Перейти к содержимому

QURAN MÖCÜZƏLƏRİ


solluna

Recommended Posts

GÜNƏŞin HİDROGEN VƏ HELİUM TƏRKİBİ

Günəş 70% Hidrogen (H), 28% də Helium (Hə) atomlarından meydana gəlmişdir. Digər maddələr 2%dən daha az yer tuturlar. Günəşdə hər saniyə 600 milyon ton Hidrogen, 596 milyon ton Heliuma çevrilməkdədir. Qalan 4 milyon ton isə istilik və işıq enerjisi olaraq istehlak edilir. Bu baxımdan Günəş deyildiyində ilk olaraq, H (Hidrogen) və Hə (Helium) atomlarını birləşdirən hərflər başa düşülür. Qurandakı "Günəş" mənasını verən "Şəms" surəsində isə, surədəki on beş ayənin hamısı istisnasız olaraq H və E hərfləriylə bitməkdədir. Bu hərflərin ərəb dilindəki qarşılıqları belədir:

(Ərəb dilində Hə hərfi) - (Ərəb dilində Əlif hərfi)

Aşağıda Şəms surəsindəki ayələrin ərəb dilində yazılışları və son sözlərinin oxunuşları görülməkdədir.

Cədvəldən də görüldüyü kimi Şəms (Günəş) surəsindəki bütün ayələrin sonu, hə və əlif hərfləri ilə bitir. Hidrogenin simvolu "H" və Heliumun simvolu "HƏ" hərflərini ehtiva etməkdədir. Quranda Şəms surəsindən başqa heç bir surə əvvəldən sona qədər HƏ hərfləri ilə bitmir. Bu baxımdan Quranda yalnız bu surədə belə bir hərf düzülməsinin olması son dərəcə diqqət çəkicidir. Ayrıca Şəms surəsinin nömrəsi olan 91 rəqəmi də xüsusidir. Hidrogen xaricində təbiətdə 91 element daha vardır və bunlar Hidrogen atomlarından meydana gəlməkdədir. Digər bir ifadə ilə, ən yüngül element olan Hidrogendən ağır 91 elementdəki bütün atomlar, Hidrogenin intra-atomik (atomlararası) mürəkkəbləridir. Bu səbəblə Günəşdə mövcud olan H (Hidrogen) atomu, təbiətdəki digər 91 elementi də meydana gətirməkdədir.

Kainatı, içindəki hər şeylə birgə Uca Allah yaratmışdır və yaratmağa davam etməkdədir. Bir ayədə belə buyrulmaqdadır:

Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi və əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şeyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (əl-Bəqərə surəsi, 255)

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...