Перейти к содержимому

Recommended Posts

Hansısa bir ağıldan üzülmüşün barmağının bir hərəkəti ilə yazılarımın yerin altına gömülməsini istəmədim.

***************** ******************* *******************

Bərpa:

QADIN NALƏSİ


Niyə qadınlar güclü olmalıdır?

Biz məyər bunun üçün yaranmışıq?

Biz deyilikmi dünyaya yeni həyat bəxş edən, körpələri nəfəsimizlə qızdıran, yer üzünü şəfəqimizlə nura boyayan?

Dünyanı idarə edən ağaları biz böyütmədikmi? Ərlərin, ərənlərin, Beyrəklərin, Babəklərin, Qazan xanların, comərdlərin anası deyilikmi? Koroğlular, Nəbilər döşümüzdən süd əmməyibmı? Bütün bunlar güc, qüdrət nişanəsi deyilmi?

Bəs deyilmi gördüklərimiz, etdiklərimiz? “Edə biləcəkləriniz etdiklərinizdən daha çox” deyib niyə bizi imtahana çəkirsiz? (heç bilmirəm kimə xitabən deyirəm bunu? Dünyaya ya kişilərə?)

Sən qadınsansa, güclü olmalısan!

Döz! Dözməlisən. Sənin yaraşığın gözəl çöhrən, bal dodaqların, qulac saçların yox, dözümün olmalıdır. Döz! Yoxsa “döyüləcəksən”. Alçaldılıb, aldadılıb məhv ediləcəksən. Yox, yox, ağlama! Ağlamaq qadına yaraşan iş deyil. Bu, zəiflik əlamətidir. İntihar etməyi heç ağlına belə gətirmə! Qadınlar səltənətinin Kraliçalarının adına ləkə vurmuş olarsan. (bu yerdə tarixə düşmüş qadınları sadalamaq olar). Döz! Dözümünlə qadınlığını sübut elə!

Ah! Bunca zülm olar? İstəmirəm! Yoruldum artıq! Güclü olduğumu sübuta yetirməkdən yoruldum. Usandım.

Hər bir işi boynuma götürüb canım çıxsa da axıra qədər boyunduruq altında inləməkdən yoruldum.

Yorulduğumu, sıxıldığımı gizlətməkdən yoruldum.

Göz yaşlarımı içəri axıtmaqdan yoruldum.

Daxilim ağlarkən, üzümə xoşbəxtlik maskası taxmaqdan yoruldum.

Özüm bataqlıqda boğulduğum halda, başqasını elə həmən bataqlıqdan çəkib çıxartmaq məcburiyyətindən yoruldum.

Öz göz yaşlarım selə dönərkən, başqasının göz yaşını nəfəsimlə qurutmaqdan yoruldum.

Lal sükurdan, çarəsizlikdən, böyüyərkən kiçilməkdən, diriykən hər gün ölümlə qol-boyun olmaqdan yoruldum.

HARAY! Özüm üçün yaşamaq istəyirəm! Qadınlığımı,...... əsarətin qanlı pərdəsini yırtmış, quduz barmaqlarını sındırmış, günü əsrə bərabər tənha qadınlığımı yaşamaq istəyirəm. Qadın kimi yaşamaq istəyirəm. Zəif, zərif, kövrək, xatirələri ilə başbabaş, heç kəslə boş, mənasız mübahisələrə girməyən, hər cür roldan, zordan, qəddarlıq və kobudluqdan uzaq məs`um və daim himayəyə ehtiyacı olan bir qadın kimi......

Yəni belə mümkünsüz bir arzudur?

Изменено пользователем Эда F
  • Upvote 1

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

DALDAN ATILAN DAŞ


BİR GÜN həyatından bezib, “niyə belə oldu, günahım nə?” deyib Allahına tapınacaqsan, yeni çözüm arayacaqsan.

BİR GÜN çiynin üstündən qanrılıb keçmişinə nəzər salacaqsan. Olanların üstündən yağlı bir xətt çəkib, təzədən yazmaq istəyəcəksən.

BİR GÜN gərdəyini dəyişəcəksən, yeni sevda, yeni eşq, yeni macəra xatirinə. Nə sən o sən olacaqsan, nə mən o mən.....

BİR GÜN papağını qarşına qoyub, elə hey düşünəcək, düşünəcəksən.....

Dəli külək pəncərələrini qıracaq, daxmanın bütün dəliklərindən içəri soxulacaq, çölün qumunu başına səpələyəcək, səni narın dənələrdə çimizdirəcək,....nəfəsin kəsiləcək,......onda beynimdəki təlatümün mənə nə od qoyduğunu başa düşəcəksən.......

BİR GÜN acı ruzgar qapını döyəcək, səni qapıb baş-ayaq qoyacaq, inlədəcək, ağladacaq. “Həyata niyə gəldim, niyə gətirildim?.......ah, gedəlim....” hayqirana qədər bayıldacaq səni.

BİR GÜN bəlalarınla başbabaş qalacaqsan. Bir kimsəyə möhtac. Adam gəzəcəksən ki, alışan ruhuna su çiləsin. “Hey, saqi, mədəd qıl!” deyib bağıracaqsan. Boş badəni qaldırıb baxacaq, hey baxacaqsan.......Şərab süzənin olmayacaq. Sağına, soluna boylanacaqsan. Təklik......səmirsizlikdən qulaq tutulur. İçini çəkib ağlayacaqsan. Məni axtaracaqsan. Mənsə artıq yoxam. Səninçin yox!.......

BİR GÜN qapıma gələcəksən. Dizin-dizin sürünəcəksən. Kandarıma döşənib opəcəksən. Açan olmayacaq. Qapımı sındırıb, içəri girəcəksən, dəli kimi boş otaqları dolaşıb məni gəzəcəksən,......axtarıb, arayıb, tapmayacaqsan. Qoxumu gəzəcəksən,...........çöldə-çəməndə, giriş-çıxışda, güldə-çiçəkdə - yoxam mən. Səsimi gəzəcəksən,.......bülbüllərin avazında, suyun şırıltısında - yoxam mən. Gözlərimin rəngini gecələrdə axtaracaqsan, əllərimin istisini – ocaqlarda........Axtarma, yoxam!

İç dünyandan bir üsyan qalxanda axtar məni. Birgə qurduğumuz, hər daşını öpə-öpə oxşadığımız qəsrlərin uçanda axtar məni. Küçələrin, döngələrin, dalanların tozunda-torpağında axtar məni,.....orada izlərimiz var. Buludun yağışında axtar,.......günəşin işığında axtar,........odun atəşində axtar,......boş qalmış yatağında axtar. Tapmadınmı? Çox uzaqda axtarırsan.......Mənsə yaxınam, sənin düşündüyündən qat-qat yaxın. Gözünün işıgındayam, damarının nəbzində. Ruhunun yaddaşında. Başının tacıyam mən, könül yoldaşıyam mən. Sazının sarı simi, ürəyinin yanğısı. Sənə tuşlanan bir oxam, günahı sənin - ətirli zanbagı neştərə çevirdin....... Həmişə səninləyəm. Nə qədər yaşayırsan,.....sənləyəm. Fikirlərinimi atacaqsan? Necə? Qəlbinimi qoparacaqsan? Mümkünsüz! Xatirələrimi siləcəksən? Bir cəhd göstər. Beynindən çıxmayacam, ürəyini tərk etməyəcəm, xatirələrindən silinməyəcəm! Mənimdir iç dünyan. Oralar mənim səltənətim...... Sahibəsi mən! Bahadırım mənim! Guduz fikirlərin başıNın, başıMın bəlası.......Ax! Qoymayacağam mənsiz rahatlıq tapasan. Qurd xislətli quzum mənim. Odumu söndürüb közüylə oynayan, saraylarımı uçurdub viran qoyan, səltənətimi bayquşlar diyarına çevirən........YEGANƏ sevgilim.

Bagışlamayacağam!!!

Изменено пользователем Эда F
  • Upvote 1

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

GECƏLƏRİN BİRİNDƏ…


Təkəm…….

Bu böyük imarətdə təkəm. Ətrafımda bir dəbdəbə və zənginlik hökm sürür. Birinci mərtəbədə mərmər döşəməli holl yerləşir, iki tərəfdən yuxarı qalxan enli pilləkən, büllur çilçıraq, iri dibçəklərdə dekorativ ağaclar.

Səhər iri pəncərələrdən düşən günəş şəfəqləri sütunların soyuq mərmərində isti bir parıltı ilə bərq vurur. Parıldayır, göz qamaşdır və itir.

İri zalların dəlisiyəm. Kiçik otaqların çərçivəsi sıxır məni, divarlar üstümə gəlir, sıxılmış ürəyim köksümə yerləşmir, yaralı quş kimi çırpınır.

Burda hər mərtəbənin öz aorası var. Aşağıda gördüklərini yuxarıda seyr etməzsən. Hər otağın öz bəzək üslubu, öz dəbi. Otaqlar iri olduğundan daxilindəki zənginlik vurmur adamı. Yəni ifrat, qədərindən artıq görünmür. İçinə nə qoysan, otağın ölçüləri udur onları. İkebanalar, büstlər,
meşə quşlarının müqəvvaları, məhəccərlər, son dərəcə zərif pəncərə işləmələri. Hər addımda incə zövq, nəfisliklə qarşılaşırsan. Şıq! Pərdələr ayrıca mövzudur. Çox qısqanccasına məni kənar və yad gözlərdən qoruyurlar.

Bəzi otaqları İran xalçaları bəzəyir və onlarda Şərqin nəfəsi duyulur. Şəbəkəli pəncərələr, otağın bir küncündə yerdə qəlyan, Çin ipəyi, məxmər və atlasdan düzəldilmiş, mirvari və qızıl saplarla işlənmiş xüsusi kompozisiya otağın tən yarısını əhatə edib, təmtəraqlı bir guşə yaradıb orda.
Divardan asılmış şəkillərin hərəsinin öz sehrli haləsi var.


Yataq otaqları üst qatdadır. Mənim otağımın bütün zənginliyi və təmtərağı tək bircə məqsəd güdür: Ağlımı aparmaq. Mənə hər şeyi unutdurmaq. Burda yaddaş susdurulur. Mənim “arealım”. Mən burda sərbəst və azadam. Özümə qapıla bilirəm……və burda hər hüceyrəm ətrafın sirli gözəlliyində həll olub, bir məchulluğa çevrilə bilir. Burda mən özümlə ətrafım arasındakı sərhəddi hiss etmirəm. Bura divarlar, haşiyələr, çərçivə və sərhədlərin silindiyi məkandır. Bura hicran və intizara son qoyulan məkandır. Burda vüsal dəmi və qalibiyyət imzası var. Təntənə melodiyası və……qəfəsindən buraxılmış, artıq saxlanılması mümkün olmayan və quduz dağ çayı kimi kükrəyib axan enerji kütləsinin məni göyün yeddinci qatına atdığı ehtiras fəvvarəsi var. Burda bir dəlilik var…….mənə keçmişimi, gələcəyimi, olanları, olacaqları, sabahımı, hətta Allahımı da unutduran bir dəlilik. Bu otağın hər qarışında, gözün zilləndiyi hər nöqtədə, tül pərdələrin kölgəsində, xalçanın hər ilgəyində, hətta toz dənəciklərində belə….bir söz yazılıb: Çılğınlıq.

Bu, mənim yataq otağım. Ətraf dünyadan ayrılıram burda. Çox uzaqlara uçuram. Burda məhəbbət poemamı yazıram.

Bir də dəhlizlərim var. Uzun, geniş, nəhayətsiz dəhlizlərim. Gecələr əlimdə şamdan bu dəhlizləri dolaşmaqdan xüsusi həzz duyuram. Amma divarlara, çalışıram baxmayım. Mənə elə gəlir ki, gecələr şamla işıqlandırılmış soyuq divarlarda eybəcər və tükürpədici kölgələr öz dəhşətli rəqslərini ifa edirlər. Qorxuram və baxmıram divarlara, səssizcə ötüb keçirəm.

Bura mənim qəsrimdir və o qəsrdən daim ovsunlayıcı, gedəni yolundan azdıran, gələni bihuş edən hipnotik melodiya eşidilir…….mistik dəniz sirenalarının aldadıcı səsi kimi.

Qəsrin ətrafı şirin bir röyaya bənzəyir. Buraların gözəlliyinə dörd göz istəyir tamaşa etsin. Hər yan yamyaşıldır. Yağlı boya ilə işlənmiş bir tablo bu. İşıq-qaranlıq effektləri ilahidən cızılıb. Büllur sulu hovuzu, qırağında bir dizini yerə qoyub oturmuş cavan oğlan heykəli. Əlindəki bardağı əyib, içindəki suyu boşaldır. Bir az uzaqda daha bir hovuz var, tən ortasında isə gözəl bir fəvvarə. Böyük deyil, amma kiçik də deyil. Gecələr ona baxmagın ayrı ləzzəti var. Gecə, fənərlərin işıqları sularında mın bir nağıl yazır. Fənərlər altında böş qalmış skamyalar…….Hündür hasarlar iç tərəfdən sarmaşıqla tam örtülü. Baxanda gözlərim yalın daşları görməsin deyə. Dekorativ kolların, həmişəyaşıl (!) ağacların özgə cilvəsi var. Ayaqlarım altında daim yaşıl xalı. Niyə ağaclarım həmişəyaşıldır? Sevmirəm payızı. Təbiət ölür onda. Mən daimi gözəllik, ahəngdarlıq və harmoniya tərəfdarıyam. Düzgün nisbət və pozulmaz nizam. Bir də, bağımdakı qəfəsdə bülbüllərim var. Həyətdə iri və əlvan bir tovuz quşu gəzir. Quyruğunun yelpazəsini açanda adamın ağlı gedir. Mən onlara necə başa salım ki, indi sizin bu gözəl, yaşıl, doğma dünyanız uçacaq, çünki yay qurtardı, payız qədəm qoyur......Ona görə mənim bağım, mənim dünyamda daim bahardır və həmişəyaşıl ağaclar bitir.

Quşlarımla, müqəvvalarımla, heykəl və şəkillərimlə, kitablarımla başbabaş......
Təkəm.....

Amma tam tək də yox. Xəyallarım mınimlədir. Mənə onu xatırladan xəyallarım.
Romeomu gözləyirəm. Bilirəm ki, gələcək. Bu gecə gələcək. Bəlkə sabah......ya o biri gün..... Mənimçün fərq etməz..... Zaman ölüb mənimçün. Yoxdu artıq. Əsas odur ki, gələcəyinə tam əminəm.



GECƏLƏRİN BİRİNDƏ GƏL. Gəl.......susdurulmuş duyğuları alovlandırmaq üçün. Sındırılmış ürəkləri qəlpə-qəlpə yapışdırmaq üçün. Yandırılmış məktubların kül içindən bərpası üçün. Puç olmuş arzuların yenidən qanadlanması üçün.

Gəl ki, uçub getmiş könül quşunu öz yurduna qaytarasan. Evim sənsiz ölü......, sükura qərq olub, gəl.

Gəl və bir də getmə.


GECƏLƏRİN BİRİNDƏ GƏL. Gəl ki, məni bu boş, soyuq, qaranlıq dəhlizləri dəli kimi dolaşmaq məşğuliyyətindən (ya bəlkə məcburiyyətindən??) qurtarasan. Gəl ki, ayaqlarım altında ovulmaqda olan uçurumlardan qurtarasan məni, daşla doldurasan oraları. Gəl ki, qəsrimin divarlarına hopub qalmış, soyuyub donmuş nəfəsinə yenidən istilik bəxş edəsən. O nəfəsin qopsun divarlardan, istilik bütün imarətimə, ordan da mənim varlığıma sirayət etsin. Burda məzar soyuqluğu var sənsiz. Donuram burda.....

