Перейти к содержимому

azmish firqe


ibn hussin

Recommended Posts

  • Ответы 58
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Yəqin Huseyn Musavi kimi qondarma şiələrdəndir :)))

http://az.313news.net/article/a-11.html

Bir də, bir alim göstərin, cahil şəxs yox. Məsələn əhli sünnədən şiə olanlardan biri Ticani Səmavidir. Siyahı yüzlərlədir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Suallara deyil, açan kimi iftiralarla rastlaşdım

Şiələr Allahi zati ilə hər yerdə olduğuna inanırlar.Allahin həm yerdə həm də göydə olduguna inanmaqla tövhiddə cəhmiyyə və mötəziləyə yaxinliq sərgiləyirlər.Allahin feeli sifətlərini inkar edirlər.

Hansı feli "sifətlərini"? Utanmırsız? Əgər istiva deyirsizsə, heç bunu sünnülərin əksəriyyəti qəbul etmir. Əhli sünnətin əqidəsi mövzusunda yazmışam

İstiva ayəsini”Allah ərşi hökmü altina aldi”ve ya”Allah ərşə nəzər yetirdi”kimi təvil edirlər.Ayədə”Allah göyü və yeri 6 gündə yaratdi,sonra ərşə istiva etdi”deyilir.Onlarin ayəni başa düşdüyü tərəfdən yaxinlaşsaq onda Allah yeri və göyü yaratdiği 6 gündə ərş onun hökmü altında deyildi və yaxud ərş onun nəzərindən kənarda idi.Bununla da özləri də bilmədən Allaha acizlik sifəti verirlər ki,Allah bütün bu sifətlərdən uzaqdir.

Mən də sual verirəm ki, 6 gün ərzində yaradanda bəs Allah harada oturmuşdu? :)

Şiələrə görə Muhamməd (s.a.v) öz vəzifəsini yerinə yetirə bilmir.yani Əlini r.a öz yerinə xəlifə təyin etməyə nail olmur.Bu iş Allah tərəfindən bir vəzifə idi və Hz Muhamməd (s.a.v)bu vəzifəni yerinə yetirə bilmədi.Bu isə ona (s.a.v) atılmış iyrənc bir iftiradır.Onlar dinin tamamlanmadiğina inanirlar.Muhamməd (s.a.v) dini layiqincə dəvət edə bilmədiyini,7 səhabə və Əlinin r.a ailəsindən başqa heç kəsin bu dini layiqincə yaşamadiğını iddia edirlə

Allah yalançılara lənət eləsin! Bir alimin fikrini gətirin ki desin Hz Muhammad (s) vəzifəsini yerinə yetirməyib?!!! Elə siz də Əbubəkri xəlifə bilirsiz, o zaman siz də iddia edirsiz ki, vəzifəsini yerinə yetirməyib.

O ki, qaldı neçə səhabənin qaldığına dində, onların sayı 7-dən qat qat çoxdur. Lazım olsa, bir neçəsinin adını sadalayarıq inşallah

Allahin qoyduğu hökmü peygəmbər və səhabələrcə icra edilmədiyini söyləyirlər.Bütün bunlar isə maidə surəsinin 3 cü ayəsinə ziddir.Səhabələrin Allahin ayələrini bilə-bilə inkar etdiklərini,Əlinin r.a xəlifəliyini qəbul etmədiklərini və bununla daim Maidə surəsi 44 cü ayəyə görə kafir olduqlarını iddia edirlər.Və beləliklə rafizilər özləri də fərqinə varmadan Əliyə r.a zülmə boyun əydiyinə görə zalim,kafir hakimə beyət etdiyinə görə kafir,onlara qarşi cihad etmədiyinə görə qorxaq,onlarla musəlman kimi muamələ etdiyinə görə munafiq adlarini verirlər…

Söhbət bütün əshablardan getmir. Səqifədə cəmi 40 səhabə var idi!!! Hz Əli isə din xatirinə səbr etdi. Üsyan etsə idi, xarici təhlükə də baş alardı ölkəni. Hz Əli həmişə İslam uğrunda vuruşub, Ömər də Əbubəkr də Ühuddə qaçanda Hz Əli orada Peyğəmbəri (s) qoruyurdu! Hz Əli həmən vaxtı (xəlifəliyinin qəsb olunduğu) belə vəsf edir: boğazında sümük, gözündə tikan qalmış şəxs kimi səbr etdim...

