bir o qədər faydalıdır. Ümumiyyətlə, neftdən kənar bölmədə yeni yaradılan müəssisələrdən mənfəət vergisi tutulmasa yaxşıdır. Yaxud da az, yəni 8-10 faiz tutulsa daha məsləhətdir. Məsələn, Küveytdə belə bir praktika var. Küveyt öz müəssisələrinə mənfəət vergisi tətbiq etmir. Çünki məşğulluq yaradır, onun hesabına əmək haqqı verir, məhsul istehsal olunur. Onun hesabına başqa vergilər əldə edilir. İkinci bir tərəfdən, Küveytin də büdcəsinin gəlirləri Azərbaycanınkı kimi neftlə bağlıdır, neftdənkənar bölmə cüzi rol oynayır. Dövlət həmin cüzi hissədən əl çəkməklə öz istehsalçılarını stimullaşdırmış olur.

Sərbəst iqtisadi zonalar da yaratmaq olar, məsələn Dubay kimi. Məsələn, götürüb Dubay variantı iqtsadi sistem yaratmaq olar. Onu Azərbaycana tətbiq etmək olar. Dubay yalnız onunla irəlilədi. Azərbaycanda bu amil ciddi işlənilməyib. Tranzit ticarətinin və ya keçici ixracatın qanun bazası ciddi işlənilməyib. Bundan ölkə çox şey itirir. Azərbaycan bu gün şərqşlə qərb, şimalla cənub arasında bir qapıdır. Rusiya və Hindistan, Çin və Avropa kimi böyük məmləkətlər arasında körpüdür. Bunların çoxunun mallarının üstündə Azərbaycanda bir balaca işləməklə, o biri tərəfə göndərmək olar. Amma indi buna imkan yoxdur, çünki Azərbaycana gələndə gərək bütün vergiləri ödəsinlər. Bu isə iki qat vergi deməkdir və o insanlar heç nə qazana bilmirlər. Bundan həm də Azərbaycan və Azərbaycanın iş adamları da itirirlər.

Bunu tətbiq etsək, Rusiya ilə Çin, Rusiya və Ukrayna ilə İran arasında olan ticarətin hardasa 20-30 faizini Azərbaycan vasitəsi ilə həyata keçirmək olar.

- İndi o işlərin bəzilərini Bakıda görürlər. Məsələn, bütün İran - Tehran, Təbriz, İsfahan cins şalvarı Bakıdan .rır.

- Gedir, amma qeyri-rəsmi. Qeyri-rəsmi bunu nə qədər etmək olar? Onun dövlətə bir qəpik də xeyri yoxdur. Bunu rəsmiləşdirmək olmazmı? Keçici iqtisadiyyat dediyimiz nədir?.. Məsələn, Rusiyadan malları gətirməklə burada cüzi bir emal edəndən, lazım gələndə qablaşdırma, boyama, etiketləmə işləri və ya hər h.ı bir kiçik işi görəndən sonra çıxarmaq olar. Bu zaman əlavə dəyər vergisi (ƏDV), daxili gömrük vergiləri tutulmamalıdır. Həm də bunların uçotunu təşkil etmək lazımdır ki, bu mallar gəlib burada qalmasın.

Çingiz RÜSTƏMOV /. PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ermənistanda polis jurnalistlərin etiraz aksiyasını dağıdıbermen_mitinq_22_)6.jpgAksiya "Jamanae Erevan" qəzetinin redaktorunun həbsinin üç illiyinə həsr edilib

Ötən gün Ermənistanda bir qrup jurnalist prezident iqamətgahı qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. Aksiya "Jamanae Erevan" qəzetinin redaktoru Arman Babacanyanın həbsinin üç illiyinə həsr edilib. Lakin hüquq mühafizə orqanları nümayişçilərə aksiyanın keçirilməsinə icazə verməyiblər. Aksiya iştirakılarından olan, keçmiş siyasi məhbus Varhqes Qaspari torpağa yataraq, buranın onun vətəni olduğunu və istədiyi vaxt duracağını bildirib.

Qeyd edək ki, A. Babacanyan 3,5 il müddətinə azadlıqdan məhrum edilib. O, sənəd saxtalaşdırmaqda və hərbi xidmətdən yayınmaqda ittiham edilir. /. PRESS/

Gör Ha) Dustaqda Saxlanmasına Gör Nə Bəhanələr Tapıblar)

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Əhməd Davudoğlu: "Böyük səkkizlik" ölkələri xarici işlər nazirlərinin Triyestdə bəyannaməsi müsbətdir"ahmet-davutoglu-25-05-02.jpg"Dağlıq Qarabağ probleminin həllində hamının bu proseslərin uğuru üçün əlindən gələni etməsi, gələcək gərginliklərdən uzaq olması tərəflərin mənfəətinədir"

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, "Böyük səkkizlik" (G-8) ölkələri Xarici işlər nazirlərinin Triyestdə qəbul etdiyi bəyannamədə Türkiyə ilə Ermənistan arasındakı münasibətləri normallaşdırma səylərindən bəhs edilməsini müsbət qarşıladığını bildirib: "Bəyannamədə Türkiyə-Ermənistan arasındakı normallaşma prosesinə dəstək verilməsi müsbət bir addımdır. Eyni zamanda, sənəddə ATƏT-in Minsk qrupunun Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ probleminin həllində vasitəçilik missiyasına da toxunulur. "Bu prosesin bərabər davam etməsi regionda sülhü bərqərar edər. Nazirlərin açıqlamasının hərtərəfli baxışı əks etdirməsi də müsbətdir".

