Перейти к содержимому

Bağlanmış mövzuya açıq cavab

Parni iz Baku

Recommended Posts

Hörmətli “Bakılılar.Az”, əziz forumdaşlar !

Mən Sizin forumun rus dilli azərbaycanlılar üçün olduğunu bilirdim. Tanış olarkən gördüm ki, “Ana dili “bölməsi də var və çox sevindim. Bir aydır ki, üzv yazılmışam. Dünən “El” adlı istifadəçimizin 2.12.2007-ci il tarixində “Biqeyrət ataların biqeyrət sözləri” adlı yazısını və bu yazıyla bağlı olan fikirləri oxudum. Doğrusu, çox pis oldum. Öz kökünə, milli-mənəvi sərvətlərinə belə münasibətə ad t. bilmədim. Bu torpaqda yaşayan, boya-başa çatan eloğlumun, özü də “El” imzalı eloğlumun ulularımıza belə münasibəti nədən?!

Bizim müdrik xalqımız var. Bu xalqın əsrlərin o tayından bu tayına şərəflə gəlib çıxmış tarixi, ədəbiyyatı və mədəniyyəti vardır. Şifahi xalq ədəbiyyatımız da bu xəzinənin ən qiymətli incilərindəndir.

Hörmətli “El”, məşhur sərkərdə Napoleon deyib ki, böyük adamlar Şərqdə yaranır. Rus ictimai fikir tarixində məşhur olan R.Y.Çaadayev isə bu etirafı daha səmimi şəkildə etiraf etmişdir: “Dünyaya hər cür işıq Şərqdən yayılmışdır.” Yetərli deyilmi öyünək?!

Hörmətli “El”, mən sizin torpağımıza və xalqımıza bəslədiyiniz sevgiyə inanıram. Amma folklorumuzla bağlı fikirlərinizi heç cürə qəbul edə bilmərəm. Bizim atalar sözləri və məsələlərimizin hamısı hikmətlidir, müdrikanə deyilmiş həyat həqiqətləridir. Onlarda qüsur axtarmaq “Günəşin üzündə ləkə axtarmaq” kimi bir şeydir. Bilməlisiniz ki, atalar sözləri elə-belə yaranmır. Bunlar yaşanmış həyat həqiqətləri haqqında ixtiyar qocalarımızın, ağbirçək nənələrimizin müşahidələridir, zaman-zaman sınaqdan çıxmış həyati müşahidələri. Az- çox folklorumuza bələd olan bir ziyalı kimi deməliyəm ki, mən oxuduğum, bildiyim heç bir folklor nümunəsində qüsur görmürəm.

Siz və bir neçə başqa istifadəçimiz “Igidlik ondur, doqquzu qaçmaq” , “Anasına bax qızını al”, “Qızını döyməyən, dizinə döyər”, “Qoz ağacı, qız ağacı”, “ Ağanın malı gedər, nökərin canı”, “Ağa deyir “sür dərəyə”, “sür”, “Palaza bürün, el ilə sürün”, “Qarın qardaşdan irəlidir”, “Allahsız yerdə otur, böyüksüz yerdə yox” kimi atalar sözlərini nümunə gətirirsiniz. Bu nümunələr haqqında söz deməmişdən əvvəl qeyd edim ki, təqdim etdiyiniz atalar sözlərinin bəzilərini ilkin formasında yox, təhrif edilmiş formada işlətmişsiniz.

Məsələn, “İgidlik ondur, doqquzu qaçmaq” kimi atalar sözünə indiyə kimi heç yerdə rast gəlməmişəm. “İgidin hünəri döyüşdə bilinər” söyləyən atalar qaçmağı heç vaxt igidlik hesab etməyiblər. Hansı bir qəhrəmanımız var ki, döyüş günü meydandan qaçsın? Əslində bu atalar sözümüzün düzgün forması belədir: “Igidlik ondur: biri qüvvət, doqquzu fənd” .

“Anasına bax qızını al”- Bu atalar sözünün əsli belədir:

Anasına bax, qızını al,

Qırağına bax, bezini al.

Belə hikmətli atalar sözünü necə mənasız adlandırmaq olar? Buradakı fikir anasına baxmaqla qızın da zahiri görkəmi haqqında təsəvvürə sahib olmaq kimi başa düşülməməlidir. İstifadəçi yoldaşlarımızdan birinin dediyi kimi, keçmişdə qızseçimi daha çox valideynlərin məsləhətləri ilə olurdu. Valideynlər isə bir-birlərini yaxşı tanıdıqlarına, bir-birlərinin xeyir- şərlərində qaynayıb-qarışmaqlarından bilirdilər ki, filan evin qadını ailəcanlıdır, təsərrüfatcıldır, namuslu-qeyrətlidir. Atalarımız həyati müşahidələrinə əsasən bu qənaətə gəlmişdilər ki, “analı qızın işi görünər, anasız qızın dişi” və onlar yəqin idilər ki, belə anaların qızları da belə olacaq.