Üzümdə, boynumda hərarətli öpüşlərinin yeri qalıb. Yandırır məni. Gəl ki, onlara bir badə su çiləyəsən. Bütün ruhum alışır. Gəl ki, sərinlik gətirəsən.


GECƏLƏRİN BİRİNDƏ GƏL. Saçlarım bilsən necə qəribsəyib tumarın üçün. Sənin barmaqların sehrlidi axı. Qulaqlarımda səsin asılıb qalıb. Sanki axan şəlaləni yarı yolda saxlayıblar, nə yuxarı, nə aşağı. Gəl ki, səsin su kimi axıb, daxilimə çöksün.

Sözlərin indi fiks ideyalarıma çevrilib. Hamısı donub, ürəyimin başından asılıb, bağçamdakı daş heykəllər kimi. Gəl ki, canlandırasan onları.


GECƏLƏRİN BİRİNDƏ GƏL. Ah. Ayı gözləyirəm, o da yoxdur. Çıxsana, bəlkə bu gece gələcək. Çıx, onun yolunu işıqlandır. Yolu səhv salıb başqa yerə gedər birdən. Yox!.......əlimdəki şamla saçlarımı alovlandıraram. Mən sənə inaniram, Ay. Cığıra nə etibar, onu hara desən apara bilər. Çünki sən göydəsən, cığır yerdə.....

Gəl. Məni eyvanda tapacaqsan. Ağ uzun donda. Saçlarım kürəyimə tökülüb, çiyinlərimdə ilan kimi qıvrılıb açılır.......,sənin əlinin istisinə həsrətdi. Gözlərim uzaqlara baxır. Budur, Ay da çıxdı artıq. Bu saat, bu dəm hər şey öz yerindədir. Bir sən yoxsan..... Gəl və hovuzun yanında dayan. Heç nə demə. Səni seyr edəcəm. Gözlərimdən gözlərinə ildırımlar yol açacaq. Ürəyinin başına Kupidonun oxları sancılacaq. Bu qədər mənə etdiyin naqislik, zülm, çəkdiyim ağrı-acılar, iztirab qızıl tiyəli iti bir bıçağa çevriləcək, eyvandan düz üstünə atılacaq. Amma sənə yox, arxandakı o daş heykəlin ürəyinə saplanacaq, düz tiyəsinə qədər. Mənim mələklərim səni də qoruyur axı...... Ona görə qorxma.......

Sonra yanına enəcəm. Əlindən tutub bağı dolaşacam. Quşlara birgə qulaq asarıq. Gəzərik ki, cığırda birgə izlərimiz qalsın. Danışarıq ki, səsimiz, sözlərimiz ağacların budaqlarından asılsın. Öpüşərik ki, bizdən sonra şahidlərin qiybət qırmağa mövzusu olsun.

Sonra qəsrə qayıdarıq. Sən və mən. İkimiz. Sonra.......

Gəl, sənə ehtiyacım var, gəl. Sənsiz mən heç nəyəm.

Изменено пользователем Эда F

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

İÇMƏMİŞ SƏRXOŞUM MƏNİM

Şərab səndən, qədəh məndən

İçməmiş sərxoşum mənim.

Oxu səndən, yayı məndən

Çəkməmiş dilxoşum mənim.

Qayda məndən, qanun səndən

Hünərli xaridarım mənim.

Səcdə məndən, qiblə səndən

Misilsiz cahandarım mənim.

Zindan məndən, qandal səndən

Amansız hökmdarım mənim.

Carçı məndən, fərman səndən

Kələkli rəhmdarım mənim.

Hər sözünün başı məndən,

Gözlərinin yaşı məndən,

Üzüyünün qaşı məndən,

Qədirsiz “vəfadarım” mənim.

Dərya səndən, damla məndən,

Quzey səndən, güney məndən,

Toppuz səndən, sapand məndən,

Buludsuz asimanım mənim,

Nitqim, din-imanım mənim.

Изменено пользователем Эда F
  • Upvote 1

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

MƏNİM UŞAQLIQ XATİRƏLƏRİM VƏ YA BAŞ TUTMAYAN ÖLÜM SƏHNƏSİ



Söylənilənlərə görə mən uşaqlıqda çox dəhşətli bir varlıq olmuşam. Əlhəzər! Tam bir monstr. İstənilən dəmir əsəblərə malik adamı öz boynuna kəndir atmağa təhrik edə biləcək bir cocuq. Uşaqları adətən sevirlər. Amma mən o qədər zəhlətökən idim ki, məndən hətta valideynlərim də bezmişdi. Mən 6 ay gecə-cündüz ağlayıb qışqırmışam. Səsim ancaq yatanda kəsilirmiş. Gözlərimi açmağımla həşir salmağım bir olurmuş. Və bu cür narahatlıq üçün elə bir səbəb də yoxmuş. Düzdür, 2 ayında dəhşətli sepsis keçirmişdim. Həyatla ölüm arasında asılmışdım. Amma qurtuldum. Qız uşaqları sırtıq olur, oğlanlar dözümsüz. O vaxt beyin yarımkürələrim hələ məni dilemma qarşısına qoymurdu. Olum-ölüm sualı ilə. Bu dünya ilə o dünyanı müqayisə etmək iqtidarında olsaydım, bəlkə də gedərdim. Mənim narahatlığımın səbəbini daim axtarırdılar. Həkimlər, laborator testlər, müayinələr, təkrar müayinələr və s. və i. heç nə göstərmirdi. Hər dəfə anamın əlinə bir parça kağız verirdilər və orda da bir kəlmə söz yazılırdı: “Sağlam”. Mən isə durmadan bağırırdım. Mənim nə anamın əlindəki tibbi müayinənin qərarından, nə də onun beynində dolaşan nəhayətsiz: “ Ay balam, bu tifilin dərdi nə?” suallarından xəbərim vardı. 6 ay sutka boyu qışqırıb ağlamaq.....Məni yatağıma qoyurdular, götürürdülər, öpüb əzizləyirdilər, yedirdib oynadırdılar – məni isə heç nə ovundurmurdu, mən elə öz işimdə idim. O qədər çığırırdım ki, kapilyarlarım partlayırdı, səsim batırdı, rəngim göyərirdi və məni su aparırdı.

Və.....və....və.... Anamın dəmir sinirləri (mənim anam çox güclü və hökmü rəvan bir qadın idi) bir gün tab gətirmir. Növbəti yuxusuz sutka, növbəti gecə seansı, qonşular divarı yumruqlayır. Atam başılovlu işə qaçır, bir də geri qayıtmamaq xülyası ilə..... Və mənimlə tək qalan anam bu çözümsüz yaşama bir son qoymaq üçün müdhiş bir plan fikirləşir. O qədər müdhiş ki, onu yazmaq cəratətində bulunmuram. Hər halda qadın qadındır. Və son həddə çatdırılmış qadından nə desən gözləmək olar. Atam isə.......mənim romantik atam. Onun evdə sakitliyi bərqərar etmə planı daha nəfis, daha humanist idi. Dəniz.....


Bağda idik. Mən körpə idim. Bəlkə də 8-9 ayliq, plyus-minusla. Dəqiq deyə bilmərəm. Hər halda otura bilirdim, əllərimdən tutanda dayanırdım da. Məni başlarından eləmək üçün atama tapşırırlar və deyirlər ki, hara istəyirsən, apar bunu. O da məni dəniz sahilinə gətirmək qərarına gəlir.

Atamın məni apardığı çimərlik o regionda ad çıxartmışdı. Pisliyə. Burulğanlarının, sualtı qayalıqlarının ( ən böyük təhlükələrdən biridir, üstü yosunla örtülür, ayağını qoyan kimi sürüşüb düşürsən dənizin dibinə), daşların, balıqqulaqlarının və sındırılmış şüşə butulkaların sayına görə. Həmçinin dərinliyinə görə. Dənizdibi landşaftı da proqnozlaşdırmaq mümkün deyil. Yəni çimmək üçün qətiyyən yararlı bir yer deyildi. Amma biz onunla çimməyə getmirdik axı. Bu çimərlik yaxın olduğu üçün atam buranı seçmişdi.


Haşiyə:

Mən təxminən 13-14 yaşıma qədər hər yay bağa gedərdim. Yəni hamı gedərdi və məni də aparardılar. Orda da hər gün səhər tezdən, acqarına tələm-tələsik yerimizdən durub dəniz kənarına yollanmalı idik. “Ultrafiolet qəbul etmək üçün” - Anamın fikri idi bu. Və səhər yeməyini dəniz kənarında qəbul etməli idik. Mütləq. Kim özünü naza qoyub, imtina etsəydi, o çox ciddi surətdə cəzalandırılırdı. Yəni onu naharsız, hətta şamsız da qoya bilərdi anam. Onun xasiyyətini bildiyimiz üçün çalışırdıq onunla zarafat etməyək. Amma ən çox cəzalandırılan yenə də mən olurdum.

Hər gün səhərlər oralara bir dəstə qız gəlirdi. Kənd qızları. Təbii gözəllər. Retuşsuz, makiyajsız-filansız. Hamısı ucaboy, enlisümük, uzunsaç, üzləri gün şüalarından yanmış, bir qədər kobud, amma çox sağlam (buz baltası) kənd gözəlləri. İndiyə kimi yadımdadır. Haray-həşirlə gəlib, bir-birini itələyə-itələyə, elə paltarla (!!) suya hoppanırdılar. Onlar dənizin dibinin hər santimetrinə, hər qarışına beş barmaqları kimi bələd idilər. Heç nədən qorxmurdular və hamısı gözəl üzgüçü idi. Sanki onları elə dənizin içində doğmuşdular. Amfibilər..... Mən matım-qutum qurumuş halda ağzımı ayırıb onları seyr edirdim. Mən üzməyi bacarmıram (onda da, məlum məsələdir ki, bacarmırdım) və onların güclü, gözəl qollarının suda necə qalxıb-enməsinə tamaşa etmək mənə xüsusi zövq verirdi. Baxırdım onların dalınca.......ta üfüqdə qara nöqtələrə çevrilənə qədər. Elə bu vaxt bizim dəniz vaxtımız qurtarırdı və anam dəstəsini yığırdı ki, “Durun, yığışın, evə gedirik”. O birilər dinməz-söyləməz anamın qabağına düşürdülər. Mən isə ayaqlarımı yerə döyüb qışqırırdım: “Mən getmirəm. Siz gedin, mən özüm gələrəm”. Sonra isə sahil boyu qaçmağa başlayırdım (mən çox sürətlə qaça bilirəm, çatmaq olmur. Mənə uşaqlar hepard deyirdilər), anam da mənim ardınca. Bu minvalla mən vaxt udurdum və qızlar üzgüçülük şousunu bitirib, sahilə dönürdülər. Yox, əslində şou indi başlayırdı. Oooooooooooooo. Su pəriləri bir-bir sudan çıxırdı. Təkrarsız və valehedici bir səhnə. Yaş bədən ola, şux qamət və nazik ipək paltar. Paltar bədənin bütün qabarıq-çökəklərinə girib, onun relyefini tam çılpaqlıgı ilə qoyurdu çölə. Bəli. (Mən indiyə qədər başa düşmürəm ki, niyə yerli camaat arasında çimərlik kostyumu ilə çimmək ayıb sayılırdı, amma bu cür biabırçılıq normal bir şey idi. Bəzən seyrçilər arasında tək biz uşaqlar yox, bığ yeri yenicə tərləmiş kənd yeniyetmələri də olurdu. Yazıqlar. Dayanıb, ağızlarının suyunu axıda-axıda amazonkalara tamaşa edirdilər). Amma bu cür unudulmaz səhnəni axıra qədər seyr etməyə anam mənə imkan vermirdi. Gəlib mənə çatırdı, qulağımdan yapışıb: “Səni Allah mənə bala yox, bƏla verib! ” deyib, qışqırda-qışqırda evə tərəf sürüyürdü.

Haşiyənin sonu.


Deməli, atam məni uşaq arabasına oturdub (araba isə balaca, gəzinti üçün olanlardan deyildi, mən orda həm də yata bilirdim), sürə-sürə sahilə gətirir. Orda tək dəniz yox, sahil də çox arzuolunmaz vəziyyətdə idi. İrili-xırdalı təpələr, o təpəliklərin arasında çirkli su nohurları...... Biz hər dəfə növbəti təpəni qalxıb enəndə bu mənə ləzzət edirdi (başyuxarı-başaşağı) və mən səsimi kəsib, maraqla ətrafı seyr edirdim. Biz növbəti təpə maneəsini dəf edəndə mənim avtomobilimin (araba) təkəri dözmür və onun hansısa bir detalı sıçrayıb çıxaraq (hər halda uşaq arabası tryuk göstərmək üçün nəzərdə tutulmayıb) eniş aşağı diyirlənməyə başlayır. Bu mənzərəni dəhşətlə seyr edən atam həmin detalı tutmaq üçün qaçır və mən tək qalıram. Məni unudur. Mən də təpənin üstündə öz avtomobilimdə bir şahzadə qüruri ilə əyləşib, başımı fırladaraq sağıma-soluma baxıram. Birdən atamı yanımda görməyən mən təəccüblənib şaşırıram və uzun zəngulələr vurmağa başlayıram. O isə yoxdur, gəlmir........,məni atıb gedib. Onda mən oturduğum vəziyyətdən çalışıram ki, dikəlim, ya əksinə, uzanım, ya düşüm qaçım, nə isə, indi artıq yadımda deyil........və arabanı o qədər silkələyirəm ki, o öz statik vəziyyətindən çıxıb, təpəaşagı şütüməyə başlayır. Eniş........ətalət......o, surət götürə-götürə gedir və gəlib harda dayanır? Bəli, düz dənizin içində. ...........Su............. Dənizə düşmüş hər bir şeyi öz qoynuna çəkməyə adət etmiş su. Su başlayir yavaş-yavaş arabanın içinə dolmağa. Bu vaxt atam itirdiyi əşyanı tapıb geri dönürmüş. Məni yerimdə tapmayanda təəccüblənir. Birdən gözü mənə, artıq dənizin içində olan mənə sataşır və heyrətdən donub qalır. Nə mənə qarşı bir addım, nə qışqırtı: “Ay aman, kömək edin!”, nə bir hənirti. Heç nə. Elə sadəcə dayanıb baxır.

Sahildə isə...........sahildə, təpələrdən birinin dibində cavan oğlanla qız öz eşq romanlarının təzə səhifəsini yazmaqda imiş. Bu dəm dənizin içindəki körpə, yəni mən, qızın diqqətini cəlb edirəm və o, oğlanı dümsükləyib, “ora bax, ora bax” qışqırır. Oğlan yerindən sıçrayıb qalxır və suya cumur. Birdən ona sanki nəsə deyirlər, qanrılıb atama baxır, başa düşür ki, bu daş heykələ dönmüş insanla batan körpə arasında nəsə bir qohumluq əlaqəsi var. Beynindən 52 000 dənə fikir keçir və son nəhayətdə sağlam məntiqi onun yerindən oynamış ağlını kəllə sümüklərinin hüduduna qaytarıb, “Cəld ol, tələs. Bu saat ölüm səhnəsinin şahidi olacaqsan və bu körpənin qanı sənin vicdaninda qalacaq. Sonra heyrətlənərsən. Cəld ol!! Çaparıq!” deyə bağırır. Oğlan suya atılır və məni qucağına alır, o biri əli ilə avtomobilimdən yapışıb sahılə çəkir. Mənim xilaskarım. O vaxt danışa bilsəydim, ona ürəkdən bir “çox sağ ol” deyərdim. Qız oğlanın boynuna atılıb, o üzündən, bu üzündən öpür və onlar məni atama qaytarırlar. Atam, artıq özünə gəlmiş atam, məni və arabanı evə gətirir.

