Перейти к содержимому

Ramazana necə hazırlaşmalı?


al-İslam

Recommended Posts

11 ayın sultanı olan Ramazana lap az qalır. Bütün İslam dünyasında sevinclə dolu bayram abu-havası hökm sürür. Allaha iman gətirən insanlar bu böyük ayı səbirsizliklə gözləyir. Bəs biz necə bu böyük imtaha hazırıqmı?

Ramazana yetərincə hazır olmaq üçün bu ayın fəlsəfəsini, Allah mərtəbəsində dəyərində dərk etmək lazım gəlir. Gəlin Qurana və sünnəyə diqqət yetirək: Oruc nə üçün bu qədər önəmlidir? Hansı əsasla bu ibadətə belə böyük dəvət var? Müqəddəs kitabdan oxuyuruq: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (“əl-Bəqərə”,183). Deməli artıq ən mötəbər mənbə olan Quran səviyyəsində oruc vacib bilinir. Həmçinin ayədə orucun əvvəlki ümmətlərə vacib olunması qeyd olunur. “əl-Mizan təfsiri”ndə qeyd olunur ki, bu ifadədə Musa və İsa peyğəmbərlərin (hər ikisinə salam olsun) ümmətləri kimi ümmətlər nəzərdə tutulmuşdur.

İnsanları düşündürən başqa bir şey isə orucun əmr edilmə fəlsəfəsidir. İnsan oruc tutarkən ilk əvvəl nəfsinə uymaqdan uzaq olur. Aclıqla, şəhvətlə mübarizəsini gücləndirir. Həmçinin kasıbların, yoxsulların gündəlik yaşayışlarını anlayır, artıq onlara qarşı daha həlim davranır. Bu həmçinin insanın zəkatını, xümsünü vaxtlı-vaxtında verməsinə gətirib çıxarır. Nəhayət, bəndə bütün bunları Allah rzası üçün edir. Əsas hədəf də budur-Allah rzası üçün! Allah-təala Quranda bu öz rəsuluna və möminlərə əmr edir: “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (“əl-Ənam”,162). Hər gün 5 vaxt namaz qılarkən “qürbətən iləllah” niyyəti edirik, yəni namazımızı Allah yaxınlaşmaq, onun əmrini yerinə yetirmək niyyəti ilə qılırıq. Oruc da eyni ilə belə olmadılır. Bəndə anlamalıdır ki, oruc sağlam olmaq, arıqlamaq və s. niyyətlərlə yox, ancaq Allahın əmrini yerinə yetirmək məqsədi ilə tutulmalıdır. Əks halda bu oruc savab yox, günah mahiyyəti daşıyar.

Ramazan ayı həm də bir bağışlanmaq ayıdır. Hədislərdə buyurulur ki, Allah-təala bu ayda rəhmət qapılarını açar. Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər” (“Biharul-Ənvar, c.96,səh. 348 , hədis 14”).

Ramazana bir islah ayı kimi də baxmaq lazımdır. Şübhəsiz, biz günahkar bəndələrin gündəlik bəlkə də o qədər önəm verməyərək işlədiyimiz günahlar var. “Ağ yalanlar”, qeybət, söyüş kimi dil bəlaları çox müsəlmanda heyf ki, müşahidə olunur. Gəlin heç olmasa ildə bir ay-Ramazan ayında bu günahlara ara verək. Çünki insan əvvəlcədə bu ayda həmin əməllərdən çəkinməyi hədəfləsə və çəkinsə, artıq sonra da bu günahları işləməz. Nəticədə, bəndə bu günahdan çəkinməyin mümkünlüyünü anlayar.

Ramazanın digər bir xüsusiyyəti də ibadət, zikr ayı olmasıdır. Bu ayda Allaha təsbih demək, təravih namazları qılmaq çox faydalıdır. Bir çoxumuz Allahın zikrindən ayrı düşmək üçün müxtəlif bəhanələr axtarır, bunu işimizin çox olması, vaxtın darlığı ilə izah edirik. Gəlin heç olmasa bu ayda Allahı anmaqdan uzaq düşməyək! Metroda gedə-gedə, oturanda, uzananda zikr edək! “Lə iləhə illəllah”, “Subhanəllah”, “Allahu məğfirli” və s. zikrlərlə Allahı təsbih edək! Bu ayda ibadətlərə nə qədər böyük qaşılıq verildiyini xatırlayaq! Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?!” (“Əmali-Səduq,səh. 52 , hədis 2”).

Amma əvvəldə qeyd etdiyimiz kimi ibadətin fəziləti onun bəndəni günahlardan təmizləməsi ilə ölçülər. Deməli ibadətlərimizi artırdığımız kimi, günahlarımızı da azaltmalıyıq. Əks halda ibadətimizin Allah dərgahında bir yeri, dəyəri olmaz.