“Qızını döyməyən, dizinə döyər” - Belə atalar sözümüz var. İş burasındadır ki, burada döymək fiziki cəza kimi nəzəfdə tutulmamışdır. “Qılınc yarası sağalar, söz yarası sağalmaz” kimi atalar sözlərimiz sübut edir ki,söz, fikir insan mənəviyyatına güclü şəkildə təsir deə bilir. Yəni istər qızını, istərsə də oğlunu nəzarətsiz buraxan, günahlarını tənbeh etməyən valideynlər sonradan övladlarının törədəçəyi daha böyük qüsurlara görə dizlərinə döyürlər. Bu, gecikmiiş etiraf deməkdir, peşmançılığın bir formasıdır.

“Qoz ağacı, qız ağacı”- Bu atalar sözümüz tam formasında belədir:

-Qoz ağacı, qız ağacı,

Hər gələn bir daş atar.

Qoz ağacı gövdəli və hündür olur. Bəzi ağaclar kimi onun da meyvələrini əl uzadıb və ya budağını əyib yığmaq olmur. Odur ki, qozun dibində durub yerdən onun budaqlarına doğru “salbey” ( 1 m – 1,2 m uzunluğında barmaq yoğınluğunda ağac parçası; üz qabığını da soyurlar ki, sürüşkən olsun, ilişib yuxarıda qalmasın ) atırlar. Daş da atırlar, amma daşın dəydiyi sahəyə nisbətən “salbey” daha əhatəli zərbə sahəsi yaradır, daha çox meyvə tökülür. Hər atılan “salbey” hədəfə dəymir və ya hər “salbey” atan qoz sala bilmir. Atalarımız da qız olan ailəni, evi qoz ağacına bənzətmişdir. Elə bir ailə olmaz ki, qızını bir neçə ailə istəməmiş olsun. Amma kimin qisməti imiş ona nəsib olur.

“ Ağanın malı gedər, nökərin canı”- Müəyyən məqamla bağlı deyilmiş atalar sözüdür. Məsələn, xan, bəy dövründə bir bəy öz pəiyyətini tarlasında işlədir, taxıl əkdirir. Amma son nəticədə quraqlıq olur, taxıla çəyirtkə daraşır, nəticədə ələ heç nə gəlmir. Bəyin itirdiyi istismarla topladığı mal-mülkün bir damlasıdır, onu da “şallağa tutub” rəiiyətindən yenə çıxardacaq. Əsas zərbə isə kəndliyə, nökərə dəyəcək. Bəy ona heç nə verməyərək qapısından qovacaq, ilboyu ağasının tarlasını alın təri ilə suvarıb-becərmiş kəndli isə həm də canını itirmiş olacaqdır. Burada onu da demək lazımdır ki, atalar sözlərinin böyük əksəriyyəti bütün dövrlər üçün xarakterikdir, təzətərdir. Müəyyən hissəsi isə müəyyən dövrdə müəyyən məqamla bağlı deyildiyi üçün günümüz üçün xarakterik deyil. Haqqında danışdığımız atalar sözü də bu qəbildəndir.

“Ağa deyir “sür dərəyə”, sür”- Bu atalar sözünün işlənmə məqamları nisbətən kiçilsə də, mahiyyətini saxlamaqdadır. Müzakirələrdə müxtəlif yanaşmalar var idi: bəlkə ağa deyir ki, özünü dərəyə at, atmalıyammı? Bilirsinizmi, bu məsələ idarəçiliklə bağlı məsələdir. İdarəetmədə demokratik mərkəziyyət var, aşağıdan yuxarıya doğru hamı rəhbərinin tapşırığını sözsüz icra etməlidir. Səhv,zərərli əmrə görə o, əmr etdiyindən daha çox məsuliyyət daşıyır. Bu məsələyə bir lətifə ilə də yumorvari bir folklor yanaşması da göstərmək istəyirəm:

Bir gün Teymurləng Molla Nəsrəddini özü ilə nahar etməyə dəvət edir. Süfrəyə badımcan dolması gəlir. Teymur deyir ki, badımcan mənim dünyada ən çox sevdiyim yeməkdir. Molla deyir ki, mənim də. Bir az keçir, Teymur deyir ki, amma xörəyi yaxşı olmur, illərlə görməsəm, yadıma da düşməz. Molla yenə deyir ki, mənim də.

