Перейти к содержимому

Hz. Mehdinin Çıxış Əlamətlərinin bi


TURK_ISLAM_BIRLIYI

Recommended Posts

1. Hz. Mehdinin Çıxış Əlamətlərinin bir-bir meydana gəlməsi

... Bu iş (Hz. Mehdinin zuhur əlamətləri) təsbeh dənələri kimi arxa arxaya meydana gəlir. (Əli bin Husaməddin Əl Muttəqi, Cəlaləddin Suyuti Təsnifindən Hədislər Axır Zaman Mehdisinin Əlamətləri, Qəhrəman Nəşriyyat, s. 34)

Qiyamət əlamətləri bir-birini təqibən meydana gəlir. Bir silsilə muncuqların ard-arda duzuluşu kimi. (Ramıq- Əlhədis, 277/6; Camius Sağır, 3/167)

Hədislərdə bildirilən axır zaman əlamətləri hec bir şubhəyə yer buraxmayacaq qədər açıq və dəqiqdir. Ancaq ən əhəmiyyətlisi bu xəbərlərin hamsının indiki vaxtda bir-bir reallaşmış və hələ də reallaşır olmasıdır. Əlbəttə bu işarələrin bir qismi 1400 illik İslam tarixinin hər hansı bir dovrundə, dunyanın muəyyən bir bolgəsində, muəyyən bir nisbətdə gorulmuş ola bilər. Belə bir vəziyyət o dovrun axır zaman olduğunu gostərməz. Cunki bir dovrun Allahın mujdələdiyi axır zaman olaraq xarakterizə edilməsi ucun, irəliləyən səhifələrdə ətraflı olaraq izah edəcəyimiz əlamətlərin butununun eyni dovrdə, bir-birlərini izləyərək reallaşması lazımdır.

2. İran- İraq Doyuşunun Olması:

Şəvval ayında qiyam, Zilkadədə hərb danışmaları, Zilhiccədə isə hərb baş verəcək. (Qiyamət Əlamətləri, Bərzənci, s. 166)

Hədisdə ifadə edilən Şəvval, Zilkadə və Zilhiccə ayları iran-iraq döyüşünün inkişaf mərhələləriylə eyni tarixlərə bərabər gəlməsidir:

Şəvval ayında qiyam...

İran şahına qarşı olan ilk qiyam bilindiyi kimi hədisdə ifadə edilən 5 Şəvval 1398 (8 sentyabr 1976)da olmuşdur.

Zilkadədə hərb danışmaları və Zilhiccədə isə hərb baş verəcək...

Hicri 1400 Zilhiccə (1980 Oktyabr) ayında iran-iraq arasındakı döyüş tam mənasıyla başlamışdı. Bir başqa hədisdə də bu döyüşün detalları belə təsvir edilir:

“Faris (İran) cəhətdən gələcək olan* bir qovmdur ki, belə deyəcəklər: “Ey Ərəblər! Siz cox fanatizmə qaçdınız! Siz bunlara gərəyi kimi haqq tanımasanız, sizinlə hec kim birlik qurmayacaq… Bir gun, onlara və bir gun də sizlərə verilsin və qarşılıqlı sözlər tutulsun…” Onlar Mutıka** çıxacaqlar, Müsəlmanlar oradan aşağı Yazıya*** enəcəklər… Muşriklər o biri yandakı (Rakabe****) deyilən bir qapqara olan çayın kənarında dayanacaqlar… Aralarında döyüş olacaq: Hər iki ordudan, Allah, zəfəri qaldıracaq… (Qiyamət Əlamətləri, Bərzənci, s. 179)

*Faris cəhətdən gələcək olan: İran tərəfindən gələcək olan

**Mutık: Bölgədəki bir dağın adı

***Yazıya enəcəklər: Duzənliklik- İraq düzənliyi

****Rakabe: Neft quyularının çox olduğu bölgə

“Ey Ərəblər! Siz cox fanatizmə qaçdınız! Siz bunlara gərəyi kimi haqq tanımasanız, sizinlə hec kim birlik qurmayacaq…”

