Lady72 Опубликовано: 9 сентября, 2009 Жалоба Share Опубликовано: 9 сентября, 2009 Məhəbbətin yolçusu Sən məni tək qoydun sevda yolunda. Mən səni axtardım, xeyli yoruldum. Çox ağır bir yükü alıb çiynimə, Mən də məhəbbətin yolçusu oldum Xəyalım, gözlərim axtardı səni. Soyuqda, istidə hər yeri gəzdim İlahi qoy tapsın sevən sevəni, Təklikdə qalmaqdan mən artıq bezdim Etdim öz eşqimə ömrümü qurban. Həsrətdən, kədərdən gül kimi soldum, Aradım eşqimi zaman və zaman Axırda məhəbbət yolçusu oldum. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 9 сентября, 2009 Автор Жалоба Share Опубликовано: 9 сентября, 2009 Qocalma, Ana İl üstə il gəlir, ötür ömürdən, Qocalırsan əziz Ana, can Ana. Üzündə iz qoyur yorğunluq, kədər, Qocalma, qocalma mehriban Ana. Sən dayaq olmusan həmişə mənə, Həmişə ehtiyac duymuşam sənə. Istərəm sinənə.baş qoyum yenə Unudum hər şeyi mən o an, Ana. Yenidən yaz gəlir, açılır güllər, Hər seher oxuyur bağda bülbüllər. İllərin dalınca qoy ötsün illər. Bircə sən qocalma heç zaman, Ana Dua Bu gecə mən qaldım yuxusuz yenə, Qəlbimə sığmayır kədərim, qəmim, Qoy deyim dərdimi, İlahi, Sənə, Cəmi iki kəlmə sözüm var mənim. Cəmi iki kəlmə var Sənə sözüm, Çox ağır bir yükü .rıram mən. Bu acı qismətə mən necə dözüm, Əzablı yolumda mənimlə ol Sən. Ilahi, sən mənim səsimi dinlə, Qəm yolun keçməyə qüvvə ver mənə. Sonsuz bir kədərlə, sonsuz hüznlə Açdım ürəyimi buyurdum Sənə. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 10 сентября, 2009 Автор Жалоба Share Опубликовано: 10 сентября, 2009 Dostuma Günlərin bir günü ömrümə gəldin.. Bir əziz dost kimi qapımı döydün. Elə bil hər zaman sən mənimləydin... O vaxtdan ürəyim sevinclə dolur, O gündən hər günüm mənalı olur. O vaxtdan soyuq qış çevrilib yaza, Boranlı havalar dönüb ayaza, Təbiət yenə də başlayıb naza, Ömrümün bağında çiçəklər açır, Qəlbim də Günəştək şəfəqlər saçır Sən gəldin ömrümə çətin zamanda, Həyata sevgimi itirən anda. Yox idin nə yadda, nə də gümanda, O vaxtdan sən oldun mənim sirdaşım, Çox əziz bir insan, dostum, qardaşım Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 10 сентября, 2009 Автор Жалоба Share Опубликовано: 10 сентября, 2009 *** Urəyim doludu, nədən başlayım? Bəlkə başlamağa haqqım da yoxdur. Qəlbimin dərdini kimə söyləyim? Mənim söyləməli sözlərim çoxdur. Sükunət içində inləyir qəlbim, Kədərin içində çırpınır ürək Qəlbimin səsini kimə çatdırım, Kim mənim dərdimə qulaq verəcək. Danişsam dərdimi qurtarmaz sözüm, Taleyim ağırdır, kədərim çoxdur. Qismətim belədir, mən gərək dözüm, Dözməkdən savayı əlacım yoxdur. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 10 сентября, 2009 Автор Жалоба Share Опубликовано: 10 сентября, 2009 *** Oyandım səhər mən şirin yuxudan, Hər yuxu nağıldı, hər nağıl yalan. Qayıtdım elə bil öz xəyalımdan, Hər yuxu nağıldı, hər nağıl yalan. Yenə mən sənsizəm, hardasan ey yar? Hacandır qoymusan məni intizar, Təskinlik gətirmir şirin yuxular: Hər yuxu nağıldı, hər nağıl yalan. Bilki qəlbimdəsən, hər saat, hər an. Bilki darıxmışam mən sənziz yaman. Yuxuda görəydim səni hər zaman... Hər yuxu nağıldı, hər nağıl yalan. *** Sənin pəncərəndə donub bir işıq, Nə yanır, nə sönür, eləcə donub. Mənim ürəyimdə kədər qarışıq, Şübhələr üst-üstə toz kimi qonub. Deyəsən baharım çevrilib qışa, Xəyallar, arzular xəzantək soldu. Göz yaşım dönüb bir soyuq yağışa Yenə otağima tənhaliq doldu. Bəlkə də işıqda yoxdur bir günah, Bəlkə urəyindir sərt buza dönüb? Sevgilim, sən yaşa Allaha pənah. Mənimsə yaşamaq həvəsim sönüb. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 10 сентября, 2009 Автор Жалоба Share Опубликовано: 10 сентября, 2009 Bağla gözlərimi Bağla gözlərimi, deyim dərdimi. Qaranlıq içində açılar dilim. Bağla gözlərimi, burax əlimi, Axan göz yaşımı üzümdən silim. Bağla gözlərimi, görməyim səni. Bütün qəmlərimin günahkarı sən. Riyakar baxışın bezdirib məni Yalançı vədlərdən usanmışam mən. Bağla gözlərimi, qəlbimi açım. Mənim bu dərdimə sən də gəl ağla, Mənasız sözlərdən hara mən qaçım? Bağla gözlərimi, əbədi bağla. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 10 сентября, 2009 Автор Жалоба Share Опубликовано: 10 сентября, 2009 Bağla gözlərimi Bağla gözlərimi, deyim dərdimi. Qaranlıq içində açılar dilim. Bağla gözlərimi, burax əlimi, Axan göz yaşımı üzümdən silim. Bağla gözlərimi, görməyim səni. Bütün qəmlərimin günahkarı sən. Riyakar baxışın bezdirib məni Yalançı vədlərdən usanmışam mən. Bağla gözlərimi, qəlbimi açım. Mənim bu dərdimə sən də gəl ağla, Mənasız sözlərdən hara mən qaçım? Bağla gözlərimi, əbədi bağla. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 11 сентября, 2009 Автор Жалоба Share Опубликовано: 11 сентября, 2009 *** Xəyanət bu gecə qonağım oldu, Bu əlvan dünyamın rəngləri soldu, Kədərdən qəlbimə göz yaşı doldu, Boğdum göz yaşımda məhəbbətimi. Ayaqda saxladı məni intizar Xəzana çevrildi sevdalı bahar. Kədərdən göz yaşım yağış tək yağar. Boğdum göz yaşımda məhəbbətimi Ürəyin yerinə bağlandı bir daş, Nə düşmən tanıdım, nə də ki sirdaş. Doluya çevrildi gözümdəki yaş Boğdum göz yaşımda məhəbbətimi Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Kappo Опубликовано: 11 сентября, 2009 Жалоба Share Опубликовано: 11 сентября, 2009 Bravo... Цитата What goes around comes back around... Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 13 сентября, 2009 Автор Жалоба Share Опубликовано: 13 сентября, 2009 Bravo... Cox saqolun))))))) nən çalışıram)))))))))) Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 13 сентября, 2009 Автор Жалоба Share Опубликовано: 13 сентября, 2009 Həsrət Yenə otağıma dolub qaranlıq, Zülmətin içində mən qalmışam tək. Bu gecə qonağım olub tənhalıq, Az qalır sinəmdə çatlasın ürək. Otağım qəfəsə dönübdü mənim, Evim də, küçəm də, gözümdə zülmət, Böyüdü kədərim, çoxaldı qəmim, Bu gün də gecənin yoldaşı yəsrət. Dərdim çoxluğundan sıxılır gəlbim otağda bir mənəm, bir də sükunət. Təklikdə qalmağdan tükəndi səbrim, Tənha gecələrin sirdaşı həsrət. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 15 сентября, 2009 Автор Жалоба Share Опубликовано: 15 сентября, 2009 *** Yenidən payızdır, yenidən xazan, Çiçəklər, yarpaqlar saralıb solur. Gün keçir, il ötür, tələsir zaman, Gəlbimə yağıştək qəm, kədər dolur. Bir ilim də ötdü, çoxaldı yaşım, Cavanlıq illərim geridə qalır, Qocalıq da gəlir, ağarır başım, Dərdlərim üzümdə qırışlar salır. İl ilin dalınca qedir ömrümdən, Bəlkə də həyatda çox səhvlər etdim Günlərin bir günü görəcəyəm mən Bu gözəl dünyanı tərk edib gedtim Dost Təklikdə qalmışdım mən uzun zaman, Ürəyim döyündü görəndə səni. Yaxından tanıdım, sevindim yaman, Elə bil yuxudan oyadtın məni. Bir gözəl nağıla çevrildi həyat, Gül-çiçək bəzədi çölü, çəməni. Sevindi ürəyim, qalmadı həsrət, Yenidən həyata qaytardın məni. Sən mənə olmusan əziz bir insan Nə olar, heç zaman tək qoyma məni. Mən şükür edirəm Allaha hər an, Nə yaxşı yoluma göndərdi səni, Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 15 сентября, 2009 Автор Жалоба Share Опубликовано: 15 сентября, 2009 *** Əfsunlu baxışlar aldadtı məni Ecazkar insana oxşadtım səni, Veycimə almadım gəlib gedənu Əfsunlu baxılar aldadtı məni Mən nədən aldandım bilmirəm özüm O şirin vədlərə nə gədər dözüm? Kədərdən nə gədər ağlayar gözüm? Gəl daha incitmə səni sevəni, Əfsunlu baxışla aldatma məni Əfsunlu baxışdan gəlbim odlanar O gözəl sözlərə könlüm aldanar. Vaxt keçər ürəyim səndən yadlanar, Bir gördün ki gəlbim unudar səni Əfsunlu baxışlar aldatmaz məni Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 15 сентября, 2009 Автор Жалоба Share Опубликовано: 15 сентября, 2009 Xəzan Bir yarpaq ağacda etdi intihar. Nə ağac danışdı, nə də budaqlar. Göylərdən töküldü gəh yağış, gəh qar, Dumana büründü çəmənlər, dağlar. Elə bil təbiyyət rəhmətə getdi, Bağlarda çiçəklər saralıb soldu. Bir yarpaq ağacda intihar etdi Gəlbimə bu zaman qəm, kədər doldu. Yarpaqlar tökülür ağacdan hər an, Yarpaqlar ağacda intihar edir. Bəlkə də hardasa bax həmin zaman Bir insan dünyanı tərk edib gedir... Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 17 сентября, 2009 Автор Жалоба Share Опубликовано: 17 сентября, 2009 . *** Elə ki birce gün sənsiz oluram Gündüzüm gecətək görükür mənə, Məhəbbət bağında gül tək soluram , Nə üçün mən belə bağlandım sənə. Sənə bağlanibdı seven ürəyim, Hər səhər, hər axşam yol çəkir gözüm. Sənsən bu dunyada arzum, diləyim, Nə olar, tez qayid, sənə var sözüm Nə olar tez qayid, darıxtım sənsiz Həsrətdən ürəyim üzüldü yaman. İlahi bir sevgi istəmişik biz, Gəl onu yaşadaq zaman və zaman *** Ilahi yetişdi nə gozəl məqam, Dünyaya bir körpə gozünü açdı Doqquz ay, doqquz gün olarkən tamam Dünyaya bir körpə