Перейти к содержимому

Xəbərlər

Shie_cavabi

Recommended Posts

Salam əziz forum iştirakçıları!

Sizləri "XƏBƏRLƏR" mövzusuna dəvət edirəm.

Xahiş edirəm ki, bu foruma yalnız dini xəbərlər yazılsın.

İslam, xristianlıq, yəhudilik, buddizm və s. dinlər və məzhəblər haqqında olan xəbərləri burada bir-birimizlə paylaşaq.

Xəbərlər bu forumda müzakirə edilməsin. Kimsə hansısa xəbəri müzakirə etmək istəsə, bunu üçün yeni mövzu açsın və həmin mövzuya link qoysun.

Müəllif hüquqları ilə qorunan məlumatlar dərc edildikdə, məlumatın götürüldüyü mənbə qeyd edilsin.

Təhqir, şantaj, qıcıqlandırıcı və s. bu kimi arzuolunmaz mətnlərə malik xəbərlər yazılmasın.

Saytın administrasiya heyətinə də öz təşəkkürümüzü bildiririk ki, biz dindarlara dini xəbərləri paylaşmaq üçün bu fürsəti verir.

ALLAH amanında qalın!

ALLAH-taaladan hamınıza müvəffəqiyyətlər arzulayıram!

Изменено пользователем Shie_cavabi

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Yapon alimi: "İslam ən doğru dindir!"

İslamın ən mükəmməl və doğru din olduğu "molekul"lar vasitəsilədə müəyyən olundu.

Yapon alimi Masaru Emoto, su molekulları üzərində .rdığı araşdırmalarda Quran oxuyarkən və ya müəzzin azan oxuyarkən, sudakı molekullarda əmələ gələn titrəşmələrin mükəmməl bir altıbucaqlı yaratdığını kəşf edib. Emo qısa bir müddət əvvəl Misirə gedərək Qahirə Universitetində .rdığı araşdırmanın nəticələrini həmkarları ilə paylaşıb. Misir dövlət televiziyasında yapon elm adamının əldə etdiyi tapıntılar professorlar tərəfindən müzakirəyə açılıb. Quran oxunarkən suyun necə dəyişdiyini müzakirə edən elm adamları, insan bədəninin yüzdə 70-nin sudan ibarət olduğundan başlayaraq İslamın ən doğru din olduğu nəticəsinə çatıblar. Ayrıca olaraq, Quran oxuyan və Allaha duan edən insanların dinclik və xoşbəxtlik əldə etməsinin səbəbinin də bu olduğu bildirilib. Bu mövzuda daha çox araşdırmaların .rılması lazım olduğuna işarə edən misirli alimlər, Quran səsinin su molekullarını dəyişdirməsi ilə ibadət edənlərin şiddətdən uzaq dayanması arasında da bir əlaqə olduğunu bildiriblər.

Xəbərin mənbəsi belədir:

http://www.faktxeber.com/4057_Yapon%20alim...ndir%20%20.html

Изменено пользователем Shie_cavabi

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

İtalyada Müsəlmanlara şərt qoyuldu: Ya oruc, ya iş

Ölkənin şimalında müsəlman əkinçilərə qarşı ayrı-seçkilik yaradırlar

FaktXəbərin İtaliyanın "Asna" xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, İtalyanın şimal əyalətinin Mantua şəhərində verilən qərarda müsəlman əkinçilərə Ramazan ayı ilə bağlı iki şərt qoyulub: Ya oruc tutacaqsan, ya da işdən qovulacaqsan…

Verilən məlumata görə, Mantua şəhəri Əkinçilik işləri üzrə nəzarətetmə qurumu verdiyi qərarla, əkinçilərə gündüz vaxtlarında su içməyi zəruri edib. Mantua şəhəri Müsəlman icmasının sədri İbn Mənsur da, verilən bu qərara riayət olunmayacağı təqdirdə müsəlmanların işlərinin itirəcəyini söyləyib. Qeyd edək ki, İtaliyada xarici millətlərdən ibarət Şimal əyalətdə verilən bu qərar, 20.000 Müsəlmanı çətin vəziyyətdə qoyub.

Xəbərin mənbəsi belədir:

http://www.faktxeber.com/4055_304talyada%20M252s601lmanlara%20351601rt%20qoyuldu%20Ya%20oruc%20ya%20i351%20.html

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Həmas təkfirçi vəhabilərin liderini öldürdü

İslam-Azeri.az internet qəzetinin Əqsa TV-yə istinadlı xəbərinə görə Radikal Vəhabilərin lideri öldürülüb.

Verilən məlumata görə təkfirçi radikal vəhabilərin lideri Əbdül Lətif Əl Musa qətlə yetirilib.