Sonralar atamdan soruşurdum:
- Bəs qorxmurdun ki, bataram?

Deyirdi:
- Təxəyyülümdə iki səhnə canlanmışdı. Səni qurtarıram və yenə eyni həyat, eyni güzəran. Səhərdən ta o biri gün səhərə qədər adamın iliklərinə işləyən cığırtı...... İkinci səhnə: Səni qurtarmıram və bir rahatlıq, səssiz-səmirsizlikdən həzz alırıq ananla. Mən bilirdim ki, birincini seçməliyəm. Amma ikinci o qədər cazibədar idi ki...... Seçim qarşısında qalmışdım......

Onun seçim qarşısında qaldığı vaxt su mənim arabamı doldurmaqda idi....

İndi artıq anam yoxdur həyatda. Atam məndən asılıdır. Bəzən sual verirəm ona:
- Pa, əgər o vaxt batsaydım, indi sənə kim baxardı?

Susur.....


P.S. Вспомнила рассказ А.П.Чехова «Спать хочется».
Варька, нянька лет тринадцати….Улыбаясь, не мигая, она подходит к колыбели, душит ребенка, ложится на пол, смеется от радости и через минуту спит крепко, как мертвая.

Изменено пользователем Эда F

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Введение к “QARA YAZI”


Bu, mənim depressiv günlərimdən mənə qalan yadigardı. İndi hər şey arxadadır. Bu yazı o qədər də “qədim” deyil. Təxminən 6 ay bundan qabaq qələmə alınıb.

***

Сразу оговорюсь, у меня делюзий /заблуждений там всяких, а также делирия нет. Маразма, деменции, склероза тоже (пока). Не сумасшедшая я. И не неврастеник, не невротик. Черт! Кто же я тогда? Ни под одну категорию не попадаю.

Я обыкновенная женщина. Самая обыкновенная.

УМЕЮ ЛЮБИТЬ (до потери пульса). ЛЮБЛЮ ГРУСТИТЬ (когда меня не понимают). ГРУЩУ, когда нет РАДОСТИ в моей жизни (грущу и просто из кожи вон лезу, чтоб как-то предотвратить наступление Великой Засухи – Хронической Грусти). РАДОСТЬ исчезает, улыбка сходит, стирается с лица, когда понимаю, что ТЕРЯЮ……того, кого не хотелось бы потерять. (страх – не друг нам. Стоит толко бояться, и все. Все страхи претворяются в жизнь и начинают глодать тебя день и ночь). ТЕРЯЮ, потому что НЕ НАУЧИЛСЯ ЛЮБИТЬ (любить не каждому дано). НЕ НАУЧИЛСЯ ЛЮБИТЬ, потому что я УМЕЮ ЛЮБИТЬ за двоих (до потери пульса). ЛЮБЛЮ ГРУСТИТЬ и т.д. Замкнутый круг…..

Эт мы выяснили…..что обыкновенная я, такая же, как и все другие Ж.

Теперь про людей, про всех остальных.

Есть люди, которые воспринимают окружающий мир несколько иначе. Они неравнодушны к сказкам, для них радуга 8-ми цветная. Их мир, это такое разнообразие оттенков…… У них между белым и кремовым стоит такой нежный, замечательный цвет: античный белый. До черного идет бистр, а после – совсем черный. Они по утрам просыпаются от музыки внутри….это такие непередаваемые звуки внутренней своей мелодии. (и не какие они не яснослышащие при этом). Их когда вводят в транс, они четко видят струю света фиолетового тона.

Они не всегда чувствуют себя в конкретном пространстве и времени. Будто у них изначально не было никаких точек опоры в окружающей действительности. И приходится трудиться в поте лица, чтобы найти эти опоры… найти и не терять более… Они беззащитны и немного дезориентированы, что-ли,…. особенно когда кругом много грязи и негатива….что иногда вынуждает прятаться от мнимой или реальной угрозы.

И они твердо верят в то, что придет тот солнечный день, когда ВСЕ будет ХОРОШО.

У них плохая память на числа. Они даже свой номер телефона не могут запомнить.

Их вводит в ступор совершенно материалистический подход к жизни,…..когда даже чувства и эмоции пропускаются через сито холодного расчета / рассудка заурядного прагматика.

Им присуще художественно-образное, ассоциативное восприятие действительности. И во всем они ищут символико-аллегорический смысл. В их жизни романтика занимает отнюдь не последнее место.

Для них «Мир – это мое восприятие мира».

И не любят они покоряться / подчиняться. Вечные бунтари…

Эти люди мерзнут, когда им холодно. (Странно, нет?) Плачут, когда…..нет, не им, а другим больно.

Им бы солнца…..круглый год. Они тепло любят.

Им бы простора , чтобы разбегаться.

Им бы чистого неба над головой …всегда! Они должны быть уверены в завтрашнем дне,…..что завтра будет если даже не лучше, то хотя бы не хуже….

И не любят они сюрпризов, не от людей, не от судьбы.

Не ищите у них психологической запущенности. У них очень суровый внутренний ценз. И не нужно их контролировать извне. Не нуждаются в этом.

Думаю, достаточно.


Вторая категория людей. Это черно-белый телевизор. Есть строго черное и строго белое, и ничего более. Формы для них только с острыми углами. Нет там закругленных краев.

Им покажешь, они увидят. Не покажешь, ни за что не додумаются. Не любят и не умеют читать между строк.

У них математический склад ума. Они мир видят через цифры, оценивают свою жизнь тоже в цифрах, в процентах. А разговаривают формулами.

Совершенно оригинальные люди……

Ты им скажешь: «Небо, свет, тепло», они тебе: «Земля (самое дно!), тьма, холод. И вообще, спускайся с небес, ненормальная».

Ты им шаг навстречу, они два назад.

Ты им: «Здрасьте», они: «До свидания».

Они не знают, где проживает Любовь и в их мире нет места сентиментам, эмоциям, состраданию.

Главная их задача – всегда все отрицать, даже очевидное. И поступать только так, как престижно и как подобает. Их главный страх – не выглядеть белой вороной.


Есть, конечно, третья, четвертая ……и др. категории. Но я их еще не изучила.

В общем, моя категория……ну да, конечно же, первая.

Зачем такое длинное введение? Это иммунизация, чтоб потом разные идеи о полноценности психики не возникали. Человек (читатель, в данном случае) может к вам прекрасно относиться, но после чтения вашего сочинения может усомниться в вашем психическом здоровье, может побеспокоиться о вас. Поэтому и провожу превентивные меры, чтоб знали, со мной все в порядке.

Тут я пишу о друге своем. Его, как такового нет. Но в то же время он не плод моей фантазии. Если он отвечает на мои вопросы, и довольно четко и ясно, значит, он все-таки есть. Пусть это будет голос подсознания, или мое второе Я. Не стану спорить…..Диалог есть, не отрицать. Почему его именно таким представляю? Не знаю. Как представляется, так и представляю…принимаю. И не дьявол он, не иблис! Не судите по глазам, по взгляду,……а просто советчик, друг,….притом хороший.

Изменено пользователем Эда F

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

QARA YAZI


Düşünən beyinlər! Döyünən ürəklər! Güclü iradələr!
Qaytanı boşaldılmış boğazlar! Uca amallar! Xeyirxahlıq!

Bütün bunları bir yerə cəm eləyib, insan oğlunu onlarla mükafatlandırsaq belə, yenə də bu qədər “reqalıyalarla” adi və bəsit suallara: “Nə etməli?”, “Necə etməli?”, “Ardı nə olacaq?” - birmənalı cavab tapmaq müşkül məsələdir.

Ey gəlimli-gedimli dünyanın çərxini tərs fırladan! Bilirsən ki, sənin kimiləri barmaqla sayılacaq qədəq azdır bu cahani-kunfakunda. Sən öz yazını pozub, təzədən yaza bilirsən. Ax, bilsən, sənə necə qibtə edirəm. Yox, yüngül reveranslıq deyil. Yerə qədər təzim sənin qarşında. Şlyapam olsaydı, onu da şıxardardım.

O qədər cavablandırılmayan suallarım var ki......Bunların çözümündə mənə kömək edə biləcək bir dost gəzdim. Tapmadım. Və bezdim onu axtarmaqdan. Onu tapmaq həvəsim tam öləndə, o özü özbaşına, mənim heç bir rolum, iştirakım olmadan tapıldı. Yolu uzaq imiş, ona görə yubanıb. Ulduzlardan gəlib o. Düzdür, fiziki bədənə malik deyil. Amma neynirəm onun fiziki varlığını? O mənə yalnız bir dost qismində lazımdır, başqa heç nə. Beyni var, düşünür, səsi var, danışır. Bir az qəddardır, sərtdir, rasionalistdir, amma neynim?...... Ən əsası odur ki, lazım olan vaxt lazım olan yerdə peyda ola bilir. Şüuraltına inikası təxminən belədir: (vizuallaşdırmasaq keçmir) Ucaboy, enlikürək bir kişi silueti. Başında qara silindr, əynində qara plaş, əlcəkləri də qara. Bir əlində uzun ingilis çətiri, hansından ki, əsa kimi istifadə edir. Yaşı? Maraqlanmamışam, nəyimə lazımdır? Silindri daim gözlərinin üstünə basır, plaşin yaxasını tam qaldırır və üzünü gizlədir. Mən yalnız gözlərini görmüşəm onun. Dəhşətlidi........Bir boşluq var gözlərində.........,dərin bir boşluq., uçurum boşluğu..........və bir də soyuqluq, buz soyuqluğu. Çox gözəl zadəgan maneraları var. Heç vaxt heç yerə tələsmir. Aramla danışır. Səsi çox hökmlü və hipnotik. Bir dəfə eşitsən, ömrün boyu qulaqlarından getməz. Bax bu mənim dostumdur. Və mənimçün onun xarici görünüşünün, oturuşunun, duruşunun heç bir mənası yoxdur. Əsas odur ki, istədiyim vaxt gəlir, mən onu axtarmıram və gözləmirəm. Məsləhətləri daim karıma gəlir.
Tanışlıq bitdi.



Suallarım:

- Əgər həyatının 15 ilini sərf etdiyin bir iş, əməl, ideya, layihə, hər nəsə günlərin bir günü kosmosun qara deşiklərinə yuvarlansa, neyləmək lazımdır? Başa düşürsənmi 15 il nə deməkdir? Bir igid ömrü. Bütün bu müddət ərzində onun kündəsini yoğurmusan, şitinə-şoruna baxmısan, isti-soyuğuna.......Hər gününü ümidlə başa vermisən ki, son nəhayətdə alacağın nəticə sənə hər şeyi unutduracaq. Və........nəticəni get qaranlıq dünyada axtar, gedər-gəlməzdə. Nə edim? Məsləhətin.

Cavab: Keçmiş - əlindən sıvrılıb çıxan sürüşkən bir balıqdı. Onu saxlamağa çalışmaq öz üzünə tüfürmək kimi bir şeydir. Olan oldu, keçdi. Nəyisə dəyişdirə bilərsən? Yox. Belə bir iqtidarda deyilsən. Çevir vərəqi. Çevir və bir də geri döndərmə. Təzə sətirdən böyük hərflə yaz.



- Böyük bir təhlükə gözləyir məni. Bıçağın ülgücü üzərində gəzirəm.......ya uçurum kənarında. Azacıq büdrəməyim bəs edər. Təhlükə.....Dırnağı ətdən ayırım? Əlacsız qalanda, bıçaq sümüyə dayananda, belə də edəcəyəm. Amma sonra bu boyda psixoloji yüklə yaşaya bilməyəcəyəm, onu da bilirəm.....

Cavab: Səbr. Təmkin. Dözüm. Siz insanlar bəzən bozu da qara görürsüz. Reallıqdı, deyirsən? Dəyişə bilməyəcəksən? Reallığa münasibəti dəyişə bilərsən. Bu sənin əlində. Və sənin üçün yeganə çıxış yolu. Başqa prizmadan bax. Çərçivələri dəyiş, hüdudları genışləndir.......Bunları da mən öyrədim sənə?



- Niyə belə olmalıydı axı?

Cavab: Sıtqıma. Qapısına üç oğul meyidi gəlmiş anadan danışım sənə? Cavan yaşında gözlərinin işığını itirmişlərdən necə? Bəlkə ömürlük yorğan-döşəyə pərçimlənənlərdən? Ya ətraflarından məhrum olmuş nər kişilərdən? Müharıbə şəraitində nələr olur, bilirsən. Diri gözlü əzaları kəsilənlər.... Ananın gözü qarşısında balalarına verilən zülm-işgəncə..... Ərinin gözü qarşısında arvadının başına açılan oyunlar..... Bəs elədimi? Ya davam edək? Demə ki, sənin yükün onlardan ağırdı. Müqayisə, əzizim, müqayisə.



- Ən ağır, acı, dar günümdə, onda ki, köməyə, dayağa ehtiyacım var idi, üz döndərdilər məndən. Özü də kimlər.......Eh, sizə güvəndiyim dağlar......İtkimlə tək, üzbəüz qoydular məni. Ağlamağı onda tərgitdim. Sonra intiqam almaq istədim. Bacarmadım. Daxilimdə hansısa bir qüvvə qalxdı, qoymadı......

Cavab: “Dünyada ən şirin şey nədir?” sualına müxtəlif cavablar alınır. Kimi ana deyir, kimi övlad, kimi Vətən, məhəbbət. Amma sualın cavabı intiqamdır. Sən düz eləmisən. İntiqam məhz həmən an, onda ki, beynin qazan kimi qaynayır, bax onda şirin görünür. Bir müddətdən sonra başa düşürsən ki, lazım deyilmış. Onda ki, hər şey soyuyur....... Üz döndərdilər, alçaqlıq elədilər, deyirsən.......Hər pislikdə gəl yaxşılıq axtaraq. Onlar sənə öz resurslarından istifadə etmək üçün imkan yaratdılar. O hadisələr olmasaydı, sən heç vaxt öz nağıllar aləmindən əl çəkməyəcəkdin.



- Niyə yaxşlıq etdiyim insanlar üzüdönük çıxırlar? Pisliklə cavab verirlər mənə?

Cavab: Bu da sənin günahın. İnsanları tanımaq lazımdır. Yaxşını pisdən ayırmaq lazımdır.



- Yaralarım çoxdan qaysaq bağlamışdı. Daha məni incitmirdi. Amma olur ki, qansızın biri gəlir, vəhşicəsinə o közləri qoparır və yaralar başlayır öz ikinci həyatını yaşamağa........Nə edim?

Cavab: Zirehli bir don geyin. Qorun. Əgər hər yoldan ötənin əli sənin yaralarına çatırsa, birinci özün günahkarsan. Müqəssiri uzaqda axtarma.



- Bəzən hiss edirəm ki, son nöqtədəyəm.