Bir qədər də keçir. Teymur deyir ki, çox qüvvətli yeməkdir, yeyən kimi gözümə işıq gəlir. Molla Teymurun sözünə qüvvət verir ki, mən də çox rahat oluram.

Mollanın sözü qurtarmamış Teymur aşpazı çağırır ki, badımcanı yığışdırın, bir də süfrəyə qoymayın, badımcandan zəhləm gedir.

Molla dərhal dillənir:

- Mənim də, qibleyi-aləm, badımcanı görməyə gözüm yoxdur.

Teymur deyir ki, sən necə adamsan, mən nə deyirəm, sən də onu deyirsən. Molla cavab verir ki, gərək belə də ola. Mən sənə qulluq edirəm, səndən donluq alıram, badımcana qulluq etmirəm ki….

“Palaza bürün, el ilə sürün”- Tutaq ki, başqa mühitin adamı yeni bir mühitə düşür. Həmin adam düşdüyü mühitə uyğunlaşmalıdır, səhv etsə belə. Yox, bu düz deyil, belə olmaz deyib, başqa addımı atsan, sözsüz ki, qınaq sahibi olcaqsan, “ palaza bürün, el ilə sürün” sözlərini eşidəcəksən.

Müzakirələrdə iddia olunur ki, əgər ətrafın oğru, quldursa, necə onlara qovuşmaq olar? Belə yanaşma, üzr istəyirəm, sağlam deyil. Müdriklərimiz həmişə doğrunu göstəriblər, yaxşıya dəvət ediblər.

“Qarın qardaşdan irəlidir” –Əlbəttə,qarın qardaşdan irəli deyil. İnsan tək özünü düşünməməlidir, Çətinə düşsə də, nəfsini idarə etməyi bacarmalıdır.Bu təəssübkeşliliyi, qohum-qardaş münasibətlərini bizə atalar öyrədib. Bu atalar sözündə bir ironiya, gizli eyham var. Atalar məsəli kimi müəyyən hadisə, əhvalatla bağlı deyiləndə daha canlı səslənir.

“Allahsız yerdə otur, böyüksüz yerdə yox”- Ən mübahisə doğuran atalar sözümüzdür. Tək burda yox, başqa yerlərdə də bu atalar sözü haqqında iradlar eşitmişəm. . Mən şəxsən öz fikrimi bildirəcəyəm. Elə bilirəm ki, bəziləri bu cümlənin viziual görünüşündən aqressivləşir, fikirdəki mənadan uzaqlaşırlar. Biz müsəlmanıq, dinimiz İslam dinidir. Hər birimizdə Allahımıza,Peyğəmbərimizə(ə.s) böyük sevgi və inam vardır. Allah hər yerdədir. Bunu dünya durduqca, söhbət mövzusu etmək belə günahdır. Belə olan halda hansı müsəlman Allahsız yerdə oturur?! Bu heç vaxt mümkün deyil, mümkün də olmayacaq.Allahımız buyurub ki, məndən sonra səcdə etməli birinci şəxs valideynlərinizdir. Deməli, atalar sözünün cövhərində də bu məna dayanır: ata haqqı inkar edə bilməyəcəyimiz bir həqiqətlə qarşılaşdırılaraq Allahımızın cızdığı səviyyəyə qədər yüksəldilir. Allahsız yerdə oturma, böyüksüz yerdə oturma….qalan yerləri nizamlamaq olar…

Ссылка на комментарий
Поделиться на других сайтах

Çox hörmətli Parni iz Baku, yazdıqlarınızı oxudum və Sizi fikirlərinizdə təbii ki, dəstəkləyirəm.

An milli mənəvi dəyərlərə lazımi qiyməti verə builməyən insandan Siz nə umursunuz?

Bu insan atalar sözlərini baş-ayaq tərsi-məzhəb yazaraq diqqət cəlb etmək istəmişdir.

Düşünürəm ki, Siz bu mövzuya deyil, "Nənəm..." mövzusunda yazsanız daha yaxşı olar.

Hörmətlə,

Gülbadam.

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

Hörmətli “Bakılılar.Az”, əziz forumdaşlar !