Davudoğlu, "təbii ki, çətinliklərin də fərqindəyik. Bəzi sıxıntılar da ola bilər. Bunlar sancılı proseslərdir. Hamının bu prosesləri uğurla başa vurması üçün əlindən gələni etməsi, gələcək gərginliklərdən uzaq olması tərəflərin mənfəətinədir" – deyib. /. PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

İnquşetiyada ötən gecə ölən silahlının azərbaycanlı olduğu iddia edilirinqushetiya-silahli_olu.jpgRusiya hüquq-mühafizə orqanlarının bu barədə ilkin ehtimalları yerli sakinlərin ifadələrinə əsaslanır

Ötən gecə İnquşetiyanın Sunjen rayonundakı Mujiçi kəndində öldürülmüş silahlı Azərbaycanda gətirilmiş muzdlu döyüşçü ola bilər. . PRESS, "Kafkazskiy uzel" internet nəşrinə istindən xəbər verir ki, bu barədə məlumatı birləşmiş qoşun hissələrinin qərargahından veriblər. Muzdlu barədə məlumatı Çeçenistan prezidenti Ramzan Kadırov da təsdiqləyib.

Xatırladaq ki, ötən gecə Mujiçi kəndində hökumət qoşunları ilə 6-10 nəfərdən ibarət silahlı dəstə arasında toqquşma baş verib. Rəsmi məlumatlara görə, döyüş zamanı silahlılardan biri qumbara ilə özünü partladıb, daha iki nəfər isə yaral.a da, qaça bilib. Silahlıların mağazadan ərzaq almaq üçün kəndə daxil olduqları güman edilir.

Yerli sakinlərin ifadələri əsasında formalaşmış ilkin məlumatlara görə, özünü öldürən silahlı azərbaycanlıdır. Hazırda onun şəxsiyyətinin dəqiqləşdirilməsi prosesi gedir. Ölən silahlının üzərindən iki əldəqayırma qumbara, mina və "Kalaşnikov" avtomatı götürülüb.

Rusiya Fdereal Təhlükəsizlik Xidmətinin İnquşetiyadakı idarəsindən isə RBK agentliyinə bildirilib ki, əsgərlərlə toqquşan qrupda Azərbaycan, İnquşetiya və digər Şimali Qafqaz regionlarından şəxslər olub. Onlar qətl və soyğunlarla məşğul imişlər. /. PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Şimon Peres: "Mən bir ölkənin gəlib digər bir ölkənin ərazisinə təcavüz etməsini düzgün hesab etmirəm" (Maraqlı Fikir Söylədi :blink: )

Shimon_peres_28.06.09.jpg. TV-nin xüsusi müxbirinin İsrail Prezidenti Şimon Pereslə, onun Azərbaycana gözlənilən səfərindən əvvəl müsahibəsi

. TV-nin xüsusi müxbirinin İsrail Prezidenti Şimon Pereslə, onun Azərbaycana iyunun 28-da gözlənilən səfərindən əvvəl müsahibəsi.

-Cənab prezident siz uyunun 28-də Azərbaycana səfər edirsiniz. İsrail üçün Azərbaycanın əhəmiyyəti nədən ibarətdir? Və siz İsrail-Azərbaycan əlaqələrinin gələcək perspektivlərini necə qiymətləndirirsiz?

-Bu məsələ ilə bağlı şərh etməli çox şey var. İlk əvvəl Azərbaycan böyük miqyasda neft və qaz ehtiyatının sahibidir. …

Azərbaycan həm də müsəlmanlar və yəhudilər arasında qarşılıqlı hörmət və etibarın mövcud ola bildiyi bir ölkədir. Biz Azərbaycandan neft ala bilərik, eyni zamanda mədəni əlaqələr yarada bilərik. Azərbaycan öz mədəniyyətini yarada

bilib. Azərbaycan kiçik ölkədir və İsraillə Azərbaycanın oxşar problemləri var. Bu problem kiçik xalqların necə böyük ola biləcəyi ilə bağlıdır. Böyük olmanın isə əsas yolu müasir elmlər və yüksək texnologiyadan asılıdır. Azərbaycan prezidenti İlham Əliyevə çox böyük hörmətim var. Mən onu yüksək təhsilli, məharətli və sanballı bir insan kimi tanıyıram. Onunla ünsiyyət qurduğuma görə çox məmnunam. Biz 3 sahəyə əhəmiyyət veririk. Kənd və su təsərrüfatı, səhiyyə və əvvəl danışdığım yüksək texnologiya. İsralin nə torpağı, nə suyu, nə qazı, nə də nefti var. Ona görə də biz əsas diqqəti elmə, yüksək texnologiyaya yönəltməliyik. Və biz, bizdə olanlarla Azərbaycanın istədiklərini bölüşdürməliyik .

İsrail təhlükə deyil. Biz təhlükə olmaq və kiməsə ziyan törətmək üçün çox kiçiyik. Lakin başqa tərəfdən biz inkişaf etmişik və əldə etdiklərimizi dostlarımızla bölüşdürməyə hazırıq. Bizdə olanları, inkişafı, elmi nailiyyətləri. Biz tam olaraq əməkdaşlıq edə bilərik. Bizim mədəniyyətimiz, elmimiz, hazırlığımız və ən əsası əzmimiz var. Mən eləcə də prezidentin mərhum atası ilə görüşmüşəm. O, çox intiligent, ağıllı və müəyyən üsluba sahib idi. Onunla aramızda qarşılıqlı anlaşma var idi. Digər tərəfdən Azərbaycanın ətrafında problemlər var. Bu problem əsasən qonşularla bağlıdır. Çünki siyasətdə sən heç vaxt öz qonşuna etibar edə bilməzsən. Ailədə isə öz valideynlərinə etibar edə bilməzsən. Bu həyatın bir nöqsanıdır. İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Mən bir ölkənin gəlib digər bir ölkənin ərazisinə təcavüz etməsini düzgün hesab etmirəm.

