Перейти к содержимому

azmish firqe


ibn hussin

Recommended Posts

ne ise, demali olulerden, yeni, hesen, huseyn[ra]-dan ne ise istemek olmaz. indi ise risalenin diger muddealarini muzakire edak.

salamu aleykum. Bu qərara özün gəldin? niyə olmaz? diridən olar ölüdən yox? mən razı sənin kimi dirilərdən (ölülərdən) istəmək olmaz, ancaq Həsən və Hüseyn (ə) kimi daima diri olanlardan istəmək olar.

Abdussamed. Mən 2 fayl yerləşdirmişəm və orada ölüdən istəmək də sünnədə (bəzi səhabələr istəyib) var.

men diriden 3 aydir pulumu ala bilmirem,siz oluden ne alirsiniz bashim cixmir...

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 58
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Allah komeyin olsun qardash. bunlarin iddiasi mushrik ereblerin iddiasindan ferqsizdir. Uca Allahi qoyub, olulerden komek isteyeceyem, onlar da mene komek edacaklar? Peygember onda dini niye getirdi ki,? ela mushrikler de Lat, Uzza ve Menatdan isteyirdiler de. Allaha da inanirdilar.

Ссылка на комментарий
Поделиться на других сайтах

ibn hussin

bu risaledeki sohbete qayidaq. onda men de sene vaxt verirewm, get imam Huseynden bir kibrit chopu al getir, men senin eqideni vallahi qebul edarem.

sən necə "ağıllı" və diqqətli usersən, cavab vermişəm də.

Söhbət öləndən sonra gedir. Məsələn, hədisdə var ki, peyğəmbər cümə günü ona (s) göndərilən salamları eşidir və cavab verir. Həmçinin namazın salamları da.

İndi deyirəm, sən peyğəmbərin (s) cavabını eşidirsən?

Ссылка на комментарий
Поделиться на других сайтах

men diriden 3 aydir pulumu ala bilmirem,siz oluden ne alirsiniz bashim cixmir...

səndən bundan başqasını gözdəmək olmazdı. Elə sənin əqidə atan Əbdülvahhab da öz əsasını peyğəmbərdən (saas) üstün bilirdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

senin yari olu, yari diri 12-ci imamin ne ishe yarayir? qurandan delil getire bilmirsen ki, oluden istemek olar. bu movzu eslinde bizim xeyrimize q.nib. biz cin suresi 18-ci ayeni getiririk ki, Allahdan bashqasina dua etmek olmaz. amma sen qurandan delil getire bilmirsen. hemd olsun Allaha ki, bizimledir.

Ссылка на комментарий
Поделиться на других сайтах

Elə deyirsən, mən haqqam sən nahaq. Belə müzakirə olar?

Cin surəsində səhv etmirəmsə Allahdan başqasına ibaadət etməyin yazılıb. Nisa 64 ayəsini oxu. Orda təvəssül məsələsi var. o ki qaldı ölülərin bizi eşitməsinə, Şüeyb və səhv etmirəmsə Saleh peyğəmbər ümmətləri məhv olandan sonra onlara müraciət etmişlər. Şirk ediblər?

Ссылка на комментарий
Поделиться на других сайтах

görürsən sələfi əqlinin acizliyini?

Allah Quranda buyurur ki, Allah ruzi verənlərin ən yaxşıdır. Yəni ruzi verənlər var, amma ən yaxşısı Allahdır. İndi de görüm Allah şirk edib? Şirk etməyibsə səbəbini anlat və öz ismarışına özün cavab t.caqsan!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bir də yadınıza salıram ki, mövzu əvvəl (guya) şiə olmuş, sonra isə sünniliyi qəbul etmiş şəxs haqdadır.

Artıq yazılar pozulacaq və bu yazıları yazanlar cəzalandırılacaq. Üçüncü dəfə təkrar etməyəcəyəm!

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

senin yari olu, yari diri 12-ci imamin ne ishe yarayir? qurandan delil getire bilmirsen ki, oluden istemek olar. bu movzu eslinde bizim xeyrimize q.nib. biz cin suresi 18-ci ayeni getiririk ki, Allahdan bashqasina dua etmek olmaz. amma sen qurandan delil getire bilmirsen. hemd olsun Allaha ki, bizimledir.