Cavab: Ətrafındakı insanların həyatı ilə yaşamağa çalış. Birinin, ikisinin, üçünün. Onların həyat problemlərini, yükünü öz çiyinlərində hiss etməyə çalış, ağrılarını bölüşdür. Çox vacib bir şeyi anlamalısan. Anlamalısan ki, başqasının yerində olmaq istəməzdin. Sənə məhz sənin üçün nəzərdə tutulmuş həyat verilib. Onda öz həyatını qiymətləndirməyə başlayacaqsan.

{ Кстати, здорово помогает. Апробированный метод. Попробуйте пожить жизнью другого человека, почувствуйте себя в его шкуре, разделите его чаяния, страхи, переживания. Если не сразу, так через день, через пять, поймете, что ваша жизнь, со всеми ее прелестями оказывается, самая лучшая для вас. Вам достался наилучший вариант. После такого теста роптать на судьбу не будете.}



- Daxili dünyamdakı ziddiyyətləri necə susdurum? İndi çətindi mənə, özün bilirsən. İçimdəki oazisim, hara ki, daim pozitiv üçün enirdim, indi yox olmaq üzrədir, sulara qərq olur, əlimdən çıxır. Möhtəşəm bir stabillik var idi. İndi onu itirmək üzrəyəm. Məni özümə qaytar.

Cavab: Tənhalıq. Ağlını başına cəm edib düşünməlisən. Elə yerə get ki, orda səni tanıyan olmasın. Dəniz kənarı yaxşıdır. Çalış, tünlük yer olmasın. Tovuz quşu kimi bəzənmə. Ziyafətə getmirsən. Adi pulover, cins şalvar və gödəkcə. Saçlarını yığ, qara eynək tax. Heç kəsin diqqətini cəlb etmə. Başını aşağı sal, get.

Cavabı özün tapacaqsan. Daha doğrusu, cavab səni tapacaq. Tənhalıq və sükut çox gözəl simbiotik və münbit bir plast yaradacaq sənin üçün. Bağışla, bu sualla sənə kömək edə bilməyəcəyəm. Bu, yalnız sənin öhdənə düşən bir iş. Permanent ziddiyyətlə işləmirəm mən.



- Bir rəfiqəm iş yoldaşları (!) tərəfindən vəhşicəsinə zorlanıb. İnsestə bərabər tutur bunu. İndi intihar ərəfəsindədir. Mənim köməyimə ehtiyacı var. Nə deyim ona?

- Bir göz qırpımında bütün varını-yoxunu, evini alov udmuş bir insan var. Ona necə kömək etmək olar?

- Mənə çox yaxın bir insan var. Canım-ciyərimdi. Nəslimin xaç atası. Əgər onun xərcəng diaqnozu təsdiqlənsə, mən dəli olaram. Nə edim onda?

- Ey, hardasan sən? Mən səninləyəm axı? Getdin? Mənim hələ bir aləm cavabsız suallarım var. Ürəyim doludur.

Cavab: - - - - - - - - - - - - - - - - - - - - - - - -
.............................................................................

(lap uzaqlardan) Sən niyə öz işinlə məşğul olmursan?



P.S. QARA YAZI.... Azərbaycan təbiətində Qarayazı deyilən meşə var. (Ağstafa r-nu ərazisində dövlət qoruğu). O meşənin yazısını niyə qara yazdılar görən? Özü də o qədər qara ki, adına belə nüfuz etdi......

Изменено пользователем Эда F

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

DƏNİZ, MƏNİ  QƏBUL  EDƏRSƏNMİ, DƏNİZ?

 

 

Dəniz, məni qəbul edərsənmi, dəniz?

 

Dəniz, dəniz, dəniz.... Niyə biri intihar etmək istəyəndə, gəlib səni tapır? Sən ağzıbütövsən, sirr verən deyilsən, ona görə? Ya izləri daha yaxşı silirsən, ona görə? Bəlkə batanın günahlarını yuduğuna görə?......Axı sui-qəsd ən böyük günahdır, deyirlər.

 

Niyə birinin qəlbində qasırğalar coşanda, hirsi beyninə vuranda, başında ildırımlar çaxanda, cözü bu düzü-dünyada heç nəyi görməyəndə,  canını götürüb sənin sahillərinə gəlir, mavi sularına dalır, hey dalır........ , qəlbinin dərdini sənlə bölüşür, başının üstündəki qara buludları sənlə dağıdır?  Niyə?  Sən  “su hərisinin”  susuzluğunu  yatırda bilirsən, ona görə? Alışan ruhlara su çiləyirsən, ona görə?  Ya dünyada misli görünməyən dərd dağarcığı, qəm dəryasısan, ona görə?  Qəm dəryası..... Təsəvvür edirəm, tərkində nələr gizlənib.....

 

Niyə biri sulara qərq olmuş Antarktidanı səndə axtarır, ümman?

 

Niyə biri səndə keçmiş sivilizasiyaların bizə miras qoyduğu piramidaları axtarır? Misir ehramları bəs etmirmi bizə? Bəyəm onların sirrlərini öyrənib qurtarmışıq?

 

Niyə biri sənin dibində qızıl, ğümüş, ləl-cəvahirat gəzir? Batmış gəmilərin sirrini heç kəsə verməyəcəksənmi? Çoxmu quldurların olub? Çox idbar və qısqancsan.

 

Paslanmış dəmir parçası,......yosun basmış kayutlar,...... toza dönmüş insan sümükləri,.......əsrlərin tapdağı altında qalmış içi xəzinə dolu sandıqlar,.......balıqlara yem olmuş dəniz xəritələri,.......balıqqulağılardan sanki sap-sap mirvari geymiş gəmi göyərtəsi....... Bunlar hamısı bir vaxt dəniz səthində imiş......indi tərkindədir...... İndi bunlar sənin oyuncaqlarındır. Nə pis oyuncaqlarin var......

 

Söylə, sularında çoxmu “qara deşiklərin” var, kosmik fəza kimi?  Çoxmu insanın həyatına son qoydun? Varlığının üstündən xətt çəkdin, taleyini qara yazdın?  Dəniz, ..........dəniz............Sevmirəm səni.

 

 

Yenə o bağ olaydı, yenə o qumlu sahil,

Sular ötəydi dil-dil.

Saçın kimi qıvrılan dalğalara dalaydım,

Dalıb ilham alaydım.

Əndamını həvəslə qucaqlarkən dalğalar,

Qəlbimlə qasırğalar, fırtınalar cöşaydı, qısqanclıqlar döğaydı,

Məni hirsim boğaydı.

Cumub alaydım səni dalğaların əlindən, yapışaydım belindən.
Xəyalımız üzəydi sevda dənizlərində, ləpələr üzərində.

İlhamımın yelkəni zərrin saçın olaydı,
Sular xırçın olaydı.*

 

 

 “Məni həvəslə qucaqlarkən dalğalar”, çox-çox ümid edirəm ki, məni onların əlindən qurtara biləcək bir  KİMSƏ  tapılmayacaq.

 

Dəniz, məni qəbul et. Səninəm.

 

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

 

 * M.Müşfiq. "Yenə o bağ olaydı"

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

HƏYAT

 

 

Şəxsən mənim üçün nədir həyat? Sürüşkən bir substansiya; qaçqın bir fədai; “bir pəncərə, hər gələn baxar gedər”; bir ovuc torpaq, hansı ki, barmaqlar arasından durmadan süzülüb gedir; çatlaq bir su qabı; bir səmum küləyi (saçlarımı qarışdırmaqdan xüsusi həzz alır); yalnız mənə mənsub olan, lakin mənsubiyyətin təsdiqlənməsinə yol verməyən bir  ipostas; xüsusi normaların, yaşam tərzinin, etik qaydaların tüğyan etdiyi icbari bir  “Olum”.  Bizləri həyata gətirəndə niyə soruşmadılar: İstəyirsənmi? Əcəb elədilər. Bir çoxları “yox” deyəcəkdi......

 

Həyatın girdabına heç enmisizmi? Yox? Onda nə biləsiz nədir həyat? Göyün yeddinci qatından (hara ki, sizi aşıb-daşan endorfinləriniz qaldırıb qoyub, gözünüzə çəhrayı bir eynək, kürəyinizə məhəbbət ilahəsinin zərrin qanadını taxıb) yerin altı görünmür.....

 

Həyatım, dirliyim, ruhum.....”

 

Seçilirmi həyatım milyonların həyatından?

 

 

“Heydərbaba, dünya yalan dünyadı,                                                                                       

 

Süleymandan, Nuhdan qalan dünyadı,                                                                                     

Oğul doğan, dərdə salan dünyadı,                                                                                             

Hər kimsəyə hər nə verib alıbdı,                                                                                    

Əflatundan bir quru ad qalıbdı.” *

 

 

Yalan dünyada nayalan həyatmı yaşamaq istədin? Fil sümüyündən möhtəşəm qəsrmi ucaltmaq istədin? İstədin ki, ömür qəsrini sürahi boylu əsrarəngiz gözəllərin barmağının qanıyla işlənmiş xalı-xalça ilə döşəyəsən, sütunları mirvari ilə bəzəyəsən? Döşəməsinə ləl-cəvahirat səpələyib, tavandan qızıl silsilələr asasan? Pilləkən məhəccərinə gümüş cəncir dolayasan? Büllur çilçıraqların pəncərədən süzülən səhər şəfəqlərində bərq vursun?   Oh......

 

"Əs, ey külək, bagır, ey bəhri-biaman, ləpələn!                                                                           

Atıl cahana, sən, ey ildırım, alış, parla!                                                                               

Gurulda, taqi-səmavi, gurulda, çatla, dagıl!                                                                               

Sön, ey günəş, yağışın yağdır, ey bulud, ağla!” **

 

Dağıt yalan dünyanı, dağit......

 

Fani dünya.    “bir yandan boşalır, bir yandan dolur, sirrini verməyir sirdaşa dünya”......

 

“cahan  daimidir, ömür amanat “.......

 

Bundan sonra şərhə-bəyana ehtiyac varmı?  Yenəmi üzbəsurət qoyasan həyatla dünyanı?

 

Həyan mənim, dünya heç kimin!

 

 

Yadıma çox köhnə zamanlar gəlir,                                                                                        

Ömür dedikləri  bir  karvan yolu,                                                                                                     

Nə canlar gedərək, nə canlar gəlir.” ***

 

Əzəldən beləymiş..........

 

Ömər Xəyyam:  “ İstəmədən bu dünyaya gəldik, təəccüblə yaşadıq, həsrətlə getdik.”

 

Həyat, gözəllərin busəsi qədər şirin,  zəhər qədər acı.....

 

Bəs ölüm nə? Həyatdan danışarkən, ölümü unutmaqmı olar?

 

Смерть – это стрела, пущенная в тебя, а жизнь – то мгновение, что она до тебя долетит.

 

Обращение к Богу:  «Зачем ты меня создал?»                                                                  

Ответ:  «Конечное не может постичь  БЕСКОНЕЧНОЕ».                                                      

Значит, нужна……… 

 

 

Собственный  коммент:  Каждый день надо прожить так, будто ты всю жизнь готовилась к этому дню.

(я бы с удовольствием, да не получается…..)

 

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

* Şəhriyar.

**  C.Cabbarlı.

***  S.Vurğun.

  • Upvote 1

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Непонятно может быть только в случае незнания языка.

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Тогда читайте Введение (6-ой пост), только оно у меня на русском.

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

 

TƏBİƏT

 

                                                                                                                                 “

"Yenə də yamyaşıl geyinir dağlar,                                                                                              

Göz kimi durulur qaynar bulaqlar,                                                                                           

Əriyir güneylər döşündəki qar,                                                                                                 

Yağış da isladır o göy çəməni,                                                                                                 

Təbiət ilhama çağırır məni! “ *

 

 

Ağac koğuşundakı qar yadındamı? İlk bahar.....  Gövdədəki mamır necə?  Mamırın ətri, göbələklərin qoxusu, nəm torpağın nəfəsi...... aləm rütubətdi.....ayaqlarım yaş oldu. Yadındamı?  Meşə nəsə deyir mənə, sirli bir nagıl pıçıldayır sanki. Bir hənirti gəlir. Dönüb baxıram,ax,kirpiymiş. Tez-tələsik harasa yox oldu. Meşə köhnə, çürümüş yarpaqlardan xalı geyib. Kirpinin ayaqlarının xışıltısı indiyə qədər qulaqlarımdadır. Nəsə tələsik işi varmış. Mənə baş qoşmaq istəmədi.  Ya da kifayət qədər maraqlı deyiləmmiş onun üçün.

Bəs yay gecələri necə? Yadındamı?  Keçən günlərimi qaytaraydılar....... Meşənin ayrı avazı var. O nə dağdır, nə çəmən. Öz musiqisi, öz solistləri, öz tamaşaçısı var. Meşə ayrı aləmdir. Gəl onu sevmə görüm. Qıvrılıb axan, suyu buz kimi kəsən çay yadındamı?  Sürüşkən sahillərdəki qurbagalar?  Çay daşları? Onları yıgardıq.......Çayın zümzüməsi, quşların hərəsinin öz “kəlmeyi-şəhadəti”, bir də uzanıb gedən cıgır...... Bəxtin gətirsə, meşə heyvanları ilə də tanış ola bilərsən. Bu nə sudur belə, yamyaşıl, durğun?  Hə, bu bataqlıqdır, ora dönməsək yaxşıdır. Köhnə, iri, cüssəli ağacların tacı tam yuxarıda birləşıb, sanki qol-boyun olub rəqs edəcəklər. Sıx yarpaqlar arasından günəş şüaları zorla sızır, yerə çatana qədər səpələnib yox olur. Ona görə ala-qaranlıqdır daim. Bu toranlıqda meşənin çox qəribə ahəngi, gözəl abi-havası var. Əsəbləri sakitləşdirir. Səni səndən alır....... Dənizinmi missiyasını həyata keçirməyə çalışır?

 

 

"Sıra dağlar, gen dərələr,

 Ürək açan mənzərələr,                                                                                                            

 Ceyran qaçar, cüyür mələr...." *                                                                                                      

 

 

Ot  tayası yadındamı? Gecə yorğun-arğın, ayaqlarımızı hiss eləmədiyimiz anlar...... Hərə bir tərəfdən tayanın üstünə atılıb yuxuya qərq olmuşduq.  Nədənsə qorxumuz vardımı? Yox. Qorxu sivilizasiyalı cəmiyyətin peykidir. Qız bəkarətli meşənin nəyindən qorxasan? Bir də əminlik var idi. Əmin idik ki, meşə pəriləri bütün gecəni başımız üstündə fırlanıb bizi qoruyacaqlar. Həm ətrafdan, həm də bir-birimizdən. Onlarla saziş bağlamamışdıq. Sadəcə, biz qonaq idik. Qonağa isə hörmət və onun təhlükəsizliyinin təmini bu müqəddəs torpağın hər guşəsində gözlənilir.  Ah,.......günlərim, günlərim......,sevincim, kədərim.

Səhər kim bizi oyatdı? yadındamı? Nə qəribə səs, nə xışıltı, tıqqıltı...... Nə qədər gülmüşdük, nə qədər heyrətlənmişdik..... ətrafımızda böyük bir çəyirtkə ordusu görəndə. Sən demə bizim  Ot tayası  “motelində”  biz yeganə qonaq deyilmişik. Bizi səhər ilk salamlayan onlar oldu.

 

  -  Sabahınız xeyir.