Hətta Ömərin r.a əmri ilə zovcəsi Fatimə r.a Qunfuz adli bir şəxs tərəfindən öldürüldüyünü iddia edirlər və bununla da Əlinin r.a peyğəmbərin (s.a.v) əmanətinə xəyanət etdiyini,öz zövcəsinin qisasini almadiğini söyləmiş olurlar.

Bu əhli sünnə mənbələrində də var! Özünüz də bunu yaxşı bilrsiz. Hz Əli din naminə səbr etdi və hz Peyğəmbərin ona bəzi qeyb xəbərlərini də demişdi. Hz Əli din naminə səbr etdi.

Şiələr onu övən hədisləri qəbul edirlər və bu hədislərə bel bağlayirlar lakin bir şeyi unudurlarki bu hədislər də başqa hədislər kimi səhabələrdən gəlir.O səhabələrdən ki şiələr onlari kafir,mürtəd sayirlar.Bəs necə olur ki kafir saydıqları səhabələrdən özlərinə sərf edən hədisləri götürür,sərf etməyənlərə isə arxa çevirirlər.Bax,bu suala heç bir rafizi cavab verə bilməz.

Rafizi cavab verə bilməz! Buna ancaq Hz Muhammadin sünnəsi ilə gedən Əli şiələri cavab verə bilər! Rical elmindən heç xəbəriniz yoxdur? İlk öncə ona əsasən. Daha sonra hədisin mətninə əsasən. Müaviyyə möminlərin dayıısıdır kimi, hədislər əlbəttə ki, uydurmadır.Onu da deyim ki, Buxarinin raviləri arasında nasibilər də olub, Hz Əliyə nifrətindən yalanlar uyduranlardan da hədis qəbul edəK???

Cəmi 1 səhifəyə cavab yazdım. Zatən mənasız məqalə idi. Güya nəsə demək istəmişdi yeni Hüseyn Musavi

Ссылка на комментарий
Поделиться на других сайтах

1-cisi, siz Allahi zati ile her yerde bilmirsiz? elbette bilirsiz. 2-cisi, siz suala sual ile cavab verirsiz. amma yena da, evvelki, 6 gunde Allah mekansiz idi. 3-cusu, risaletin esas vezifesi hz.Alinin imamligi idise, bu olmadi. Peygember bunu niye etmedi? 3-cusu, ichi Ali [ra] qarishiq butun sehabeler Abu Bakra beyat etdi. 4-cusu, hech kese yarashmaz ki, namusuna toxunsunlar, o ise sebr etsin, bes Muaviyyeye niye sebr etmedi? bosh sozdur, ne ise, gedirem indi.

Ссылка на комментарий
Поделиться на других сайтах

1. Allaha məkan vermirik və maddiyatla qarışdırmırıq və kənarda bilmirik. Hər şeyi əhatə edib.

2. Allah məknasız idi sonra özünə məkan təyin etdi? Bəs əli ayağı gözü harada idi?

3. Peyğəmbər təbliğ etdi. Özü də necə lazımdır. Quran ayələrinin təfsiri, hədislər, ən sonda Qədir Xum. Ömər isə peyğəmbərin məktub yazmağının qarşısını aldı. Ona görə də peyğəmbərədn sonra çoxları azdı (peyğəmbər demişdi: sizə bir şey yazacam ki, məndən sonra azmayasız). Hər halda peyğəmbər yalnız təbliğ edir, ancaq müsəlmanların bir çoxu onun (s) əmrindən çıxdılar

4. Səhih Buxaridə də var ki, 6 ay beyət etmədi. Bütün səhabələr deyəndə məgər Əbubəkrə qarşı çıxanlar səhabələr deyildi? Hz Əlinin tərəfini tuturdular deyənə səhabəlikdən sildiz? Hz Əli də beyət etmədi, susdu.

5. Hər zamanın öz hökmü var. Digər mövzuda yazmışdım. Peyğəmbər nə üçün Məkkədə səbr etdi, Bədrdə döyüş .rdı, Hüdeybiyyədə sülh bağladı?

Hər zamanın öz hökmü var

6. Elə getsən yaxşıdır :)))

Ссылка на комментарий
Поделиться на других сайтах

Yadınıza salıram ki, mövzu əvvəl (guya) şiə olmuş, sonra isə sünniliyi qəbul etmiş şəxs haqdadır.

Artıq yazılar pozulacaq və bu yazıları yazanlar cəzalandırılacaq.

