Перейти к содержимому

qadın-kişi bərzbərsizliyi

rena73

Recommended Posts

Əsl ədalətin yaşanmadığı cəmiyyətlərdə qadın-kişi ayrı-seçkiliyi son dərəcə nəzərə çarpır. Dünyada qadın-kişi bərabərsizliyi mövzusu son dərəcə əhəmiyyətli bir problem meydana gətirir. Belə ki, qadınlar dünyanın bir çox ölkəsində çox vaxt ikinci dərəcəli sayılaraq cəmiyyətdən uzaqlaşdırılırlar. Gücsüz və qorunmağa möhtac olduqları düşünüldüyü üçün də əzilirlər. Bu kimi səbəblərdən ötrü qadınların fikirlərinə də demək olar ki, dəyər verilmir.

Bu düşüncələrin hakim olduğu cəmiyyətlərdə qadınların iş həyatında müəyyən bir mövqeyə sahib olmaları üçün, hətta müəyyən bir karyeraya çataraq zəkalarını, bacarıqlarını sübut etmələri lazım gəlir. Bütün dünyada qadınlar üçün etibarsız, bacarıqsız, zehni cəhətdən o qədər də inkişaf etməmiş bir insan imici formalaşmışdır. Bu yanlış "qadın xarakteri" anlayışı nəticəsində bir qadının etdiyi hər səhv o adamın insan olduğu üçün deyil, qadın olduğu üçün etdiyi bir səhv şəklində şərh olunur. Sözü gedən cəmiyyətlərdə bir iş yeri üçün eyni təhsilə, eyni zəka və bacarığa sahib olmasına baxmayaraq, kişilər və qadınlar arasında bir seçki edilməsi məsələsi ortaya çıxanda, seçim ümumiyyətlə kişi işçi istiqamətində edilir. Bu səbəblə qadınların tutduğu vəzifələr olduqca məhduddur.

Dünyada baş verən hadisələrə nəzər salındıqda, hələ qadın-kişi bərabərsizliyinin əhəmiyyətli bir problem olduğu ölkələrin də varlığı nəzərə çarpır. Bir çox cəmiyyətdə qadınlar nəinki lədiyi yerlərdə, hətta həyat yoldaşları tərəfindən zülm görürlər.

Geridə qalmış ölkələrin çoxunda isə qadın-kişi bərabərsizliyi daha fərqli ölçülərdə ortaya çıxır. Bu ölkələrdə qadınlara təhsil, seçmə-seçilmə, iş sahibi olma kimi konstitusional haqqlar da verilmir. Hətta evlənərkən həyat yoldaşlarını seçmə haqqına da sahib olmurlar. Bir mövzu haqqında fikir yürütmələri barədə isə söz belə edilə bilməz. Qadınlar özləri ilə əlaqədar heç bir qərarı verə bilməzlər. Onların adına hər cür qərar ataları, ya da həyat yoldaşları tərəfindən verilər.

Qadınların haqqlarını qorumaq üçün qurulmuş dərnəklər, azadlıq, bərabərlik, feminizm kimi anlayışların müzakirə edilməsi, müxtəlif proyektlər hazırlanması, konfranslar təşkil edilməsi bu axtarışlarından yalnız bir neçəsidir. Bütün bu səylərə və işlərə baxmayaraq, tapılan çıxış yollarının da əslində problemlərlə dolu olduğu aydın olur. Bu nəticə son dərəcə təbiidir. Çünki əsl çıxış yolu digər bütün problemlərin həllində də olduğu kimi - Qurandadır.

