Перейти к содержимому

Quranı əzbərləmək üçün qı


muselman

Recommended Posts

Birinci qayda.

[/size]

İxlaslı olmaq

Quran əzbərləyən zaman niyyəti ixlaslı edib əsas məqsədi düzəltmək lazımdır. Həmçinin Quran əzbərləməyi və ona əməl etməyi Allahüçün, Onun Cənnətinə müvəffəq olmaq və Onun razılığını qazanmaq üçün etməklazımdır. Quranı oxuyan və onu əzbərləyən kəs böyük mükafat qazanır. Uca Allahbuyurur: «(Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görəsən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et! (Bütpərəstlər kimi Onaşərik qoşma. Allaha ixlasla tapın!) Bil ki, xalis din (ibadət və itaət) ancaqAllaha məxsusdur.» (əz-Zumər surəsi 2-ci və 3-cü ayələr) «De: "Mənə dini(itaəti) məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur!»(əz-Zumər surəsi 11-ci ayə)

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Uca Allah belə deyib ki, Mənşəriklərin şirkindən uzağam. Kim bir əməl edər və bu əməldə Mənə başqasınışərik qoşarsa onu da, şirkini də tərk edərəm.» (Bu hədisi Buxari və Muslimrəvayət etmişdir)

Quranı kiməsə göstərmək və eşitdirmək məqsadilə oxuyub əzbərləyən şəxs üçünAllah tərəfindən heç bir savab və mükafat yoxdur. Həqiqətən, Quranı dünya malıüçün oxuyan və bunun müqabilində dünya mükafatı istəyən şəxs günahkardır.

İkinci Qayda.

Tələffüzü və oxumağı düzəltmək

İxlasdan sonra əzbərləmək yolunda ən birinci atılan addım Quranın düzgüntələffüzünü öyrənməkdir. Buna ancaq Quranı gözəl oxuyan qarini və ya hafizidinləmək vasitəsi ilə nail olmaq olar. Hətta ərəb dilini ən gözəl bilənPeyğəmbərimizin səllallahu aleyhi və səlləm özü də onu Cəbraildən aleyhissələmdinləyərək öyrənmişdir. Peyğəmbərimiz səllallahu aleyhi və səlləm hər ilRamazan ayında Quranı Cəbrailə bir dəfə oxuyardı. Vəfat etdiyi il isə onu iki dəfəoxudu. (Bu hədisi Buxari rəvayət etmişdir)

Həmçinin Peyğəmbərimiz səllallahu aleyhi və səlləm səhabələrinə Quranı şifahiolaraq öyrətmişdir. Səhabələrdən də onların ardınca gələnlər bu qayda iləöyrənmişlər. İnsan ərəb dilini və onun qaydalarını nə qədər yaxşı bilsə dəözünə arxayın olmamalı, əksinə, ilk növbədə Quran oxumağını təkmilləşdirməli vəonu şifahi olaraq mahir bir qaridən öyrənməlidir. Belə ki, Qurani Kərimdə olanbir çox ayələr məşhur ərəb dili qaydalarına müxalifdir.

Üçüncü qayda

Hər gün nə qədər əzbərlənəcəyini müəyyən etmək

Quranı əzbərləmək istəyən şəxs hər gün əzbərləyə biləcəyi qədəri - bir neçə ayəvə ya bir səhifə, yaxud iki səhifə, yaxud da cüzün səkkizdə birini və s.müəyyən etməlidir. O, nə qədər əzbərləyəcəyini təyin etdikdən sonra onudəfələrlə təkrarlayıb tam şəkildə öyrənməlidir. Bu təkrar da öz növbəsindəavazla olmalıdır. Bu isə ilk növbədə sünnəyə tabe olmaqdan, sonra isə hafizənigücləndirməkdən ötrüdür. Çünki bir ritmdə olan avaz qulağa xoş gəlir və bu dadili müəyyən bir avaza öyrədərək əzbərləməyə çox kömək edir. Bununla da həminşəxs, müəyyən bir ayəyə uyğun olan avazda və ya onun oxunuş ritmindəçatışmamazlıq hiss etdikdə orada olan xətanı dərhal hiss edir. Belə ki o, xətaedərkən dilinin ona tabe olmadığını və avazda nöqsanın baş verdiyini hissedərək qiraəti yenidən təkrar edir. Bütün bunlar onu göstərir ki, Quranı avazlaoxumaq gərəkli əməldir və Peyğəmbərimizin səllallahu aleyhi və səlləm sözünəgörə buna müxalif olmaq olmaz. Peyğəmbərimiz səllallahu aleyhi və səlləmdemişdir: «Quranı avazla oxumayan bizdən deyil.» (Bu hədisi Buxari rəvayətetmişdir)