ELHEMDULILLAH Guranda her shey var,sizin suallara ise Allahin izni ile cavab vererik;

Buna gorə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, goydən tukurpədici bir səs) burudu, onlar oz evlərində diz ustə duşub qaldılar (bir goz qırpımında həlak oldular). 

(Saleh) onlardan uz dundərib belə dedi: ”Ey camaatım! Mən sizə Rəbbimin əmrini (mənə lutf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə oyud-nəsihət verdim. Lakin siz oyud-nəsihət verənləri sevmirsiniz!” əl-Ə’raf 78,79.

Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, goydən tьkьrpədici bir səs) burudu və onlar oz evlərində diz ustə duşub qaldılar (bir goz qırpımında həlak oldular). 

Şueybi yalancı adlandıranlar, sanki orada (evlərində) hec bir şənlik (nemət) icində yaşamamışdılar. Şueybi təkzib edənlərin ozləri ziyana uğrayanlar oldular. 

(Şueyb) onlardan uz dondərib dedi: ”Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və oyud-nəsihət verdim. İndi kafir bir tayfadan otru necə yas tutum?” əl-Ə’raf 91,92,93

Gorunduyu kimi bu ayelerde Peyagamberler olulere xitab edirler,eger oluler eshitmirlerse onda peygamberler neye gore Gurani kerimde olulere xitaben nese deyirler?

Tevessule galanda ise bu da aye:

(Oğlanları ona: ) ”Ata! Bizim ucun gьnahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, gunahkar olmuşuq!” dedilər. 

(Yəqub) dedi: ”Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!” Yusuf 97,98

Ona gore de ozunuzu cox yormayin, sizin misionerliyiniz sona catmag uzeredir.

2 dəfə xəbərdarlıq etmişdim. 20% reytinq.

Изменено пользователем al-Fath
Ссылка на комментарий
Поделиться на других сайтах

sehv basha dushmusen, movzu evvel shie olmush, sonra tovbe etmish shexsh haqqinda yox, onun yazdigi risaler haqqindadir.

Əgər risalənin özüdürsə onda risalədən konkret suallarınızı verin (mənbələrini qeyd etmək şərti ilə) biz də cavab verək. Amma Sizə 3-cü postda artıq yaxşı cavab verilib.

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

sohbet risalede olan kinkret muddealardan gedir. Allahdan bashqasina dua etmek ise shirkdir. Allahdan bashqasina dua etmek haqqinda Allahin qurani keriminden delil getire bilmezsiz ki, Allah bunu bize emr etsin, ancaq Alklahin qadagan etdiyi ayeler choxdur, meselen cin suresi 18 ci aye.

Ссылка на комментарий
Поделиться на других сайтах

Nə qədər gətirmək olar?

وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللَّهِ ۚ وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا

64. Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.

http://quran.az/4/64/tran:3

Ссылка на комментарий
Поделиться на других сайтах

Nə qədər gətirmək olar?

وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللَّهِ ۚ وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا
64. Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, gцndərdik. Onlar (mьnafiqlər) цzlərinə zьlm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar ьзьn əfv istəsəydi, əlbəttə, Allahın tцvbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.
http://quran.az/4/64/tran:3

Bu dəlil deyil ki, Peyğəmbər (s.ə.s) o zaman həyatda idi, insanlar onunla ьnsiyyət qura bilirdilər və onnan Allahı onları bağışlanmasını şəxsən цzьndən, onun yanına gələrək istəyirdilər. Amma dьnyadan kцзənlərdən istəmək haqqında nə Qurandan nə də sьnnədən dəlillər var.

Изменено пользователем Ali_
Ссылка на комментарий
Поделиться на других сайтах

sohbet risalede olan kinkret muddealardan gedir. Allahdan bashqasina dua etmek ise shirkdir. Allahdan bashqasina dua etmek haqqinda Allahin qurani keriminden delil getire bilmezsiz ki, Allah bunu bize emr etsin, ancaq Alklahin qadagan etdiyi ayeler choxdur, meselen cin suresi 18 ci aye.