 

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

 

* S.Vurğun

     

 

 

  • Upvote 1

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Введение к “QARA YAZI”

Bu, mənim depressiv günlərimdən mənə qalan yadigardı. İndi hər şey arxadadır. Bu yazı o qədər də “qədim” deyil. Təxminən 6 ay bundan qabaq qələmə alınıb.

***

Сразу оговорюсь, у меня делюзий /заблуждений там всяких, а также делирия нет. Маразма, деменции, склероза тоже (пока). Не сумасшедшая я. И не неврастеник, не невротик. Черт! Кто же я тогда? Ни под одну категорию не попадаю.

Я обыкновенная женщина. Самая обыкновенная.

УМЕЮ ЛЮБИТЬ (до потери пульса). ЛЮБЛЮ ГРУСТИТЬ (когда меня не понимают). ГРУЩУ, когда нет РАДОСТИ в моей жизни (грущу и просто из кожи вон лезу, чтоб как-то предотвратить наступление Великой Засухи – Хронической Грусти). РАДОСТЬ исчезает, улыбка сходит, стирается с лица, когда понимаю, что ТЕРЯЮ……того, кого не хотелось бы потерять. (страх – не друг нам. Стоит толко бояться, и все. Все страхи претворяются в жизнь и начинают глодать тебя день и ночь). ТЕРЯЮ, потому что НЕ НАУЧИЛСЯ ЛЮБИТЬ (любить не каждому дано). НЕ НАУЧИЛСЯ ЛЮБИТЬ, потому что я УМЕЮ ЛЮБИТЬ за двоих (до потери пульса). ЛЮБЛЮ ГРУСТИТЬ и т.д. Замкнутый круг…..

Эт мы выяснили…..что обыкновенная я, такая же, как и все другие Ж.

Теперь про людей, про всех остальных.

Есть люди, которые воспринимают окружающий мир несколько иначе. Они неравнодушны к сказкам, для них радуга 8-ми цветная. Их мир, это такое разнообразие оттенков…… У них между белым и кремовым стоит такой нежный, замечательный цвет: античный белый. До черного идет бистр, а после – совсем черный. Они по утрам просыпаются от музыки внутри….это такие непередаваемые звуки внутренней своей мелодии. (и не какие они не яснослышащие при этом). Их когда вводят в транс, они четко видят струю света фиолетового тона.

Они не всегда чувствуют себя в конкретном пространстве и времени. Будто у них изначально не было никаких точек опоры в окружающей действительности. И приходится трудиться в поте лица, чтобы найти эти опоры… найти и не терять более… Они беззащитны и немного дезориентированы, что-ли,…. особенно когда кругом много грязи и негатива….что иногда вынуждает прятаться от мнимой или реальной угрозы.

И они твердо верят в то, что придет тот солнечный день, когда ВСЕ будет ХОРОШО.

У них плохая память на числа. Они даже свой номер телефона не могут запомнить.

Их вводит в ступор совершенно материалистический подход к жизни,…..когда даже чувства и эмоции пропускаются через сито холодного расчета / рассудка заурядного прагматика.

Им присуще художественно-образное, ассоциативное восприятие действительности. И во всем они ищут символико-аллегорический смысл. В их жизни романтика занимает отнюдь не последнее место.

Для них «Мир – это мое восприятие мира».

И не любят они покоряться / подчиняться. Вечные бунтари…

Эти люди мерзнут, когда им холодно. (Странно, нет?) Плачут, когда…..нет, не им, а другим больно.

Им бы солнца…..круглый год. Они тепло любят.

Им бы простора , чтобы разбегаться.

Им бы чистого неба над головой …всегда! Они должны быть уверены в завтрашнем дне,…..что завтра будет если даже не лучше, то хотя бы не хуже….

И не любят они сюрпризов, не от людей, не от судьбы.

Не ищите у них психологической запущенности. У них очень суровый внутренний ценз. И не нужно их контролировать извне. Не нуждаются в этом.

Думаю, достаточно.

Вторая категория людей. Это черно-белый телевизор. Есть строго черное и строго белое, и ничего более. Формы для них только с острыми углами. Нет там закругленных краев.

Им покажешь, они увидят. Не покажешь, ни за что не додумаются. Не любят и не умеют читать между строк.

У них математический склад ума. Они мир видят через цифры, оценивают свою жизнь тоже в цифрах, в процентах. А разговаривают формулами.

Совершенно оригинальные люди……

Ты им скажешь: «Небо, свет, тепло», они тебе: «Земля (самое дно!), тьма, холод. И вообще, спускайся с небес, ненормальная».

Ты им шаг навстречу, они два назад.

Ты им: «Здрасьте», они: «До свидания».

Они не знают, где проживает Любовь и в их мире нет места сентиментам, эмоциям, состраданию.

Главная их задача – всегда все отрицать, даже очевидное. И поступать только так, как престижно и как подобает. Их главный страх – не выглядеть белой вороной.

Есть, конечно, третья, четвертая ……и др. категории. Но я их еще не изучила.

В общем, моя категория……ну да, конечно же, первая.

Зачем такое длинное введение? Это иммунизация, чтоб потом разные идеи о полноценности психики не возникали. Человек (читатель, в данном случае) может к вам прекрасно относиться, но после чтения вашего сочинения может усомниться в вашем психическом здоровье, может побеспокоиться о вас. Поэтому и провожу превентивные меры, чтоб знали, со мной все в порядке.

Тут я пишу о друге своем. Его, как такового нет. Но в то же время он не плод моей фантазии. Если он отвечает на мои вопросы, и довольно четко и ясно, значит, он все-таки есть. Пусть это будет голос подсознания, или мое второе Я. Не стану спорить…..Диалог есть, не отрицать. Почему его именно таким представляю? Не знаю. Как представляется, так и представляю…принимаю. И не дьявол он, не иблис! Не судите по глазам, по взгляду,……а просто советчик, друг,….притом хороший.

Эда, замечательно написала, очень точнА характеристика 2-х типов людей.  Узнаю своих знакомых. 

Жаль, очень жаль, что другие твои посты мне не доступны ). Знаю, что думаешь ты на "азербайджанском языке", ты упоминала об этом )

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Солнышко ты мое, мне так жаль, что ты не понимаешь азерб. Тебе бы понравилось то, что я пишу.

Kiss красавицу мою )).

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

ARZULAR

Arzular, qanadlı arzular........... Ekspress, sürət qatarı. Çata bilməzsən. Nə qədər ki, surət götürməyib, iməkləyir, pəncərələri tək-tək görürsən. Sonra surət yavaş-yavaş artır və nəhayət yelə dönür. Pəncərələr sıraya düzülür, düzülür və aramsız düz xəttə çevrilir. Dayanın, ayaq saxlayın! Axı siz mənim arzularımsız!. Sizi mən yaratmışam. Məni arxada buraxıb, hara üz tutmusuz?

«Исполненные мечты сеют гибель». Пусть бы так. Была бы рада. Пусть они исполнятся…..отрывая кусочки….мои…….и приближая конец.

А интересно, неисполненные мечты как? Тоже что-то сеют (о, не надо только смертью пугать)……..или просто заставляют пересмотреть приоритеты?

Şəxsi komment.: Bir böyük arzum var. Əlçatmaz arzum. Həyatımın, yaşamımın tək bir arzusu: Başım üzərindəki “Damokl qılıncının” bir gün itəcəyini gözləyirəm. Heyif, reallaşması məndən asılı deyil...... Arzum yerinə yetsə...neyləyəcəyimi ancaq.......özüm bilirəm.

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

ЧЕЛОВЕК

«Я весь не умещаюсь между шляпкой и ботинками» - У.Уитмен, амер.поэт. Да, потому что человек не кончается тем, что мы видим (это всего лишь верхушка айсберга). Человек – гораздо больше. Микрокосм – маленькая частица макрокосма, и я думаю, повтор. Человек рожден свободным. Цепи появились потом…., с ростом цивилизации. Цепи науки, этики, цепи семьи и т.д. Чем больше этих цепей, тем сложнее становится жить…..и ходить.

Настоящий человек в моем понятии тот, кто не дает себя сковывать, уважает свободу, ставит правильные цели и умеет их добиваться. У него правильно расставлены приоритеты. Он умеет любить, умеет пожертвовать…. радоваться и грустить, смеяться и плакать. Умеет не только смотреть, но и видеть. Видеть 0,01% позитива там, где остальные 99,99% - негатив. Он ни на минуту не забывает о том, что он человек. Он безгранично велик и ничтожно мал. «Быть беспредельным, находясь в пределах» - это про Человека.

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Obyektsiz bir sevgim var. Bilirsənmi nə üstünlük yaşadıb mənə?? “Tutdu qatıq, tutmadı ayran” frazeması qaynatsan da qarışası deyil ona. Bax belə.....

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Obyektsiz bir sevgim var. Bilirsənmi nə üstünlük yaşadıb mənə?? “Tutdu qatıq, tutmadı ayran” frazeması qaynatsan da qarışası deyil ona. Bax belə.....

Frazanı nece qaynatmaq olar?

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Olur. Mən qaynadıram. Səbəb? Səbəb obyektsizliyidir. Heç kəslə hesablaşmadan sevgimi görkəmdən-görkəmə salıram. Bunu vənə çox görən birisi yoxdur çünki. Belə yaxşıdı.....

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

EŞQİMİN  BUTASI

 

 

Məhəbbətin əlində gül-çiçəkmi olur ya qılıncmı?

 

Qılınc oynadan məhəbbətim mənim.

 

Bilirəm, deyəcəksən, səninlə hər şey ayrı cürdür. Başqaları kimi deyilsən Gül-çiçəyi də sevmirsən. Amma sən öyrətdin mənə böylə haləti.......Belə deyildim mən. Çox kövrək idim və bütün qadınlar kimi istədiyim tək yeganə bir şey sevilmək idi. Sevilmək və əlimdən tutub hara aparsalar, ora da getmək. Başımı kiminsə enli sinəsinə qoyub, şirin ahlarla-oflarla günümü başa vurmaq. Kiminsə boynundan asılıb öz qayğılarımın hamısını onun üstünə yıxmaq, müştərək işlərimiz üçün məsuliyyət boyunduruğunu ona həvalə etmək. “Mənim yerimə də düşün” deyib, əlimi yelləyib, öz sevimli kresloma yayılmaq, telefon qulagımda, gözlərim ya kitabda, ya monitorda.  Bütün günü geyinib-bəzənib-düzənib ayna qabağında fırlanmaq və başıma yağdırılan komplimentlərdən həzz almaq. Vəssalam. Başqa bir şey istəmirdim. Heç arzusunda da deyildim. Amma qoymadın  özümçün cızdığım həyatı yaşamağa. “Meşşanlıq bu! ” bağırdın və  əlinə ağır bir külüng götürüb mənim o yüngül/zərif/nağıl dünyamı alt-üst etdin. Sındırıb dağıtdın. İlahi, necə də sevirsən vurub-yıxıb-uçurtmağı. Dünyamı dağıtmağın azmış kimi, hələ bir özün də çıxıb getdin. Məni viranələr içində tək-tənha buraxdın. Şaşırdım. Göz yaşlarım selə döndü.

  •  Bəs mən sənsiz necə yaşayacam? Öyrəşmişəm axı sənə.......Həmişə yanımda olub qolumdan tutmusan. İsti nəfəsini daim üzümdə, boynumda hiss eləmişəm. Sənsiz ölərəm, getmə..........  – deyəndə, çiynin üstündən mənə etinasız bir nəzər salıb:

 

  • Sən? Sən ölməzsən. Heç nə olmaz sənə. Özün bir yol tapıb yaşayacaqsan. Sənə yerini göstərmək lazımdır. İndi bilərsən qədrimi.  – deyib də getdin. Heç ardınca qışqırdığım sözləri də eşitmədin. Ardınca isə  ƏCLAF  qışqırmışdım. Getdin və mənə bu sənsiz dünyada necə yaşamağın yollarını belə öyrətmədin. Qansız!  “Özün yol taparsan...” Buna bir bax.

 

Və mən də bir yol tapdım.........O cür kövrək, həssas, sadəlövh qalsaydım, həyat udardı məni. Dəyişildim.....Sən dəyişdirdin məni. Və indi özüm-özümü tanıya bilmirəm.........Ancaq güzgüyə baxanda bilirəm ki, bu mənəm.  Canım, indi heç sən də  tanıya bilmirsən məni. Bax, bu mənə ləzzət eləyir.  Yadındamı əvvəlki  itaətim?

 

Qılıncını göyə qaldıranda, günəşin işartısı şıltaq-şıltaq poladında bərq vuranda, bu şəfəqi düz gözlərimə tuşlayıb  “Bayıl ! ”  deyirdin mənə, bayılırdım.

 

Deyirdin, nagıllara məftunam. Mənim nağıl həvəskarı olmadığımı eşidəndə, qaşqabağını töküb, başını dizlərim üstünə qoyurdun.

  •  Mənə nağıl danış, dastan aç – deyirdin.
  •  Axı bacarmıram.
  • Bacararsan. Öyrənərsən. Danış! Xoş sonluqlu nağıl istəyirəm. Müharibənin qan-qadasını, axıtdığım qanları unutmaq üçün. Başla!

Doğurdan da danışırdım. Uydururdum və danışırdım. Ən qəribəsi odur ki, alınırdı da. Və sevdim nagılları.........Çünki sən belə istəyirdin və sən sevirdin onları.

 

Saçlarına düşən dəni görəndə, zamanın alnında qırışlar cızdıgını seyr edəndə, ürəyimi nisgil kotanı şumlayanda, əlimi uzadıb saçına tumar çəkmək istəyəndə   “Yum gözlərini !” deyirdin mənə,  “Görmə!”, mən də yumurdum. Yumurdum ki, görməyim. Mən axı elə bilirdim, sən zamandan güclüsən, heç vaxt qocalmayacaqsan. Öz qocalmağıma razı olardım, amma səninkinə yox.  Beləcə özümü aldatmaqdan bir nəşə duyurdum.

 

 

Qolu bağlı qulun idim.....fikirlərimə hakim. Nə niza eyləyəlim...........istədiyini edirdin, dediyini deyirdin. Dözürdüm. Hər şiltağına. Köhlən atını sinəmdə o baş-bu baş çapırdın....... Heç şikayət eşitmişdinmi məndən? Şikayətimin bir ünvanı var idi: Gündəliklərim.  İndi gündəlik yazmıram daha. O əvvəllər idi. İndi yaza bilmirəm. O, mənə sanki həyatım üçün hesabat verirmiş kimi görünür. Kimin qabağında hesabat verməliyəm? Yaradanınmı? O, məni məndən yaxşı tanıyır. Mənim cızma-qarama ehtiyacı yox. Ya öz qarşımda hesabat verim? 5 illik plan, öhtəçilik və s...... Axı mən də özüm-özümü.......çox gözəl tanıyıram. Nə isə, atdım bu işi. Hərdən toz basmış gündəliklərimi götürüb baxıram. Saralmış səhifələrində səni axtarıram........Bilirsən, o qədər qəddarsan ki, hətta gündəliyimi də tərk etmisən.

 

Vəfasızım mənim...... Atacam onları. Onlardan köhnəliyin qoxusu gəlir. Ya da yox, o qədər saxlayacam ki, səhifələr özləri çürüsün.........,sonra basdıracam onları. Başdaşı da qoyacam, üstünün epitafiyası ilə. Təxminən bu cür:

 

Burda eşqim basdırılıb. Xəyallarımın ən şirini, duyğularımın ən acısı......”