Hədisin bu hissəsində iki tərəf arsında, həddindən artıq milliyyətcilikdən qaynaqlanan bir anlaşılmazlığın olacağına diqqət cəkilir. Bu anlaşılmazlıq səbəbiylə, “Yazı”ya eniləcək və döyüş başlayacaq. (Yazı: İraq düzənliyi)

“Allah, hər iki ordudan zəfəri qaldıracaq…”

Bu hədisin də işarə etdiyi kimi, iran-iraq doyuşu 8 il davam etmiş və minlərlə itkin verilməsinə baxmayaraq bir nəticə alına bilməmişdir. İki tərəf də qəti bir ustunluk təmin edə bilməmişdir.

3. Fırat ilə Dəclə Arasındakı Böyük Döyüş:

Fırat ilə Dəclə arasında Zevra (Bağdad) deyilən bir şəhər olacaq. Orada böyük bir döyüş olacaq. Qadınlar əsir ediləcək, kişilər isə qoyun kəsilər kimi boğazlanacaq. (Kenzul Ummal, Kitabul qiyamə qisim-ul efal, c. 5, sf. 38, Əl Muttəqi)

Hədisdə kecən “Fırat və Dəclə arasında yaşanacaq bu böyük döyüşlə” də yaxın keçmişdə yaşanan iran-iraq doyuşunə diqqət cəkilmişdir. Əvvəlki səhifələrdə də gorduyumuz kimi, iki musəlman olkə arsında yaşanan bu böyük döyüşdə, hədisdə diqqət cəkilən torpaqlarda böyük qarşıdurmalar yaşanmış, kəndlər, qəsəbələr, şəhərlər ağır bombardıman altında yerlə bir olmuşdur. Qadın, uşaq, yaşlı ayrı seçkiliyi edilmədən bir cox insan doyuşdə həyatını itirmişdir. İrəliləyən tarixlərdə ortaya çıxan toplu məzarlar, doyuş əsnasında həyatını itirən insan sayının təxmin ediləndən çox olduğunu göstərməkdədir. Bu bolgədə hələ də qarşıdurmaların, qarışıqlığın və anarxiyanın davam etməsi də hədislə eynidir.

4. Fıratın Suyunun Kəsilməsi:

Mehdinin əlamətlərindəndir: Fırat çayının dayandırılması. (Kitabul Burhan Fi Əlamətil Mehdiyy Axır Zaman, s. 39)

Fırat (çayının suyu çıkilərək) qiymətli qızıl xəzinəsini şərhi şərhi zamanı yaxınlaşır. Hər kim o zaman orada olsa, ondan bir şey goturməyə çalışmasın. (Çünki qoca dünyanın ömrü sona çatmış olacaq.) (Səhihi Buxari, 12/305)

Rəsulullah: “Fırat Çayı qızıl bir dağ üzərindən açılmadıqca qiyamət qopmayacaq. İnsanlar onun üçün hərb edəcək və hər yuz adamdan doxsan doqquzu olduruləcək, onlardan hər adam, `Xilas olan mən olsaydım` deyəcək” buyurmuşdu. (Səhihi Muslim, 11/320)

(Rəsulullah:) “Fırat Çayı bir qızıl dağını ortaya çıxarar” dedi. (Sunəni Əbu Davud, 5/116)

(1) Fırat Çayının suyunun çəkilib...

Suyuti həzrətlərinin kitabında bu hədis “suyun dayandırılması” olaraq keçməkdədir. Həqiqətən də Kəban Anbarı, Fırat çayının suyunu dayandırmış, kəsmişdir.

(2.) “Qızıl”dan bir dağ meydana çıxmadıqca...

Edilən anbar sayəsində: elektirikin çıxarılması, toplanan suyun ərazidə isitfadə edilərək torpağın səmərəsinin artması və nəqliyyat asanlığının təmin edilməsi kimi səbəblərlə, buradakı torpaqlar “qızıl” kimi qiymətli hala gəlmişdir.