Bu artıq müzakirə olunub və bütün şübhələrə cavab verilib: Şirk və bidət əməlləri

Keçin o biri suallara.

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

risalede qeyd olunur ki, shielerin meherremlik bideti haqqinda ne qurandan, ne de sunneden delilleri yoxdur.
Kiməsə yas tutmaq bidətdir məgər? Hətta peyğəmbər (s) Hüseynə (ə) ağlayıb. Bir halda ki, Hüseyn sağ idi.

PEYĞƏMBƏRİN (s), NƏVƏSİ HÜSEYNƏ (ə) AĞLAMASI

1. Ümmül-Fəzl hədisi: "Müstədrək" Səhiheyndə, İbn Əsakirin "Ta-rix"ində, "Məqtəl"i-Xarəzmidə və xüləfa məktəbinin digər kitablarında belə yazılıbdır: -Harisin qızı Ümmül-Fəzldən rəvayət edirlər ki, o Allah Peyğəmbərinin (s) hüzuruna gedib dedi: -Ey Allahın Rəsulu! Keçən gecə mən, xoşagəlməz bir yuxu gördüm! Buyurdu: "Nə görmüsən?" Dedi: -Çox çətindir! Buyurdu: "Nə idi?" Dedi: -Gördüm ki, elə bil sizin bədəninizdən bir tikə qopur və mənim ətəyimdə qərar tapır! Allahın Rəsulu buyurdu: "Yaxşı bir şey görübsən; Fatimə – inşallah-bir oğlan uşağı dünyaya gətirəcək və sənin qucağına qoyulacaq". (O xanım deyir): Ondan sonra, Peyğəmbərin buyurduğu kimi – Fatimə, Hüseyni dünyaya gətirdi və onu mənim qucağıma qoydular. Bir gün Allahın Rəsulunun (s) yanına getdim, Hüseyni Həzrətin qucağına qoydum. Bir az sonra diqqəti məndən yayındı. Birdə gördüm qəfildən Peyğəmbərin (s) gözündən sel kimi yaş axır! Dedim: -Ey Allahın Nəbisi! Atam-anam fədanız olsun, sizə nə oldu!? Buyurdu: "Cəbrail görüşümə gəldi və mənə xəbər verdi ki, ümmətim tezliklə bu balamı öldürəcəkdir". Dedim: -Bunu!? Buyurdu: "Bəli, o, (hətta) mənim üçün onun qızarmış torpağından da bir qədər gətirmişdi". "Müstədrəki-Səhiheyn" kitabının müəllifi Hakim deyir: "Bu hədis Şeyxeynin (Buxari və Müslim nəzərdə tutulur) şərtlərilə səhih (doğru) hədisdir, lakin onlar bu hədisi öz kitablarında gətirməyiblər

("Müstədrəki Səhiheyn", 3/176, bir qədər ixtisarla, 179-da; İbn Əsakirin "Tarix"ində, 631-ci hədis, "Məcməuz-zəmaid"də, 9/79; "Məqtəli" Xarə-zmidə, 1/159 və 162; İbn Əsirin "Tarix"ində, 6/230; "Əmali"yi Şəcəridə, 188; İbn Səbbağ Malikinin "Füsulul-mühümmə"sində, 145; "Rəvzun-nəzir"də, 1/89; "Səvaiq", "Kənzul-ummal" və s. kitablarda gəlib).

2. Zeynəb bint Cəhəşin rəvayəti: İbn Əsakirin "Tarix"ində, "Məcməuz-zəvaid"də, İbn Kəsirin "Tarix"ində və xüləfa məktəbinin digər kitablarında (Bu təbir İbn Əsakirin "Tarix"indən götürüüb). rəvayət edirlər ki, Zeynəb deyib: -Günlərin birində Allahın Rəsulu (s) mənim evimdə idi, mən də təzə yeriməyə başlayan Hüseyni saxlayırdım. Bir anlığa ondan qafil oldum və o, Allah Rəsulunun (s) yanına getdi. Peyğəmbər buyurdu: "Onu rahat burax". - sonra o qadın dedi: Peyğəmbər (s) namaz qıldı. Həzrətə (s) dedim: -Ey Allahın Rəsulu! Mən bu gün sizdən bir iş müşahidə etdim ki, indiyə qədər görməmişdim?!" Buyurdu: "Cəbrail mənim yanıma gəlib mənə xəbər gətirdi ki, ümmətim bunu (övladımı) öldürəcəkdir". Dedim: "Onda torpağını mənə göstər və o da qırmızı rəngli bir türbət gətirdi"( İbn Əsakirin "Tarix"i, İmam Hüseynin (ə) şərhi halı bölməsi, 629-cu hədis; "Məcməuz-zəvaid", 9/188; "Kənzul-ümmal", 8/199).