 

EŞQİMİN  BUTASI.

 

Göylərin lacivərd ətəklərindən süzülən ilahi işığında mənə göndərilən bir sirli-sehrli qonaq.

 

Allahın bəlası.

 

MƏN SƏNİ QƏBUL EDİRƏM!!!

  • Upvote 1

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Olur. Mən qaynadıram. Səbəb? Səbəb obyektsizliyidir. Heç kəslə hesablaşmadan sevgimi görkəmdən-görkəmə salıram. Bunu vənə çox görən birisi yoxdur çünki. Belə yaxşıdı.....

Ne ise....çox qəliz oldu....:)

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

SƏN AĞLASAN, MƏN NEYLƏRƏM?

 

 

Kişinin gözlərini nəm görməyim gərək,

Ağlar könül sirdaşına tən olmayım gərək.

Yalvarıb yaxar da. Yanında qalmayım gərək.

Tək qal....

 

Söylə, gözlərinin yaşını silməz olsam, neylərsən mənə?

 

  

Getsən, yola sallam,

Gəlsən, qarşılaram,

Oxşayıb əzizlərəm.

Kömək dilə, əllərimi uzadaram.

 

Tut, sıx barmaqlarımı sınana qədər. Sıx, səsimi də çıxartmaram...... Sənin güc nümayişinə dözərəm...... Hər nə etsən, hər nə desən, dözərəm.

 

Amma ağlayana qoşulub ağlamaram. Ürəyimin tikanları biz-bizdi, di gəl, sızlamaram. Bozlamaram.

 

Yenə də gül gətirdin mənə? Bilirsən axı, xoşlamıram. Gülün ömrü çox qısa olur. Nə qədər qulluq etsəm də, 3-5 günə ölüb gedəcək. Gözəlliyin gözümün qarşısında solmasına baxa bilmirəm axı..... Nə qədər demişəm sənə, mənə gül gətirmə. Eşidirsən?

 

Heç gülün öləziməsini müşahidə etmisən? Buta açılıb ləçəklənir, qısa ömrünü başa vurur, sonra yenə bükülüb buta şəklini alır (ya bəzən heç almır da) və........bitdi. Bax bunu görə bilmirəm. Bu mənə çox yaxın bir adamımın qollarım üstündə çırpınıb, can vermə səhnəsini xatırladır. O vaxt da belə aciz idim. Saxlaya bildimmi, qaytara bildimmi onu? Yox. Sənə belə bir durum tanışdımı? Dəhşətdən gözlərin orbitindən çıxıb, harasa alın tərəfə meyllənib, ayaqların sanki yerdən üzülüb, ağzını açıb var gücünlə qışqırmaq istəyirsən ki, bəlkə içindəki qoru-alovu söndürəsən....... Amma səsin çıxmır. Kədərin səsini udub. Tam! Heç kəsə səssiz qışqırmaq arzulamazdım. Müdhiş bir şey! ( Həyatımda 3 dəfə səssiz-səmirsiz qışqırdım. İki dəfə sevdiklərim  qucağımda keçinəndə, bir dəfə də əməliyyat zamanı. Narkozun təsiri vaxtından tez qurtarıb, yaramı necə tikdiklərini diri gözlü müşahidə edəndə. Atalar üçdən deyib. Düşünürəm, üçü bağlamışam. Təkrarlanmaz bir daha ). Və ilk dəfə onda öz acizliyimi başa düşdüm. Başa düşdüm ki, bir heçəm mən. Və ilk dəfə onda özünənifrətin nə olduğunu anlatdılar mənə. Nifrət! Acizliyimə nifrət!  Qollarım arasında çabalayan, son dəqiqələrini yaşayan o isti vücudun bir daha əlimdən tutmayacağına, gözümün içinə baxıb gülümsəməyəcəyinə, mənimlə bir gedib-gəlməyəcəyinə inanmağa başladım artıq. Bu inamıma nifrət! Bəlkə yox? Bəlkə hələ gec deyil? Bəlkə ümid var? Bəlkə.......,bəlkə..........Bəlkələrə nifrət!  İlk dəfə onda ürəyimə şübhə toxumu səpildi. Anladım ki, mən taleyin əlində balaca bir marionetkayam, başqa bir şey yox...... Qollarıma ip bağlayıb oynadır məni. İlk dəfə onda daxilimdə dəli bir sual doğdu:  Yaşamın mənası nə???  Və indinin özünə qədər hər gün bu zəhləmgetmiş sualı özümə verməkdəyəm......

 

Beynimin bir yarımkürəsi: “Sənin heç bir günahın yoxdur. Özünü suçlama və s. və il.” pıçıldayanda, digər yarımkürə var gücüylə bağırırdı: “Niyə o getdi, sən qaldın? Bəlkə sən daha çox layiq idin getməyə?”   Niyə?........ Bəlkə.......Niyə?......Bəlkə.......Bu  iki  kəlməni görən gözüm yoxdu. Silərdim onları..... Bagışla, haşiyəm çox uzun alındı. Anlaşıldımı?  Gül gətirmə......heç vaxt!

 

De, mənimçün dərdiyin qönçə gülləri əllərində qoysam, neylərsən mənə?

 

Qorqud  boylarındakı igidləri xatırlarsan mənə. Boy-buxunun onlara tən.

 

Koroğlunun dəli domrullarını xatırlarsan. Zindan dalı dağlayanları......Qolu zorlu, at belində, qılınc oynadan pəhləvanları........ Üç öpüb bir dişləyən, yad kənizlə arasına şəmşir qoyan, başqasına gözünün ucuyla da baxmayan, ömrünün sonunadək tək sevgisini paylaşan.......Onlardanmısan?  Bilirəm ki, yox. Niyə onda məndən 100%  itaət tələb edirsən?

 

Bozlaram bozlar kimi,

Ağlaram ağlar kimi,

Od diyarım su altında,

Yağmurum sızlar kimi.

 

 

SƏN AĞLASAN, MƏN NEYLƏRƏM?

 

Mən də qoşulum, ağlayımmı? Bacarmıram axı........Həm də......

 

Axı gözlərimin giləsindəsən,

Axan göz yaşıma qoşulub getsən,

Surətini məndən qoparıb getsən,

Bil ki, ürəyimin tişəsindəsən.

 

 

Səni buraxmaram. Gözlərimi yumaram, səni itirməməkçin. Göz yaşımı  silərəm ki, axıb getməyəsən. Bu  SƏNSİZ  dünyada  SƏNLİ  günlər yaradaram.

 

 

Son.

 

Bilirsən, öyrəşmişəm artıq sənsiz yaşamağa. Səni o qədər düşündüm ki, artıq sən mənimçün efemer bir şey deyilsən, canlı bir varlıqsan. Səni özümçün yaratmışam. Pisi odu ki, hara getdim, qabanbasma gəlirsən dalımca. Əvvəl yox idin, həsrətində idim. İndi də əl çəkmirsən. Səndən can qurtarmaq namümkün bir şey. Ona görə elə düşünmə ki, məni özündən məhrum eləmisən.

 

Məni orda-burda axtarma. Əgər hər şey dediyin kimidirsə, əgər lazım idimsə sənə, itirməyəydin məni. Ya da  yarat məni. Yenidən. Obrazımı yarat.......və sev onu. Mən səni yaradıb sevən kimi. Bir gün gələr, obrazlarımızı görüşdürərik. Buralarda yox. Burda olmaz. Astralda. Bir-birimizə uzanan yollar, cığırlar, aksonlar, qollar onlar. Kəsmə o qolları.

 

Ax, unutdum artıq. Nədən başlamışdım?  Əvət:

 

SƏN  AGLASAN,  MƏN  NEYLƏRƏM?

 

Sənin gözlərinin nəmi mənimçün ölümdən betər.......

 

Çox  sevdim........................

 

(əslində sənə demək istədiyim tək bu 2 kəlmə idi. Qalanları sadəcə onun əlavəsi, dairəsi, sütunları, gövdəsi........nə bilim, daha nələri, nələri. Bu 2 kəlməni yüksəklərə qaldırmaq üçün.)

 

 

 

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

BƏXTƏVƏR


 


 


Hadisələrin cərəyan etdiyi məkanın təsviri:


 


Əsrarəngiz bir kənd mənzərəsi. Bir kənd həyatı və həyət. Adicə bir həyət. Daş ev, sütunlar, pillələr, həyətin bir başında it damı. O biri başında ot tayası, üstündə brezent, ona bitişik odun anbarı. Köhnə bir darvaza, açılanda cırıltısından qulaq tutulur. Çarhovuz, içində sudan başqa nə desən var. Həyətin ortasındakı otluqda əlvan bir xoruz şəstlə o baş-bu başa gedir, bir gözü ilə də öz zövcələrini – toyuqları izləyir ki, bu dişi canlılara bu fani dünyada etibar yoxdur. İt də tənbəl-tənbəl mürgü döyür özüyçün. Yəni bu adilik, sadəlik və bəsitlikdə bir nizam var. O da ondan ibarətdir ki, hər kəs, hər canlı öz yerini çox gözəl bilir bu düzümdə.  Toyuq  öz toyuqluğunda, xoruz xoruzluğunda və s.(İnsan cəmiyyətində belə deyil amma. Səd heyif. Adi kənd həyatı nizamınca da bulunmadıq).


 


Bu gözəlliyin isə mənə heç bir dəxli yoxdur. Çünki beynimə və ruhuma tamam başqa hisslər hakim. ....Qara fikirlərə aludə.... Belimə dolanıb məni boğan bir əfi ilan. Adı – Qısqanclıq, İnamsızlıq.


 


Heç sormazsan ruhumun nəymiş dərdi,


Ahü-fəğanımı xəli tək sərdi.....


 


Ürəyimin gildir-gildir axan qanının bu xəlinin üstündə aramsız cıgırlar açdığını görmək üçün....


 


O xəlinin hər ilməsi ağım, fəğanım mənim. Çəkil. Mən öz aləmimdəyəm.


 


Sən isə...


 


 


Eyvanda, qənşərində qəlyan, dirsəyinin altında mütəkkə, səhərin sərin mehini ciyərlərinə çəkib oturan sən.


 


Qonaq gözləyən sən.


 


Mənim daxilimdəki təlatümlərdən bixəbər sən.


 


Məni, dostlarının gözündən iraq olum deyə ya çardağa, ya zirzəmiyə qovlayan sən.


 


Ah, getmirəm oralara. Oralarda tənhalıq, məzar soyuqluğu, rütubət qoxusu və hörümçəklər var. Qorxuram. Niyə qoymursan burda, səninlə və dostlarınla birlikdə qalım? Niyə məni gözdən itirirsən? Niyə sən burda rahat istirahət etdiyin vaxt mən çardaqda ilbiz orkestrinə qulaq asıb, hörümçəyin toxuduğu toru seyr etməliyəm?  Niyə?


 


 


Nəsə dedin mənə? Yox, məndən heç nə gözləmə. Dostların üçün çay hazırlamayacağam. Özün et hər şeyi!


 


Qoy dəmkeşi, aç nərdtaxtı, vur nərdi.


Qonaq gözlə.


Samovar çayına qonaq beş gələr,


Çay üstündən çahari pənc ya şeş gələr.


 


Mənsə getdim. Öz apartamentimə, hansı ki, çardaqda yerləşir,....ilbizlərin səsinə qulaq asmağa. Mən orda boş-bekar oturmayacağam. Özüm üçün bir nağıl yaradacağam. Bir kudu tapacam, bir siçovul, üç-dörd kərtənkələ, elə o qədər də siçan. Vəssəlam. Çatmayan balaca bir detal var. Düzdür, sehrli çubuq. Onu tapmaq asandır. Son ştrixlər: əynimdəki cındırları dəbdəbəli ziyafət donuna çevirəcəm, ayağımda da büllur başmaqlar. Ah, parıltım göz qamaşdıracaq. Sonra bu qiyafədə öz pajlarımla sənin hüzuruna gələcəm. Qabağında fırlanıb canını alacam, sonra sənə ürəkdən bir xudahafiz deyib, yaraşıqlı karetama əyləşib çıxıb gedəcəyəm.


 


 


Hara? Sənə nə var, hara?


 


 


Məqsədim? Məqsədim sənə göstərməkdir ki, bunca gözəlliyi zindanlarda qıfıl altında çürütmək olmaz.


 


 


Sənə çatır ki, darıxıram mən?....


 


Gülürsən mənə? Yenə istehza, kinayə....  Məni başa düşmursən.


 


Ah, sus! Yenədəmi məni çağırırsan? Yenədəmi fərmanlar, göstərişlər? Sus, səsin məni dəli edir. Sənin əvəzinə quşları dinlərdim.


 


Dinmə, o səsini unutmaq üçün.


Sussana, yerinə danışmaq üçün.


Yazma, qələmini sındırmaq üçün.


Baxsana.


Gülağat bağında quşların ötər,


Bülbül cilvəsindən dürrü-zər səpər.


 


Bilirsənmi nə var? Hər şeyin günahı məndədir. Mən hər şeyi bağışlayıram sənə.....və bağışlayacam da. Bütün hoqqalarını. Yanımdan getməyini istəmirəm. Səndən uzaq olmağımı istəmirəm. İsti nəfəsinin başqasının əndamında dolaşmasını istəmirəm. Başqasıyla qol-boyun olmağını istəmirəm. Dözərəmmi ona?


 


Mən səni yanımda görmək istərəm,


Qolların üstündə qalmaq istərəm,


İsti ağuşunda ölmək istərəm.


Bəxtəvərsən.


Qol götür oyna, avazın beş-beş gələr,


Hədiyyədir, həyatım peşkəş gələr.


 


Sənin bəxtəvərliyinə həyatını sənə peşkəş edənin özü də qibtə edir.


 


Sadəcə, bəxtəvərliyini başa düşmürsən.


 


Sevilməyən insanlara bax.


Bu həyatda birtərəfli məhəbbət deyilən bir şey var. Amansız bir şey. Adamı iliklərinə qədər yandıran bir şey. Sən sevirsən, o isə yox. Və sənin məhəbbətini büküb arxa cibinə qoyardı, ya da siqaretinin külünü söndürərdi onunla. Bax, belə şeylər, əzizim. Ona görə Allahına şükür elə. Şükür elə ki, kiməsə lazımsan.


 


Sevməyi bacarmırsan. Bunu da səninçün keçirəm. Sənə öyrədəcəm sevməyi. Öyrədəcəm ki, sən o duyğularını mənimlə (!) paylaşasan.


 


Bəxtəvər.

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Ne ise....çox qəliz oldu....rolleyes.gif

 

Qəliz də olsa həyatidir. )). Ona görə də qəbul edilən və gözəldir ). 

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

KOKTEYL  RESEPTİ

 

 

Sındırılmış büllur badənin cingiltisi   --      50 qr

Narın üyüdülmüş qara istiot       --     25 qr

Üfürülüb, sonra iynə batırılmış hava şarı (ölçüsü: dünya boyda, forması: ürək, rəngi: qırmızı)  -- 13 qr

Sobada yandırılmış gündəliyin son vərəqinin külü       --     8 qr

Yazılmış, amma göndərilməmış məktubun ilk və son sətirləri   --   4 qr

Deyilməmiş 3 kəlmə söz.

 

Su  lazım deyil, özü su salacaq. Hətta o qədər salacaq ki, artığı gözlərinizdən gedəcək.