Quran əxlaqının yaşandığı bir cəmiyyətdə, cəmiyyəti meydana gətirən fərdlər arasında bir ayrı-seçkilik yoxdur. Bir insanın qadın-kişi, varlı-kasıb, yaşlı-gənc və ya uşaq olmasının əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan bu insanların cinsiyyətləri, mövqeləri, sərvətləri, ya da hər hansı bir başqa xüsusiyyətləri deyil, etdikləri yaxşı işlər və Allaha olan yaxınlıqları, yəni təqvalarıdır. Bundan başqa, Quranda möminlərdən saleh əməllərdə olan qadınlar və kişilər olaraq bəhs edilir. Quranda möminlərin kişi və ya qadın olmalarının deyil, Allahın əmr etdiyi əxlaqı yaşamalarının əhəmiyyətinə diqqət çəkilir:

Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! Allah mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, böyük qurtuluşdur! (Tövbə Surəsi, 71-72)

Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat (Cənnət) hazırlamışdır! (Əhzab Surəsi, 35)

Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz! (Nisa Surəsi, 124)

Ссылка на комментарий
Поделиться на других сайтах

ne bash bosh yazilar yazirsan? qadinla kishinin ferqi choxdur. Allah quranda buyurub ki, cahiliyye dovrundeki kimi achilib, sachilmayin ve evlerinizde qerar tutun. . sene bir meslehetim var, evinde otur ve Allahdan qorx. alimlik etmek, devet etmek senlik deyil. hech islam alimleri arasinda bir qadin varmi? Allah qadina kishiye itaet etmesini buyurub. siz de deyasan demokratik musurmanlardansiniz.

Ссылка на комментарий
Поделиться на других сайтах

Şəriətdə qadın ilə kişi bərabərliyi var. Lakin bəzi hallarda kişi qadından üstün görsədilir. Bu da yaradılışdan irəli gəlir. Allah təalə buyurur: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!" Nisa: 34

Ümumən kişilər qadınlardan daha dərrakəlidir: Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: "Mən dərrakə (anlamaq, fəhm, hafizə) və din sahəsində sizdən (qadınlardan) daha çox çatışmazlığı olan adam görməmişəm" Qadınlar soruşurlar "Ey Allahın Peyğəmbəri! Bizim dərrakə və dinimizdə çatışmamazlıq nədir?" O (s.ə.s) deyir "İki qadının şahidliyi bir kişinin şahidliyinə bərabər deyilmi?" Onlar cavab veririlər "Bəli" O (s.ə.s) dedi: "Bu dərrakə sahəsində sizin çatışmamazlığınızdır. Heyz dövründə qadının nə namaz qılması, nə də oruc tutması həqiqət deyilmi?" Onlar cavab verdilər "Bəli" O (s.ə.s) dedi: "Bu da, sizin dindəki çatışmamazlığınızdır" (Səhih Buxari)

Ссылка на комментарий
Поделиться на других сайтах

"......(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət, hikmət sahibidir". əl-Bəqərə: 228

Ссылка на комментарий
Поделиться на других сайтах

ne bash bosh yazilar yazirsan? qadinla kishinin ferqi choxdur. Allah quranda buyurub ki, cahiliyye dovrundeki kimi achilib, sachilmayin ve evlerinizde qerar tutun. . sene bir meslehetim var, evinde otur ve Allahdan qorx. alimlik etmek, devet etmek senlik deyil. hech islam alimleri arasinda bir qadin varmi? Allah qadina kishiye itaet etmesini buyurub. siz de deyasan demokratik musurmanlardansiniz.

Qadın alim yoxdur? Bəs sənin şeyxeynlərin Aişənin fətvaları ilə oturub-durmurdu? Səhabələr ondan məsələ soruşmurdular?

Aişə niyə evdə oturmamışdı? Dəvə belində zamanın imamına qiyam etmişdi? Belə çıxır ki, o Allahdan qorxmurdu? :blink:

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Ссылка на комментарий
Поделиться на других сайтах

al-islam bəsdi daha Aişəni (Allah ondan razı olsun) müzakirə etdin, o müsəlmanların anasıdır, fikir ver bu sözə - anasıdır. yəqin ki başa düşdün nə demək istəyirəm və bir daha belə sözlər işlətmərsən, hətta Əli (Allah ondan razı olsun) onu hörmətlə döyüş yerindən yola salmışdı.

Məgər o Aişə haqda pis söz dedi? Dedi ki, Siz bir çox fiqhi məsələləri Aişədən öyrənmisiz. Səhabələr onun yanına gedib ondan bir çox məsələləri soruşub öyrənirdilər ya yox?