Mən Azərbaycanda bir dəfə olmuşam və ora böyük bir simpatiyam var. Eləcə də tarixi baxımdan Azərbaycan və yəhudi xalqı arasında münasibətlər yaxşıdır. Bundan əvvəl və elə indinin özündə də çoxlu sayda insan İsrailə miqrasiya edib. Və biz onların qayğısına qalırıq.

Azərbaycan barədə çox xoş təəssüratlarımız var. Bütün bu məsələlər mənim sizin torpağınıza səfərimin reallaşması üçün səbəblər toplusudur.

-Siz inanırsız ki, bir gün Azərbaycanın İsraildə səfirliyi olacaq?

-Mən ümid edirəm ki, İsralinin Bakıda, sizin isə İsraildə səfirliklərimiz tam fəaliyyət göstərsin. Düşünürəm ki, buna ehtiyac var. Bu münasibətlərin yüksək səviyyəyə qalxmasının ardıcıl nəticəsi olacaq. Biz bu səfərlə münasibətlərimizi zənginləşdirəcəyik. Çoxlu sayda nümayəndə, əsasən də biznesmenlər İsraildən mənim gəlirlər. Və onlar iqtisadi uğurlar adına, elm adına yaxşı münasibətlər qurmaq istəyirlər. Bunun üçün hər iki tərəfdə səfirliklərin olması zəruridir.

-20 ilə yaxındır ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Bu işğal barədə biz İsrailin rəsmi mövqeyini bilmək istəyirik. İsrail Azərbaycanın rəsmi mövqeyini tanıyırmı ?

-Biz bu məsələdə birbaşa tərəf olan ölkə deyilik. Sadəcə öz münasibətimizi , yanaşmamızı bildirə bilərik. Və münasibətin necə olması isə bizim əməkdaşlıqdan asılıdır. Lakin biz yenə prosesdə iştirakdan birbaşa tərəf deyilik. Bu məsələdə bizim münasibətimizə, rəyimizə və mövqeyimizə gəlincə düşünürəm ki , Azərbaycan yalnız İsraillə deyil, eləcə də xaricdəki yəhudi icmaları ilə yaxın münasibətdə olmalıdır. Bura eləcə də Birləşmiş Ştatlar da daxildir. Və biz Azərbaycanın ərazi bütövlüyünü bütün vasitələrlə dəstəkləmək üçün əlimizdən gələni edəcəyik.

-Azərbaycan Amerikanın yəhudi icmasının verdiyi töhfəni yüksək qiymətləndirir. İsrail-Azərbaycan münasibətlərində lobbiçilik h.ı rolu oynayır?

-Yəhudilər, Birləşmiş Ştatların İsrailin siyasətini dəstəkləməsini bəyənir. Onlar qanun qəbul etmirlər, hökümətdə təmsil olunmurlar. Amma əminəm ki, onlar da Azərbaycanla İsrail arasında əlaqələrin yaxşı olmasını eşitməyə şaddılar. Onların əksəriyyəti bu münasibətləri tam ürəklə dəstəkləyirlər.

Bizim Azərbaycanla dostluq münasibətimiz var. Hazırda bu münasibətlər yeni mərhələyə çatır. Əlaqələr indi daha dərin və sanballıdır. Düşünmürük ki, bir dostluq digərinin əvəzinə olmalıdır. Biz etiraz edə bilmərik ki, dövlətlər digərləri ilə yaxış münasibətlər qursunlar. Biz isə həmişə yaxşı münasibətlərin qurulmasının tərəfdarıyıq. Əsas məqsədimiz ölkələr arasında körpü qurulmasıdır.

-İsraildə böyük bir Azərbaycan icması yaşayır. Onlar etnik azlıqlar kimi h.ı üstünlüklərə malikdir və onların hüquqlarına necə hörmət edilir ?

-İsraildə heç kəsin əlavə imtiyazı yoxdur. Burada hər kəs əməkdaşlıq edir. Onlar da əməkdaşlıq edən icmadırlar. Bizim üçün çox xüsusi yerləri var. Realistdirlər , incəsənəti, musiqini sevirlər, çalışqandırlar və çox səbrlidirlər. Biz onlarla birgə işləməyi yüksək qiymətləndiririk. Onlarda Azərbaycan sevgisi var. Əgər səhv etmirəmsə, son illər ərzində Azərbaycandan İsrailə 35 min yəhudi əsilli azərbaycanlı gəlib. Onlar da Azərbaycana isti münasibət bəsləyirlər. Öz dillərini və adət-ənənələrini saxlamaq istəyirlər. Niyə də olmasın!

-Sizcə əhalisinin çox hissəsi müsəlman olan Azərbaycanla əhalinin çox hissəsi yəhudi olan İsrail arasında olan dostluq dünyaya h.ı mesajı çatdırır?