Nəzərinizə çatdıraq ki, dünəndən etibarən Əl Qaidənin sponsorluğu ilə yaradılan radikal vəhabilərdən ibarət "Cund Ansar Allah" adlı qruplaşma ilə Həmasın hərbi qolu "İzzəddin Əl Qəssam" briqadası döyüşçüləri arasında silahlı qarşıdurmalar başlayıb.

Olaylar məsciddə cümə xütbəsi edən və öldürülməsi indi məlum olan Əbdül Lətif Əl Musanın: "Fələstin ərazisində İslam əmirliyi yaradılması və Ben Ladenə beyət edilməsinə çağırdıqdan sonra başlayıb.

O məsciddə cümə xütbəsi edərkən Həmasa işarə edərək İsrail ilə döyüşü haram etmişdi.

Xütbəsində o, "Kafirə qarşı kafirə dəstək vermərik" (Yəni İsrailə qarşı Həmasa dəstək vermərik)-fətvası dünənki qarşıdurmalara səbəb olub.

Xəbərin mənbəsi belədir:

http://islam-azeri.az/index.php?adid=MjAzN...V8wOF8xNV8udHh0

İrqçilər "Məhəmməd" adından narahatdır

Hollandiyanın böyük şəhərlərində oğlanlara ən çox "Məhəmməd" adının verilməsi mübahisə mövzusu oldu.

Son zamanlarda irqçi lider Geert Vilderslə əlaqədar xəbərlər və irqçi partiyaların populyarlaşması ilə gündəmə gələn Hollandiyada yeni bir mübahisəyə səbəb oldu.

Hollandiyada, ailələrə uşaq pulu ödəyən Sosial sığorta Bankının (SVB) qeydlərindəki gerçəklik, ölkədə yeni bir mübahisə yaratdı.

Rəsmi məlumatlara görə, Hollandiyada ən çox işlənilən 20 ad arasında yar alan İslam Peyğəmbəri həzrət Məhəmmədin (s) adı, 4 böyük şəhər; Amsterdam, Rotterdam, Lahey və Utreçt şəhərlərində uşaqlara ən çox verilən ad olub.

4 böyük şəhərdə yaşayan və əksəriyyətini türk, ərəb, surinam və indoneziyalı müsəlman ailələrin seçimi olan, "Məhəmməd" adını, açıqca birinci etdi.

Dunyabulteni-nin verdiyi xəbərə görə, Muhəmməd adı, Hollandiya daxilində də ən çox qoyulan 16-cı ad olması və ən köhnə və ənənəvi hollandiyalı adları olan "Jan" və "Gijs"in də geridə qalması, ölkədəki irqçiləri narahat etdi.

İrqçi lider Geert Vilders ilə partiyasından millət vəkili olan Sietse Fritsma, mövzunu sual təklifi ilə parlamentin gündəminə gətirdi.

Xəbərin mənbəsi belədir:

http://islammektebi.org/index.php?option=c...a&Itemid=38

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Alman polisindən "namaz"a hörmətsizlik

Polis cümə namazına gedən müsəlmanları saxlayaraq üzərlərində axtarış .rır.

Almaniyada müsəlmanlarla polis arasında gərginlik yaşanıb. Hadisə Almaniyanın Aşağı Saksoniya əylətində baş verib. ANS PRESS-in “İhlas”a istindən verdiyi xəbərə görə, insidentə səbəb Almaniyanın təhlükəsizlik qüvvələrinin əməkdaşlarının cümə namazına gedən müsəlmanları saxlayaraq, şübhələndikləri şəxslərin üzərində axtarış .rması olub.Bu hadisədən narahatlıq duyan müsəlmanlar müvafiq ünvanlara şikayət ediblər. Bununla əlaqədar Türkiyənin Din İşləri üzrə Türk İslam Birliyinin baş katibi Əli Ehsan Ünlü Almaniyanın Əyalət İşləri üzrə naziri Uve Şünemanna məlumat verib. Öz növbəsində U.Şünemann yoxlamların həddindən artıq dərinə getdiyini, lakin bundan sonra daha diqqətli olacaqlarını bildirib.

Eyni zamanda hadisə ilə bağlı Saksoniya əyalətinin vəkili Filiz Polat Almaniya məclisinə məktub ünvanlayıb. Ünvanlanan məktubda məscidlərdə hansı səbəbdən axtarış .rılması və müsəlmanların bu vəziyyətdən olduqca narahat olduqları bildirilib.

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Tatarıstan türkcə İslami tərcümə mərkəzi qurur

Tatarıstanın paytaxtı Qazanda türkcə İslam əsərlərini çevirəcək bir mərkəz qurulur. Tatarıstan Müsəlmanlar Birliyinin başçısı Nailə Ziganşinanın Türkiyə ziyarəti sona çatdı. Ziganşina Türkiyə ziyarəti əsnasında Baş nazir Ərdoğan ilə də bir araya gəldi.