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

  Şiələrin xüsusiyyətlərindən biri də onların müşrik olmalarıdır.Onlar ibadətin müxtəlif növlərində Allaha şərik qoşurlar.Xristianların 12 həvari dedikləri insanları ilahlaşdırdıqları kimi,şiələr də 12 imam dedikləri insanları ilahlaşdırırlar.Allahın isim və sifətlərində bəzilərini insanlara verirlər...Məsələn Allahin onları hər yerdə eşitdiyi kimi Hz əlinin də onları hər yerdə eşitdiynə inanırlar.Buna görədə “Ya Əli!”,”Ya hüseyn” deyərək dua edirlər.

Bu şiələrə atılan açıq böhtandır. O ki, qaldı imamların eşitməsinə etiqadın şirk olduğuna, o zaman məndə deyirəm ki, (sizin məntiqlə) Allah Quranda şirk edib:

22:58. Allah yolunda hicrət edənlərə, sonra (bu yolda) öldürülənlərə, yaxud ölənlərə Allah, həqiqətən, gözəl ruzi (cənnət ruzisi) verəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən yaxşısıdır!

23:72. Yoxsa (Ya Rəsulum!) sən onlardan (öz peyğəmbərliyinə, haqqı təbliğ etdiyinə görə) bir muzd (ücrət) istəyirsən? Rəbbinin əcri (dünyada verdiyi ruzi, axirətdə verəcəyi mükafat) daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır!

34:39. (Ya Peyğəmbər!) De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. (Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”

62:11 ...De: “Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!”...

Ayədə deyilir ki, "Allah ruzi verənlərin ən yaxşısıdır!". Yəni ruzi verənlər çoxdur, ancaq Allah onların ən yaxşısıdır. Sən indi bu ayəni necə açıqlasan, mən də imamların görməyini eləcə sənə sübut edəcəm  :gizildish:

həmçinin bunu:

Allah Quranda Özü haqqında belə buyurur: “...Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!” (əl-Həcc 22:74) Eyni zamanda Quran Rəsulullah (saas) haqqında da belə buyurur: “(Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir).” (ət-Təkvir 81:20)

Hətta bir zaman bir rafizi ilə belə bir diloqum oldu:  -sən ya Hüseyn dediyin zaman,o səni eşidir və cavab verirmi?...  -bəli.eşidir və cavab verir…  -o zaman buyur çağir sənə cavab versin…dedikdə,aciz qaldı və əvəzində:  -o zaman səndə Allahı çağır cavab versin...dedi,ona və bütün bu əqidədə olanlara cavabimiz bu oldu -“mən Allaha dua edəndə o mənə,özünə layiq-Allah kimi cavab verir.Sənin dua etdiyin Hüseyn r.a isə insandir,insan kimi cavab verməlidir.Əgər o da Allah kimi cavab verir deyirsənsə,ozaman bu sənin əsl müşrik və cahil olduğunun sübutudur.”

Söhbət öləndən sonra gedir. Məsələn, hədisdə var ki, peyğəmbər cümə günü ona (s) göndərilən salamları eşidir və cavab verir. Həmçinin namazın salamları da.

İndi deyirəm, sən peyğəmbərin (s) cavabını eşidirsən?

 

Başqa bir rafizi ilə söhbətim zamani rafizi mənə imam Rzanin gələn ziyarətçilərin 3 duasıni qəbul etdiyini və onları geri qaytarmadığını anladan hədisləri danışrdı.Özünündə imam Rzadan dəfələrlə bir şey istədiyini və imamin onunu istəklərini yerinə yetirdiyinin şahidi olduğunu deyirdi.Ona isə cavabımız belə oldu.  -Biz istəklərimizi Allahdan istəyirik və Allah müəyyən vasitələrlə bunlari bizə verir,O,yaradandır və müəyyən vasitələr yaradır və bizi ruziləndirir...Məsəslən biz Ondan bolluq istəyirik,O isə yağiş yağdirir.O hər şeyə qadirdir.Sənin istədiyin İmam Rza isə bir bəşərdir və o sənin istəklərini bir bəşər kimi sənə verməlidir.Sənə bir il vaxt verirəm,get imam Rzadan bir kibrit çöpü al gətir,mən inanim ki,imam Rza r.a hətta sağ insanların edə biləcəyi adi bir şeyi bacarmağ xüsusiyyətinə malikdir.Nəinki Allah kimi vasitələr yaradıb sənə nə isə versin...bu söhbətdən düz beş il keçir,amma o rafizidən xəbər yoxdur.

