Перейти к содержимому

Maddə - XƏYAL


rena73

Recommended Posts

"Xarici dünya"nın maddi həqiqətə sahib olmadığı və Allahın davamlı olaraq ruhumuza göstərdiyi görüntülərdən ibarət olduğu elmi və məntiqi həqiqətdir. Bununla yanaşı insanlar ümumiyyətlə "xarici dünya" anlayışına hər şeyi daxil etmir və ya etmək istəmirlər.

dünya yalnız insanı sınamaq üçün yaradılan görüntülər cəmidir. İnsanlar qısa həyatları boyunca həqiqətdə, maddi əsli olmayan hisslərlə sınanırlar. Bu hisslər isə əsasən möhtəşəm və cazibədar göstərilir. Bu həqiqiət, Quranda belə xəbər verilir:

"Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl və cazibədar göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah qatında olandır." (Ali imran Surəsi, 14)

İnsanların çoxu sahib olduqları ya da olmağa çalışdıqları malların, pulların, yığdıqları qızılların, gümüşlərin, ləl-cəvahiratların, kredit kartlarının, istifadə etdikləri şkaf dolusu paltarların, son model avtomobillərin, bir sözlə hər cür zənginliyin sehriylə dinlərini bir kənara qoyur, axirəti unudur və yalnız dünyaya yönəlirlər. "İşim var", "idealarım var", "məsuliyyətim var", "vaxtım azdır", "vacib işlərim var", "sonra edərəm" deyərək, dünyanın "bər-bəzəkli və cazibədar" üzünə aldanaraq namaz qılmaz, mallarını kasıblara verməz, axirətdə qazanc əldə etməyə vasitə olan ibadətlərə yönəlməzlər. Əksinə, yalnız dünyada qazanc əldə etməyə çalışaraq ömürlərini sərf edərlər. "Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər." ayəsində məhz bu aldanma təsvir edilir. (Rum Surəsi, 7) İnsan, bu izah edilənlər haqqında bir az dərin düşünsə, bu cür qeyri-adi, heyrətamiz həqiqəti özü də açıq-aydın dərk edər.

Bilməliyik ki, "dünya" dediyimiz görünütüləri yaradan Allah olduğuna görə bu dünyadakı bütün malın, mülkün sahibi də yalnız Allahdır. Necə ki, Quranda vurğulanır:

"Göylərdə və yerdə nə varsa hamısı Allahındır. Allah, hər şeyi əhatə edəndir." (Nisa Surəsi, 126)

Əsli xəyal olan ehtiraslar naminə dini bir kənara qoymaq və nəticədə sonsuz həyatı itirmək isə çox böyük ağılsızlıqdır. Bunun insana gətirdiyi tək şey sonsuz itkidir. Yeri gəlmişkən, diqqət yetirməli olduğumuz çox mühüm məsələ var: Qarşı-qarşıya olduğumuz bu həqiqət bizi "bütün sahib olduğunuz və dəlicəsinə sevdiyiniz var-dövlət, uşaqlar, dostlar, yoldaşlar, vəzifə-mövqe yox olacaq, ona görə də mənası yoxdur" nəticəsinə gətirməməlidir. Doğru nəticə belədir: Sahib olduqlarınızın heç biri bu an onsuz da yoxdur, hamısı yalnız xəyaldan ibarətdir, Allahın sizi sınamaq üçün göstərdiyi görüntülərdir. Diqqət yetirsəniz bu iki nəticə arasındakı fərqi görərsiniz.

İnsan bu gerçəyi bu an qəbul etmək istəməsə və bütün sahib olduqlarını varmış kimi qəbul edərək özünü aldatsa belə nəticədə ölümündən sonra yenidən dirildiyində, yəni axirətdə hər şey çox dəqiq ortaya çıxacaq. İnsan "...Sən bu gün sərrast görürsən!" (Qaf Surəsi, 22) ayəsinin sirri ilə hər şeyi daha açıq fərq edəcək. Amma əgər dünyadakı həyatını xəyali məqsədlər naminə sərf edibsə, orada heç yaşamamağı diləyəcək, "Kaş o ölüm qəti (əbədi) olaydı! Mal-dövlətim mənə heç bir fayda vermədi, güc və qüdrətim yox olub getdi" deyərək həlak olacaq. (Həqqa surəsi, 27-29)

Ağıllı bir insanın öhdəsinə düşən, bütün kainatın bu ən böyük həqiqətini vaxt var ikən burada qavramağa çalışmaqdır. Əks halda bütün ömrünü ilğımlar arxasınca qaçaraq israf edər və sonda çox böyük itkiyə məruz qalar. Allah, dünyada ilğımlar arxasınca qaçıb öz Yaradıcısını unudan bu insanların son vəziyyətlərini belə bildirir:

"İnkar edənlər; onların əməlləri ucsuz-bucaqsız ərazidəki ilğıma bənzəyər; susayan onu su sanar. Nəhayət ona çatdığında bir şey t. bilməz və yanında Allahı t.r. (Allah da) Onun hesabını tam olaraq verər. Allah tez haqq-hesab çəkəndir." (Nur Surəsi, 39)

Ссылка на комментарий
Поделиться на других сайтах

1905-ci ildə Albert Einstein işığın kvantalara, yəni enerji porsiyalarına sahib olduğu iddiasını ortaya atdı. Bu enerji porsiyalarına foton adı verilirdi. Zərrəcik olaraq adlandırılsalar da fotonlar 1860-larda James Clerk Maxwell’in iddia etdiyi kimi dalğa hərəkətinə bərabər şəkildə müşahidə edilə bilirdi. Bu səbəbdən işıq, dalğa və zərrəcik arasında keçid kimi idi.(1) Ancaq bu vəziyyət, Newton fizikası baxımından olduqca böyük ziddiyyət kəsb edirdi.

