Перейти к содержимому

Ölülərə Quran oxumaq varid olunubmu?


Əbdül_Əziz222

Recommended Posts

Uca Allahın adı ilə!

Əbu Hənifə və İmam Əhmədin məzhəbinə görə ölü üçün Quran oxumaq icazə olduğu fikrindədirlər. Amma İmam Malik və İmam Şafinin məzhəbinə görə ölü üçün Quran oxumaq olmaz və bunun savabının ona çatmayacağını qeyd etmişlər.

Bu mövzu ilə bağlı Əbu Hənifə və İmam Əhmədin məzhəbinin dəliləri qiyasdan (müqayisədən) ibarətdir. Yəni onlar deyirlər ki: "Vəfat etmiş insanın adından həcc, ümrə etmək və onun borcunu vermək ölən insanın üzərinə savab çatacağı halda, ölü üçün Quran oxumaq onun mislinə bərabərdir. Necə ki, bir insanın atası vəfat edibsə, onun övladları onun adından həcc, ümrə etmək və onun borcunu verərək ölən atalarına savab çatacaqdırsa, onun üçündə Quran oxumaq bunun müqayisəsinə bərabərdir. Yəni bir ölü üçün Quran oxumaq onun üzərinə savabı çatır, onun bağışlanmasına səbəb ola bilər və bu cür ölüyə savab yazılar" fikrindədirlər.

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu mövzu ilə bağlı İmam Malik və İmam Şafinin məzhəblərin dəliləri budur ki, Allah rəsulu (s.a.v) və onun əshabələri heç vaxt ölülər üçün Quran oxumayıblar. Uca Allah Quranda buyur: "Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki, diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin". (Yasin 69:70). Bu ona dəlildir ki, Quran oxumaq məhz dirilər üçün zikir olunmuşdur. İmam Malik və İmam Şafi (Allah hər ikisinin qəbrini nurla doldursun) bu məsələ ilə bağlı deyirlər ki: "Əgər ölülər üçün Quran oxumaq varid olunsa idi, Allahın rəsulu (s.a.v) Xədicə ilə Həmzənin (Allah hər ikisindən razı olsun) qəbrinə gedib onlar üçün Quran oxuyub və savabını onlara hədiyyə edərdi, lakin bu cür hadisələr varid olunmayıb və bununla belə, ölülər üçün Quran oxumaq bidətdir".

Bunu da qeyd edim ki, sunnədə ölülər üçün xüsusi dua oxumaq varid olunmuşdur. Müvəffəqiyyət Allahdandır.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...