3. Aişənin rəvayəti "Tarix"i-ibn Əsakir, "Məqtəl"i-Xarəzmi, "Məcməuz-zəvaid" və məktəbi-xüləfanın digər kitabları Əbi Sələmə bin Əbdürrəhmandan, o isə Aişədən rəvayət edir ki, Aişə deyib (Bu təbir "Məqtəl"i Xarəzmidən götürülüb. Bu barədə başqa rəvayətlər də vardır ki, mələklərin Peyğəmbərə (s) İmam Hüseynin (ə) şəhadəti barədə xəbər verməsini təsdiq edir): "Elə ki, Allahın Rəsulu (s) Hüseyni öz dizi üstə əyləşdirdi, Cəbrail onun yanına gəlib dedi: "Bu sənin övladındır? Buyurdu: "Bəli". Dedi: "Amma ümmətin tezliklə – səndən sonra – onu öldürəcək. Peyğəmbərin gözləri yaşla doldu. Cəbrail dedi: - İstəsən öldürüləcəyi torpağı sənə göstərərəm. Buyurdu: "Bəli, göstər". Cəbrail də, Təf (Kərbəla) vilayətindən bir torpağı o Həzrətə göstərdi". Başqa yerdə isə bir qədər fərqli rəvayət olunur: "Cəbrail İraqda Təf deyilən vilayətə tərəf işarə edib oradan qızarmış torpaq götürərək ona (Peyğəmbərə) göstərdi və dedi: "Bu onun qətlgahının torpağıdır" (İbn Sədin "Təbəqat" kitabı 269-cu hədis; İbn Əsakirin "Tarix"ində 627-ci hədis; "Məqtəl"i-Xarəzmi, 1/159; "Məcməuz-zəvaid"; "Kənzul-ümmal"; Süyutinin "Xəsais" və s. kitablar).

4. Ümmü Sələmənin (bu xanım Peyğəmbərin (s) ən möhtərəm zövcələrindən biridir) rəvayəti. Bir şəxs nəql edir: Ümmü Sələmə (Allah ondan razı olsun), mənə xəbər verdi ki: -Bir gecə Peyğəmbər (s) yatmaq üçün yatağına uzandı (azca) sonra pərişan halda oyandı, sonra yenidən yatıb yuxuya getdi. Yenidən oyandıqda onu artıq əvvəlki kimi qanıqara görmədim. Sonra yenə yatdı. Oyandıqda əlində olan qırmızı rəngli torpağı öpürdü. Soruşdum ki, ey Allahın Rəsulu (s), bu torpaq nədir? Buyurdu: "Cəbrail mənə xəbər verdi ki, (Hüseyn (ə)) İraq torpağında qətlə yetiriləcək. Cəbrailə dedim ki, öldürüləcəyi yerin torpağını mənə göstər. Məndəki (bu gördüyün) torpaq elə oranın torpağıdır". "Müstədrək"in müəllifi Hakim deyir: Bu hədis Şeyxeynin (Buxari və Müslim) şərtləri ilə səhih hədisdir, amma onu öz kitablarında göstərməyiblər ("Müstədrəki Səhiheyn", 4/398; "Mucəmul-Kəbir", Təbərani, 55-ci hədis; "Tarix"i-İbn Əsakir, hədis 629; "Təbəqat"i-İbn Səd; "Tarixul-İslam", Zəhəbi; "Məqtəl"i-Xarəzmi; Zəxairul-Üqba, "Ta-rix"i-İbn Kəsir və s. kitablar).