Kəban Anbarı betondan nəhəng bir dağı xatırlatmaqdadır. Bu anbardan (hədisdə bənzətməyə gorə dağdan) qızıl dəyərində sərvət tokulməkdədir. Bu səbəbdən anbar “qızıl bir dağ” xüsusiyyətini qazanmaqdadır. (Ən doğrusunu Allah bilər.)

(3.) Bu xəzinə uzərində Kıtal* hadisəyə gəlir

*Kıtal: Bir çox adamın ölümünə səbəb olan doyuş.

Bolgədə hələ də davam edən məhşur anarxiya və kıtal səbəbiylə oradan torpaq alan, o bolgədəki anarxiyanın zərərinə uğraya bilər. Hədisdəki ifadə il ya olər ya da oldurulər.

5. Ramazan ayında Ay və Gunəş tutulmaları:

Mehdi ucun 2 əlamət vardır ki, bunun birincisi, Ramazanın birinci gecəsi Ayın, ikincisinin də ortasında Günəşin tutulmasıdır. (əl-Kavlul Muxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 49)

Ramazanın birinci gecəsi Ay, ortasında Günəş tutulacaq. (Qiyamət Əlamətləri, Bərzənci s. 199)

Onun səltənəti zamanında, Ramazan ayının on dördündə Gunəş tutulacaq, o ayın ilkində isə Ay qaralacaq... (Məktubati Rəbbani, 21/1163)

... Gunəşin oruc ayının ortasında, Ayın isə sonunda tutulması... (Kitabul Burhan Fi Əlamətil Mehdiyy-il Axır Zaman, s. 38)

Yuxardakı rəvayətlərdə diqqəti cəkən ən əhəmiyyətli noqtə Ramazan ayının ortasında, həm Gunəş tutulmasının reallaşması həm də bir ay icində “Ay”ın və “Gunəş”in iki dəfə tutulmasıdır.

Bu hədislərdə bildirilən Ay və Gunəş tutulmaları Hicri 1400-ün başlarında reallaşmışdır. 1981-ci ildə (Hicri 1401-də) Ramazan ayının 15-ci günü Ay, 29-cu günü də Gunəş tutulmuşdur. Yenə ikinci olaraq, 1982-ci ildə (Hicri 1402-də) Ramazan ayının 14-cü günü Ay, 28-ci gunu də Gunəş tutulmuşdur.

Bu hədislərin Hz. Mehdinin digər çıxış əlamətləriylə eyni dovrdə meydana gəlməsi və hicri 14-cu əsrin başlarında, ust-ustə iki il (1401-1402) mocuzəvi bir tərzdə təkrarlanması rəvayətlərin işarəsinin bu hadisələr ola biləcəyini quvvətləndirməkdədir.

Ustəlik heyrət oyandıracaq şəkildə bəzər bir tutulma hadisəsi 2002 və 2003-cu illərdə də reallaşmışdır.

REALLAŞAN TUTULMA TARİXİ

Ay tutulması

Hicri 1423-də Ramazanın ortasında 20 Noyabr 2002

15 gun sonra

Gunəş tutulması

Hicri 1423-də Ramazanın sonunda 4 Dekabr 2002

Ay tutulması

Hicri 1424-də Ramazanın ortasında 9 Noyabr 2003

15 gun sonra

Gunəş tutulması

Hicri 1424-də Ramazanın sonunda 23 Noyabr 2003

6. Əfqanıstanın İşğalı:

Talikana (Əfqanıstana) təəsuf oldu. Şubhəsiz Allah Təalanın orada qızıl və gumuş olmayan xəzinələri vardır. Orada Allahı haqqıyla bilən insanlar vardır. Onlar axır zaman Mehdisinin köməkciləridir. (Kitabul Burhan Fi Əlaməti-əl Mehdiyy-il Axır Zaman, s. 59)