Ey iman gətirən şəxs! Ramazana layiqincə hazırlaş və bağışlan! Bu ayda bağışlanmayan “bədbəxt” adlandırılıb! Sözümüzü isə gözəl bir hədisi-şəriflə bitirmək yerinə düşər. Hədis isə yenə sevimli peyğəmbərimizdəndir (s): “Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz” (“Biharul-Ənvar”, c.96,səh. 34 , hədis 8).

Menbe

Изменено пользователем al-İslam

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Ссылка на комментарий
Поделиться на других сайтах

11 ayın sultanı olan Ramazana lap az qalır. Bütün İslam dünyasında sevinclə dolu bayram abu-havası hökm sürür. Allaha iman gətirən insanlar bu böyük ayı səbirsizliklə gözləyir. Bəs biz necə bu böyük imtaha hazırıqmı?

Ramazana yetərincə hazır olmaq üçün bu ayın fəlsəfəsini, Allah mərtəbəsində dəyərində dərk etmək lazım gəlir. Gəlin Qurana və sünnəyə diqqət yetirək: Oruc nə üçün bu qədər önəmlidir? Hansı əsasla bu ibadətə belə böyük dəvət var? Müqəddəs kitabdan oxuyuruq: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!" ("əl-Bəqərə",183). Deməli artıq ən mötəbər mənbə olan Quran səviyyəsində oruc vacib bilinir. Həmçinin ayədə orucun əvvəlki ümmətlərə vacib olunması qeyd olunur. "əl-Mizan təfsiri"ndə qeyd olunur ki, bu ifadədə Musa və İsa peyğəmbərlərin (hər ikisinə salam olsun) ümmətləri kimi ümmətlər nəzərdə tutulmuşdur.

İnsanları düşündürən başqa bir şey isə orucun əmr edilmə fəlsəfəsidir. İnsan oruc tutarkən ilk əvvəl nəfsinə uymaqdan uzaq olur. Aclıqla, şəhvətlə mübarizəsini gücləndirir. Həmçinin kasıbların, yoxsulların gündəlik yaşayışlarını anlayır, artıq onlara qarşı daha həlim davranır. Bu həmçinin insanın zəkatını, xümsünü vaxtlı-vaxtında verməsinə gətirib çıxarır. Nəhayət, bəndə bütün bunları Allah rzası üçün edir. Əsas hədəf də budur-Allah rzası üçün! Allah-təala Quranda bu öz rəsuluna və möminlərə əmr edir: "De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" ("əl-Ənam",162). Hər gün 5 vaxt namaz qılarkən "qürbətən iləllah" niyyəti edirik, yəni namazımızı Allah yaxınlaşmaq, onun əmrini yerinə yetirmək niyyəti ilə qılırıq. Oruc da eyni ilə belə olmadılır. Bəndə anlamalıdır ki, oruc sağlam olmaq, arıqlamaq və s. niyyətlərlə yox, ancaq Allahın əmrini yerinə yetirmək məqsədi ilə tutulmalıdır. Əks halda bu oruc savab yox, günah mahiyyəti daşıyar.

Ramazan ayı həm də bir bağışlanmaq ayıdır. Hədislərdə buyurulur ki, Allah-təala bu ayda rəhmət qapılarını açar. Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər" ("Biharul-Ənvar, c.96,səh. 348 , hədis 14").

Ramazana bir islah ayı kimi də baxmaq lazımdır. Şübhəsiz, biz günahkar bəndələrin gündəlik bəlkə də o qədər önəm verməyərək işlədiyimiz günahlar var. "Ağ yalanlar", qeybət, söyüş kimi dil bəlaları çox müsəlmanda heyf ki, müşahidə olunur. Gəlin heç olmasa ildə bir ay-Ramazan ayında bu günahlara ara verək. Çünki insan əvvəlcədə bu ayda həmin əməllərdən çəkinməyi hədəfləsə və çəkinsə, artıq sonra da bu günahları işləməz. Nəticədə, bəndə bu günahdan çəkinməyin mümkünlüyünü anlayar.

Ramazanın digər bir xüsusiyyəti də ibadət, zikr ayı olmasıdır. Bu ayda Allaha təsbih demək, təravih namazları qılmaq çox faydalıdır. Bir çoxumuz Allahın zikrindən ayrı düşmək üçün müxtəlif bəhanələr axtarır, bunu işimizin çox olması, vaxtın darlığı ilə izah edirik. Gəlin heç olmasa bu ayda Allahı anmaqdan uzaq düşməyək! Metroda gedə-gedə, oturanda, uzananda zikr edək! "Lə iləhə illəllah", "Subhanəllah", "Allahu məğfirli" və s. zikrlərlə Allahı təsbih edək! Bu ayda ibadətlərə nə qədər böyük qaşılıq verildiyini xatırlayaq! Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?!" ("Əmali-Səduq,səh. 52 , hədis 2").