gözünü açdı Gözlədik biz onu çox uzun zaman. Bəhş etdi o bizə fərəxli bir an Sevindi urəyim, sevindi yaman Dünyaya bir körpə gozünü açdı Heyata xoş gəlib, balaca insan, Yaşasın həmişə xoşbəxt, firavan Qoy onu saxlasın böyuk yaradan Dünyaya bir korpə gozünü açdı *** Gecenin yarıidıir, yorulmuşam mən, Otaqda bir mənəm, bir də sükunət. Yuxuya gedirəm, yuxuda da sən, Ulduzlar qoynunda dincəlir həsrət. Sən başa düşməssən heç zaman məni, Gəlbində heç yoxdur bəlkə məhəbbıət. Yuxuda görürəm hər dəfə səni. Ulduzlar qoynunda dincəlir həsrət. Yuxuda görsəydim həmişə səni, Görüşmək səninlə yeganə fürsət Xəyallar göylərə .rır məni, Ulduzlar qoynunda dincəlir həsrət. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 23 сентября, 2009 Автор Жалоба Share Опубликовано: 23 сентября, 2009 *** Ürəyim yenə də axtarır səni, Gözlərim yoldadır, qulağım səsdə. Nə olar incitmə bu qədər məni, Ürəyim ağrıyır sənsiz qəfəsdə. Nə olar heç zaman tək qoyma məni, Qoyma ki, mən sənsiz saralıb solum. Gözlərim qoy görsün hər dəfə səni, Qoy səni görəndə mən xoşbəxt olum. Sevinirdim yaman görəndə səni, Az qala sinəmdən çıxırdı ürək. Təklikdə saxladın xeyli vaxt məni, Dərdlərimlə birgə qaldım təkbətək Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 28 сентября, 2009 Автор Жалоба Share Опубликовано: 28 сентября, 2009 *** Həyallar uzağa .rdı məni, Yuxusuz qalmışam səhərə gədər Bu sevda yolunda gözlədim səni, Üçümüz gözlədik: mən, güssə, kədər. Bayirda küləklər sökür küçəni, Dağıdır hər yeri ildırım, tufan. İntizar yolunda saxladın məni, Təklikdə saxladın bir uzun zaman.. Xəyallar uzağa .rdı məni, Yatmağa qoymadı bu gecə xiffət. Məhəbbət yolunda axtardım səni, Üçümüz axtardıq: mən, sevda, həsrət Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 5 октября, 2009 Автор Жалоба Share Опубликовано: 5 октября, 2009 *** Tələyə düşmüşdü sevgidən ürək, Cavabsız məhəbbət, sanki qəfəsdir. Bu sevda yolların mən gəzmişəm tək, Vəfasızdan vəfa ummaq əbəsdir. Mən şirin vədələr qurbanı oldum, Nağıla inanmaq bu qədər bəsdir, Bir incə çiçək tək saralıb-soldum, Vəfasızdan vəfa ummaq əbəsdir. Mən sadiq olmuşdum sevgiyə hər an, Sədaqət adi söz, adicə səsdir. Yetişdi həmin an, çatdı o zaman, Vəfasızdan vəfa ummaq əbəsdir. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 14 октября, 2009 Автор Жалоба Share Опубликовано: 14 октября, 2009 Yuxuda gördüm ki, itirdim səni, Bu gözəl dünyanı sən də tərk etdin. Həyat yollarında tək qoyub məni, Bilmədim nə səbəb çıxıb da getdin. Elə bil dayandı bir an ürəyim, Həmin an hər tərəf qaranlıq oldu. Ayağım altında torpaq da yandı, O saat qəlbimə göz yaşı doldu. Oyandım yuxudan sevindim yaman, Sevindim yuxudur gördüyüm dəhşət. Nə bu gün, nə sabah, nə də heç zaman, Gəlməsin yuxuma qorxulu həsrət. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 14 октября, 2009 Автор Жалоба Share Опубликовано: 14 октября, 2009 *** Bu axşam son dəfə görüşürük biz Mən bu ayrılığın başına dönüm Ayrılıq olarmış bizdən də əziz, Mən bu ayrılığın başına dönüm Səniydin ömrümə könlümə sirdaş, Indi ki gedirsən, ged yavaş- yavaş Söyləyir əlvida gözdən axan yaş, Mən bu ayrılığın başına dönüm Gözlədim yolunu uzun bir zaman, Biz xoşbəxt olarıq elədım güman. Hər gün, hər dəqiqə, hər saat,+ hər an Mən bu ayrılığın başına dönüm Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 16 октября, 2009 Автор Жалоба Share Опубликовано: 16 октября, 2009 *** Doldu nədən gözlərinə qəm-kədər? Ürəyinə salma həsrət daşını. Toxtaqlıq ver öz-özünə bir qədər, “Qurban olum sil gözünün yaşını”. Daş fələyin, hökmü sənin, baş mənim, Qoy yığıla gözlərimdə yaş mənim. Varsa qəmin hamı ola, kaş, mənim, “Qurban olum sil gözünün yaşını”. Qüssə nədir, kədər nədir, qəm nədir, Fərəh nədir, sevinc nədir, kəm nədir. Ala gözlüm, gözlərində nəm nədir? “Qurban olum sil gözünün yaşını”. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
yuristka Опубликовано: 16 октября, 2009 Жалоба Share Опубликовано: 16 октября, 2009 ***Doldu nədən gözlərinə qəm-kədər? Ürəyinə salma həsrət daşını. Toxtaqlıq ver öz-özünə bir qədər, "Qurban olum sil gözünün yaşını". Daş fələyin, hökmü sənin, baş mənim, Qoy yığıla gözlərimdə yaş mənim. Varsa qəmin hamı ola, kaş, mənim, "Qurban olum sil gözünün yaşını". Qüssə nədir, kədər nədir, qəm nədir, Fərəh nədir, sevinc nədir, kəm nədir. Ala gözlüm, gözlərində nəm nədir? "Qurban olum sil gözünün yaşını". Super xoshum geldi. Bu xobbidir yoxsa shairsiz? Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 20 октября, 2009 Автор Жалоба Share Опубликовано: 20 октября, 2009 Super xoshum geldi. Bu xobbidir yoxsa shairsiz? сox saqolun, yox mən şair deyiləm *** *** Yağma yağış, dərdlərimi oyatma, Mən onları yatızdırdım bir təhər. Göydən mənə damla-damla qəm atma, Qoy dincəlim barı bir gün, bir səhər. Yağma yağış, xırda-xırda ağlama, Görmə rəva könlüm ola pərişan. Yağma yağış, məni oyaq saxlama, Mən onsuz da yata bilməm bircə an. Yağma yağış, kövrəlirəm, doluram, Hər bir damlan ürəyimdən süzülür. Tək qalanda mən də yağış oluram, Göz yaşlarım düzüm-düzüm düzülür. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 26 октября, 2009 Автор Жалоба Share Опубликовано: 26 октября, 2009 *** Sənin həsrətinlə ağarır saçım Hər günüm bənzəyiyir uğursuz ilə Ayrılıq dərdindən mən hara qaçım Qaça da bilmirəm bu dərd-qəm ilə. Bir zaman dəli tək sevirdin məni\ Bu sevgi alışdı nə tez də söndü Unuda bilərmi sevən sevəni Nə səbəb ürəyin sərt buza döndü Təklikdə inləyir sevən ürəyim Bilmirdim sevgimiz bitəcək belə Sən idin həyatım arzu-diləyim Bu arzu-diləkdə qalıram hələ. *** Sevgi nə deməkdir bilməziydim mən, Allahın lütfüdür bu sevgi payi, Gəlbimdə kədərsən, gözümdə nəmsən, Sən oldun dilimiin qəmli harayi. Əvəllər bilməzdim nədir məhəbbət, Kədər keçirdirdmişəm hər