Demək siz peyğəmbəri yağışdan da aşağı səviyyədə bilirsiz? Yağış vasitə olur, peyğəmbər yox? Siz ki, Allahı insana bənzədirsiz, Allah sənə o kibrit çöpünü verə bilər gecənin ikinci yarsında?  :smoking:

  Bəzi rafizilər birbaşa yox,dolayisi ilə,yəni imamlar vasitəsi ilə Allahdan istəyirlər,bununla da Allahın onların duasıni qəbul edəcəyinə inanırlar,deməli onlar Allaha yox,imamlara təvəkkül edirlər.Bunlara qarşı Qurani-kərimdən Allahın bu ayələrini misal gətiririk: “Əgər Allah sənə bir zərər toxundurursa,onu Ondan başqa geərəcək yoxdur.Əgər sənə bir xeyir dilərsə onu kərəmini yenə geri çevirəcək yoxdur”(Fatir 2). “Allah sizə yardim edərsə,artıq sizə üstün gələcək heç kimsə yoxdur.Əgər sizi biraki verirsə,ondan sonra sizə kim yardim edər?Möminlər ancaq Allah güvənib dayanmalidirlar”(Ali İmran160), ”Əgər inanırsınızsa,sadəcə Allaha təvəkkül edin(Maidə 23). “Daima diri və ölümsüz Allaha təvəkkül et”(Furqan 58)

Quran Kifayətdir:

Nisa:64. Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.

Hələlik bu qədər. İnşallah cavab verməyə çalışacam vaxt tapdıqca

Ссылка на комментарий
Поделиться на других сайтах

mən elə belə bu kitabçaya baxdım və bir daha gördüm ki, vahabilərin inandığı "sünnə" sadəcə və sadəcə yalandan ibarəttir. məsələn, Allahın lənətinə gəlmiş yalançı iddi edir ki, şiələr "Hz. imam Mehdi (ə.s) Xorasandan zühur edəcək" deyirlər. bu isə onların yalanıdır! şiə heç bir zaman imamın (ə.s) Xorasandan zühur edəcəyini deməyib, əksinə imamın (ə.s) Kəbədə zühur edəcəyini, Yəmən və Xorasandan isə Ona (ə.s) kömək üçün qiyamçıların çıxacağını deyib. yazar kimdirsə Əbu Bəkiri yalançı çıxarıb! çünkü Əbu Bəkir (Allah bizdən razı olsun) iddia edir ki, Dəccal Xorasandan çıxacaq, mütəvatir hədislər isə Xorasandan qara bayraqlı dəstənin qiyam edəcəyini deyir. məsələn ulu sahabə pişiklər atası deyir ki:

2269- Ebû Hüreyre (r.a.)’den rivâyete göre, şöyle demiştir: Rasûlullah (s.a.v.) şöyle buyurdu: “Horasandan siyah sancaklar çıkacak hiçbir güç onların hakkından gelemeyecek sonunda o sancaklar İliya’ya (Kudus’e) dikilecektir.” (Süneni Tirmizî, Fiten kitabı, hadis 2269)

hətta bu xəbər o dərəcədə mütəvatirdir ki, Abbasilər Əməvilərə qarşı qiyam qaldıranda qara bayraqlar ilə Xorasandan çıxış etdilər. Allah onlara lənət etsin.

Ссылка на комментарий
Поделиться на других сайтах

élmaddin ibn Huseyn qardash ozu bize Irandaki Cemkeran mescidinden danishirdi. bu mescidi o meqsedle tikibler ki, "mehdi'burdan zuhur edacak. bu mescid Iranda en boyuk ziyaretgahlardan sayilir. sizin hech oz eqidenizden xeberiniz yoxdur.

Ссылка на комментарий
Поделиться на других сайтах

élmaddin ibn Huseyn qardash ozu bize Irandaki Cemkeran mescidinden danishirdi. bu mescidi o meqsedle tikibler ki, "mehdi'burdan zuhur edacak. bu mescid Iranda en boyuk ziyaretgahlardan sayilir. sizin hech oz eqidenizden xeberiniz yoxdur.