Amma əvvəldə qeyd etdiyimiz kimi ibadətin fəziləti onun bəndəni günahlardan təmizləməsi ilə ölçülər. Deməli ibadətlərimizi artırdığımız kimi, günahlarımızı da azaltmalıyıq. Əks halda ibadətimizin Allah dərgahında bir yeri, dəyəri olmaz.

Ey iman gətirən şəxs! Ramazana layiqincə hazırlaş və bağışlan! Bu ayda bağışlanmayan "bədbəxt" adlandırılıb! Sözümüzü isə gözəl bir hədisi-şəriflə bitirmək yerinə düşər. Hədis isə yenə sevimli peyğəmbərimizdəndir (s): "Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz" ("Biharul-Ənvar", c.96,səh. 34 , hədis 8).

Menbe

Cox minnetdaram bu meqaleye gore!Allah imanini kamil ve ruhunu pak etsin! Menim ilk ramazanim olacaq inshAllah bu ki,artiq onu tam namazla qarshilayacam! evvelki illerde namazsiz olduqu kimi yox!AcilaN

sema qapisinda durub,gunahlarimizin baqishlanmasini ve ALLAHIMIZIN rizasini qazananlardan qerar verilenlerden arzusu ile! Sizsiz ve bizsiz butun muselman baci ve qardashlarima!VE ALEYKUME SALAM VE REHMETULLAHI VE BEREKATUH! :tease:

YA OLDUĞUN KIMI GÖRUN,YA GÖRUNDUYUN KIMI OL!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ramazanın digər bir xüsusiyyəti də ibadət, zikr ayı olmasıdır. Bu ayda Allaha təsbih demək, təravih namazları qılmaq çox faydalıdır.

Qardaşım! Yazdıqlarını oxudum və bəyəndim!

Lakin islam dinində "təravih namazı" deyilən bir şey yoxdur! Təravih namazları ikinci xəlifə Ömər tərəfindən islama yeridilmiş bidətdir. Bu namaz Peyğəmbər (s) zamanı olmayıb! Çox təəssüf olsun ki, əhli-sünnə qardaşlar da bu bidətə tabe olub, onu qılırlar. Amma Əhli-beytdən (s) bir hədisə əməl etdiyimiz üçün, bizimlə müharibəyə qalxırlar.

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Ramazanın digər bir xüsusiyyəti də ibadət, zikr ayı olmasıdır. Bu ayda Allaha təsbih demək, təravih namazları qılmaq çox faydalıdır.

Qardaşım! Yazdıqlarını oxudum və bəyəndim!

Lakin islam dinində "təravih namazı" deyilən bir şey yoxdur! Təravih namazları ikinci xəlifə Ömər tərəfindən islama yeridilmiş bidətdir. Bu namaz Peyğəmbər (s) zamanı olmayıb! Çox təəssüf olsun ki, əhli-sünnə qardaşlar da bu bidətə tabe olub, onu qılırlar. Amma Əhli-beytdən (s) bir hədisə əməl etdiyimiz üçün, bizimlə müharibəyə qalxırlar.

Üzr istəyirəm qardaş, düzəliş edildi, diqqətə görə Allah razı olsun!

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Ссылка на комментарий
Поделиться на других сайтах

Ramazanın digər bir xüsusiyyəti də ibadət, zikr ayı olmasıdır. Bu ayda Allaha təsbih demək, təravih namazları qılmaq çox faydalıdır.

Qardaşım! Yazdıqlarını oxudum və bəyəndim!

Lakin islam dinində "təravih namazı" deyilən bir şey yoxdur! Təravih namazları ikinci xəlifə Ömər tərəfindən islama yeridilmiş bidətdir. Bu namaz Peyğəmbər (s) zamanı olmayıb! Çox təəssüf olsun ki, əhli-sünnə qardaşlar da bu bidətə tabe olub, onu qılırlar. Amma Əhli-beytdən (s) bir hədisə əməl etdiyimiz üçün, bizimlə müharibəyə qalxırlar.

Üzr istəyirəm qardaş, düzəliş edildi, diqqətə görə Allah razı olsun!

Qardaşım, üzürlü düşmənin olsun! ALLAH sizdən də razı olsun!

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Ayların sultanı qapıdadır(məqalə)

Sabahdan etibarən bir ay hər bir sağlam müsəlman oruc tutaraq Allahın rizayəti üçün çalışacaqdır. Müctehidlərimizin ofisindən verilən məlumata görə 22 avqust Ramazan ayının biridir(Ayətullah Xamenei).