Dördüncü qayda

Gündəlik nəzərdə tutulan miqdarı tam və gözəl şəkildə əzbərləmədən digərinəkeçməmək

Quran əzbərləyən şəxs əzbərlədiyini tam yadda saxlamamış yenisinə keçməməlidir.Bu da əzbərlədiyinin tam şəkildə zehinə həkk olunması üçündür. Şübhəsiz ki,müəyyən edilmiş miqdarı əzbərləməyə kömək edən amillərdən biri də Quranıəzbərləyən şəxsin gecə və gündüz imkan daxilində ona vaxt sərf etməsidir. Oşəxs bunu namazlarda, namazları gözlədiyi vaxtlarda və namazdan sonrakıvaxtlarda oxumaq vasitəsi ilə edə bilər. Bu yolla da Quran əzbərləməkasanlaşır. Bunu, hətta bir neçə işlə məşğul olan şəxslər də yerinə yetirəbilərlər. Çünki bu şəxs ayələri əzbərləmək üçün xüsusi bir vaxt təyin etmir,əksinə, o öz qiraətini yalnız qarini dinləyərək düzəldir. Sonra daəzbərlədiyini namazlarda tətbiq edir. Beləliklə də o, həmin gün ərzində birneçə işlə məşğul olmasına baxmayaraq axşam olduqda gündəlik təyin etdiyiayələri əzbərləmiş və onları tam şəkildə öz zehninə həkk etmiş olur. Odur ki,Quran əzbərləyən şəxs təzə ayələrə keçməyə tələsməməlidir. O, köhnə ayələri tamşəkildə əzbərləyənə qədər ertəsi günü də onların üzərində davam etməlidir.

Ссылка на комментарий
Поделиться на других сайтах

Beşinci qayda

Əzbər zamanı eyni çapreklama_zapreshenaılmış Quran kitabından əzbərləməyə riayət etmək

Əzbərləməyə kömək edən amillərdən biri də odur ki, Quran əzbərləyən şəxs mütləqözü üçün müəyyən bir Quran kitabı seçməlidir. Ona görə ki, insan eşitməkləyanaşı ayələrin yazılışını görməklə də əzbərləyir. Çünki, Quran kitabını çoxoxuduqda və ona çox nəzər saldıqda, ayələrin orada olan şəkilləri və yerlərizehində həkk olur. Eyni kitabdan əzbərləməyən və ya ayələrin yerləri fərqliolan müxtəlif çaplarla yazılmış Quran kitablarından əzbərləyən şəxsə Quranıəzbərləmək daha çətin olur. Odur ki, Quran əzbərləyən şəxs ayələri eyni çapreklama_zapreshenaılmış Quran kitabından əzbərləməyə riayət etməlidir.

Altıncı qayda

Əzbərləməyi asanlaşdırmaq üçün ayələri başa düşmək

Əzbərləməyə kömək edən ən böyük amillərdən biri də əzbərlədiyin ayələri başadüşmək və onlar arasında olan bağlılığı bilməkdir. Ona görə də Quran əzbərləyənşəxs əzbərləmək istədiyi ayələrin təfsirini oxumalı və bu ayələr arasında olanbağlılığı bilməlidir ki, oxuduğu zaman bu şeylər onun fikrinə gəlmiş olsun. Buda öz növbəsində ayələri yada salmağı onun üçün asanlaşdırır. Bununla yanaşıQuranı əzbərlədikdə yalnız ayələrin fəhminə arxayın olmamalı, əksinə, ayələritəkrarlamaq başlıca əsas olmalıdır. Bu ona görədir ki, hərdən insanın fikridağınıq olduqda belə dili qiraətə uyğun gəlsin. Yalnız fəhminə arxayın olanşəxsin fikri dağılan kimi qiraəti də kəsilir. Bu cür hallar tez-tez, xüsusən dəuzun qiraətlərdə baş verir.