-Yəhudilər və müsəlmanların eyni atası var -İbrahim. Əgər bizim bir atamız varsa, niyə yaxşı qardaş olmayaq. Tarix boyunca müsəlmanlar və yəhudilər bir-birini başa düşən mədəniyyətin yaradılması üçün çalışıblar. Bizim filosofumuz olan Ramban ərəb dili üzrə ekspert olub. O əsərlərinin bir qismini ərəb dilində yazıb. Və mən dinlərinin fərqli olmasına görə, sülh şəraitində yaşamağı qadağan edən insan tanımıram. Bundan başqa, müasir həyatda demokratiya yalnız hər insana bərabər hüquqların verilməsi demək deyil. Eləcə də hər insana fərqli olmaq hüququ vermək. Heç kəs sənə başqasını sevməyə məcbur edə bilməz, bu sənin azad hüququndu. Bu müasir həyatın xarakteridi və biz buna hörmət edirik. /. TV, "TƏMİZ SÖHBƏT" verilişi/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

"Qazprom", Dmitri Medvedevin Bakı səfərinə ümidlə baxırQazprom-28-06-09.jpg Aleksey Miller: "Azərbaycan qazının alınması barədə saziş imzal.a, biz 2010-cu il yanvarın 1-dən Azərbaycan qazını ala bilərik"

Rusiyanın "Qazprom" şirkəti ümid edir ki, Dmitri Medvedevin Bakı səfəri çərçivəsində Azərbaycan qazının Rusiya tərəfindən alınması ilə bağlı Dövlət Neft Şirkəti ilə sazişin imzalanması mümkün olacaq. . PRESS, RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu "Qazprom" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Aleysey Miller deyib. Onun sözlərinə görə, "Qazprom" 1 yanvar 2010-cu il tarixdə Azərbaycan qazını ala bilər. "İmzalanacaq sənədlər ilk növbədə "Şaşdəniz" qazına aid olacaq". Aleksey Miller bildirib ki, Azərbaycandan alınacaq qazın həcmi ilk vaxtlar çox olmayacaq. Lakin gələcəkdə həcmin artırılması mümkündür. "Qazprom" rəsmisi iddia edib ki, onlar digər potensial alıcılarla müqayisədə Azərbaycana daha cəlbedici şərtlər təklif edir.

Rusiya nümayəndə heyəti Bakıda qaz sazəsində orta və uzun mddətli əməkdaşlıq perspektivlərini, o cümlədən "Şahdəniz" layihəsinin ikinci mərhələsindən birgə istifadə məsələlərini müzakirə etmək niyyətindədir. /. PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ermənistan atəşkəsi pozduEsger_Senger.jpg Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 28-də saat 19.30-dan 19.40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Məlumatı Müdafiə nazirliyinin mətbuat xidməti yayıb. /.PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

"Zona" serialı bu gündən .-in efirindəZona_film_29.06.09.jpgSerial həftə içi hər gün saat 20.00-da yayımlanacaq

MDB və Avropanı şoka salmış serialın dublyajı sona şatdı.

Kriminal, drama janrında olan "Zona" serialı bu gündən etibarən . kanalında yayımlanmağa başlayacaq. Serial həftə içi hər gün saat 20.00-da nümayiş olunacaq. Serialın təkrarı olmayacaq.

Qeyd edək ki, serial Rusiyada həbsxanalarda baş vermiş hadisələrin əsasında çəkilib. Bu seriala baxanda hər bir şəxs əslində vəziyyətin nə yerdə olduğunu görə bilər. Hətta Yekaterinburq şəhərində NTV kanalında nümayiş etdirilən teleserialın dayandırımasına etiraz edən 17 məhbus damarlarınına kəsmişdi. Yalnız telekanal ilə serialın nümayişi barədə müvafiq sənədlər nümayış etdiriləndən sonra məhbuslar nümayişi dayandırıblar.

Serialın ən maraqlı məqamlardan biri isə onun dublajındadır. Belə ki, «türmə» dili tamam başqa dildir və onu tərcümə etmək mümkün deyil. Elə bu səbəbdən АНС-də nümaiyş ediləcək serialdakı «türmə» jarqonları tərcümə edilməyəcək.

Bir sözlə baxmağa nəinki dəyər, baxmaq lazımdır.

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Yolun kənarında dayanmış "Mercedes"ə çırpılan "VAZ-2107", idarəetməni itirərək iki qızı vurubAvariya8.jpgNəticədə 4 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib

Bakının Sabunçu rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Axşam saat 21.40 radələrində rayonun Kosmos küçəsində Maştağa qəsəbə sakini Əjdər Rəhimov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarında dayanmış Nardaran qəsəbə sakini Cəbrayıl Nuriyevə məxsus "Mercedes" markalı avtomobilə çırpıb. Sonradan o, idarəetməni itirərək hadisə yerinin yaxınlığında olan Nardaran qəsəbə sakini Arzu Əliyevanı və Bakıxanov qəsəbə sakini Ruqiyyə Əliyevanı vurub. Nəticədə xəsarət alan A.Əliyeva, R.Əliyeva, C.Nuriyev və sərnişini, Zabrat qəsəbə sakini Vaqif Quliyev xəstəxanaya yerləşdiriliblər.

Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırmalar .rılır. /. PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan və Rusiya arasında bir sıra sənədlər imzalanıbilh_medv_sened_imzalanm_30_.jpg Sənədlərin imzalanması Dmitri Medvedevin Bakı səfəri çərçivəsində baş tutub

Azərbaycan və Rusiya arasında bir sıra sənədlər imzalanıb. Sənədlər ötən gün İlham Əliyevin və Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra imzalanıb. İlk olaraq dövlət başçıları Xəzər dənizi üzrə birgə bəyannaməni və dövlət sərhədlərinin delimitasiyasının başa çatdırılmasının əsas prinsipləri, eləcə də Samur çayının su resurslarının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bölüşdürülməsi barədə birgə bəyannamə imzalayıblar.