Hədisdə Əfqanıstanın Hz. Mehdi zamanında işğal ediləcəyinə işarə ola bilər. Həqiqətən də Rusların Əfqanıstanı işğalı olan 1979 ili Hicri 1400-cü ilə, digər bir ifadəylə hicri 14-cu əsrin başlanğıcına bərabər gəlməkdədir. Bilindiyi kimi hədislərdə Hz. Mehdinin əsr başında çıxacağı xəbər verilmişdir. Hz. Mehdiylə əlaqədar digər bir cox əlamətin də hicri 1400 və hicri 14-cu əsr başlarına bərabər gəlməsi, bu tarixlərin Hz. Mehdinin çıxışı haqqında əhəmiyyətli bir işarə daşıdığını göstərməkdədir.

Şərq tərəfindən bir alovun gorunməsi:

... Şərqdə, səmada uc gecə gorunən böyük bir alovun çıxması. Mutad (alışılmış) şəfəq qırmızılığı kimi olmayan bir qırmızılığın səmada gorulub ufuqdə yayılması. (Kitabul Burhan Fi Əlaməti-əl Mehdiyy-il Axır Zaman, s. 32)

... Siz uc və ya yeddi gun, şərqdən bir alovu gorduyunuz zaman Məhəmmədin çıxmasını gözləyin, Allahu Təala, bir münadi Mehdinin adı ilə səmadan səs edəcək ki, şərqdə qərbdə olan hər kəs bu səsi eşidəcək. Belə ki qorxudan yuxuda olanlar oyanacaq, ayaqda olan cokəcək, oturan isə ayağa qalxacaq. (Kitabul Burhan Fi Əlaməti-əl Mehdiyy-il Axır Zaman, s. 32)

And icirəm ki bir alov sizi qucaqlayacaq. O alov bu gun Berehut deyilən vadidə sonuk vəziyyətdədir. O alov icində boyuk əzab olduğu halda insanları örtər. O alov insanları, malları yandırıb bitirər. Səkkiz gun icində kulək ilə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılar. Gecəki istisi gunduzki hərarətindən daha şiddətlidir. O alov insanların başının uzərindən ərşin altına qədər yaxınlaşaraq dünya ilə səma arasında göy gurultusu kimi qorxunc səs-kuyu olar, buyurdu. (Olum Qiyamət Axirət və Axır Zaman Əlamətləri, s. 461)

Bəzi kəslər bu alovu, səbəbsiz yerə birdən-birə ortaya çıxan, sonmə nədir bilməyən, hətta hər kəsin olduğu yerdən mutləq gorəcəyi tərzdə bir əlamət olaraq gozləməkdədir. Halbuki qiyamət əlamətlərinin meydana gəlişi əsnasında dünyadakı imtahan davam etdiyindən, onların başa düşülməsi, hər kəsin məcbur olaraq qəbul edəcəyi bir açıqlıqda olmaz. Bu səbəblə insanlar ağıllarını, vicdanlarını, iradələrini istifadə edərək qərar verərələr. Alov əlamətini də bu şəkildə qiymətləndirmək lazımdır. Bir alov səbəbsiz yerə çıxmaz, ya bir qəza ya da bir partlama kimi qəsd və ya laqeydlik nəticəsində çıxar. Bir alovun Hz. Mehdinin çıxış əlaməti olaraq deyilməsi, onun cox qəribə və fovqəladə bir əlamət şəklində çıxmasını tələb etməz. Əhəmiyyətli olan bu alovun, hədisdə təsvir edilən xususiyyətlərə uyğun olaraq çıxmasıdır.

Bir əvvəlki səhifədə yer verdiyimiz hədislərdə, alov ucun “sonuk bir vəziyyətdədir” deyilməkdədir. Alov, yanıcı bir maddənin yanmasıyla meydana gəldiyinə gorə, burada sonuk vəziyyətdə gozləyən alovun özü deyil, alovun yanacağı xammaldır. O halda burada torpaqaltından çıxarılan neftə işarə edilir ola bilər. Necə ki hədisdəki Berehut deyilən yer, bir quyunun adıdır. Bu quyu neft quyusu olaraq düşünülə bilər. Zamanı gəlincə bu quyulardan çıxarılan neft, yanmağa hazır bir alov halına gəlməkdədir.