Yeddinci qayda

Bir surəni axıra qədər əzbərləmədən digərinə keçməmək

Quran əzbərləyən şəxs hər hansı bir surəni əzbərləyib başa çatdırdıqdan sonraonun hifzini tam şəkildə mənimsəmədən və əvvəlini sonu ilə bağlamadan başqasurəyə keçməməlidir. Belə ki, onun dili bu surəni asanlıqla tələffüz etməli vəayələri yada saldıqda heç bir çətin vəziyyətə düşməməlidir. Əksinə, onun hifzio dərəcədə güclü olmalıdır ki, hərdən fikri ayələrin mənasını izləməkdənyayınsa belə surəni tələsmədən, asanlıqla oxusun. Necə ki, bizim hər birimizheç bir çətinlik çəkmədən və hazırlaşmadan «Fatihə» surəsini oxuyur. Bu, həminsurəni çoxlu təkrar etməyimizdən və onu daim oxumağımızdan irəli gəlir. Nadirhallar müstəsna olmaqla Quranın bütün surələrinin hifzi «Fatihə» surəsininhifzi kimi olmur. Biz «Fatihə» surəsini bir nümunə olsun deyə misal çəkdik.Sonra əzbərlənən surələr bir-bir ilə qarşılıqlı rabitədə olub bir-birinə sıxbağlı şəkildə zehinə həkk olunmalıdır. Quran əzbərləyən şəxs həmin surəniyalnız mükəmməl əzbərlədikdən sonra digərinə keçə bilər.

SƏKKİZİNCİ QAYDA

Quranı daim əzbərdən kiməsə danışmaq

Quran əzbərləyən şəxs təkcə öz hafizəsinə bel bağlamamalı, əzbərlədiyini daimbaşqasına danışmalı və ya onu Qurandan izləməlidir. O bunu məharətli hafizləetsə daha yaxşı olar. Quran əzbərləyən şəxs nəyi isə unutduqda və ya diqqətsizolaraq təkrarladıqda həmin hafiz onun yada salar.

Biz bəzən surəni səhv əzbərləyir və Qurana nəzər saldıqda belə buna diqqətyetirmirik. Çünki çox vaxt əzbərdən oxumaq görməyi qabaqlayır və beləlikləhəmin şəxs əzbərdən oxuduğu zaman Qurana baxsa da xətasını görmür. Elə bunagörə də Quranı əzbərdən başqasına danışmaq ona bu xətaları düzəltməkdə vəonlara daim diqqət yetirməkdə səbəb olur.

DOQQUZUNCU QAYDA

Quranı davamiyyətli oxumaq

Quran yadda qalmasına görə şer və ya nəsr əsərlərindən fərqlidir. Çünki, Quranyaddan çox tez çıxır. Peyğəmbər səllallahu aleyhi və səlləm belə demişdir:«Nəfsim (canım) əlində olana and olsun ki, o (Quran) ipdən (açılıb) qaçandəvədən də bərk qaçır.» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Quranı əzbər bilən şəxs onu azacıq da olsa təkrarlamasa Quran ondan uzaqlaşırvə o, tez bir zamanda unudulur. Elə buna görə də daim Quran oxumalı vəəzbərlədiklərini təkrarlamalısan. Bu barədə Peyğəmbər səllallahu aleyhi vəsəlləm demişdir: «Quran sahibinin (yəni onu əzbər bilən şəxsin) məsəli bağlıdəvə sahibinin məsəlinə bənzəyir. Belə ki, onu bağladıqda tutub saxlamış olar,buraxdıqda isə çıxıb gedər.» Başqa bir rəvayətdə isə belə demişdir: «Quranlaəhd bağlayın (onu unudulmaqdan qoruyun)! Nəfsim (canım) əlində olana and olsunki, o (Quran) ipdən (açılıb) qaçan dəvədən də bərk qaçır.» (Bu hədisi Buxari vəMuslim rəvayət etmişdir.) Bu o deməkdir ki, Quran əzbərləyən şəxs hər gün ənazı Quranın otuz cüzündən birini, ən çoxu isə on cüzünü təkrarlamalıdır.Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Kim Quranı üç (gündən azmüddətdə) oxuyub qurtararsa onu anlamaz.» (Bu hədisi Tirmizi, Əbu Davud, İbnMacə və başqaları rəvayət etmişdir)