Daha sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev və Rusiya tərəfdən "Qazprom" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin prezidenti Aleksandr Miller Azərbaycan təbii qazının alış-satışı üzrə müqavilənin əsas şərtlərini, Baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiya tərəfdən isə Kabardin-Balkar Respublikasının prezidenti Arsen Konokov Azərbaycan və Rusiya Federasiyasının Kabardin-Balkar Respublikası hökumətləri arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni əməkdaşlıq haqqında razılaşmanı, xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov isə hökumətlər arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasında və Rusiya Federasiyasının Azərbaycan Respublikasında diplomatik nümayəndəliklərinin yerləşdirilməsi və xidmət göstərilməsi üzrə şərtlər haqqında sazişin hazırlanması barədə birgə bəyannaməni imzalayıblar.

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

"Türkiyə bölgədə super gücə cevrilib" Brayza-22.jpgMetyu Brayza ölkəsinin Ankaraya təzyiq edə bilməyəcəyini bildirib

ABŞ dövlət katibi məsləhətçisinin köməkçisi Metyu Brayza Türkiyənin bölgədə super güc olduğunu və Vaşinqtonun bu ölkəyə artıq təzyiq edə bilməyəcəyini bəyan edib. . PRESS-in «CNN Türk»ə istinadən verdiyi məlumata görə, Kipr məsələsində ölkəsinin Türkiyəyə təzyiq etməsini istəyən Yunanıstan parlamentinin sədri Marios Karoyana «Türkiyə super güc oldu, ABŞ ona təzyiq edə bilməz» deyib.

Brayzanın bu sözlərindən sonra Karoyan aciz etiraf səsləndirib. «Türkiyəyə ABŞ tərəfindən təzyiq edilə bilməzsə, kimsə tərəfindən edilə bilməz. Bu şərtlər altında nə Kipr probleminin həlli, nə də Türkiyənin Avropa Birliyinə üzvlüyü mümkün olar»,- deyə o bildirib. /. PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Şotlandiyalılar Böyük Britaniyadan ayrılmaq istəyir otlandlar.jpg Belə bir fikir ölkədə keçirilən ictimai rəy sorğusunun yekununda məlum olub

Şotlandiyada keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, şotlandların 58%-i 2010-cu ildə Böyük Britaniyadan ayrılmağa dair məsələ üzrə referendumun keçirilməsini istəyir. . PRESS-in "Vesti.ru"ya istinadən verdiyi xəbərə görə, 22-24 iyun tarixlərində keçirilən sorğuda 1010 nəfər iştirak edib.

Sorğu zamanı məlum olub ki, əhalinin 58%-i Şotlandiya hökmətinin 2010-cu ildə referendumun keçirilməsi qərarı ilə razı, 37% isə narazıdır.

Həmçinin sorğuda iştirak edənlərin yalnız 38%-i ölkələrinin müstəqil dövlət olmasını istədiyini bildirib. Sorğulananların cəmi 22%-i Şotlandiyanın hazırkı şəraitdə Böyük Britaniyanın tərkibində qalmasını istədiyini, 10%-i yaxın 20 il ərzində Şotlandiyanın hər şeyə rəğmən müstəqil olacağını bildirib. Əhalinin 28%-i isə belə bir hadisənin çətin ki, baş verəcəyini hesab edir. /. PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Əhaliyə verilən qazın qiyməti artırıldıQaz_01.04.06.jpgTarif Şurasının qərarına əsasən, bu gündən əhaliyə qazın hər kub.m.-i 10 qəpiyə satılacaq Azərbaycan Tarif (qiymət) Şurası “Dövlət rüsumu haqqında” qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” qanuna əsasən Tarif (qiymət) Şurasının bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edib.

Şuranın iclasında qəbul edilmiş qərara əsasən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” qanuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti sahəsində və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən göstərilən xidmətlərin tarifləri barəsində Tarif Şurasının əvvəllər qəbul edilmiş qərarlarının qüvvədən düşdüyü bildirilib.

Bununla yanaşı, Standartlaşdırma, Metrologiya, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Dəniz Administrasiyası, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidməti sahəsindəki və küçə reklamlarının yerləşdirilməsi və yayımı sahəsindəki xidmətlərin, həmçinin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin və Səhiyyə Nazirliyinin təsərrüfat subyektləri tərəfindən dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatına alınması xidmətlərinin tarifləri barədə qəbul edilmiş qərarların bəzi bəndləri və bölmələri də qüvvədən düşmüş hesab olunub.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin və Səhiyyə Nazirliyinin təsərrüfat subyektləri tərəfindən dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatına alınması xidmətlərinin tarifləri barədə əvvəllər qəbul edilmiş qərarlara isə bəzi əlavə və dəyişikliklər edilib.

Şuranın qərarına əsasən, son dövrlərdə respublikaya daxil olan internet trafikinin həcminin artdığı və internet şəbəkəsinə qoşulma haqlarının aşağı salındığı əsas gətirilərək Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən “AzStateNet” Dövlət İnternet və xüsusi rabitə xidmətlərinin aylıq abunə tarifləri (SİR) kanal tutumundan asılı olaraq 44,4 - 66,0 % arasında aşağı salınıb.