ibni Hüseyin kimdir? məni nə maraqlandırır o nə edib? yazısından bir parça göstərdim və özünüdə, Əbu Bəkiridə rəzil etdiyi aşkara çıxdı. mənim əqidəmdən gözəl xəbərim var Camkəran məscidi haradadır, nə vaxt tikilib yaxşı bilirəm, imamın (ə.s) harada zühur edəcəyini də yaxşı bilirəm. amma deyəsən sən öz sapık inancından xəbərdar deyilsən! hələ siz anlamadınız ki, Allaha məkan, əl, ayaq nisbət vermək Onu cisimləşdirməkdir. hələ başa düşmədiniz ki, Allah gözlə görülə bilməz, çünki gözlə görülən hər şeyin mütləq eni, uzunluğu, məkanı olmalıdır. belə olan bir şey isə Allah ola bilməz. sizin inandığınız Allah budur! eni, uzunu, müəyyən məkanı, əli, ayağı olan bir cisim. elə bir Allah ki, o məkansız ola bilmir. bu halda sizin inancınızda şirk meydana gəlmiş olur. çünkü sizin inandığınız Allah hər hansı bir məkandadır və Allah əzəldən olduğu üçün Onun məkanı da əzəldən olur. yəni Allah yaradılmadığı üçün, Allah üçün başlanğıc olmadığı üçün, Onun olduğu məkanda yaradılmayıb, Onun olduğu məkanın da başlanğıcı olmayıb. bax siz buna inanırsız amma bunun, öz əqidənizin şirk olduğundan xəbərsiz halda "şirk, şirk" deyib camaata hücum edirsiz. özünüzün şirkin dənizində üzdüyünüzdən isə xəbəriniz yoxdur.

Ссылка на комментарий
Поделиться на других сайтах

ozunuzun yalanchi oldugunuz ortaya chixdi. evvel dediz ki, imam mehdi kebeden zuhur edacak, indi ise deyirsiz ki, Cemkerandan chixacaq. yeni bizim duz dediyimizi qebul etdiz. ibn Huseyn 15 il shie olmush birisidir ki, tovbe edib, haqqa qayitdi ve and ichib ki, omrunun sonuna qeder sizinle mucadele etsin.

Ссылка на комментарий
Поделиться на других сайтах

ozunuzun yalanchi oldugunuz ortaya chixdi. evvel dediz ki, imam mehdi kebeden zuhur edacak, indi ise deyirsiz ki, Cemkerandan chixacaq. yeni bizim duz dediyimizi qebul etdiz. ibn Huseyn 15 il shie olmush birisidir ki, tovbe edib, haqqa qayitdi ve and ichib ki, omrunun sonuna qeder sizinle mucadele etsin.

"Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər." (Bəqərə surəsi 10-cu ayə)

hə, indi sizin sünnənin sadəcə yalan olduğu bir daha ortaya çıxdı. mən harada dedim ki, imam (ə.s) Cəmkəran məscidindən çıxacaq? ümumən mən yazılarımda imamın (ə.s) çıxacağı yer olaraq hara göstərmişəm? indi mənə mənim "imam (ə.s) Cəmkərandan çıxacaq" sözümü göstər. göstərməyənə və mənə iftira atana Allah lənət etsin.

Ссылка на комментарий
Поделиться на других сайтах

12-ci postda deyirsen ki, cemkerani bilirem, imamin ordan chixacagini da bilirem. Allah yalanchiya lenet etsin.

12-ci post:

ibni Hüseyin kimdir? məni nə maraqlandırır o nə edib? yazısından bir parça göstərdim və özünüdə, Əbu Bəkiridə rəzil etdiyi aşkara çıxdı. mənim əqidəmdən gözəl xəbərim var Camkəran məscidi haradadır, nə vaxt tikilib yaxşı bilirəm, imamın (ə.s) harada zühur edəcəyini də yaxşı bilirəm. amma deyəsən sən öz sapık inancından xəbərdar deyilsən! hələ siz anlamadınız ki, Allaha məkan, əl, ayaq nisbət vermək Onu cisimləşdirməkdir. hələ başa düşmədiniz ki, Allah gözlə görülə bilməz, çünki gözlə görülən hər şeyin mütləq eni, uzunluğu, məkanı olmalıdır. belə olan bir şey isə Allah ola bilməz. sizin inandığınız Allah budur! eni, uzunu, müəyyən məkanı, əli, ayağı olan bir cisim. elə bir Allah ki, o məkansız ola bilmir. bu halda sizin inancınızda şirk meydana gəlmiş olur. çünkü sizin inandığınız Allah hər hansı bir məkandadır və Allah əzəldən olduğu üçün Onun məkanı da əzəldən olur. yəni Allah yaradılmadığı üçün, Allah üçün başlanğıc olmadığı üçün, Onun olduğu məkanda yaradılmayıb, Onun olduğu məkanın da başlanğıcı olmayıb. bax siz buna inanırsız amma bunun, öz əqidənizin şirk olduğundan xəbərsiz halda "şirk, şirk" deyib camaata hücum edirsiz. özünüzün şirkin dənizində üzdüyünüzdən isə xəbəriniz yoxdur.

12-ci postu gördük, indi sən 12-ci postdan mənə "imamin ordan chixacagini da bilirem" sözünü göstər.

