Перейти к содержимому

Məhəbbət yolçusu


Lady72

Recommended Posts

**/

Təklik məni yaman sıxır,

Dərd-qəm qovub yerə yıxır.

Gözlərimdən qan-yaş axır,

Yordu məni, yordu həyat,

Ora-bura vurdu həyat.

 

Ya rəb, məni qəmdən qurtar,

Ürək artıq edib qubar.

Gəlir mənə bu dünya dar,

Yordu məni, yordu həyat.

Ora-bura vurdu həyat.

 

Küskün ömür nəyə gərək?

Xəyal imiş arzu-dilək.

Qəddarlığa dözmür ürək,

Yordu məni, yordu həyat.

Ora-bura vurdu həyat.

я знаю, всё будет хорошо

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 month later...
  • Ответы 106
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Həsrət

Sən getdin, o gündən ağlar ürəyim,

 Baharım qış oldu, payıza döndü. 

Sən idin istəyim, arzum, diləyim, 

Sənin gedişinlə ümidim söndü.

 

 Mənasız görünür sənsiz bu həyat, 

Aylarım, illərim nigaran keçir. 

Yox olub xoş günlər, sevinc, zarafat. 

Həsrətin gecələr qanımı içir. 

 

Daha sevindirmir məni gül-çiçək, 

Bilmirəm indi mən sənsiz nə edim. 

Deyirlər dünyadan hamı köçəcək, 

Mən bu gün istərəm dünyadan gedim.

я знаю, всё будет хорошо

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...