Belə ki, 128, 256, 384, 512, 768, 1024, 1536 və 2048 kb/s kanal tutumları üzrə aylıq abunə tarifləri müvafiq olaraq 30, 60 85,125, 170, 250, 375, 500 manat səviyyəsində müəyyənləşdirilib. Əvvəllər həmin tariflər uyğun olaraq 75, 160, 250, 340, 450, 630, 720 və 900 manat təşkil edib.

Tarif Şurasının iclasında “Azəriqaz” QSC-nin əhali istehlakçı qrupuna satılan qazın qiymətinə yenidən baxılmasına dair müraciəti müzakirə olunub. Şura əhaliyə satıln təbii qazın hər 1000 m3 qiymətini 47,2 manatdan 100,0 manata dəyişdirib. Qurum bu qərarı təbii qazın istehlakında israfçılığın qarşısının alınması, əhalinin təbii qazla keyfiyyətli və etibarlı təminatının daha da yaxşılaşdırılması, eləcə də mövcud qiymətin çəkilən xərcləri ödəməməsinin nəzərə alınması ilə əsaslandırıb.

Qəbul olunmuş qərarlar bu gündən tətbiq ediləcək./. PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

İsveçrənin Bern şəhərində Azərbaycan gecəsi keçirilibbern_gece_0.jpgQonaqlara “Qaval”, “Tərəkəmə” və “Ağ çiçəyim” rəqsləri təqdim edilib İyunun 28-də İsveçrənin Bern şəhərindəki Mədəniyyətlər və Tədris Mərkəzində Azərbaycan gecəsi keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin (AİMM) təşkil etdiyi gecə xalqımızın zəngin mədəniyyətinin təbliği məqsədi daşıyıb. Bern şəhərindəki Mədəniyyətlər və Tədris Mərkəzinin təşəbbüsü ilə keçirilən və yalniz isveçrəli qonaqların dəvət olunduğu tədbirdə AİMM rəhbəri Qasım Nəsirov Azərbaycan mədəniyyəti, milli musiqisi barədə ətraflı məlumat verib, xüsusilə də Azərbaycan rəqslərinin incəliklərini iştirakçılara izah edib, bir neçə rəqsimizin tarixindən söz açıb. Sonaxanım Əliyeva qonaqlara “Qaval”, “Tərəkəmə” və “Ağ çiçəyim” rəqslərini təqdim edib.

Azərbaycanla bağlı daha ətraflı məlumat almaq istəyən isveçrəli qonaqlara bildirilib ki, ölkəmiz haqqında AİMM-nın internet saytından geniş bilgi almaq imkanı var. /. PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bakı və Abşeron yarımadasında tozlu hava əhalini təşvişə salıbHava1.jpgElmi Tədqiqat Ağ ciyər Xəstəlikləri İnstitutunun həkimi dumanın insan orqanizminə təsir göstərəcəyini bildirib

Bakı və Abşeron yarımadasında mövcud olan hətta günəşin görünməsinə belə mane olan tozlu hava əhalini təşvişə salıb. Bakı səmalarını son iki gündə bağlayan toz indi hamını düşündürür. İlk dəfə bu il belə bir hadisə ilə qarşılaşan vətəndaşlar, tozlu havanın onların görməsinə də maneələr yaratdığını bildiriblər.

Bu cür tozlu hava əsasən ərəb ölkələrindən olan Suriya, Misir, Səudiyyə Ərəbistanı və İraqa məxsus olduğu bildirilir. Həmin ölkələrdə tozlu havanın ilk növbədə astma xəstəliyi olan şəxslərə ciddi təsir etdiyi bildirilir. Hətta əksər vaxt belə havada yağan yağış da palçıqlı olur.

Azərbacanda isə belə hallara çox az təsadüf olunmasına baxmayaraq, həkimlər əhalini ehtiyat tədbirlərini görməyə çağırırlar. Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun həkimi Vasif Abdullayev şəhərin üzərini örtən dumanın insan orqanizminə təsir göstərəcəyini qeyd edib. Onun sözlərinə görə, hələlik konkret narahatçılıq yaranmayıb. Ancaq bu hal bir neçə gün davam etsə artıq fəsadları olacaq. «Ağ ciyər xəstəlikləri institutunda biz də müşahidə .rırıq. Xəstələrdə hər h.ı bir ağırlaşmalar olmayıb. Əlbətdə tozun insanın borun ağ ciyər .rtına mənfi təsiri çoxdur. Əksər halda xırda toz ağ ciyərlərə çökərsə, imunitetə təsir edib onu zəiflədə bilər».

Tozlu hava şəraiti artıq göz xəstəliklərindən əziyyət çəkənlərə təsir edib. Mərkəzi Neftçilər Xəstəxanasının göz mərkəzinin həkimi Bəhruz Quliyev bildirib ki, həkimlər hələ iki gün əvvəldən bunun fəsadının ola biləcəyini proqnozlaşdırıblar.

Atmosferdə baş verən çirklənmənin göz yaşı təbəqəsinə mənfi təsir etdiyini deyən həkim əlavə edib ki, nəticədə insan orqanizimində ciddi narahatlıq yaranır: " İki gündür insanların təlaşına səbəb olan toz burulğanı fəsadlarını verib. İnsanlar çox təlaş içində olmasınlar. Bunun prafilaktikası var ki, buna əməl etməklə narahatlıqdan qurtara bilərlər".

