Перейти к содержимому

Dinə gözəl öyüd-nəsihətlə d&#6


rena73

Recommended Posts

Möminin vəzifəsi bütün həyatı boyu Allaha qulluq etməkdir. Allaha olan qulluğun xaricində başqa bir məntiqlə qurulmuş həyat, Allahı inkar etmək və ya Ona ortaq qoşmaq mənasını verir ki, bu davranışın sonu cəhənnəm ola bilər.

Başqa cür desək dünya həyatı mömin üçün vasitə olmalıdır. Mömin, həyatın hər bir hissəsini Allaha yaxınlaşmaq və Onun dininə xidmət etmək üçün vasitə olaraq görməlidir. Əgər vasitə məqsəd halına gəlirsə (inkarçılar belə edir) o halda ortada böyük bir təhlükə olduğu aydın olur.

Mömin, Allaha qulluq etmək üçün yaşayır və o, dünyadan çoxdan imtina etmişdir. Allah bu vəziyyəti Quranda belə açıqlayır:

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə Surəsi, 111)

Möminlər mallarını və canlarını Allaha həsr etmişlər. Bu səbəbdən malları və ya canlarını Allah yolunda xərcləməkdən çəkinməzlər. Allah nəyi əmr edirsə, onu şövqlə edərlər. Allah bir nemət versə, ondan istifadə edər və Rəbbimizə şükr edərlər.

Belə bir mömin heç bir fədakarlıqdan çəkinməz və dünyadakı heç bir şey onu mübarizədən uzaqlaşdırıb məşğul edə bilməz. Allahın əmrini yerinə yetirmək üçün dünyanın ən gözəl nemətlərini bir kənara qoyub bir anda özünü ölüm təhlükəsinə atmağa da hazırdır. Buna zidd olan davranışın sonu isə peşmanlıqdır. Allah ayədə bu hökmü verir:

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cəhd etməkdən daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tövbə Surəsi, 24)

Изменено пользователем rena73
Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...