Mütəmadi olaraq Quran oxumaq əzbərlənən ayələri yadda saxlayır. Əks halda isəisə Quran yaddan çıxır.

Ссылка на комментарий
Поделиться на других сайтах

ONUNCU QAYDA

Mütəşabih « bir-birinə bənzər ayələrə diqqət yetirmək

Qurani Kərim məna və oxunuşca mütəşabih ayələr vardır. Uca Allah buyurur:«Allah sözün ən gözəlini (Quranı) mütəşabih (xəbərləri və hekayətləri, əmrlərivə qadağanları, vədləri və təhdidləri bir-birinə bənzər), təkrarlanan bir kitabşəklində nazil etdi. Ondan (Quranın təhdidlərindən) Rəbbindən qorxanlarıntükləri biz-biz olar. Allahın zikrindən sonra ürəkləri yerinə gəlib qorxularıgedər.» (əz-Zumər surəsi 23-cü ayə.)

Quranda olan altı mindən çox ayələrdən iki minə yaxını oxşardirlar. Bu ayələrbir-birindən bəzən bir hərfə görə, bəzən də bir sözə görə fərqlənirlər. Bunagörə də bacarıqlı qari mütəşabih ayələrə xüsusi diqqət yetirməlidir. Biz buradamütəşabih dedikdə ləfzləri bir-birinə oxşar ayələri nəzərdə tuturuq. Bu cürmütəşabih ayələrə mümkün qədər çox diqqət yetirdikdə hifz təkmilləşir.Mütəşabih ayələrə daha çox diqqət verən kitabları çoxlu oxumaqla mükəmməl hifzənail olmaq mümkündür. Bu kitabların ən məşhurları aşağıdakılardır:

- «Durratut-tənzil və ğurratu-tə'vil»

Xatib əl-İskafi.

- «Əsrarut-təkrar fil-Quran»

Mahmud əl-Kirmaninin.

ONBİRİNCİ QAYDA

Qızıl hifz yaşından istifadə etmək

Xoşbəxt o kəsdir ki, ömrünün qızıl hafizə illərindən istifadə edir. Bu müddəttəqribən beş yaşından iyirmi üç yaşına kimidir. Həmin illərdə insanın hafizəsiçox güclü olur və ona görə də bu illərə qızıl hafizə illəri deyilir. İnsanınhafizəsi beş yaşına qədər qızıl hafizə illərinə nisbətən daha zəif olur. Eləcədə təqribən iyirmi üç yaşından sonra hafizə zəifləyir. Odur ki, hər bir insanömrünün qızıl hafizə illərindən istifadə edib bacardığı qədər Allahınkitabından əzbərləməlidir. Bu yaşda əzbərləmək daha asan, unutmaq ehtimalı isədaha az olur. Bundan sonrakı yaşlarda isə insan çox çətinliklə əzbərləyir vədaha tez unudur. Doğru demişlər ki, Uşaqlıqda əzbərlənən daş üzərindəki naxışkimi, yaşa dolduqda əzbərlənən isə su üzərində olan naxış kimidir.»

Odur ki, bizim hamımız qızıl hafizə illərindən səmərəli istifadə etməliyik.Əgər biz həmin illəri ötürmüşüksə, çalışmalıyıq ki, övladlarımız istifadəetsinlər.

Müvəffəqiyyət Allahdandır. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və bütünsəhabələrə Allahın xeyir-duası və salamı olsun!

 

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...