“O alov boyuk əzab olduğu halda insanları örtər.” O alov, yalnız yanan bir alov deyil, eyni zamanda insanları canından, malından edərək əzab icində, əzab-kədər icində və butun təbiəti cirklədəcək olan bir alovdur.

“O laov insanları, malları yandırar bitirər.” O alov bir qisim insanların ölümünə səbəb olmaqdadır. Bunu yanında malları yandıraraq, maddi zərərə səbəb olduğu kimi, bütün ətrafı və təbiəti cirklədərək də insanların dolanışıq qaynaqlarını yox etməkdədir.

“Səggiz gun icində kulək ilə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılar.” O alovun, “külək ilə bulud kimi ucan” ozu deyil tustusudur. Burada bənzətmə edilərək tustunun buludlara qədər yuksələcəyi də izah edilmişdir. Bu tustu kuləyin təsiriylə hər istiqamətə doğru yayılmaqdadır.

“Gecəki istisi , gunduzki hərarətindən daha şiddətlidir.” O alovun həm gunduz, həm gecə davamlı yandığı aydın olmaqdadır.

“O alov insanların başının üzərindən ərşin altına qədər yaxınlaşaraq, dünya ilə səma arasında göy gurultusu kimi qorxunc səs-kuy olar.” O alovun cox yuksəklərə qədər çıxdığına və bu alovdan goy gurultusu kimi cox şiddətli bir səs-kuy ilə partlamalar meydana gəldiyinə işarə edilməkdədir.

“Goydə alışılmış olan qırmızılığın əksinə tam fərqli bir qırmızılıq yayılacaq.” Hədisin bu qismində, hadisənin gecə vaxtlarında meydana gələcəyinə işarə edilmişdir. Gecə vaxtı meydana gələn böyük partlayışın alovları çox şiddətli bir işıqlanma edər. Bu alovların meydana gətirdiyi qırmızı işıqlanma, xalqın vərdiş etdiyi qırmızıdan çıx ayrıdır. Çünki gecə vaxtı belə gündüz kimi işıqlanma fövqəladə bir hadisədir.

Bilindiyi kimi İyul 1991-ci ildə İraqın Küveyti işğalı sonrasında, Küveytə aid neft quyularını alova verməsinin ardından Küveyt və Bəsrə korfəzini cox boyuk bir alov burumuşdur. Bu movzu mətbuatda bu şəkildə iştirak etmişdir:

-Kuveytdə yanan neft, insan və heyvanlar arasında ölümə səbə olmaqdadır. Mütəxəssislərə gorə gundə yarım milyon ton neft, tüstü olaraq atmosferə qarışmaqdadır. Hər gun 10 min tondan cox, kukurd, karbon 4 oksid və boyuk miqdarda xərcəng əmələ gətirən xususiyyəti olan hidrokarbonlar bulud kimi korfəz uzərində asılı dayanmaqdadırlar... Tək korfəz deyil, onun şəxsində dünya yanmaqdadır. (Qurdlar Süfrəsində Orta Şərq, M. Nəcati Ozfatura, s. 175)

-Alova verilən iki quyu, Turkiyənin bir gundə çıxara bildiyi qədər neft verir və tustulər 55 km. Uzaqlıqdakı Səudiyyə Ərəbistandan belə gorulə bilir. (Azadlıq, 23 Yanvar 1991)

-Korfəzdə sonməyən fəlakət xəbərləri: Kuveytdə alova verilən yuzlərlə neft quyusu alov alov yanır. Mütəxəssislərin “sondurmək son dərəcə cətin” dedikləri neft quyularındakı yanğının Türkiyədən Hindistana qədər olan geniş bir bolgəni ən az 10 il muddətlə təsir edəcəyi bildirilir. (Qurdlar Sufrəsində Orta Şərq, M. Nəcati Ozfatura, s. 171)