Mən Sizin forumun rus dilli azərbaycanlılar üçün olduğunu bilirdim. Tanış olarkən gördüm ki, “Ana dili “bölməsi də var və çox sevindim. Bir aydır ki, üzv yazılmışam. Dünən “El” adlı istifadəçimizin 2.12.2007-ci il tarixində “Biqeyrət ataların biqeyrət sözləri” adlı yazısını və bu yazıyla bağlı olan fikirləri oxudum. Doğrusu, çox pis oldum. Öz kökünə, milli-mənəvi sərvətlərinə belə münasibətə ad t. bilmədim. Bu torpaqda yaşayan, boya-başa çatan eloğlumun, özü də “El” imzalı eloğlumun ulularımıza belə münasibəti nədən?!

Bizim müdrik xalqımız var. Bu xalqın əsrlərin o tayından bu tayına şərəflə gəlib çıxmış tarixi, ədəbiyyatı və mədəniyyəti vardır. Şifahi xalq ədəbiyyatımız da bu xəzinənin ən qiymətli incilərindəndir.

Hörmətli “El”, məşhur sərkərdə Napoleon deyib ki, böyük adamlar Şərqdə yaranır. Rus ictimai fikir tarixində məşhur olan R.Y.Çaadayev isə bu etirafı daha səmimi şəkildə etiraf etmişdir: “Dünyaya hər cür işıq Şərqdən yayılmışdır.” Yetərli deyilmi öyünək?!

mən sizn bütün bunları xoş niyyətlə yadığınızı başa düşürəm...Ancaq bunu da deməyi özümə borc bilirəm ki, Napoleondan gətirdiyiniz sitatı yetərli hesab etmirəm !

Deyirsiniz ki, "Bu xalqın əsrlərin o tayından bu tayına şərəflə gəlib çıxmış tarixi, ədəbiyyatı və mədəniyyəti vardır".

Mənim qənaətimcə siz "vardır" əvəzinə "var idi" deyə işlətsəydiniz hədəfi daha dəqiq nişan almış olardınız.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

'nizami63' :

** Ancaq bunu da deməyi özümə borc bilirəm ki, Napoleondan gətirdiyimiz sitatı yetərli hesab etmirəm !

** Deyirsiniz ki, Bu xalqın əsrlərin o tayından bu tayına şərəflə gəlib çıxmış tarixi, ədəbiyyatı və mədəniyyəti vardır.

Mənim qənaətimcə siz "vardır" əvəzinə "var idi" deyə işlətsəydiniz hədəfi daha dəqiq nişan almış olardınız.

________________________________________________________________________________

________________

Hörmətli Nizami bəy, Napoleondan gətirdiyimiz sitatı yetərli hesab etməmək sizin müstəsna hüququnuzdur, amma çox böyük tarixi şəxsiyyət olan Napoleon bunu etipaf edib. Bir daha fikrimdə qalıram ki, bəşər mədəniyyətinin əvəzsiz inciləri xəzinəsində Şərq dünyasının özünəməxsus yeri vardır. Siz də yaxşıl bilirsiniz ki, Azərbaycan bu tarixi şəxsiyyətin "Dünyaya hər cür işıq Şərqdən yayılmışdır" deyə heyran qaldığı Şərq dünyasına Nizami, Nəsimi, Füzuli kimi ədəbi dühalar bəxş etmişdir və onlar bizim xalqımızın imzasını dünya xalqlarının imzaları içində əbədilik həkk etmişdir.

İkinci fikrinizə gəlincə isə deməliyəm ki, bu fikir də sizə məxsus ola bilər. Hamımız çox gözəl bilirik ki, ədəbi incilərimiz nəqliyyatın, rabitənin ibtidai bir səviyyədə olduğu çox qədim dövrlərdə yaranmış və hafizələrdə yaşayaraq ölməzlik qazanmış və günümüzə gəlib çatmışdır. Bu ədəbiyyat o haqqı qazanıb ki, təmsil etdiyi xalqla birgə hələ neçə uzaq əsrlərin o tayına da gedib çıxacaq. Bu mənada "var idi" yox, "vardır" deyilməlidir.

Dünya alimlərinin İntibahın Avropadan yox, məhz Şərqdən başlaması haqqında cəsarətli fikirləri vardır. Bu da mənim üçün qürurludur. Qaynaqları bu qədər qədim və qiymətli olan ədəbiyyatin keçmişdə qaldığını iddia etmək elmi baxış yox, fərdi, həm də səhv yanaşmadır.

hörmətli Parni iz Baku, yetərli hesab etməmək düzgün hesab etməmək anlayışından çox fərqlənir.

Napoleon bu sözləri deyərkən özündən əvvəlki zəmanəni nəzərə aımışdı. İndi isə 2009 - cu ildir və 40 ildir ki, xalqımız H.A. rejiminin təsiri altındadır.