5. Ənəs ibn Malikdən hədis Ənəs ibn Malik rəvayət edir ki: "Mələklərin içindən "Qətər" adlı bir mələk, öz Pərvərdigarından Peyğəmbərlə (s) görüşə gəlməyə icazə istədi. Tanrı ona izn verdi. O mələk Ümmü Sələmənin növbəsi günündə daxil oldu. Peyğəmbər (s) Ümmü Sələməyə buyurdu: "Muğayat ol ki, bir adam bizim məclisimizə daxil olmasın". O, qapı ağzında olduğu vaxt, qəflətən Hüseyn ibn Əli (ə) ora gəlib qapını açıb içəri daxil oldu. Peyğəmbər (s) onu bağrına basıb çoxlu öpdü. O mələk (Peyğəmbərə (s)) dedi: -Onu sevirsən? Buyurdu: "Bəli". Dedi: "Ümmətin tezliklə onu öldürəcək! İstəyirsənmi onun öldürüləcəyi məkanı sənə göstərim? Buyurdu: "Bəli, istəyirəm". (Ravi) deyir: "O mələk onun qətlə yetiriləcəyi məkandan bir ovuc götürüb o Həzrətə göstərdi. Bir qədər sonra (Peyğəmbər) bir miqdar qırmızı qum ya torpaq gətirdi. Ümmü Sələmə onu götürüb öz paltarının cibinə qoydu. Bu hədisin ravisi olan Sabit deyir: -"biz o vaxt deyirdik – Ora Kərbəladır!" ("Müsnəd"i-Əhməd, 3/242-256; İbn Əsakirin "Tarix"i, 615 və 617-ci hədislər; "Mücəmi-Kəbir"i Təbərani, 47-ci hədis; "Məqtəl"i-Xarəzmi, 1/160-162; "Tarixul-İslam", Zəhəbi; "Zəxairul-üqba" və s. kitablar. "Əhli-Beyt" alimlərindən isə Şeyx Tusinin "Əmali" kitabında, 1/221).

Daha ətraflı

PEYĞƏMBƏR AĞLAYIBMI? 

Изменено пользователем Savadsiz
Ссылка на комментарий
Поделиться на других сайтах

risalede qeyd olunur ki, shielerin meherremlik bideti haqqinda ne qurandan, ne de sunneden delilleri yoxdur.

Konkret hansı əməllər bidətdi?

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Ссылка на комментарий
Поделиться на других сайтах

BAŞQALARINI ÇAĞIRMAQ ONLARA PƏRƏSTİŞİ GƏRƏKLİ EDİRMİ VƏ ŞİRKDİRMİ?

Bu sualın mənşəyi bəzi Quran ayələrinin zahiri mənalarıdır. Belə ki, onlar zahiri baxımdan Allahdan başqasını çağırmağı qadağan edir:

وَاَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ اَحَدًا

“Məscidlər Allaha məxsusdur, belə isə Allahla birgə bir kəsi çağırmayın.” [72]

وَلاَ تَدْعُ مِنْ دُونِ اللّهِ مَا لاَ يَنْفَعُكَ وَلاَ يَضُرُّكَ

“Allahdan başqa, sənə nə xeyir verən, nə də zərər verən heç kəsi çağırma.” [73]

Bəziləri bu ayələri əsas tutaraq Allah övliyalarını və salehləri onların vəfatından sonra çağırmağı şirk və onlara ibadət hesab edirlər.

Cavab: Bu sualın cavabı aydın olsun deyə, yaxşı olar ki, “dua” və “ibadət” kəlmələrinin mənalarını bir qədər izah edək.

“Dua” ərəb dilində “nida etmək”, “çağırmaq”, “ibadət” isə “pərəstiş etmək” mənasını ifadə edir və bu iki kəlməni heç vaxt birbiri ilə eyni mənalı (sinonim) hesab etmək olmaz. Yəni heç vaxt demək olmaz ki, hər bir nida ibadətdir, çünki:

1-Quranda dəvət kəlməsi elə yerlərdə işlədilmişdir ki, onun ibadət olduğunu heç vaxt iddia etmək olmaz:

قَالَ رَبِّ اِنِّي دَعَوْتُ قَوْمِي لَيْلًا وَنَهَارًا

“Nuh dedi: Pərvərdigara, mən gecə-gündüz öz qövmümü Sənə tərəf dəvət etdim.” [74]

Məgər Nuhun məqsədinin “gecə-gündüz öz qövmünə ibadət etməsini” demək olarmı?!