TATAR-informun verdiyi xəbərə görə, Tatarıstan Qazanda Türk Tərcümə Mərkəzinin və türkcə təhsil mərkəzinin qurulmasını təklif etdi. Bu təklif həm baş nazir Ərdoğan həm də AK partiya səlahiyyətliləri tərəfindən müsbət qarşılandıı. Türkiyədə həm Qur`an elmləri, həm də fəlsəfi kitabların Ərəbcədən tərcümələrinin böyük bir sürət və müvəffəqiyyətlə edilməsi tatar müsəlmanlarının da diqqətindən qaçmadı. Tərcümə mərkəzinin qurulması həm bölgə xalqının Türkiyə ilə yaxınlığına iştirak edəcək həm də tatar müsəlmanlarının Türkiyə Rusiya əlaqələrinin inkişafından müsbət ölçüdə faydalanmasını təmin edəcək. Mərkəzin nə vaxt qurulacağına dair bir açıqlama isə edilmədi.

Xəbərin mənbəsi belədir:

http://islammektebi.org/index.php?option=c...n&Itemid=37

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Həmas təkfirçi vəhabilərin liderini öldürdü

İslam-Azeri.az internet qəzetinin Əqsa TV-yə istinadlı xəbərinə görə Radikal Vəhabilərin lideri öldürülüb.

Verilən məlumata görə təkfirçi radikal vəhabilərin lideri Əbdül Lətif Əl Musa qətlə yetirilib.

Nəzərinizə çatdıraq ki, dünəndən etibarən Əl Qaidənin sponsorluğu ilə yaradılan radikal vəhabilərdən ibarət "Cund Ansar Allah" adlı qruplaşma ilə Həmasın hərbi qolu "İzzəddin Əl Qəssam" briqadası döyüşçüləri arasında silahlı qarşıdurmalar başlayıb.

Olaylar məsciddə cümə xütbəsi edən və öldürülməsi indi məlum olan Əbdül Lətif Əl Musanın: "Fələstin ərazisində İslam əmirliyi yaradılması və Ben Ladenə beyət edilməsinə çağırdıqdan sonra başlayıb.

O məsciddə cümə xütbəsi edərkən Həmasa işarə edərək İsrail ilə döyüşü haram etmişdi.

Xütbəsində o, "Kafirə qarşı kafirə dəstək vermərik" (Yəni İsrailə qarşı Həmasa dəstək vermərik)-fətvası dünənki qarşıdurmalara səbəb olub.

Xəbərin mənbəsi belədir:

http://islam-azeri.az/index.php?adid=MjAzN...V8wOF8xNV8udHh0

HAMASdan da bundan artığı gözlənməz zaten.HAMAS İslamdan hakimiyyətə gəlmək üçün istifadə elədi.Camaatın qırılmasına səbəbkar oldu.Şəriəti kənara qoyub,bəşəri qanunlarla hökm edir.Sonra da bunları tövbəyə çağıranlar təkfirçi-vahhabi olur.Dünyanın işinə bax.

Изменено пользователем varaka
Ссылка на комментарий
Поделиться на других сайтах

HAMASdan da bundan artığı gözlənməz zaten.HAMAS İslamdan hakimiyyətə gəlmək üçün istifadə elədi.Camaatın qırılmasına səbəbkar oldu.Şəriəti kənara qoyub,bəşəri qanunlarla hökm edir.Sonra da bunları tövbəyə çağıranlar təkfirçi-vahhabi olur.Dünyanın işinə bax.

Hörmətli Varaka! Bu forumun açılmasından məqsəd dini xəbərləri paylaşmaqdır. Daha onları müzakirə etmək deyil.

Mən birinci mesajda yazmışam və yenə də təkrar edirəm.

Xəbərlər bu forumda müzakirə edilməsin. Kimsə hansısa xəbəri müzakirə etmək istəsə, bunun üçün yeni mövzu açsın və həmin mövzuya link qoysun.

Zəhmət olmasa forumda offtop etməyin!

Изменено пользователем Shie_cavabi

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Həcc ziyarətinə gedən zəvvarlara peyvənd vurulacaq

«Həcc ziyarətinə gedən zəvvarlara «donuz qripi»nə qarşı peyvənd vurulacaq». Bu barədə ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

O qeyd edib ki, ziyarətə gedən zəvvarlar ümumi qripə qarşı, həmçinin «donuz qripi»nə qarşı vaksinasiya ediləcək: "Bu, çox güman ki, Səhiyyə Nazirliyinin müvafiq məntəqələrində həyata keçiriləcək".

QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Faizov da bildirib ki, Həcc ziyarəti başlanana qədər vaksinlər ölkəyə gətirilərsə, zəvvarlar peyvənd ediləcək.