8. Kometanın keçməsi:

Mehdinin çıxışından əvvəl, (hər tərəfi) işıqlandıran quyruqlu bir ulduz doğacaq. (Qiyamət Əlamətləri, Bərzənci s. 200)

O (Hz. Mehdi) gəlmədən əvvəl, şərqdən işıq verən bir kometa gorunəcək. (əl-Kavlul Muxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 53)

O ulduzun doğulması, Günəş və Ay tutulmasından sonra olacaq. (Kitabul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 32)

Tarix boyunca bu kometanın keçdiyi zamanlarda Müsəlmanlar baxımından çox əhəmiyyətli hətta donuş noqtəsi sayıla biləcək hadisələr meydana gəlmişdir. Bunlardan bir qismi Peyğəmbərimiz (s.ə.s.)dan edilən rəvayətlərdə də bildirilmişdir. Bu rəvayətlərə gorə soz movzusu ulduz gorunduyundə;

-Hz. Nuh qovmu həlak olmuşdur.

-Hz. İbrahim alova atılmışdır.

-Firon və qovmu yox edilmişdir.

-Hz. Yəhya oldurulmuşdur.

-Hz. İsa doğulmuşdur.

-Rəsulullah Əfəndimiz (s.ə.s.)ə ilk vəhy gəlməyə başlamışdır.

-Osmanlı dövləti tarix səhnəsində iştirak etməyə başlamışdır.

-İstanbul, Fateh Sultan Məhmət tərəfindən fəth edilmişdir.

Halley Kometası Haqqında Bəzi Maraqlı Rəqəmlər

Halley kometası ilə əlaqədar bəzi ədədlərin “19” sayının tam qatları olması olduqca diqqət cəkicidir:

Halley Kometası 76 ildə bir kecir.

76=19X4

Bu ulduz ən son Hicri 1406-da goruldu.

1406=19X74

Bu movzuyla əlaqədar bir başqa diqqət cəkici vəziyyət də budur: Yuxarıda da hesabladığımız kimi Halley ulduzunun keçmiş olduğu Hicri 1406 ili 19-un tam 74 qatıdır. “74” sayı isə eyni zamanda Qurani Kərimdə 19 mocuzəsinə işarə edilən Muddəssir Surəsinin sıra nömrəsidir.

Bilindiyi kimi Quranın Müddəssir Surəsinin (74-cu surə) 30-cu ayəsində “19” sayının möminlər ucun bir rəhmət, inkar edənlər ucun isə bir fitnə vəsiləsi olduğu bildirilməkdədir.

Halley kometasının 19 ilə olan bu mocuzəvi əlaqəsi də, kafirlər ucun bir fitnəni, mominlər ucun isə bir rəhməti mujdələdiyinə işarə edir ola bilər.

Muddəssir surəsinin 1-ci və 2-ci ayələrində Hz. Məhəmməd (s.ə.s.)ə “Ey ortunən! Qalx və qorxut” buyrulmaqdadır. Bu, ayələrin açıq mənasıdır. Lakin bu ayələrin axır zamana istiqamətli ikinci bir ortulu, gizli işarələri də ola bilər. Bəlkə də “Ey gizlənən” deyilərək Rəsulullah Əfəndimizin nəslindən gələcək olan və Hicri 1406-da çıxış əlamətlərindən biri (Kometanın doğuşu hadisəsi) meydana çıxacaq olan Hz. Mehdiyə işarə edilir ola bilər.

74- Muddəssir Surəsi

1. Ey ortuyune burunən

2. Qalx və qorxut (xəbərdar et)

(Muddəssir, orutunən, burunən, gizlənən deməkdir.)

Bir başqa boyuk mocuzə və işarə isə Halley ulduzunun 1986 (Hicri 1406)`dakı keçişinin, Hz. Məhəmməd (s.ə.s.)in peyğəmbərliklə vəzifələndirildiyi miladi 607dən bu yana 19 dəfə kecməsidir.