Yazdıqlarınızdan mən belə başa düşürəm ki, Sizin bizim indiki orta məktəblərimizdə tədris olunan kitablar barəsində ətraflı məlumatınız yoxdur. Hər halda məlumatınız olsaydı bilərdiniz ki, Azərbaycan xalqının Nizami, Füzuli, Nəsimi və sairə kimi neşə - neşə görkəmli övladlarımıza qiymət verilən günlər çox arxada qalmışdır.

Mən yenə də "var idi" fikrimdə qalıram. Bunu əsaslandırmaq üçün Sizə çox faktlar təqdim edə bilərəm, sadəcə olaraq bütün bunlar aksioma olduğu üçün ehtiyac bilmirəm.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

'nizami63' :hörmətli Parni iz Baku, yetərli hesab etməmək düzgün hesab etməmək anlayışından çox fərqlənir.

Napoleon bu sözləri deyərkən özündən əvvəlki zəmanəni nəzərə aımışdı. İndi isə 2009 - cu ildir və 40 ildir ki, xalqımız H.A. rejiminin təsiri altındadır.

Yazdıqlarınızdan mən belə başa düşürəm ki, Sizin bizim indiki orta məktəblərimizdə tədris olunan kitablar barəsində ətraflı məlumatınız yoxdur. Hər halda məlumatınız olsaydı bilərdiniz ki, Azərbaycan xalqının Nizami, Füzuli, Nəsimi və sairə kimi neşə - neşə görkəmli övladlarımıza qiymət verilən günlər çox arxada qalmışdır.

Mən yenə də "var idi" fikrimdə qalıram. Bunu əsaslandırmaq üçün Sizə çox faktlar təqdim edə bilərəm, sadəcə olaraq bütün bunlar aksioma olduğu üçün ehtiyac bilmirəm.

-------------------------------------------------------------------------------------------------------------------

". ..xalqımız H.A. rejiminin təsiri altındadır" kimi yanaşmanız əslində sizin mövqeyinizi əks etdirir. Bilməmiş deyilsiniz ki, A. Soljenitsın 1983 -cü ildə "Qulaq arxipelaqı" əsərinə görə xalq düşməni elan edılərək ölkədən qovulmuşdu. Mühacirətdə yaşadığı illərdə də Soljenitsın Soljenitsın kimi yazıb-yaratmışdır. Hakimiyyət, reyim ədəbiyyatın qarşısını ala bilməz, necə ki, Q.B.Zakir o vaxt demişdi:

...Ehtiyatım yoxdur paşadan, xandan,

Analar doğubdu şiri-nər məni.

Sizin dediyinizdən fərqli olaraq mən elə bilirəm ki, Heydər Əliyev Azərbaycan ədəbiyyatının ittifaq, eləcə də dünya miqyasında tanınması yolunda hər cürə qayğı göstərib. Bu gün də belədir. Son illər ədəbiyyata, mədəniyyətə göstərilən diqqət, bu yönümdə görülən işlər bir çox ölkələrin hələ bundan neçə illər sonra da görməyəcəyi üstünlüklərdir. Məlum şeyləri yazmağa ehtiyac yoxdur.

Narahat olmayın, mən filoloqam, müəllimlik təcrübəm də var, orta məktəb dərslikləri hər vaxt əlimin altındadır. Onlarda çoxlu problərin olduğunu da inkar etmirəm. Bununla belə hesab edirəm ki, dərslik böyük mənada bir xalqın ədəbiyyatına qiymət verə bilmək üçün ölçü ola bilməz.

---------------------------------------------------------------------------------------------------------

Həddindən çox mübahisədə həqiqət itir.

Publili Sir

Ссылка на комментарий
Поделиться на других сайтах

Narahat olmayın, mən filoloqam, müəllimlik təcrübəm də var, orta məktəb dərslikləri hər vaxt əlimin altındadır. Onlarda çoxlu problərin olduğunu da inkar etmirəm. Bununla belə hesab edirəm ki, dərslik böyük mənada bir xalqın ədəbiyyatına qiymət verə bilmək üçün ölçü ola bilməz.

indiki gənclərin çox az qiraət etdiyini nəzərə alsaq orta məktəblərdə tədris olunan humanitar elmlərin tədrisinin əhəmiyyətini çox yüksək qiymətləndirməyə borcluyuq. Ədəbiyyat dərsliklərində öz əksini tapmış əsərlər bizim cəmiyyətin hansı dəyərlərə üstünlük verməsinin aynasıdır !

Bu aynaya baxanda isə gələcəyimiz çooooooooooooooooooox dumanlı görünür, hörmətli Parni iz Baku.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...