Изменено пользователем Elmeddin
Ссылка на комментарий
Поделиться на других сайтах

mexaniki sehvdir, ne ise. sen cemkeran mescidinin ne meqsedle tikildiyini bilirsen?

mexaniki səhv? yəqin ki, ibni Teymiyyə də belə səhv edib. hə əxi? o da mexaniki səhv edib deyib ki "şiələr itlərinin adını Əbu Bəkir və Ömər qoyub bütün gün onlara söyürlər" və yaxud "şiələr qəbirlərin ziyarətini Kəbənin ziyarətindən üstün sayırlar. hətta qəbirləri ziyarət etməyənlərə lənət edirlər". eyni qaydada ibni Həzmdə mexaniki səhv edib. "şiələr 9 qadınla evlənməyi cazi bilirlər" sözü sadəcə mexaniki səhvdir. mən bu sözlərin mexaniki səhv olduğuna inanmıram, bunlar açıq şəkildə yalan və iftiradır. sənin sözünə isə inanmaq istəyirəm, çünkü müsəlmanın hüsnü zənni olar, sui zənni yox. hamımız səhv edirik, Allah bizi bağışlasın.

Cəmkəran məscidinə gəlincə, məscid harada, nə vaxt tikilib bilirəm. imamın (ə.s) məscididir. ancaq, bu imamın (ə.s) oradan zühur edəcəyi demək deyil. imamın (ə.s) Kəbədə zühur edəcəyi haqqında sünnü və şiə mənbələrdə çox sayda hədislər var. və dediyim ki, Xorasan və Yəməndə isə imama (ə.s) kömək üçün qiyamçıların çıxacağında dair hədislər var. Xorasandan çıxan qara bayraqlı dəstənin rəhbəri imam Həsənin (ə.s) nəslində olan bir Seyyid olacaq. Yəməndən çıxan qırmızı bayraqlıların rəhbəri isə Yəməni ləqəbli birisi olacaq.

Ссылка на комментарий
Поделиться на других сайтах

savadsiz, qurandan delil getir ki, ya Ali, ya Huseyn deya dua etmek olar.
Quranda bir şeyin olmaması, ona icazə verilməməsi demək deyil.

Qurandan danışırsansa, buyur, sünnəni qoyaq kənara istəsən, Quranla sübut edə bilərəm. İlk öncə təvəssül barədə ayəni gətirdim. narazılığın var?

Ссылка на комментарий
Поделиться на других сайтах

savadsiz, qurandan delil getir ki, ya Ali, ya Huseyn deya dua etmek olar.

Qurandan danışırsansa, buyur, sünnəni qoyaq kənara istəsən, Quranla sübut edə bilərəm. İlk öncə təvəssül barədə ayəni gətirdim. narazılığın var?

Ссылка на комментарий
Поделиться на других сайтах

Ölüdən istəmək sünnədə var. Bir də saleh insanlara ölü demə. Müşrik eşidirsə, mömin niyə eşitməsin? Lut və Saleh peyğəmbər (as) məhv olan qövmə müraciət ediblər, Quranda ayələr var. Nə deyirsən, Tövhidi insanlara çatdıranlar (ə) şirk edib?

Ссылка на комментарий
Поделиться на других сайтах

Ölüdən istəmək sünnədə var.
Allah hidayət versin. Nə vaxt olub elə şey?
Amin! Sənə də.

عن مالك الدار قال : أصاب الناس قحط في زمن عمر فجاء رجل إلى قبر النبي صلى الله عليه وسلم فقال : يا رسول الله استسق لأمتك فإنهم قد هلكوا، فأتي الرجل في المنام فقيل له : ائت عمر ... الخ.  İbn Əbi Şeybə, Malik əd-Dar'dan, Ömərin xəzinədarından, rəvayət edir: "(Ömərin dövründə) bir nəfər peyğəmbərin, səllallahu aleyhi va səlləm, qəbrinə gəldi və dedi: "Ya Rasulullah, ümmətin üçün yağış istə, çünki onlar az qala həlak olsunlar!" Bundan sonra nəbiyyullah ona yuxusunda görünür və deyir: "Ömərin yanına get və salamlarımı ona çatdır, de ki, onlara su veriləcək və de: "Ağıllı ol! Ağıllı ol!" Və həmin şəxs Ömərin yanına getdi və olanları danışdı. Ömər dedi: "Ya Rabbi, səylərimi saxlamıram, yalnız gücüm daxilində olmayanlardan başqa" (Fəthul-Bari, 2/495) İbn Kəsir bu hədisi əl-Beyhəqidən gətirir və deyir: "Həzə İsnad Sahih." (əl-Bidayə van-Nihayə, 7/90) Çoxdur... İbn Kəsir Səhih deyib. vəssəlam. Əgər belə bir şey olmasa idi, nə üçün bir çox əhli sünnə alimləri peyğəmbərin qəbrinin yanında ondan kömək və şəfaət diləməyi caiz bilirlər?