Heç kəsə sirr deyil ki, oruc cəmiyyətdə insanlar arasında bərabərlik dərsidir. İmam Sadiq (ə)-dan nəql olunan məşhur hədisdə oxuyuruq: "Hişam ibni Həkəm" orucun vacib olması haqqında İmam Sadiq (ə)-dan sual edir. İmam buyurur: "Oruc ona görə vacib olur ki, fəqirlə dövlətli arasında bərabərlik olsun. Bu ona görədir ki, dövlətli aclığın dadını bilsin və fəqirlərin haqqını əda etsin. Çünki dövlətlilər, adətən, nə istəsələr onlar üçün hazır olur. Allahu-təala (c.c.) istəyir ki, bəndələri arasında bərabərlik olsun, aclığın, ağrının və əziyyətin dadını dövlətlilərə daddırır ki, fəqirlərə və aclara rəhm etsinlər."

ORUCUN SAĞLAMLIĞA TƏSİRİ

İstər bu günkü tibbdə, istərsə də qədimdəki tibbdə "aclığın və pərhizkarlığın" müxtəlif xəstəliklərə dərman olması isbat olunmuşdur. Çünki bilir ki, bir çox xəstəliklərin səbəbi, yemək və içməkdə həddi aşmaqdır.

Bədəndə həzm olunmayan qida bədənin müxtəlif nöqtələrində yağ şəklində və ya əlavə yağlılıq və şəkər şəklində qanda qalır. Bədənin əzələlərində qalan bu artıq qidalar, əslində müxtəlif xəstəliklər törədən mikrobların məskənidir. Bu mikrob birləşmələrinə qarşı ən yaxşı mübarizə yolu, oruc tutmaq və aclıqdır!

Oruc bədəndə qalan artıq maddələri yandırır və bədəni artıq şeylərdən təmizləyir.

Peyğəmbər (s.a.a.v.)-dən nəql olunan hədisdə oxuyuruq: "Oruc tutun ki, sağlam olasınız". Digər bir hədisdə isə buyurur: "Mədə bütün ağrıların evidir, aclıq, ən yaxşı dərmandır."

KEÇMİŞ ÜMMƏTLƏRDƏ ORUC TUTMAQ

Hazırkı Tövrat və İncil kitablarından məlum olur ki, yəhudilərdə və xristianlarda da oruc tutmaq hökmü olub. Başqa millətlər, qəm-qüssə baş verdikdə oruc tutublar. Tövratda yazılır ki, Musa (ə) qırx gün oruc tutarmış. Yəhudilər Allah-təalanın (c.c.) razılığını ələ gətirmək və tövbə etdikdə oruc tutardılar.

İncil kitabından məlum olur ki, həzrəti Məsih (ə) qırx gün oruc tutarmış.

Beləliklə. Əgər Quran deyirsə "Necə ki, sizdən əvvəlkilərə də yazılmışdı" çoxlu tarixi şahidlər var ki, başqa məzhəblərdə, hətta kitablarını dəyişdikdən sonra da oruc tutmaq hökmü gözə dəyir.

ORUCUN FAYDALARI

"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!"

Bəqərə surəsi, ayə 183.

Bu ayədə orucun vasitəsilə insanın təqvalı olmasına işarə edilir. Bu ayə insanlara Ramazan ayında təqvalı olmağı (günahlardan çəkinməyi) tövsiyə edir. Allah-təala (c.c.) yenə Bəqərə surəsində buyurur:

"(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər gün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!"

Bəqərə surəsi, ayə 184.

Yuxarıdakı ayədə Allahu-təala (c.c.) insanlara xeyir işlər görməyi tövsiyə edərək bildirir ki, bu ayda gördüyünüz xeyir işlərin hamısı sizin öz xeyrinizədir. Allah-təalanın (c.c.) insanların oruc tutub, namaz qılmalarına ehtiyacı yoxdur. Kim namaz qılıb, oruc tutarsa, özünə xeyir etmiş olar, namaz qılmayan və bu ayda oruc tutmayan şəxslər özlərinə ziyan vermiş olarlar. Bir sözlə, insanın oruc tutub-tutmamasının Allah-təalaya (c.c.) heç bir xeyir-ziyanı yoxdur. Bu əməllərin insanın özünə böyük xeyirləri vardır. Buna görə də Allah-təala (c.c.) buyurur: "Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!"

Allah-təala (c.c.) mübarək Ramazan ayı barədə Bəqərə surəsində daha sonra belə buyurur:

"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsunlar. Allah-təala (c.c.) sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, hədərə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və bəlkə də, şükr edəsiniz".

Bəqərə surəsi, 185-ci ayə

Allah-təala (c.c.) bu ayədə Ramazan ayında Ona ibadət etməyi və verdiyi nemətlər qarşısında təşəkkür etməyi tövsiyə edir.