Həkim tozlu hava şəraitində əsas praflaktikanı çoxlu maye qəbul etməkdə görür. Məsləhət olunur ki, belə hava şəraitində eynəklərdən istifadə olunsun. Bununla yanaşı, şikayəti olanlar mütləq həkimə müraciət etməli və həkim məsləhəti ilə dərmanlar təyin olunmalıdır. Təəssüf ki, bu cür hava şəraiti uşaqlara da mənfi təsir edir.

Göz həkimi Aytəkin İbrahimxəlilovanın sözlərinə görə, uşaqlarda allergik reaksiyalar da baş verə bilər: "Onlarda allergiya, qaşınmalar olur. Burulğanlı hava qurtarandan da sonra allergiya və qaşınma keçməyə bilər. Uzun müddət bu əlamətlərin qalmasına səbəb olur. Uşaqlar qeyri-iradi hərəkətlər daha çox edirlər. Ona görə də onlar qaşıyb buynuz qişanı cıza bilərlər. Prosesi daha çox dərinləşdirə bilərlər".

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov tozlu hava şəraitinin səhralaşma ilə əlaqələndirib. Belə ki, əhalinin otlaqlara mal-qaranı sahibsiz buraxması nəticəsində səhralaşma başlayıb. Digər tərəfdən isə Əfqanıstan və Orta Asiya ölkələrində bu prsses çoxdan getdiyindən, külək tozlu və çirkli havanı ölkə ərazisinə gətirir. "Səhralaşma nəticəsində külək olan kimi toz əmələ gəlir".

Hidrometroloqlar isə Türkmənistanın Xəzər sahilindən mülayim şərq küləyi vasitəsi ilə gələn toz qatının yaxın iki gündə çəkiləcəyini bildiriblər. /. TV/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Davutoğlu: "Rusiya ilə enerji sahəsindəki əməkdaşlığımızı dərinləşdirmək üçün siyasi iradə mövcuddur"davutoglu_lavrov_0.jpgTürkiyə xarici işlər naziri Rusiya xarici işlər naziri ilə görüşüb

"Rusiya ilə enerji sahəsindəki əməkdaşlığımızı dərinləşdirmək üçün siyasi iradə mövcuddur". CNN Türk-ün məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün nəticələrinə dair keçirdiyi ortaq mətbuat konfr.ında deyib.

Nazirlərə dünən Rusiyanın "Cənub axın"ı layihəsində Türkiyənin də iştirakı məsələsi soruşulub.

Ə. Davutoğlu suala belə cavab verib: "Enerji layihələri də daxil olmaqla hər mövzunu, əməkdaşlıq çərçivəsində müzakirə etməyi davam etdirəcəyik". Türkiyəli nazir əlavə edib ki, Türkiyə Rusiya ilə əməkdaşlığında sərhəd tanımır.

Lavrov isə qeyd edib ki, "Türkiyə istəsə, Rusiya iqtisadi razılaşmanın olduğu hər şərtdə bu iştirakı qəbul edər".

Xatırladaq ki, rəsmi Moskva Ankaraya "Cənub axını" layihəsinin reallaşdırılmasında əməkdaşlıq təklif edib. Bunu iyulun 1-də Türkiyənin energetika və təbii sərvətlər naziri Tener Yıldızla görüşdən sonra Rusiya baş nazirinin müavini İqor Seçin bildirib. Biz "Cənub axını" üzrə əməkdaşlıq təklif edirik və layihə ilə bağlı şəffaf qərarın qəbul edilməsi istəyirik", - deyə o vurğulayıb. /. PRESS/

Rusiya Türkiyəyə əməkdaşlıq təklif edib

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü at yarışı zamanı baş tutacaqilham_sarkisyan_0yeni.jpgBu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü iyulun ortalarında Moskvada keçiriləcək. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. Səfir bildirib ki, görüş MDB-nin qeyri-formal sammiti çərçivəsində Rusiya prezidentinin mükafatı uğrunda keçiriləcək at yarışı zamanı baş tutacaq./. TV/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Qarabağa səfərini təkrarlaya bilərpolad_bulbuloglu.jpgPolad Bülbüloğlu: "İki xalq arasında müəyyən təmaslar yenidən bərpa edilməlidir"

Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri - Polad Bülbüloğlu və Armen Sumbatyan bu yaxınlarda Qarabağa sülhməramlı səfərini təkrarlaya bilərlər. .-ə müsahibəsində P.Bülbüloğlu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səfirlərin birgə fəaliyyətinin mühüm rol oynaya biləcəyini bildirib. Onun sözlərinə görə, təşkil edilən bu cür səfərlər həlledici rol oynaya bilər."Danışıqlar prosesi davam edir. Demək istəyirəm ki, bu danışıqlar mütəlq getməlidir. İki xalq arasında müəyyən təmaslar yenidən bərpa edilməlidir. İstər-istəməz biz bir yerdə yaşamalıyıq. Bunun ayrı yolu yoxdur. İnsanlar arasında bu təmaslar olmalıdır".