Taun Əleyhinə Stansiyanın direktoru Şair Qurbanov isə bildirib ki, vaksinlərin ölkəyə nə zaman gətiriləcəyi məlum deyil. «Vaksin hazır olarsa, əhali arasında peyvəndələməyə başlamaq olar». O qeyd edib ki, hansı ölkə yüksək keyfiyyətli peyvənd hazırlayarsa, Azərbaycana həmin ölkədən peyvənd gətiriləcək. Həmçinin peyvəndin neçəyə başa gələcəyi hələ məlum deyil.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, ölkədə «donuz qripi»nin (A/H1N1) geniş yayılması müşahidə edilmədiyindən, əhalinin kütləvi vaksinasiyasına hələ ki, ehtiyac yoxdur.

Qeyd edək ki, bir qədər əvvəl Səudiyyə Ərəbistanı səhhəti ilə bağlı problemləri olanları, hamilə, yaşlı və uşaqların Həcc ziyarətini təxirə salmağa çağırıb. Səhiyyə naziri Abdullah Əl Rabia Ciddədə jurnalistlərə verdiyi açıqlamasında bu insanlara öz təhlükəsizlikləri üçün bu addımı atmağa çağırıb. Nazir digər zəvvarlara isə ziyarətə gəlmədən öncə "donuz qripi" və digər xəstəliklərə qarşı peyvənd edilməyə çağırıb.

ANS PRESS

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Nigeriyada yüzlərlə islamçı həbs olunub

Nigeriyanın şimal-qərbində ölkə polisi yüzlərlə islamçını həbs edib.

Bu barədə ölkə hakimiyyəti bəyanat yayıb.

Bəyanatda bildirilir ki, artıq həbs olunanların sayı 600-ə çatıb. Lakin digər məlumatlara görə bu göstərici təqribən 3 min nəfər təşkil edir. Onların hamısı yerli məktəblərin binalarında saxlanılır.

Nigeriyanın İmmiqrasiya Xidməti hazırda həbs olunanların sənədləri ilə məşğuldur. Güman olnur ki, onların əksəriyyəti qonşu ölkələrdən gələnlərdir.

Polisin bəyanatına görə, islamçıların məskənləri dağıdılacaq və onlar öz vətənlərinə göndəriləcək.

Xatırladaq ki, iyulda Nigeriyada islam qruplaşmalarından birinin qaldırdığı üsyan nəticəsində yüzlərlə insan həlak olub.

BBC

Изменено пользователем Shie_cavabi

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Fransada hicablı xanım öz hüquqlarını məhkəmədə müdafiə edəcək

35 yaşlı müsəlman Paris sakini xanım Karol ona hicablı geyimdə hovuzdan istifadə etməyi qadağan etmiş idarəyə qarşı öz hüquqlarını məhkəmədə müdafiə edəcək. Xanım əmindir ki, yerli idarənin bu qərarı siyasi çalarla bağlıdır, - İslamNyus.ru xəbər verir.

"Xanım öz hüquqlarını sona qədər müdafiə etmək fikrindədir. "Əgər mən bu işi uduzsam, yəqin ki, Fransanı tərk edəcəm", - deyə xanım Karol bildirib.

Xatırladaq ki, xanım Karol avqust ayının 1-də qadınlar üçün olan yerli hovuzlardan birindən ədəbli geyimdə istifadə etmək istəmiş, hovuz rəhbərliyi isə belə bir geyimdə hovuzdan istifadə etməyin qadağan olduğunu bildirmişdi. Bundan sonra xanım polisə müraciət etmiş və hovuz rəhbərliyini dini zəmində diskriminasiyada ittiham etmişdi.

"Dəyərlər" AİN

Изменено пользователем Shie_cavabi

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Misirli zəvvarlar həccə qoyulan qadağadan hiddətlənib

Misir hökumətinin müqəddəs Məkkə və Mədinə ziyarətlərinə qoyduğu qadağadan hiddətlənən 350-dən çox misirli zəvvar etiraz əlaməti olaraq Qahirə hava limanının uçuş zalına daxil olmağa çalışıb, - İslamNyus.ru xəbər verir.

Artıq xəbər verdiyimiz kimi, bu günlərdə Misir hökuməti 25 yaşından aşağı və 65 yaşından yuxarı olan insanlar üçün ümrə ziyarətinə qadağa qoydu. Bundan başqa xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün bu ilki ziyarətlərə qadağa qoyulub. Ölkə rəhbərliyi bu yolla “donuz qripi” virusunun yayılmasının qarşısını almağa çalışır.