Həzrət Peyğəmbər (s.a.a.v.) buyurur: "Bu ayda əxlaqını gözəlləşdirən şəxsə siratdan keçmək üçün icazə verilmişdir".

Həzrət Peyğəmbər (s.a.a.v.) buyurur: "Allah-təala (c.c.) Ramazan ayında cənnət qapılarını sizin üzünüzə açmış, cəhənnəm qapılarını isə bağlamışdır. Allah-təaladan (c.c.) diləyin ki, cənnət qapılarını üzünüzə bağlayıb, cəhənnəm qapılarını açmasın."

Həzrət Fatimə əz-Zəhra (s.a.) buyurur: "Allah-təala (c.c.) orucu ixlasınızın sabitləşməsi və davam etməsi üçün qərara aldı."

İmam Həsən (ə) buyurur: "Həqiqətən, Allah-təala (c.c.) Ramazan ayını Öz bəndələri üçün yarış qərar verdi. Bu ayda Allah-təalanın (c.c.) rizayəti üçün yarışarlar. Bir hissə ötər və axirətdə səadətə yetişər, bir hissə də geridə qalıb bədbəxt olar. Yaxşılar savaba yetişən və təqsirkarlar bədbəxt olan gün boş-boş gülüb oynayan şəxsin işi çox təəccüblüdür."

ORUC VƏ GÜNAHLARIN BAĞIŞLANMASI

İmam Baqir (ə)-dan nəql olunur: İslam Peyğəmbəri Muhəmməd (s) Cabir ibn Abdullaha buyurur: «Bu ay Ramazan ayıdır. Hər kim bu ayın günlərini oruc tutsa, gecələrini ibadətlə məşğul olsa, qarnını haram buyurulmuşlardan hifz edib, abır-həyasını qorusa və dilini saxlasa (qeybət, yalan, böhtan, söyüş və s) , Ramazan ayından çıxdıqda günahları tökülər». Cabir ərz edir: Ey Allahın Rəsulu! Bu söz nə qədər gözəldir!

İslam Peyğəmbəri (s) buyurur: Ey Cabir! Onun şərtləri nə qədər çətin və ağırdır!

Bu hədisdə, İmam Səccadın (ə) oruc haqqında dediyi təsirlərə işarə olunur. Dili, qarnı və abır-həyanı qorumaq. Günahların bağışlanmasına səbəb olur. Başqa bir hədisdə İslam Peyğəmbəri (s) buyurur: «Oruc tutan həmişə ibadətdədir. Hətta, yatsa da, bu şərtlə ki, qeybət etməsin!».

ORUC VƏ FƏQİRLƏ DÖVLƏTLİ ARASINDA BƏRABƏRLİK

İmam Sadiqdən (ə) nəql olunur ki, o Həzrət buyurur:

«Allah-Təala, fəqir və dövlətlinin bərabər olmalarından ötrü orucu vacib etmişdir. Çünki, əgər oruc olmasa, dövlətlinin acdan xəbəri olmaz və bununla da fəqirə təam vermək üçün məsuliyyət hiss etməz. Dövlətli istədiyi şeyi ala bilər. Ona görə də Allah-Təala, aclıq və fəqirlərin əziyyətlərini dövlətlilərə göstərib. Onları fəqirlərlə bərabər etməkdən ötrü orucu iradə etmişdir».

Bu hədisdən aydın olur ki, Ramazan ayındakı orucun vacib olmasının hikmətlərindən biri təbəqələr arasındakı fasiləni azaldıb, binəvalara fəqirləri tanıtdırır. Sərvət məsələsi həmişə cəmiyyəti iki qütbə, fəqirlik və dövlətliliyə tərəf çəkir. Çox vaxt dövlətli və hər cür rifahdan bəhrələnənlər fəqir təbəqəsində olanların ah-naləsini və narahatçılıqlarını anlaya bilməzlər və onların əhvalından xəbər tutmurlar. Lakin, elə ki, oruc tutur, ac olur və susuzluq ona qalib gəlir, insani hislər hərəkətə gəlir və aclığın əlacı barəsində fikirləşir. Maraqlısı budur ki, heç bir sərvətliyə şəriət icazə vermir ki, orucunu fəqirə versin ki, onun yerinə oruc tutsun.