Einstein'dən sonra alman əsilli fizik Max Planck, işıq üzərində çalışmalar .raraq işığın həm dalğa, həm də zərrəcik halında olduğunu söylədi və bütün elm dünyasını təəcübləndirdi. Kvant nəzəriyyəsi adı altında ortaya atdığı bu nəzəriyyəyə görə enerji düz və davamlı deyil, kəsik, qopuq və nöqtəvari porsiyalar halında yayılırdı. Bu düşüncə Planck sabiti olaraq riyaziyyata köçürüldü. Kvant hadisəsində işıq həm maddə, həm də dalğa xüsusiyyəti göstərirdi. Foton deyilən maddəyə kosmosda dalğa yoldaşlıq edirdi. Yəni işıq kosmosda dalğa kimi, qarşısına maneə çıxdıqda isə aktiv zərrəcik kimi davranırdı. Başqa sözlə işıq, qarşısına maneə çıxana qədər enerji şəklinə bürünür, maneə ilə qarşılaşdığında isə sanki maddi varlığı varmış kimi qum dənələrinə oxşar şəkildə zərrəciklər formasını alırdı. Bu nəzəriyyə Planck'dan sonra Albert Einstein, Niels Bohr, Louis De Broglie, Erwin Schroedinger, Werner Heisenberg, Paul Adrian Maurica Dirac və Wolfgang Pauli kimi elm adamları tərəfindən inkişaf etdirildi. Hər birinə bu böyük kəşfdən ötrü Nobel mükafatı verilib.

Elm adamları, artıq maddənin cansız, kor və anlaşılmaz zərrəciklər olduğuna inanmırdılar. Başqa sözlə desək kvant fizikası materialist məna daşımırdı. Çünki maddənin özündə maddi olmayan bir şeylər vardı. Einstein, Phillip Lenard və Compton işığın dənəcik quruluşunu araşdırarkən, Luis De Broglie də dalğaların quruluşunu araşdırmağa başladı. Broglie'nin kəşfi isə fövqəladə idi. .rdığı çalışmalar nəticəsində atom altı zərrəciklərin də dalğa xüsusiyyətləri göstərdiklərini müşahidə etmişdi. Elektron, proton kimi zərrəciklər də özlərini dalğa kimi .rırdılar. Yəni materializmin mütləq maddə olaraq təyin etdiyi atomun içində materialistlərin inancının əksinə maddə deyil, əslində var olmayan enerji dalğaları vardı. Atomun içindəki bu kiçik zərrələr eynilə işıq kimi istədikləri zaman dalğa kimi davranır, istədikləri zaman da zərrəcik xüsusiyyəti göstərirdilər. Yəni materialist şərhə görə atomun içində "mütləq şəkildə var olan maddə", materialistlərin proqnozlarının əksinə bəzən görünən olur, bəzən də yox olurdu. Bu mühüm kəşf gerçək dünya zənn etdiyimiz görüntülərin kölgə varlıq olduğunu, maddənin fizikadan tamamilə uzaqlaşdığını və metafizikaya yönəldiyini göstərirdi. (2)

Fizik Richard Feynman, atom altı zərrəciklər və işıqla bağlı bu maraqlı gerçəyi bu sözlərlə açıqlayır: "Elektronların və işığın necə davrandıqlarını artıq bilirik. Necə davranırlar? Zərrəciklər kimi davrandıqlarını söyləsəm səhv təəssürata gətirib çıxarmış olaram. Dalğa kimi davranırlar desəm, yenə eyni şey. Onlar özlərinə xas, bənzəri olmayan şəkildə hərəkət edirlər. Texniki olaraq buna "kvant mexaniki davranış forması" deyə bilərik. Bu, daha əvvəl gördüyünüz heç bir şeyə bənzəməyən davranış formasıdır... Ən azından belə bir sadələşdirmə edə bilərik: elektronlar müəyyən mənada eynilə fotonlar kimi davranırlar; ikisi də eyni şəkildə "əcaibdir". Necə davrandıqlarını qəbul etmək təxəyyül tələb edir; çünki qəbul edəcəyiniz şey bildiyiniz hər şeydən fərqlidir... Bunun niyə belə olduğunu heç kim bilmir. "(3)

Bütün bunları yekunlaşdırsaq, kvant mexanikaçılarının söylədikləri obyektiv (həqiqi) dünyanın bir illuziya olduğu idi.(4) Max Planck Institude of Physics (Max Planck Fizika İnstitutu) idarəçisi prof. Hans-Peter Dürr bu gerçəyi belə təqdim edir:

Maddə hər nədirsə, maddədən hazırlanmamışdır.(5)

1. George Gilder http://www.taemag.com/issues/articleid.170...icle_detail.asp

2. David Pratt http://www.theosophy-nw.org/theosnw/science/prat-mat.htm

3. Richard Feynman, The Character of Physical Law, Türkçe baskı: Fizik Yasaları Üzerine, TÜBİTAK Yayınları, s. 149-151 - http://www.zamandayolculuk.com/cetinbal/kopenhag.htm

4. Thomas J. McFarlane, "The Illusion of Materialism" http://www.integralscience.org/materialism/materialism.htm

5. Peter Russell, The Primacy of Consciousness, http://www.peterussell.com/SP/PrimConsc.html

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...