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

O bir az sözaltı dedi və ikincisi də mən ümumiyyətlə demək istəyirəm ki, fikirləşmək lazımdır kimə nə və necə deyirsən. Allah onu və Peyğəmbərin (s.ə.s) digər yoldaşlarını (Allah onlardan razı olsun) bütün Məhəmməd (s.ə.s) ümmətinə ana təyin elədi, kim ki onları təhqir edir, pis sözlər deyir, ona mənim sözüm yoxdu.

Allah bu ayəni ona görə nazil etdi ki, Peyğəmbərin (s) vəfatını gözləyən bəzi "səhabələr" onun xanımlarını ala bilməsinlər. Beləliklə, Peyğəmbər (s) xanımları möminlər üçün "ana" oldu. Bəziləri oldu ki, bu hörməti saxladı (məsələn, Ümmi Sələmə (r.ə.)), bəziləri isə yox...

2-cisi də məgər mən Aişəyə pis söz dedim?! Demirsiniz ki, qadın evdə oturmalıdı? Alimlik eləməməlidi? Mən sizdən soruşuram ki, Aişə evdə oturdu? Fətvalar vermirdi? Aişədən nə qədər hədis rəvayət olunub? Ən əsası ZAMANIN İMAMINA qiyam eləmədi? Beləlik də siyasət meydanına belə keçdi.

Sizin üçün Peyğəmbər (s) xanımından gözəl nümunə kim ola bilər?! Odur ki, sizdə qadın fətva da verə bilər, siyasətə də qoşular, hətta döyüşə sərkərdəlik də eliyər!

Изменено пользователем al-İslam

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Ссылка на комментарий
Поделиться на других сайтах

Qadın fətva verə bilər, amma yerindən duran yox. Alimlik elə bir şeydir ki, gərək onu qazanasan, bunun üçün isə müəyyən məsələlər var ki, onlardan keçməlisən, mədrəsədə oxumalısan və s. Amma o ki qaldı siyasətə qoşulmaq, döyüşə sərkərdəlik etmək, ümumən bu onların işi deyil.

Mən də razıyam, bu onların işi deyil. Onda belə çıxır ki, möminlərin anası açıq-aşkar Quran ayəsini sındırıb?!

"Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın..." ("əl-Əhzəb",33). (

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Ссылка на комментарий
Поделиться на других сайтах

Birincisi, burda deyilmir ki, bayıra çıxa bilmərsən, nəsə ehtiyacını ödəmək üçün çölə çıxa bilərsən. İkincisi, biz də səhv edirik, Quranda nə yazılıbsa hamısını etmirik, bəzi ayələrdə deyildiyi kimi etmirik, bu o demək deyil biz ayələrə qarşı çıxırıq. Sadəcə Aişə (r.a) ictihad edib və səhv edib və sonradan da buna görə peşman olub və Əli (r.a) ilə barışıb.

Nə vaxt peşman oldu? Bəyəm ondan sonra İmam Həsənin (ə) dəfninə mane olmamışdı? Nəysə, bu məsələ başqa söhbət.

Bəyəm açıq hökmə qarşı ictihad olur? Quran deyir evdə otur, sən qiyam eliyirsən? Belə çıxır ki, kimsə şərab halal bilər, sonra da deyər ki, ictihadim səhv idi?!

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Ссылка на комментарий
Поделиться на других сайтах

Quranda deyilir ki? harda müşrik gördünüz öldürün, indi sən buna əməl etmirsənsə deməli Quranın ayəsinə qarşı çıxırsan? Bu məsələlər çox çətin şəri məslələlərdi və sənin də,mənim də ağlım bu məsələlərdə zəifdi. O ki qaldı İmam Həsənin (ra) qarşı çıxmağa, bunu birinci dəfədi eşidirəm.

Ссылка на комментарий
Поделиться на других сайтах

Yaxşı, gəlin mövzuya qayıdaq. Mövzu Aişə haqqında deyil.

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Mövzu barədə deyə bilərəm ki, kişilərlə qadınlar Allah qarşısında bərabərdir. Onların bir çox hüquqları bərabərdir. Burada miras, müəyyən müddətə namaz, orucdan azad olunma və s. kimi məsələlərdə fərqlilik var ki, bu da sırf yaradılış fərqi ilə bağlıdır.

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...