Mənbə:

İslam-Azeri.az / Ramazanayi.org

Изменено пользователем Shie_cavabi

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Ramazanın ibadət təqvimi

Ramazan ayının ümumi əməlləri

Bu məqalə uzun olduğu üçün saytın linkini qoyuram:

http://islammektebi.org/index.php?option=c...r&Itemid=61

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Ramazan ayı (1)

Bu Ramazan haqqında bir müsahibənin birinci hissəsidir. Bu müsahibə ilə buradan tanış ola bilərsiniz:

http://islammektebi.org/index.php?option=com_content&view=article&id=506:ramazan-ay-1&catid=23:muesahiblr&Itemid=4

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Qur`anda oruc

Bu məqalədə siz Qur`ani-kərimdə ramazan və orucluq haqqında gəlmiş ayələrin icmali və sadə tərzdə qələmə alınmış təfsiri ilə tanış ola bilərsiniz:

http://islammektebi.org/index.php?option=com_content&view=article&id=544:quranda-oruc&catid=44:tfsir&Itemid=59

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Qur`anda oruc

Bu məqalədə siz Qur`ani-kərimdə ramazan və orucluq haqqında gəlmiş ayələrin icmali və sadə tərzdə qələmə alınmış təfsiri ilə tanış ola bilərsiniz:

http://islammektebi.org/index.php?option=com_content&view=article&id=544:quranda-oruc&catid=44:tfsir&Itemid=59

ALLAH (c.c) imanini kamil,ve cismini pak qerar versin! Cox yerinde ve lazimli yazilardir!

YA OLDUĞUN KIMI GÖRUN,YA GÖRUNDUYUN KIMI OL!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

RAMAZAN AYINIZ MUBAREK!!!!ALLAH IBADETLERINIZI QEBUL ETSIN VE HER KESE QELBINE GORE VERSIN. AMIN...

SALAM VE DUA iLE...

Mala, nichtojna, tlenna moya plot

No kak je v ney TVOYA LYUBOV meshaetsa QOSPOD????

BU DA KECHER!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ramazan ayı (2)

Bu Ramazan haqqında bir müsahibənin ikinci hissəsidir. Bu müsahibə ilə buradan tanış ola bilərsiniz:

http://islammektebi.org/index.php?option=c...lr&Itemid=4

Изменено пользователем Shie_cavabi

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Salam əziz möminlər! Gec də olsa sizə mübarək ramazan ayında oxunan duaları təqdim edirəm:

RAMAZAN AYININ GÜNDƏLİK DUALARI

1-ci günün duası

İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və durub Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən hesab et! Və bugünkü gündə məni qəflətdə yatanların yuxusundan oyat! Günahlarımı bağışla, ey aləmlərin Allahı və ey günahkarları əfv edən!

2-ci günün duası

İlahi, bu gün məni razı olduğun əməllərə yaxın et və məni Öz qəzəbindən uzaqlaşdır! Belə bir gündə məni kitabin sayılan Qur'anın ayələrini oxumağa nail et! Ey, rəhm edənlərin ən rəhmlisi!

3-cü günün duası

İlahi, bu gün mənə yaxşı düşünmək və ayıq fikir ver! Məni ağılsız və səfeh işlərdən uzaq et! Bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır! Ey, səxavətlilərin ən səxavətlisi!

4-cü günün duası

İlahi, Sənin əmrini bərpa etmək ücün mənə qüvvət ver! Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır! Öz kərəminlə məni şükr etməyə hazır et! Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru! Ey, görənlərin ən bəsirətlisi!

5-ci günün duası

İlahi, məni bu gün tövbə və istiğfar edənlərdən qərar ver! Məni dostların sayılan saleh bəndələrindən qərar ver! İlahi, Öz məhəbbət və mərhəmətinlə məni bu gündə Sənə yaxın olan bəndələrindən qərar ver! Ey, mərhəmət edənlərin ən mərhəmətlisi!

6-cı günün duası

İlahi, məni bu gün Sənin sözündən cıxıb, günah etməklə xar və zəlil etmə! Qəzəb şallaqları ilə məni vurma! Məni bu gün qəzəbinə səbəb olan günahlardan Öz minnət və qüdrətinlə uzaqlaşdır! Ey, arzu edənlərin son arzusu!

7-ci günün duası

İlahi, mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər etməkdə kömək ol! Belə bir gündə məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır! Məni Öz köməyinlə Səni daim yad etməkdə müvəffəq et! Ey, yolunu azmışlara yol göstərən!

8-ci günün duası

İlahi, bu gün məni yetimlərə rəhm edən və Sənin yolunda yoxsullara yemək bəxşiş edənlərdən və salam verənlərdən qərar ver! Məni Öz ne'mətinlə kəramətli və yaxşı insanlarla yoldaş et! Ey, arzu edənlərin siğınacaq və pənahı!

9-cu günün duası

İlahi, mənə bu gün Öz geniş və vüs'ətli rəhmətini qismət et və məni aydın, qüdrətli dəlillərinlə hidayət et! Məni Öz məhəbbətinlə istədiyin əməllərin hamısına müvəffəq et! Ey istəklilərin ən yüksək arzusu!