günü, ayi, Salmısan könlümə gəm, güssə, xəsrət Sən oldun dilimin qəmli harayi. Unuda bilseydim mən səni əgər Sanardım Bu yoldan yoxdur savayi Könlümə gözümə dolubdur kədər Sən oldun dilimin qəmli harayi. . *** Ayrılıq yamanca üzdürdü məni, Mən yenə qalmışam otağımda tək. Gözlərim axtarıb tapmıyir səni, Həsrətdən, ağlayir diləyir ürək. Zindandır mənim üçün soyuq otağım, Bogur göz yaşımda gəlbimi həsrət Sanki ilahidan sönüb çırağım, Içimdə çölümdə var qatı zülmət Heyifki unudtun heyif ki gedtin, Bəlkə də heç zaman sevməmisən sən. Səbəb nə oldu ki mənı tərk etdin, Suallar içində tək qalmışam mən. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 28 октября, 2009 Автор Жалоба Share Опубликовано: 28 октября, 2009 *** Illlahi, gəl məni məndən al .r, Qoşulub mən sənə qoy çıxıb-gedim. Əzabdan sıxılan canımı qutar, Ağrılı acılı ömrü tərk edim. Həyatım əvvəldən bəllidir sənə, Çox çətin bir tale qsmətim oldu. Xoşbəxtlik payimı vermədin mənə Ömrümün çiçəyi budağda soldu. Bu payiz gecəsi gəl məni .r, Dünyadan həlvətçə biryolluq gedim Yarpaqlar eliyir bir bir intihar İstərəm özümə mən də qəsd edim Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 18 ноября, 2009 Автор Жалоба Share Опубликовано: 18 ноября, 2009 Təklikdə qalmışam yenə bu axşam, Yollara baxmaqdan yoruldu gözüm, Həsrətim alovdur, mən də ki bir şam, Nə səndə insaf var, nə məndə dözüm. Nə olar tez qayid, darıxır ürək, Otaqım elə bil zindana dönüb. Qaranlıq içidə mən oturmuşam tək Şanki taleyimin ülkəri sönüb Hər anıım əziytət, hər anım əzab Dustaqa döndərib məhəbbət məni Ahimma, naləmə vermədin cavab, Boğur göz yaşımda bu həsrət məni Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Красивая Опубликовано: 21 ноября, 2009 Жалоба Share Опубликовано: 21 ноября, 2009 Gozel yazilib xanim) Цитата Не стоит бегать от снайпера - умрешь уставшим Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 21 ноября, 2009 Автор Жалоба Share Опубликовано: 21 ноября, 2009 Gozel yazilib xanim) cox saqolun) Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
angelangel Опубликовано: 1 декабря, 2009 Жалоба Share Опубликовано: 1 декабря, 2009 Təklikdə qalmışam yenə bu axşam, Yollara baxmaqdan yoruldu gözüm, Həsrətim alovdur, mən də ki bir şam, Nə səndə insaf var, nə məndə dözüm. Nə olar tez qayid, darıxır ürək, Otaqım elə bil zindana dönüb. Qaranlıq içidə mən oturmuşam tək Şanki taleyimin ülkəri sönüb Hər anıım əziytət, hər anım əzab Dustaqa döndərib məhəbbət məni Ahimma, naləmə vermədin cavab, Boğur göz yaşımda bu həsrət məni Bu səhər açılır yenə üzümə, Axşamdan qəlbimə duman-çən düşüb Dilim topuq vurur, baxmir sözümə Həsrətin həsrətlə canımı üzüb Tale heç gülmədi, daha nə deyim, Sarılıb boynuna yalvarsam da bil, Şahlıq libasini səninlə geyim Bu yanan atəşı kədərinlə sil Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 2 декабря, 2009 Автор Жалоба Share Опубликовано: 