Перейти к содержимому

Küllü-iradə də, cüzi iradə də Allah


rena73

Recommended Posts

Bir neçə ayə

2:255. Allah başqa heç bir tanrı yoxdur. əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!

26:79. Məni yedirdən də, içirdən də Odur!

26:80. Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir.

6:1. Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür və tərif) olsun!..

Bəzi insanlar belə düşünür ki, Allah insana bir neçə yol göstərir, o isə birini seçir.Bu, cüzi iradə məsələsidir. Mənim fikrimcə, insan cüzi iradəyə malik deyil. Allah hər şeyi qədərdə müəyyən edib. Atdığımız addımı, dediyimiz sözü də, aldığımız nəfəsidə Allahın izni olmadan edə bilmərik.

Ссылка на комментарий
Поделиться на других сайтах

Allahın izni olmadan əlbəttə heç nə edə bilmərik. Ancaq cəbriyyələrllə həmfikir olmaqda səhvdir. Məsələn, Allah Quranda buyurur ki, Allah heç kəsə zülm etməz. O zaman necə ola bilər ki, insan bu qədəri yaşamağa məhkum edilsin və qiyamət günü əbədi əzaba düçar olsun?

Ссылка на комментарий
Поделиться на других сайтах

Allahın izni olmadan əlbəttə heç nə edə bilmərik. Ancaq cəbriyyələrllə həmfikir olmaqda səhvdir. Məsələn, Allah Quranda buyurur ki, Allah heç kəsə zülm etməz. O zaman necə ola bilər ki, insan bu qədəri yaşamağa məhkum edilsin və qiyamət günü əbədi əzaba düçar olsun?

Allahın Cabbar və Karrar isimləri var. Cəhənəmdə kafirlərə, münafiqlərə, müşriklərə kim zülm verəcək?

Mənə belə gəlir ki, kafirlər möminlər üçün ancaq bir sınaq vasitəsidir. Onlar Allahın ruhunu daşımırlar. Alllahın ruhunu daşıyan ancaq mömin bəndələridir, inşaallah.

58:22. (Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh vermişdir. (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır.

Allah hər şeyi cüt yaratmışdır. Pis olmasa, yaxşı bilinməz.

Şeytanı yaradan Allah deyilmi? Onu bizə sınaq vasitəsi edən, ona öz vəzifəsini bildirən Allah deyilmi? Ayəyə fikir verin. Quranda heç nə elə-belə yazılmayıb.

7:16. (İblis) dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacam!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu məsələdə heç bir problem yoxdur.

bu mövzuda ən salamt yol Əhli sünnənin yoludur. Onlar nə Qədirlər ilə Cəbrilərin ortasındadırlar.

Qədərilər deyirlər ki insanın feli ilə Allahın heç bir aidiyyatı yoxdur, yəni insan nə edirsə özü edir, Allah təala qədərdə heçnə yazmamışdır, yəni insan qədər deyilən bir şey yoxdur.

Cəbrilər isə insanın feillərini atıblar Allah təalanın üstünə, onalr deyirlər ki insan məcburdur. Yəni, mən bu əməli edirəmsə deməli Allah təala belə istəyib ki mən bunu edirəm. Məsələm onlar ogurluq və ya zina edirlər və sonra deyirlər ki bu əməllər mənlik deyil bunu Allah belə istəyib və bizdə etmişik, yəni onlar İnsanın ixtiyarını inkar etmiblər və deyiblər ki insan məcburdur.

Əhli sünnə isə bu iki məzhəbin ortasındadır. Əhli sünnə deyib ki Allahın qədəri haqqdır, Allah hər şeyi yazmışdır və nə yazıbsa o da olacaqdır, lakin bununla belə insanında ixtiyar sahibi oldugunu inkar etməmişlər, Əhli sünnə demişdir ki insanın ixtiyarı vardır və özü seçim edir, haqq yolunuda özü seçir batilidə. əgər insan ogurluq edibsə deməli özü öz ixtiyarı ilə edib, yəni özündə seçim vardır, əgər istəssə idi etməyədə bilərdi.

Mən belə düşünürəm ki bu mövzuda sallmat yolda məhs budur.

Allah daha dogrusunu bilir

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...