10-cu günün duası

İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən qərar ver! Belə bir gündə Sənin hüzurunda yaxşı işlərə müvəffəq olanlardan hesab et! Məni Öz ehsanınla yaxın bəndələrindən qərar ver! Ey, istəyənlərin son istəyi!

11-ci günün duası

İlahi, bu gün məni yaxsı əməllər etməyə həvəsləndir! Belə bir gündə, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat! Mənə qəzəb və cəhənnəm atəşini haram et! Ey, pənahsızların ən ulu pənahı!

12-ci günün duası

İlahi, məni bu gün günahdan qorunub, iffətli olmaqla zinətləndir! Mənə kifayət edən halal mal ver və qənaət libasını mənə geyindir! Məni belə bir gündə ədalət və insafla yaşamaqa müvəffəq et! Məni qorxduğum işlərdən amanda saxla! Ey, qorxanların isməti və qoruyanı!

13-cü günün duası

İlahi, məni bu gün çirkin əməl və pis işlərdən pak et! Belə bir gündə qarşımıza çıxan hər bir asan və ya cətin işə qarşı səbr və dözüm ver! Məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et! Ey, yoxsulların gözünün işığı!

14-cü günün duası

İlahi, bu gün məni düzgün əməllərdə çaşıb, səhv etdiyim işlərə görə məzəmmət etmə! Belə bir gündə Səndən üzr diləyib, etdiyim xəta və günahlara qarşı məni bağışla! Öz qüdrətinlə məni bəlalara hədəf qərar vermə! Ey musəlmanların əzəmət və izzəti!

15-ci günün duası

İlahi, bu gün məni Sənə həqiqi tə'zim edib, ulu sayılanlar kimi itaət etməyə müvəffəq et! Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi işıqlandır! Ey, qorxanlara aman verən!

16-cı günün duası

İlahi, bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et! Belə bir gündə məni pis insanlardan uzaqlaşdır! Səni Allahlığına and verirəm, Öz rəhmətinlə məni əbədi məkan olan behiştində məskunlaşdır! Ey, aləmləri yaradan!

17-ci günün duası

İlahi, bu gün məni yaxşı əməllərə yönəlt! Belə bir gündə mənim bütün arzu və ehtiyaclarımı odə! Ey, izahlara ehtiyacı olmayan Allah! Ey, hamının qəlbində olanları bilən, salamın olsun Muhəmməd(s) və onun pak Əhli-beytinə(ə)!

18-ci günün duası

İlahi, bu orucluq ayının səhərlərinin bərəkətini mənə düşündür! Belə bir gündə Ramazan ayının işıq və nuru ilə qəlbimi işıqlandır! Mənim bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə müvəffəq et! Ey, qəlbləri nurlandıran Allah!

19-cu günün duası

İlahi, Ramazan ayında olan bərəkətlərdən mənim qismətimi artıq et! Bu ayda xeyir əməllərin yolunu mənim ücün asanlaşdır! Bu ayda olan yaxşı əməllərin qəbul olmasından məni məhrum etmə! Ey, açıq-aşkar haqqın tərəfinə yol göstərən!

20-ci günün duası

İlahi, bu gün mənim ücün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla! Belə bir gündə məni Qur'an oxumağa müvəffəq et! Ey, möminlərin qəlblərini sakitləşdirib, aram edən!

21-ci günün duası

İlahi, bu gün Öz istəkli əməllərinin yolunu mənə göstər! Belə bir gündə şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə! Məni cənnətdə məskunlaşdır və onu mənim ücün bir məskən qərar ver! Ey, ehtiyaclı olan bəndələrin ehtiyacını ödəyən!

22-ci günün duası

İlahi, bu gün Öz ehsan və kərəm qapılarını mənim üzümə aç və Öz bərəkətini mənə nazil et! Məni belə bir gündə Sənin razılığın olan əməlləri etməyə müvəffəq et! Məni Öz cənnətinin ən gözəl yerində məskunlaşdır! Ey, çarəsizlərin duasını qəbul edən!

23-cü günün duası

İlahi, bu gün mənim günahlarımı təmizləyib, çirkin və eyibli işlərdən pak et! Mənim qəlbimi belə bir gündə qəlblərə aid olan təqva ilə imtahan et! Ey, günahkarların tövbəsini qəbul edən!

24-cü günün duası

İlahi, bu gün Səndən, Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbə gətirən əməllərdən Sənə pənah .rıram. Səndən istəyirəm ki, belə bir gündə məni, Sənə itaət etməyə və günah etməməyə müvəffəq edəsən. Ey, hacəti olanlara səxavət və kərəm edən Allah!

25-ci günün duası

İlahi, məni bu gün dostlarını istəyən və düşmənlərini düşmən sayanlardan qərar ver! Məni sonuncu peyğəmbərin din və şəriətini üstün tutub, ona gözəl əməl edənlərdən qərar ver! Ey, peyğəmbərlərin qəlblərini hər bir sıxıntı və sapqınlıqdan qoruyan Allah!

