Перейти к содержимому

Osmanın (r.a) vəfatından sonra...


Магамед

Recommended Posts

Salam alaykum.

Bir anlıq şiələrin fikirlərini qəbul etsək, desək Əli (r.a) Allah tərəfindən təyin olunmuş imam idi, və o təyin olunmuşdu ki ilk xəlifə olsun. İlk üç xəlifə haqsız olaraq, vəzifəni qəsb etdilər, indi bu üç xəlifə ölüb gedəndən sonra Əli (r.a) nə etdi? Allah tərəfindən ona verilmiş rəhbərliyi dərhal qəbul etdi?

Əbu Müxnəf "Əl-Cəməl" kitabında yazır: Osman öldürüləndən sonra müsəlmanlardan təşkil olunmuş böyük bir dəstə məscidə yığışdı. Məscid ağzına kimi dolu idi. Məqsədləri xəlifə təyin etmək idi. Mühacir və ənsardan Əmmar Yasir, Əbül-Heysəm ibni Təyhan, Rəfaət ibni Rafe, Malik ibni Əclan, Əbu Əyyub Ənsari və s. kimi böyük şəxsiyyətlər rəy verdilər ki, Əli (ə)-la beyət etsinlər. Hamıdan çox Əmmar Əli (ə) barəsində söhbət edərək axırda dedi:–Siz əvvəlki xəlifənin vəziyyətini gördünüz. Əgər cəld hərəkət etməsiniz, ona oxşar hadisəyə düçar ola bilərsiniz. Əli (ə) bu iş üçün ən ləyaqətli şəxsdir, hamınız onun fəzilətlərindən və keçmişdəki xidmətlərindən xəbərdarsınız.

Bu vaxt camaatın hamısı bir səslə dedi:–Biz onun xilafətinə və vilayətinə razıyıq.

Sonra hamısı yerindən qalxıb Əli (ə)-ın evinə tərəf axışdı.

Imam (ə)-ın özü camaatın onun evinə daxil olmasını belə vəsf etmişdir: "Onlar karvandakı susuz dəvələrin ayağının ipini açıb buraxdıqda yaranan izdiham kimi mənim üstümə hücum etdilər. Mən elə güman etdim ki, məni öldürmək, yaxud da onların bəziləri bəzilərini mənim hüzuruma dartıb gətirmək istəyirlər."

O həzrət "Şiqşiqiyyə" xütbəsində mühacir və ənsarın onun evinə daxil olmasından yaranan izdihamı belə vəsf edir: "Onlar kaftarın boynunun tükləri kimi dövrəmə tökülüşdülər və hər tərəfdən mənə tərəf hücum etdilər, hətta Həsən və Hüseyn ayaq altında qaldı, əbamın və paltarımın bir tərəfi cırıldı. Onlar qoyun sürüsü kimi mənim ətrafımı tutmuşdular. Nəhayət, mən onların beyətini qəbul etdim."

Imam (ə) onların cavabında dedi:–Mən sizin məşvərətçiniz olsam, sizə rəhbərlik etməkdən daha yaxşıdır."

Onlar bunu qəbul etməyib dedilər: Səninlə beyət etməyincə əl çəkməyəcəyik.

Imam (ə) buyurdu: Indi ki, israr edirsiniz, onda gərək beyət mərasimi məsciddə təşkil olunsun, çünki mənimlə beyət etmək gizli və müsəlman kütlələrinin razılığı olmadan ola bilməz.

Mənbə: Ayətullah Cəfər Sübhani "Vilayət günəşi" (1-ci cild) 

"NQİLABÇILARIN ƏLİ (Ə)-LA BEYƏT ETMƏLƏRİ" babı.

Şiələrin məşhur "Nəhcül-bəlağə" kitabında, qeyd olunur ki insanlar ona beyət etməkə qələndə, Əli (r.a) dedi:

Məndən əl çəkin, başqasını axtarıb tapın, çünki elə bir işə yönəlmişik ki, cürbəcur yolları var, növbənöv rəngləri var. Könüllər bu işdə qərar tuta bilməz, ağıllar bu işin ağırlığına davam gətirə bilməz. Dan yerini başdan-başa məcazi qara bulud tutmuş, açıq-aydın yol görünməz olmuşdur.

Bilin ki, istədiyinizi qəbul etsəm, daha yaxşı bildiyimə uyub gedərəm, nə söyləyənin sözünə fikir verərəm, nə eyib tutanın sözünə qulaq asaram. Amma məndən əl çəksəniz, sizlərdən biriniz kimi olaram. Kimi iş başına gətirsəniz, kimi özünüzə qulluq sahibi etsəniz, o buyruğu sizdən daha artıq dinlərəm, əmrinə sizdən artıq uyaram. Mən sizə vəzir olsam, bu, əmir olmağımdan daha xeyirlidir.

"Osmandan sonra Ona bey`ət etmək istəyənlərə buyurdu" başlıqı altında.

--------------------

سبحانك اللهم وبحمدك، نشهد أن لا إله إلا أنت، نستغفرك ونتوب إليك

أبوعلي عبد الله الحنبلى العجاراي التركي

Ссылка на комментарий
Поделиться на других сайтах

Exin achdigi bu temadada susdurulub.

Curumush movzulari tekrar tekrar yazmagda meqsedin nedir?

Vahabilerin Allahi menem,Bunu onlarin alimi tesdiq edir.

"İbtalut-Tə`vilat li Əxbaris-Sifat" adlanır. Kitabın muəllifi Abu Ya`lə b. Muhamməd b. Huseyn b. Muhamməd b. Əl-Fərradır. Bu kitabin 143-cü səhifəsində olan bir hədisi nəzərinizə çatdırmaq istəyirəm.

Qatadə Ikrimədən, Ikrimə İbn Abbasdan rəvayət edir: Rasulallah buyurdu:
"Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində yaşıl bağda gördüm"
.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...