2 декабря, 2009 Bu səhər açılır yenə üzümə, Axşamdan qəlbimə duman-çən düşüb Dilim topuq vurur, baxmir sözümə Həsrətin həsrətlə canımı üzüb Tale heç gülmədi, daha nə deyim, Sarılıb boynuna yalvarsam da bil, Şahlıq libasini səninlə geyim Bu yanan atəşı kədərinlə sil Əla Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 24 декабря, 2009 Автор Жалоба Share Опубликовано: 24 декабря, 2009 Mən səni görəndə tutulur dilim, Deyəsi sözlərim gəlbimdə çoxdur Məhəbbət bağında bitmədi gülüm ele bil sevgiyə heç haqqım yoxdur. Dözülməz əzaba nə gədər dözüm Gözümü örtüklə bağlayır həsrət, Buz təki donubdur gəlbimdə sözüm, Bir yerdə qalmаqa olmacaq qismət Dustaqa döndərib məhəbbət məni. Gəlb üçün bədənim olubdur zindan, Mən nahaq salmışam gəlbimə səni, Sən məni sevəsən etmirəm qüman Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 28 января, 2010 Автор Жалоба Share Опубликовано: 28 января, 2010 Məni məndən soruş, dərdlərim çoxdur. Kim bilər onları məndən də yaxşı İnan ki, heç kimin xəbəri yoxdur Nə üçün tökülür gözümün yaşı. Məni məndən soruş, kim deyər nədən Mən yata bilmirəm səhərə qədər Elə bil, qar yağıb başıma dən-dən Soyuqdan gizlənib qəlbimdə kədər Məni məndən soruş, gəl deyim sənə Nədən narahatdı sinəmdə ürək Bu sonsuz kainat dar gəlir mənə Mən özüm-özümlə qalan zaman tək Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 28 февраля, 2010 Автор Жалоба Share Опубликовано: 28 февраля, 2010 Solur pəncərəmdə inci çiçəyim, Yağışlı havada günəşsiz solur. Təklikdə sızlayir sevən ürəyim, Gəlbimə nədənsə qəm, kədər dolur. Bilmirəm nədəndir bu qüssə, həsrət, Göydəki buludlar canımı sıxır. Otağımda mənəm bir da sükünət, Üzümdən yağıştək göz yaşım axır. Gecənin yarısı darıxdım yaman, Yağış da bu yandan üzübdür məni. Qəlbimdə mürgülər bir ümid, güman, İlahi, köməyə cağırram səni Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 1 марта, 2010 Автор Жалоба Share Опубликовано: 1 марта, 2010 Solur pəncərəmdə inci çiçəyim, Yağışlı havada günəşsiz solur. Təklikdə sızlayir sevən ürəyim, Gəlbimə nədənsə qəm, kədər dolur. Bilmirəm nədəndir bu qüssə, həsrət, Göydəki buludlar canımı sıxır. Otağımda mənəm bir da sükünət, Üzümdən yağıştək göz yaşım axır. Gecənin yarısı darıxdım yaman, Yağış da bu yandan üzübdür məni. Qəlbimdə mürgülər bir ümid, güman, Seni gozleyirem,sevirem səni Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 24 апреля, 2010 Автор Жалоба Share Опубликовано: 24 апреля, 2010 Yuxuda görmüşəm bu gecə səni Heç də istəməzdim açılsın səhər .rdı cənnətə bu yuxu məni O saat qəlbimdən yox oldu kədər. nə gözəl Mənzərə-bir güllü çəmən, Şəfəqlər saçırdı hər yerə günəş. Bu ülvi aləmdə sən idin və mən O şirin yuxuda qalaydım, ey kaş. Oyandım, ayildım yuxudan səhər O gözəl mənzərə, heyif, heç oldu, Demirem yuxunu gormüşəm hədər Amma bu sənsizlik qəlbimə doldu Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.