Səfir iki il öncə bir qrup ziyalı ilə Dağlıq Qarabağa səfərlərini xatırladaraq bildirib ki, bu səfər onu bir daha təmasların zəruri olduğuna inandırıb. Onun sözlərinə görə, insanlar bir-biri ilə danışanda, təmasda olanda tamam ayrı horizontlar açılır. Polad Bülbüloğlu bu səfərlərinə görə, onları tənqid edənlərin olduğunu da qeyd edib. "Onların mövqelərini başa düşmək olar. Amma real bir vəziyyət var. Bu gün meydanada olan müəyyən siyasi iqtisadi vəziyyəti nəzərə almaq lazımdır. Təmaslar qaçılmazdır". /. TV/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycanlı rəssam Tahir Salahova Fr.ada mükafat verilibtahir_salahov_27.jpgMükafatı rəssama Fr.a İncəsənət Akademiyasının katibi Arno d’Oteriv təqdim edib

Fr.a İncəsənət Akademiyasının katibi Arno d’Oterivin və Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəsi səfir Eleonora Hüseynovanın təşkilatçılığı ilə iyulun 1-də akademiyada görkəmli fırça ustası Tahir Salahova Fr.a Mədəniyyət və Kommunikasiya naziri tərəfindən ölkənin ən nüfuzlu mükafatlarından biri hesab edilən “İncəsənət və ədəbiyyat” ordeninin “Zabit” dərəcəsi təqdim edilib. Mükafatı azərbaycanlı rəssama Arno d’Oteriv təqdim edib.

Azərbaycan və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya İncəsənət Akademiyasının vits-prezidenti Tahir Salahov onun əməyinə verilən yüksək mükafata görə Fr.anın Mədəniyyət və Kommunikasiya nazirinə öz təşəkkürünü bildirib.

Təqdimetmə mərasimində Azərbaycanın Fr.adkı səfiri Tarik Əliyev, moda ustası Pyer Karden də iştirak edib.

Fr.anın tanınmış moda ustası Pyer Karden Tahir Salahovu uzun müddət tanıdığını, hətta Rusiyada olarkən bir neçə günü birlikdə keçirdiyini bildirib. «Mən onun istedadının vurğunuyam. Tahir Salahovun yaradıcılığını əlçatmaz bir zirvəyə bənzətmək olar».

Tahir Salahov isə bu mükafatı yüksək qiymətləndirib və onun qəlbini qızdırdığını qeyd edib. «Əgər mükafat ürək qızdırırsa, bu, sənin əməyinə verilən cavabdır. Bu mənim üzün böyük xoşbəxtlikdir ki, mənim yaradıcılığıma yalnız doğma vətənim Azərbaycanda deyil, eyni zamanda Fr.ada da xüsusi qiymət verilir. Azərbaycana, yüksək mükafata görə Fr.aya sağ ol deyirəm».

Xatırladaq ki, Azərbaycanın görkəmli rəssamı Tahir Salahov bu il həmçinin . Şirkətlər Qrupunun təsis etdiyi «İlin adamı» mükafatına da layiq görülüb. /AzərTAc/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

“İstənilən sülh müharibədən yaxşıdır”AsimMOllaxadЙ™.jpgAsim Mollazadə: "Bizim Xankəndində olmağımız sülhün əldə olunmasında təkcə hakim partiyanın deyil, Azərbaycan müxalifətinin də maraqlı olduğuna sübutdur"

“İstənilən pis sülh müharibədən yaxşıdır”. . PRESS-in “Tert.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə cümə günü Xankəndində Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə bildirib.

“Bu gün hər iki ölkə - Azərbaycan və Ermənistan, həmçinin hər iki xalq üçün sülhün əldə olunması istiqamətində böyük ş. var. Bunun üçün sülh və stabil Cənubi Qafqaz regionunun yaradılmasına imkan verə bilcək ciddi iş və həll variatlarının axtarışı zəruridir.

Bu istiqamətdə həm Azərbaycan, həm də Ermənistan iş görməlidir, beynəlxalq təşkilatlarsa onlara sülhün əldə olunmasında köməklik göstərməlidir”, - deyə o bildirib.

Mollazadə qeyd edib ki, hazırda danışıqlar prosesi gedir, ciddi irəliləyişlər var.

“Düşünürəm ki, Moskva Bəyannaməsinin imzlanmasından sonra sülhün əldə olunması istiqamətində çox iş görülüb”, - deyə müxalifətyönlü deputat bildirib.

O vurğulayıb ki, onun Xankəndində olması, sülhün əldə olunmasında təkcə hakim partiyanın deyil, Azərbaycan müxalifətinin də, maraqlı olduğuna sübutdur. /. PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Qarabağda səfərdə olan nümayəndə heyəti Serj Sarkisyanla görüşə yollanıbPolad_Bulbuloglu2.jpgPolad Bülbüloğlu və onu müşayiət edənlər İrəvandan sonra Bakıya qayıdacaqlar

Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri - Polad Bülbüloğlu və Armen Sumbatyan, eləcə də mədəniyyət və kinematoqrafiya üzrə Rusiya Federal Agentliyinin rəhbəri Mixail Şvidkoy və Azərbaycanın bir sıra ictimai təşkilatlarının nümayəndələri Dağlıq Qarabağdan Ermənistanın paytaxtı İrəvana yollanıblar. Bu barədə məlumatı Ermənistanın tert.am saytı yayıb.

Məlumata görə, nümayəndə heyəti orada prezident Serj Sarkisyanla görüşəcək. İrəvandan sonra onların Bakıya qayıdacaqları gözlənilir.

Qeyd edək ki, səfirlər Dağlıq Qarabağın separatçı rejimin prezidenti Bako Saakyanla da görüş keçiriblər.

Dağlıq Qarabağa səfər edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 6 nəfər müşayiət edir. Bu barədə məlumat Ermənistanın Tert.am saytında yer alıb. Məlumata görə, onların arasında iki millət vəkili - Asim Mollazadə və Tahir Rzayev, o cümlədən bəstəkar Səyavuş Kərimi də var./. PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...