 

İnqredientlər əlavə olunduqdan sonra soyuducunun yuxarı gözündə 25 dəqiqə saxlamaq, sonra çeçələ barmağı içinə salıb yaxşıca qarışdırmaq və.....hazır.

 

Любой  fransız kokteyli, lap elə  Briandın özü də qələt eləyir bunun yanında.)

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Köhnə yazılarım burda bitdi. Yeniləri var, amma hələ kagız üzərindədir. Çap olunmayıb. Onların dili də başqadır, üslubu da......bir az sərt, bir az qaba, bir az daha mənə yaxın. Sərtliyimi qəbahət tutmayın (əgər dərc edəsi olsam). Necə varamsa, beləyəm.  Belə də sevirəm insanları....belə də sevilirəm onlar tərəfindən.

 

Məni başa düşən insanları  ÖPDÜM.)  (smayliçoklarım yoxdur, qaçıb məndən, heç kəsə öpüş göndərə bilmirəm)

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

 YUXULARIMI  KİMƏ  DANIŞIM?

 

O yuxularımı ki, orda küləklər yoxdur. Qum dənəcikləri arın-arxayın ucsuz-bucaqsız səhraların köksünü yandırmaqda davam edir......

Orda ki, nəhayətsiz ümmanlarım var, suyu bir ovuca siğar.

O yuxularımı ki, pərdələri asılıb, amma pəncərələri yoxdur.

Orda ki, məhəbbət nifrətə, nifrət məhəbbətə qarışıb və hamısı yumruq boyda ürəyin bir zərrəsində qərar tutub.

O yuxularımı ki, orda pillələr səni həm qaldırır, həm endirir. Özü!

Orda ki, ağaclar əvvəlcə solur, sonra başlayır bar verməyə. Və 10 ağacın barı bir real alçanın yerini vermir.

O yuxularımı ki, orda əjdahalar gözəlləri ovlayıb öz qəsrlərində saçlarından asıb. Gözəllər gözləyir, gözləyir, igid şahzadələrdən isə səs-soraq yox......

Orda ki, bu igid cəngavərlər son nəhayətdə tapılıb gəlir və Misri qılıncı çıxarıb əjdahanın boynunu vurmaq istəyəndə, məlum olur ki,.........böyründən asılan tək bircə qınmış, qılınc özü yaddan çıxıb evdə qalıb.

Və bu yerdə mən ayılıram.......Ayılıb ətrafıma boylanıram. Reallığın mənə bir şey vəd etmədiyini görüncə yenə gözlərimi bərk-bərk yumub yuxuya gedirəm........, yuuxumun davamını görmək üçün.

 

O yuxularımı ki, saniyə saniyə ilə başdadaş gəlir. Reallıqda elə deyil amma. Reallıqda saniyəmin əyər-əskiyi var. Ya normativdən qısa (onda ki, xoşbəxtlik ilahəsi çaşıb qapımı döyür),  ya da uzundur (onda ki, ayaqlarımı altıma yığıb, pəncərəaltıda otururam, qələm-kağızı götürüb özümü məşğul kimi göstərirəm. Gündüzlər bu boş məşğuliyyət o qədər də canyaxıcı görünmür. Pəncərə önündə daim mənzərələr bir-birini əvəz edir, insanlar qaynaşır və gözlərinə darıxmaq imkanı vermir. Amma gecələr......., gecələr fikrin uçur xəyallar dənizlərinə, əlvan yelkənlərin üzərinə......, miskin fəzanı baxışların eninə-uzununa şumlayır........, nə qədər Ayı bürcünü axtarmaq olar?!......).

Daha xoşbəxtlik ilahəsini də  otağımda qəbul etməyəcəyəm. Gəlir, mən onu otağıma dəvət edirəm. Daxil olur, səssizcə dayanıb, ətrafa nəzər salır. Burda nə görürsə, dönüb nəfəslikdən qaçır. Mən isə gedəni saxlamıram adətən. Ona görə daha onu çağırmayacağam.

O yuxularımı ki, odun parçaları kimi böyür-böyürə düzüb, kəndirlə sarıyıram, Cırtdanın şələsi kimi kürəyimə alıb gedirəm. Alıram ki, bəlkə ağırlığını hiss eləyim, fiziki dünyanın ölçü vahidi ilə ona bir çəki meyarı bəxş edim  və onların da reallaşmaqdan (zorən!!)  qeyri bir çarəsi qalmasın  və mən də onların nə vaxtsa reallaşacağına bu yolla inandırım özümü.

O yuxularımı ki, orda soyuqluğu və möhtəşəmliyi ilə canları üşüdən bir mozaik görüntü var. Və bu  mozaikanin parçaları məndən xəbərsiz gəlib bir-birini tapır, bir-birinin tuşunda dayanır və mənzərəni tamamlayır. Amma gerçəkliyimin parçalarını əlimdə çıraq günün günorta vaxtı gəzirəm, gəzirəm, yenə də tapa bilmirəm. Tapa bilmirəm ki, varlığımın dekorasiyasını tamamlayım. Hər parçamın sorağı bir dərədən gəlir, biri arandan, biri Turandan.

 

O yuxularımı ki, dünyanın ən mükəmməl kaleydoskopu onlara həsəd aparardı. O qədər müxtəliflik, rəngarənglik, kolorit, zövq var ki..... Heyhat! Gözümü açan kimi bu kaleydoskopu yerə yox,..... daşlara çırpıb sındırırlar ki, qəlpəsi ələ gəlməsin.

 

O yuxularımı ki, orda rahiblər, rəssamlar, əlində eşq badəsi, ayağı yalın, üstü cır-cındır, bu fani dünyanı avara-sərgərdan gəzib dolaşan dərvişlər var. Dərvişlər öz eşq sərgüzəştlərini bütün çılpaqlığı ilə, utanıb-qızarmadan yerli-yataqlı rahiblərə danışır. Rahiblər rənc alıb-rəng verir bu həyasız, cılpaq məhəbbət hekayətlərinə. İlahiyyat ilmələri ilə toxunmuş bir həya donu geyindirir və onları əli yaratmaq üçün gicişən rəssamlara pıçıldayırlar. Rəssamlar bu məhəbbət qarışıq ilahiyyatdan və ya ilahi məhəbbətdən cuşa gəlir, rənglərini, fırçalarını qabağına töküb yaradır. Çəkir, çəkir.......və çəkdiklərini bəyənmir. Sonra əl atıb məhəbbətin ilahi libasını cırır, söküb bir küncə atır, onu çılpaqlaşdırır, yenidən əsl dərviş məhəbbəti cildinə salır. Və bu məhəbbətin vəhşi gözəlliyindən, çılpaq bədənindən, ağılları aparan ədəbsiz cəsarətindən bayılmaq dərəcəsinə gələn rəssam elə bir şah əsəri yaradır ki,.......o səmavi rəngləri və onların ahəngini yer üzündə görmədim mən. O rəngləri yalnız mənim yuxularımın rəngsaz rəssamı yaradır. Bunlar kosmik koloritdir və gerçəkliyin haləti çatmaz ona bənzər nəsə yaratmağa. Gözlərimi qapayıram və yuxularımın rəngli (oxu: əlvan) rənglərinin bu dünyamıza axmasının qarşısını aliram.

Elə yuxularımı ki, onların fəzaları al qandır. Dərinləri, çökəkləri gözlərdəki sonsuzluğa meydan oxuyur. Sularındakı şəffaflığa, təmizliyə sahilindəki qamışlar bayatı deyir. Daşların hərəsi bir qaya parçası. Günəş isə hamı üçün eyni cür parlayır. Yaxını yaxındır, uzağı yaxından da yaxındır.

 

Elə yuxularımı ki, səni ora buraxmaram.......

Və gəlsən, qoymaram gedəsən.

Elə yuxularımı ki, orda torpaqlar yiyəsizdir, meşələr ovçusuz. Ceyranlar tənbəl-tənbəl göy çəməndə otlayır, ağzini marçıldada-marçıldada.

Orda ki........

Nə zəhər var, nə zəhərləyən.

Nə ölən, nə öldürən.

Nə gülən, nə güldürən. Şadlığa yasdı, daima nasazdı yuxularım.

Nə cəllad var, nə məhbus.

Nə əkən var, nə biçən.  Nə ölənin yerinə keçən.

Nə eniş, nə yoxuş.

Nə diyirlənən, nə diyirlədən.

Nə pay var, nə payıkəsilən.

Heç nə! Heç nə yoxdur!!  Orda yalnız bir sonsuzluq var. Məchulluqdan gələn və məchulluğa gedən bir yol. Kor bir yol. Ona görə sevirəm yuxularımı. Və bir kimsənin cəsarəti deyil onları mənim əlimdən alsın!

 

P.S.  Əgər yuxuda da mənə həqiqətin inikasını göstərəcək olsalar, niyə mən yatıram onda?  Məni seçim qarşısında qoymaq istəyirlər: yuxu ya gerçəklik? Qorxmurlar ki, şələ-küləmi yığışdırıb yuxularıma köçməyə qərar verərəm?......Birdəfəlik və həmişəlik?!  Ay idbarlar!  Mənim yuxularım həqiqətin astarıdır!.......(pıçıltıyla: mənimlə getsəz, sizə yuxularimda dağ çiçəyinə bükülmüş müşk tapıb verərəm....,onda bir də mənə reallıq təklif etməzsiz. Etməzsiz! )

Изменено пользователем Maestro

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

BİR AZ ONDANAM,BİR AZ BUNDAN

 

Məqsədim?  Məqsəd  -  “bir az”ları toplaya-toplaya gəlib kamilliyə yetişməkdir. Pis məqsəddi ki?...

Bir az ölmüş kimiyəm. Bir az bayılmış kimi.

Bir libasam, tərsinə geyiblər. Bir az düymələri içəridə qalmış kimiyəm.

Bir az başına od ələnmiş kimi, bir az da bu oddan sivişmiş kimiyəm.

Bir az təkəm, bir az da cütləşməkdən qorxan kimiyəm.

Bir az altdayam, özüləm, təmələm, bir az da təməlsiz ucaldılmış bina kimiyəm.

Sapandam, atanım yox;  ucu şiş nizəyəm, saplanmağa nər sinə axtarıram.

Bir az arxadayam, özümdən irəlidəkiləri görmək üçün. Bir az da irəlidə......., məndən öndəkilər mənə arxadan çatsın deyə.

Həm  buzam, şümşad sırsıralarım kəllə yarar, həm də od.......sırsıralarımın  “hirsini”  yatırtmaq üçün.

Bir az damlara, daşlara, başlara yağan doluyam, bir az da ovucda əriyən qar dənəciyi, nizamı pozulmuş.

Bir az gecəyəm, pəncərələrdən girirəm, bir az da günüz. Gündüzlərim gecələrini sevənlərlə paylaşmaqdan bezib artıq......

Ağappaq  ağam, divar ağı yox, göz ağı  -  bəbəyin rəngini soldurmuşam, həm də ki, qara  - bəbəkləri təzədən qaraltmaq üçün.

Bir az küləyəm, bir də uğultu. At gəzirəm. Kürən bir at.....yalmanına yatıb dağ döşünə çıxmaq üçün.

Bir az boşam, bir az dolu. Dolumu boşuma boşaldırlar, dolum boş qalır, boşum aşıb-daşır.

Mey-şərabam, beyinləri uydurmaq üçün. Gədəhlərim məni bir-birinə qısqanır. Onları sındırmışam, çox tündəm.

Bir az uşaq kimiyəm. Dindirmə, ağlaram.

Bir az da süst qadınam. Yaxşı gələn avazlardan diksinirəm. Mütiliyimi xoşbəxtlik sanıram. (Əcəba! Mənmi yazdım bunu?! ..... Öldürün məni! )

Məğlub olmuş cəngavərəm. Hücuma taqətim yox. Mənə qalxan verin......Heç olmaya qorunum.

Süd verən anayam, körpəmi aparıblar, südümü saxlamaq olmur.

Çöllər ceyranıyam, dırnağımın altından ləl-dürr saçıram.

Bir az içəridəyəm, bir az çöldə. İldırım bölüb məni ortadan. Qalmışam yarımçıq. İndi yalvarıram, calamır sağımı soluma.

Həm təlaşdayam, həm vahimədə.

Gecə toyda, səhər yasda.

Qopan naləyəm, ucalan fəryad........qulaqlara dolmaq üçün.

 

Sevincəm, kədərəm. Bir azsız.

Bir içim suyam, bir düzüm mirvari.

Dəli bir şəlaləyəm, dağdan atıblar məni. Yerə dəyəndə çilik-çilik oluram. Hər damlamda bir dünya görərsən.

Hər damlam ömrü 10 il uzatmaq iqtidarında.

Hər məndən üzülüşün cəhənnəm əzabı.

Hər mənə tapınışın hicrana bir əlvida nidası.

Hər busəm bir vüsal hədiyyəsi.

Hər baxışım bir şam alovu.

Qucağım pərqu döşək, isti nəfəsimi heç kəslə paylaşmam, özümçün saxlaram.

Mən həyatam, dirlik, ruham mən.

Nə göydəyəm, nə yerdə.

Məni tutmaq olmaz. Sabun köpüyü tək yox olaram. Xatirələrinə çökərəm. Həyatından gedib, səni ömrün boyu ağrılara düçar edərəm.

İndi yaşa mənsiz, görüm necə yaşayırsan....

......dedim axı, əl vurma, yoxa çıxaram...........

Изменено пользователем Maestro

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Не знаю, как получилось, но решил перевести последний отрывок на русский язык. Увы, я не знаю в совершенстве наш язык. Так что, извини, если что не так. Да,ещё! Я знаю, что название должно переводиться типа "Я не то и не сё", но я решил назвать его по-своему. Я же переводчик. Значит имею право))) Итак:


 

 

 

Я немного того и немного этого.

 

 

 

Моя цель? Цель – по горсти, по крупинке собрать по сусекам того и этого и достичь совершенства. Чем не цель?

 

Я как бы немного мёртвая и вроде чуточку в обмороке.

 

Я роба, одетая наизнанку. Наверное, странно выгляжу со скрытыми пуговицами внутри. Эх, был бы кто-то, способный на метод Хаймлиха. Или кто надел бы правильно... А может просто портной, перешивший пуговицы во внутреннюю сторону, ставшей внешней из-за чьей-то ошибки.

 

Я та, над чьей головой просеяли огня, хоть и выгляжу, как еле избежавшая пламени.

 

Я немного одинока. Потому как, являюсь носителем небольшого страха не быть таковой.

 

Я немного внизу, в подвалах, в основе. Но при этом, как бы дом, возвышенный без фундамента.

 

Я остриё копья без метателя. А так хочется найти нужную грудь... поразить её собой. Сказать: «Вот и я. Примешь?». Риторический вопрос.

 

Немного отстаю, чтоб видеть спины впередиидущих. И немного впереди... чтобы лидеры смогли нагнать меня на следующем кругу.

 

Я также и льдина. Могу разбивать головы и тушить свои воспламенённые чувства.

 

Я и град, стучащий по крышам, камням, головам, и снежинка, теряющая свою структуру на тёплой ладони.

 

Я немного ночь, проникающая сквозь окна и немного светлый день. Моим дням больше не хочется делить свои ночи с влюблёнными.

 

Я белая. Совершенно белая. Нет, не как эмульсия на стенах. Скорее как глазной белок – обесцветивший сетчатку, чтобы потом покрыть его середину чёрным кругом, создавая контраст совершенства.