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

İngiltərədə bələdiyyələr tərəfindən müsəlman qadınlar üçün xüsusi hovuzlar təşkil edilib

Fransada qadağa qərarı verildiyi ərəfədə, İngiltərədə isə əksinə olaraq müsəlman qadınların hovuzda üzmələri üçün xüsusi şəraitlər yaradılır. Londonun cənubunda Kroydon bölgəsində Tornton bələdiyyəsi, müsəlman qadın və kişillərin hovuzda üzmələri üçün hər şənbə və bazar günlərində 1,5 saatlı xüsusi olaraq şərait yaratmışdır. İngiltərədə dərc edilən "Teleqraf" qəzetinin xəbərinə görə eyni addımlar Scunthorpe və şimali Linkolnşirdəki bələdiyyələr tərəfindən də atılmışdır.

"Dəyərlər"AİN

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

ABŞ-da iri şirkətin 250 işçisi iftar fasiləsi tələb edir

ABŞ-da keçən il bir zavodda iftarla bağlı baş verən qalma-qalın bu ildə ola biləcəyindən narahatlıqlar hiss olunur. Keçən il Mübarək Ramazan ayında müsəlman işçilərə iftar fasiləsi verən ABŞ şirkəti, digər müsəlman olmayan işçilərin ayrı seçkilik edildiyi iddiası nəticəsində tətil etdiklərinə görə şirkət ortada qalmışdır. Bu barədə "dunyabulteni" xəbər verir. Nebraska ştatının Grand İsland şəhərində ət qablaşdırma şirkəti JBS mübarək ayın başlanması ilə bağlı hər iki təbəqəni razı salacaq bir qərarın verilməsi üçün müzakirələrə başlamışdır. 2700 işçidən 250-si iftar vaxtı yemək və namaz qılmaq imkanı əldə etmək istəyir. Xatırladaq ki, zavod rəhbərliyi keçən il 500 müsəlman işçiyə iftar və namaz fasiləsi verdiyi üçün, müsəlman olmayan işçilər tərəfindən etirazla qarşılanmışdır. Bundan sonra da zavod rəhbərliyi onların tələbini yerinə yetirərək müsəlmanların iftar fasiləsini ləğv etmişdir. Bu dəfə müsəlmanlar etiraz aksiyasına başlamışdır. Nəticədə zavod rəhbərliyi 86 nəfəri işdən uzaqlaşdıraraq yaranmış narazılıqlara son qoymuşdur.

JBS-in sözçüsü Çandler Keys məsələnin bu il dialoq yolu ilə çözüləcəyinə ümid etdiyini bildirmişdir. Elə bu arada Birləşmiş Qida və Ticarət İşçiləri Peşəsinin sözçüsü Dan Hopes şirkətin artıq müsəlmanlara namaz qılmağa və bayram tədbiri keçirmək üçün icazə verdiyni bildirmişdir. Lakin iftar məsələsinin həllinin qeyri müəyyənlikdə qaldığı qeyd eilmişdir.

("Dəyərlər"AİN)

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Fransız müəllim Spartada müsəlman oldu

Fransız müəllim, tətil üçün gəldiyi Spartanın Şarkikaraağaç mahalına bağlı Çarıksaraylar diyarında müsəlman oldu.

Katolik olan Boteux Maud, türk yoldaşı Oktay Güzəl ilə Çarıksaraylara gəldi. Maud, diyardakı insanların həyatından təsirlənərək müsəlman olmağa qərar verdi. Şarkikaraağaç Müftiliyinə müraciət edən Maud, kəlmeyi-şəhadət gətirərək müsəlman oldu.

Sondakika-nin verdiyi xəbərə görə, Mahal müftisi Seyfəddin Kocaoğlu, müsəlman olaraq Dərya adını alan Mauda İslam haqqında məlumatlar ehtiva edən dini kitablar və Qurani-kərim hədiyyə etdi.

Mənbə:

http://islammektebi.org/

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Yəhudi Xaxamlar nigarandılar

"Əl-Həyat" saytının yaydığı məlumata əsasən Yəhudi Xaxamlar, gün-gündən yəhudi qızların İslam dinini qəbul etmələrindən narahat olublar.

Verilən statistik məlumatlara əsasən təkcə 2005-2007 arası İsrail rejimində 249 qız öz dinini dəyişmək məqsədi ilə bu rejimin ədliyyə nazirliyinə müraciət etmişdir.

Sionist Xaxam Yahuda Lav özünə təskinlik verərək iddia edib ki: “Yəhudi dininin təlimatına əsasən, yəhudi anadan doğulan uşaq, anasının öz dinini dəyişməsinə baxmayaraq yəhudi hesab edilir”. (P.S. Bu yəhudi xaxam ya savadsızlıqdan belə danışıb, yada qarışıq cümlələr işlətməklə həm özünü və həmdə digərlərini aldatmaq istəyib. Çünki, yəhudi milləti olmuş insan təbii ki, heç vaxt öz milliyyətini dəyişə bilməz, burada söhbət dinin dəyişməsindən gedir ki, əgər uşaq özü müsəlmançılığı qəbul edərsə və müsəlman ata-anadan doğulmuş olarsa müsəlmandır. Problem bundadır ki, yəhudilər özbaşına olaraq Musa(ə) Peyğəmbərin dininə öz irqçi prizmasından yanaşaraq ona “Musəvi” dini əvəzinə öz millətlərinin adını vermişlər, ona görə də bu məsələdən bəzən ikibaşlı su-istifadələr edirlər.)