A.S Eziz ve Muhterem Admin : Text uzun olsa bile Tam shekilde  Me`lumati silmeyin Oxuyuculara Maraqli olar.  INSHALLAH Allah sizlerden Razi olsun.

Link : HZ. MEHDİ (Ə.S.) HZ. İBRAHİMİN NƏSLİNDƏNDİR Kitabn Yukluye bilersiz YENI TERCUME EDILMISH

--------------------------------------------------------------------------------------------------------------------

HEYATA BAXISHINIZI DEYISHDIRECEK ESERLER

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 4 weeks later...

maşaALLAH. Mən də bu mövzu barədə müzakirəyə qoşulmuşam. Yazdığınız hədisləri mən də yazmışam. Amma bəzi insanlar iddia edir ki, bu hədislər doğru deyil. Mehdi ümumiyyətlə hələ doğulmayıb.

İşinizdə uğurlar arzulayıram.

P.S.Türk-islam birliyi barədə də məlumatlar yazsaydınız, oxuyardım, inşaallah

Ссылка на комментарий
Поделиться на других сайтах

maşaALLAH. Mən də bu mövzu barədə müzakirəyə qoşulmuşam. Yazdığınız hədisləri mən də yazmışam. Amma bəzi insanlar iddia edir ki, bu hədislər doğru deyil. Mehdi ümumiyyətlə hələ doğulmayıb.

Mehdi (ə.f) çoxdan doğulub və İmam Həsən Əskərinin şəhadətindən sonra ümmətin imamıdır. Hələ zühur etməyib. Əgər edibsə sübut edin ki, edib və kim olduğunu deyin. Əgər bilmirsizsə kimliyin demək ki qeybdədir elə sizin nəzərinizcədə də

Ссылка на комментарий
Поделиться на других сайтах

maşaALLAH. Mən də bu mövzu barədə müzakirəyə qoşulmuşam. Yazdığınız hədisləri mən də yazmışam. Amma bəzi insanlar iddia edir ki, bu hədislər doğru deyil. Mehdi ümumiyyətlə hələ doğulmayıb.

Mehdi (ə.f) çoxdan doğulub və İmam Həsən Əskərinin şəhadətindən sonra ümmətin imamıdır. Hələ zühur etməyib. Əgər edibsə sübut edin ki, edib və kim olduğunu deyin. Əgər bilmirsizsə kimliyin demək ki qeybdədir elə sizin nəzərinizcədə də

“Dünyadan bir gecə belə qalsa, Allah o gecəni uzadar və Əhli Beytimdən biri gələrək dünyaya hakim olardı.

Onun adı adıma, atasının adı atamın adına uyğun olar. Daha əvvəl yer üzü necə zülmlə doldusa, o, onu ədalətlə dolduracaq.”

(Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 11)

Allahın Aslanı Hz. Əli (ə.s) Peyğəmbərimiz (s.ə.v)dən axır zamanda zühur edəcək olan axır zamanın ən böyük qütbü və vəlisi olan Hz Mehdi (ə.s.)ın adını ona söyləməsini istəmişdir. Ancaq Peyğəmbərimiz (s.ə.v) Allahın zühur etdirəcəyi vaxt gələnə qədər Hz. Mehdi (ə.s.)ın adının gizli qalacağını, bunun Allahın ona bildirdiyi xüsusi bir sirr olduğunu ifadə etmişdir. Demək ki, Hz. Mehdi (ə.s)ın əsl ismi Əhməd, Mahmud, Muhamməd, Mustafa olan bu dörd isim deyil. Əgər belə olsaydı, hədisdə "adı adıma uyğun olar "deyildiyi üçün, bu adlardan biri deyiləcək və gizlənəcək bir sirr də olmayacaqdı. Ancaq Hz. Mehdi (ə.s)ın ismi sirr olduğu üçün bilinməməkdədir.