 

Я немного ветерок. Езжу верхом на порывисто лающем коне. Есть желающие расчесать ему холку и накормить костью своего запястья?

 

Я немного опустошенная и немного переполненная. Наполненное опустошают в опустошённое – переполненное становится порожним, а опустошённое наполненным до краёв.

 

Я солнцедарное вино, закружившее хмельные головы. Фужеры ревновали меня друг другу, пока я не разбила их своей крепостью.

 

Я немного ребёнок. Не тревожь, а то расплачусь.

 

И немного апатичная женщина. Вздрагиваю от любого отчётливого звука. Почитаю своё смирение за счастье. (Покончите со мной за такое признание).

 

Я рыцарь, потерпевший поражение. Нет сил для атаки. Дайте хотя бы щит, чтобы как-то держать оборону.

 

Я была матерью, кормившей грудного младенца. Его у меня отняли. Опустошили сердце в груди, но забыли опустошить в нём молоко.

 

Я вольный джейран, чеканю золото из-под копыт.

 

Я немного внутри, и как бы немного снаружи. Молния вспорола меня посредине. Теперь я половинчата. Остаётся молиться, чтобы залатали мои половинки.

 

Я и в смятение и в ужасе. Вечером торжествую, по утрам скорблю. Я сорвавшийся крик, возвышенный стон... чтобы быть услышанной каждым.

 

Я радость и горе. Всё просто, без излишеств.

 

Я обезумевший водопад, сорвавшийся со скалы. Разбиваясь оземь, сокрушаюсь на миллиарды осколков. Всмотрись, и в каждой капле ты увидишь мир, способный продлить  твою собственную жизнь на десять лет.

 

Каждое твоё пренебрежение – адские муки для меня. Каждое познание меня сродни моему: «Прощай!», брошенное Разлуке.

 

Каждый мой поцелуй сродни подарку твоему желанию. Каждый взгляд – пламя свечи.

 

Мои объятия – перина, а дыхание так горячо, что я не готова его делить с кем-либо. Оставлю себе. Пусть согревает только мою душу.

 

Я жизнь. Вернее, всё живое и призрачное в ней. Ни на земле, но и не на небе.

 

Не пытайся. Меня невозможно поймать. Исчезну, аки мыльный пузырь, оставив след в воспоминаниях. Даже не думай меня поймать. Покину твою жизнь и повергну в вечные муки.

 

Теперь живи без меня, а я погляжу, как это у тебя получается…

Предупреждала ведь, не тронь, исчезну.

Изменено пользователем Заур Гусейнов

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Ребята, спасибо!)

И Эда и Заур.

 

Получил несказанный ляззят и от оригинала и от перевода.

Тандем можно только приветствовать!))

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Эдочка, спаибо , родная! roza4.gif

Интересно окунуться было в твой мир....,ты раскрыла душу.

 

Заур, тебе отдельная   безмерная благодарность за перевод, я знаю, что твой труд был сделан и для меня лично.))) На русский язык  перевёл, я страдала от незнания, что написала Эда )

 

Спасибо вам!

Изменено пользователем Svetalon

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Не знаю, как получилось, но решил перевести последний отрывок на русский язык. Увы, я не знаю в совершенстве наш язык. Так что, извини, если что не так. Да,ещё! Я знаю, что название должно переводиться типа "Я не то и не сё", но я решил назвать его по-своему. Я же переводчик. Значит имею право)))

 

Заур, дорогой, спасибо тебе большое. Перевод понравился. Да, название спорное. Я бы выбрала:  "Я не то, и не сё".  Но ты прав. Перевод твой. Тебе и решать, как назвать его.

 

Один важный момент. Эссе нелегко переводить. Я написала его за целый час. А Заур потратил на перевод всего 15 минут!

 

Другой важный момент. На азерб.эссе звучит немного по другому. Где-то отличается по семантике. Заур при переводе внёс свое, как бы свой фирменный штамп поставил ).

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Эдочка, спаибо , родная! roza4.gif

Интересно окунуться было в твой мир....,ты раскрыла душу.

 

Заур, тебе отдельная   безмерная благодарность за перевод, я знаю, что твой труд был сделан и для меня лично.))) На русский язык  перевёл, я страдала от незнания, что написала Эда )

 

Спасибо вам!

 

Спасибо тебе, дорогая, что прочла ).

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Ребята, спасибо!)

И Эда и Заур.

 

Получил несказанный ляззят и от оригинала и от перевода.

Тандем можно только приветствовать!))

 

Платон, спасибо большое ).  Я тоже рада  тандему ).

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Не знаю, как получилось, но решил перевести последний отрывок на русский язык. Увы, я не знаю в совершенстве наш язык. Так что, извини, если что не так. Да,ещё! Я знаю, что название должно переводиться типа "Я не то и не сё", но я решил назвать его по-своему. Я же переводчик. Значит имею право))) Итак:

 

 

 

Я немного того и немного этого.

 

 

 

Моя цель? Цель – по горсти, по крупинке собрать по сусекам того и этого и достичь совершенства. Чем не цель?

 

Я как бы немного мёртвая и вроде чуточку в обмороке.

 

Я роба, одетая наизнанку. Наверное, странно выгляжу со скрытыми пуговицами внутри. Эх, был бы кто-то, способный на метод Хаймлиха. Или кто надел бы правильно... А может просто портной, перешивший пуговицы во внутреннюю сторону, ставшей внешней из-за чьей-то ошибки.

 

Я та, над чьей головой просеяли огня, хоть и выгляжу, как еле избежавшая пламени.

 

Я немного одинока. Потому как, являюсь носителем небольшого страха не быть таковой.

 

Я немного внизу, в подвалах, в основе. Но при этом, как бы дом, возвышенный без фундамента.

 

Я остриё копья без метателя. А так хочется найти нужную грудь... поразить её собой. Сказать: «Вот и я. Примешь?». Риторический вопрос.

 

Немного отстаю, чтоб видеть спины впередиидущих. И немного впереди... чтобы лидеры смогли нагнать меня на следующем кругу.

 

Я также и льдина. Могу разбивать головы и тушить свои воспламенённые чувства.

 

Я и град, стучащий по крышам, камням, головам, и снежинка, теряющая свою структуру на тёплой ладони.

 

Я немного ночь, проникающая сквозь окна и немного светлый день. Моим дням больше не хочется делить свои ночи с влюблёнными.

 

Я белая. Совершенно белая. Нет, не как эмульсия на стенах. Скорее как глазной белок – обесцветивший сетчатку, чтобы потом покрыть его середину чёрным кругом, создавая контраст совершенства.

 

Я немного ветерок. Езжу верхом на порывисто лающем коне. Есть желающие расчесать ему холку и накормить костью своего запястья?

 

Я немного опустошенная и немного переполненная. Наполненное опустошают в опустошённое – переполненное становится порожним, а опустошённое наполненным до краёв.

 

Я солнцедарное вино, закружившее хмельные головы. Фужеры ревновали меня друг другу, пока я не разбила их своей крепостью.

 

Я немного ребёнок. Не тревожь, а то расплачусь.

 

И немного апатичная женщина. Вздрагиваю от любого отчётливого звука. Почитаю своё смирение за счастье. (Покончите со мной за такое признание).

 

Я рыцарь, потерпевший поражение. Нет сил для атаки. Дайте хотя бы щит, чтобы как-то держать оборону.

 

Я была матерью, кормившей грудного младенца. Его у меня отняли. Опустошили сердце в груди, но забыли опустошить в нём молоко.

 

Я вольный джейран, чеканю золото из-под копыт.

 

Я немного внутри, и как бы немного снаружи. Молния вспорола меня посредине. Теперь я половинчата. Остаётся молиться, чтобы залатали мои половинки.

 

Я и в смятение и в ужасе. Вечером торжествую, по утрам скорблю. Я сорвавшийся крик, возвышенный стон... чтобы быть услышанной каждым.

 

Я радость и горе. Всё просто, без излишеств.

 

Я обезумевший водопад, сорвавшийся со скалы. Разбиваясь оземь, сокрушаюсь на миллиарды осколков. Всмотрись, и в каждой капле ты увидишь мир, способный продлить  твою собственную жизнь на десять лет.

 

Каждое твоё пренебрежение – адские муки для меня. Каждое познание меня сродни моему: «Прощай!», брошенное Разлуке.

 

Каждый мой поцелуй сродни подарку твоему желанию. Каждый взгляд – пламя свечи.

 

Мои объятия – перина, а дыхание так горячо, что я не готова его делить с кем-либо. Оставлю себе. Пусть согревает только мою душу.

 

Я жизнь. Вернее, всё живое и призрачное в ней. Ни на земле, но и не на небе.

 

Не пытайся. Меня невозможно поймать. Исчезну, аки мыльный пузырь, оставив след в воспоминаниях. Даже не думай меня поймать. Покину твою жизнь и повергну в вечные муки.

 

Теперь живи без меня, а я погляжу, как это у тебя получается…

Предупреждала ведь, не тронь, исчезну.

да и вправду, спасибо тебе, родной Заур, такие интересные мысли. прям обидно было что немогу прочесть, ибо один пост прочла а остальное никак, если не сложно, можешь перевести ещё.. душа человека на самом деле интересная. умеешь ты угождать, этого от тебя не отнять.

Изменено пользователем Farengeyt

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

ÇƏKİL,  YUM  GÖZLƏRİNİ, ...........MƏN  RƏQS  ETMƏLİYƏM.

 

 

 

Elə bir rəqs ki, bütün incəliyimi, nazikliyimi unudum, bir alov diliminə çevrilim. Alovlanım, yaxım, yandırım. Dincliyimi farağat qoyum – daha münasib günlərdə gərəyim olar, indi isə mənə üsyan lazımdır, partlayış, dinamika.

 

Göylərdən bac alım.......yağışdan, qardan, günəşdən, ulduzdan. Mən göylərin övladıyam,  “yox” deməzlər mənə.

 

Bir ilan rəqsi ifa etmək istəyirəm, qıvrılım-açılım, gərilmiş yaylara ox olum, sıyrılım atılım.

 

Sazlara mizrab olum, çalım-caldırım, oyub-oynadım, aləmi başıma alım, səmalara uçum, ordan  da özündən qeyri yüksəklik tanımayan eqoist yüksəkliklərə.

 

Duman, çiskin, çən olum,  “havanın bağrını yarım”.

 

Qartal/quzğun olum, uçum, hey uçum, yerdən ayrılım.

 

Burda qoyub-getdiklərim dizlərimi qucub,  “getmə, nolar” desinlər, amma mən fərqinə varmayım, məni saxlayanları sinəsindən itələyim, uçum, hey uçum........

 

Axan suların şırıltısından güc alım, mən rəqs edirəm, mənə güc gərəkir.

 

Yeniyetmələrin ilk məhəbbətinin saçar qığılcımları mənim olsun, tonqalımı alovlandırmaq üçün. Mənə hündür odlar gərəkir.

 

Beyni dönmüş, toz-duman buludu içində qəddar bir nizamla çapan bir sürü vəhşi at. Onların dizlərinin təpəri də mənim olsun. O da mənə gərəkir.

 

Nəfəslikdən nəfəs alım......rəqsimi salamat başa vurmaq üçün.

 

Qayğılarımı, əndişəmi geridə buraxım, ağrılarımı ayaqlarım altına atım, palçıq kimi tapdayım onları, yalvarıb təslim olduqlarını bildirəndə də əl çəkməyim onlardan.  Tapdayım, tapdayım, onları sevinc şəklinə salana qədər.

 

Fəryadımı divara dirəyim, gözlərini iri-iri açıb mənə baxsın. Rəqsimi görüncə ürəyi partlayıb ölsün. Acılarımı qucaq-qucaq ətrafıma səpələyim, paxıllığımı çəkənlərə ünvanlayım, qoy rədd olsunlar, tərk etsinlər məni.......istəməm onları!

 

Rəqs edim, durmadan fırlanım.

 

Elə bir rəqs ki, fırlanmaqdan ətrafımda bir külək burulğanı yaradım........alıb aparsın məni.

 

Elə bir rəqs ki, özgələşib simamı dəyişim, özüm-özümü tanımayım.

 

Ayaqlarımın zərbindən aşağı qatın çilçıraqları qopub düşsün.

 

Göydə uçara, yerdə qaçara meydan oxuyum.

 

Ceyranlar mənə həsəd aparsın, hepard qaçışından qalıb mənə aludə olsun.

 

Bədənimin hər əzası, hər əzələsi, hər hüceyrəsi beynimin “oyna!” nidasına bənd kimi vəcdə gəlsin, oynasın.

 

 

Rəqs  --  folklordur, 100 illər məndən qabaq yaşayanlardan mənə tövsiyyə.......tarix öz yaddaşında gətirib onu mənə.

 

Rəqs  --  hədiyyədir, istedadın mənə hədiyyəsi.

 

Rəqs  --  qurtuluşdur, məngənədən, məhbusdan qurtuluş. Sevmirəm zəncirləri, qandalları. Rəqsimlə qıracam onları, parça-parça edib, hərəsini bir tərəfə tullazdıracam!

 

Rəqs  --  nostalji........,meditasiya........,ayrılıq..........,özümə əlvida.........,və özümə qayıdış.

 

Bir içim sudur rəqs, alışan ruhuma çilənir.

 

Harmoniyadır rəqs, elə ehtiyacım var ki.........

 

Rəqs yeganə bir şeydir ki, təfəkkürümün ağzına  daş basıb, onu susmağa məcbur edir, boz maddəmi dincə qoyur, qollarıma güc verir, kürəyimə qanad taxıb, ayaqlarıma pıçıldayır: yürü, meydan sənindir.

 

 

Çəkilin, bu gün meydan mənimdir. Susun və çəpik çalın. Baxın, seyr edin. Rəqsimi bəyənin.

 

Sənsə........., sənsə yum gözlərini. Səninçün deyil bu rəqs.

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

HƏR  ŞEY  YA  O?

 

Məndən soruşdular: “Hər şey ya o?”.  Mən “Hər şey”i seçdim. Çün “Hər şey”in içində sənə oxşar nəsə/kimsə ola bilərdi. Sənin içində isə  “Hər şey”  yox idi. Dəqiq!

 

Nə isə. Seçim elədim və səni ötürdüm xatirələrimə. Üstünə qalın bir brezent çəkdim, ağzından paslı bir qıfıl asdım ki, zarıldayıb məni dəng etməyəsən. Hərdən səsin çox bərk çıxanda, gəlib başını tumarlayıram, sənə məhbusda qalıb da özünü xoşbəxt sanmağın yollarını öyrədirəm və sonra çəkilib gedirəm.

 

Hər şey yaxşı olacaq. İnan mənə. Dözzzzzz!

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Раньше я думал, что миниатюры, в которых отсутствует сюжетная линия – это тупик. И читая многих «миниатюрщиков», неоднократно убеждался в этом. Но сборник Эды, вытканный узорами её мыслей и собранный на этой странице разубедил меня. Каждая миниатюра в отдельности, это как пантомима одичавшей, но всё ещё надеющейся найти приют души.

 

Так что, мой вам совет, тов. форумчане: вооружайтесь словарями и читайте!

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Создайте аккаунт или войдите для комментирования

Вы должны быть пользователем, чтобы оставить комментарий

Создать аккаунт

Зарегистрируйтесь для получения аккаунта. Это просто!

Зарегистрировать аккаунт

Войти

Уже зарегистрированы? Войдите здесь.

Войти сейчас


×