Yəhudilərin öz dinlərindən dönmələrinə əsas səbəb kimi, İsrail rejimində yəhudilər arasında gün-gündən artan qətl, qarət və soyğunçuluq hallarının baş alıb getməsi göstərilir.

Mənbə:

http://www.faktxeber.com/

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Alman turist Ramazanın ilk günündə hidayət oldu

Alman turist, oxuduğu Quran tərcüməsindən təsirlənib müsəlman oldu.

Antaliyanın Manavgat mahalında almanca Qur`ani kərim hədiyyə edilən turist, ramazanın ilk günü müsəlman oldu.

Dunyabulteni-nin Cihan agentliyinə istinadən verdiyi xəbərə görə, Manavgat Müftiliyində təşkil edilən bir mərasimdə şəhadət gətirən alman Renate Rothenberger Ayşegül adını götürdü. Müsəlman olmasına türk yoldaşlarının da qatqısı olduğunu ifadə edən Renate, çox xoşbəxt olduğunu söylədi.

Ramazanın başlanğıcında bir adamın müsəlman olmasının sevincə səbəb olduğunu ifadə edən Manavgat Müftisi Xəlil Daş, "On bir ayın sultanı Ramazanın gəlməsi bizim üçün sevinc qaynağı idi. Bir xristianın müsəlmanlığı seçməsi bizim xoşbəxtliyimizə xoşbəxtlik qatdı. Allah, Ramazanda rəhmətinin bir göstəricisi olaraq qardaşımıza da hidayət etdi. Diləyimiz o ki Allah istiqamət versin, razılığı istiqamətində hərəkət etdirsən, axirətdə də cənnətinə alaraq bu xoşbəxtliyi baqi etsin." deyə danışdı.

Mənbə:

http://islammektebi.org/

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Nigeriyada Ramazan ənənəsı Təfsir dərsləri

Nigeriyalı müsəlmanlar mübarək Ramazana məscidlərdəki Təfsir söhbətləri ilə başlayır.

Ramazanın başlanğıcından bir gün əvvəl məscidləri dolduran minlərlə nigeriyalı müsəlman, barış və birlik çağırılarının edildiyi söhbətlərdə orucun əhəmiyyətini və dəyərini xatırlayır, ilk oruclarına dualarla hazırlanır.

Dunyabulteni-nin verdiyi xəbərə görə bu il də Kadunadakı məscidləri dolduran nigeriyalılara səslənən imamlar, ay boyunca davam edəcək Təfsir dərslərində müsəlmanları Quranın mesajını doğru anlamağa çağırdı.

"Bir-birinizi günahlandırmaq, təhlil etmək kimi ümməti bölən söz və rəftarlardan uzaq durun" çağırışı edən imamlar, Ramazanda ölkəyə sülh dilədi.

Mənbə:

http://islammektebi.org/

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

Fransada məscidə çirkin hücum

Fransanın şərqindəki Toul şəhərində faslılara aid məscidə hücumda iştirak edən şəxsiyyəti naməlum kəslər məscidin qapısına donuz başı asdı.

Məscidin pəncərələrinə donuz ayaqları qoyan təcavüzkarlar divarlara təhqir və təhdid ehtiva edən yazılar yazdı və Nasizm işarəsi olan xaçlar çəkdi.

Dünən gecə edilən hücumu bu gün səhər namazı üçün məscidə gələn camaat gördü. Toulda 20 ildir fəaliyyət göstərən məscidin səlahiyyətliləri isə bu günə qədər şəhərdə kimsə ilə problem yaşamadıqlarını vurğuladı.

Haberalemi-nin verdiyi məlumata əsasən, təxminən 5 milyon müsəlmanın yaşadığı Fransada Ramazan ayının yaxınlaşdığı günlərdə yaşanan hadisə böyük reaksiyaya səbəb oldu. Ailədən məsul Dövlət Sekretarı Nadine Morano hücumu şiddətlə qınadığını ifadə edən bir açıqlma verdi. Morano, hadisənin işıqlandırılması və günahkarların ən qısa müddətdə tapılmasını arzu etdiyini ifadə etdi. Səhər saatlarında məsciddə araşdırmalar .ran Nancy Prokuroru Raymond Morey istintaq başlatdı. Prokuror mətbuata verdiyi açıqlamasında "Çox ciddi bir hücumla qarşı-qarşıyayıq. Hadisənin faillərini tapmaq üçün lazımlı bütün işləri görəcəyik" dedi.