Deməli, heç vaxt iddia etmək olmaz ki, dəvət və ibadət bir-birilə sinonimdir və əgər bir şəxs Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən, yaxud saleh bir insandan kömək istəyib onu çağırdısa ona ibadət etmişdiræ çünki dəvət və nida pərəstişdən daha ümumi məna ifadə edir.

2-Bu ayələrin məcmusunda dua dedikdə məqsəd ümumi şəkildə olan çağırmaq deyil, əksinə xüsusi şəkildə dəvət etməkdir ki, bu da pərəstişi gərəkli edə bilər. Çünki bu ayələrin məcmusu öz bütlərini kiçik məbudlar hesab edən bütpərəstlər barəsində nazil olmuşdur. Şübhəsiz, bütpərəstlərin öz bütləri qarşısında xüzu etmələri, onları çağırıb onlardan kömək istəmələri bu məqsədlə baş verirdi ki, onları şəfaət, məğfirət və s. kimi Allaha məxsus olan haqların malikləri, dünya və axirət işləri ilə əlaqədar məsələlərdə birbaşa rol oynayan hesab edirdilər. Aydındır ki, bu kimi şəraitlərdə hər növ dəvət və çağırmaq bu varlıqlara ibadət və pərəstiş hesab olunur. Bu müddəanın ən aydın dəlili budur ki, onlar bu kimi varlıqları, onların ilahiləşdirilməsinə etiqadla yanaşı çağırırdılar:

فَمَا اَغْنَتْ عَنْهُمْ آلِهَتُهُمُ الَّتِي يَدْعُونَ مِنْ دُونِ اللّهِ مِنْ شَيْءٍ

“Allahdan başqa çağırdıqdarı (pərəstiş etdikləri) məbudlar onları ehtiyacsız etmədi.” [75]

Deməli, sözü gedən ayələrin bizim bəhsimizlə heç bir əlaqəsi yoxdur. Bizim bəhsimiz bir bəndənin digər bir bəndədən kömək istəməsidir, halbuki nə onu rəbb və məbud hesab edir, nə də dünya və axirət ilə əlaqədar olan işlərdə özünün maliki və tam ixtiyar sahibi. Sadəcə olaraq onu Allahın əziz və hörmətli bəndəsi hesab ediræ Allah onu risalət və imamət məqamına seçmiş və vədə vermişdir ki, onun bəndələr barəsindəki duasını qəbul edəcəkdir:

وَلَوْ اَنَّهُمْ اِذْظَلَمُواْ اَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا

“(Ya Peyğəmbər,) əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq istəsələr və Peyğəmbər də onlar üçün bağışlanmaq istəsə, şübhəsiz, Allahın tövbələri qəbul edən və mehriban olduğunu görərlər.” [76]

3-Qeyd olunan ayələr aşkar şəkildə göstərir ki, “dəvət” dedikdə məqsəd hər hansı bir iş və hacət barəsində mütləq və qeydsiz istək deyil, əksinə pərəstiş yönə malik olan dəvətdir. Bu cəhətdən də aşağıdakı ayədə dəvət sözündən sonra dərhal həmin mənaya olan ibadət kəlməsi gətirilir:

وَقَالَ رَبُّكُمُ ادْعُونِي اَسْتَجِبْ لَكُمْ اِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ

“Və sizin Pərvərdigarınız buyurur: Məni çağırın (dəvət edin) ki, sizin istəklərinizi yerinə yetirim. Həqiqətən Mənə ibadətdən üz döndərib inadkarlıq edənlər tezliklə zillət və xarlıqla cəhənnəmə varid olarlar.” [77]

Göründüyü kimi ayənin əvvəlində “uduni” kəlməsi, axırında isə “ibadəti” kəlməsi işlədilmişdir. Bu da göstərir ki, burada dəvət kəlməsindən məqsəd ilahi sifətlərlə tanınan varlıqlar müqabilində xüsusi kömək istəməkdir.