Hz. Mehdi (ə.s)ın adı, Uca Allahın Elçisinə əmanət etdiyi sirrlərdən biridir. Amma bu sirr nə zaman ortaya çıxacaq? Hədisdə, Peyğəmbər (s.ə.v)in Hz. Əli (ə.s)a "Uca Allah onu ortaya çıxarana qədər, onun adını kimsəyə söyləməmək üçün məndən vəd aldı"- buyurduğu bildirilməkdədir. Demək ki, Hz. Mehdinin adı zühur illərində müəyyən olacaq.

Hz. Əli (ə.s) məhşur Qəsideyi Ərcüzəsində Peyğəmbərimiz (s.ə.v)ə "Hadi olan Mustafa Adnan Peyğəmbər" şəklində xitab etmişdir.

“Bundan ötəri iki ad sahibi oldum. Bir də ləqəb ki, daha əvvəl heç eşitməmişdim. Əbu Turab ki, mənə bu ləqəbi vermişdi Hadı olan Mustafa Adnan peyğəmbəri...

(Hz. Əli (ə.s)ın məhşur Qəsideyi Ərcuzəsindən)

Peyğəmbər (s.ə.v)in şəcərəsində bilinən ilk babasının adı Adnandır. Buna görə də bütün o soyun hamısı Bəni Adnandır, Adnanilərdır. Peyğəmbər (s.ə.v) də Adnanidır. Peyğəmbərimiz (sə.v) bu dövrdə yaşasaydı, ona "Möhtərəm Adnan" kimi xitab ediləcəkdi. Peyğəmbər (s.ə.v)in oğulu da olsa, atası da olsa yenə eyni şəkildə "Möhtərəm Adnan" adıyla xitab ediləcəkdi. Bu səbəbdən Peyğəmbərimiz deyir ki; "Adı adıma uyğun, atasının adı da atamın adına uyğun".

Ссылка на комментарий
Поделиться на других сайтах

Başa düşmədim həmin o iddia etdiyiniz adamın adı bəyəm Adnan deyil? Soyadı da Oktar?

Adnan atasının adı deyil ki?

Deməli Sizin iddia etdiyiniz şəxsi artıq bu siyahıdan silmək olar. Təşəkkür edirəm ki, özünüz öz dilinizlə buna aydınlıq gətirdiniz. Elə bununla da bu mövzunu bağlayaq.

Ссылка на комментарий
Поделиться на других сайтах

Hə, solluna, çox sağol. Axırı ki, kimin olduğunu dedin, Adnan Oktar :)))) bunu özü yazıb? Hansı məqalədə? xahiş edirəm ssılkasını verin. Kim görmək istəsən Harun Yahyanın Mehdilik iddiasını ora baxsın. xahiş edirəm ssılkanı yazın.

1. Atası atamın adından olacaq hədisi həməqidən demişkən falşifkadır. Atasının adı Həsəndir (ə)

2. Siz nə vaxt Kitabus Sittədən bir şey yazacaqsız?

3. Əgər adı gizlidirsə, bəs sizə necə çatdı ki, adı Adnan olacaq? Nə olsun, Peyğəmbərin (s) Əhməd də adıdır. Adnan peyğəmbərin harada göstərilir ki adı olub? Xahiş edirəm mənbə ilə yazın Hz Əliyə istinad etdiyiniz qəsidəni

4. Mənim əvvəlki suallarım (digər mövzudakı) cavab verin, həmçinin

Mehdi (ə.f) çoxdan doğulub və İmam Həsən Əskərinin şəhadətindən sonra ümmətin imamıdır. Hələ zühur etməyib. Əgər edibsə sübut edin ki, edib və kim olduğunu deyin. Əgər bilmirsizsə kimliyin demək ki qeybdədir elə sizin nəzərinizcədə də

sübut edin ki, qeybdə deyil! demişdiz fəaliyyətdədir. Neyniyir? Darvinistlərə qarşı harunyahya.org saytında məqalələr yazır? :)))))

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...