Mənbə:

http://islammektebi.org/

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

22 avqust şənbə günü Ramazan ayının biridir

İslam-Azeri.az internet qəzetinin xəbərinə görə İslam aləminin mərcei təqlid müctehidlərindən olan Ayətullah Xameneinin mərkəzi ofisinin saytı Mübarək Ramazan ayı ilə bağlı məlumat yayıb.

Məlumatda bilirilir: Ayın hilalı görünmüşdür. 22 avqust Ramazan ayının biridir. Yəni şənbə günü artıq hər kəs Mübarək Ramazan ayının 1-i niyyətilə oruc tutmalıdır.

Mənbə:

http://www.islam-azeri.az/

قال عليّ (ع): من احبّنا اهل البيت فليستعدّ عدّة للبلاء (الغارات, ج2, ص401)ا

İmam Əli (ə) buyurub: Kim biz Əhli-beyti (ə) sevsə, özünü bəlalara hazırlasın! (Mənbə: əl-Ğarat, c-2, s-401)

Ссылка на комментарий
Поделиться на других сайтах

ANS TV mübarək Ramazan ayı ilə bağlı verilişlərində bəzi dəyişikliklər edib

Bu gün, 18:14Bu gündən etibarən ANS TV yayımında proqram dəyişiklikləri olacaq. Belə ki, həftə içi 5 gün saat 17:00-da İran İslam Respublikası istehsalı olan “İBN SİNA” və həftə içi hər gün saat 20:00-da “EŞQ VİLAYƏTİ” adlı seriallar yayımlanacaq.

Qeyd edək ki, proqramlarda dəyişiklik və təqvim Ramazan ayının gəlişi ilə əlaqədardır. /ANSPRESS/

YA OLDUĞUN KIMI GÖRUN,YA GÖRUNDUYUN KIMI OL!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

Paris məscidinin rəhbəri Ramazan ayını vəhdət ayı adlandırdı

Bu gün, 10:42- Fransa müsəlmanlarının liderlərindən olan Paris məscidinin rəhbəri doktor Dalil Boubakeur “Frans 24” telekanalına müsahibəsində mübarək Ramazan ayı ilə bağlı açıqlamasında bildirmişdir ki, Ramazan ayı - sülh və uğur ayıdır. O cümlədən doktor Dalil, İlahi ziyafət ayını dünya müsəlmanları arasında həmrəylik ayı kimi də dəyərləndirmişdir.

Doktor Dalil Boubakeur həmçinin ümidvar olduğunu bldirmişdir ki, Fransa müsəlmanları bu ayın bərəkətlərini Fransa xalqı ilə də bölüşəcəklər.

Qeyd edək ki, hazırda doktor Dalil Boubakeurun rəhbərlik etdiyi “Parisin böyük məscdi”nin əsası Birinci Dünya Müharibəsindən sonra qoyulmuşdu. Şərq üslubunda inşa edilmiş bu möhtəşəm məscidin minarəsinin hündürlüyü 33 metrdir. 1926-cı il iyul ayının 15-də artıq Fransa inanclılarının ixtiyarına verilən məscidin açlışında Fransa prezidenti Qaston Doumergue də iştirak etmişdi. -

post-32921-1250966814_thumb.jpg

YA OLDUĞUN KIMI GÖRUN,YA GÖRUNDUYUN KIMI OL!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

ANS "Yeni Müsavat"ı məhkəməyə verdi

Səbəb sözügedən nəşrin yalan və heç bir fakta söykənməyən məqalə dərc etməsidir

«Yeni Müsavat» qəzeti ANS telekanalının Müqəddəs Ramazan ayında guya arağı reklam etməsi barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli xəbər dərc edib. Əlbəttə ki, bu qəzetin cəmiyyətdə getdikcə itən nüfuzu və etimad limiti onu hansısa qarşılayıcı addımlar atmağa vadar edə bilər və bu baxımdan qəzetin ucuz sensasiya ardınca qaçaraq olmayanı olan kimi qələmə vermək adətindən az-çox xəbərdarıq. Amma indi Müqəddəs Ramazan ayıdır və heç olmazsa, bu ayda «Yeni Müsavat» öz adətinə pəhriz verə və yalan yazmaya bilərdi.