Bu iki fayl da lazımın olar:

Tevessu1.docTevessul.doc

Ссылка на комментарий
Поделиться на других сайтах

1. Sunnə - peyğəmbərimizin (s.ə.s) davranışları, sözləri və sairdir. Amma Sizin gətirdiyiniz rəvayətin sunnə ilə əlaqəsi yoxdur.

2. http://www.darulkitap.com/oku/tarih/islamt...m#_Toc113033506 - Əl Bidayə vən Nihayədə Əl Beyhaqidən gətirilən rəvayət. İndi göstərin mənə harada İbn Kəsir buna səhih deyib?

3. Hansısa bir rəvayətə əsaslanıb peyğəmbərimizin (s.ə.s) etmədiyini etmək nə qədər düzgündür? Üstəlik dua bir ibadətdir, ibadətdə isə biz yalnız və yalnız peyğəmbərimizi (s.ə.s) təqlid etməliyik.

P.S. Cavab vermək xatirinə cavab verməyin.

Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz. (əz Zumər, 3)

Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: "Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!"– deyə vəhy etməyək. (Ənbiya, 25)

De: "Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız". (Zumər, 44)

Ссылка на комментарий
Поделиться на других сайтах

1. Sünnəni mənə öyrətməyin. Yaxşı əvəzində deyə bilərəm ki, kor kişi peyğəmbərə təvəssül etdi və bunu peyğəmbər ona buyurmuşdu. özü də peyğəmbər (saas) yanında olmayanda. bu ki sünnədən kənar deyil?

2. Ərəbcəni verin dəqiqləşdirim. Tərcümədə verdiyiniz hissənin səhifəsi 148-154-dür, halbuki mən 90cı səhifəni vermişəm

[15] İbn Kesîr, El Bıdaye Ve'n-Nihaye, Çağrı Yayınları: 7/148-154.

3. Əlbəttə ki, peyğəmbər kiməsə təvəssül edəsi deyildii. Təvəssül etməsi üçün gərək ondan Allah yanında daha məqamı yüksək bir şəxsə təvəssül edərdi. Belə birisi isə yoxdur!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bir kor kişi Rəsulallahın (saas) yanına gəldi və dedi: “Allahdan mənə kömək etməsini dilə”. O cavab verdi: “Əgər istəsən mən bunu yubadaram və sənin üçün daha yaxşı olacaq, əgər istəsən mən sənin üçün Allahdan daha xeyirlisini diləyəcəyəm.” O dedi: “O zaman Ona dua elə”. Peyğəmbər (saas) dedi: “idhhab fa tavadda, va salli rak`atayn thumma qul” Get və dəstəmaz al, iki rükət namaz qıl və sonra de: Ey Allah, mən sənin mərhəmətli Peyğəmbərin vəsiləsiylə səndən istəyirəm; Ya Məhəmməd, mən sənin vəsilənlə öz dualarımı Allahımdan istəyirəm/Mən sənin vəsilənlə Allahdan mənə yenidən görməyi nəsib etməsini istəyirəm. Ey Allah onu mənimlə Sənin aranda vəsilə et.

Bu hədis Əhməd (4:138#17246-17247), Tirmizi (hasan səhih qərib –Da`avat 119-cu Fəsil), İbn Macə (İqamət əl-salat və əl-sunnat, Salat əl-hajat # 1385-ci fəsil), Nəsai ( Amal al-yavm va al-laylat, səhifə 417-418 # 658-660), əl-Hakim (1:313, 1:526), Təbarani al-Kabir tərəfindən nəql edilmiş və İbn Hacər, Dahabi, Şavkani və İbn Teymiyyə də daxil olmaqla təxminən 15 hədis ustadları tərəfindən çox ciddi şəkildə təsdiqlənmişdir.

Siz deyrisiz ki, 4 şərt olmalıdır, biri yanında olmalıdır, 1 i də eşitməlidir. Görürsüz ki, peyğəmbər yanında deyil həmən kişinin.

Ссылка на комментарий
Поделиться на других сайтах

Baxın Sizə bir daha məsləhət verirəm, cavab vermək naminə və söz altında qalmamaq naminə cavab verməyin.