http://www.haqqyolu.org/kitabxana/read.php?id=20081213034733

Ссылка на комментарий
Поделиться на других сайтах

meselen, shamu qeriban meclisi. dinde bela bir merasimin yeri nedir? meselen, elem uchurtmaq, mescidde sham yandirmaq, shaxsey-vaxsey demak, qola qara baglamaq, bozbash ve saire.
Sən ümumiyyətlə yuxarıda gətirdiyim hədisləri qəbul edirsən? Hə ya yox? Mən əlavə olaraq, 

Məclisə gəldikdə, peyğəmbər yasaqlayıb? Yox:

Allahın Rəsulu (s) buyurdu: "Xəttab oğlu! Onlarla işin olmasın, çünki dərdləri təzə, gözləri yaşlı, canları müsibətə düçar olubdur" ("Müsnəd"i-Əhməd, 1/273, 408 və bu məzmuna yaxın, s. 333).

O ki qaldı ah naləyə. O baxır niyyətə:

"Sünən"i Tirmizidə belə nəql olunur: -Cabir ibn Əbdüllah deyir: -Peyğəmbər (s) Əbdürrəhman ibn Övfun əlindən tutub onunla birlikdə oğlu İbrahimin yastığına yaxınlaşdı. Canvermə halında olan uşağı qucağına alıb dizinin üstünə qoyaraq ağlamağa başladı. Əbdürrəhman ibn Övf dedi: -Siz ağlayırsınız? Məgər siz deyildinizmi bizi ağlamağa qoymayan?! Peyğəmbər (s) buyurdu: "Xeyr, mən iki dəstənin, günahkar axmaqların və səfehlərin ahu-fəğan və fəryad etməsindən çəkindirmişdim sizi. Çünki, onlar müsibət gördükdə, üzlərini və yaxalarını cırır, şeytani nalələr çəkirlər" ("Sünən"i Tirmizi, 4/ 226, "Cənaiz" kitabı).

Başqa hədisə bax, ənsarlardan hər hansı bir şəxs şəhid olurdusa, ilk öncə Həmzəyə ® ağlayırdılar:

İbn Sədin "Təbəqat", Vaqidinin "Məğazi", Əhmədin "Müsnəd" və xüləfa məktəbinin digər kitablarında rəvayət olunur: - Allahın Rəsulu (s) Ühüd döyüşündən sonra Ənsara məxsus evlərdən öz şəhidlərinə çəkdikləri ah-nalə səslərini eşitdikdə gözləri yaşla doldu, ağlayaraq buyurdu: "Amma Həmzəyə ağlayan bir kimsə yoxdur!" Səd ibn Məaz bu sözü eşitcək bəni Əbdül-əşhəl qəbiləsi qadınlarının yanına gedib onları (Peyğəmbərin yanına, ona başsağlığı vermək və Həmzəyə ağı demək üçün) dəvət etdi. Peyğəmbər (s) onlara dua edərək yola saldı. Bu hadisədən sonra Ənsar qadınlarından heç biri Həmzəyə göz yaşı tökməmişdən qabaq öz ölülərinə ağlamazdılar ("Təbəqat" İbn Səd, 3/11; "Məğazi" Vaqidi, 1/315-317; "Müsnəd"i- Əhməd", 2/40; "Tarixi-Təbəri", 2/163; "Sireyi-İbn Hişam", 3/50; "Usdul-Ğabə"də İbn Əsir, Həzrət Həmzənin şərhi halında ixtisarla vermişdir).

Mən qadağan olunmadığına dair onlarla daha rəvayət gətirə bilərəm. Sən bu cür məclislərin qadağa olunduğuna dair 1 dənə rəvayət gətirə bilərsən? Yoxsa Yezidin lənətlənməsi sənə pis təsir edir? Axı o sizin nəzərinizcə "əmirəl möminin"dir və Hz Hüseyn (ə) də ona qarşı çıxmaqda səhv edib.

Siz nasibilər tək kin saxlayın Əhli Beytə. Sonra da iküzlü kimi biz əhli beyti sevirik deyin. Sizin sevginiz yarım metr kənara belə getməz. ALLAH hidayət versin!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...