Qəzet bilməli idi ki, bu gün ANS Azərbaycan teleməkanında yeganə qurumdur ki, onun ekranında, efirində və səhifələrində spirtli içki ümumiyyətlə reklam olunmur və şirkət bunu televiziya haqqında qanuna əsasən yox, sırf mənəvi-əxlaqi prinsiplərdən çıxış edərək edir. Düz 3 ildir ki, ANS-ə məxsus olan heç bir efir və ekran, həmçinin nəşr məhsullarında spirtli içki reklam olunmur. Nəinki orucluq və Məhərrəmlik aylarında, adi günlərdə belə spirtli içkilərin reklamına qadağa qoyulub. Bu qadağa şirkət rəhbərinin daxili sərəncamına əsaslanır.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin Şirkətlər Qrupuna daxil olan şirkətlərin kütləvi informasiya vasitələrində reklam məhsullarının yerləşdirilməsini tənzimləmək məqsədi ilə 18 iyun 2007-ci il tarixdə imzaladığı sərəncamına əsasən 18 iyun 2007-ci ildən etibarən nəinki «ANS» Müstəqil Yayım və Media Şirkətinin, «ANS ÇM» Yayım və Media Şirkətinin televiziya və radio efirlərində, hətta ANS PRESS Nəşriyyat Evinin çap məhsullarında da spirtli içkilərin reklamının yayımlanması və reklam məhsullarının istehsalı tamamilə qadağan edilib. Bir daha xatırladaq ki, ANS spirtli içkilərdən gələn gəlirdən imtina edən yeganə telekanaldır. Bu da ən azı spirtli içkilərin reklamını sifariş vermək istəyən şirkətlərə bəllidir.

Yeri gəlmişkən onu da bildirək ki, Ramazan ayı münasibətilə istər televiziya, istərsə də radiomuzun efirində köklü dəyişikliklər edilib. Avqustun 22-dən başlayaraq ANS TV-nin efirində İslamın tarixi ilə bağlı elmi-bədii seriallar yayımlanır. Bundan əlavə, oruc tutanlara imsaq və iftarın dəqiq vaxtları gün ərzində həm qaçan sətirlərdə, həm də xüsusi çarxlarda təqdim olunur. «Xəbərçi» proqramında isə mütəmadi olaraq, Ramazan ayı başlanandan indiyədək bir neçə dəqiqəlik maarifləndirici, məlumatverici süjetlər hazırlanıb.

«Yeni Müsavat» qəzetindən fərqli olaraq, biz yalan məlumatlara yox, faktlara, sənədlərə əsaslanırıq. ANS telekanalı iftira, böhtan dolu, heç bir fakta söykənməyən məqalə dərc etdiyi üçün "Yeni Müsavat" qəzetini artıq məhkəməyə verib. Biz əminik ki, məhkəmə ədalətli hökm çıxaracaq, qara mətbuatın təmsilçisi öz layiqli cavabını və cəzasını alacaq. Ölkənin ən etibarlı kütləvi informasiya vasitəsini gözdən salmaq məqsədilə edilmiş bu hərəkətin məsuliyyətinin çox ağır olacağına inanırıq.

Adətən ANS hansısa qəzetlə məhkəmə çəkişməsini efirə çıxarmır. Amma bu fakt müstəsna mahiyyət daşıyır. Ona görə ki, yazılmış iftira ANS Şirkətlər Qrupunun çoxsaylı kollektivinin hər bir üzvünə yönəlmiş təhqirdir. Biz bunu qəzəb və ikrahla qarşıladıq. Söhbət hansısa yalandan yox, həm də çox böyük haramdan gedir. Halalın ünvanlarına halal olur. Biz bunu öz təcrübəmizdən bilirik. Haramlara isə, eybi yox, qoy haram olsun

http://anspress.ws/index.php?lng=az&nid=1031

post-32921-1251391304_thumb.jpg

YA OLDUĞUN KIMI GÖRUN,YA GÖRUNDUYUN KIMI OL!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

"Qurani-Kərim"in əlyazmaları zibillikdən tapılıb

Əlyazmaları Nuneaton polisi aşkar edib

ABŞ-ın Nuneaton şəhərində “Qurani-Kərim”in əlyazmaları oğurlanıb. Əlyazmaların dəyərindən xəbərsiz olan quldurlar hadisə yerindən qaçarkən onları zibil qabına atıblar.

Əlyazmalar polis əməkdaşları tərəfindən aşkar edilib. Polisdən verilən məlumata görə, əlyazmalar adı gizli saxlanılan 23 yaşlı kolleksiyaçıya məxsus olub. O, əlyazmalardan istifadə etməklə kitab yazırmış. Əlyazmaların tapılması onu olduqca sevindirib. O bildirib ki, bu əlyazmalar olduqca “qiymətlidir” və adətən onlar təhlükəsiz yerlərdə saxlanılır.

23 yaşlı gənc onların kiminsə tərəfindən çemodanla birlikidə unudulduğunu söyləyib. Onları t.n kolleksiyaçı hazırda kitab yazmaq üçün əlyazmalar üzərində tədqiqat .rır.

Adı gizli saxlanılan gənc qeyd edib ki, bir müsəlman kimi bu əlyazmalar onun üçün qiymətsizdir.

post-32921-1251394499_thumb.jpg

YA OLDUĞUN KIMI GÖRUN,YA GÖRUNDUYUN KIMI OL!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...