1. Siz ÖLÜdən istəmək haqqında demişdiniz, DİRİdən yox.

2. Sizin verdiyiniz hədislərdə qeyri-adi bir şey yoxdur. Necə ki, biz sağalmaq üçün, şəfa tapmaq üçün həkimin yanına gedir və Allaha təvəkkül ediriksə, bu da eynilə bunun kimi bir şeydir. Deməyin ki, peyğəmbərimiz (s.ə.s) həkim deyildi, hərhalda Allahın peyğəmbərlər vasitəsilə insanlara möcüzələr göstərdiyini inkar etməzsiniz. Doğrusunu Allah bilir.

Ссылка на комментарий
Поделиться на других сайтах

Məsləhətinizə görə təşəkkür edirəm, eynisini də sizə məsləhət verirəm.

1. ÖLÜlər də dirilər kimi eşidir. Ayələr:

(əl-Əraf 7:77) Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): “Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!” – dedilər.

(əl-Əraf 7:78) Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).

(əl-Əraf 7:79) (Saleh) onlardan üz döndərib belə dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!”

----

(əl-Əraf 7:91) Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).

(əl-Əraf 7:92) Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.

(əl-Əraf 7:93) (Şüeyb) onlardan üz döndərib dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”

---

Gördüyün kimi, əzab gələndən və ümmət məhv olandan sonra peyğəmbərlər (as) ümmətə müraciət edir.

Müşriklər eşidir, peyğəmbər yox? Həmçinin Bədr döyüşü:

“Allahın Elçisi (s) quyuda basdırılmış insanlarla danışaraq demişdir: “İndi Rəbbinizin sizə verdiyi vədinin doğru olduğunu gördünüzmü?”. Sonra kimsə ucadan dedi: “Sən ölülərəmi səslənirsən!”. Peyğəmbər cavab verdi: “Onlar sizdən daha yaxşı eşidir, lakin onlar cavab verə bilmirlər.

Səhih, Buxari, 2-ci cild, 23-cü kitab, hədis № 452

2. Başa düşmədin məni. Demrisiz ki, 4 şey olmalıdır təvəssül etmək üçün? Onlardan iksi yox idi. 1)peyğəmbər (s) onun yanında deyildi. Yəni ki, tutalım mən səndən bir şey istəyirəm, deyirsən get dəstəmaz al təvəssül elə. Sən gedirsən. Gedəndən sonra mən sənə təvəssül edirəm. Sizsə deyirsiz, mütləq yanında olmalıdır.

2)eşitmək məsələsi. yanında deyildisə, sizin məntiqinizlə peyğəmbər onu eşitmirdi. Bunlardan sonra iddia edəcəksiz ki, o kor kişi şirk edib? nəuzu billah özü də peyğəmbər buyura-buyura?

Ссылка на комментарий
Поделиться на других сайтах

Allah hidayət versin. Yenə aləmi qatıb qarışdırdınız. Sunnədən danışırsınız, deyirəm dəlil gətirin, gedib tamam başqa şey dəlil gətirirsiniz, sonra isə durub başqa şey ilə müqayisə .rırsınız.

Nə isə özünüz bilərsiniz. Təki söz altında qalmayın. Amma sunnədə ölüdən bir şey istəmək yoxdur.

2-ci məsələ isə yenə tamam başqa şey danışırsınız. Ola bilsin mən Sizə yaxşı izah etmədim və yaxud Siz söz altında qalmamaq üçün cavabdan belə yayınırsınız. Sadəcə mənim demək istədiyim Allahdan həkimin vasitəsilə xəstəyə şəfa verməsini istəmək idi. Kor adamın halında isə peyğəmbərimizin (s.ə.s) vasitəsilə.

P.S. Sizə çox dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki Sizin vasitənizlə Allah mənim analitik düşünmə qabiliyyətimi inkişaf etdirdi və məsələlərə yanaşma tərzimi bir xeyli şaxələnədirərək genişləndirdi. Əlhamdulillah. Artıq mənim bu forumda bir işim qalmadı.

Əssalamun aleykum və rahmətullahi və bərakətuh.

Ссылка на комментарий
Поделиться на других сайтах

ne ise, demali olulerden, yeni, hesen, huseyn[ra]-dan ne ise istemek olmaz. indi ise risalenin diger muddealarini muzakire edak.

salamu aleykum. Bu qərara özün gəldin? niyə olmaz? diridən olar ölüdən yox? mən razı sənin kimi dirilərdən (ölülərdən) istəmək olmaz, ancaq Həsən və Hüseyn (ə) kimi daima diri olanlardan istəmək olar.

Abdussamed. Mən 2 fayl yerləşdirmişəm və orada ölüdən istəmək də sünnədə (bəzi səhabələr istəyib) var.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...