26-cı günün duası

İlahi, bu gün mənim sə'yimi bəyənilmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver! Ey, eşidənlərin ən gözəl eşidəni!

27-ci günün duası

İlahi, bu gün Qədr gecəsinin fəzilətini mənə nəsib et! Belə bir gündə mənim bütün çətinliklərimi asanlaşdır və mənim üzrlərimi qəbul et! Mənim günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver! Ey, saleh bəndələrə mehriban olan Allah!

28-ci günün duası

İlahi, bu gün məni öz vəzifəmdən artıq müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və bütün vəzifə və məs'uliyyətlərimi hazırlayıb əməl etməyi kəramət et! Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır! Ey, istəyi olanların israrı və çox təmənna etmələri onu haqdan geri qoymayan Allah!

29-cu günün duası

İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et! Belə bir gündə işlərimin uyğun olmağını və hər bir azğınlıqdan qorunmağı mənə nəsib et! Mənim qəlbimi şübhəli işlərdən, qaranlıq yollardan və töhmət gətirən əməllərdən pak et! Ey, mö'min bəndələrinə rəhm edən Allah!

30-cu günün duası

İlahi, Səni and verirəm ağamız olan Həzrət Muhəmmədə(s) və onun pak Əhli-beytinə(ə). Bu ayda mənim orucumu Özün və Sənin peyğəmbərin razı olduğu kimi mükafatlandırıb qəbul et! Bu ayda Sənin istədiyin və müstəhəb əməllərimi, orucun vasitəsilə qiymətləndir!

Duaları İçəri Şəhər Cümə Məscidinin rəsmi saytından götürmüşəm! ALLAH orada zəhmət çəkən möminlərə də çoxlu savab versin!

Изменено пользователем Shie_cavabi

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Bütün forumun və müsəlmanların Ramazan bayramı mübarək olsun!

P.S. Xahiş edirəm ki, məndən heç kim inciməsin : bütün bayramlarımızın mahiyyəti üzrə qeyd olunmaması məni çox ağrıdır.

Biz müqəddəs Ramazan bayramını da mahiyyəti üzrə qeyd etmirik elə Türkiyədə və digər müsəlman ölkələrndə olduğu kimi !

Bu barədə siyasi kumirlərimdən biri olan Türkiyənin baş naziri T.Ərdoğan "ATV" telekanalında canlı olaraq yayımlanan ''Baş nazir ilə Xüsusi'' adlı proqramda çıxış edib.

5771.jpg

Verliş zamanı baş nazir Ərdoğan, Ramazan ayının yoxsulluğu,və yoxsulları tanımağı öyrədən bir ayı olduğunu söyləyərək, ''Bu ay kasıbların yoxsulların, miskinlərin yad olunduğu bir aydır. Onun üçün orucu tuturuq və aclıq nədir bunu anlayırıq'' deyib. Beş ulduzlu otellərin salonlarında verilən iftarlarda iftarın mənəvi həzzi və dadının olmadığını ifadə edən Ərdoğan, ''Çünki Ramazan əslində kasıbları, yoxsulları tanımağı bizə öyrədən bir aydır. Bunun üçün bu cür otellərdə verilən iftarlara getməyək. O yerlərə Ramazandan sonra da gedə bilərik. Ramazan boyu biz kasıbl və yoxsulların evinə gedək'' -deyə bildirib. Bundan əlavə proqram zamanı Türkiyədə mövcud olan kasıbların vəziyyəti barədə danışan baş nazir, onların ağır vəziyyətdə yaşadıqlarını, evlərinin qapılarının çatlardan ibarət olduğunu və bu halda varlı insanların kasıb insanlara yardım etmələri üçün ramazan ayının onlar üçün fürsət olduğunu qeyd edib.

Verliş vaxtı Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan səhnədə şeir deyən türkiyəli şairin sözlərindən təsirlənərək canlı efirdə ağlayıb.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Фитряни бугюн чыхардырлар йа сабах?

Чтобы тебя любили — приходится быть со всеми хорошим каждый день. Чтобы ненавидели — напрягаться не приходится вообще.

Молодая жена говорит мужу:- Милый, мне так скучно. Давай ещё один ноутбук заведём!

Unudar fikirdə, xəyalda təkcə

Unudmaz ürəkdən sevən – sevəni

Mən özüm – özümə unut dedikcə,

Özümü unudub sevirəm səni...

Ссылка на комментарий
Поделиться на других сайтах

Фитряни бугюн чыхардырлар йа сабах?

bu gün !

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Ну вот и позади священный месяц

Аллах гябул елесин!!!

куплю машину времени......возможен бартер ;)

 

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...